Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-93/2024 22.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X18 iştirakı ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1981-ci il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda tanışı Zərərçəkmiş şəxs1 qohumu X3 Azərbaycan Memarlıq və İnşaat Universtetinə tələbə kimi qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs1 06 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu “Əhmədli" netrostansiyasının yaxınlığında 5000 manat, Zərərçəkmiş şəxs1 tərəfindən 19 iyul 2023cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsində yerləşən “Yaşıl" marketdə olan ödəmə terminalından ona məxsus "xxxx" ASC-nə aid 42785851 nömrəli debet kartına 1000, 1000. 1000 manat olmaqla 3 dəfə köçürülmüş 3000 manat, 24 iyul 2023-cü il tarixdə həmin ünvanda ödəmə terminalından eyni kart hesabına 1000,1000,1000.1000,1000,1000 və 900 manat olmaqla yeddi dəfə köçürülmüş 6900 manat, ümumilikdə Marif Razayevə məxsus 14900 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda tanışı Zərərçəkmiş şəxs2 sonuncunun qohumu Şahid2 əvvəllər təyin edilmiş əlillik təqaüdünü bərpa edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu acla Zərərçəkmiş şəxs2 tərəfindən 22 avqust 2023-cü il tarixdə işlədiyi ünvan 2 ünvanında yerləşən “Xatirə’' gözəllik salonunda mobil telefondan istifadə etməklə ona məxsus, "xxxx" ASC-nə aid 42785851 nömrəli debet kartına köçürülmüş 890 manat, həmin tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhəri, Nizami rayonu Cəmşid Naxçıvanski küçəsində yerləşən "Araz" marketdə olan ödəmə terminalından eyni kart hesabına 1000 və 100 manat olmaqla iki dəfə köçürülmüş 1100 manat, bundan başqa Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək sonuncuya digər qohumu Şahid1 da xəstəliklə bağlı təqaüd verilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs2 23 avqust 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən "Xatirəgözəllik salonunun qarşısında 300 manat, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 2290 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 10 ildən artıq müddətdir ki, tanıyır, aralarında dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs1 onu Memarlıq və İnşaat Universtetinin müəlimi kimi tanımış və işdən çıxarılmağını bilməmişdir. Zərərçəkmiş şəxs1lə danışan zaman əlaqələrinin geniş olduğunu müxtəlif universtetlərə abituriyentləri tələbə kimi qəbul etdirmək barədə məlumat vermişdir. 2023-cü ilin iyul ayının əvvəlində dəqiq tarixini xatırlamadığı gündə Zərərçəkmiş şəxs1lə telefon danışığı zamanı sonuncu bacısı oğlu X2 ali məktəbə istədiyi ixtisasa qəbul qəbul olmaq üçün imtahanın birinci turunda kifayət qədər bal toplamadığını bildirərək ikinci turda da az bal toplayacağını və universitetə qəbul olmayacağını bildirmişdir. Yalandan Zərərçəkmiş şəxs1 bu işdə köməklik edə biləcəyini, Qəhrəman Süleymanovun qəbul imtahanında topladığı balı artıra biləcəyini və sonuncunu Azərbaycan Memarlıq və İnşaat Universtetinə tələbə kimi qəbul elətdirəcəyini demişdir. Bunun əvəzində Maarif Rzayevdən 25000(iyirmi beş min) manat pul istəmişdir. Aralarında olan razılaşmaya əsasən əvvəlcə Zərərçəkmiş şəxs1 5000(beş min) manat. Qəhrəman Süleymanovun universitetə qəbul olunması ilə bağlı jurnalda rəsmi dərc olunduqdan sonra isə qalan 20000(iyirmi min) manatı almalı imiş. 06 iyul 2023-cü il tarixdə Bakı şəhəri Xətayi rayonu erazisində Əhmədli metrostansiyasının yaxınlığında ABB-nin arxasında Zərərçəkmiş şəxs1lə görüşmüş və sonuncudan bacısı oğlunu Memarlıq və İnşaat Universtetinə qəbul eletdirmək adı ilə 5000 manat nağd pul almışdır. Maarif Rzayevin yanında qohumu Mahmud Süleymanovda orada olmuşdur. Maarif Rzayevi tam arxayın edərək yalandan mütləq şəkildə bu işi həll edəcəyini bildirmişdir. 19 iyul 2023-cü il tarixdə yenidən Maarif Rzayevə zəng edərək işin həlli üçün əlavə olaraq təcili 3000(üç min) manat pul lazım olduğunu demişdir. Maarif Rzayev onun adına olan son 8 rəqəmi 42785851 olan Unibank debet kartına 3000(üç min) manat pul köçürmüşdür. 24 iyul 2023-cü il tarixdə yenidən Maarif Rzayevə zəng edib əlavə olaraq işin həlli üçün 7000(yeddi min) manat pul istəmişdir. X24 razı olmamış və razılaşma şərtlərini pozduğunu ona demişdir. Lakin o, israrla işin düzələcəyini, işin düzəlməsi üçün guya ondan kiminsə pul tələb etdiyini, pulu verməsələr işin düzəlməyəcəyini bildirmişdir. Həmin tarixdə Maarif Rzayev onun son 8 rəqəmi 42785851 olan Unibank debet kartına 6900( altı min doqquz yüz) manat pul göndərmişdir. Beləliklə, Zərərçəkmiş şəxs1 ümumilikdə 14900(on dörd min doqquz yüz) manat pul almışdır. Daha sonra qeyd etdi ki, Zərərçəkmiş şəxs2 2023-cü ilin iyun ayından tanıyır. Bir neçə dəfə Xatirənin işlədiyi Nizami rayonu Elşən Süleymanov 145 C ünvanında yerləşən "Xatirə" gözəllik salonuna müştəri kimi getmiş və orada Zərərçəkmiş şəxs2 ilə münasibəti yaranmışdır. Zərərçəkmiş şəxs2 ilə söhbətlərində yalandan əlaqələrinin geniş olduğunu, pulla pensiya, sosial yardım düzəltmək imkanlarının olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 qohumu Şahid2 kəsilmiş pensiyasını bərpa etdirməklə bağlı onunla məsləhətləşmişdir. O, Zərərçəkmiş şəxs2 3500 manata bu işi həll edə biləcəyini demişdir. Aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs2 əvvəlcə ona 2000 manat, guya Şahid2 pensiyası bərpa olunduqdan sonra isə qalan 1500 manatı verməli imiş. Bunun üçün 22 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 onun son 8 rəqəmi 42785851 olan Unibank debet kartına 890 manat və təxminən 10 dəqiqə sonra isə 1100 manat pul köçürmüşdür. Qalan 10 manatı isə Zərərçəkmiş şəxs2 olan borcu ilə əvəzləşdirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 işlədiyi gözəllik salonunda sonuncunun qohumu Şahid1 ilə tanış olmuş və həmin şəxs xəstə olduğunu, xəstəliyi ilə əlaqədar olaraq pensiya düzəlməyini ondan xahiş etmişdir. Bu iş üçün 1000 manat pul istəmişdir. Şahid1 pulunun olmadığını deyən zaman Zərərçəkmiş şəxs2 kömək etmək məqsədi ilə həmin pulu özünün verəcəyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən pulun 400 manatını əvvəlcədən, qalan 600 manatını isə guya pensiya düzələndən sonra almalı imiş. 23 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ilə Nizami rayonu Elşən Süleymanov 145 C ünvanında yerləşən "Xatirə” gözəllik salonunun qarşısında görüşüb sonuncudan Şahid1 xəstəlik sənədlərini və pensiya düzəltmək üçün 300 manat pulu götürmüşdür. Həmin vaxt aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs2 ona 400 manat verməli olsa da 100 manat borcunu çıxmaqla 300 manat nağd pul vermişdir. Zərərçəkmiş şəxs2 aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmiş, Şahid2 və Şahid1 pensiya düzəltmək üçün heç kimlə danışıq aparmamış, bunun üçun heç bir iş görməmişdir. Çünki pulları Zərərçəkmiş şəxs2 alan zaman məqsədi sonuncunu aldadıb pulunu ələ keçirmək olmuşdur. Maarif Rzayevdən ümumilikdə 14900 manat pul almış və sonuncunu aldadaraq guya bacısı oğlu Qəırəman Süleymanovun qəbul imtahanında balını artıraraq Azərbaycan Memarlıq və İnşaat universtetinə qəbul etdirəcəyinə dair yalandan vədlər vermişdir. Zərərçəkmiş şəxs1 aldadaraq həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. İndiyədək həmin puldan 1600 manatını geri qaytarsa da 13300 manatını qaytarmamışdır.Xatirə Cəfərovdan 2400 manat pul almalı olduğu halda ümumilikdə 2290 manat pul almış, qalan 110 manat pulu sonuncuya olan borcu ilə əvəzləşdirmişdir. Həmin pulun 1890 manatını Zərərçəkmiş şəxs2 qohumu Şahid2 pensiyasını bərpa etmək adı ilə, 300 manatını isə digər qohumu Şahid1 pensiya düzəltmək adı ilə alıb Zərərçəkmiş şəxs2 aldadaraq şəxsi ehtiyaclarına xərcləmişdir. Hal-hazırda törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs Azərbaycan Memarlıq və İnşaat Universtetinirı müəlliməsi kimi tanımışdır. Təqsirləndirilən şəxs ona “yaxın adamların olarsa işlədiyim universitetə pulla tələbə kimi qəbul etdirə bilərəm" demişdir. 2023-cü ilin iyul ayının əvvəlində dəqiq tarixini xatırlamadığı gündə Təqsirləndirilən şəxs ilə telefon danışığı zamanı bacısı oğlu X3 Azərbaycan Memarlıq və İnşaat Universtetinə tələbə kimi qəbul etdirmək istədiyini bildirmişdir. Ülviyyə Abasəva ona bu işdə köməklik edəcəyini, Azərbaycan Memarlıq və İnşaat Universtetinə tələbə kimi qəbul etdirəcəyinə dair ona vəd vermişdir. Bunun üçün Təqsirləndirilən şəxs 25000 manat pul istəmişdir. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs ondan ilk əvvəlcə 5000 manat, bacısı oğlu Qəhrəman Süleymanovun universitetə qəbul olunması ilə bağlı jurnalda rəsmi dərc olunduqdan sonra isə qalan 20000 manatı almalı imiş. 06 iyul 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində Əhmədli metrostansiyasının yaxınlığında Beynəlxalq bankın arxasında Ülviyyə Abbasova ilə görüşüb həmin yerdə ona 5000 manat nağd pul vermişdir. Həmin vaxt yeznəsi X5 onun yanında olmuşdur. Təqsirləndirilən şəxs onu tam arxayın edərək mütləq şəkildə bu işi düzəldəcəyini bildirmişdir. 19 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək işin həlli üçün əlavə olaraq təcili 3000 manat pul lazım olduğunu demişdir. Razılaşıb Təqsirləndirilən şəxs adına olan son 8 rəqəmi 42785851 olan Unibank debet kartına Xətai rayonu, Əhmədli qəsəbəsi. Ş.Səmədov küçəsində yerləşən “Yaşıl" marketdə olan ödəmə terminalı vasitəsi ilə hər dəfəsində 1000 manat olmaqla 3 dəfəyə cəmi 3000 manat pul köçürmüşdür. 24 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib qalan 17000 manat pulu istəmişdir. O, Ülviyyəyə xatırlatmışdır ki. aralarında olan razılaşmaya əsasən iş düzəldikdən sonra 17000 manat pulu verməlidir. Ülviyyə isə israrla bildirmişdi ki, əgər pulu verməsə iş düzəlməyəcək. 24 iyul 2023-cü il tarixdə Ülviyyənin adına olan son 8 rəqəmi 42785851 olan Unibank debet kartına Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsində yerləşən "Yaşır1 marketdə olan ödəmə terminalı vasitəsi ilə 6900 manat pul köçürmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs ümumilikdə 14900 manat pul vermişdir. 25 iyul 2023-cü il tarixdə dəfələrlə Ülviyyəyə zəng etsə də heç bir nömrəsinə zəng çatmamışdır. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək 14900 manat maddi ziyan vurmuşdur. Həmin pulun 1600 manatını qaytarmış, qalan 13300 manat pul indiyədək ona qaytarılmamışdır. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun ən sərt formada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu Elşən Süleymanov 145 C ünvanında yerləşən "Xatirə” gözəllik salonunda saç ustası işləyir. X6 2023-cü ilin iyun ayından tanıyır, Təqsirləndirilən şəxs əlaqələrinin geniş olduğunu, pul ilə pensiya, sosial müavinət düzəltmək islərini həll edə biləcəyini ona bildirmişdir. Bu barədə qohumu Şahid2 bildirmişdir, o da pensiyasını bərpa etdirmək istədiyini, lakin pulunun olmadığını ona demişdir. O, bir qohum kimi Şahid2 demişdir ki, sonuncunun əvəzindən Ülviyyəyə pul verib pensiyanı bərpa etdirəcək, gələcəkdə pensiyası bərpa olunduqdan sonra Şahid2 onun borcunu qaytarar. 20 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən onun işlədiyi salona müştəri qismində gəlmişdir. O. Şahid2 kəsilmiş pensiyasını bərpa etdirməyi Ülviyyədən xahiş etmişdir. Təqsirləndirilən şəxs bu işi 14 gün müddətində həll edəcəyini vəd verərək əvəzində 3500 manat pul istəmişdir. Aralarında olan razılaşmaya əsasən əvvəlcə 2000 manat, Zeynalın pensiyası bərpa olunduqdan sonra isə qalan 1500 manatı verməli imiş. 22 avqust 2023-cü il tarixdə Ülviyyə onun istifadəsində olan 055-265- 61-70 saylı mobil nömrəyə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edib 2000 manat pulu göndərməyini istəmiş və Təqsirləndirilən şəxs öz adına olan son 8 rəqəmi 42785851 olan Unibank debet kartının şəklini ona göndərərək pulu həmin kartka köçürməyi tələb etmişdir. Həmin karta 22 avqust 2023-cü il tarixdə Nizami rayonu Elşən Süleymanov 145 C ünvanında yerləşən işlədiyi gözəllik salonunda olan zaman telefonunda olan mobil tətbiq vasitəsi ilə 890 manat, təxminən 10 dəqiqə sonra isə Nizami rayonu Cəmşid Naxçıvanski küçəsində yerləşən “Araz" marketdə olan "mpay" ödəmə terminalından 1100 manat pul köçürmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs məxsus son 8 rəqəmi 42785851 olan Unibank debet kartına 1990 manat pul köçürmüşdür. 10 rrıanat Təqsirləndirilən şəxs ona əvvəlcədən borclu olduğu üçün qalan 10 manatı həmin borcla əvəzləşdırəcəyini bildirmişdir. Bundan başqa qohumu Şahid1 da pensiya düzəltməklə bağlı bir neçə dəfə Təqsirləndirilən şəxs ilə danışmışdır və Şahid1mn maddi imkanı aşağı olduğu üçün sonuncunun əvəzindən pulu özü verəcəyini demişdir. Təqsirləndirilən şəxs bu işi həll edə biləcəyini bildirmişdir. 23 avqust 2023-cü il tarixdə Ülviyyə Abbasova ilə əlaqə saxlayan zaman X10 pensiya düzəltmək üçün Təqsirləndirilən şəxs ondan 1000 manat pul istəmiş və 14 günə Şahid1 üçün pensiya düzəldəcəyini vəd etmişdir. O. Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən əvvəlcə Ülviyyəyə 400 manat, pensiya düzəldikdən sonra isə qalan 600 manat pulu verməli imiş. Həmin gün Təqsirləndirilən şəxs onun işlədiyi gözəllik salonun qarşısına gəlmişdir. O, Təqsirləndirilən şəxs qohumu Şahid1 pensiya düzəltmək üçün xəstəlik sənədlərini və 300 manat nağd pul vermişdir. 100 manat pulu isə aralarında olan borcla əvəzləşdirmişlər. Pulu verən zaman Şahid1 da onun yanında olmuşdur. Bundan başqa həmin vaxt Şahid2 də xəstəlik sənədlərini Ülviyyəyə vermişdir. Pulu verdikdən 2 həftə sonra o, Təqsirləndirilən şəxs zəng edib işin nə yerdə olduğunu soruşmuşdur. O, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadıb pulunu ələ keçirmək istəyir. Ona görə də Təqsirləndirilən şəxs pulunu və xəstəlik sənədlərin geri qaytarmasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək pulu qaytarmamış, Şahid2 pensiyasını bərpa etdirməmiş, Şahid1 pensiya düzəltməmişdir. Təqsirləndirilən şəxs Şahid1 pensiya düzəltdirmək üçün və Şahid2 pensiyasını bərpa etdirmək üçün ümumilikdə 2290 manat pul vermişdir. 110 manatı isə Ülviyyənin ona olan borcu ilə əvəzləşdirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona 2400 manat maddi zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində cəlb edilmiş Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yaşayır. Zərərçəkmiş şəxs2 onun qohumudur. Təqsirləndirilən şəxs tanımır və həmin şəxslə heç bir münasibəti olmamışdır. 2011-ci ildən 2021-ci ilə qədər ikinci qrup əlilliklə əlaqədar olaraq pensiya almışdır, lakin 2021-ci ildən pensiyası kəsilmişdir. Kəsilmiş pensiyasını bərpa etdirmək istəmişdir. 2023-cü ilin avqust ayında dəqiq tarixini xatırlamadığı gündə qohumu Zərərçəkmiş şəxs2 ona zəng edərək Ülviyyə adlı bir tanışının olduğunu, həmin şəxsin əlaqələrinin geniş olduğunu, pensiya düzəltmək işi ilə məşğul olduğunu bildirmişdir. O. xəstəlik sənədlərini Xatirəyə göndərmişdir ki, həmin şəxs sənədlərə baxsın. Zərərçəkmiş şəxs2 bildirmişdir ki. Ülviyyə adlı şəxs onun kəsilmiş pensiyasını bərpa edə biləcəyini demiş və əvəzində 3500 manat pul istəmişdir. Bu barədə Xatirə ona bildirən zaman maddi imkanının aşağı olduğunu deyərək həmin məbləğdə pulu verə bilməyəcəyini, yalnız pensiyası düzəldikdən sonra verə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 bir qohum kimi onun əvəzindən Ülviyyə adlı şəxsə pul verəcəyini və onun pensiya işini düzəldəcəyini bildirmişdir. O, minnətdarlıq edərək pensiyası düzəldikdən sonra Zərərçəkmiş şəxs2 borcunu qaytaracağını demişdir. Sonradan eşitmişdir ki, onun kəsilmiş pensiyasını bərpa etdirmək üçün Zərərçəkmiş şəxs2 Ülviyyə adlı şəxsə 2000 manat pul vermiş, həmin şəxs Zərərçəkmiş şəxs2 aldadaraq pulunu ələ keçirmiş, lakin onun pensiyasını bərpa etdirməmişdir. Təqsirləndirilən şəxs görməmiş və tanımır. Ülviyyəyə verilmiş pul Zərərçəkmiş şəxs2 öz pulu olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs onun qızıdır. Təqsirləndirilən şəxs əvvəllər evli olub boşanmışdır. Ülviyyə Memarlıq və İnşaat universtetini bitirmiş, 2008-ci ildə 2 ay orada lobarant vəzifəsində işləmiş, nagistr diplomu olmadığı üçün işdən azad olunmuş və ondan sonra heç bir yerdə işləməmişdi'. Təqsirləndirilən şəxs guya Memarlıq və İnşaat Universtetində müəllim işləməsi ilə bağlı dedkləri tamamilə yalandır. 2023-cü ilin oktyabr ayının ortalarında bilmişdir ki. qızı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 adlı şəxsləri aldadaraq həmin şəxslərə qarşı dələduzluq etdiyi üçün barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin şəxsləri əvvəllər tanımanış və onlarla heç bir əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs1lə bir neçə dəfə telefon vasitə danışmışdır. Zərərçəkmiş şəxs1 xahiş etmişdir ki, möhlət versin Ülviyyənin ona vurduğu ziyanı hissə-hissə ödəsinlər. Lakin bu mümkün olmadığı üçün Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəməmişlər. Bından başqa Ülviyyə indiyədək bir neçə şəxsə qarşı da dələduzluq etmiş və barəsində cinayət işləri olmuşdur. Hal-hazırda onun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanı ödəmək üçun imkanı yoxdur, ülviyyənin etdiyi heç bir əmələ görə cavabdeh deyildir və Ülviyyənin zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməyi üzərinə götürmür. 2007-2012-ci illərdə X16 Coğrafiya fənni üzrə ekspert kimi fəaliyyət göstərmişdir. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı etdiyi dələduzluqdan onun xəbəri olmamışdır. Bu barədə Ülviyyə ilə heç bir danışığı, iş birliyi olmamışdır.Təqdim olunmuş 01 ədəd diskdə olan səs yazıları ona aiddir. Həmin səs yazılarını 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs1 göndərmişdir. Çünki ülviyyə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etdikdən sonra Marif onun nömrəsinə zəng edib Ülviyyənin vurduğu maddi ziyanın ödənilməsini tələb etmişdir. İlk öncə o, əsəbindən Ülviyyədən imtina etdiyini söyləmişdir. Sonradan Ülviyyə ona yalvarıb xahiş etmişdir ki, Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyanı ödəmək üçün sonuncudan möhlət istəsin. Çünki Ülviyyə tezliklə pul tapıb Maarifin ziyanını ödəyəcəyini ona bildirmişdir. Zərərçəkmiş şəxs1 maddi ziyanını ödəmək üçün pul axtarmışdır. Həmin müddətdə Zərərçəkmiş şəxs1 səs yazıları ataraq Ülviyyənin etdiyi əmələ görə üzr istəyib səbrli olmağı, Ülviyyəyə möhlət verməsini xahiş etmişdir. Lakin sonradan ziyanı ödəmək üçün pul vəsaiti hazır edə bilmədikləri üçün sonda Zərərçəkmiş şəxs1 bildirdim ki, pul tapa bilmirlər, ona görə də Ülviyyənin qanunla nə cəzası var çəkməsinə razıdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla Nizami rayonu E.Süleymanov küçəsində nömrəsiz evdə kirayədə yaşayır. Zərərçəkmiş şəxs2 onun qohumudur. Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayından tanıyır. Həmin şəxsi bir neçə dəfə qohumu Zərərçəkmiş şəxs2 işlədiyi gözəllik salonuna müştəri qismində gəlib gedərkən görmüşdür. Təqsirləndirilən şəxs özünü müstəntiq kimi təqdim edərək əlaqələrinin geniş olduğunu və pensiya, sosial müavinət düzəltmək imkanlarının olduğunu bildirmişdir. Şəkər xəstəsi olduğu üçün düşünmüşdür ki, xəstəliklə əlaqədar olaraq Ülviyyədən xahiş edib özünə pensiya düzəltdirsin. Salonda olan zaman Təqsirləndirilən şəxs xahiş etmişdir ki. ona pensiya düzəltdirsin. Həmin vaxt qohumu Zərərçəkmiş şəxs2 da onun yanında olmuşdur. Jlviyyə Abasova pensiya düzəltdirmək üçün ondan 1000 manat pul istəmişdir. 2023-cü ilin iyul- avqust aylarında bir neçə dəfə aralarında Nizami rayonu E.Süleymanov 145 c ünvanında yerləşən gözəllik salonunda bu barədə söhbət olmuşdur. O, bildirmişdir ki, pulu yoxdur, ona görə də pensiya düzəltdirmək istəmir. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, onun əvəzindən Ülviyyəyə 1000 manat verib ona pensiya düzəltdirəcək. Zərərçəkmiş şəxs2 bilmişdir ki, gələcəkdə imkanı olanda həmin pulu ona qaytarar və sonuncu ilə razılaşmışdır. 23 avqust 2023-cü il tarixdə Xatirənin salonunda olan zaman Təqsirləndirilən şəxs Xatirəyə zəng edib onun pensiya məsələsi ilə bağlı yekun fikrini soruşmuşdur. Zərərçəkmiş şəxs2 Ülviyyədən xahiş etmişdir ki, ona pensiya düzəltdirsin, pulu da özü verəcək. Telefon danışığında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə razılaşmışdır ki, ilk əvvəl pulun 400 manatını, pensiya düzəldikdən sonra isə qalan 600 manatını verəcək. Həmin gün yəni 23 avqust 2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs taksi ilə Xatirənin işlədiyi salonun qarşısına gəlmişdir. Xatirə onun xəstəlik sənədlərini, şəxsiyyət vəsiqəsini və 300 manat pulu salonun qarşısında Təqsirləndirilən şəxs vermişdir. X17 Cəfərovaya 100 manat borcu olduğu üçün sonuncu həmin borcu çıxaraq 400 manat əvəzinə ülviyyəyə 300 manat vermişdir. Ülviyyə bildirmişdir ki, 14 gün müddətində onun pensiya kartı hazır olacaqdır. Lakin indiyədək Təqsirləndirilən şəxs ona pensiya düzəltdirməmiş və Zərərçəkmiş şəxs2 pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs onu pensiya düzəltdirmək üçün heç bir xəstəxanaya, həkim komissiyasına aparmamışdır. Sadəcə olaraq xəstəlik sənədlərini və şəxsiyyət vəsiqəsini götürmüşdür. Ülviyyəyə verilmiş 300 manat pul onun deyil, Zərərçəkmiş şəxs2 olmuşdur. Bununla bağlı Zərərçəkmiş şəxs2 pul verməmişdir. İş materiallarına əlavə edilmiş 27 iyul 2023-cü il tarixli əşyanın təqdim edilməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə “Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə aralarında olan səs yazıları olan 01 ədəd diski, həmin şəxslə “Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə olan sms yazışmalarının mətnlərini 15 vərəqədə və ödəniş terminalından Təqsirləndirilən şəxs hesabına köçürdüyü ümumilikdə 9900 manat pulun qəbzlərinin kserosurətini 2 vərəqədə təqdim etmişdir. Zərərçəkmiş şəxs1 iştirakı ilə həmin diskə baxış keçirilmişdir. Təqdim olunmuş diskdə X11 bacısı oğlu X3 ali məktəbə tələbə kimi qəbul etdirmək üçün X7 pul məbləğləri verməsi, Təqsirləndirilən şəxs bunu təsdiq etməsi və həmin pul qarşılığında Maarif Rzayevin bacısı oğlunu ali məktəbə qəbul etdirəcəyi, bununla bağlı inamlı vədlər verməsi, pulu başqa şəxslərə verdiyini deməsi ilə bağlı səs yazıları qeydə alınmışdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin səs yazılarını Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən onun istifadəsində olan 070-233-52- 53 saylı mobil nömrəyə “Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə göndərdiyini bildirmişdir.Təqdim olunmuş mesaj mətnlərindən görünür ki, həmin sms yazışmaları “Ulya2” adı ilə qeydə alınmış mobil nömrənin istifadəçisi və Zərərçəkmiş şəxs1 arasında olmuşdur. SMS mətnlərindən görünür ki, ‘Ulya2” adı ilə qeydə alınmış mobil nömrənin istifadəçisi Zərərçəkmiş şəxs1 “ statusuma baxdınmı bu gün mənə yeni vəzifə verildi", "tam rahat ol, hesab et ki, uşaq universtetdə oturub'1, “bu balnan maraqlanmır, universtetə birbaşa qəbul, vəssalam”, “...təhsilin içindəki mənəm, bilirəm nəyi necə etməliyəm, əsas odu ki. ortadakı mənəm, mənim kartımdı. dünya dağıla özümü təhlükəyə salmaram”, "uzağı sabaha çatdırmalıyam”, onun adı orada yüz faiz çıxacaq", +********... rrıobil nömrənin istifadəçisi Maarif Rzayevə “sən Allah polis məsələsini yığışdır”, “qurban olum polis söhbətini dayandır", “mütləq verəcəm, axşam 1500, qalanını da sabah”, "pulu verirəm mənə problem yaratma", “Allah haqqı ödəyəcəm, mənə problem yaratma" yazmışdır. Baxışda iştirak edən Maarif Rzayev bildirmişdir ki, “Ulya2” adı ilə qeyd etdiyi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə, şəkillərdə +********... kimi görünən nömrə isə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. Zərərçəkmiş şəxs1 təqdim etdiyi ödəniş qəbzlərin kserosurətlərinə baxış keçirilmişdir. Təqdim olunmuş ödəniş qəbzlərin kserosurətlərindən görünür ki. həmin qəbzlərin hamısı Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsində yerləşən “Yaşıl" marketdə olan “mpay” ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan son 8 rəqəmi 42785851 olan Unibank debet kartına olan pul köçürülmələrini özündə əks etdirir. Qəbzlərə baxış zamanı müəyyən edilmişdir ki, 3 ədəd qəbzlə xx.xx.2023-cü il tarixdə hər bir əməliyyatla 1000 manat, 6 ədəd qəbzlə xx.xx.2023- cü il tarixdə hər bir əməliyyatda 1000 manat. 1 ədəd qəbzlə isə xx.xx.2023-cü il tarixdə 900 manat pul, ümumilikdə 9900 manat pul Təqsirləndirilən şəxs adına olan son 8 rəqəmi 42785851 olan Unibank debet kartına köçürülmüşdür. 14 oktyabr 2023-cü il tarixli əşyanın təqdim edilməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs anası Şahid3 ilə “Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə aralarında olan səs yazıları olan 01 ədəd diski təqdim etmişdir. Zərərçəkmiş şəxs1 iştirakı ilə həmin diskə baxış keçirilmişdir. Baxış zamanı Maarif Rzayev səs yazılarının X4 anası Şahid3 aid olduğunu bildirmişdir. Səs yazılarında Şahid3 Maarif Rzayevə müraciət edərək qızı Təqsirləndirilən şəxs hərəkətlərindən utanc hissi keçirdiyini, qızının əvəzinə həmin pulu bankdan kredit götürüb verəcəyini, səbirli olmağı və pulu hazır etmək üçün ona müddət verməsini xahiş etdiyini bildirmişdir. Baxışda iştirak edən Maarif Rzayev həmin səs yazılarını Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərdiyin bildirmişdir. 07 noyabr 2023-cü il tarixli əşyanın təqdim edilməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkrrıiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs “Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə aralarında olan səs yazıları olan 01 ədəd diski və 02 vərəqədə Təqsirləndirilən şəxs göndərdiyi pulların qəbzinin surətini təqdim etmişdir. Zərərçəkmiş şəxs2 iştirakı ilə həmin diskə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs2 diskdə olan səs yazılarının Təqsirləndirilən şəxs aid olduğunu bildirmişdir. Səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 müraciət edərək 890 manat pulun gəlməsi, tezliklə kartların hazır olması, bunun üçün həmin şəxslərə kodların gəlməsi, xəstəlik sənədlərinin qaytarılması məzmununda fikirlər bildirmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 həmin səs yazılarını Təqsirləndirilən şəxs istifadəsində olan 099- ***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi qəbzlərə baxış keçirilmişdir. Həmin 2 ədəd ödəniş qəbz 22 avqust 2023-cü il tarixdə Nizami rayonu C.ünvan 10 ünvanında yerləşən "Araz" marketdə olan "mpay" ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan son 8 rəqəmi 42785851 olan Unibank debet kart nə ayrı-ayrılıqda 1000 manat və 100 manat pul köçürüldüyünü özündə əks etdirir. Digər ödəniş qəbzi xx.xx.2023-cü il tarixdə mobil tətbiq vasitəsi ilə 890 manat pulun 416973******9291 nömrəli hesabdan 525375******5851 nömrəli hesaba köçürülməsini özündə əks etdirir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, həmin qəbzlər Təqsirləndirilən şəxs son 8 rəqəmi 42785851 olan Unibank debet kartına 22 avqust 2023-cü il tarixdə köçürdüyü ümumilikdə 1890 manat pulun qəbzləridir, mobil tətbiqdə 525375******585' kimi görünən hesab Təqsirləndirilən şəxs son 8 rəqəmi 42785851 olan Unibank debet kartının nömrəsidir. 13 noyabr 2023-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, 27 iyul 2023-cü il tarixli protokolla zərərçəkmiş şəxs X21 tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd diskə təqsirləndirilən şəxs X4 iştirakı ilə baxış keçirilmişdir. Baxışda iştirak edən Ülviyyə Abbasova həmin diskdə olan səs yazılarının ona və Maarif Rzayevə məxsus olduğunu, həmin səs yazılarını 2023-cü ilin iyul ayında Maarif Rzayevi aldadaraq pulunu ələ keçirən zaman sonuncuya göndərdiyini bildirmişdir. 13 noyabr 2023-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, 07 noyabr 2023-cü il tarixli protokolla Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin diskdə olan səs yazılarının ona məxsus olduğunu, həmin səs yazılarını 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs2 aldadaraq pulunu ələ keçirən zaman sonuncuya göndərdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxs X1 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR-sı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələriilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Həmçinin Binəqədi RM-nin xx.xx.2021-ci il tarixli hökmü ilə AR-sı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs barəsində CPM-nin 43.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş və CM-nin 73-1.2 -ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından X4 əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. İş üzrə müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 dəymiş zərərdən 1600 manat ödənilmiş və iş üzrə digər Zərərçəkmiş şəxs2 dəymiş ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 01 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, hal-hazıradək həbsdədir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut qismində tanınmış xx.xx.2023-cü il tarixli protokol əsasında götürülmüş 01 ədəd disk, 15 ədəd A4 kağız formatında foto şəkil, 02 ədəd A4 formatında kağız üzərində olan 10 ədəd “mpay” ödəniş terminalından ödənilmiş qəbzin kserosurəti, 14 oktyabr 2023-cü il tarixli protokol əsasında götürülmüş bir ədəd disk, 01 ədəd A; formatında olan kağız üzərində mobil tətbiq vasitəsilə edilmiş ödəniş qəbzinin şəklinin cinayət işi materiallarında saxlanılması nəzərər alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 03 ay (iki il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbs olunduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsinə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış xx.xx.2023-cü il tarixli protokol əsasında götürülmüş 01 ədəd disk, 15 ədəd A4 kağız formatında foto şəkil, 02 ədəd A4 formatında kağız üzərində olan 10 ədəd “mpay” ödəniş terminalından ödənilmiş qəbzin kserosurəti, 14 oktyabr 2023-cü il tarixli protokol əsasında götürülmüş bir ədəd disk, 01 ədəd A; formatında olan kağız üzərində mobil tətbiq vasitəsilə edilmiş ödəniş qəbzinin şəklinin cinayət işi materiallarında saxlanılması nəzərər alınsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X22 ödənilmək üçün 162 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-93/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-93/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver