Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-92/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi-X2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1974-cü il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç azyaşlı uşağı olan, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 13, mənzil 3-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi ev 19, mənzil 18-də yaşayan, xx xxxxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və əməyin mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozması ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Belə ki, o, 2020-ci ilin fevral ayının sonunda ünvan 1 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ərazisində olan 160 kv.metrlik qeyri-yaşayış sahəsini ayaqqabı altlığı istehsalı sexi kimi icarəyə götürüb, sexin fəaliyyətinə rəhbərlik edərkən texniki təhlükəsizlik və əməyin mühafizəsinin tələblərinə əməl etmədən, əmək müqaviləsi bağlamadan, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlim, təlimatlandırma keçmədən, fərdi mühafizə vasitələri ilə təmin etmədən, təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına daimi nəzarəti təşkil etmədən, peşə biliyini yoxlamadan Zərərçəkmiş şəxs ayaqqabı altlığı istehsalı sexinə şifahi razılaşma əsasında fəhlə kimi qeyri-rəsmi qaydada işə cəlb etməklə, əldəqayırma (kustar) üsul ilə yığılmaqla bərabər, nizamsız qaydada elektrik xətləri olan, habelə, cərəyandaşıyıcı damarlarının bolt-qayka vasitəsi ilə qoşulduqları və işçinin təsadüfən toxunması mümkün, üzəri təxminən 0,5-1 sm məsafədə yolverilməz qaydada çılpaq (izolyasiyasız) vəziyyətdə olan üç ədəd (üç faza) alüminium naqillərin birləşdirildiyi, texniki cəhətdən nasaz dəzgahın işləmə qabiliyyətinin yoxlanılmasına dair göstəriş verməmişdən əvvəl, sexin rəhbəri kimi avadanlıqların texniki cəhətdən düzgün istismarını, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını, fəhlə və qulluqçu kadrların seçilməsini, yerləşdirilməsini, işçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına riayət edilməsini təmin etmədən, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması qaydaları”nın 2.1.1.19-cu bəndi, “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər. 12.0.004-79 DST”-nin 1.1, 1.3-cü bəndləri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2005-ci il tarixli 24-24-2 saylı qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1”nda olan “Sex rəisi”nin vəzifə tələblərini pozaraq, xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs doğranmış rezin yarımfabrikatını əritmə dəzgahında ayaqqabı altlığı məmulatlarının hazırlanması işini görərkən elektrik cərəyanının onu vurması nəticəsində, ehtiyatsızlıqdan aldığı sol bazunun ön, sağ saidin arxa və iç səthləri, sağ əlin arxa səthində 4-cü daraq sümüyünün proyeksiyası, qarnın ön səthində sağ və sol qabırğaaltı nahiyə, döş qəfəsinin sağ və sol yarısının arxa səthi, oma fəqərələri proyeksiyasında qarının hər iki yan və arxa səthi, hər iki bud-çanaq oynağının yan səthi, sağ budun və sol budun ön səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən və ölümünə səbəb olan sol dirsək oynağının arxa səthinin yanıq yarası (elektrik nişanəsi) kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlərdən hadisə yerində ölmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi ünvan 1 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ərazisində olan sexin fəaliyyətinə faktiki rəhbərliyi o, həyata keçirməmişdir, orada mərhum Zərərçəkmiş şəxs ilə birlikdə şərikli qaydada işləmişlər. Belə ki, Arazla birlikdə köhnə ticarət mərkəzində birlikdə işləmişlər, sonra pandemiyaya görə işləyə bilməmişlər. Sex işlətmək barədə təşəbbüs Araza məxsus olmuşdur, onun bu işlərdən başı çıxmışdır. Şərtləri belə olmuşdur ki, Araz malı istehsal etməli, o isə hazır məhsulu satmalı idi. Sexin yerini icarəyə götürmək məsələsini ikisi birlikdə gedib danışmışlar, dəzgahı isə birlikdə almışlar. Hesab edir ki, sexdə Arazın elektrik cərəyanı vurması nəticəsində vəfat etməsində onun təqsiri olmamışdır. İbtidai istintaq zamanı əməlini etiraf etməsi barədə ifadə versə də, həmin ifadəni oxumadan imzalamışdır. İş üzrə şikayətçi yoxdur. Ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun həmin ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs şahid qismində xx xxxxxx 2020-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxındır ki, ayaqqabı altlığı məmulatlarının istehsalı ilə məşğul olmuş, ayaqqabı altlığı məmulatlarını 10 il bundan əvvəl adını bilmədiyi şəxsdən aldığı dəzgahlarda istehsal etmiş, həmin dəzgahlar kustar üsulla hazırlanmış, texniki pasportu olmamış, əvvəllər həmin dəzgahları köhnə Sədərək ticarət mərkəzində icarəyə götürdüyü sexdə quraşdırmaqla, orada istehsal və satış ilə məşğul olmuşdur. Ayaqqabı altlıqları rezin qırıntılardan hazırlanmış, belə ki, həmin qırıntılar dəzgahlarda əridildikdən sonra qəliblərə tökülərək hazır məmulatlar əldə olunmuşdur. Köhnə Sədərək ticarət mərkəzində işçilərindən biri də Zərərçəkmiş şəxs olmuş, təxminən 5-6 il bundan əvvəl həmin ticarət mərkəzi Qaradağ rayon ərazisinə köçürüldükdən sonra ayaqqabı altlığı istehsal edən dəzgahlarını Binə qəsəbəsində bağlı bir əraziyə aparıb qoymuş, bir müddət onlardan istifadə etməmişdir. 2020-ci il fevral ayının sonunda yenidən ayaqqabı altlığı istehsalı ilə məşğul olmaq qərarına gəlib Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “xxxx” ASCnin rəhbəri Şahid1 ilə görüşmüş və ASC-nin ərazisində olan 160 kv.metrlik sahənin ona icarəyə verilməsi, icarə müqaviləsinin işə başladığı gün bağlanılması barədə sonuncu ilə razılığa gəlmişlər. Bundan sonra Zərərçəkmiş şəxs və iki nəfər günəmuzd fəhlənin köməkliyi ilə 2020-ci ilin mart ayının əvvəllərində ayaqqabı altlığı istehsal edən dəzgahları sexə gətirib qoymuş, ASC-nin elektriki Şahid2 həmin sexə elektrik təchizatını bərpa etməsini xahiş etdikdə sonuncu sahəni elektrik enerjisi ilə təmin etmişdir. Zərərçəkmiş şəxs dəzgahları elektrik cərəyanına birləşdirdikdən sonra sonuncu ilə birlikdə dəzgahların işləyib-işləməməsini yoxlamış, təxminən 2-3 gün 60 cüt ayaqqabı altlığı istehsal etmiş, lakin 2020-ci ilin mart ayının əvvəllərində pandemiya ilə əlaqədar sahibkarlıq fəaliyyətinə başlaya bilməmiş, bu səbəbdən də “xxxx” ASC ilə onun arasında icarə müqaviləsi bağlanmamış və o, hər hansı məbləğdə icarə haqqı ödəməmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxslə birlikdə dəzgahların işləmə qabiliyyətini yoxlamaq məqsədi ilə sexə gəlmiş, Zərərçəkmiş şəxs paltarını dəyişdikdən sonra sexə daxil olmuş, dəzgahı elektrik açarı vasitəsi ilə işə salmışdır. Saat təxminən 14 radələrində ayaqyoluna keçmək üçün sexdən həyətə çıxmış və bir müddətdən sonra geri qayıtdıqda Zərərçəkmiş şəxs üzü üstə rezin yarımfabrikatını əritmə dəzgahının üzərinə yıxılmış və hərəkətsiz vəziyyətdə görmüşdür. İlk növbədə elektrik açarı vasitəsi ilə dəzgaha gedən elektrik enerjisini dayandırmış, daha sonra Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunu qucağına götürüb sexin həyətində olan otağa aparmış, yerdə olan döşək üzərində uzatmış və süni nəfəs vermişdir. Lakin nəfəs almadığını görüb qışqırmış, xahişi əsasında yaxınlıqda olan tanımadığı şəxs təcili tibbi yardım stansiyasına zəng etmiş, bir müddət sonra həkimlər gəlib Zərərçəkmiş şəxs öldüyünü bildirmişlər. Hadisə baş verən zaman sexdə ondan və Zərərçəkmiş şəxs başqa kənar şəxs olmamış, Zərərçəkmiş şəxslə onun arasında əmək müqaviləsi bağlanmamış, Zərərçəkmiş şəxs ayaqqabı altlığı məmulatlarını istehsal edən işçi kimi işə cəlb etmiş və hər gün əldə olunmuş gəlirdən sonuncuya faiz verəcəyi barədə aralarında razılaşmışlar. Onun tərəfindən Zərərçəkmiş şəxs şifahi və ya yazılı şəkildə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə dair təlimat keçirilməmiş, sonuncu xüsusi geyim və qoruyucu vasitələr ilə təmin edilməmiş, hadisə baş verən gün Zərərçəkmiş şəxs işi dəzgahların işləmə qabiliyyətini yoxlamaq olmuş, sexin faəliyyətinə şəxsən özü rəhbərlik etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs təxminən 10 ildir ki, Bakı şəhərində Təqsirləndirilən şəxs fəhləsi kimi ayaqqabı altlıqları istehsalı işi ilə məşğul olub ailəsini dolandırmışdır. Araz həmişə Təqsirləndirilən şəxs onun əmək haqqısını vaxtı-vaxtında ödədiyini, lazım olduqda ona əlavə maddi yardımlar göstərdiyini, Təqsirləndirilən şəxs barəsində müsbət fikirdə olduğunu bildirib, həmişə ondan razılıq etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 14-15 radələrində Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb Arazın iş prosesi zamanı elektrik cərəyanı vurması nəticəsində öldüyünü demişdir. Bundan sonra o, Bakı şəhərinə gəlmiş və Arazın meyiti müayinə olunduqdan sonra, aparıb yaşadıqları Cəlilabad rayonunda dəfn etmişlər. Sonradan Təqsirləndirilən şəxs ona demişdir ki, o, 2020-ci ilin fevral-mart aylarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “xxxx” ASC-nin rəhbərliyi ilə razılaşıb həmin Cəmiyyətin ərazisində icarəyə sex götürmüş, Araz sexdə ayaqqabı altlıqları istehsal edən dəzgahları elektrik cərəyanına qoşub işlək vəziyyətə gətirmiş, lakin pandemiya ilə əlaqədar onlar bir müddət istehsalata başlaya bilməmişlər, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında sexə gedib təmizlik işləri aparmışlar, Araz Razimin göstərişi ilə dəzgahların işləmə qabiliyyətini yoxlayan zaman elektrik cərəyanı Arazı vurub öldürmüşdür. Hadisəyə görə Razımlə aralarında barışıq olmasa da, hadisənin ehtiyatsızlıqdan baş verməsi səbəbindən ona qarşı şikayəti və tələbi yoxdur. Qərar qəbul edərkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin yanvar ayından etibarən “xxxx” ASC-nin idarə heyətinin sədri vəzifəsində işləmişdir. ASC-nin ərazisində çoxlu sayda dəmir, taxta, lepka istehsalı ilə məşğul olan sexlər fəaliyyət göstərmiş, həmin sexlərin rəhbərləri ilə ASC arasında icarə müqavilələri bağlanmışdır. 2020-ci ilin təxminən fevral ayının sonlarında Təqsirləndirilən şəxs ona müraciət edib əvvəllər köhnə Sədərək ticarət mərkəzində ayaqqabı altlıqları istehsalı ilə məşğul olduğunu, sonradan həmin ticarət mərkəzinin bağlanması səbəbindən dəzgahlarını başqa bir ünvanda saxladığını demiş və yenidən istehsalat ilə məşğul olmaq üçün “xxxx” ASC-nin ərazisində ona icarəyə sahə verməsini xahiş etdikdə Təqsirləndirilən şəxs ilk növbədə vergi ödəyicisi kimi qeydiyyata alınmasını, sonra icarə müqaviləsini bağlamasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxsla icarəyə veriləcək sahənin hər kv.metri üçün 3 manat icarə haqqı alınacağı barədə şifahi razılaşma əldə olunmuşdur. Təqsirləndirilən şəxs dəzgahlarını gətirib ASC-nin ərazisində ona icarəyə veriləcək sexdə müvəqqəti yığılmasına, orada təmizlik işlərinin aparılması üçün sexə elektrik təchizatının təmin edilməsini ondan xahiş etdikdə ona icazə vermiş, Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin mart ayının əvvəllərində dəzgahlarını gətirib həmin sexə yığmışdır. Bu ərəfədə ASC-nin elektriki Şahid2 Təqsirləndirilən şəxs sexdə təmizlik işləri aparmaq üçün sexə elektrik təchizatının bərpa olmasını istədiyini dedikdə, Şahid2 ASC-nin ərazisində olan elektrik yarımstansiyasından həmin sexə elektrik təchizatını təmin etməyi tapşırmışdır. Lakin pandemiya ilə əlaqədar Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyətinə başlaya bilməmiş, ASC ilə onun arasında icarə müqaviləsi bağlamamış və o, hər hansı icarə haqqı ödəməmişdir. xx xxxxxx 2020-ci il tarixdə həmin sexdə Təqsirləndirilən şəxs işçisi olan Araz adlı şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsini eşitmişdir. Hadisə baş verən tarixdə Razim və onun işçisinin sexdə hansı işlə məşğul olduğunu bilməmiş, sonradan Razimdən onların təmizlik işləri apardıqlarını və Arazın dəzgahların işləmə qabiliyyətini öyrənən zaman elektrik cərəyanı vurması nəticəsində öldüyünü eşitmiş, həmçinin Təqsirləndirilən şəxs göstərişi ilə Zərərçəkmiş şəxs tərəfindən dəzgahların elektrik təchizatına qoşulduğunu bilmişdir. ASC-nin ərazisində olan sexlərdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, eləcə də dəzgahların qurulması, elektrik təchizatına birləşdirilməsi sex rəhbərliyinin, o cümlədən Təqsirləndirilən şəxs öz üzərinə düşmüş və bu işlər onun özü tərəfindən icra edilmişdir. Məhkəmə iclasında Şahid2, Şahid1 ifadəsində göstərilənləri təsdiq etməklə yanaşı əlavə etmişdir ki, “xxxx” ASC-nin idarə heyətinin sədri Şahid1 göstərişi ilə, ASC-nin elektriki kimi, ayaqqabı altlıqları istehsalı ilə məşğul olacaq sex açan Təqsirləndirilən şəxs avadanlığının işə salınması məqsədilə ASC-nin ərazisində olan elektrik yarımstansiyasından həmin sexə elektrik təchizatını təmin etmiş, sexin girişinədək elektrik naqili çəkmişdir. Səlahiyyətinə aid olmadığı və bu barədə göstəriş olmadığı üçün sexin daxilində hər hansı iş görməmişdir. Sonradan Təqsirləndirilən şəxs özünün deməsindən ona məlum olmuşdur ki, onun Araz adlı işçisi sexdə quraşdırılmış dəzgahların işləmə qabiliyyətini yoxlayarkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri olan ünvan 4 ünvanında yerləşən “xxxx” ASC-nin ərazisində fəaliyyət göstərən ayaqqabı altlığı istehsalı sexinin ərazisi açıq meydançadır, ərazidə olan birtaylı dəmir qapıdan daxil olduqda sexin otağı yerləşir, otaq planda düzbucaqlı formalıdır, divarları mişar daşından inşa edilib, eni 8 metr, uzunluğu 20 metr, hündürlüyü 4 metr təşkil edir. Sexin üç ədəd pəncərəsi var, döşəməsinin bir hissəsi tökmə betondan, qalan hissəsi asfalt örtüklüdür. Sexin döşəməsi üzərində üst-üstə yığılmış metal presformalar, kisələrə doldurulmuş təyinatı məlum olmayan rezin qalıqlar, müxtəlif tullantılar, eləcə də presformadan çıxmış ayaqqabı altlığı məmulatları vardır. Baxış zamanı sexdə işıqlar söndürülmüş vəziyyətdə olmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində sexdə işləyən Zərərçəkmiş şəxs ölümü ilə nəticələnən hadisə baş vermiş dəzgahı əli ilə göstərərək təqdim etdikdə müəyyən olunmuşdur ki, həmin dəzgah sexə daxil olduqda sol uzaq divar qarşısında döşəmə üzərində quraşdırılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, göstərilən sexin otağını şifahi razılıq əsasında “xxxx” ASC-nin kombinatının rəhbərliyindən icarəyə götürmüş və ayaqqabı altlığı istehsalı (hazırlanması) üçün göstərilən dəzgahları həmin sexdə təxminən 7-8 ay bundan öncə orada quraşdırmışdır. Hadisə baş vermiş dəzgah polad gövdəli dəzgahdır, gövdəsi əldəqayırma üsulla hazırlanmış, onun üzərinə 380 volt gərginliklə işləyən elektrik mühərriki, doğranmış rezin yarımfabrikatınm doldurulması üçün çevrilmiş piramida formalı qab quraşdırılmış, yaxın divarda olan elektrik paylayıcısından elektrik xətti çəkilərək mühərrikə bağlanmışdır. Dəzgah planda düzbucaqlı formalıdır, eni 80 sm, uzunluğu 160 sm, hündürlüyü 120 sm təşkil edir. Dəzgahların yanında 2 ədəd içərisində müəyyən miqdarda su olan 10 litrlik plastmas qablar vardır. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin dəzgahda öncədən doğranmış rezin məmulatı piramida formalı qaba doldurulur, həmin yarımfabrikat qurğunun üzərində olan qızdırılma ilə işləyən boru şəkilli qurğuya daxil olur və maye formasına keçirilərək yanaşı yerləşən, üzərində presforma quraşdırılmış dəzgaha ötürülür və ayaqqabı altlığı məmulatı hazırlanır. xx xxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində Zərərçəkmiş şəxs əvvəlki günlərdə olduğu kimi işə gəlmiş, paltarlarını dəyişdikdən sonra sexə daxil olmuş və adı çəkilən dəzgahı elektrik açarı vasitəsi ilə işə salmışdır. İşə gəlmələrinin məqsədi avadanlığın işləmə qabiliyyətinin öyrənilməsi olmuşdur. İlkin əldə olunmuş məlumata görə Zərərçəkmiş şəxs elektrik cərəyanının təsirindən ölməsini nəzərə alaraq avadanlığın elektrik təchizatı qurğularının vəziyyəti öyrənildikdə müəyyən edilmişdir ki, dəzgahdan təxminən 1 metr aralıda, ona paralel olan sexin divarının üzərində döşəmədən təxminən 150 sm hündürlükdə maqnit buraxıcısı, elektrik rubilniki (açarı) quraşdırılmışdır. Elektrik açarından üç ədəd alüminium damarlı naqillərlə elektrik xətləri mühərrikə birləşdirilmişdir. Elektrik açarından həmçinin ayrıca üç ədəd xətt qeyd olunan dəzgahın gövdəsi üzərinə onun uzununa boynunca quraşdırılmış elektrik qızdırıcı elementinə çəkilmişdir. Yoxlamaq məqsədi ilə Təqsirləndirilən şəxs göstərilən avadanlığın işə salınması zəruriliyi bildirilmişdir. Təqsirləndirilən şəxs hadisə yerinə baxışda iştirak etmək üçün “xxxx” ASC-nin elektriki kimi özünü təqdim etmiş Şahid2 dəvət etmişdir. Şahid2 sexə gələn elektrik açarından elektrik enerjisinin verilməsini təmin etdikdə sexin işıqlandırılması müşahidə edilmiş, bundan sonra onun tərəfindən dəzgahın elektrik təchizatında istifadə olunan elektrik qurğularının, yəni elektrik açarı və maqnit buraxıcısı işə qoşulmuşdur. Təqsirləndirilən şəxs qeyd etdiyinə görə hadisə baş verdikdən sonra dəzgahın elektrik mühərriki yanmış, bununla əlaqədar dəzgahın özünün işə buraxılması mümkün olmamışdır. Şahid2 özündə olan elektrik indikatoru ilə dəzgahın gövdəsinə elektrik gərginliyinin axması ehtimalını yoxladıqda, müəyyən edilmişdir ki, dəzgahın gövdəsinə elektrik cərəyanın axması baş vermir. Dəzgah ətraflı öyrənildikdə müəyyən edilmişdir ki, elektrik açarından dəzgahın sillindirik formalı qızdırıcısına birləşdirilmiş üç ədəd allüminium cərəyan daşıyıcı damarlı naqillərin izolyasiya örtüyü vardır, eyni zamanda həmin naqillərin hər üçünün qızdırıcı elementə bolt-qayka vasitəsi ilə qoşulduğu yerlərin üstü təxminən 0,5-1 sm məsafədə açıq vəziyyətdədirlər, yəni həmin yerlərdə naqillərin cərəyan daşıyıcı alüminium damarlarının üzəri yolverilməz qaydada çılpaq vəziyyətdədirlər. Elektrik indikatoru ilə yoxladıqda hər üç naqilin izolyasiyasız olan göstərilən çılpaq hissələrində elektrik cərəyanının mövcudluğu aşkar edilmişdir. (i.v. 4-20) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 150 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs meyiti üzərində sol dirsək oynağının arxa səthinin yanıq yarası (elektrik nişanəsi), sol bazunun ön, sağ saidin arxa və iç səthləri, sağ əlin arxa səthində İV daraq sümüyü proyeksiyası, qarnın ön səthində sağ və sol qabırğaaltı nahiyə, döş qəfəsinin sağ və sol yarısının arxa səthi, oma fəqərələri proyeksiyasında qarnın hər iki yan və arxa səthi, hər iki bud-çanaq oynağının yan səthi, sağ budun və sol budun ön səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər həyatidir, sıyrıqlar bərk küt əşyanın (əşyaların), yanıq yarası isə elektrik cərəyanın termiki təsiri nəticəsində yarana bilər, əmələ gəlmə müddətinə görə baş vermiş ölümdən az əvvəl yaranmağa uyğun gəlir, dərəcəsinə görə yanıq yarası (elektrik nişanəsi) həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər isə həm ayrı-ayrılıqda həm də ümumilikdə canlı şəxslərdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir və sol dirsək oynağının arxa səthinin yanıq yarası (elektrik nişanəsi) ölümlə bilavasitə səbəbli əlaqəlidir və qeyd edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni şəxsin doğranmış rezin yarımfabrikatını əritmə dəzgahına dəyməsi nəticəsində yaranması mümkündür. Zərərçəkmiş şəxs ölümünə səbəb elektrik vurma olmuşdur. Ölüm meyitin meyitxanadakı müayinəsindən 3-4 saat əvvəl baş vermişdir. Sol dirsəyin arxa səthinin yanıq yarası elektrik nişanəsidir və elektrik cərəyanının giriş yeri kimi qiymətləndirilir. Zərərçəkmiş şəxs adına tərtib edilmiş məhkəməhistoloji müayinə nəticəsində hər hansı bir xəstəliyin patoloji-morfoloji dəyişikliyi qeyd edilməmişdir. Zərərçəkmiş şəxs meyitinin daxili müayinəsi zamanı aşkar edilən mədə möhtəviyyatma əsasən demək olar ki, şəxs ölümündən 2-4 saat əvvəl qida qəbul etmişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya müayinəsi nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i.v. 87-89) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmək təhlükəsizliyinin tədqiqinə dair xx xxxxxx 2020-ci il tarixli 10/3743 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması qaydaları”nın 2.1.1.19-cu bəndi, “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər. 12.0.004-79 DST”-nin 1.1, 1.3-cü bəndləri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2005-ci il tarixli 24-24-2 saylı qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1”nda olan “Sex rəisi”nin vəzifə tələbləri pozulmuşdur. Həmin tələblərin pozulması hadisənin baş verməsinin səbəbləri olmuşdur. Belə ki, dəzgahların işləmə qabiliyyətinin yoxlanılmasına buraxılmazdan əvvəl Zərərçəkmiş şəxs ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlim, təlimatlandırma və biliyinin yoxlanılması keçirilməmiş, hadisə baş vermiş dəzgah əldəqayırma (yəni kustar) üsul ilə yığılması ilə bərabər texniki nasaz vəziyyətdə olmuş, elektrik xətləri dəzgaha nizamsız qaydada çəkilmiş və əsasən də, elektrik açarından dəzgahın silindrik formalı qızdırıcı qurğusuna birləşdirilmiş üç ədəd (üç faza) alümin naqillərin cərəyandaşıyıcı damarlarının bolt-qayka vasitəsi ilə qoşulduqları və işçinin təsadüfən toxunması mümkün olan həmin yerlərin üstü təxminən 0,5-1 sm məsafədə yolverilməz qaydada çılpaq (əyni izolyasiyasız) vəziyyətdə olmuş, hadisə yerinə baxış zamanı həmin yerlər elektrik indikatoru ilə yoxlanıldıqda, onların hər üçünün gərginlik altında olmaları müəyyən edilmişdir. “Elektrik qurğularının quraşdırılması qaydaları”nın 2.1.1.19-cu bəndinin pozulması hadisənin bilavasitə texniki səbəbi olmuşdur. “Elektrik qurğularının quraşdırılması qaydaları”nın 2.1.1.19-cu bəndi, “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər. 12.0.004-79 DST”-nin 1.1, 1.3-cü bəndləri və “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1”nda olan “Sex rəisi”nin vəzifə tələbləri, hadisə günü Zərərçəkmiş şəxs (yəni zərərçəkmiş şəxsə) dəzgahların, o cümlədən bədbəxt hadisə baş vermiş dəzgahın işləmə qabiliyyətinin yoxlanılmasına dair göstəriş vermiş, hadisə baş vermiş sexin sahəsini icarəyə götürüb, orada ayaqqabı altlığı hazırlanması üçün avadanlıqlar quraşdırmış, sexin rəhbəri kimi avadanlıqların (dəzgahların və s.-in) texniki cəhətdən düzgün istismarını, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını, fəhlə və qulluqçu kadrların seçilməsini, yerləşdirilməsini təmin etməli, eləcə də işçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına riayət edilməsinə nəzarət etməli olan Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. (i.v. 96-100) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 162-1 və 192-ci maddələrinin tərkibi müəyyən edilmədiyindən həmin hissədə barəsində cinayət təqibinə xitam verilmiş, cinayət işinin Zərərçəkmiş şəxs hadisə zamanı sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər alması epizodunda cinayət tərkibi olmadığından həmin hissədə cinayət təqibinə xitam verilmişdir. (i.v. 102-111) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 162.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsinə əsasən eyni əməllər (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa) ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. -Bakı şəhəri 65 saylı MKİS-nin xx xxxxxx 2020-ci il tarixli 597 nömrəli arayışından, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri həyat yoldaşı X3, xx xxxxxx 2006-cı il təvəllüdlü qızı Məmmədli Aytac, xx xxx 2012-ci il təvəllüdlü qızı Məmmədli Dəniz və xx xxx 2017-ci il təvəllüdlü oğlu Məmmədli Eldardan ibarətdir. (i.v. 54, 56-57) -Bakı şəhəri 65 saylı MKİS-nin rəisinin xx xxxxxx 2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Cavadxan küçəsi ev 19, mənzil 18də yaşadığı müddətdə onun barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 55) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 93) -Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 134-135) -Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 xx xxxxxx 2021-ci il tarixdə notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. -Şəmkir rayon hərbi komissarlığı tərəfindən xx xxxxxxx 2008-ci il tarixdə verilmiş 077723 nömrəli vəsiqənin və Azərbaycan Vətən Müharibəsi X4 tərəfindən verilmiş 67709 nömrəli vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşaqların olmasını Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.1 və 59.1.4-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək müharibə veteranı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2011-ci il tarixli qərarına əsasən “...müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər...” Məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 162.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulduğu qaydada, törədilmiş cinayətin xarakteri əsas götürülməklə, təqsirləndirilən şəxsə əlavə cəza qismində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilmə təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.13-cü və CM-nin 56.1.1-ci maddələrinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan cəmi 120 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfi olan 120 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-92/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-92/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver