Məhkəmə qərarları › İş №1(007)-94/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-94/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-94/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Qədirli Nigar Aftandil qızı, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 194.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, C. Naxçıvanski 38 ünvanda yerləşən “8-ci kilometr” bazarında qabaqcadan vəd etmədən tanışları X5 və X1 11 mart 2022-ci il tarixdə, saat 04 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarının yaxınlığında yerləşən mağazaya qanunsuz daxil olmaqla oğurluq yolu ilə əldə etdiklərini bilə-bilə “poz-qazan lotereyalarını alıb əldə edərək, həmin lotareyalara sərəncam verib bir hissəsini həmin tarixdə “8-ci kilometr” bazarında şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 320 manat pul müqabilində satıb həmin pulu Ramil Yusifova vermiş, qalan lotereyaları isə istintaqa məlum olmayan şəxsə 150 manata satmışdır. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 avqust 2022-ci il tarixdə, saat 10:40 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanının giriş apısının kilidinin açıq olmasından istifadə etməklə qapını açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla mənzilin yataq otağında uşaq çarpayısının üzərində olan qəhvəyi rəngli pul kisəsinin içərisindən 150 (yüz əlli) manat nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, 2007-ci il tarixdən narkotik vasitə aludəçisidir. Narkotik vasitə almaq üçün oğurluq edib, əldə etdiyi pulla narkotik vasitə almışdır. X6 və X4 da birgə işlədikləri bazardan tanımışdır. 2022-ci ilin yanvar ayında işləmək üçün Bakı şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 11 radələrində Ramil ona zəng edərək, Bakı şəhərinə gəldiyini və onunla işi olduğunu bildirmişdir. Belə ki, Ramil ona, Mingəçevir şəhərində “Orxan" bazarının yaxınlığında mağazadan oğurladığı poz-qazan lotereyalarını satmaq istədiyini bildirmiş, daha sonra Qabil özündə olan göy rəngli sellofan torbadan, 1 manatlıq və 2 manatlıq poz-qazan lotereyalarını çıxarıb gözəyarı satmaq üçün Ramilə vermişdir. Yerdə qalan hissəsini isə özündə saxlamışdır. Bundan sonra Qalib ona müəyyən sayda lotereya vermiş, o da öz növbəsində lotereyaları 320 manata satmışdır. Lotereyaları satdığı şəxs bazarda lotereya satışı ilə məşğul olan, lal-kar olan şəxs olmuşdur. Lotereya satışından qazandığı 320 manat pulu Sabunçuya qayıdaraq, Ramilə vermişdir. O, Qalibin ona verdiyi 1 və 2 manatlıq poz-qazan lotereyalarını isə 8-ci kilometr bazarında olan eyni şəxsə 130 manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, törətməkdə ittiham olunduğu, 02 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvaniski küçəsində yerləşən beşmərtəbəli binanın, ikinci blokunun birinci mərtəbəsində yerləşən mənzildən oğurluq etməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02 avqust 2022-ci il tarixdə saat 09:30-da yaşadığı ünvan 4 ünvanından çıxaraq binanın qarşısında olan oturacaqda oturaraq qonşularla söhbət etmişdir. Saat təxminən 10:30-da arvadı Zenfira onun yanına gələrək mənzilə oğru girdiyini bildirmişdir. O, evə gəldikdə evdə bir cüt ağ qaralı çəkələk olduğunu görmüşdür. Lakin ona məxsus olan qara rəngli çəkləklərinin yerində olmadığını aşkar etmişdir. O, evə baxdıqda yataq otağında uşağın çarpayısının qarşısında olan qəhvəyi rəngli pul qabının içərisindən 150 manat pul götürüldüyünü aşkar etmişdir. Naməlum şəxs pulu götürdükdən sonra pul qabını yenidən uşaq çarpayısının içərisinə ataraq getmişdir. Arvadı Zenfira bildirmişdir ki, evdə tək olan zaman çöl qapısının qıfılı açıq olmuşdur. Zenfira evdən səs gəldiyini eşitmiş və evə gələnin onun olduğunu düşünərək səsləmişdir. Lakin bu zaman çöl qapının bağlanmasını eşitmişdir. Bundan sonra isə yataq otağına girərək dolabın dağınıq olduğunu görmüşdür. Daha sonra baş vermiş hadisə ilə bağlı polisə müraciət etmişdir. Oğurluq nəticəsində ona 150 manat ziyan dəydiyini bildirərək, təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini və təqsirləndirilən şəxsən şikayətçi olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, 02 avqust 2022-ci il tarixdə saat 10:30-da yaşadığı ünvan 5 ünvanında olan zaman mənzildə səs eşitmişdir. O, ilkin olaraq elə bilmişdir ki, gələn səs əri Zərərçəkmiş şəxs məxsusdur. Bu səbəbdən Elnuru səsləmiş, lakin heç bir cavab gəlməmişdir. O, cavab gəlmədiyindən zaldan çıxmaq istəyən zaman evin çöl qapısının bağlandığını eşitmişdir. Yataq otağına keçdikdə, dolabın axtarıldığını görmüş və evə oğru girdiyini başa düşmüşdür. Bu barədə həyat yoldaşına məlumat vermiş, o isə DİN-in 102 xidmətinə müraciət etmişdir. O, evə baxdıqda görmüşdür ki, evə daxil olmuş şəxs ayaq səsini eşidib evdən tez çıxmaq istəyən zaman səhvən öz çəkələklərinin yerinə, həyat yoldaşı Elnurun çəkələklərini geyinmişdir. Həmçinin evdə olan uşaq çarpayısının üzərində olan pul qabından 150 manat pul oğurlandığını aşkar etmişdir. Naməlum şəxs çöl qapısının açıq olmasından istifadə edərək evə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə törətdiyi oğurluq əməlini özündə əks etdirən video görüntülərin qeydə alındığı CD diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 194.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 194.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığn məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi xx.xx.2021-ci il tarixli “AMNİSTİYA” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, eyni qərarın 7-ci bəndinə əsasən məhkumluğu götürülmüşdür. İş üzrə AR-sı ƏN-yi PX Həbsxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin “05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən eyni məcəllənin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamani nəzərə alınmır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilmədiyi və onun təqsirləndirilən şəxsdən şikayətçi olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti qismən etiraf etməsini və törətdiyi əməldən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Həmçinin təqsirləndirilən şəxs 26 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 mart 2022-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 25 avqust 2022-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 27 avqust 2022-ci il tarixdə isə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 4 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli törədərkən görüntülərinin əks olunduğu 01 ədəd CD disk maddi sübut kimi cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, CM-nin 194.1-ci maddəsi üzrə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 05 ay 26 gün (iki il beş ay iyirmi altı gün) müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 28 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxsin görüntüləri olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş 27 saat hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar