Məhkəmə qərarları › İş №1(007)-93/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-93/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-93/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi – Nümayəndə, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Faiq oğlunun Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs Faiq oğlu ünvan 2 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-nin 29 avqust 2018-ci il tarixli, 00000218-2018 nömrəli əmri ilə sürücüekspeditor (satış təmsilçisi) vəzifəsinə qəbul edilib işləyərkən MMC ilə onun arasında bağlanmış həmin tarixli 0000026/2018 nömrəli əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında əlavə müqavilə, tam fərdi məsuliyyət haqqında müqavilə və vəzifə təlimatına əsasən ona inanılıb tapşırılmış maddi qiymətli əmlakı MMC-nin anbarından qəbul etdikdən sonra onların dəyərlərinin müəssisənin xəzinəsinə ödənilməsi ilə əlaqədar tam məsuliyyət daşımasına baxmayaraq öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 01 sentyabr 2018-ci il tarixdən 26 iyul 2019-cu il tarixədək olan dövr ərzində öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün Zərərçəkmiş şəxs MMC-nin ünvan 2 ünvanında yerləşən anbarından verdiyi sifarişlər əsasında qaimələrlə 1.774.367 manat 37 qəpik dəyərində şirniyyat məhsullarını qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 328.281 manat məbləğində satış pulu MMC-nin ünvan 2 ünvanında yerləşən xəzinəsinə, 895.968 manat 20 qəpik MMC-nin bank hesabına ödənilmiş, satılmamış və istifadə müddəti keçmiş 173.703 manat 19 qəpik dəyərində məhsullar MMC-nin anbarına qaytarılmış, 17.792 manat 66 qəpik dəyərində məhsul güzəşt və hədiyyələr hesabına öhdəsindən azaldılmış, 350.119 manat 50 qəpik dəyərində məhsullar ticarət obyektlərində qalıq qalmış, dislokasiyasına daxil olan "xxxx" MMC-nin Bakı şəhəri ərazisində yerləşən mağazalarından Zərərçəkmiş şəxs MMC-nin anbarına qaytarılması üçün 26 iyun 2019-cu il tarixli, 370408 nömrəli akt əsasında 628 manat 72 qəpik, 16 iyul 2019-cu il tarixli, 556816 nömrəli akt əsasında 47 manat 88 qəpik, 16 iyul 2019-cu il tarixli, 556815 nömrəli akt əsasında 767 manat 49 qəpik, 19 iyun 2019-cu il tarixli, 559485 nömrəli akt əsasında 749 manat 58 qəpik, 19 iyun 2019-cu il tarixli, 215816 nömrəli akt əsasında 140 manat 77 qəpik, 25 iyun 2019-cu il tarixli, 564324 nömrəli akt əsasında 17 manat 94 qəpik, 20 iyun 2019-cu il tarixli, 567601 nömrəli akt əsasında 428 manat 38 qəpik, 23 iyul 2019-cu il tarixli, 572421 nömrəli akt əsasında 349 manat 75 qəpik, 25 iyun 2019-cu il tarixli, 561722 nömrəli akt əsasında 406 manat 23 qəpik, 26 iyun 2019-cu il tarixli, 398154 nömrəli akt əsasında 432 manat 95 qəpik, 16 iyul 2019-cu il tarixli, 556817 nömrəli akt əsasında 90 manat 85 qəpik, 27 iyun 2019-cu il tarixli, 375566 nömrəli akt əsasında 297 manat 01 qəpik, 01 iyul 2019-cu il tarixli, 570162 nömrəli akt əsasında 362 manat 47 qəpik, 13 iyul 2019-cu il tarixli, 097140 nömrəli akt əsasında 679 manat 35 qəpik, 01 iyul 2019-cu il tarixli, 562070 nömrəli akt əsasında 588 manat 86 qəpik, 23 iyul 2019-cu il tarixli, 572422 nömrəli akt əsasında 2514 manat 59 qəpik, ümumilikdə 8.502 manat 82 qəpik dəyərində məhsulları qəbul edib MMC-nin anbarına təhvil verməmiş, həmin məhsullardan 5.220 manat 74 qəpik dəyərində olan hissəsi istifadə müddəti keçmiş və yararsız vəziyyətdə olmuş, 3.282 manat 08 qəpik dəyərində ona etibar edilmiş istifadəyə yararlı əmlakı isə mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMCyə maddi ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin 29.08.2018-ci il tarixli əmri ilə sürücü-ekspeditor (satış təmsilçisi) vəzifəsinə təyin edilmişdir. Vəzifəsi dislokasiyasına daxil olan "xxxx" MMC-nin Bakı şəhərində yerləşən mağazalarından sifarişləri qəbul etmək, ona təhkim olunmuş terminal vasitəsilə həmin sifarişləri Zərərçəkmiş şəxs MMC-nin anbarına ötürmək, daha sonra MMC-nin Logistika şöbəsinə yaxınlaşıb mağazalardan qəbul etdiyi sifarişlərin qaimə-fakturalarını imzalayıb anbara təhvil vermək, həmin sənədlər əsasında MMC-nin sürücülərinə təqdim edilmiş şirniyyat məhsullarını mağazalara yönləndirmək və bundan sonra "xxxx" MMC-dən Zərərçəkmiş şəxs MMC-nin əmlakın dəyərlərinin müəssisənin xəzinəsinə ödənilməsini təmin etməkdən ibarət olmuşdur. İşlədiyi müddət ərzində öhdəsində 3282,08 manat məbləğində çatışmazlıq əmələ gəlmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsndə sürücü-ekspeditor (satış təmsilçisi) vəzifəsinə qəbul edilib işləyərkən 01 sentyabr 2018-ci il tarixdən 26 iyul 2019-cu il tarixədək olan dövr ərzində öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün Zərərçəkmiş şəxs MMC-nin anbarından verdiyi sifarişlər əsasında qaimələrlə 1.774.367 manat 37 qəpik dəyərində şirniyyat məhsullarını qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 328.281 manat məbləğində satış pulu MMC-nin xəzinəsinə, 895.968 manat 20 qəpik MMC-nin bank hesabına ödənilmiş, satılmamış və istifadə müddəti keçmiş 173.703 manat 19 qəpik dəyərində məhsullar MMC-nin anbarına qaytarılmış, 17.792 manat 66 qəpik dəyərində məhsul güzəşt və hədiyyələr hesabına öhdəsindən azaldılmış, 350.119 manat 50 qəpik dəyərində məhsullar ticarət obyektlərində qalıq qalmış, dislokasiyasına daxil olan "xxxx" MMC-nin Bakı şəhəri ərazisində yerləşən mağazalarından ”AzTrade” MMC-nin anbarına qaytarılması üçün aktlar əsasında ümumilikdə 8.502 manat 82 qəpik dəyərində məhsulları qəbul edib MMC-nin anbarına təhvil verməmiş, həmin məhsullardan 5.220 manat 74 qəpik dəyərində olan hissəsi istifadə müddəti keçmiş və yararsız vəziyyətdə olmuş, 3.282 manat 08 qəpik dəyərində ona etibar edilmiş istifadəyə yararlı əmlakı isə mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyanı tamamilə ödəmiş, Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında barışıq olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə şahid Zərərçəkmiş şəxs MMC-nin direktoru Şahid məhkəməyə ərizə ilə müraciət edərək cinayət işi üzrə istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid istintaqda verdiyi ifadəsində göstərmişdir ki, MMC-nin fəaliyyəti müxtəlif növ konditer, şirniyyat məhsullarının, içkilərin satışı ilə məşğul olmaqdan ibarət olmuş, məhsullar ticarət obyektlərinə maddi məsul şəxslər sürücü-ekspeditorlar (satış təmsilçiləri) vasitəsi ilə çatdırılmışdır. Təqsirləndirilən şəxs MMC-nin 29 avqust 2018-ci il tarixli əmri ilə sürücü-ekspeditor vəzifəsinə qəbul edilmiş və həmin tarixdə onunla əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən Təqsirləndirilən şəxs verdiyi sifarişlər əsasında ona inanılıb tapşırılmış maddi qiymətli əmlakı satış üçün qəbul etmək, dəyərinin müəssisənin xəzinəsinə ödənilməsini təmin etmək, işdən çıxdığı təqdirdə qəbul etdiyi məhsulun dəyərini MMC-yə ödəmək, çatışmayan hissəsi olduqda isə müəyyən olunmuş qaydada mal şəklində anbara qaytarmaq, müştərilər ilə daim təmasda olmaqla bərabər, onların fəaliyyətlərini nəzarətdə saxlayıb, onların hər biri ilə yarana biləcək çatışmazlığı öz üzərinə götürmək və s. vəzifələrini daşımışdır. 2019-cu ilin iyul ayının sonlarında sürücü-ekspeditor (satış təmsilçisi) Təqsirləndirilən şəxs öhdəsində çatışmazlığın olduğu müəyyən edildiyi üçün Təqsirləndirilən şəxs 25 iyul 2019-cu il tarixdə sərəncama verilmiş, 06 mart 2020-ci il tarixdə isə işdən azad olunmuşdur. Məsələni aydınlaşdırmaq məqsədilə dəvət edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X5 tərəfindən audit yoxlaması keçirilmiş və bu barədə 22 fevral 2020-ci il tarixli audit aktı və rəyi tərtib edilmişdir. Audit yoxlaması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2018-ci il tarixdən 25 iyul 2019-cu il tarixədək olan dövr ərzində öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün Zərərçəkmiş şəxs MMC-nin anbarından verdiyi sifarişlər əsasında qaimələrlə 1.774.367 manat 37 qəpik dəyərində şirniyyat məhsullarını qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 328.281 manat məbləğində satış pulu MMC-nin xəzinəsinə, 895.968 manat 20 qəpik MMC-nin bank hesabına ödənilmiş, satılmamış və istifadə müddəti keçmiş 157.118 manat 02 qəpik dəyərində məhsullar MMC-nin anbarına qaytarılmış. 17.792 manat 66 qəpik dəyərində məhsul güzəşt və hədiyyələr hesabına öhdəsindən azaldılmış, 28 avqust 2019cu il tarixli təhvil- təslim aktı əsasında 10.764 manat 51 qəpik dəyərində ticarət obyektlərində öhdəsində olan məhsulları MMC-nin sürücü-ekspeditoru X1 11 fevral 2020ci il tarixli təhvil-təslim aktı əsasında 339.354 manat 99 qəpik dəyərində ticarət obyektlərində öhdəsində olan məhsulları MMC-nin sürücü-ekspeditoru X2 təhvil verilmiş, MMC-yə məxsus özgənin əmlakı olan 25.087 manat 99 qəpik dəyərində isə öhdəsində çatışmazlıq yaranmışdır. Bundan sonra Nizami rayon prokurorluğunda istintaq aparıldığı dövrdə Təqsirləndirilən şəxs fəaliyyətinin sərbəst auditor tərəfindən yoxlanıldığı dövrdə Zərərçəkmiş şəxs MMC və "xxxx" MMC-nin əməkdaşlarının aralarında keçirilmiş 10 oktyabr 2019-cu il tarixli üzləşmə aktının auditora təqdim edilməməsi müəyyən edilmişdir. Belə ki, sərbəst auditor tərəfindən yoxlama aparılarkən Təqsirləndirilən şəxs fəaliyyəti dövründə sonuncunun sifarişi əsasında anbardan məhsulların buraxılmasını və anbara məhsulların qaytarılmasını təsdiq edən qaimə-fakturaların vaxtı keçməsi səbəbindən məhv edilməsinə görə onun tərəfindən MMC-nin mərkəzi kompüter sistemindən Təqsirləndirilən şəxs adına olan terminalın reyestrində olan qaimələr çıxarılaraq və məhsulların Təqsirləndirilən şəxs sifarişi əsasında anbardan buraxılması və anbara qaytarılmasını təsdiq etmələri üçün istifadəyə yararlı mal anbardan Emin Əliyev və geri qaytarma anbardan Anar Bağırova təqdim edilmişdir. Onlar da həmin qaimələri yoxlayıb həqiqətən də məhsulların anbardan buraxılmasını və anbara qaytarılmasını öz imzaları ilə təsdiq etmiş, bu hərəkəti etməkdə məqsədi Təqsirləndirilən şəxs öhdəsində çatışmazlığın olub-olmamasının müəyyən edilməsi üçün qaimə-fakturaları auditə təqdim etmək olmuşdur. Əslində həmin qaimələrin imzalanması formal xarakter daşımış, çünki, sürücüekspeditorlar (satış təmsilçiləri) öz adlarına qeydiyyatdan keçdikləri və yalnız onların daxil olub sifariş verə bildikləri mobil telefonun "xxxx" proqramı ilə MMC-yə sifariş verdikdən sonra onların adlarına qaimələr tərtib edilmiş və onların sifarişi əsasında MMC-nin adlarını xatırlamadığı sürücüləri həmin məhsulları anbardan qəbul etmiş, bundan sonra sürücülər həmin məhsulları tərtib edilmiş qaimədə sürücü-ekspeditorların (satış təmsilçilərinin) göstərdiyi ticarət obyektlərinə təhvil vermişlər. Təqsirləndirilən şəxs da fəaliyyət göstərdiyi dövr ərzində vermiş olduğu sifarişlər əsasında məhsulları sürücülər anbardan qəbul edib və Təqsirləndirilən şəxs göstərdiyi ticarət obyektinə aparıb çatdırmışlar. Həmin qaiməfakturalar auditə təqdim edildikdə sonuncu tərəfindən Təqsirləndirilən şəxs öhdəsində 25087 manat 99 qəpik məbləğində çatışmazlığın olması müəyyən edilmişdir. Qaimələr auditə təqdim edildiyi üçün artıq audit tərəfindən çatışmazlığın məbləğinin dəqiqliklə hesablanacağını düşündüklərinə görə yuxarıda adıçəkilən, Zərərçəkmiş şəxs MMC və "xxxx" MMC-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fəaliyyətinin yenidən yoxlanılması barədə tərtib edilmiş 10 oktyabr 2019-cu il tarixli üzləşmə aktının auditə təqdim edilməsinə ehtiyac olmadığı qənaətinə gəlinmiş, buna görə də audit Təqsirləndirilən şəxs öhdəsində 25.087 manat 99 qəpik dəyərində çatışmazlığın olması nəticəsinə gəlmişdir. Əslində isə həmin üzləşmə aktı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öhdəsində olan 16.585 manat 17 qəpik dəyərində məhsullar Zərərçəkmiş şəxs MMC-nin ayrı-ayrı sürücüləri tərəfindən "xxxx" MMC-nin Bakı şəhəri ərazisində olan mağazalarından qəbul edilmiş və Zərərçəkmiş şəxs MMC-nin anbarına qaytarılmışdır. Belə olan halda isə audit yoxlaması zamanı Təqsirləndirilən şəxs öhdəsində olan 25087 manat 99 qəpik çatışmazlıqdan 16.585 manat 17 qəpik çıxılmalıdır. Bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs öhdəsində olan çatışmazlığın 25087 manat 99 qəpik göstərilməsinə səbəb, onun fəaliyyətini əks etdirən qaimə-fakturaların məhv edilməsinə görə tərəfindən MMC-nin mərkəzi kompüter sistemindən çıxarılmış qaiməfakturaların auditə təqdim edilməsi səbəbindən digər mühasibatlıq sənədlərinə ehtiyac olmadığını düşünmələri olmuşdur. Əslində Təqsirləndirilən şəxs öhdəsində 8.502 manat 82 qəpik dəyərində çatışmazlıq olmuş, həmin çatışmazlığın yaranmasına səbəb ona təhkim edilmiş ticarət obyektlərindən qəbul etdiyi malları MMC-nin anbarına qaytarmaması olmuşdur. 8.502 manat 82 qəpik dəyərində məhsulun istifadə müddətinin keçməsi və yararsız vəziyyətdə olub-olmaması barədə hər hansı məlumatı olmamışdır. İstifadəyə yararlı vəziyyətdə olan məhsulun "xxxx" MMC-nin mağazaları tərəfindən qaytarılması o halda olur ki, bəzən "xxxx" MMC-nin mağazaları tərəfindən sifariş edilmədiyi halda, satış təmsilçiləri özbaşına sifarişlər hazırlayıb terminal ilə MMC-nin anbarına yönləndirir, bundan sonra MMC-nin sürücüləri tərəfindən məhsullar anbardan qəbul edilib satış təmsilçisinin sifarişdə göstərdiyi mağazaya çatdırılır, lakin, orada məhsul mağazalar tərəfindən qəbul edilmədikdə sifarişi verən satış təmsilçisinin iştirakı ilə sayılıb ona qaytarılır. Bəzən isə satış təmsilçiləri mağazaların istədiyi miqdardan artıq miqdarda sifarişi MMC-nin anbarına yönəldir, belə olan halda da sifarişin artıq qalan hissəsi bəzən həmin gün, bəzən isə bir neçə gün sonra Zərərçəkmiş şəxs MMC-nin anbarına qaytarılması üçün ”Araz Supermarket” MMC-nin mal qəbulçuları tərəfindən satış təmsilçisinə təhvil verilir. Hər iki halda satış təmsilçisi istifadəyə yararlı məhsulu MMC-nin anbarına qaytarmalıdır. İstifadəyə yararlı vəziyyətdə olmayan məhsul isə istehlak müddəti keçdikdə və ya əzilməsi, dağılması, zədələnməsi və s. səbəblərdən yararsız vəziyyətə düşməsinə görə "xxxx" MMC-nin mağazaları tərəfindən geri qaytarılır və həmin məhsullar MMC-də məhv edilir. Son dövrlərdə Təqsirləndirilən şəxs İsmayıl Hüseynov və Nihad Həsənov ilə birlikdə işləsə də Təqsirləndirilən şəxs ona təhkim edilmiş mağazaların işçiləri ilə birbaşa özü təmasda olmuş, yəni əksər mağazalardan sifarişi və geri qaytarma məhsullarını qəbul etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması haqqında 15.10.2018-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin sürücü-ekspeditorlarının qulluq mövqeyindən istifadə etməklə onlara etibar edilmiş xeyli miqdarda talanması faktı üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 179.2.3 və 1792.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 20.10.2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin sürücü-ekspeditoru X3 Azərbaycan Respublikası CM-nin 179.2.3 və 1792.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirildiyindən və barəsində olan epizod üzrə cinayət işinin istintaqı tamamlandığından həmin epizod üzrə cinayət işi məhkəməyə verilmiş, həmin cinayət işinin materiallarından Təqsirləndirilən şəxs Faiq oğlu barəsində həmin Məcəllənin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi ayrılıb ayrı icraatda istintaq edilmişdir. - 22 fevral 2020-ci il tarixli audit prosedurlarının aparılmasına dair aktdan və həmin tarixli, 14/01 nömrəli audit rəyindən görünür ki, sərbəst auditor tərəfindən keçirilmiş audit yoxlaması zamanı Zərərçəkmiş şəxs MMC-nin sürücü-ekspeditoru Təqsirləndirilən şəxs öhdəsində 17.02.2020-ci il tarixə 25087,99 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. - Zərərçəkmiş şəxs MMC-nin 29.08.2018-ci il tarixli, 00000218-2018 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən cəmiyyətə əmək müqaviləsi ilə sürücü-ekspeditor vəzifəsinə təyin edilmişdir. -Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 29.08.2018-ci il tarixli, 0000026/2018 nömrəli əmək müqaviləsindən və tam maddi məsuliyyət haqqında əlavə müqavilədən görünür ki, Təqsirləndirilən şəxs müəssisənin anbarından satılması nəzərdə tutulan bütün mövcud malları və məhsulları qəbul etdikdən sonra onların dəyərlərinin müəssisənin xəzinəsinə ödənilməsi ilə əlaqədar tam məsuliyyət daşımağı, işdən çıxdığı təqdirdə anbardan qəbul etdiyi malın və məhsulların dəyərlərini ödəməyi, çatışmayan hissəsi olduqda isə müəyyən olunmuş qaydada mal şəklində (natural) anbara qaytarmağı və s. öz üzərinə öhdəlik götürmüşdür. - Zərərçəkmiş şəxs MMC-nin 25.07.2019-cu il tarixli, **********-2019 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən kənarlaşdırılaraq müəssisənin sərəncamına çıxarılmışdır. - Zərərçəkmiş şəxs MMC-nin 06.03.2020-ci il tarixli, **********-2020 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 30.11.2021-ci il tarixli, 4/1693- 9/8455 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş ********* nömrəli cinayət işinin 7-ci cildinin 186-cı vərəqəsində olan 01 iyul 2019-cu il tarixli 562070 nömrəli, i/v 187-də olan 13 iyul 2019-cu il tarixli 097140 nömrəli, i/v 188-də olan 01 iyul 2019-cu il tarixli 570162 nömrəli, i/v 189-da olan 27 iyun 2019-cu il tarixli 375566 nömrəli, i/v 190-da olan 16 iyul 2019-cu il tarixli 556817 nömrəli, i/v 191-də olan 26 iyun 2019-cu il tarixli 398154 nömrəli, i/v 192-də olan 25 iyun 2019-cu il tarixli 561722 nömrəli, i/v 193-də olan 23 iyul 2019-cu il tarixli 572421 nömrəli, i/v 194-də olan 25 iyun 2019-cu il tarixli 564324 nömrəli, i/v 195-də olan 19 iyun 2019-cu il tarixli 215816 nömrəli, i/v 196-da olan 19 iyun 2019-cu il tarixli 559485 nömrəli, i/v 197-də olan 16 iyul 2019-cu il tarixli 556815 nömrəli, i/v 198-də olan 16 iyul 2019-cu il tarixli 556816 nömrəli, i/v 199-da olan 26 iyun 2019-cu il tarixli 370408 nömrəli, i/v 200-də olan 20 iyun 2019-cu il tarixli 567601 nömrəli, i/v 201-də olan 23 iyul 2019-cu il tarixli 572422 nömrəli malların qaytarılması aktlarında “Təhvil aldım imza və tarix” qrafalarında olan imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş ********* nömrəli cinayət işinin 7-ci cildinin 202-ci vərəqəsində olan 14 iyun 2019-cu il tarixli 414180 nömrəli, i/v 203-də olan 14 iyun 2019-cu il tarixli 414181 nömrəli, i/v 204-də olan 29 iyul 2019-cu il tarixli 219035 nömrəli, i/v 205-də olan 09 avqust 2019-cu il tarixli 725060 nömrəli, i/v 206-da olan 18 iyul 2019-cu il tarixli 658889 nömrəli, i/v 207-də olan 10 iyul 2019-cu il tarixli 679901 nömrəli, i/v 208-də olan 15 iyul 2019-cu il tarixli 408179 nömrəli, i/v 209-da olan 27 iyul 2019-cu il tarixli 572490 nömrəli, i/v 210-da olan 11 iyul 2019-cu il tarixli 572506 nömrəli, i/v 211-də olan 12 iyul 2019-cu il tarixli 307389 nömrəli, i/v 212-də olan 12 iyul 2019-cu il tarixli 652138 nömrəli, i/v 213-də olan 11 iyul 2019-cu il tarixli 679038 nömrəli, i/v 214-də olan 23 iyul 2019-cu il tarixli 670197 nömrəli, i/v 215-də olan 06 iyul 2019-cu il tarixli 559741 nömrəli, i/v 216-da olan 10 iyul 2019-cu il tarixli 564137 nömrəli, i/v 217-də olan 11 iyul 2019-cu il tarixli 579183 nömrəli, i/v 218-də olan 31 iyul 2019-cu il tarixli 359059 nömrəli, i/v 219-da olan 05 iyul 2019-cu il tarixli 358410 nömrəli, i/v 220-də olan 02 avqust 2019-cu il tarixli 395817 nömrəli, i/v 221-də olan 10 avqust 2019-cu il tarixli 661490 nömrəli, i/v 222-də olan 10 iyul 2019-cu il tarixli 402801 nömrəli, i/v 223-də olan 11 iyul 2019-cu il tarixli 649854 nömrəli, i/v 224-də olan 21 iyun 2019-cu il tarixli 063230 nömrəli, i/v 225-də olan 20 iyun 2019-cu il tarixli 360659 nömrəli malların qaytarılması aktlarında “Təhvil aldım imza və tarix” qrafalarında olan imzalar - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan 10.10.2019-cu il tarixli üzləşmə aktı və 7-ci cildin 186-cl vərəqəsində olan 01 iyul 2019-cu il tarixli 562070 nömrəli, i/v 187-də olan 13 iyul 2019-cu il tarixli 097140 nömrəli, i/v 188-də olan 01 iyul 2019-cu il tarixli 570162 nömrəli, i/v 189-da olan 27 iyun 2019-cu il tarixli 375566 nömrəli, i/v 190-da olan 16 iyul 2019-cu il tarixli 556817 nömrəli, i/v 191-də olan 26 iyun 2019-cu il tarixli 398154 nömrəli, i/v 192-də olan 25 iyun 2019-cu il tarixli 561722 nömrəli, i/v 193-də olan 23 iyul 2019-cu il tarixli 572421 nömrəli, i/v 194-də olan 25 iyun 2019-cu il tarixli 564324 nömrəli, i/v 195-də olan 19 iyun 2019-cu il tarixli 215816 nömrəli, i/v 196-da olan 19 iyun 2019-cu il tarixli 559485 nömrəli, i/v 197-də olan 16 iyul 2019-cu il tarixli 556815 nömrəli, i/v 198-də olan 16 iyul 2019-cu il tarixli 556816 nömrəli, i/v 199-da olan 26 iyun 2019-cu il tarixli 370408 nömrəli, i/v 200-də olan 20 iyun 2019-cu il tarixli 567601 nömrəli, i/v 201-də olan 23 iyul 2019-cu il tarixli 572422 nömrəli malların qaytarılması aktlarında “Təhvil aldım imza və tarix” qrafalarında olan imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunduğu təqdirdə (məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən) Zərərçəkmiş şəxs MMC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 8502,82 manat məbləğində müəyyən edilir. - zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması haqqında 10.12.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC zərərçəkmiş kimi, Nümayəndə zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi kimi tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibat ekspertizasının 21.12.2021-ci il tarixli, 9/9231 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi Zərərçəkmiş şəxs MMC-yə təhvil verilməyən 26 iyun 2019-cu il tarixli 370408 nömrəli akt əsasında 628 manat 72 qəpik, 16 iyul 2019-cu il tarixli 556816 nömrəli akt əsasında 47 manat 88 qəpik, 19 iyun 2019-cu il tarixli 559485 nömrəli akt əsasında 749 manat 58 qəpik, 19 iyun 2019-cu il tarixli 215816 nömrəli akt əsasında 140 manat 77 qəpik, 25 iyun 2019-cu il tarixli 564324 nömrəli akt əsasında 17 manat 94 qəpik, 20 iyun 2019-cu il tarixli 567601 nömrəli akt əsasında 428 manat 38 qəpik, 23 iyul 2019-cu il tarixli 572421 nömrəli akt əsasında 349 manat 75 qəpik, 25 iyun 2019-cu il tarixli 561722 nömrəli akt əsasında 406 manat 23 qəpik, 26 iyun 2019-cu il tarixli 398154 nömrəli akt əsasında 432 manat 95 qəpik, 16 iyul 2019-cu il tarixli 556817 nömrəli akt əsasında 90 manat 85 qəpik, 27 iyun 2019-cu il tarixli 375566 nömrəli akt əsasında 297 manat 01 qəpik, 01 iyul 2019-cu il tarixli 570162 nömrəli akt əsasında 362 manat 47 qəpik, 13 iyul 2019-cu il tarixli 097140 nömrəli akt əsasında 679 manat 35 qəpik, 01 iyul 2019-cu il tarixli 562070 nömrəli akt əsasında 588 manat 86 qəpik dəyərində məhsulun yararsız vəziyyətdə olması istintaq orqanı tərəfindən qəbul olunduğu təqdirdə Zərərçəkmiş şəxs MMC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 3282,08 (767,49 manat + 2514,59 manat) manat məbləğində müəyyən edilir. - qətimkan tədbirinin seçilməsi haqqında 21.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - cinayət əməlinin tövsif edilməsi haqqında 21.12.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrindən həmin Məcəllənin 179.2.3-cü maddəsinə tövsif edilmişdir. - təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittiham elan edilməsi haqqında 21.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. - sübutların qiymətləndirilməsi haqqında 21.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Nizami rayon MKTB-nin 50 saylı MKİS tərəfindən verilmiş 21.12.2021-ci il tarixli, 323 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19.01.2022-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - Zərərçəkmiş şəxs MMC-nin direktoru Şahid tərəfindən verilmiş 24.01.2022-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi işləmiş Təqsirləndirilən şəxs şirkətə vurduğu 3282,08 manat məbləğində maddi ziyanı Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə tamamilə ödəmişdir, Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında barışıq olmuşdur. Zərərçəkmiş şəxs MMC-nin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. - 24.01.2022-ci il tarixli, 9920 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 822 manat dövlət büdcəsinə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin direktoru ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikasının CM-nin 179.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 510 (beş yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 90 (doxsan) manat (15x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 305, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 510 (beş yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 90 (doxsan) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar