Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-98/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs: xx.xx.2002-ci ildə Yardımlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 06:13 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 nömrəli binanın birinci mərtəbəsində yerləşən “Misli” mərc oyunlarının keçirildiyi obyektin plastik pəncərəsinə dizi ilə mexaniki təsir göstərib açmış, həmin pəncərədən obyektə qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs məxsus 400 manat dəyərində “Poz Qazan” lotereyalarını, hər birinin dəyəri 350 manat olmaqla 03 ədəd “Toshiba” markalı noutbuku, dəyəri 10 manat olan ***-***-**-** mobil nömrə ilə işləyən 01 ədəd 70 manat dəyərində İMEİ kodu **********S80 olan “Samsung J3” markalı mobil telefon aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1530 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 03 radələrində o, ünvan 3 ünvanında küçədə piyada içkili halda gəzmişdir. Həmin gün saat 06:13 radələrində qeyd etdiyi binanın qeyri-yaşayış sahəsində “Misli” mərc oyunları kimi tanınan obyekti görmüş və həmin obyektdən oğurluq etmək qərarına gəlmişdir. O, obyektdə heç kəsin olmadığına tam əmin olduqdan sonra obyektin plastik pəncərəsini dizi ilə itələməklə açmış, oradan içəri obyektə daxil olmuş, obyektdən 01 ədəd qara rəngli “Samsung J3” markalı mobil telefonu, “poz-qazan” lotereyalarını və 03 ədəd qara rəngli “Toshiba” markalı noutbukları götürüb küçəyə çıxmışdır. Bundan sonra tanımadığı taksi ilə yaşadığı ünvana getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində oğurladığı “Toshiba” markalı noutbuku “Neftçilər” metrostansiyasının yaxınlığında əvvəllər tanımadığı bir nəfər şəxsə 50 manata satmışdır. Satan zaman həmin kompüterin özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satdığını bildirmiş, yəni kompüteri alan şəxsin oğurluq olmasından məlumatı olmamışdır. 01 ədəd “Samsung J3” markalı mobil telefonun isə oğurluq olması gələcəkdə istifadə zamanı bilinəcəyi üçün xatırlamadığı ünvanda zibil qutusuna atmış, lotereyaları da silib heç bir pul qazanmadığından onu da zibilliyə atmış və yaşadığı ünvana qayıtmışdır. Sonradan Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları onu axtararkən atası Şahid onun oğurluq hadisəsi törətməyindən xəbər tutanda o, hərəkətlərinə görə qorxub evə getməmiş və atası Seymurla telefon əlaqəsi saxlayıb törətdiyi oğurluq hadisəsini sonuncuya danışıb, gizlətdiyi əşyaların yerini demişdir. Atası Şahid də 27 yanvar 2024-cü iİ tarixdə 2 ədəd “Toshiba” markalı noutbuku götürüb birbaşa Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə təhvil vermiş, digər oğurlanmış əşyaların dəyərini yəni 800 manatı ödəmişdir. Əməlindən peşmandır, dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, ünvan 3 nömrəli binanın qeyri-yaşayış səhəsində yerləşən “Misli” mərc oyunları kimi tanınan məkanı obyekt kimi icarəyə götürüb işlədir. Orada müxtəlif mərc oyunları keçirilməklə, poz-qazan lotereyalarının satışı həyata keçirilir. xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində o, işlətdiyi mərc oyunlarının keçirildiyi həmin obyektin giriş qapısını bağlayıb evinə getmişdir. Həmin tarixdə saat 12 radələrində o, işə gələn zaman obyektin giriş qapısı ilə üz-üzə dayandıqda sol tərəfdəki pəncərənin açıq olduğunu görmüş və dərhal qapının kilidini açarla açıb, içəri daxil olmuşdur. O, içəri daxil olan zaman naməlum şəxs və ya şəxslər tərəfindən pəncərədən obyektin içərisinə daxil olaraq içəridə kassanın olduğu dolabdan 400 manatlıq dəyəri olan “Poz-Qazan” lotereyalarının, həmin masanın üzərindən 01 ədəd qara rəngli “Toshiba” markalı noutbukun, üzərində ***-***-**-** GSM kartı olan 01 ədəd qara rəngli “Samsung J3” markalı İMEİ kodunu bilmədiyi mobil telefonun və müştərilər üçün nəzərdə tutulmuş masanın üzərindən isə 02 ədəd olmaqla, 01 ədəd boz rəngli, 01 ədəd qara rəngli “Toshiba” markalı noutbukun oğurlanmasını aşkar etmişdir. Obyektdə olan kameraya baxan zaman əynində ağ rəngli zolaqları olan qara rəngli idman şalvarı, qırmızı rəngli hər iki qolunun üzərində ağ rəngli zolaqları olan qollu, papaqlı idman jaketi, boz rəngli jilet olan qarabuğdayı, arıq, şəxsiyyəti ona bəlli olmayan bir nəfər cavan oğlanın pəncərədən daxil olaraq əşyaları oğurladığını görmüşdür. Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam ödənilmişdir, ona qarşı şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə baxışında Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Nizamı RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları oğlu Alışanı axtararkən o, Alışanın oğurluq hadisəsi törətməyindən xəbər tutmuşdur. Alışan hərəkətlərinə görə onun nə isə edə biləcəyindən çəkinib, artıq evə gəlməmiş, oğurluq hadisəsini ona telefonda danışmış və gizlətdiyi əşyaların yerini demişdir. O da 27 yanvar 2024-cü il tarixdə 02 ədəd “Toshiba” markalı noutbuku götürüb birbaşa Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yaxınlaşmışdır. X1 oğurladığı əşyalardan 02 ədəd “Toshiba” markalı noutbuku təqdim etmiş, oğlunun satdığı 01 ədəd “Toshiba” markalı noutbukun, tulladığı 01 ədəd “Samsung J3” markalı mobil telefonun və lotereyaların pulunu, yəni 800 manatı ödəmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 mart 2024-cü il tarixli, 9/1671 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş noutbukların istifadə olunması nəzərə alınmaqla 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunur: 01 ədəd “Toshiba” markalı, “Satellite P855-S5200” model, İntel Core İ7 xüsusiyyətli noutbuk-300,0 manat; 01 ədəd "Toshiba’' markalı, İntel Core 2 Duo xüsusiyyətli noutbuk-180,0 manat. - maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Misli” adlı obyektdə olan müşahidə kamerasından götürülmüş oğurluq hadisəsinin videogörüntüsünün olduğu bir ədəd kompakt disk maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. - əşyanı tanınmaya təqdim etmək haqqında 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim olunmuş noutbukları nəzərdən keçirib ümumilikdə, 04 ədəd noutbukdan boz və qara rəngli, üzərində gümüşü rənglə “Toshiba” sözləri yazılmış 02 ədəd noutbuku göstərərək 24 dekabr 2023-cü il tarixdə, saat 06:13 radələrində işlətdiyi “Misli" mərc oyunlarının keçirildiyi obyektdə masanın üzərinə qoyduğu və oradan oğurlanmış noutbuklar olduğunu, noutbukları xarici əlamətlərinə, görünüşünə, markasına və rənginə görə tanıdığını bildirmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd “Toshiba” markalı, “Satellite P855- S5200” model, İntel Core İ7 xüsusiyyətli noutbuk; 01 ədəd "Toshiba’' markalı, İntel Core 2 Duo xüsusiyyətli noutbuk maddi sübut qismində tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-nin 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir”. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “Toshiba” markalı “Satellite P855-S5200” model, İntel Core İ7 və 1 ədəd “Toshiba” markalı, İntel Core 2 DUO xüsusiyyətli noutbukların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, müdafiəçinin məhkəmədə iştirak etdiyi müddət 32 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 192 (bir yüz doxsan iki) manat (32x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, maddi sübut olan 1 ədəd “Toshiba” markalı “Satellite P855-S5200” model, İntel Core İ7 və 1 ədəd “Toshiba” markalı, İntel Core 2 DUO xüsusiyyətli noutbukların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 32 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 192 (bir yüz doxsan iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-98/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-98/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver