Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-94/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1987-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, M.Əsədov küçəsi, 46 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 75 saylı evin 61 saylı mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 75 saylı evin qarşısında yerləşən qayınatası X1 məxsus şam ağacını sonuncunun qardaşı Zərərçəkmiş şəxs icazə almadan yerindən çıxarmaq istəməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə baş və əl zərbələri ilə qəsdən vuraraq, ona sol qaş nahiyəsinin əzilmiş yarası, burun belinin sağ tərəfli və sağ gicgah nahiyəsinin şişkinlik halında əzilmələri, alt dodağın üst səthinin qansızması, sol dirsək oynağı və sol saidin arxa səthinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, X3 Əliyeva ilə üç il müddətdir ki, ailə qurmuşdur. Həyat yoldaşı Şahid1 X10 toydan təxminən bir ay sonra dünyasını dəyişmişdir. X5 birinci qrup əlil olduğundan ondan və həyat yoldaşından xahiş etmişdir ki, gəlib onun yaşadığı mənzildə yaşayaq və sonuncuya müalicəsində köməklik etsinlər. Təxminən bir il öncə o və həyat yoldaşı, X5un yaşadığı mənzilə köçmüşlər. Həmin vaxtda həyat yoldaşı Şahid1 əmisi Gülağa, bibisi Zemfira onların həmin mənzildə yaşadıqlarına etiraz olaraq mütamadi olaraq ona nalayiq ifadələr deyir, həyat yoldaşına əxlaqsız olması ilə bağlı şər atmışlar. Onlar sonuncuların bu hərəkətlərinə heç vaxt fikir verməmişlər. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 11 radələrində o, evdə oturan zaman yaşadığı mənzilin qarşısında olan ağacın Gülağanın çıxarmasını görmüşdür. Həmin vaxt qaynatası bildirmişdir ki, «Gülağaya deyin ağacı çıxarmasın». O, Gülağaya ağacın çıxarılmaması barədə dedikdə Gülağa onu nalayiq küçə söyüşləri ilə təhqir etməyə başlamışdır. O, mənzildən çıxaraq sonuncunun yanına getmişdir. Həmin vaxt qaynatası pəncərədən Gülağaya ağacı çıxarmamasını dedikdə, Gülağa Mirzağaya onu görsədərək “sən bu cındırın sözü ilə mənə bu ağacı vermirsən” demişdir. O, Gülağaya biraz mədəni olmasını dedikdə, Gülağa onun sifətinin sol tərəfindən əli ilə vurmuşdur. Bu zaman o, baş zərbəsi ilə Gülağanın sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt onun sol qaşı yaralanmış və qan axmağa başlamışdır. Bu zaman onun alnında xəsarət yaranmışdır. Zərbənin nəticəsindən Gülağa yerə yıxılan zaman o, sonuncunu yerdə tutub saxlamışdır ki, sakitləşsin. Mübahisə zamanı ora toplaşmış şəxslər onları ayırmışdır. Bu zaman Gülağa yerdən daş götürmüş və arxadan onu vurmaq istəmişdir. Həmin vaxt həyat yoldaşı Gülağanı arxadan tutmuş, Gülağa onu daşla vurmasın deyə yoldaşı sonuncunu arxayada çəkən zaman həyat yoldaşı yerə yıxılmış və Gülağada sonuncunun üzərinə yıxılmışdır. O, sonunculara yaxınlaşaraq onları yerdən qaldırmışdır. Həyat yoldaşı onu qucaqlayaraq evə aparmışdır. O, evdə olan zaman Gülağa yenədə onun ünvanına nalayiq küçə söyüşləri söymüşdür. Həmin vaxt qaynatası bayıra çıxaraq Gülağanı sakitləşdirib oradan göndərmişdir. Hadisə baş verən zaman orada o, Gülağa, onun arvadı Şahid1, qaynatası Mirağa, qonşuluqda yaşayan Ruslan adlı şəxs, məhəllədə olan taksi sürücüsü və tanımadığı şəxslər olmuş, Gülağa ağacın sahibi Mirzağa Eyvazovdan icazə aldığını deməmiş, Zərərçəkmiş şəxs başı başı ilə vurmuş, o, heç bir tibbi müəsisəyə müraciət etməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə axşam saat 22 radələrində qardaşı Mirzağa Eyvazovla yaşadığı binanın həyətində söhbət edən zaman sonuncudan həyətində olan şam ağacını istəmişdir ki, aparıb öz bağına əksin. Bu zaman qardaşı Mirzağa ona razılıq vermişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 11 radələrində o, qardaşının həyətinə gəlmiş və qardaşının ona verdiyi şam ağacının kənarında olan torpağı təmizləmişdir. Həmin vaxt qardaşı Mirzağa Eyvazovun kürəkəni Təqsirləndirilən şəxs qardaşına məxsus mənzilin pəncərəsindən ağacı nəyə görə çıxarmağını soruşanda o, Raminə bildirmişdir ki, ağac qardaşına məxsusdur və o, qardaşından icazə almışdır. Təqsirləndirilən şəxs mənzildən çıxaraq onun yanına gəlmiş və ona maneyə olacağını bildirmişdir. O, yenə Raminə ağacın sahibi olan qardaşından icazə aldığını demişdir. Ramil Əliyevin onu dinləmək istəməməsini görüb Ramini əli ilə sinəsindən arxaya itələyərək yenə bildirmişdir ki, icazə almışdır. Bu zaman gözləmədiyi anda Təqsirləndirilən şəxs kəllə zərbəsi ilə onu anidən sol qaş nahiyəsindən vurmuşdur. Zərbənin nəticəsində o, özünü itirmiş və yerə yıxılmışdır. Həmin vaxt başı asfalta dəymişdir. O, ayağa qalxıb Təqsirləndirilən şəxs üzərinə getdikdə Ramin yenə onu yumruq zərbəsi ilə vuraraq yerə yıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs həyat yoldaşı Vəfa onu belindən tutub arxaya dartdığından o, yerə yıxılan zaman sonuncunun üzərinə yıxılmışdır. Təqsirləndirilən şəxs onu yerdədə vurmağa başlamışdır. Təqsirləndirilən şəxs onu döyən zaman ora yığışmış tanımadığı şəxslər onu Ramindən ayrmışlar. O, ayağa duraraq DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Bundan sonra TTYS-na zəng vurmuşdur və ora TTY avtomobili gəlib onu Sabunçu rayonu 3 saylı ŞKX-na aparmışdır. Xəstəxanada ona ilkin yardım göstərilib qaşına 4 dənə tikiş vurub evə buraxmışlar. Sonda Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs etdiyi əmələ görə bağışlamadığını bildirdi və Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə üç il müddətdir ki, ailə qurmuşdur. X10 toydan təxminən bir ay sonra dünyasını dəyişmişdir. X11 birinci qrup əlil olduğundan ondan və həyat yoldaşından xahiş etmişdir ki, onlar gəlib sonuncunun yaşadığı mənzildə yaşasınlar və ona müalicəsində köməklik etsinlər. Təxminən bir il öncə o və əri, X11un yaşadığı mənzilə köçmüşlər. Həmin vaxtda əmisi Gülağa, bibisi Zemfira onların həmin mənzildə yaşamalarına etiraz olaraq mütamadi olaraq onun və həyat yoldaşının ünvanına nalayiq ifadələr deyir, ona əxlaqsız olmağı ilə bağlı şər atırmışdır. Onlar sonuncuların bu hərəkətlərinə heç vaxt fikir verməmişlər. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 11 radələrində evdə oturan zaman yaşadığı mənzilin qarşısında olan ağacı Gülağanın çıxarmasını görmüşdür. Həmin vaxt atası bildirmişdir ki, «Gülağaya deyin ağacı çıxarmasın». Əri Təqsirləndirilən şəxs Gülağaya ağacın çıxarılmaması barədə dedikdə Gülağa sonuncunu nalayiq küçə söyüşləri ilə təhqir etməyə başlamışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs mənzildən çıxaraq sonuncunun yanına getmişdir. Həmin vaxt atası pəncərədən Gülağaya ağacı çıxarmamasını dedikdə, X8 görsədərək “sən bu cındırın sözü ilə mənə bu ağacı vermirsən” demişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs Gülağaya biraz mədəni olmasını dedikdə, Gülağa Ramini sifətinin sol tərəfindən əli ilə vurmuşdur. Bu zaman həyat yoldaşı Təqsirləndirilən şəxs baş zərbəsi ilə sonuncunun sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt əri Təqsirləndirilən şəxs sol qaşından yaralanmış və qan axmağa başlamışdır. Zərbənin nəticəsindən Gülağa yerə yıxılan zaman əri Təqsirləndirilən şəxs sonuncunu yerdə tutub saxlamışdır ki, sakitləşsin. Mübahisə zamanı ora toplaşmış şəxslər onları ayırmışlar. Bu zaman Gülağa yerdən daş götürmüş və arxadan Ramini vurmaq istəmiş, həmin vaxt o, Gülağanı arxadan tutmuşdur. Gülağa Ramini daşla vurmasın deyə o, Gülağanı arxaya çəkən zaman birlikdə yerə yıxılmışlar. Ramin onlara yaxınlaşaraq yerdən qaldırmışdır. O, Təqsirləndirilən şəxs qucaqlayaraq evə aparmışdır. Evdə olan zaman Gülağa yenədə onların ünvanına nalayiq küçə söyüşləri söymüşdür. Həmin vaxt atası Mirzağa bayıra çıxaraq Gülağanı sakitləşdirib oradan göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Eyvazov X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı, Təqsirləndirilən şəxs isə onun kürəkənidir. xx xxxxxx 2020-ci il tarixdə axşam satlarında o, qardaşı Gülağa, qardaşı qızı Arzu və qardaşı oğlu Məhəmmədlə birlikdə yaşadıqları Nizami rayonu, Çobanzadə küçəsi 75 ünvanında yerləşən binanın qarşısında əyləşib söhbət etmişlər. Həmin vaxt qardaşı Gülağa ona bildirmişdir ki, onun evinin qarşısında əkmiş olduğu ağacdan xoşu gəlir və ondan həmin şam ağacını istəmişdir. O, Gülağanın bu istəyinin qarşısında sonuncuya heç bir söz deməmişdir. Gülağanın qızı və oğlu onun sakit durmasını görüb Gülağaya “ata əmim narazıdır” ifadəsini işlətmişlər. Bundan sonra onlar bu haqda danışmamış və bir qədər sonra onlar sağollaşıb yaşadıqları mənzillərə getmişlər. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 11 radələrində evdə oturan zaman yaşadığı mənzilin qarşısında olan ağacı Gülağanın çıxarmasını qızı Vəfa görüb bu barədə ona demişdir. O, qızına demişdir ki, «Gülağaya denən ağacı çıxarmasın, mən özüm indi gəlirəm həyətə». Həmin vaxt qızı Gülağaya onun sözlərini çatdırmışdır. Gülağa onun sözlərinə məhəl qoymamış və öz işini yəni ağacı çıxarmağa davam etmişdir. Bu zaman kürəkəni Təqsirləndirilən şəxs Gülağaya ağacı çıxarmasını dedikdə, Gülağa Ramini nalayiq küçə söyüşləri ilə təhqir etməyə başlamışdır. Kürəkəni Ramin mənzildən çıxaraq sonuncunun yanına getmişdir. Həmin vaxt o, pəncərədən Gülağaya ağacı çıxarmamasını dedikdə, Gülağa ona kürəkəni Təqsirləndirilən şəxs görsədərək “sən bu cındırın sözü ilə mənə bu ağacı vermirsən” demişdir. X9 biraz mədəni olmasını dedikdə, Gülağa Ramini əli ilə çənəsindən vurmuşdur. Bu zaman kürəkəni Ramin baş zərbəsi ilə Gülağanın sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt kürəkəni Raminin sol qaşı yaralanmış və qan axmağa başlamışdır. Zərbənin nəticəsindən Gülağa yerə yıxılan zaman kürəkəni Ramin onu yerdə tutub saxlamışdır ki, sakitləşsin. Mübahisə zamanı ora toplaşmış şəxslər onları ayırmışlar. Bu zaman Gülağa yerdən daş götürmüş və arxadan kürəkəni Ramini vurmaq istəmişdir. Həmin vaxt qızı Vəfa Gülağanı arxadan tutmuş, Gülağa kürəkəni Təqsirləndirilən şəxs daşla vurmasın deyə qızı Gülağanı arxaya çəkən zaman qızı yerə yıxılmış və Gülağa da sonuncunun üzərinə yıxılmışdır. Kürəkəni Təqsirləndirilən şəxs sonunculara yaxınlaşaraq onları yerdən qaldırmışdır. Qızı Vəfa kürəkəni Ramil Əliyevi qucaqlayaraq evə aparmışdır. Onlar evdə olan zaman Gülağa yenidən Ramil Əliyevin ünvanına nalayiq küçə söyüşləri söymüşdür. Həmin vaxt o, bayıra çıxaraq Gülağanı sakitləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Nizami rayonu, B.Çobanzadə küçəsi, 75 ünvanında yerləşən binada onun nənəsi və babası yaşamışdır. Buna görə də onun ömrünün çox hissəsi həmin ünvanda keçmişdir. O, Mirzağa Eyvazovu, Zərərçəkmiş şəxs təxminən 40 il müddətdir ki, Təqsirləndirilən şəxs isə təxminən üç il müddətdir ki, tanıyır. Həmin şəxslərlə onun qonşu kimi münasibəti vardır. Əvvəllər heç bir düşmənçiliyi və ədavətim olmamışdır. Təxminən 5 il müddətdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Onun dayandığı yer Nizami rayonu, B.Çobanzadə küçəsi 75 ünvanında yerləşən binanın qarşısıdır. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında o, Nizami rayonu B.Çobanzadə küçəsi 75 ünvanına gələn zaman binanın qarşısında qonşuların yığışmasını Raminlə Gülağanın bir-biri ilə mübahisə etdiyini görmüşdür. Həmin vaxt Gülağanın sifət nahiyəsi qan içində olmuşdur. Raminin isə qaşı partdamışdır. Bundan sonra o, sonunculara yaxınlaşaraq “ayıbdı, mübahisə etməyin, qohumsuz” ifadələrini işlətmişdir. Bundan sonra ora yığılmış qonşuların da təkidi ilə onlar bir-birindən ayrılaraq öz mənzillərinə getmişlər. Həmin vaxt onun istifadəsində olan mobil telefona həyat yoldaşı zəng edərək onu evə çağırmışdır. O, oranı tərk edərək yaşadığı mənzilə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs Əhmədağa oğlunun qızıdır, əmisi X2 ilə nə də ki, kürəkəni Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında o, atası, qardaşı Şahid3 və əmisi Mirzağa ilə əmisinin yaşadığı binanın qarşısında əyləşib söhbət etmişlər. Həmin vaxt atası Gülağa əmisi Mirzağadan həyətində olan şam ağacını ona verməsini xahiş etmişdir. Əmisi Mirzağa “sabah gəlib götürərsən, sənə ağac qurbandı” demişdir. Bundan sonra onlar bir qədər də söhbət edib oradan ayrılmışlar. xx xxxxxx 2020-ci il tarixdə o, səhər saat 08 radələrində işə getmişdir. Həmin gün axşam saatlarında yəni 18:30 radələrində yaşadığı mənzilə gəldikdə atasının qonaq otağında kresloda əyləşdiyini və sol qaş hissəsinin sarğıda olmasını görmüşdür. Həmin vaxt atasından nə olduğunu soruşduqda, atası bildirmişdir ki, əmisinin kürəkəni Təqsirləndirilən şəxs onu döymüşdür. Səbəbi isə əmisinin atasına xx xxxxxx 2020-ci il tarixdə onların yanında verəcəyi ağacla bağlı olmuşdur. Lakin xx xxxxxx 2020-ci il tarixdə onun və ya ailə üzvləri tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq edilməmişdir. Şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında Şahid3la eyni məzmunlu ifadə verdi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 600 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin əzilmiş yarası, burun belinin sağ tərəfli və sağ gicgah nahiyəsinin şişkinlik halında əzilmələri, alt dodağın üst səthinin qansızması, sol dirsək oynağı və sol saidin arxa səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Lokalizasiyası və xəsarətlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyil. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 43/600 saylı, xx xxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin əzilmiş yarası, burun belinin sağ tərəfli və sağ gicgah nahiyəsinin şişkinlik halında əzilmələri, alt dodağın üst səthinin qansızması, sol dirsək oynağı və sol saidin arxa səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən müvafiq nahiyələrə baş və əl ilə vurulma nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Lokalizasiyası və xəsarətlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyil. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs üzləşdirmə zamanı ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı deməklə, xx xxxxxx 2020-ci il tarixdə sonuncuya qarşı heç bir zor tətbiq etməməsini qeyd etmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində cəzasını yüngülləşdirən halın olub, ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində islah işləri növündə təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 18 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 32 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 (üç yüz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-94/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-94/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver