Məhkəmə qərarları › İş №1(008)-1/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-1/2022

09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-1/2022 09.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili X3, Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1993-cü il tarixdə Bərdə şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, məhkum olunmuş, Bərdə rayonu, Bərdə şəh., A.Vəzirov küç., ev 14də qeydiyyatda olan, Bakı şəh., Nizami rayonu, NZS qəsəbəsi nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 24 mart 2020-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəh., Sabunçu rayonu, N.İsmayılov küçəsində sərnişin daşıma fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs taksi kimi istifadə etdiyi «Azsamand» markalı, «az ** MJ ***» dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin qismində oturmuş və həmin küçədə Zərərçəkmiş şəxs avtomobili su almaq üçün «Araz» marketin qarşısında saxlayıb düşməsindən istifadə edərək avtomobildən özgənin Zərərçəkmiş şəxs mülkiyyətində olan əmlakı 1.200 manat qiymətində «**********42144» və «**********42142» imey kodlu «Samsunq A80» markalı, telefona yerləşdirilmiş hər birinin qiyməti 10 manat olan «070-264 68 10» və «055 264 68 10» nömrələri GSM kartlarla mobil telefonu gizli olaraq talayıb avtomobildən düşüb həmin yerdən uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 1.220 manat miqdarında maddi ziyan vurub oğurluq etmişdir. İbtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 mart 2020-ci il tarixdə, saat 18:00 radələrində «Neftçilər» metrostansiyasının yaxınlığından 35 saylı sərnişin avtobusu ilə Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Yaşıl məkan» kafesinin yanına gəlmişdir. Kafenin qarşısında sərnişin avtobusundan düşüb yol kənarında dayanmışdır. Markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobilinin dəmir yol stansiyasından Ərəblinski küçəsi istiqamətində gəldiyini görüb əli ilə işarə edib, həmin avtomobili saxlatdırmışdır. Avtomobildə qabaq oturacaqda əyləşib sürücüdən onu «Nefitçilər» metrostansiyasına aparmasını xahiş etmişdir. Sürücü təxminən avtomobili 1 km idarə etdikdən sonra avtomobili yol kənarında saxlamış və su almaq üçün yol kənarındakı mağazaya daxil olmuşdur. Həmin vaxt avtomobilin şitinin üzərində cəryana qoşulu vəziyyətdə «Samsunq A 80» markalı mobil telefon var idi. Pula ehtiyacı olduğu üçün və eyni zamanda sürücünün avtomobildə olmamasından istifadə edib, mobil telefonu cəryandan ayırıb, götürmüşdür. Dərhal avtomobildən düşmüş, 35 saylı sərnişin avtobusunun gəldiyini görüb avtobusu saxlatdırmış və avtombusla «Nefçilər» metrostansiyasına getmişdir. Orada yerləşən mobil telefonların alqı-satqısı və barteri ilə məşğul olan mağazaya daxil olub oğurladığı həmin telefonu satıcıya təqdim edib, 100 manata satmaq istədiyini bildirmişdir. Şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün satıcı telefonu almadığından mağazadan çıxmışdır. Telefonu mağazanın qarşısında tanımadığı şəxsə 40 manata satmış, əldə etdiyi pulun 30 manatına özü üçün 1 cüt ayaqqabı, 10 manatına isə həmin ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün narkotik vasitə almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəkili Müdafiəçi Südeyib oğlu ittihamla razı oldğunu bildirərək, cinayət işinə icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, «Az samand» markalı, «az ** MC ***» dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobildən «taxsi» kimi istiafadə etməklə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. O, adətən Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsində «Sərham» marketin qarşısında avtomobili park edir və müştəri düşəndə aparır. 24 mart 2020-ci il tarixdə, saat 16:30 radələrində avtomoildə marketin qarşısından Nazim İsmayılov küçəsi ilə Bakı şəh., Sabunçu rayonu, Qaz İstismar şöbəsinə tərəf hərəkət edəndə bir nəfər tanımadığı qadın əl edib saxlamağa işarə vermiş, o, avtomobili saxlamışdır. Qadın qabaq oturacaqda oturmuş və «Neftçilər» metrostansiyasına gedəcəyini bildirmişdir. Qadın oturandan sonra Zaur onun halının yaxşı olmamasını görmüş və yolda səhhətinin pisləşməsi ilə əlaqədar suya ehtiyacı olacağını zənn edib, bir qədər məsafə qət etdikdən sonra «Araz» marketin qarşısında avtomobili saxlamış, mühərriki söndürmədən su almaq üçün avtomobildən düşmüşdür. Qadından üzr istəyib, su alıb qayıdacağını bildirəndə, o etiraz etməmişdir. Zaur marketə daxil olmuş, soyuducudan su götürüb kassaya yaxınlaşmışdır. Kassada növbədə ondan qabaq bir nəfər olduğundan təxminən 3-4 dəqiqə ləngimişdir. Suyun pulunu ödəyib avtomobilə qayıdanda qadının avtomobildə olmamasını görmüşdür. Avtomobilə oturanda avtomobildə olan 1200 manat qiymətində **********42144 və **********42142 imey kodlu «Samsunq A80» markalı mobil telefonunun və telefonda olan hər birini 10 manata aldığı «070 264 68-10» və «055 264 68 10» nömrərəli GSM kartlarla oğurlanmasını başa düşmüşdür. Dərhal oğurlanan telefona zəng etmiş, telefon bağlı olmuşdur. Avtomobili sürüb yaxındakı binaların həyətinə baxmış, lakin onu tapa bilməmişdir. Avtomobildə söhbət zamanı qadın ona 8-ci km. bazarında alver edənlərə xörək satmasını bildirmişdir. Bir neçə gündən sonra 8-ci km. bazarına getmişdir. Taksi sürücülərindən məlumat almışdır ki, həmin qızın kafedə işləyən qohumu var, həmin şəxsdən maraqlanmaq olar. Zaur onların təsvir etdiyi şəxsi kafedə tapmış və öyrənmişdir ki, belə bir qohumu var, adı Türkandır, bazarla üzbə-üz binada yaşayır və onun evini göstərə bilər. Zaur Türkanın evinə getmiş və Türkanın xalasına baş verənləri danışmışdır. Türkanın xalası Türkanın narkoman olmasını, evin əşyalarını da satmasını, Türkanın harada olmasını bilmədiyini söyləmişdir. Bundan sonra o çıxıb getmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 25 may 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1, 70-ci maddələri ilə təqsirli bilinib, 02 il, 07 ay, 12 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuşdur. AZ-İİ №187920 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 16 iyul 2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, lan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxsin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 106-1.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirakı olan, yaxud həmin əməllə mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-ci maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanan cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Cinayət işinin materiallarında olan 22 may 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 57). Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 1(008)315/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan olunmuş, ittiham aktı tərtib olunmuş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin Təqsirləndirilən şəxs 16 iyul 2021-ci il tarixdə kəskin qara-ciyər çatışmamazlığından ölmüşdür və bu 16 sentyabr 2021-ci il tarixli, 1367 saylı akt qeydi ilə ölüm haqqında şəhadətnamə ilə təsdiq olunmuşdur. Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və mülki iddi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Lakin Təqsirləndirilən şəxs 16 iyul 2021-ci il tarixdə öldüyündən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar