Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-95/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgir yaşayış massivi, Xanlar küçəsi, dalan 3 nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan avtomobil ustası kimi təmir üçün qəbul etdiyi 1998-ci il buraxılışlı «Hyundai Sonata» markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə əlaqədar həmin avtombilin və onun sökülmüş hissələrinin, habedə təmir ilə əlaqədar ödənilmiş 914 manat məbləğində və əldən çıxmış faydanın əvəzi kimi 6000,00 manat məbləğində pulun Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-768/2022 saylı qətnaməsinin qismən dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3578/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Nizami Rayor Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək qeyd edilən avtomobi və onun sökülmüş eytiyyat hissələrini, habelə 5214.00 manat məbləğində pulu tələbkara ödəməmklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, 2019-cu ilin əvvəllərində Zərərçəkmiş şəxs ona yaxınlaşaraq özünə məxsus “Hundai sonata” markalı avtomobilinin mühərikinin nasaz olduğunu və işlədiyi emalatxanada ona təmir etdirmək istədiyini bildirmiş, onlar bu barədə öz aralarında razılığa gəlmiş, maşına ehtiyat hissələri alınmalı olmuş, həmin ehtiyat hissələrinin pulu da Zərərçəkmiş şəxs tərəfindən ödənilmişdir. Avtomobil tam olaraq işlək vəziyyətə gətiriləndən sonra Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə zəng edərək avtomobilinin hazır vəziyyətdə olduğunu avtomobili gəlib aparmasını bildirmişdir. Lakin həmin vaxtı Zərərçəkmiş şəxs ona bildirmişdir ki, ona avtomobil lazım deyil və barəsində məhkəmədə iddia qaldırmışdır. 2020-ci il tarixdə pandemiya ilə əlaqədar işləyə bilmədiyi üçün həmin ilin sentyabr ayında həmin emalatxananı sahibinə təhvil vermiş və bu barədə Zərərçəkmiş şəxs mobil telefon vasitisəilə zəng edərək bildirərək avtomobilin burdan aparmağını bildirmişdir. Zərərçəkmiş şəxs yenidən avtomobilin ona lazım olmadığını və onunla məhkəmədə görüşəcəyini bildirmişdir. Emalatxananı təhvil verəndən sonra səhhətində problemlər olduğu üçün bir müddət heç bir yerdə işləyə bilməmiş, sonra Zərərçəkmiş şəxs şikayətinə əsasən 2022-ci ilin əvvəllərində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə dəvət olunmuş və bilmişdir ki, ondan “Hundai Sonata” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil və onun sökülmüş hissələrinin, bundan əlavə 914,00 manat məbləğində pulun ondan alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair xx.xx.2022-ci il tarixli, 2(007)-768/2022 saylı qətnamə çıxarılmış, qətnamədən Zərərçəkmiş şəxs narazı qaldığı üçün apellyasiya şikayəti vermiş və apellyasiya məhkəməsində işə baxılan zaman Zərərçəkmiş şəxs iddiası qismən təmin edilərək əldən çıxmış faydanın əvəzi kimi 6000 (altı min) manat məbləğində pulun ondan alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair xx.xx.2022-ci il tarixli, 2(103)-3578/2022 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə üzrə icra işi Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsində aparılmışdır. O, hazırda zərəçəkmiş şəxsə olan borcunu tam şəkildə ödəmişdir. Bu səbəbdən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayından tanıyır, belə ki 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxs yanına gələrək idarə etdiyi “Hyndai Sonata" markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin mühərrikin artıq yağ israf etdiyini bildirərək təmir edilməsini xahiş etmiş, aralarında razılığa gəlmiş, lakin təxminən 1 il müddətində avtomobil təmir emalatxanasında qalmasına baxmayaraq heç bir iş görməmiş və avtomobili təmir edilmiş vəziyyətdə ona qaytarmadığı üçün məhkəməyə müraciət etməyə məcbur olmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qiyabi qətnaməsinə əsasən Təqsirləndirilən şəxs ona məxsus “Hyundai Sonata” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələri ilə birlikdə və əldən çıxmış faydaya görə 10000,00 manat məbləğində pul ödəməli idi. Lakin təxminən 6 ay keçəndən sonra Təqsirləndirilən şəxs şikayəti əsasında həmin qiyabi qəttnamə ləğv edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-768/2022 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs həmin “Hyundai Sonata” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin və sökülmüş hissələrin, habelə cəmi 914 manat məbləğində pulun ödənilməsini qət etmişdir. O, Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə razı olmadığı üçün apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(103)-3578/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs “Hyundai sonata” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil və onun sökülmüş hissələri alınıb ona verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs onun xeyrinə 914 manat və əldən çıxmış faydanın əvəzi kimi 6000,00 manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bununla bağlı icra işi Bakı şəhəri Nizami rayon icra şöbəsində aparılmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan məbləğ tam olaraq ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı hər hansısa şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Şahid1 qızı ifadəsində bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3578/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs “Hyundai Sonata” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil və onun sökülmüş hissələri alınıb Zərərçəkmiş şəxs verilməlidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə 914 manat, əldən çıxmış faydanın əvəzi kimi 6000,00 manat tutulmalıdır. Qətnamə üzrə verilmiş icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlanılması haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmiş və bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs qətnamə üzrə nəzərdə tutulan borcu tam şəkildə ödəməmişdir. Borclu tərəfindən xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə olan 6914,00 manat borcdan 1500 manat ödəniş edilmişdir. İcra tədbirləri zamanı icra sənədində sözügedən "Hyundai sonata” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul olunaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 idarəsinə göndərilmiş, lakin avtomobili tapmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs avtomobilin Zərərçəkmiş şəxs tərəfindən evakuatorla götürüldüyünü bildirir. Borclu Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati protokol tərtib olunmuş və baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmiş və Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bağırov X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. İnzibati məsuliyyətdən sonra borclu yenə də məhkəmə qərarının icrasından yayınmış, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq qətnaməni icra etməmişdir. Borclu Təqsirləndirilən şəxs məhkəmə qərarının icra olunması istiqamətində kifayət qədər səy göstərməmiş, barəsində görülmüş tədbirlərdən heç bir nəticə çıxartmamış və bununla da icra sənədində göstərilən tələbi icra etməkdən qəsdən boyun qaçırmışdır. İcra sənədi üzrə borclu tərəfindən 1500,00 manat Zərərçəkmiş şəxsa ödənilmiş, 200 manat isə icra şöbəsinin depozit hesabına köçürülmüş, lakin tələbkar tərəfindən məbləğ az olduğu üçün götürülməsindən imtina edilmişdir. Hazırda 1700,00 manat ödənilmiş və hazırkı tarixə borc 5214 manat pul və “Hundai sonata” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil və onun sökülmüş hissələri təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, mərhum atası X3 xx.xx.2023-cü il tarixdə xəstəlikdən vəfat etmişdir. Təqsirləndirilən şəxs təxminən 2017-ci ildən tanıyır, Təqsirləndirilən şəxs evininin yanında avtomobil sexini icarəyə götürmüş və avtomobil təmiri ilə məşğul olmuşdur. Təxminən 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs özünə məxsus yaxınlıqda olan evi sataraq Maştağa qəsəbəsində özünə ev almışdır. Zərərçəkmiş şəxs qəssab kimi tanımış, sonuncu özünə məxsus «Hyundai sonata» markalı avtomobili təmir üçün Təqsirləndirilən şəxs vermişdir. Həmin avtomobilin təmiri çox uzun çəkmiş və Zərərçəkmiş şəxs oraya bir neçə dəfə gəlibgetmişdir, hətta oraya polis əməkdaşları ilə birlikdə də gəlmişdir. Təqsirləndirilən şəxs Keşlədə olan evini satandan sonra oradan köçmüş, avtomobili isə sexin qarşısında qoyaraq açarlarını onlara təhvil vermişdir ki, sahibi gələndə avtomobili götürə bilsin. Lakin avtomobil orada uzun müddət qalmış, Zərərçəkmiş şəxs dəfələrlə gəlib maşına baxmışdır. Bir müddətdən sonra avtomobil oradan götürülmüş, lakin avtomobilin kim tərəfindən götürüldüyü barədə onun heç bir məlumatı yoxdur. Bir müddətdən sonra oraya həmçinin T. Paşayev gəlmiş və avtomobilin orada olmadığını görmüşdür. Avtomobilin təmir olunubolunmaması ilə bağlı onun məlumatı yoxdur. Həmçinin onun bildiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəng edib avtomobilin hazır olduğunu demiş, lakin o bildirmişdir ki, ona maşın lazım deyil, onunla başqa cür məsələni həll edəcəkdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3578/2022 saylı, xx.xx.2022-ci saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007) 768/2022 saylı qətnaməsi qismən əldən çıxmış faydanın əvəzi kimi 10000,00 manat ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin tələb qismən təmin edilərək əldən çıxmış faydanın əvəzi kimi 6000,00 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3578/2022 saylı icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs «Hyundai Sonata» markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtomobilin və onun sökülmüş hissələrinin alınıb Zərərçəkmiş şəxs verilməli, həmçinin Təqsirləndirilən şəxs 914 manat məbləğində pul və əldən çıxmış faydanın əvəzi kimi 6000,00 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs verilməlidir. - Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərər tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla yanaşı məhkəmə göstərir ki, tərəflər arasındakı münasibətlər dəyişmişdir. Yəni təqsirləndirilən şəxs aliment borcunu tamamilə ödəmişdir. Belə ki, zərərçəkmiş şəxs tərəfindən yazılmış qəbzdə təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan aliment məbləği tam şəkildə ödənildiyindən onun təqsirləndirilən şəxsdən hər şikayətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası CM-in 306-cı maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(007)-1906/2020 saylı qətnaməsini tam icra edərək qətnamə üzrə alınmalı olan pul məbləğini zərərçəkmiş şəxsə ödəmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs ifadəsini və zərəçəkmiş şəxsin ərizəsini tədqiq edib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeydində göstərilənlərə əsasən Cinayət Qanunu məhkəmə qərarının icrası halında təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutmaqla təqsirkarın əməlində cinayət tərkibinin olmasını da aradan qaldırır. Bu isə cinayət təqibinə bəraətverici əsasla xitam verilməsi anlamına gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 306-cı maddəsinin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 321, 43.3 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 306-cı maddəsinin qeydinə əsasən əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-95/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-95/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver