Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-96/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1969-cu ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" Birgə Müəssisəsində ayaqaltı quraşdırma işləri üzrə usta vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2019-cu il tarixli əmək müqaviləsi və həmin tarixli 520/K nömrəli əmrlə "xxxx" Birgə Müəssisəsində ayaqaltı quraşdırma işləri üzrə usta vəzifəsində işləməklə xx.xx.2020-ci il tarixli vəzifə təlimatının əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə 2.12, 2.15, 2.17, 2.18, 2.19-cu bəndlərinə əsasən hər gün işə başlamamışdan əvvəl risklərin təyin edilməsi və görüləcək tədbirlər barədə tabeliyində olan operatorla gündəlik təlimat (RTC təimatı) keçməsi, təhkim olunmuş obyektdə (iş yerində) əmək şəraitinin, əmək mühafizəsi normalarına əməl olunmasının və təhlükəsizlik texnikasının vəziyyətini yoxlaması, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq qaydada tədbirlər görməsi, təhlükəli mürəkkəb işlərin yerinə yetirilməsinə bilavasitə rəhbərlik etməsi, işlərin təhlükəsiz aparılmasını, avadanlıqların, alət və ləvazimatların təhlükəsiz istismarını, iş yerlərinin, mühafizə vasitələrinin lazımi halda saxlanılmasını təmin etməsi, yoxlama zamanı aşkar edilmiş çatışmazlıqları briqadaların, manqaların gücü ilə ləğv etməsi, mümkün olmadıqda sahə mühəndisinə bu barədə məlumat verməsi, tabeliyində olan işçilərin əmək və istehsalat intizamına, təhlükəsiz iş aparmaq üzrə qayda və təlimatlara, texnoloji rejimə riayət etmələrini, təhlükəsiz iş şəraitini, işdə nasaz və yararsız avadanlıqdan, mexanizmdən, alətlərdən, qurğulardan istifadə olunmasına yol verməməyi, işçilərin səhhətinə təhlükə yaradan amillərin aşkar edildiyi zaman işin dayandırılmasını, Fövqəladə Hallar Nazirliyinin 20/01-005 nömrəli qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı təhlükəsizlik qaydaları”nın 5.53, 5.54-cü bəndlərinin tələblərinə görə ayaqaltılarm yuxarıdan təsadüfən düşə biləcək əşyalardan qorunması üçün yan tərəflərdən tam örtülü, ayaqaltılarm kənarından azı 1,5 metr kənara çıxan və ayaqaltına tərəf 20 dərəcə bucaq altında mailliyə malik olan qoruyucu sipərlə təchiz olunmasını texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi təmin etməli olduğu halda, həmin qaydaları pozaraq ünvan 2 ünvanında yerləşən Heydər Əliyev adına X5 "xxxx" Birgə Müəssisəsinin iş sahəsi olan “Boru Estakadası 5H” adlanan ərazisində əvvəlcədən quraşdırılmış ayaqaltılarını söküntüsü həyata keçirilərkən, işçilərin yuxarıdan təsadüfən düşə biləcək əşyalardan qorunması üçün ayaqaltının yan tərəflərinin tam örtülü qoruyucu sipərlə təchiz olunmasını təmin etməmiş və nəticədə xx.xx.2022-ci il tarixdə saat 09:45 radələrində "xxxx" Birgə Müəssisəsində ayaqaltı quraşdırıcısı vəzifəsində işləyən Şahid1 həmin zavodda quraşdırılmış ayaqaltınııı üzərində dayanaraq söküntüsü işi ilə məşğul olarkən, əlində olan 40 sm uzunluğunda borunu ehtiyyatsızlıqla aşağı istiqamətdə atdıqda borunun aşağıda dayanmış, MMC-də ayaqaltı quraşdırıcısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs başında olan qoruyucu dəbilqəni qırıb başına dəyməsi səbəbindən ehtiyyatsızlıqdan sonuncunun sol təpə sümüyünün basılmış, çoxqəlpəli sınığı, baş beynin epidural qansızması, sol təpə nahiyyəsinin əzilmiş yarası, alnın sol yarısının hematoması xəsarətləri ilə müşayiət edilən sağlamlığına ağır zərər vurulmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, 2017-ci il tarixdən “X3”nin 104-cü layihəsində ayaqaltı quraşdırıcısı üzrə usta vəzifəsində işləmişdir. Müəssisənin fəaliyyəti zavodun ərazisində yenidənqurma işlərini həyata keçirməkdən ibarətdir. “X3” Heydər Əliyev adına X4 subpodratçısı kimi həmin zavodda işləri həyata keçirir. “X3”nin adı çəkilən zavodda xeyli sayda işçiləri çalışır. Həmin işçilər müxtəlif vəzifələri icra edirlər. Görülən işlərdən biri də ayaqaltı quraşdırma işləridir. Ayaqaltı quraşdırma işlərini icra edən işçilərdən biri də Zərərçəkmiş şəxsdur. Zərərçəkmiş şəxs müəssisədə 2017-ci idən çalışmışdır. Zərərçəkmiş şəxsla işə daxil olarkən əmək müqaviləsi bağlanılmış, bütün təhlükəsizlik təlimatları sonuncuya keçirilmişdir. Onun vəzifəsi ayaqaltı quraşdırıcılarına iş öncəsi təlimat keçib, göstərişləri verməklə onların işləməsinə nəzarət etməkdən, eyni zamanda xx.xx.2020-ci il tarixli vəzifə təlimatının əməyin mühafizəsi və texniki təhlkükəsizlik texnikası üzrə 2.12, 2.15, 2.17, 2.18, 2.19-cu bəndlərinə əsasən hər gün işə başlamamışdan əvvəl risklərin təyin edilməsi və görüləcək tədbirlər barədə tabeliyində olan operatorla gündəlik təlimat keçmək, təhkim olunmuş obyektdə, əmək şəraitinin, əmək mühafizəsi normalarına əməl olunmasının və təhlükəsizlik texnikasının vəziyyətini yoxlamaq, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq qaydada tədbirlər görmək, təhlükəli mürəkkəb işlərin yerinə yetirilməsinə bilavasitə rəhbərlik etmək, işlərin təhlükəsiz aparılmasını, avadanlıqların, alət və ləvazimatların təhlükəsiz istismarını, iş yerlərinin, mühafizə vasitələrinin lazımi halda saxlanılmasını təmin etmək, yoxlama zamanı aşkar edilmiş çatışmazlıqları briqadaların, manqaların gücü ilə ləğv etmək, mümkün o.madıqda sahə mühəndisinə bu barədə məlumat vermək, tabeliyində olan işçilərin əmək və istehsalat intizamına, təhlükəsiz iş aparmaq üzrə qayda və təlimatlara, texnoloji rejimə riayət etmələrini, təhlükəsiz iş şəraitini təmin etmək, işdə nasaz və yararsız avadanlıqdan, mexanizmdən, alətlərdən, qurğulardan istifadə olunmasına yol verməmək, işçilərin səhhətinə təhlükə yaradan amillərin aşkar edildiyi zaman işi saxlamaqdan və digər bu kimi işləri həyata keçirməkdən ibarətdir. Müəssisədə ayaqaltı quraşdırıcısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs 04 iyul 2022-ci il tarixdə səhər saat 07:30-da işə gəlib zəruri iş geyim və ləvazimatlarını geyinmiş, daha sonra tərəfindən iş öncəsi təlimat keçilməklə digər işçilərlə birlikdə Mehdi də təlimatı qəbul edib göstərişi əsasında zavodun “X3”nin fəaliyyət göstərdiyi “Boru estakadası 5H” adlanan sahəsinə getmişdir. Həmin gün müəssisədə ayaqaltı quraşdırıcısı şöbəsinin qrup rəhbəri vəzifəsində işləyən Şahid3 məzuniyyətdə olduğundan, işlərin hamısına o, nəzarət etmişdir. Çünki, həmin gün Şahid3 məzuniyyətdə olmasına görə ayaqaltı quraşdırıcılarına onun tərəfindən nəzarət olunmalı olmuşdur. Həmin gün artıq bir neçə müddətdir ki, ərazidə aparılan boru quraşdırma işləri başa çatdığından, tərəfindən ayaqaltı quraşdırıcılarına, o cümlədən Zərərçəkmiş şəxs göstəriş verilmişdir ki, əvvəllər quraşdırdıqları dəmir konstruksiyalı ayaqaltılarını söksünlər. Onlar ayaqaltının sökülməsi prosesinə başlamış, ayaqaltını sökərkən təxminən 7 nəfər ayaqaltı üzrə quraşdırıcı vəzifəsində işləyən işçilər birlikdə işləmişlər. Zərərçəkmiş şəxs aşağıda, bəzi işçilər isə yuxarıda işləmişlər. Ayaqaltıların sökülməsi qaydalarına əsasən onlar aşağıda dayanıb yuxarıda sökmə işləri apararaq, fəhlələrin onlara uzatdığı irihəcmli dəmir konstruksiyaları əlbəəl aşağıda qəbul etmişlər. Digər kiçik həcmli detalları (boruları) isə yuxarıda xüsusi zənbillərin içərisinə yerləşdirib fəhlələr kəndirlə aşağıya sallayır, həmin detalları da zənbildə qəbul edib aşağıda boşaldırmışlar. Bununla əlaqədar da, tərəfindən keçirilmiş “düşən əşyalar” təlimatında da işçilərə, Zərərçəkmiş şəxs bu qaydalar hər gün olduğu kimi həmin gün, yəni 04 iyul 2022-ci il tarixdə də izah edilmişdir. Zərərçəkmiş şəxs aşağıda olduğundan, yuxarıda işləyən Şahid1 adlı fəhlənin təqribən 40 sm uzunluğu olan ayaqaltı borusunu sökdükdən sonra zənbilə yerləşdirib zənbili aşağıya kəndirlə sallamalı olduğu halda, həmin borunu dəmir konstruksiyanın üzərinə ehtiyyatsızcasına sürətlə atması nəticəsində xəsarət almışdır. Belə ki, bu zaman qeyd edilən boru dəmir konstruksiyanın üzərindən aşağıya düşmüş, Zərərçəkmiş şəxs başında olan təhlükəsizlik dəbilqəsini qırıb sonuncuya xəsarət yetirmişdir. O, bu barədə dərhal rəhbərliyə məlumat vermiş, Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərildikdən sonra xəstəxanaya, “Modern Hospital” klinikasına yerləşdirilmişdir. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs bütün zəruri iş geyim və ləvazimatları ilə təchiz olunmuş, lakin hadisə zamanı Zərərçəkmiş şəxs başında olan dəbilqə qırılmışdır. Dəbilqənin istifadə müddəti olmuş, Zərərçəkmiş şəxs və Şahid1 baş vermiş hadisədən öncə təhlükəsizliklə əlaqədar zəruri təlimatlar keçilmişdir. O, xidməti vəzifələrini tam yerinə yetirmişdir, hadisənin olmasında onun heç bir məsuliyyəti yoxdur, bütün məsuliyyət Zərərçəkmiş şəxs üzərinə düşür. Çünki hadisə günü Zərərçəkmiş şəxs öz səhvi ucbatından xəsarət almışdır. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2017-ci il tarixdən “X3”nin Heydər Əliyev adına X5 həyata keçirdiyi müxtəlif layihələrində ayaqaltı üzrə quraşdırıcı vəzifəsində çalışmışdır. Hazırda da “X3”nin qeyd edilən zavodda 104-cü layihəsi davam etdirilir və o, eyni vəzifədə işləyir. İş vaxtı saat 08:00-dan saat 17:00-dəkdir. Onun ayaqaltı üzrə quraşdırıcı kimi vəzifəsi səhər işə gəldikdən sonra zəruri iş geyim və lazimatlarını geyinib iş öncəsi təlimatı ustadan (formen vəya briqadir) qəbul edərək, görüləcək işlərlə əlaqədar ayaqaltıların quraşdırılacağı yerə gedib usta ilə birlikdə risklərə baxmaq, ustanın tapşırığı əsasında işə başlayıb ayaqlatıları quraşdırmaqdan ibarətdir. Ayaqaltılar dəmir konstruksiyadır. Ayaqaltı hündürdə görüləcək işləri yerinə yetirmək üçün tərəflərindən yığılan, digər fəhlələrin çıxaraq üzərində dayandığı qurğudur. 04 iyul 2022-ci il tarixdə səhər saat 07:30-da işə gəlib zəruri iş geyim və ləvazimatlarını geyinmiş, daha sonra iş öncəsi təlimatı üzərində nəzarəti və rəhbərliyi həyata keçirməli olan usta Təqsirləndirilən şəxs digər işçilərlə birlikdə qəbul edib sonuncunun göstərişi ilə zavodun “X3”nin fəaliyyət göstərdiyi “Boru estakadası 5H” adlanan sahəsinə getmişdir. Həmin gün artıq bir neçə müddətdir ərazidə aparılan boru quraşdırma işləri başa çatdığından usta Təqsirləndirilən şəxs tərəfindən onlara göstəriş verilmişdir ki, əvvəllər tərəflərindən quraşdırılan dəmir konstruksiyalı ayaqaltılar sökülsün. Onlar ayaqaltıların sökülməsi prosesinə başlamışlar. Ayaqaltını sökərkən təxminən 7 nəfər ayaqaltı üzrə quraşdırıcı vəzifəsində işləyən işçilər birlikdə işləmişlər. O, aşağıda, bəzi işçilər isə yuxarıda işləmişlər. Onunla birlikdə aşağıda təxminən 3 nəfər, yuxarıda isə 4 nəfər işləmişdir. Ayaqaltıların sökülməsi qaydalarına əsasən onlar aşağıda dayanıb yuxarıda sökmə işləri aparan fəhlələrin onlara uzatdığı iri həcmli dəmir konstruksiyaları əlbəəl aşağıda qəbul etmişlər. Digər kiçik həcmli detalları (boruları) isə yuxarıda xüsusi zənbillərin içərisinə yerləşdirib fəhlələr kəndirlə aşağıya sallamış, həmin detalları da zənbildə qəbul edib aşağıda boşaldırmışlar. Həmin vaxt o, aşağıda olduğundan qəfil başına nəyinsə düşdüyünü hiss etmişdir. Belə ki, həmin vaxt huşunu itirdiyinə görə sonradan gözünü xəstəxanada açmış, ona bildirmişlər ki, yuxarıda işləyən Kamil adlı fəhlə təqribən 40 sm uzunluğu olan ayaqaltı borusunu sökdükdən sonra zənbilə yerləşdirib zənbili aşağıya kəndirlə sallamalı olduğu halda, həmin borunu dəmir konstruksiyanın üzərinə ehtiyyatsızcasına sürətlə atmış, bu zaman qeyd edilən boru aşağıya düşmüş, onun başında olan təhlükəsizlik dəbilqəsini qırıb ona xəsarət yetirmişdir. Həmin vaxt başından qan gəlmiş və o, huşunu itirmişdir. Kamil adlı işçi ilə hər hansı ədavəti və ya düşmənçilikləri olmamış, münasibətləri normal olmuşdur. Şahid1 ehtiyyatsızlığı səbəbindən həmin borunu yuxarıda aşağıya atmışdır. Hadisə zamanı bütün zəruri iş geyim və ləvazimatları ilə təchiz olunmuş, lakin başındakı dəbilqə qırılmışdır. Dəbilqənin istifadə müddəti 5 il olmuş, hadisə zamanı da istifadə müddəti olmuşdur. Baş vermiş hadisədən öncə təhlükəsizliklə əlaqədar zəruri təlimatlar ona keçirilmişdir. Onunla işə daxil olarkən əmək müqaviləsi bağlanmış, ona giriş və iş yerində təhlükəsizlik təlimatları keçirilmişdir. 04 iyul 2022-ci il tarixdə ayaqaltıların sökülməsi işlərini görərkən ayaqaltnın kənarlarında aşağıda dayanmış işçilərin yuxarıdan düşə biləcək əşyalardan qorunması üçün ayaqaltının yan tərəflərinin tam örtülü qoruyucu sipərlə təchiz olunması təmin edilməmiş, usta Təqsirləndirilən şəxs tərəfindən işə başlamazdan əvvəl əraziyə baxış keçirilərkən, ayaqaltının kənarlarının tam örtülü qoruyucu sipərlə təchiz edilməsi barədə də hər hansı bir söz onlara bildirilməmişdir. Sonda zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən “X3”nin Heydər Əliyev adına X5 həyata keçirdiyi 104-cü layihədə ayaqaltı üzrə quraşdırıcı vəzifəsində çalışmışdır. Onun ayaqaltı üzrə quraşdırıcı kimi vəzifəsi səhər işə gəldikdən sonra zəruri iş geyim və lazimatlarını geyinib iş öncəsi təlimatı ustadan qəbul edərək, görüləcək işlərlə əlaqədar ayaqaltıların quraşdırılacağı yerə gedib usta ilə birlikdə risklərə baxmaq, formenin tapşırığı əsasında işo başlayıb ayaqlatıları quraşdırmaqdan ibarət olmuşdur. Ayaqaltılar dəmir konstruksiyadır. Ayaqaltı hündürdə görüləcək işləri yerinə yetirmək üçün tərəflərindən yığılan, digər fəhlələrin isə çıxaraq üzərində dayandığı qurğudur. “X3”nin qeyd edilən zavodunda 104-cü layihə hazırda da davam etdirilir. İş vaxtı saat 08:00-dan saat 17:00-dək olmuşdur. “X3” Heydər Əliyev adına X4 subpodratçısı kimi həmin zavodda işləri həyata keçirir. 04 iyul 2022-ci il tarixdə ehtiyyatsızlığı ucbatından törətdiyi hadisəyə görə 2022-ci ilin iyul ayında işdən çıxarılmışdır. 04 iyul 2022-ci il tarixdə səhər saat 07:30-da işə gəlib zəruri iş geyim və ləvazimatlarını geyinmiş, daha sonra iş öncəsi təlimatı üzərinə nəzarəti və rəhbərliyi həyata keçirməli olan usta Təqsirləndirilən şəxs digər işçilərlə birlikdə qəbul edib sonuncunun göstərişi ilə zavodun “X3”nin fəaliyyət göstərdiyi “Boru estakadası 5H” adlanan sahəsinə getmişdir. Həmin günün təlimat üzrə mövzusu “Düşən əşyalar” olmuşdur. Usta Təqsirləndirilən şəxs ona və digər ayaqaltı quraşdırıcılarına hündürlükdə işlərin yerinə yetirilməsi zamanı diqqətli olmağı, sökülmüş əşyaları ehtiyyatla aşağıda işləyən digər işçilərə ötürməyi bildirmişdir. O və digər ayaqaltı quraşdırıcıları da, həmin təlimatı qəbul etməkləri barədə sənədə imza etmişlər. Həmin gün ərazidə aparılan boru quraşdırma işləri başa çatdığından, usta Təqsirləndirilən şəxs tərəfindən onlara göstəriş verilmişdir ki, əvvəllər tərəflərindən quraşdırılan dəmir konstruksiyalı ayaqaltılar sökülsün. Onlar ayaqaltıların sökülməsi prosesinə başlamışlar. Ayaqaltını sökərkən təxminən 7 nəfər ayaqaltı üzrə quraşdırıcı vəzifəsində işləyən işçilər ilə birlikdə işləmişlər. O, yuxanda, bəzi işçilər isə aşağıda işləmişlər. Aşağıda təxminən 3 nəfər, yuxarıda isə 4 nəfər işləmişlər. Ayaqaltıların sökülməsi qaydalarına və ona verilmiş təlimata əsasən, aşağıda dayanan fəhlələr yuxarıda tərəflərindən onlara uzadılmış irihəcmli dəmir konstruksiyaları əlbəəl aşağıda qəbul edirmişlər. Digər kiçik həcmli detalları (boruları) isə o və digər yuxarıda işləyən ayaqlatı quraşdırıcıları xüsusi zənbillərin içərisinə yerləşdirib kəndirlə aşağıya sallayır, həmin detalları da aşağıda işləyən fəhlələr zənbildə qəbul edib aşağıda boşaldırmışlar. Həmin vaxt o, yuxanda olduğundan, sökülmüş, təxmini uzunluğu 40 sm olan 1 ədəd borunu ayaqaltının üzərinə ehtiyatsızcasına atmışdır. Bu zaman boru ayaqaltının üzərinə dəyib, oradan da aşağıya düşmüşdür. O, əvvəlcə borunun aşağıda ayaqaltı quraşdırıcısı Zərərçəkmiş şəxs başına düşməsini bilməmişdir. Aşağıda işləyənlərin toplaşmasını gördükdə isə başa düşmüşdür ki, atdığı boru işçi Zərərçəkmiş şəxs başındakı mühafizəedici dəbilqəni deşib başını yaralamışdır. Daha sonra Zərərçəkmiş şəxs tibbi yardım göstərilərək sonuncu xəstəxanaya aparılmışdır. O, kiçik boruları içərisinə yerləşdirməli olduğu zənbili kənara qoymuş, buna görə də zənbilin yanına gedib-qayıtmağa səbri çatmamış, səbrsizlik edərək borunu atmışdır. Borunu ehtiyyatla qoysaydı, hadisə baş verməyəcəkdi. Həmin gün bütün zəruri iş geyim və ləvazimatları ona verilmiş, hündürlükdə gördüyü işlə əlaqədar ona zəruri təlimat keçirilərkən, usta Təqsirləndirilən şəxs tərəfindən kiçik boruları zənbillər vasitəsilə aşağıya ötürməli olması, hər hansı detalı atmasının qadağan olması ona bildirilmişdir. Törətdiyi hadisədən peşmandır. 04 iyul 2022-ci il tarixdə ayaqaltıların sökülməsi işlərini görərkən ayaqaltnın kənarlarında aşağıda dayanmış işçilərin yuxarıdan düşə biləcək əşyalardan qorunması üçün ayaqaltının yan tərəflərinin tam örtülü qoruyucu sipərlə təchiz olunması təmin edilməmiş, usta Təqsirləndirilən şəxs tərəfindən də işə başlamazdan əvvəl əraziyə baxış keçirilərkən, ayaqaltının kənarlarının tam örtülü qoruyucu sipərlə təchiz edilməsi barədə də onlara bildirilməmişdir. İş üzrə şahid qismində dindirilmiş «X3»do SƏTƏM üzrə mühəndis vəzifəsində işləyən Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, sonuncu ilə oxşar məzmunlu ifadə verdi. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən “Heydər Əliyev adma X6’nun “Boru estakadası 5H” adlanan sahəsidir. Qeyd edilən əraziyə daxil olducda ətrafda boru estakadaları müşahidə olunur. “Boru estakadası 5H” adlanan ərazidə baxış iştirakçısı Şahid3 üzərində ağ rəngli, iri tutumlu yanacaq boruları olan, quraşdırılmış göy rəngli boru estakadalarını göstərərək həmin estakadaların aşağısında 04 iyul 2022-ci il tarixdə əvvəlcədən dəmir materialdan, diametri 48 mm olan borulardan ibarət yüngül konstruksiya şəklində quraşdırılmış ayaqaltıların sökülməsi prosesi aparılmasını, söküntü işinin ayaqaltı quraşdırıcısı vəzifəsində işləyən işçilər tərəfindən həyata keçirilməsini, quraşdırılmış ayaqaltının uzunluğunun 60 metr, eninin 8 metr, hündürlüyünün isə 6 metr olmasını, ayaqaltının üzərinə, içərisində quraşdırılmış pilləkən vasitəsilə qalxmağın mümkün olmasını, pilləkənlə qalxan işçilərin ayaqaltım yuxarıdan sökmələrini bildirmişdir. Eyni zamanda, yer səthində dayanmış ayaqaltı quraşdırıcısı vəzifəsində işləyən işçilər də ayaqaltının üzərində, yuxanda dayanaraq söküntü işləri aparan işçilər tərəfindən onlara verilmiş materialı aşağıda qəbul etmə işlərini yerinə yetirmişlər. Hadisə isə ayaqaltının yuxarı hissəsində, yəni ayaqaltının üzərində dayanmış ayaqaltı quraşdırıcısı vəzifəsində işləyən Şahid1 ayaqaltının üzərindən sökdüyü, uzunluğu 40 sm oları borunu ayaqaltının üzərinə ehtiyyatsız atması səbəbindən borunun aşağıya düşməsi və aşağıda, yer səthində dayanmış digər ayaqaltıquraşdırıcısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs başına düşməsi nəticəsində baş vermişdir. Baxış iştirakçısı Şahid3 “Boru estakadası 5H” adlanan ərazidə ayaqaltıların sökülməsi işlərinin iyul ayında başa çatmasını, bu səbəbdən də hazırda ayaqaltıların orada olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş ekspertizanın xx.xx.2022-ci il tarixli 787 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan sol təpə sümüyünün basılmış, çoxqəlpəli sınığı, baş beynin epidural qansızması, sol təpə nahiyyəsinin əzilmiş yarası, alnın sol yarısının hematoması xəsarətləri bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı alınması mümkündür, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2022-ci il tarixli 10/6204 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Heydər Əliyev adına X7’mun ərazisində ayaqaltının sökülməsi işinə cəlb olunmuş işçilərin yuxarıda təsadüfən düşə biləcək əşyalardan qorunması üçün ayaqaltının yan tərəflərinin tam örtülü qoruyucu sipərlə təchiz edilməməsi və yükün düşmə zonasında adamlar olmasına baxmayaraq, 40 sm uzunluqda olan borunun həmin hissəyə atılması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 5.53, 5.54-cü bəndlərinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin və «X3»niıı baş direktoru ilə Şahid1 arasında bağlanmış əmək müqaviləsinin 4.8ci bəndinin tələbləri pozulmuşdur. “Heydər Əliyev adma X7”nun ərazisində ayaqaltının sökülməsi işinə cəlb olunmuş işçilərin yuxarıdan təsadüfən düşə biləcək əşyalardan qorunması üçün ayaqaltının yan tərəflərinin tam örtüklü qoruyucu sipərlə təchiz olunmasını təmin etmədiyinə görə, «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 5.53 və 5.54-cü bəndlərinin tələbləri həmin işlərin görülməsinə nəzarət etmiş Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Yüklərin aşağı atılmaması barədə təlimatlandırılaraq “Heydər Əliyev adına X7”nun ərazisində ayaqaltının sökülməsi işinə buraxılmış Şahid1 Scyidəhməd oğlu yükün düşmə zonasında adamlar (konkret halda Zərərçəkmiş şəxs) olmasına baxmayaraq, 40 sm uzunluğunda borunu həmin hissəyə atdığına görə, onun tərəfindən əmək müqaviləsinin 4.8-ci bəndinin «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 520/K nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən “X3”ndə ayaqaltı quraşdırma işləri üzrə usta vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə “X3” arasında müəssisədə ayaqaltı quraşdırma işləri üzrə usta vəzifəsinə təyin edilməsi ilə əlaqədar müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “X3”nin ayaqaltı quraşdırma işləri üzrə ustanın vəzifə təlimatının əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bəndlərindən görünür ki, ayaqaltı quraşdırma işləri üzrə usta hər gün işə başlmamışdan əvvəl riskləri təyin etməli və görüləcək tədbirlər barədə tabeliyində olan operatorla gündəlik təlimat keçməli, təhkim olunmuş obyektdə (iş yerində) əmək şəraitinin, əmək mühafizəsi normalarına əməl olunmasının və təhlükəsizlik texnikasının vəziyyətini yoxlamalı, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq qaydada tədbirlər görməli, təhlükəli mürəkkəb işlərin yerinə yetirilməsinə bilavasitə rəhbərlik etməli, işlərin təhlükəsiz aparılmasını, avadanlıqların, alət və ləvazimatların təhlükəsiz istismarını, iş yerlərinin, mühafizə vasitələrinin lazımi halda saxlanılmasını təmin etməli, yoxlama zamanı aşkar edilmiş çatışmazlıqları briqadaların, manqaların gücü ilə ləğv etməli, mümkün olmadıqda sahə mühəndisinə bu barədə məlumat verməli, tabeliyində olan işçilərin əmək və istehsalat intizamına, təhlükəsiz iş aparmaq üzrə qayda və təlimatlara, texnoloji rejimə riayət etmələrini təmin etməli, təhlükəsiz iş şəraitini, işdə nasaz və yararsız avadanlıqdan, mexanizmdən, alətlərdən, qurğulardan istifadə olunmasına yol verməməli, işçilərin səhhətinə təhlükə yaradan amillərin aşkar edildiyi zaman işi dayandırılmalıdır. İşdə olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, “X3”ndə ayaqaltı işləri üzrə usta vəzifəsində işləyən Təqsirləndirilən şəxs həmin tarixdə “X3”nin baş direktoruna müraciət edərək kadrlar şöbəsi tərəfindən ona təqdim olunmuş vəzifə təlimatı ilə tanış olmasını bildirmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “Toolbox Talk” sənədindən görünür ki, həmin tarixdə usta vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən ayaqaltı quraşdırıcılarına, həmçinin Şahid1 və Zərərçəkmiş şəxs “Düşən əşyalar” mövzusunda təlim keçirilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 004 nömrəli protokoldan görünür ki, “X3”ndə ayaqaltı quraşdırıcısı vəzifəsində işləmiş Şahid1 həmin tarixdə bilikləri yoxlanılmaqla məqbul qiymətləndirilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 004 nömrəli protokoldan görünür ki, “X3”ndə ayaqaltı quraşdırıcısı vəzifəsində işləmiş Zərərçəkmiş şəxs həmin tarixdə bilikləri yoxlanılmaqla məqbul qiymətləndirilmişdir. İşdə olan “İşçilərlə iş yerində keçirilən təlimatların qeyd olunması” jurnalından görünür ki, Şahid1 və Zərərçəkmiş şəxs ayaqaltı quraşdırma işləri üzrə müvafiq təlimatlar keçilmişdir. İşdə olan “SƏTƏM-ə dair işçilərin giriş təlimatının qeydiyyatı” jurnalından görünür ki, ayaqaltı quraşdırıcısı vəzifəsində işləyən Şahid1 və Zərərçəkmiş şəxs müvafiq təlimat keçirilmişdir. Məhkəmə hesab edir ki, baş vermiş hadisə zamanı zərərçəkmiş şəxsin öz təqsiri ucbatından xəsarət alması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və zərərçəkmiş şəxsin şikayətinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxsr oğlunun DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, törədilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs əlavə cəza - dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarında Plenum qərara almışdır ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinə əsasən iş üzrə əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 49 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 294 manat (49x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 2.000 (iki min) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 49 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 294 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-96/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-96/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver