Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-98/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X4 Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1986-cı ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 iyul 2022ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilin küçəyə baxan pəncərəsinin açıq olmasından istifadə edib həmin pəncərədən qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus 7 manat dəyərində ***-***-**-** saylı nömrə ilə işləyən, üzərində 5 manat dəyərində üzlük olan 01 ədəd 288 manat dəyərində “Samsung A12” markalı mobil telefon aparatını və 300 manat nağd pul vəsaitini gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxs X5 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 iyul 2022-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3ünvanındakı mənzilin giriş qapısının qıfılını dəmir materialdan olan alətlə sındıraraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan Zərərçəkmiş şəxs3 məxsus 6 manat dəyərində ***-***-**-** saylı nömrə ilə işləyən 01 ədəd 30 manat dəyərində “Nokia” markalı, 9 manat dəyərində ***-***-**-** saylı nömrə ilə işləyən 01 ədəd 200 manat dəyərində “Samsung A03” markalı mobil telefon aparatlarını, 01 ədəd 10 manat dəyərində “Albalı” kartını, 01 ədəd 20 manat dəyərində gümüş üzüyü, 01 ədəd 215 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 65 manat dəyərində qızıl sırğanı və 145 manat nağd pul vəsaitini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs3 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 avqust 2022-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 4 ünvanındakı mənzilin taxta materialdan olan pəncərəsinə əli. ilə mexaniki təsir göstərərək açıb pəncərədən qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus 300 manat məbləğində nağd pul vəsaitini, hər biri 400 manat dəyərində olmaqla ümumi 800 manat məbləğində 02 ədəd qızıl üzüyü, ümumi dəyəri 1100 manat olan qızıl boyunbağını klonu ilə birlikdə, 150 manat dəyərində “Tissot” markalı qol saatını, 60 manat dəyərində saçqurudan feni, 30 manat dəyərində bir cüt qadın ayaqqabısını və 50 manat dəyərində bir ədəd kişi köynəyini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 2490 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 29 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,715 qram narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, 30 avqust 2022-ci il tarixdə saat 19:35 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanlarda oğurluq cinayətləri törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 0,715 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 aya yaxın müddətdir ki, narkotik vasitə qəbul edir. Lakin narkotik vasitə qəbuluna başladıqdan sonra pul çatdırmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Buna görə Nizami rayonu ərazisində müxtəlif yerlərdən oğurluq etmişdir. Belə ki, Bakı şəhərində avtomobillərin yuyulma məntəqəsində işə başlamışdır. Yaşamağa yeri olmadığı üçün işlədiyi yerdə gecələmişdir. Avtoyuma məntəqəsində qazanc olmadığı üçün yaxınlıqda olan evlərdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 27 iyul 2022-ci il tarixdə saat 18 radələrində işlədiyi avtoyuma məntəqəsinin yaxınlığında, yəni Nizami rayonu, 8-ci köndələn küçəsi, ev 13A ünvanında yerləşən X6 məxsus yaşayış evinə oğurluq niyyəti ilə həmin evin küçəyə baxan açıq pəncərəsindən keçməklə daxil olaraq, qaz sobasının üzərinə qoyulmuş bir ədəd “Samsung A12” markalı mobil telefon oğurlamışdır. Həmin evdə oğurlamaq üçün başqa nəsə tapmadığı üçün gəldiyi yolla həmin evdən çıxmışdır. Həmin mobil telefonu təxminən 2-3 gün sonra Bərdə şəhərinə gedən zaman Mingəçevir şəhərində mobil telefon dükanında işləyən tanımadığı şəxsə 110 manata satmışdır. Bundan başqa, 28 iyul 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 8 ünvanında yerləşən yaşayış evinin qapısının qıfılını dəmir materialdan olan alətlə sındırıb daxil olaraq həmin evdən iki ədəd mobil telefon, gümüş üzük, sırğa və 145 manat pul oğurlamışdır. Oğurladığı mobil telefonları da Mingəçevir şəhərində 80 manata satmışdır. Bundan başqa, işlədiyi avtoyuma məntəqəsinin yaxınlığında yerləşən başqa bir yaşayış evinə daxil olmaq məqsədilə 11 avqust 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Nizami rayonu, H.Əliyev prospekti 102, ev 6 ünvanındakı mənzilə taxta materialdan olan pəncərəsini açaraq oğurluq məqsədilə daxil olmuşdur. Evə daxil olaraq həmin evdən qızıl-zinət əşyaları oğurlamışdır. Oğurladığı qızılları isə Bərdə rayonunda satmışdır. 30 avqust 2022-ci il tarixdə ünvan 9 ünvanda olan zaman mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun oğurluq cinayətində şübhəli olduğunu bildirmişlər. Bundan sonra onu Nizami RPİ-nin 23-cü polis bölməsinə gətirmişlər. Polis bölməsində hüquq və vəzifələri ona izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Keçirilən axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümü çıxardaraq təhqiqatçıya təqdim etmişdir. Həmin bükümdə narkotik vasitə olduğunu, həmin narkotik vasitəni şəxsi istifadə məqsədilə 29 avqust 2022-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 27 iyul 2022-ci il tarixdə saat 17 radələrində işlədiyi Mənzil Kommunal İdarəsinə işə getmiş, daha sonra isə əlavə pul qazanmaq məqsədilə təndirxanaya işə getmişdir. 28 iyul 2022-ci il tarixə keçən gecə saat 01 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə gəlmiş və yorğun olduğu üçün yatmışdır. Səhər saat 12 radələrində anası mobil telefonuna zəng etmiş, anasına digər telefonla zəng edəcəyini bildirib digər otağa keçmişdir ki, Samsung A12 markalı digər telefonu ilə anasına zəng etsin, lakin mobil telefonun yerində olmadığını görmüşdür. Bundan sonra evi axtarmış, lakin mobil telefonu tapmamış, həmin mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, telefon sönülü olmuşdur. Bundan sonra dolaba baxdıqda 300 manat nağd pulunun yerində olmadığını görmüş və evindən oğurluq olduğunu başa düşmüşdür. Baş vermiş cinayət nəticəsində ümumilikdə ona 600 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş zərərin ödənilmədiyin bildirərək, təqsirləndirlən şəxsdən şikayətçi olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında birlikdə yaşayırlar. 10 avqust 2022-ci il tarixdə səhər saat 05:30 radələrində ailə üzvləri ilə birlikdə hamısı birlikdə doğulduğu Zəngilan rayonu Ağalı kəndinə getmişlər. Üç gün rayonda qaldıqdan sonra, 13 avqust 2022-ci il tarixdə axşam saat 19 radələrində ailə üzvləri ilə birlikdə rayondan qayıtmışlar. Mənzilə daxil olduqdan sonra mənzildəki paltar dolablarının dağınıq vəziyyətdə olduğunu aşkar etmişlər. Daha sonra mənzilə ətraflı baxış keçirtdikdə mənzildə oğurluq olduğunu müəyyən etmiş və hadisə barədə polisə məlumat vermişdir. Oğurluq hadisəsi zamanı ona məxsus 300 manat məbləğində pul vəsaiti, hər biri 400 manat dəyərində olmaqla ümumi 800 manat məbləğində 02 ədəd qızıl üzük, ümumi dəyəri 1100 manat dəyərində olan qızıl boyunbağı klonu ilə birlikdə, 150 manat dəyərində “Tissot” markalı qol saatı, 60 manat dəyərində saçqurudan fen, 30 manat dəyərində bir cüt qadın ayaqqabısı və 50 manat dəyərində bir ədəd kişi köynəyi oğurlanmışdır. Hadisə nəticəsində ümumilikdə ona 2490 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirlən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, məhkəmədən onun cəzalandırılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 28 iyul 2022-ci il tarixdə saat təxminən 13:30 radələrində yaşadığı ünvan 11 ünvanında yerləşən evindən çıxıb yas mərasiminə getmişdir. Həmin gün təxminən saat 15 radələrində yaşadığı ünvana gəlib evə daxil olduqda evdə əşyaların dağınıq olduğunu görmüş və otaqlara baxış keçirdikdə evdə oğurluq olduğunu müəyyən etmişdir. Baxış zamanı müəyyən etmişdir ki, evə girişdəki dəhlizdə stulun üzərində qoyduğu “Nokia” markalı telefon aparatı, dəhlizdən sağ tərəfdəki otaqda masanın üzərində olan “Samsung A03” markalı mobil telefon aparatı oğurlanmışdır. Bundan sonra digər otağa baxış keçirmişdir. Həmin otaqda olan şifonerə qızılların yerində olub- olmamağını yoxlamaq üçün baxmış və bir ədəd gümüş üzük, bir ədəd qızıl boyunbağı və bir tay qızıl sırğa, həmçinin bir ədəd “Albalı kartı” və 145 manat nağd pulunun yerində olmadığını aşkar etmişdir. Hadisə 28 iyul 2022-ci il tarixdə saat təxminən 13:30-dan 15:00- adək olan müddət aralığında yaşadığı ünvan 11 ünvanında yerləşən evində baş vermişdir. Hadisəni törətmiş naməlum şəxs və ya şəxslər qapının qıfılını sındıraraq mənzilə daxil olmuşdur. Hadisə ilə bağlı şübhələndiyi şəxslər yoxdur. Yaşadığı mənzildən oğurlanmış “Albalı” plastik kartı həyat yoldaşına məxsus olmuş, kartın hesabında pul olmamışdır. Yaşadığı mənzildən oğurlanmış bir ədəd gümüş üzük 20 manat, bir ədəd qızıl boyunbağı 215 manat, bir tay qızıl sırğa 65 manat, “Samsung A03” markalı mobil telefon aparatı 200 manat, “Nokia” markalı telefon aparatı 30 manat dəyərində olmuşdur. Həmçinin bir ədəd 10 manat dəyərində “Albalı”kartı və 145 manat nağd pulu da oğurlanmışdır. “Samsung A03” markalı mobil telefonun üzərində 9 manat dəyərində ***-***-**-**, “Nokia” markalı telefonun üzərində 6 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 700 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Oğlu Zərərçəkmiş şəxs2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat idarəsində böyük mütəxəssis vəzifəsində işləyir. 10 avqust 2022-ci il tarixdə səhər saat 05:30 radələrində ailə üzvləri ilə birlikdə hamısı birlikdə doğulduğu Zəngilan rayonu Ağalı kəndinə getmişlər. Üç gün rayonda qaldıqdan sonra 13 avqust 2022-ci il tarixdə axşam saat 19 radələrində yaşadıqları mənzilə daxil olan zaman, evin dağınıq olduğunu, şifonerin qapılarının açıq olduğunu, içərisində olan əşyaların dağınıq halda olduğunu görmüşdür. Daha sonra mənzildə oğurluq olduğunu müəyyən etmişlər və bu səbəbdən oğlu Zərərçəkmiş şəxs2 Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Oğurlanmış əşyaların və həmçinin pul vəsaitinin oğlu Zərərçəkmiş şəxs2 məxsus olduğunuqeyd etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı Şəhər Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdən etibarən xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır. 30 avqust 2022-ci il tarixdə Nizami RPİ-nin 23-cü PB-nə Təqsirləndirilən şəxs şəhərin Nizami rayonu ərazisində yerləşən müxtəlif mənzillərdən oğurluq etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində Nizami RPİ-nin 23-cü PB-nin inzibati ərazisində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus mənzillərdən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdə saat 19:35 radələrində ünvan 12 ünvanda tərəflərindən saxlanılaraq araşdırma aparılması məqsədi ilə Nizami RPİ-nin 23-cü Polis bölməsinin inzibati binasına gətirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı Şəhər Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid5 Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı Şəhər Nizami RPİ-nin 23cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 3.0 avqust 2022-ci il tarixdən etibarən xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır. Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Nizami rayonu ərazisində müxtəlif ünvanlarda oğurluq hadisələri törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 30 avqust 2022- ci il tarixdə saat 19:35 radələrində saxlanılaraq araşdırma aparılması məqsədi ilə Nizami RPİ-nin 23cü Polis bölməsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı tərəfindən barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə bükümü təqdim edərək həmin bükümdə narkotik maddə olduğunu, həmin maddəni 29 avqust 2022-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı Şəhər Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid7 şahid qismində dindirilmiş Şahid6 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Ailəsi 7 nəfərdən ibarətdir, həyat yoldaşı Şahid2, oğlu Zərərçəkmiş şəxs2, gəlini X2 və onların üç övladı ilə birlikdə ünvan 4 ünvanında birlikdə yaşayırlar. Təqaüdçüdür, heç bir yerdə işləmir. Oğlu Zərərçəkmiş şəxs2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat idarəsində böyük mütəxəssis vəzifəsində işləyir. 10 avqust 2022-ci il tarixdə səhər saat 05:30 radələrində ailə üzvləri ilə birlikdə hamısı birlikdə doğulduğu Zəngilan rayonu Ağalı kəndinə getmişlər. Üç gün rayonda qaldıqdan sonra 13 avqust 2022-ci il tarixdə axşam saat 19 radələrində ailə üzvləri ilə birlikdə rayondan qayıtmışlar. Oğlu Samir həyətin darvazasını, daha sonra mənzilin qapısını açdıqdan sonra idarə etdiyi avtomobildə olan əşyaları nəvələrinə verib evin içərisinə daşımasını bildirmişdir. Həmin vaxt ilk olaraq mənzilə daxil olmuş, mənzilə daxil olduqda dəhlizə açılan kiçik pənəcərənin açıq olduğunu görmüş, bundan sonra həyat yoldaşı Şahid2 öz otaqlarına daxil olmuş və otaqda şifonerin qapılarının açıq olduğunu, içərisində olan əşyaların dağınıq halda olduğunu görmüşdür. Həyat yoldaşı bu barədə ondan soruşduqda məlumatı olmadığını, mənzildən oğurluq ola biləcəyini bildirmişdir. Bundan sonra gəlini Gülşən Hüseynova öz otağına baxış keçirtmək məqsədi ilə daxil olduqda otaqda şifonerin qapısınını açıq olduğunu, geyim paltarlarının dağınıq vəziyyətdə olduğunu görmüş və bu barədə onlara bildirmişdir. Mənzildə oğurluq olduğunu müəyyən etmişlər və bu səbəbdən oğlu Zərərçəkmiş şəxs2 Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, oğurluq hadisəsi nəticəsində oğlu Zərərçəkmiş şəxs2 məxsus 300 manat məbləğində pul vəsaiti, hər biri 400 manat dəyərində olmaqla ümumi 800 manat məbləğində 02 ədəd üzük, ümumi dəyəri 1100 manat dəyərində olan boyunbağı klonu ilə birlikdə, 150 manat dəyərində “Tissot” markalı qol saatı, 60 manat dəyərində saçqurudan fen, 30 manat dəyərində bir cüt qadın ayaqqabısı və 50 manat dəyərində bir ədəd kişi köynəyi oğurlanmışdır. Oğurlanmış həmin əşyalar və həmçinin pul vəsaiti oğlu Zərərçəkmiş şəxs2 məxsusdur, oğlu öz pul vəsaiti hesabına qeyd olunan əşyaları almışdır. Hadisə baş verdikdən sonra şübhələndiyi hər hansı şəxs olmamışdır. Lakin, Nizami RPİnin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törətmiş Təqsirləndirilən şəxs saxlanılan zaman cinayəti etiraf etmişdir. Bu barədə polis bölməsində onlara məlumat vermişlər. Təqsirləndirilən şəxs oğlu Samir avtoyuma məntəqəsinin işçisi kimi tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs yaşadıqları ünvanın yaxınlığında avtoyuma məntəqəsində yuyucu kimi işləmişdir. Oğlunun dediyinə görə bir neçə dəfə özünə məxsus avtomaşını da yumaq üçün Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Bakı Şəhər Nizami RPİ-nin 23cü PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdən etibarən xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, onunla aralarında hər hansı münasibət, habelə ədavət və düşmənçilik yoxdur. 30 avqust 2022-ci il tarixdə Nizami RPİ-nin 23-cü PB-nə Təqsirləndirilən şəxs şəhərin Nizami rayonu ərazisində yerləşən müxtəlif mənzillərdən oğurluq etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində Nizami RPİ-nin 23-cü PB-nin inzibati ərazisində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus mənzillərdən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdə saat 19:35 radələrində ünvan 12 ünvanda tərəflərindən saxlanılaraq araşdırma aparılması məqsədi ilə Nizami RPİ-nin 23-cü Polis bölməsinin inzibati binasına gətirilmişdir. Bu barədə raportla tərəfindən bölmə rəhbərliyinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması bölmənin baş təhqiqatçısı, polis mayoru Rəşad Məmmədova həvalə olunmuşdur. 30 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəflərindən şübhəli şəxs qismində saxlanılan zaman, polis bölməsinə gətirilən zaman və polis bölməsində ona qarşı hər hansı formada fiziki və ya psixi təzyiq edilməmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il trixli 6/4659 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdəki təmiz çəkisi - 0,715 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 6062 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 19 avqust 2022-ciil tarixli, 011-9642-1222 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı.şəhəri, Nizami rayonu, M.Ağayev 63/8A ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına BİTİ, Xəzər RPİ və Binəqədi RPİ-dən daxil olan) xx.xx.1986-cı ildə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 22 avqust 2022-ci il tarixli, 011-9681-1222 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 102 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTl-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına BƏSİİ-dən daxil olan) xx.xx.1986-cı ildə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucunun əksi ilə eynilik müəyyən edilmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddələrinə əsasən Ağdam Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmiş, Azərbaycan Respublikası CM-in 157.1ci maddəsinə əsasən Ağdam Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 08 ay islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Xəzər rayon məhkəməsinin həmin tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu ildə təyin edilmiş sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddləri ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR-sı CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya aktının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Beləliklə, əvvəlki cinayət üzrə məhkumluğu ödənilməmiş hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə saat 19:35-də şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)-483/2022 nömrəli qərarı ilə 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 30 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə xx.xx.2022-ci il tarixdə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il (üç il) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 30 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc-cəmi 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,665 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə 30 avqust 2022-ci il tarixli axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 228 (iki yüz iyirmi səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-98/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-98/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver