Məhkəmə qərarları › İş №1(007)-96/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-96/2020

10.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-96/2020 10.03.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili x1 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1980-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, 4/43S saylı evdə qeydiyyatda olan və yaşayan barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 02 fevral 2020-ci il tarixdə, saat 22:00 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi, 4/43S ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı, yumruqla sonuncunun sol göz nahiyəsinə, daha sonra isə mənzildə olan oyuncaq uşaq arabası ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona sağ bazunun bayır və arxa səthinin hematoması, sol gözaltı nahiyə, sağ bazu oynağının arxa səthi, sağ saidin ön səthi və sol budun ön səthinin qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 2007-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan iki övladları olmuşdur. Ailə qurduqdan sonra onlar Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi, 4/43S ünvanında yaşamağa başlamışlar. Bir müddət sonra onun işləməməsi və pul qazana bilməməsi səbəbindən Sevinclə aralarında tez-tez mübahisə yaranmağa başlamışdır. 02 fevral 2020-ci il tarixdə, saat 22:00 radələrində yaşadıqları evdə olan zaman arvadı Sevinc heç bir əsaslı səbəb olmadan onunla mübahisə etməyə başlamış və ünvanına nalayiq sözlər işlətmişdir. O, bir neçə dəfə Sevincə söyüş söyməməsini bildirsə də, sonuncu öz hərəkətlərinə davam etmişdir. O da əsəbiləşərək, əvvəlcə əli ilə, daha sonra evdə olan oyuncaq uşaq arabası ilə Sevinci döymüşdür. Həmin vaxt, evdə olan anası Rəna onları ayırmışdır. 3 fevral 2020-ci il tarixdə saat 22:45 radələrində o, anası Rəna və arvadı Sevinc evdə olan zaman qızlarının məktəbi getməsi barədə mübahisə yaranmışdır. Belə ki, o, işi ilə əlaqədar Rənanı məktəbə aparıb gətirə bilmədiyi üçün Rənanı oxuduğu Nərimanov rayon 193 nömrəli məktəbdən çıxarıb yaşadıqları evin yaxınlığındakı məktəbə qoymağı təklif etmidir. Həmin vaxt, Sevinc onunla aqresiv və kobud danışdığına görə o, Sevinci itələmiş və sonuncu yerə yıxılmışdır. Hazırda o, etdiyi əməlindən səmimi peşmançılıq çəkir və Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, o, 2007-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan iki övladları olmuşdur. Ailə qurduqdan sonra onlar Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi, 4/43S ünvanında yaşamağa başlamışlar. Sonradan ərinin işləməməsi və pul qazana bilməməsi səbəbindən aralarında tez-tez mübahisə yaranmağa başlamışdır. 02 fevral 2020-ci il tarixdə, saat 22 radələrində o, əri Təqsirləndirilən şəxs, qaynanası Şahid və qızı Rəna Sadıqova evdə olan zaman, Zaura 2018-ci il təvəllüdlü qızları Reyhana dərman alıb gətirməsini bildirmişdir. Həmin vaxt, Zaur onunla mübahisə edərək ona heç bir söz deməməsini bildirmişdir. O, Zaura gedib iş tapıb işləməsini bildirdikdə Zaur yumruqla onun sol gözündən, daha sonra isə evdəki uşaq arabası ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt, qaynanası Rəna onları ayırmışdır. Qızı Rəna isə hadisə barədə 102 xidmətinə zəng edib məlumat vermişdir. Ertəsi gün, yəni 3 fevral 2020-ci il tarixdə, saat 22:45 radələrində o, ailə üzvləri ilə birlikdə yaşadığı evdə olan zaman Zaurla, qızı Rənanın məktəbə getməməsi səbəbindən mübahisə yaranmışdır. Zaur qızlarının məktəbə getməməsini və sonuncuları ərə verəcəyini bildirəndə o, Zaura uşaqlarla o formada danışmamasını bildirmişdir. Həmin vaxt, Zaur Rənanı vurmaq istəyərkən o, Zaurun qarşısına keçmiş və sonuncu onu döymüşdür. O, zərbənin təsirindən müvazinətini itirərək yerə yıxılmışdır. O, özünə gəldikdən sonra isə hadisə barədə 102 xidmətinə məlumat vermişdir. Hal-hazırda o, Təqsirləndirilən şəxsla barışmış və sonuncunun cinayət məsuliyyətinə cəlb olunmasını istəmir. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmiş şəxslə barışdığına və vurulmuş zərəri tamamilə ödədiyinə görə onu cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində ittiham irəli sürülmüş şəxsin müdafiəçisi Ə.Ə.Əliyev, Təqsirləndirilən şəxs vəsatətini müdafiə edərək, barəsində ittiham irəli sürülmüş şəxsi cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs vəsatətlə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyini və onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməlidirlər, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Hal-hazırda o, zərərçəkmişləbarışmış və dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən,şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş halda- cinayət əməlini törətmiş şəxs zərər çəkmiş şəxslə barışıq əldə etdikdə təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən,məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinəgörə cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar