Məhkəmə qərarları › İş №1(007)-99/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-99/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-99/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1974-cü ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,485 qram narkotik vasitəsi olan heroin əldə edib üzərində saxlayaraq daşımış, 06 sentyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində Azərbaycan Respublikası DİN-in ƏÇPAnm 5-ci Patrul bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 6 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Baki şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81B ünvanda yerləşən Nizami RPl-nin 24cü PŞ-nə gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd “Magna” markalı siqaret qutusunun içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 0.485 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, təxminən 1 aya yaxındır ki, narkotik vasitə istifadəçisdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında üzdən tanıdığı şəxsdən 10 manat pul müqabilində “kokos” kimi tanıdığı heroin olan narkotik vasitə almış və bir hissəsini istifadə etdikdən sonra, qalan hissəsini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində ünvan 4 ünvanın qarşısına gələrək taksi fəaliyyəti ilə günlük icarə əsasında idarə etdiyi “Opel Zafira” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında saxlamış və yuxulamışdır. Bir qədər sonra polis əməkdaşları ona yaxınlaşmış, özünü təlaşlı və şübhəli apardığı üçün polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində otaqların birində olarkən ona hüquq vəzifələri izah olunaraq hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və hər kəsin iştirakı ilə ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynindəki şalvarının cibində olan 01 ədəd “Magna” markalı siqaret qutusunun içərisində saxladığı 01 ədəd şəffaf sellofana bükülü halda “kokos” kimi tanıdığı heroin narkotik vasitəni təqdim etmiş, xx.xx.2022- ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində öz şəxsi istifadəsi üçün 10 manat müqabiində aldığını bildirmişdir. Bundan sonra onun icarə əsasında idarə etdiyi və taksi faəliyyəti ilə məşğul olduğu “Opel Zafira” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobildən heç bir qanunla qadağan edilmiş əşya və ya digər maddə aşkar edilməmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri ƏÇPA-nin 5-ci PB-nin polis nəfəri vəzifəsində çalışır. xx.xx.2022-ci tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 6 nömrəli binanın yaxınlığında xidmətdə olan zaman, yolun kənarında “Opel Zafira” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomaşının işlək vəziyyətdə dayandığını və şüşələrinin buxarlanmış olduğunu görüb avtomaşına yaxınlaşmış, avtomaşının içərisində bir nəfər şəxsin sürücü tərəfdən oturacaqda uzanılmış vəziyyətdə olduğunu görmüş, onunla aparılan söhbətlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyi, halhazırda təsiri altında olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli bilindiyi üçün Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət olunmuş, həmçinin idarə etdiyi avtomaşın evakuator vasitəsilə polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs Nizami RPİ-nin 24-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək üzərinə şəxsi axtarış və götürmənin vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Daha sonra video çəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxtı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, həmin şalvarın sağ tərəfindən asılı vəziyyətdə avtomobil açarını və içərisində açar olan dəridən hazırlanmış kiçik ölçülü açar qabını, şalvarının sağ arxa cibindən 01 ədəd mavi rəngli pul kisəsini, şalvarının sağ kiçik cibindən sarı rəngli alışqanı, şalvarının arxa sol cibindən 01 ədəd cib dəsmalını, sol yan cibindən 01 ədəd alışqan və 01 ədəd “Magna” markalı siqaret qutusunu təqdim etmişdir. “Magna” markalı siqaretin qutusuna baxış keçirilən zaman orada 01 ədəd “Magna” markalı siqaret və 03 ədəd gümüşü rəngli içərisi boş falqa aşkar edilmiş və həmin siqaretin qutusunun içərisində olan 01 ədəd şəffaf sellofana baxış keçirildikdə içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını bildirmişdir. Daha sonra, Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, “Opel Zafira” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, lakin avtomaşından heç bir sübut əhəmiyyəti kəsb edəcək əşya, predmet və ya maddə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4857 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs-imza, iki İmza; Hakim Mirzəzadə - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 0,485 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir”. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in İ siyahısında daxildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 5849 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, AR MM-nin xx.xx.2001-ci il tarixli amnistiya qərarının 5-ci maddəsinə əsasən xx.xx.2001-ci ildə cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə, saat 19:30 dəqiqədə tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 05 ay 28 gün (beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı andan, yəni 31 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və saxlanması üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 92 manat (doxsan iki manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,435 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar