Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-99/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1981-ci il tarixdə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, Tovuz rayonunun Böyük Qışlaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Ş.Mirzəyev küçəsi, ev 44-də yaşayan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırkı işlə bağlı 15 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 noyabr 2021-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə 2019-cu ilin oktyabr ayında Zərərçəkmiş şəxs Abşeron rayonu, Məmmədli qəsəbəsi, Zöhrab Mustafazadə küçəsi 410116,55 və 4484623,78 koordinatlarında yerləşən kənd təsərrüfatı kateqoriyasına aid boş torpaq sahəsini göstərərək həmin torpaq sahəsinin guya özünə məxsus olmasını bildirib, torpaq sahəsinin hər sotunu 4500 manat olmaqla 2 sot hissəsini 9000 manata satacağı barədə yalan vəd verib aldadaraq, sonuncunun etibarından istifadə etməklə 20 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 115 ünvanında yerləşən 5 saylı “ASAN” xidmət mərkəzinin qarşısında 9000 manat pulunu alıb ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs 9000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid tanıyır, onarla aralarında əvvəllər düşmənçilik və ya ədavət olmamışdır. 2019-cu ilin oktyabr ayında Səmid Abşeron rayonu, Məmmədli qəsəbəsində torpaq satışı ilə məşğul olan dostu Abbasın iş yerinə gəlmişdir. Həmin vaxt o, Abbasın yanında olmuşdur. Səmid Abbasa torpaq almaq istədiyini demiş, lakin magistral yola yaxın olmasını istəmişdir. Bu vaxt o, Səmidə demişdir ki, onların əsas yola yaxın torpaq sahəsi vardır, istəsə göstərə bilər. Səmid də onunla razılaşmışdır. Birlikdə Abşeron rayonu, Məmmədli qəsəbəsi, Zöhrab Mustafazadə küçəsində yerləşən təxminən 2 sot torpaq sahəsinə baxmışlar. Orada o, Səmidlə torpağın 1 sotu 4500 manat olmaqla ümumilikdə 9000 manata razılaşmışdır. Səmid pulunun qayınatasında olduğunu, qayınatasıgilin evinə gedib pulu götürməli olduğunu demişdir. O, razılaşmış və birlikdə Səmidin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan qayınatasının evinə getmişlər. Evdə olan zaman Səmid torpağı qaynı Şahid adına sənədləşdirmək istədiyini bildirmişdir. Bundan sonra birlikdə Nizami rayonu, Heydər Əliyev prospekti, 115 ünvanında yerləşən “ASAN” xidmətin inzibati binasına getmişlər. Orada Səmid və Mirzə birlikdə notaris xidmətinə yaxınlaşmışlar. Səmid bildirmişdir ki, xidməti işləri ilə bağlı torpağın sənədləşdirilməsinə əlavə vaxtı olmayacaqdır, ona görə də məsləhət bilmişlər ki, həmin 2 sot torpaq sahəsi Səmidin qaynı Şahid adına sənədləşdirilsin. Onlar belə də etmişlər, Səmid orada ona 9000 manat nağd pul vermişdir. Bundan sonra o, Səmidə torpağa dair hazırlanacaq sənədləri ayın sonunda təhvil verəcəyini bildirmişdir. Lakin sənədləşmə işləri gecikdiyi üçün Səmid ona zəng edərək torpağı istəmədiyini demiş və pulunun qaytarılmasını istəmişdir. O, Səmidə səbirli olmasını, tez bir zamanda torpağın sənədini düzəldib verəcəyini demişdir. Lakin müəyyən səbəblərdən o, torpağı Səmidin qaynı Mirzənin adına sənədləşdirə bilməmişdir. Səmid isə hər dəfə ona zəng edərək pulunu istəmişdir. Səmid həmin torpağı istəmədiyini, torpağın kənd təssərrüfat təyinatlı olmasını demiş və ona verdiyi ümumilikdə 9000 manat pulu ona geri qaytarmasını demişdir. Bundan sonra o, Səmidə 3 ay vaxt verməsini demiş, Səmid isə onunla razılaşmamışdır. Səmid 23-cü polis bölməsinə onun 9000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə şikayət etmişdir. Hazırda o, Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam ödəmiş, ondan üzrxahlıq edib səmimi peşmançılığını bildirmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır, ona qarşı heç bir tələb, şikayət və iddiası yoxdur. Həmin halı və dövlət büdcəsinə müvafiq pul məbləğini ödədiyi üşün barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2014-cü ildən DİN-in Daxili Qoşunlarında müddətdən artıq xidmət edir. 2019-cu ildən isə X2 qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində xidmət edir. Şahid onun qaynıdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Sabunçu rayonu, Məmmədli qəsəbəsində boş torpaq sahəsi almaq qərarına gəlmişdir. Nəzərdə tutmuşdur ki, həmin torpaq sahəsində özünə ev tiksin. Beləliklə, 2019-cu ilin oktyabr ayında qaynı Mirzə ilə Sabunçu rayonu, Məmmədli qəsəbəsində torpaq alqı-satqı məntəqlərini gəzərək torpaq satılıb-satılmadığı ilə maraqlanmışdır. Alqı-satqı məntəqələrinin birində olan zaman təsadüfən Təqsirləndirilən şəxs tanımışdır. Rahib ona Məmmədli qəsəbəsi, Zöhrab Mustafazadə küçəsində 2 sot torpaq sahəsinin olduğunu, həmin torpağın 1 sotunu 4500 manata satdığını, ümumilikdə 9000 manat pul ödəməli olduğunu dedikdə, o, razılaşmışdır. Bundan sonra Nizami rayonu ərazisində yerləşən “ASAN” xidmət mərkəzinin qarşısında qaynı Mirzə ilə birlikdə Rahibə 9000 manat nağd pul ödəmişdir. Daha sonra Mirzə, Rahib və o, birlikdə mərkəzə daxil olmuşlar. Orada etibarnamə hazırlanmış və tərəflərindən imzalanmışdır. Rahib orada ona demişdir ki, 20 gün ərzində torpağın sənədi hazır olacaqdır. Həmin gündən bir neçə ay keçdikdən sonra o, torpağın sənədini ala bilməmişdir. Rahibə məxsus ***-***-**-**, ***-***-**-** nömrələrinə zəng edib pulunu tələb etdikdə isə, Rahib pulunu verməkdən imtina etmişdir. O, aldadıldığını başa düşdükə bu barədə Nizami RPİ-in 23-cü polis bölməsinə şikayət etmişdir. Polis bölməsində olanda Rahib ona ümumi borcdan 3000 manat pulunu qaytarmışdır. Yerdə qalan 6000 manat pulunu isə qaytaracağına söz versə də, vədinə əməl etməmişdir. Rahibin barəsində dəfələrlə şikayət etdikdən sonra onun şikayət ərizəsi əsasında toplanmış material Nizami RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. Hazırda bütün borc məbləği Rahib tərəfindən ona ödənilmişdir, ona görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun kürəkənidir. Təqsirləndirilən şəxs isə əvvəllər heç vaxt tanımamışdır. X3 rayonu, Biləcəri qəsəbəsində kirayə yaşamışdır. Səmid kirayədə yaşadığı üçün özünə torpaq sahəsi alıb ev tikdirmək qərarına gəlmişdir. Beləliklə, 2019-cu ilin oktyabr ayında o, kürəkəni Səmidlə birlikdə Sabunçu rayonu, Məmmədli qəsəbəsində torpaq alqı-satqı məntəqələrinə gedib torpaq satılıb-satılmadığını soruşmuşlar. Alqı-satqı məntəqələrinin birində olan zaman təsadüfən Təqsirləndirilən şəxs tanımışlar. Rahib onlara Abşeron rayonu, Məmmədli qəsəbəsi, Zöhrab Mustafazadə küçəsində 2 sot torpaq sahəsinin olmasını və həmin torpağın 1 sotunu 4500 manata satdığını, ümumilikdə 9000 manat pul ödəməli olduqlarını dedikdə, Səmid Rahiblə razılaşmışdır. Bundan sonra Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 115 ünvanında yerləşən “ASAN” xidmət mərkəzinin qarşısında Səmidlə birlikdə Rahibə 9000 manat nəğd pul ödəmişlər. Daha sonra onlar birlikdə mərkəzə daxil olmuşlar. Orada etibarnamə hazırlanmış və tərəflərindən imzalanmışdır. Rahib orada onlara demişdir ki, 20 gün ərzində torpağın sənədi hazır olacaqdır. Həmin gündən bir neçə ay keçdikdən sonra onlar torpağın sənədini ala bilməmişlər. Səmid Rahibə məxsus ***-***-**-**, ***-***-**-** nömrələrinə zəng edib pulunu tələb etdikdə isə sonuncu pulu verməkdən imtina etmişdir. Bundan sonra Səmid aldadıldığını başa düşdükə bu barədə Nizami RPİ-nin 23-cü PB-nə şikayət etmişdir. Polis bölməsində olanda Rahib Səmidə ümumi borcdan 3000 manat pulu qaytarmışdır. Yerdə qalan 6000 manat pulu isə qaytaracağına söz versə də, vədinə əməl etməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Rspublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 16 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 128-129) - 24 noyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd olunanları hadisə yerində göstərməklə bir daha təsdiq etmiş, həmin torpaq sahəsinin Abşeron rayonu, Məmmədli qəsəbəsi, Zöhrab Mustafazadə küçəsi 410116,55 və 4484623,78 koordinatlarında yerləşməsi müəyyən edilmiş və o, 9000 manat pulu ünvan 3 ünvanda yerləşən 5 saylı “ASAN” xidmət mərkəzinin qarşısında verməsi müəyyən olunmuşdur. (i.v. 142-145) - 17 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır. (i.v. 150-153) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 02 il şərti sınaq müddəti təyin edilmiş, 21 yanvar 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır; Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən azad edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 83) -Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı təqdim etdiyi 15 noyabr 2021-ci il tarixli və məhkəməyə təqdim etdiyi 26 yanvar 2022-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam ödəmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam ödəyərək onunla barışdığını, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödədiyini və onunla barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin “Neftçilər kart mərkəzi” vasitəsi ilə 02 noyabr 2022-ci il tarixdə “X1”nin hesabı vasitəsi ilə cinayət nəticəsində vurulmuş 9000 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında - 2250 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs əvvəllər müvafiq məhkəmə hökmləri ilə təqsirli bilinərək məhkum olunsa da, o, CM-nin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir, ona görə onun hazırda həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 95 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu 9000 manat məbləğində maddi ziyanı tam olaraq ödədiyi, zərərçəkmiş şəxslə barışdığı və cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında (2250 manat) dövlət büdcəsinə ödəniş etdiyi üçün Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 95 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 570 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-99/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-99/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver