Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-97/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1959-cu il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 121 saylı Mənzil Kommunal İstismar sahəsində mühəndis işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 28 fevral 2012-ci il tarixli 23 nömrəli əmr və 29 dekabr 2016cı il tarixli əmək müqaviləsi əsasında Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Komunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 121 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) mühəndisi vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən ona MKİS tərəfindən yerinə yetirilən bütün işlərdə yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, qəzalı vəziyyətdə olan binalara nəzarət edib sakinlərin təhlükəsizliyini təmin edən tədbirləri həyata keçirmək, MKİS-in texniki, istehsalat və istismar personalına rəhbərlik etmək, vəzifə səlahiyyətləri çərçivəsində tabeliyində olan işçilərə göstərişlər vermək vəzifələri həvalə edilməsinə baxmayaraq MKİS-in balansında olan ünvan 3 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının damında onun göstərişi ilə 13 sentyabr 2023-cii il tarixdə MKİS-in fəhləsi Təqsirləndirilən şəxs2 tərəfindən təmizlik işləri aparılarkən o, vəzifə təlimatının 13.5-ci bəndinin tələblərinə əsasən görülən işlərdə texniki təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməklə yüklərin aşağı atılması işinin təhlükəsiz aparılması üçün müvafiq texniki tədbirlərin görülməsini, konkret halda potensial təsirli təhlükəli istehsalat zonasına aid olan yüklərin düşmə zonasının ətrafının mühafizə və ya xəbərdarlıq çəpərləri ilə çəpərlənməsini və təhlükəsizlik nişanlarının vurulmasını, həmçinin “Tikintidə təhlükəsizlik texnikası” İİİ 4-80 “Tikinti norma və qaydaları”nm 2.2 və 2.6-cı bəndlərinə əsasən iş meydançasının, iş sahələrinin, tikinti maşınlarının, nəqliyyat vasitələrinin və insanlar üçün keçid yerlərinin təşkili zamanı, insanlar üçün daimi və potensial təhlükəli istehsalat faktorları olan zonalar müəyyən edilməli, təhlükəli zonalar təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlamalı, həmçinin potensial təsirli təhlükəli istehsalat zonaları, kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün mühafizə və ya xəbərdarlıq çəpərləri ilə çəpərlənməsini təmin etməli olduğu halda işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməmiş və bunun nəticəsində ehtiyyatsızlıqdan 13 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində MKİS-in fəhləsi Təqsirləndirilən şəxs2 tərəfindən həmin binanın damında təmizlik işləri aparılan zaman damdan aşağıya atılan taxta parçasının 56 nömrəli mənzilinin arxa giriş qapısının qarşısında dayanmış bina sakini Zərərçəkmiş şəxs üzərinə düşməsi nəticəsində sonuncu sağ tərəfli hemopnevmotoraks və hər iki ağciyərin aşağı paylarının kontuziyaları ilə müşayiət olunan sağ körpücük sümüyün, sağ İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, sol İİİ və V qabırğaların yerdəyişmiş, İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ fəqərələrinin yan çıxıntılarının, TH8 fəqərənin cisminin sınıqları, sağ qulaq sırğalının əzilmiş yaraları, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla hüquqlarına, qanuni mənafelərinə və cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 1(007)-97/2024 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdığına, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 121 saylı Mənzil Kommunal İstismar sahəsində mühəndis kimi işləyir. Mühəndis kimi vəzifələri ərazidə olan kommunikasiya xətlərinə və onların istismarına nəzarət etmək, binanın zirzəmi və yarızirzəmilərinin kommunikasiya xətlərinə və onların istismarına nəzarət etmək, eyni zamanda mühəndis-texniki qurğulara nəzarət etmək, mənzil fondunun saxlanılmasına nəzarət etmək, texniki, istehsalat və istismar personalına rəhbərlik etmək, MKİS tərəfindən yerinə yetirilən bütün işlərdə yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, vəzifə səlahiyyətlərim çərçivəsində tabeliyində olan işçilərə göstəriş vermək və s.dən ibarətdir. Tabeliyində 20-dən artıq fəhlə vardır. Mühəndis kimi 121 saylı MKİS-in rəisi Şahid4, sonuncu olmadıqda isə 1 saylı XTMKTB-nin mühəndisinə tabedir. ünvan 4 ünvanı işlədiyi MKİS-in xidməti ərazisində yerləşir. 2023-cü ilin sentyabr ayının əvvəllərində sözügedən binanın sakinlərindən biri ərizə ünvanlayaraq evinə damdan su axması barədə məlumat vermiş, xx.xx.2023-cü il tarixdə, axşam saat 7 radələrində 121 saylı MKİS-in rəisi Şahid4 ona telefonla yığaraq həmin binanın dam örtüyünün fotoşəkillərini çəkərək Nizami rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Tural müəllimə göndərməyini bildirmiş, o da öz növbəsində DOST agentliyinin işçisi fəhlə Şahid1 telefonla yığaraq həmin binanın damına çıxaraq şəkillərini çəkib ona göndərməsini bildirmiş, Natiq də onun deməyi ilə həmin binanın dam örtüyünün şəkillərini çəkərək ona, o isə Tural müəllimə göndərmişdir. O, Tural müəllimə həmin görüntüləri atdıqdan sonra sonuncu ona “Cümşüd müəllim bu zir zibili oraya kim yığıb? Nəzarətdə saxlayın, mənə məlumat verərsiz” deyə bildirmiş, həmin gün axşam saatlarında o, Şahid4 “oranı təmizlətdirmək lazımdır” deyə bildirərək Tural müəllimlə aralarında baş verən dialoqu danışmış, Şahid4 da ona “sən işini gör, məşğul ol” demiş və o da səhəri gün DOST-un fəhlələri Şahid1, Şahid2 və 121 saylı MKİS-in fəhləsi Təqsirləndirilən şəxs2 telefonla ayrı-ayrılıqda yığaraq həmin ünvanın damında olan artıq taxta tullantıları təmizləmələrini bildirmişdir. Onlar da onun sözü ilə səhər saat 11-də həmin ünvana getmiş, o isə iş yerində olmuş, onların yanına getməmişdir. Natiqə işə nəzarət etməsini və həmin dam örtüyü təmizləndikdən sonra şəklini çəkib ona göndərməsini bildirmiş, təxminən Natiqə gündüz 12 radələrində yığaraq “necədir orada vəziyyət? Uşaqlar işləyirmi?” deyə soruşmuş, sonuncu da ona “arvadın birinin başına taxta düşüb, tez özünüzü çatdırın” deyə bildirmiş, o da dərhal həmin ünvana getdikdə binanın arxa tərəfində 56 nömrəli mənzilin qarşısında 10-15 nəfər adamın, təcili tibbi yardım briqadasının olduğunu görmüş, həmin binanın 56 nömrəli mənzilində yaşayan Zərərçəkmiş şəxs üzərinə həmin binanın damından taxta düşdüyünü bilmişdir. Bundan sonra həmin şəxsi tibb müəssisəsinə aparmışlar. Həmin bina 121 saylı MKİS-in xidməti ərazisində olduğu üçün damında artıq tullantıların təmizlənməsi onların vəzifəsidir. Bu səbəbdən daxil olmuş məlumat əsasında o, fəhlələri oraya göndərərək həmin binanın damını təmizləmələrini, DOST-un fəhləsi Natiqə də təmizləndikdən sonra oranın şəklini çəkib ona göndərməsini tapşırmışdır. O, həmin vaxt hadisə baş verən yerdə olmamış, sadəcə olaraq, göstəriş verdiyi işçilərə damda olan artıq tullantıların təmizləmələrini və Natiqə də damın şəklini çəkib ona göndərməsini bildirmişdir. Onlar da sonradan eşitdiyinə görə, həmin tullantıları damdan yerə atırmışlar. O, onların həmin tullantıları damdan o formada atacaqlarmı bilsəydi, icazə verməzdi. Sonradan bilmişdir ki, Bəhruz binanın aşağısında dayanaraq təhlükəsizliyə nəzarət etmiş, Natiq binanın damında dayanaraq Rəmzinin təmizləyib qurtamasını və fotoşəkli çəkib ona göndərməsini gözləmiş, Rəmzi də taxta parçalarını yerə, yəni binanın arxa hissəsinə yerə atmışdır. O, Bəhruza uşaqlara kömək etməsini, yəni taxta parçalarını təmizləməsini bildirmişdir. Oraya taxtaların kimin yığmasını bilmir. Şahid2 ifadəsində onun hadisə baş verən ünvana tərəfindən göndərilərək binanın arxa hissəsində çöldə dayanıb insanların oradan keçməsinə icazə verməməyini, yoxsa ordan keçən şəxslərin başına taxta parçaları və taxta qapıların düşə biləcəyini bildirməsi barədə o, Şahid2 sadəcə olaraq oraya gedib uşaqlara kömək eləməyini bildirmiş, başqa heç nə deməmişdir. 121 saylı MKİS-də iş yerində işçilərin təhlükəsizlik texnikası qaydaları üzrə təlimatlandırılma onun tərəfindən həyata keçirilir. O, fəhlələrə yalnız təmizlik işlərinin görülməsini tapşırmış, işlər görülən zaman həmin yerdə olmamış, taxta parçaları Rəmzi tərəfindən atılmış və onun bu hərəkəti nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına zərər dəymişdir. Göstərdiklərinin nəzərə alınmasını və məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2023cü il tarixdə, saat 11 radələrində yaşadığı mənzildə ev işləri gördüyü zaman binanın çölündə də fəhlələr tərəfindən binanın fasadına boya vurulurmuş. Həmin gün saat 12 radələrində hava almaq üçün mənzilin arxa qapısından çölə çıxmış və 1 nəfər yaşıl jilet geyinmiş şəxsin orada olduğunu görmüş, bu zaman anidən üzərinə ağır cisim düşmüş və özündən getmişdir. Həmin cismin sonradan taxta parçası olduğunu öyrənmişdir. Həmin vaxt ona kömək göstərilmiş, həmçinin təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2021-ci ildən DOST-un fəhləsi kimi 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 121 saylı Mənzil Kommunal İstismar sahəsində işləyir. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında 121 saylı MKİS-in mühəndisi Təqsirləndirilən şəxs1 ona zəng vuraraq Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 54 nömrəli evin damında çoxlu sayda taxta tullantılarının olmasını, oraya gedib həmin yerin şəkillərini çəkərək atmağını bildirmiş, o da həmin gün oraya gedib şəkillər və video çəkərək Təqsirləndirilən şəxs1 atmış, xx.xx.2023-cü il tarixdə, səhər saat 11 radələrində Təqsirləndirilən şəxs1 ona yenidən zəng vuraraq Rəmzi ilə həmin yerə getmələrini, Rəmzinin binanın damını təmizləyəcəyini, Bəhruzu da Rəmziyə kömək üçün göndərəcəiyini, dami təmizlədikdən sonra şəklini çəkib ona göndərməyini bildirmişdir. O, təzəliklə əməliyyat olduğu üçün heç bir fiziki iş görməyəcək, sadəcə nəzarət edəcəkdi. Həmin vaxtı qeyd edilən ünvana gedərək dama qalxmış, Təqsirləndirilən şəxs2 işə başlayan zaman hava çox soyuq olduğu üçün o, damda özü üçün gəzərək isinməyə çalışmışdır. Bir az sonra Rəmzi tərəfə dönəndə binanın arxa hissəsinə doğru damdan aşağı taxta parçaları və taxta qapıları yerə atdığını görmüş, Rəmzi həmin parçaları yerə atdıqdan sonra aşağıdan kiminsə “Camaat!” deyə qışqırmasını eşitmiş, dərhal Rəmziylə aşağı düşmüş və Rəmzinin atmış olduğu taxta parçası və ya taxta qapının yaşlı bir qadının üzərinə düşdüyünü görmüşdür. Bundan sonra hadisə yerinə təcili tibbi yardım heyəti gəlmiş və qadın tibb müəssisəsinə aparılmışdır. Binanın damında taxta parçaları, qapı çərçivələri olmuş, lakin onların kimə məxsus olduğunu bilməmiş, mühafizə lenti çəkilməmiş, Bəhruz aşağıda dayanaraq vətəndaşların taxta atılan tərəfdən keçməmələrini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2021-ci ildən DOST-un fəhləsi kimi 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 121 saylı Mənzil Kommunal İstismar sahəsində işləyir. Həmin MKİS 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə tabedir. xx.xx.2023-cü il tarixdə 121 saylı MKİS-in mühəndisi Təqsirləndirilən şəxs1 ona zəng edərək Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 54 nömrəli evin damında təmizlik işlərinin görüldüyünü, onun da təcili şəkildə oraya gedərək binanın arxa hissəsində çöldə dayanaraq insanların oradan keçməsinə icazə verməməyini, yoxsa ordan keçən şəxslərin başına taxta parçaları və taxta qapıların düşə biləcəyini bildirmişdir. Buna görə də o, dərhal oraya getmiş və binaya çatmağa az qalmış binanın damından taxta parçaları və taxta qapıların yerə atıldığını görmüş, binanın arxa hissəsinə çatdıqda təxminən 2-3 taxta qapıları binanın damından Rəmzinin yerə atmış, bu zaman həmin binanın 56 nömrəli mənzilinin arxa girişindən yaşlı bir qadın çıxmış, o həmin qadına yuxarıda taxta qapı atdıqlarını, evə girməyini bildirmiş, bu zaman taxta parçası Zərərçəkmiş şəxs üzərinə düşmüş və o, dərhal qışqırmağa başlamışdır. Bundan sonra təcili tibbi yardım çağırılmış, Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxs1 ona gedib binanın aşağısında dayanmağını, insanların gediş-gəlişini əngəlləməyini tapşırmış, o, Zərərçəkmiş şəxs xəbərdarlıq edənə kimi artıq taxta onun üstünə düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Ataxan oğlu ifadəsində bildirmişdir ki, 2019-cu ildən 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 121 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin mühəndisi Emin Hüseynov ona telefonla yığaraq B.Nuriyev küçəsində yerləşən 54 nömrəli binanın damının şəkillərinin çəkilərək Nizami rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Turala göndərmələrini bildirmiş, o da dərhal Təqsirləndirilən şəxs1 yığaraq sonuncuya eyni qaydada həmin binanın damının şəkillərini çəkərək Tural müəllimə göndərməsini bildirmişdir. Bundan sonra Cümşüd oraya DOST-un fəhləsi Şahid1 göndərərək həmin yerin şəkillərini çəkdirmiş, şəkilləri Təqsirləndirilən şəxs1 ona və Tural müəllimə göndərmişdir. Axşam saatlarında Cümşüd ona telefonla yığaraq Tural müəllimə həmin görüntüləri atdıqdan sonra sonuncunun “Cümşüd müəllim, bu zir zibili oraya kim yığıb? Nəzarətdə saxlayın mənə məlumat verərsiz” dediyini bildirərək ona “oranı təmizlətdirmək lazımdır” deyə demiş, o da Cümşüdə “sən işini gör, məşğul ol, təmizlətdir” deyə bildirmişdir. Bundan sonra səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs1 ona zəng vuraraq “damdan taxta düşüb arvadın başına, arvad yıxılıb yerə əzilib” deyə bildirmiş, o da Cümşüdə həmin qadım təcili şəkildə tibb müəssisəsinə aparmalarını bildirmişdir. Həmin əşyaların kim tərəfindən binanın damına yığılmasını bilmir, ona tapşırıq verildiyi üçün, o da eyni qaydada Təqsirləndirilən şəxs1 tapşırıq vermişdir. Hadisədən sonra həmin qadına bütün lazımi köməkliklər göstərilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də işləyir. Şirkətin əsas fəaliyyəti binaları üzünü rəngləmək, səliqə səhmana salmaq və blokları təmir etməkdən ibarətdir. O isə həmin şirkətdə nəzarətçi işləyir. İşlədiyi cəmiyyətlə adını bilmədiyi sifarişçi arasında bağlanmış xidmət müqaviləsi əsasında tərəflərindən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 54 saylı binanın ön fasadın və blokun rənglənməsi işi aparılmışdır. İşlədiyi cəmiyyətə məxsus onunla birlikdə 5 nəfər işçi binanın ön fasadını rəngləməyə başlamışlar. İşinin binanınqabaq tərəfindən başlamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, nəzarətində olan 4 nəfər fəhlə ilə birlikdə qeyd edilən binada aparılan işləri görmək üçün həmin ünvana gəlmişlər. Günorta saatlarına kimi binanın qabaq hissəsinin fasadını rəngləmişlər. Həmin vaxt tabeliyində olan Hüseyn, Dilqəm, Çərkəz və adını hazırda xatırlamadığı fəhlələr işlərini icra etmişlər. Qeyd edilən binada damında Nizami rayonu icra hakimiyyətinin 121 saylı MKİS-in fəhlələri də işləmişdir. Onlar binanın damının üzərində olan taxta parçalarını və taxta qapıları götürmək üçün gəlmişdirlər. Günorta vaxtlarında o, rənglənməsi üçün binanın damından sallanmış qurğunun (lülka) bərkidildiyi yerin təhlükəsizliyinə baxmaq üçün X6 və o, binanın damma çıxmışlar. Binanın damma qalxan zaman orada MKİS-in adını bilmədiyi 2 nəfər işçisi olmuşdur. Həmin vaxt onlardan biri taxta parçalarını aşağı atırdı. Həmin taxta parçaları istifadəyə yararsız olmuşdur. O, binanın damından aşağıya baxan zaman 1 nəfər MKİS-in işçisinin də binanın tinində dayanaraq adamların keçməməsi üçün növbə gözlədiyinin şahidi olmuşdur. Bu zaman o, damda olan MKİS-in işçisinə həmin formada taxta qapıların atılmasının təhlükəli olması barədə dəfələrlə iradını bildirsə də, fəhlə ona narahat olmamağmı, adam qoyduqlarını, qapı düşən yerə adam keçməyəcəyini demişlər. Qəfildən səs küy yarandığı üçün o, dərhal aşağıya düşmüşdür. Həmin vaxt şahidi olmuşdur ki, adını bilmədiyi qadının başına taxta parçası düşmüşdür. Bir qədər sonra isə hadisə yerinə TTYS avtomaşını gələrək həmin qadını xəstəxanaya aparmışdır. Həmin taxta parçasını atan şəxs yaşlı kişi cinsinə məxsus şəxs olmuşdur. Xatırladığı qədəri ilə həmin şəxsin adı Rəmzi olmuşdur. Baş vermiş hadisə zamanı heç bir təhlükəsizlik tədbirləri görülməmişdir. Sadəcə olaraq, Rəmzi adlı fəhlə korkoranə taxta parçalarını yerə atmışdır. O, Rəmzi adlı şəxsə dəfələrlə bu barədə iradını bildirsə də, heç bir xeyri olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Mənzil-Kommunla Təsərrüfat Departamentinin 28 fevral 2012-ci il tarixli, 23 nömrəli əmrinin surətinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2012-ci il tarixdən 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 121 saylı Mənzil-Kommunal İstismar Sahəsinə mühəndis vəzifəsinə təyin olunmuşdur. Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi Təqsirləndirilən şəxs1 vəzifə təlimatından görünür ki, MKİS-in mühəndisi mövcud texniki normalara uyğun yaşayış qeyri-yaşayış sahələrinin istismarını, eləcə də MKİS-in xidmət göstərdiyi binalarda (ev lərdə), liftlərin saz işləməsini, normal texniki və sanitar vəziyyətini təmin etməli, qəzalı vəziyyətə olan binalara nəzarət etmək və onların istismarının və orada yaşayan sakinlərin təhlükəsizliyi təmin edən tədbirləri həyata keçirməli, texniki, istehsalat və istismar personalına rəhbərlik etmək, yaşayış və qeyri-yaşayış şahılarnıın, texniki qurğularının texniki baxışın təşkili etmək, keçirilən baxışların nəticələrinə uyğun olaraq mənzil fondunun vəziyyətini yaxşılaşdırmaq məqsədilə təkliflər verməli, yaşayış binalarının cari təmiri ilə bağlı MKİS tərəfindən yerinə yetiriləcək işlərin siyahısını tərtib etməli, MKİS tarəfmdən yerinə yetirilən bütün işlərdə yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı tədbirlərin həyata keçirməsini təmin etməli, əsaslı təmirə ehtiyacı olan obyektləri vaxtında seçmək və binaların əsasu təmiri il bağlı zəruritexniki sənədlərin hazırlanmasın təmin etməli, binaların texniki pasportunu, planını, mərkəzi isitmə, hava çəkmə boruları, su boruları, kanalizasiya, elektrik xətti və sair kommunikasiyaların sxemlərinin vaxtında hazırlanmasını təmin etməli, yeni tikilən və əsaslı təmir edilən binaların istismara qəbul edilməsi üzrə komissiyaların işində iştirak etməkli, yaşayış binalarının vaxtında payız və qış mövsümünə hazırlamaq üçün təkliflərin verilməsi və bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməli, MKİS-in xidməti ərazisində müvafiq icazə olmadan yerinə yetirilən tikinti işlərinin dayandırılmasi ilə bağlı zəruri tədbirlər görmək və bu barədə MKTB-nin rəhbərliyinə məlumat verməli, podratçı təşkilatlardan təmirdən sonra binalarda aşkar edilən qüsurların aradan qaldırılmasını tələb etməli, vəzifə səlahiyyətləri çərçivəsində tabeliyindi olan işçilərə göstərişlər verməli, müəyyən edilmiş günlərdə sakinlərin qəbulunu həyata keçirtməlidir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 927 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər sağ tərəfli hemopnevmotoraks və hər iki ağciyərin aşağı paylarının kontuziyaları ilə müşayiət olunan sağ körpücük sümüyün, sağ İ,İİ,İİİ,İV,V,Vİ,Vİİ, sol İİİ və V qabırğaların yerdəyişmiş, İ,İİ,İİİ,İV,V,Vİ,Vİİ fəqərələrinin yan çıxıntılarının, TH8 fəqərənin cisminin sınıqları; Sağ qulaq sırğalının əzilmiş yarası - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə binanın damından atılmış taxta parçasının dəyməsi nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/7153 saylı rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 «Tikinti norma və qaydalan»nın 2.2, 2.6 bəndlərinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nm 11-ci bəndinin və “Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi”ninvəzifə təlimatının 13.5 bəndinin tələbləri pozulmuşdur. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 54 saylı binanın damından yüklərin aşağı atılması işinin təhlükəsiz aparılması üçün müvafiq texniki tərkibli tədbirlərin görülməsini, konkrethalda potensial təsirli təhlükəli istehsalat zonasına aid olan yüklərin düşmə zonasının ətrafının mühafizə və ya xəbərdarlıq çəpərləri ilə çəpərlənməsini və təhlükəsizlik nişanlarının vurulmasını təmin etmədiyinə görə, vəzifə təlimatının 13.5 bəndinin və «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 «Tikinti norma və qaydaları»nm 2.2, 2.6 bəndlərinin tələbləri həmin işin görülməsinə göstəriş vermiş 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 121 saylı Mənzil Kommunal İstismar sahəsində mühəndis işləyən Təqsirləndirilən şəxs1 tərəfindən pozulmuşdur. Potensial təsirli təhlükəli istehsalat zonasına aid olan yükün düşmə zonasının ətrafının mühafizə və ya xəbərdarlıq çəpərləri ilə çəpərlənmədiyi və təhlükəsizlik nişanlarının vurulmadığı şəraitdə, yükün düşmə zonasında adamların olmamasını müəyyən etmədən taxta parçasını həmin hissəyə atdığına görə, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri 121 saylı MKİS-də fəhlə işləyən Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən binanın damından yüklərin aşağı atılması işinin təhlükəsiz aparılması üçün müvafiq texniki tərkibli tədbirlərin görülməsini, konkret halda potensial təsirli təhlükəli istehsalat zonasına aid olan yüklərin düşmə zonasının ətrafının mühafizə və ya xəbərdarlıq çəpərləri ilə çəpərlənməsini və təhlükəsizlik nişanlarının vurulmasını təmin etmə MKİS-in xidmət göstərdiyi binalarda (evlərdə), liftlərin saz işləməsini, normal texniki və sanitar vəziyyətini təmin etmək, qəzalı vəziyyətə olan binalara nəzarət etmək və onların istismarının və orada yaşayan sakinlərin təhlükəsizliyi təmin edən tədbirləri həyata keçirmək Təqsirləndirilən şəxs1 vəzifəsi olduğu halda o, işə laqeyd yanaşmış, öz xidməti vəzifələrini lazımınca yerinə yetirməmiş və nəticədə xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində onun tapşırğı əsasında MKİS-in fəhləsi Təqsirləndirilən şəxs2 tərəfindən həmin binanın damında təmizlik işləri aparılan zaman damdan aşağıya atılan taxta parçasının 56 nömrəli mənzilinin arxa giriş qapısının qarşısında dayanmış bina sakini Zərərçəkmiş şəxs üzərinə düşməsi nəticəsində sonuncu sağ tərəfli hemopnevmotoraks və hər iki ağciyərin aşağı paylarının kontuziyaları ilə müşayiət olunan sağ körpücük sümüyün, sağ İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, sol İİİ və V qabırğaların yerdəyişmiş, İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ fəqərələrinin yan çıxıntılarının, TH8 fəqərənin cisminin sınıqları, sağ qulaq sırğalının əzilmiş yaraları, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla hüquqlarına, qanuni mənafelərinə və cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən iş üzrə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun əsas etibarı ilə qulluq mövqeyinə görə ona olan inamdan istifadə edərək cinayət törətməsini nəzərə alaraq onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edir və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 314.2-ci maddəsi ilə nəzərdə tutulmasa da, həmin maddə ilə cəza təyin edərkən barəsində müəyyən müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin xx.xx.2023-cü il tarixli 040386/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. Bakı şəhəri, İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 39 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə daxil olmuş xasiyyətnamə və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, ev 9, mənzil 15 ünvanında qeydiyyatdadır. Ailə üzvləri həyat yoldaşı - Ramidə Mirzəyeva, oğlu - X4, oğlu - X3 ibarətdir. Təqsirləndirilən şəxs1 xx.xx.1959-cu ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuş, 1987-ci ildən hal-hazırkı gübədək Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Əli Kərimli ev 9, mənzil 15-də daimi qeydiyyatdadır və yaşayır. Vətəndaş Təqsirləndirilən şəxs1 yaşadığı dövrdən özünü nümunəvi vətəndaş kimi göstərib qonşular arasında böyük hörmətə malikdir. Onun haqqında 39 saylı MKİS-ə inzibati orqanlar və ya qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət əməli törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilərkən yazışmaların yazıldığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib CM-nin 46.2ci maddəsi tətbiq edilərək 01 il 06 ay (bir il altı ay) müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında, kommersiya və özəl qurumlarda maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 oğlunun üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc - 100 manat (bir yüz manat) məbləğin ½ hissəsi, yəni 50 manat (əlli manat) Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 156 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-97/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-97/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver