Məhkəmə qərarları › İş №1(007)-91/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-91/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-91/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, A.Mirzəyev küçəsi, 60Q ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs özünə məxsus “xxxx” ASC-nə məxsus bank kartında yaranmış problemi aradan qaldırmaq məqsədi ilə, onun yaşadığı ünvan 2 saylı ünvandakı mənzilinə gələrək anası Şahid qeyd edilən bankla əlaqə yaratmağını istədikdə, Şahid bankın əməkdaşına bildirdiyi Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı olan “xxxx” ASC-nə aid «X3» bank kartının üzərindəki hesab nömrəsini özündə əks etdirən 4169 7377 0288 2578 rəqəmləri yaddaşında saxlamış, Zərərçəkmiş şəxs həmin bank hesabına müdaxilə etməklə internet üzərindən müəyyən əməliyyatlar apararaq elektron məlumat daşıyıcısından istifadə etməklə həmin kartdakı pul vəsaitləri hesabına öz xeyrinə xx xxxxxxxx 2020-ci il tarixdə 209 manat 44 qəpik nağd, xx xxxxxxxx 2020-ci il tarixdə 229 manat 58 qəpik, xx xxxxxxxx 2020-ci il tarixdə 479 manat 05 qəpik, xx xxxxxxxx 2020-ci il tarixdə 134 manat 22 qəpik, xx xxxxxxxx 2020-ci il tarixdə 29 manat 75 qəpik, xx xxxxxxxx 2020-ci il tarixdə 25 manat 49 qəpik, xx xxxxxxxx 2020-ci il tarixdə 03 manat 42 qəpik, xx xxxxxxx 2020-ci il tarixdə 82 manat 74 qəpik, xx xxxxxxx 2020-ci il tarixdə 65 qəpik, xx xxxxxxx 2020-ci il tarixdə 01 qəpik, xx xxxxxx 2020-ci il tarixdə 36 manat 56 qəpik, xx xxxxxx 2020-ci il tarixdə 11 manat 58 qəpik, xx xxxxxx 2020-ci il tarixdə 03 manat 11 qəpik, xx xxxxxx 2020-ci il tarixdə 01 manat 73 qəpik nağd ödənişlər etməklə həmin vəsaitləri vahid qəsdlə əhatə olunan niyyətlə xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində gizli olaraq talayıb zərərçəkmiş şəxs Şahid ümumilikdə 1247 manat 33 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, qonşusu Zərərçəkmiş şəxs ilə anası Şahid yaxın rəfiqə olduqları üçün 2020-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs məxsus xxxxa aid kartda problem yarandığı üçün anasına müraciət etmiş, anası da məhz həmin gün yəni xx xxxxxxxx 2020-ci il tarixdə bankın əlaqə nömrəsi olan “196”-ya zəng edərək rəfiqəsi Zərərçəkmiş şəxs xahişi ilə Zərərçəkmiş şəxs adından bankla danışıb problemi öyrənməyə çalışmışdır. Həmin vaxt anası ilə danışan bank əməkdaşı anası Şahid ilə karta dair məlumatları dəqiqləşdirərkən anası Şahid kartın üzərindəki hesab nömrəsini ucadan bank əməkdaşına bildirmişdir. Həmin anda o, anasının bank əməkdaşına dediyi kart üzərindəki hesab nömrəsini təşkil edən rəqəmləri yadda saxlamağı və sonradan bunun köməyi ilə hesabdan pul çıxarmağı düşünmüşdür. Bu məqsədlə o, anası Şahid bank əməkdaşına dediyi hesab nömrəsini təşkil edən rəqəmləri yazaraq yaddaşda saxlamış və bu barədə nə anasına, nə də rəfiqəsi olan kart sahibi Zərərçəkmiş şəxs deməmişdir. xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2020-ci il tarixədək günün müxtəlif saatlarında internet şəbəkəsi üzərindən online şəkildə müxtəlif məbləğlərdə pul vəsaitlərini ayrı-ayrı şirkətlərin hesablarına köçürməyə başlamışdır. Zərərçəkmiş şəxs məxsus bank hesabından çıxardığı pul vəsaitlərini göndərdiyi şirkətlər əsasən “Azercell”, “Bakcell”, “Nar”, “Wolt”, “Bolt”, “xxxx” və sairləri təşkil etmişdir. Belə ki, adlarını çəkdiyi mobil operator şirkətlərinin hesablarına o, özünün dostlarının və tanışlarının istifadəsi üçün danışıq balansı yəni kontur əldə etmək məqsədi ilə müxtəlif kiçik məbləğlərdə (1 manat, 2 manat, 5 manat 10 manat, 20, 30 manat şəklində) köçürmüşdür. “Wolt” şirkətinə isə köçürdüyü pul vəsaitləri həmin şirkətin vasitəsi ilə “McDonalds,” “KFC”, “Kababzadə” və sair kimi restoranlarından verdiyi sifarişlərlə bağlı olmuşdur. O, həmin restoranlardan “Wolt”un hesabına pul köçürməklə yeməklər, içkilər və.s sifarişlər etmişdir. Bolt şirkətinə isə köçürdüyü pul vəsaitləri taksi xidməti göstərən şirkətlərdən sifarişlərin edilməsi ilə bağlı olmuşdur. O, Zərərçəkmiş şəxs bank hesabından ona verilmiş ittihamda qeyd olunan tarixlərdə pul vəsaitlərini köçürmüşdür. Qeyd etdiyi tarixlərdə çıxarılan məbləğlər 50 qəpikdən yuxarı olan hissələri dəqiq qeyd etsə də 50 qəpikdən daha az olan məbləğləri isə göstərmədiyindən və bir çox hallarda 01 manata yaxın məbləğləri ümumiyyətlə qeyd etmədiyindən tam dəqiq deyil. Ümumilikdə isə ziyan qismində 2.000 (iki min) manat pul Zərərçəkmiş şəxs onun ailə üzvləri tərəfindən tam şəkildə ödənilmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2021-ci ildə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, buna görə sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2021-ci ildə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, özünə məxsus “xxxx”a aid **********882578 hesab nömrəsi olan «Bir Kart»dan 2020-ci ilin sentyabr ayında ünvan 3 ünvanından 800 manat pul çıxarmış və həmin aydan etibarən hər ay 42 manat olmaqla ödəniş edilməli olduğu halda, təxminən 100 manat ödəniş edilmişdir. Qeyd etdiyi tarixdə və ünvanda hesabından pulu qonşusu və rəfiqəsi Şahid ilə birlikdə olduğu vaxt çıxarmışdır. Belə ki, kartdan pul çıxarmağı bacarmadığı üçün bu işdə həmin gün onunla bərabər olan Sədaqət xanımdan xahiş edərək hesabdan 800 manat pul vəsaitini 2 dəfədə, əvvəlcə 500 sonra, 300 manat şəklində çıxarmışdır. Qeyd etdiyi sonuncu 300 manat pul vəsaiti çıxarılarkən kart Şahid olmuş və o, “196” xidmətinə zəng edib kartın nömrəsini şifahi deməklə əlavə pul çıxarılmasını təmin etmək üçün banka müraciət edərkən qonşusu Şahid oğlu Təqsirləndirilən şəxs kartın nömrəsini yaddaşında saxlamışdır. O isə qeyd etdiyi hadisədən xəbərsiz olmuş və sonradan oğlu Tural Məmmədova zəng gəlmiş və ödənilməmiş 48 manat kəsr pulunun ödənilmədiyini bildirdirmişlər. Bu vaxt onlar şübhələnmiş və banka müraciət edərək müxtəlif vaxtlarda hesabından müxtəlif məbləğlərdə ayrı-ayrı hesablara pul göndərildiyini və təxminən 2.000 manatdan yuxarı ödənilməmiş borc qaldığını öyrənmişlər. Bundan sonra şikayət ərizəsi ilə 24-cü PŞ-nə müraciət etmiş, polisin sorğusu əsasında xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020ci il tarix daxil olmaqla hesab üzərindən aparılan əməliyyatların çıxarış sənədi təqdim edilmişdir. 24-cü PŞ-də aparılan ilkin araşdırma zamanı məlum olmuşdur ki, onun xəbəri olmadan hesabından pul çıxarmış və bununla da oğurluq etmiş şəxs rəfiqəsi və qonşusu Şahid oğlu 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra o, Sədaqət xanımla görüşmüş, Sədaqət xanım və oğlu Təqsirləndirilən şəxs araşdırmaya cəlb edilmişdir. Sədaqət xanımla arasındakı şifahi razılığa görə Şahid ona vurulmuş zərəri ödəyəcəyini bildirmişdir, özünə məxsus “xxxx”a aid **********882578 nömrəli hesab 2019-cu il sentyabr ayının 1-i açılmışdır. Bankın ona təqdim etdiyi sənədlərə əsasən o, hesabındakı məbləğdən xx xxxxxxxx 2019- cu il tarixdə 15 manat, 1000 manat və 1 manat pul çəkmişdir. xx xxxxxxxx 2019-cu ildə 85 manat, xx xxxxxxxx 2019-cu ildə 37 manat, xx xxxxxx 2019-cu ildə 41 manat pulu hesabına faizi ödəmək məqsədi ilə qoymuşdur. Bundan başqa o, hesabından xx xxxxxx 2019-cu ildə 35 manat, xx xxxxxxxx 2020-ci ildə 300 manat və həmin tarixdə təkrar 500 manat çəkmişdir. Hesabından çıxarılmış vəsaitin faizlərinə görə o, xx xxxxxx 2020-ci il tarixdə 84 manat, xx xxxxxx 2020-ci il tarixdə 71 manat, xx xxxx 2020-ci il tarixdə 35 manat, xx xxxxx 2020-ci il tarixdə 30 manat, xx xxx 2020-ci il tarixdə 29 manat, xx xxxx 2020-ci il tarixdə 81 manat, xx xxxx 2020-ci il tarixdə 90 manat, xx xxxxxx 2020-ci il tarixdə, xx xxxxxxxx 2020-ci il tarixdə 94 manat pul vəsaitlərini ödədiyini, bank hesabı ilə bağlı aidiyyəti bankın ona verdiyi sənədlərin cinayət işinin materiallarına da əlavə olunduğunu bildirmişdir. Şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, qonşusu Zərərçəkmiş şəxs onunla yaxın rəfiqə olduğu üçün 2020-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs məxsus “xxxx”a aid kartda problem yarandığından ona müraciət etmiş, o da məhz həmin gün yəni xx xxxxxxxx 2020-ci il tarixdə bankın əlaqə nömrəsi olan 196ya zəng edərək rəfiqəsinin xahişi ilə rəfiqəsi Zərərçəkmiş şəxs adından bankla danışıb problemi öyrənməyə çalışmışdır. Həmin vaxt onunla danışan bank əməkdaşı ondan karta dair məlumatları soruşduğu üçün o, kartın üzərindəki hesab nömrəsini bank əməkdaşına bildirmişdir. Bu hadisədən təxminən bir neçə gün sonra rəfiqəsi Zərərçəkmiş şəxs polisə şikayət edərək bank hesab kartından təxminən 1.000 manatdan artıq pul vəsaitinin çıxarılmasını bilmişdir. Rəfiqəsi Filyarın ona verdiyi məlumata görə polis şöbəsində aparılan araşdırma zamanı Zərərçəkmiş şəxs məxsus bank hesabından müxtəlif şirkətlərin hesabına ayrı-ayrı vaxtlarda kiçik məbləğlərdə hissə-hissə pul köçürüldüyünü bildirmiş, bunu edənin oğlu Təqsirləndirilən şəxs olduğu aşkarlanmışdır. Sonradan ona oğlu Təqsirləndirilən şəxs rəfiqəsinin bank kartının hesab nömrəsini necə bildiyi məlum olmuşdur. Oğlunun ona anlatdıqlarına görə rəfiqəsinin bank kartında problem yarandığı vaxt onun özünün yanında yəni, evində bankla əlaqə yaradarkən oğlu Təqsirləndirilən şəxs onun bank əməkdaşına dediyi kart üzərindəki hesab nömrəsini təşkil edən rəqəmləri yadda saxlamışdır. Oğlu Təqsirləndirilən şəxs onun bank əməkdaşına dediyi hesab nömrəsini təşkil edən rəqəmləri yazaraq yaddaşında saxlamış və bu barədə nə ona nə də rəfiqəsi olan kart sahibi Zərərçəkmiş şəxs deməmişdir. Oğlu Təqsirləndirilən şəxs deməsinə görə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2020-ci il tarixədək günün müxtəlif saatlarında internet şəbəkəsi üzərindən online şəkildə müxtəlif məbləğlərdə pul vəsaitlərini ayrı-ayrı şirkətlərin hesablarına köçürməyə başlamışdır. Rəfiqəsi Zərərçəkmiş şəxs dəymiş ziyan tam şəkildə ödənilmişdir. İş materiallarında olan sənədin götürülməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, “xxxx” ASC tərəfindən müştəri Zərərçəkmiş şəxs “X3” **********882578 nömrəli hesabından xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər aparılan əməliyyatların siyahısı əks olunmuş, “Ödəniş kart üzrə çıxarış sənədi” Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmişdir. İş materiallarında olan sənədə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, “xxxx” ASC-nin müştərisi elektron məlumat daşıyıcısı olan Zərərçəkmiş şəxs **********882578 nömrəli bank kartının hesabından Təqsirləndirilən şəxs tərəfindən xx xxxxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci ilə qədər olan müddət ərzində kart üzərində yazılan nömrələr əvvəlcədən əldə edilməklə Təqsirləndirilən şəxs tərəfindən bank əməliyyat sistemlərinə qoşularaq hesaba müdaxilə etməklə və banka müəyyən əməliyyatların aparılması üçün göstəriş verməklə ümumilikdə 1247 manat 33 qəpik olmaqla, xx xxxxxxxx 2020-ci il tarixdə 209 manat 44 qəpik, xx xxxxxxxx 2020-ci il tarixdə 229 manat 58 qəpik, xx xxxxxxxx 2020- ci il tarixdə 479 manat 05 qəpik, xx xxxxxxxx 2020-ci il tarixdə 134 manat 22 qəpik, xx xxxxxxxx 2020-ci il tarixdə 29 manat 75 qəpik, xx xxxxxxxx 2020-ci il tarixdə 25 manat 49 qəpik, xx xxxxxxxx 2020-ci il tarixdə 03 manat 42 qəpik, xx xxxxxxx 2020-ci il tarixdə 82 manat 74 qəpik, xx xxxxxxx 2020-ci il tarixdə 65 qəpik, xx xxxxxxx 2020-ci il tarixdə 01 qəpik, xx xxxxxx 2020-ci il tarixdə 36 manat 56 qəpik, xx xxxxxx 2020-ci il tarixdə 11 manat 58 qəpik, xx xxxxxx 2020-ci il tarixdə 03 manat 11 qəpik, xx xxxxxx 2020-ci il tarixdə 01 manat 73 qəpik pul vəsaitləri çıxardığı müəyyən edilmişdir. İş materiallarında olan zərərin könüllü ödənilməsi və ödənilmiş zərərin qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs ümumilikdə 2.000 manat nağd pul vəsaiti zərərin ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs və anası Şahid tərəfindən ödənilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri aradan qaldıraraq onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Baş Əməliyyat və X1 xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, 100 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx xxxx 2015-ci il tarixdə cərimə cəzası tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş sayılır. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş “xxxx” ASC tərəfindən müştəri Zərərçəkmiş şəxs “X3” **********882578 nömrəli hesabından xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər aparılan əməliyyatların siyahısı əks olunmuş, “Ödəniş kart üzrə çıxarış sənədi” Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı, cəmi 35 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 (iki yüz on) manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan “xxxx” ASC tərəfindən müştəri Zərərçəkmiş şəxs “X3” **********882578 nömrəli hesabından xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər aparılan əməliyyatların siyahısı əks olunmuş, “Ödəniş kart üzrə çıxarış sənədi” cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 210 (iki yüz on) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar