Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-96/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-X2, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 2001-ci il tarixdə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonunun Xələc kəndində qeydiyyatda olmaqla yaşamış, 07 yanvar 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 yanvar 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 07 aprel 2019-cu il tarixədək müəyyən edilmiş, həbsdə saxlanılma müddətinin uzadılmasına dair müstəntiqin vəsatəti əsasında təqdimat verilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edildiyindən, 06 aprel 2019-cu il tarixdə həbsdən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 16 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 noyabr 2020-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 23 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 noyabr 2020-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, 21 iyul 2021-ci il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan Vüsal və Nadir adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 dekabr 2018-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 1 ünvanda yarımzirzəmidə yerləşən “Məhəllə” marketin qapısının qarşısına gələrək əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən qrup üzvləri Vüsal və Nadir adlı şəxslər niyyətlərinə maneəsiz nail olmaq üçün kənar şəxslərin həmin yerə gələcəyi barədə ona dərhal məlumat verilməsindən ötrü marketin yaxınlığında dayanmış, o isə mağazanın qapısının qarşısında olan dəmir barmaqlıqları özü ilə gətirdiyi dəmir parçası ilə aralayaraq qanunsuz daxil olmaqla, mağazadan qiyməti 15,30 manat olan bir blok qalın “West” markalı, qiyməti 13,50 manat olan bir blok göy nazik “Want” markalı, qiyməti 13,50 manat olan bir blok boz nazik “Want” markalı, qiyməti 13,50 manat olan bir blok qara nazik “Want” markalı, qiyməti 12,60 manat olan bir blok “NZ” markalı, qiyməti 17,10 manat olan bir blok boz kompakt “Viceroy” markalı, qiyməti 17,10 manat olan bir blok boz “Rotmans” markalı, qiyməti 17,10 manat olan bir blok boz kompakt “West” markalı, qiyməti 17,10 manat olan bir blok qara kompakt “West” markalı, qiyməti 14,40 manat olan bir blok ağ nazik “Classik” markalı, qiyməti 17,10 manat olan bir blok boz kompakt “Winchester” markalı, qiyməti 17,10 manat olan bir blok göy kompakt “Winchester” markalı, qiyməti 17,10 manat olan bir blok nazik göy “Winchester” markalı, qiyməti 17,10 manat olan bir blok boz göy “Winchester” markalı, qiyməti 29,70 manat olan bir blok göy nazik “Sobrania” markalı, qiyməti 29,70 manat olan bir blok ağ qalın “Sobrania” markalı, qiyməti 29,70 manat olan bir blok ag nazik “Sobrania” markalı, qiyməti 29,70 manat olan bir blok nazik “Kent 4” markalı, qiyməti 27 manat olan bir blok nazik “Kent 1” markalı, qiyməti 27 manat olan bir blok qalın “Kent 8” markalı, qiyməti 27 manat olan bir blok qalın “Kent 4” markalı, qiyməti 25,20 manat olan bir blok boz kompakt “XS Winston” markalı, qiyməti 25,20 manat olan bir blok göy kompakt “XS Winston” markalı, qiyməti 19,80 manat olan bir blok kompakt “LD” markalı, qiyməti 21,60 manat olan bir blok nazik “LD” markalı, qiyməti 17,10 manat olan bir blok nazik göy “Pall Mall” markalı, qiyməti 17,10 manat olan bir blok nazik boz “Pall Mall” markalı, qiyməti 17,10 manat olan bir blok nazik mentol “Palİ Mall” markalı, qiyməti 27 manat olan bir blok sarı “Davidoff” markalı, qiyməti 12,60 manat olan bir blok ağ “More” markalı, qiyməti 12,60 manat olan bir blok göy “More” markalı, qiyməti 12,60 manat olan bir blok göy “Prima” markalı, qiyməti 12,60 manat olan bir blok sarı “Prima” markalı və qiyməti 12,60 manat olan bir blok boz “Prima” markalı siqaretləri, 1 ədəd 20 manat dəyərində yaddaş kartını və 350 manat nağd pulu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 1022,50 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 iyun 2019-cu il tarixdə saat 22:24 radələrində ünvan 2 ünvanda “8-ci km bazarı”nda yerləşən X1 məxsus mağazanın qapısını əli ilə sıxıb açaraq qanunsuz daxil olub mağazada saxlanc yeri olan dolabın siyirməsində saxlanılan 2000 manat nağd pulu gizli olaraq talamaqla, zərərçəkmiş Elşən Abdulsalamova 2000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 noyabr 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi ünvan 3 ünvanda yerləşən köşkün qapısının şüşəsini yerdən götürdüyü daş parçası ilə vurub sındırmaqla qanunsuz olaraq köşkə daxil olub hər birinin dəyəri 2,40 manat olmaqla ümumilikdə 19,20 manat dəyərində 8 ədəd “LD” markalı, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 30 manat dəyərində 10 ədəd “Kent 4” markalı, hər birinin dəyəri 1,40 manat olmaqla ümumilikdə 14,10 manat dəyərində “Maqna” markalı, hər birinin dəyəri 1,90 manat olmaqla ümumilikdə 15,20 manat dəyərində 8 ədəd “Winchester” markalı, hər birinin dəyəri 2,80 manat olmaqla ümumilikdə 14 manat dəyərində 5 ədəd “Winston” markalı, hər birinin dəyəri 1,50 manat olmaqla ümumilikdə 12 manat dəyərində 8 ədəd “Want” markalı, hər birinin dəyəri 1,40 manat olmaqla ümumilikdə 9,80 manat dəyərində 7 ədəd “Fine” markalı, hər birinin dəyəri 1,70 manat olmaqla ümumilikdə 8,50 manat dəyərində 5 ədəd qalın və hər birinin dəyəri 1,90 manat olmaqla ümumilikdə 15,20 manat dəyərində 8 ədəd “West” markalı, hər birinin dəyəri 1,90 manat olmaqla ümumilikdə 9,50 manat dəyərində 5 ədəd “Pall Mall” markalı, hər birinin dəyəri 1,90 manat olmaqla ümumilikdə 11,40 manat dəyərində 6 ədəd “Rotmans” markalı, hər birinin dəyəri 2,40 manat olmaqla ümumilikdə 12 manat dəyərində 5 ədəd “LD kompakt” markalı siqaretləri, hər birinin dəyəri 1 manat olmaqla ümumilikdə 40 manat dəyərində 40 ədəd kiçik və hər birinin dəyəri 1,50 manat olmaqla ümumilikdə 30 manat dəyərində 20 ədəd böyük “Bizon” markalı, hər birinin dəyəri 1 manat olmaqla ümumilikdə 30 manat dəyərində 30 ədəd “Hell” enerji içkilərini, hər bininin dəyəri 1,50 manat olmaqla ümumilikdə 30 manat dəyərində 20 ədəd kiçik və hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 10 ədəd böyük “Maxito” içkilərini, hər birinin dəyəri 4 manat olmaqla ümumilikdə 20 manat dəyərində 5 ədəd konservləşdirilmiş ət məhsulunu, 140 manat dəyərində müxtəlif növ şirniyyatları və 35 manat dəyərində bir ədəd “Dolçe Gabana” ətiri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 515,80 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 dekabr 2018-ci il tarixdə gecə saat 02:00 radələrində tanışları Vüsal və Nadirlə onun yaşadığı məhəllədə gəzişən vaxt qərara gəlmişlər ki, yaşadığı ünvan 4 ünvanının yarımzirzəmisində yerləşən “Məhəllə” marketdən oğurluq etsinlər. Vüsalla Nadir küçədə qalmışlar ki, gəlib-gedən şəxslərə baxsınlar, o isə yaxınlıqdan tapdığı dəmir parçası ilə qapıya quraşdırılmış dəmir barmaqlıqları aralayıb marketə daxil olmuşdur. O, marketin kassasında olan təxminən 200 manat pulu və vitrində quraşdırılmış rəfdən müxtəlif adda dəqiq xatırlamadığı sayda siqaret qutusu oğurlamış, sonra marketə daxil olduğu yerdən bayıra çıxmışdır. Onlar həmin siqaret qutularını torbaya yığaraq onun yaşadığı binanın yaxınlığında yerləşən ağaclıq sahədə gizlətmiş, bundan sonra ayrılmışlar. Həmin gün saat 21 radələrində Vüsal və Nadirlə “8-ci km bazarı” adlanan ərazidə görüşmüşlər, içərisində siqaretlər olan torbanı gizlətdikləri yerdən götürüb Qaraçuxur qəsəbəsində yerləşən sahibini tanımadığı dükana 75 manata satmış, həm kassadan götürdüyü 200 manat pulu, həm də siqareti satıb əldə etdiyi 75 manatı Vüsal və Nadirlə öz aralarında bölmüşlər. O, 2016-cı ildən 2019-cu ilin əvvəllərinədək Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı” adlanan ərazidə fəhlə işləmişdir. Bu müddət aralığında bazarda “Quru meyvə”lər adlı mağazanın sahibi olan Elşən adlı şəxsi tanımışdır. 2019-cu ilin iyun ayının əvvələrində maddi cəhətdən vəziyyəti yaxşı olmamış, təcili pula ehtiyacı yaranmışdır. Bu zaman Elşən adlı şəxsə məxsus olan mağazada həmişə pulun olması yadına düşmüş, öz iş yerində oturaraq gecə saatlarını gözləmiş, 10 iyun 2020-ci il tarixdə saat təxminən 22 radələrində işlədiyi yerdən çıxaraq Elşənə məxsus mağazaya tərəf getmişdir. Mağazanın yanında olan zaman ətrafı müşahidə etmiş və heç kəsin onu görmədiyindən əmin olaraq mağazanın giriş hissəsində olan jalüzü əli ilə qaldıraraq açmış və mağazaya daxil olmuşdur. Mağazanın içərisində olan zaman mağazanın künc hissəsində yerləşən kassa aparatının yerləşdiyi istiqamətə getmişdir. Orada olan şkafın birinci gözünü açdıqdan sonra orada şəffaf rəngli torbanın içərisində pul olduğunu görmüş, pulu götürərək cibinə qoymuş və mağazanı tərk etmişdir. Mağazadan çıxdıqdan sonra bazarın içərisində yerləşən tualetə daxil olaraq Elşənin mağazasından oğurladığı içərisində pullar olan torbanı açmış, içərisindəki pulları saydıqdan sonra 2000 manat pul olduğunu görmüşdür. Oradan çıxıb yaşadığı ünvana gedərkən torbanı bazardakı zibilqabılarından birinin içərisinə atmışdır. Bundan başqa 09 noyabr 2019-cu il tarixdə gecə saat 02 radələrində işdən çıxaraq piyada yaşadığı mənzilə tərəf getmişdir, Nizami rayonu, Q.Qarayev prospekti 104 ünvanından keçən zaman orada kiçik bir köşkün qapısının şüşədən olmasını görmüş və həmin köşkdən oğurluq etmək qərarına gəlmişdir. Yerdən daş parçası götürüb köşkün qapısının şüşəsini sındırmış və qapının pəncərəsindən köşkə daxil olmuşdur. Köşkdə olan rəfdən qara rəngli sellofon paket götürüb köşkdən “LD”, “Kent 4”, “Maqna”, “Winçestr”, “Want”, “Fine”, “West”, “Pal Mall”, “Rotmans” markalı siqaretlər, təxminən iki kiloqram şirniyyat, təxminən 6-7 ədəd enerji içkiləri yığaraq götürmüş, köşkü tərk edib piyada yaşadığı mənzilə getmişdir. Həmin əşyaları yaşadığı mənzildə özünə məxsus yataq otağında gizlətmiş, sonradan öz tələbatına istifadə etmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı ödəmişdir, maddi imkanı olmadığına görə digər iki nəfər zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyə bilməmişdir, həmin ziyanı ayba-ay, hissə ilə ödəyə bilər. Barəsində aşağı həddə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 104 ünvanında 4 kv.m köşkü aylıq 90 manat icarə haqqı ödəməklə icarəyə götürmüş, köşkdə müxtəlif maralı siqaretlər, enerji içkiləri, adi spirtsiz içkilər və şirniyyatlar sataraq ailəsini dolandırmışdır. 08 noyabr 2019-cu il tarixdə axşam saat 20 radələrində köşkü bağlayaraq yaşadığı mənzilə getmişdir. 09 noyabr 2019-cu il tarixdə səhər saat təxminən 06 radələrində qonşuluqda yaşayan şəxs onun mobil telefonuna zəng vuraraq bildirmişdir ki, köşkün şüşəsi sındırılmışdır. O, köşkdə oğurluq baş verməsindən şübhələndiyindən evdən çıxaraq köşkə gəlmiş, köşkün giriş hissəsində olan alüminum qapının şüşəsinin sındırıldığını görmüşdür. Köşkə daxil olduqda oradan “LD” markalı 8 paçka hər biri 2,40 manat dəyərində, “Kent 4” markalı 10 paçka hər biri 3 manat dəyərində, “Maqna” markalı 10 paçka hər biri 1,40 manat dəyərində, “Winçestr” markalı 8 paçka hər biri 1,90 manat dəyərində, “Vinston” markalı 5 paçka hər biri 2,80 manat dəyərində, “Want” markalı 8 paçka hər biri 1,50 manat dəyərində, “Fine” markalı 7 paçka hər biri 1,40 manat dəyərində, “West” markalı 5 paçka qalın hər biri 1,70 manat dəyərində 8 paçka nazik hər biri 1,90 manat dəyərində, “Pal Mall” markalı 5 paçka hər biri 1,90 manat dəyərində, “Rotmans” markalı 6 paçka hər biri 1,90 manat dəyərində, “LD kompakt” markalı 5 paçka hər biri 2,40 manat dəyərində, 40 ədəd “Bizon” enerji içkisi kiçik hər biri 1 manat dəyərində, 20 ədəd “Bizon” enerji içkisi böyük hər biri 1,50 manat dəyərində, 30 ədəd “Hell” enerji içkisi hər biri 1 manat dəyərində, “Maxito” içkisi 20 ədəd kiçik hər biri 1,50 manat dəyərində, 10 ədəd böyük “Maxito” içkisi hər biri 2 manat dəyərində, 5 ədəd konservləşdirilmiş ət məhsulu hər biri 4 manat dəyərində, 140 manat dəyərində müxtəlif növ şirniyyatlar və 35 manat dəyərində bir ədəd “Dolçe Gabana” ətiri oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 515,80 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Araşdırma zamanı oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən olunmuşdur. Lakin Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəməmişdir. Buna görə həmin şəxsdən şikayətçidir, pulunun ödənilməsini tələb edir. Qərar çıxarılarkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən “8-ci km bazarı”nda “Quru meyvə” mağazasını işlədir. 10 avqust 2019-cu il tarixdə saat 21 radələrində mağazanı bağlayaraq yaşadığı evə getmiş, 11 avqust 2019-cu il tarixdə saat 05 radələrində mağazaya gələrək qapısını açmaq istəyəndə qapıda olan qıfılın sındırılmış vəziyyətdə olduğunu aşkar etmişdir. Bundan sonra mağazaya baxış keçirən zaman mağazada olan 2000 manat pulunun oğurlandığını bilmişdir. Daha sonra təhlükəsizlik kamerasına baxanda mağazadan oğurluq edən şəxsin bazarda fəhlə işləyən Hafiz adlı şəxs, yəni Təqsirləndirilən şəxs olmasını görmüşdür. O, Hafizlə və onun bazarda avtomaşınla yük daşımaqla məşğul olan atası ilə görüşə getmiş, hadisə barədə Hatəmə danışdıqda, Hatəm ondan Hafizdən şikayət etməməsini xahiş edərək pulu qaytaracağını bildirmişdir. Lakin bir müddət keçməsinə baxmayaraq pulunun qaytarılmamasını görüb 22 yanvar 2020-ci il tarixdə bu barədə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 2000 manat pulu ödənildiyinə görə onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yarımzirzəmidə yerləşən “Məhəllə” market ona məxsusdur, öz vəsaiti ilə əldə etdiyi gəlirlə həmin marketi işlədir, anasının boş vaxtı olanda marketə nəzarət edir. 11 dekabr 2018-ci il tarixdə saat 08 radələrində işə getməyə hazırlaşan vaxt anası Bahargül marketi açmaq üçün aşağı düşmüşdür. Az sonra evə gəlib demişdir ki, marketdən oğurluq olmuşdur. O, dərhal aşağı düşüb görmüşdür ki, marketin qapısının dəmir barmaqlığı yerindən çıxardılmış, plastik qapısı isə sındırılmışdır. O, dərhal DİN-nin “102” xidmətinə müraciət etmiş, bundan sonra 24-cü PŞ-nin əməkdaşları marketə gəlmişlər. Marketə baxanda müəyyən olunmuşdur ki, oradan 350 manat nağd pul, 652,50 manat dəyərində cəmi 34 blok müxtəlif növ tütün məmulatları, içərisində ona məxsus sənədlər olan 20 manat dəyərində yaddaş kartı oğurlanmışdır. Oğurluq zamanı sındırılmış dəmir barmaqlığı düzəltdirməyə görə 120 manat, plastik qapını düzəltdirməyə görə isə 95 manat pul xərcləmişdir. Sonradan polis şöbəsində olan vaxt ona məlum olmuşdur ki, marketdən oğurluq edən şəxslərdən biri onunla eyni binada kirayədə yaşayan Hafiz, yəni Təqsirləndirilən şəxsdur. Oğurluq törədən şəxs marketdə olan vaxt orada quraşdırılmış təhlükəsizlik kamerası həmin vaxt qeydə alınmışdır. Hafiz marketdən qiyməti 15,30 manat olan bir blok qalın “West” markalı, qiyməti 13,50 manat olan bir blok göy nazik “Want” markalı, qiyməti 13,50 manat bir blok boz nazik “Want” markalı, qiyməti 13,50 manat olan bir blok qara nazik “Want” markalı, qiyməti 12,60 manat olan bir blok “NZ” markalı, qiyməti 17,10 manat olan bir blok boz kompakt “Viceroy” markalı, qiyməti 17,10 manat olan bir blok boz “Rotmans”, qiyməti 17,10 manat olan bir blok boz kompakt “West” markalı, qiyməti 17,10 manat olan bir blok qara kompakt “West” markalı, qiyməti 14,10 manat olan bir blok ağ nazik “Classik”, qiyməti 17,10 manat olan bir blok boz kompakt “Winchester” markalı, qiyməti 17,10 manat olan bir blok göy kompakt “Winchester”, qiyməti 17,10 manat olan bir blok nazik göy “Winchester” markalı, qiyməti 17,10 manat olan bir blok boz göy “Winchester” markalı, qiyməti 29,70 manat olan bir blok göy nazik “Sobrania”, qiyməti 29,70 manat olan bir blok ağ qalın “Sobrania”, qiyməti 29,70 manat olan bir blok ag nazik “Sobrania” markalı, qiyməti 29,70 manat olan bir blok nazik “Kent 4”, qiyməti 27 manat olan bir blok nazik “Kent 1” markalı, qiyməti 27 manat olan bir blok qalın “Kent 8” markalı, qiyməti 27 manat olan bir blok qalın “Kent 4” markalı, qiyməti 25,20 manat olan bir blok boz kompakt “XS Winston” markalı, qiyməti 25,20 manat olan bir blok göy kompakt “XS Winston” markalı, qiyməti 19,80 manat olan bir blok kompakt “LD” markalı, qiyməti 21,60 manat olan bir blok nazik “LD” markalı, qiyməti 17,10 manat olan bir blok nazik göy “Palİ Mall” markalı, qiyməti 17,10 manat olan bir blok nazik boz “Palİ Mall” markalı, qiyməti 17,10 manat olan bir blok nazik mentol “Palİ Mall” markalı, qiyməti 27 manat olan bir blok sarı “Davidoff” markalı, qiyməti 12,60 manat olan bir blok ağ “More” markalı, qiyməti 12,60 manat olan bir blok göy “More” markalı, qiyməti 12,60 manat olan bir blok göy “Prima” markalı, qiyməti 12,60 manat olan bir blok sarı “Prima” markalı və qiyməti 12,60 manat olan bir blok boz “Prima” markalı olmaqla, cəmi 34 blok tütün məmulatlarını oğurlamışdır. Hal-hazıradək ona vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs və qeyriləri tərəfindən ödənilməmişdir, buna görə şikayətçidir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, şahid Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 məhkəmə iclasına məcburi gətirilməsinə dair qərarın icrasının təmin edilməsi mümkün olmadığından onun istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, 12 dekabr 2018-ci il tarixdə axşam saatlarında iki nəfər tanımadığı şəxs onun işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Z.Şərifov küçəsi ilə C.Qurbanov küçəsinin 322 saylı “Qasid” köşkünə yaxınlaşmış, onlardan biri köşkün içərisinə daxil olaraq qardaşının işlətdiyi dükanın bağlanması səbəbindən siqaretləri satmaq istəməsini bildirmiş, o, həmin siqaretləri nəzərdən keçirərək 110 manata razılaşaraq almışdır. Lakin sonradan polis şöbəsinə dəvət olunarkən ona məlum olmuşdur ki, sonradan adının Hafiz olmasını bildiyi şəxsin ona satmış olduğu siqaretlər cinayət yolu ilə əldə edilmiş siqaretlər olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 20 noyabr 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 104 ünvanında yerləşən köşkdən oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 1) - 09 noyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3, ekspert-kriminalistin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 7-14) -Azərbaycan Respublikası DİN-nin Kriminlaistik Tədqiqatlar İdarəsinin 25 noyabr 2019-cu il tarixli 011-10578-1219 nömrəli məktubundan görünür ki, 09 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 104 ünvanında T.M.Əliyevanın işlətdiyi köşkdə baş vermiş oğurluq hadisəsi yerindən götürülmüş əl-barmaq izləri KTİ-nin ADİS-in bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edildikdə əl izlərindən 02 ədədi 14 may 2000-ci il tarixdə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksi ilə eynilik təşkil etmişdir. (İ cild i.v 43-44) - 23 noyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 104 ünvanında yerləşən hadisə yerini əyani olaraq göstərib, oğurluq əməlini hansı qaydada törətdiyini ifadəsində göstərilən qaydada izah etmişdir. (İ cild i.v. 64-68) - 12 fevral 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, “8-ci km bazarı”nda yerləşən mağzadan oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 91) - 23 yanvar 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, “8-ci km bazarı” ərazisində yerləşən hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 96-98) - 16 noyabr 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. (İ cild i.v. 129) - 24 noyabr 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (İ cild i.v. 182-183) - 07 yanvar 2019-cu il tarixli qərardan görünür ki, ünvan 5 ünvanında yarımzirzəmidə yerləşən köşkdən oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 224) - 20 fevral 2019-cu il tarixli protokoldan görünür ki, 11 dekabr 2018-ci il tarixdə saat 00:10 radələrində Təqsirləndirilən şəxs tərəfindən “Məhəllə” marketdən törədilmiş oğurluq müşahidə kamerası tərəfindən aparılmış çəkilişdə öz əksini tapmışdır. (İİ cild i.v. 49) - 01 mart 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 79 ünvanının yarımzirzəmisində yerləşən hadisə yerini əyani olaraq göstərib, tanışları Vüsal və Nadir adlı şəxslərlə birlikdə oğurluq əməlini hansı qaydada törətdiklərini ifadəsində göstərilən qaydada izah etmişdir. (İİ cild i.v. 62-66) - 04 mart 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 79 ünvanının yarımzirzəmisində yerləşən “Məhəllə” marketdən oğurluq etməsi faktının qeydə alındığı DVD diskdə olan videoçəkilişə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. (İİ cild i.v. 74) - 27 mart 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə onun ifadəsi yerində yoxlanılmışdır. (İİ cild i.v. 84-85) - 22 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, “8-ci km bazarı”ndakı mağazadan oğurluq etməsi faktının qeydə alındığı CD diskdə olan videoçəkilişə zərərçəkmiş şəxsin və hal şahidlərinin iştirakları ilə baxış keçirilmişdir. (İİ cild i.v. 120) - 23 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmış, Zərərçəkmiş şəxs2 qapının qıfılının sındırılması ilə ona 20 manat maddi ziyan dəyməsi, Zərərçəkmiş şəxs1 əmlakının talanması zamanı dəmir barmaqlıq və qıfılın sındırılması ilə ona 215 manat maddi ziyan dəyməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə, X4 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, 11 dekabr 2018-ci il və 10 iyun 2019-cu il tarixlərdə törədilmiş oğurluq cinayət hadisələrini özündə əks etdirən iki ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Vüsal və Nadir adlı şəxslərin barəsində ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yeni cinayət işi ayrılmış və ibtidai istintaq aparılması üçün icraatına qəbul edilmişdir. (İİ cild i.v. 136-144) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsləri və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 23 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 75) - 25 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti və onunla bağlı prokurorun təqdimatı təmin edilməmişdir. (İ cild i.v. 207-209) - 16 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 140) - 17 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti və onunla bağlı prokurorun təqdimatı təmin edilməmişdir. (İ cild i.v. 165-168) - 17 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 169-170) - 25 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 211-212) - 07 yanvar 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 250-251) - 09 yanvar 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 28 gün həddində, 07 aprel 2019-cu il tarixədək müəyyən edilmişdir. (İİ cild i.v. 18-20) - 06 aprel 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasına dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual prokuror tərəfindən imtina edilmişdir. (İİ cild i.v. 98-100) - 06 aprel 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 101-102) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (İİ cild i.v. 108-109) - 09 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzürlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyərək gizləndiyindən və olduğu yer məlum olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. - 3 saylı istintaq təcridxanasının 22 iyul 2021-ci il tarixli 17/40-2898 nömrəli və Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 21 iyul 2021-ci il tarixli 089-16672-1221 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2021-ci il tarixdə 24-cü PŞ-nin əməkdaşları tərəfindən tutularaq 23 iyul 2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli, 4 nömrəli qərarının 12-ci bəndinə əsasən cinayət qanununun eyni maddəsi ilə tövsif olunan cinayətlərdən bir qismi yetkinlik yaşına çatanadək, digər qismi isə yetkinlik yaşına çatdıqdan sonra törədildikdə həmin maddə ilə cəza ümumi əsaslarla, yəni xüsusi normalara istinad edilmədən təyin olunmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət nəticəsində dəymiş maddi ziyanın zərərçəkmiş şəxslərdən birinə ödənilərək onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, baxmayaraq ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi ittiham üzrə 11 dekabr 2018-ci il tarixdə cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamış olmuşdur, yuxarıda istinad edilən 30 iyun 2008-ci il tarixli Plenum Qərarında müəyyən edilənlər baxımından həmin hal təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 07 yanvar 2019-cu il tarixdə şübhəli şəxs qismində tutularaq, 09 yanvar 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 06 aprel 2019-cu il tarixədək həbsdə olduğu 02 ay 29 gün, 16 noyabr 2020-ci il tarixdən 17 noyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün və 23 noyabr 2020-ci il tarixdən 25 noyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, cəmi 03 ay 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı sonuncu dəfə tutulduğu 21 iyul 2021-ci il tarixindən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxsərdən iki nəfərinə vurulmuş maddi ziyan ödənilməsə də və məhkəmədə etdikləri çıxışlarında maddi ziyanın ödənilməsini tələb etsələr də, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunvericilikdə müəyyən olunmuş qaydada mülki iddia verməmişlər; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış iki ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 120 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 07 yanvar 2019-cu il tarixdə şübhəli şəxs qismində tutularaq, 09 yanvar 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 06 aprel 2019-cu il tarixədək həbsdə olduğu 02 ay 29 gün, 16 noyabr 2020-ci il tarixdən 17 noyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün və 23 noyabr 2020-ci il tarixdən 25 noyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, cəmi 03 (üç) ay 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış iki ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 120 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, SWİFT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsilə 720 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-96/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-96/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver