Məhkəmə qərarları › İş №1(008)-100/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-100/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-100/2024 01.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 01 saylı vəkil bürosunun vəkili Müdafiəçi7, Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi4, Müdafiəçi2 və Müdafiəçi5, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Çardaqlı Ərazi Dairəsi, Çardaqlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1998-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza şərti hesab edilmiş, ünvan 2 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1996-cı il tarixdə Bərdə rayonu, Arabaçılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Hüseynalılar Ərazi Dairəsi, Arabaçılar kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs5 iş yoldaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4, həmçinin sonuncunun dostu Təqsirləndirilən şəxs1 ilə birgə xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində dostu Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 5 ünvanında qonaq olaraq spirtli içki qəbul edərkən, pivə almaları üçün nağd pulları olmadıqlarına və bu məqsədlə Zərərçəkmiş şəxs borc istədikləri 10 manat pulu sonuncunun onlara vermədiyinə görə hərəkətlərini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən açıq talama cinayətinin törədilməsinə yönəldib, bu hərəkətlərini inadla davam etdirərək sonradan cinayət qrupunun üzvləri arasında bölüşdürmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə birgə Zərərçəkmiş şəxs evdən götürdükləri 20 və 25 manat dəyərlərində 2 ədəd idman çantalarına topladığı sonuncunun 200 manat dəyərində 1 ədəd çiyindən asılan çantasını, 50 manat dəyərində “Prada” firmasının 1 cüt kişi ayaqqabısını, 700 manat dəyərində digər 1 cüt kişi ayaqqabısını, 35 və 89 manat dəyərlərində 2 ədəd qulaqcıqlarını, 80 manat dəyərində 1 ədəd telefon altlığını, 120 manat dəyərində 1 ədəd “Prada” firmasının kepkasını, 25 manat dəyərində 1 ədəd “Puma” firmasının kepkasını, 30 manat dəyərində 1 ədəd digər kepkasını, 120 manat dəyərində 1 ədəd “GİVENCHY” firmasının pul kisəsini, 40 manat dəyərində “CAT" firmasının 1 ədəd çiyindən asılan pul kisəsini, 50 manat dəyərində 1 ədəd digər pul kisəsini və 50 manat dəyərində “GİVENCHY” markalı idman dəstinin gödəkcəsini, həmçinin Zərərçəkmiş şəxs əynindən soyundurduqları həmin idman dəstinin şalvarını, cinayət qrupun digər üzvləri Təqsirləndirilən şəxs4 soyundurulan şalvarının cibindən 20 manat nağd pulunu, Təqsirləndirilən şəxs3 340 manat dəyərində “Samsung Galaxy A7” markalı mobil telefonunu, Təqsirləndirilən şəxs1 isə içərisində 10 manat dəyərində ***-***-**-** nömrəsi olan 880 manat dəyərində “Redmi 11 pro 5Z” markalı mobil telefonunu və barmağındakı 50 manat dəyərində gümüş üzüyünü ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 2934 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs Bakı şəhəri 1-ci mikrorayon ərazisində yaşayarkən tanımış, qohumu Təqsirləndirilən şəxs3 ilə zərərçəkmiş şəxsi tanış etmişdir. 2023-cü ilin iyul ayında Zərərçəkmiş şəxs ona zəng edərək anasının rayona getdiyini bildirərək onu qonaq dəvət etmiş, o, etiraz etməyərək işdən çıxdıqdan sonra onun yaşadığı ünvana gələcəyini bildirmişdir. O, həmin gün, axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı ünvana getmiş, orada olduğu zaman Təqsirləndirilən şəxs3 ona zəng edərək tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 ilə birlikdə gecə klubuna getmək istədiyni bildirmişdir. O, Zərərçəkmiş şəxs məxsus ünvanda qonaq olduğunu deyərək Təqsirləndirilən şəxs3 digər tanışları birlikdə həmin ünvana dəvət etmiş, Təqsirləndirilən şəxs3 ora gələcəyindən Zərərçəkmiş şəxs məlumatı olmuş və buna etiraz etməmişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 ilə birlikdə zərərçəkmiş şəxsin yaşadığı ünvana gəlmiş, özləri ilə birlikdə spirtli içki və qida məhsulları gətirmişlər. Birlikdə spirtli içki qəbul edib yemək yedikdən sonra aralarında sözlə mübahisə baş vermişdir. Zərərçəkmiş şəxs danışığı xoşuna gəlmədiyi üçün Təqsirləndirilən şəxs1 onu vuracağını bildirmiş, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs1 ona heçə edə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs4 məsələyə müdaxilə edərək Zərərçəkmiş şəxs onun evin qonaq olduqlarını, hörmətsizlik etməməməsini bildirmiş, həmçinin, o, özü də, Zərərçəkmiş şəxs mübahisəni sonlandırmasını xahiş etmişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs1 pivə içmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs4 pulları olmadığı üçün Zərərçəkmiş şəxs 10 manat borc pul istəmiş, sonuncu, pulu olmadığını, olsa belə verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onlarla kobud şəkildə danışdığı üçün aralarında yenidən mübahisə yaranmış, Təqsirləndirilən şəxs1 barmağındakı gümüş üzüyü ona verməsini Zərərçəkmiş şəxs tələb etmiş, Zərərçəkmiş şəxs üzüyü çıxararaq Təqsirləndirilən şəxs1 vermişdir. Daha sonra stolun üstündə olan Zərərçəkmiş şəxs məxsus mobil telefonlardan birini Təqsirləndirilən şəxs3 digərini isə Təqsirləndirilən şəxs4 və ya Təqsirləndirilən şəxs1 götürmüşdür. Masanın üzərində mətbəxdən götürülmüş bıçaq olsa da, bıçaqdan yalnız qida məhsullarını doğramaq üçün istifadə olunmuş, tərəflərindən Zərərçəkmiş şəxs bıçaqla hədə-qorxu gəlinməmiş və ya hansısa xəsarət yetirilməmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 mübahisə zamanı bir-birinə zərbə endirməmiş, yalnız bir-birilərini çəkişdirmişlər. Zərərçəkmiş şəxs məxsus evdən soyğunçuluq etmək niyyətləri olmamamışdır. Belə ki, Təqsirləndirilən şəxs4 evdəki qapısı bağlı olan otağın dəstəyini tutduğu zaman, o, Təqsirləndirilən şəxs4 həmin otağın qapısının bağlı olduğunu, həmin otağa girməmisini bildirmişdir. Mübahisədən sonra, etdiyi əməldən peşman olaraq Zərərçəkmiş şəxs üzr istəməyi qərara almış, lakin, ortalığın sakitləşməsi bir müddət keçməsini gözləmişdir. O, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində Zərərçəkmiş şəxs məxsus idman dəsti olmamışdır. Zərərçəkmiş şəxs əlləri onlar tərəfindən bağlanılmamış, Zərərçəkmiş şəxs özü onları qapıdan yola salmışdır. Zərərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs qohumu Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 onun tanışlarıdır. 07 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 ona zəng edərək Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasından gəldiyini axşam görüşərək birlikdə harasa getməyi təklif etmiş, o, Təqsirləndirilən şəxs4 təklifi razılaşmışdır. O, işdən çıxdıqdan sonra “20 Yanvar” metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs4 ilə görüşərək Yasamal rayonu ərazisində bir qədər gəzdikdən sonra Təqsirləndirilən şəxs1 götürərək gecə klubuna getməyi planlaşdırmış, daha sonra Təqsirləndirilən şəxs2 zəng edərək kluba getməyi təklif etmiş, Təqsirləndirilən şəxs2 yorğun olduğunu, həmçinin, Zərərçəkmiş şəxs onu qonaq dəvət etdiyi üçün sonuncunun yaşadığı ünvana gedəcəyini bildirmişdir. Daha sonra yenidən Təqsirləndirilən şəxs2 zəng etmiş, aralarında olan danışığa əsasən spirtli içki və qida məhsulları alaraq Zərərçəkmiş şəxs məxsus ünvanda görüşməyi planlaşdırmış, həmin vaxt, telefon selektorda olduğu üçün aralarında olan danışığı Zərərçəkmiş şəxs eşitmiş, onların yaşadığı ünvana gəlməsinə etiraz etməmişdir. Bir müddət sonra, o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 birlikdə spirtli içki və qida məhsulları alaraq Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanına getmiş, orada içki məclisi qurmuşlar. Birlikdə spirtli içki qəbul edib yemək yedikdən sonra Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında fikir ayrılığı yarandığı üçün aralarında sözlə mübahisə baş vermişdir. Zərərçəkmiş şəxs danışığı xoşuna gəlmədiyi üçün Təqsirləndirilən şəxs1 onu vuracağını bildirmiş, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs1 ona heçə edə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs4 məsələyə müdaxilə edərək Zərərçəkmiş şəxs evində qonaq olduqlarını, hörmətsizlik etməməsini bildirmiş, həmçinin, o, özü də, Zərərçəkmiş şəxs mübahisəni sonlandırmasını xahiş etmişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs1 pivə içmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs4 pulları olmadığı üçün Zərərçəkmiş şəxs 10 manat borc pul istəmiş, sonuncu, pulu olmadığını, olsa belə verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onlarla kobud şəkildə danışdığı üçün aralarında yenidən mübahisə yaranmış, lakin, tərəflər bir-birinə hansısa xəsarət yetirməmişdir. Mübahisənin baş verdiyi otaqda masanın üzərində mətbəxdən götürülmüş bıçaq olsa da, bıçaqdan yalnız qida məhsullarını doğramaq üçün istifadə olunmuş, tərəflərindən Zərərçəkmiş şəxs bıçaqla hədə-qorxu gəlinməmiş və ya hansısa xəsarət yetirilməmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 mübahisə zamanı bir-birinə zərbə endirməmiş, yalnız bir-birilərini çəkişdirmişdir. Onlar evdən çıxarkən Təqsirləndirilən şəxs4 stolun üzərindəki telefonu götürməsini bildirmiş, o, sərxoş olduğu üçün stolun üzərindəki telefonu götürmüşdür. Bakı şəhəri Probasiya Xidmətində olduğu zaman saxlanılaraq polis əməkdaşlarına təhvil verilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilərək aralarında barışıq əldə edilmiş, lakin, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsini dəyişərək aralarında barışığın olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məxsus evdən soyğunçuluq etmək niyyətləri olmamamış, Zərərçəkmiş şəxs əlləri onlar tərəfindən bağlanılmamış, Zərərçəkmiş şəxs özü onları qapıdan yola salmışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər onun tanışlarıdır, lakin, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 07 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 zəng edərək Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasından gəldiyini bildirərək axşam görüşüb birlikdə harasa getməyi təklif etmiş, Təqsirləndirilən şəxs3 onun təklifi ilə razılamışdır. O, “20 Yanvar” metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs3 ilə görüşərək Yasamal rayonu ərazisində bir qədər gəzdikdən sonra Təqsirləndirilən şəxs1 götürərək gecə klubuna getməyi planlaşdırmış, Təqsirləndirilən şəxs3 daha sonra Təqsirləndirilən şəxs2 zəng edərək kluba getməyi təklif etmiş, Təqsirləndirilən şəxs2 yorğun olduğunu, həmçinin, Zərərçəkmiş şəxs onu qonaq dəvət etdiyi üçün sonuncunun yaşadığı ünvana gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs3 bir müddət sonra yenidən Təqsirləndirilən şəxs2 zəng etmiş, aralarında olan danışığa əsasən spirtli içki və qida məhsulları alaraq Zərərçəkmiş şəxs məxsus ünvanda görüşməyi planlaşdırmışlar. Bir müddət sonra, o, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 birlikdə spirtli içki və qida məhsulları alaraq Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanına getmiş, orada içki məclisi qurmuşlar. Birlikdə spirtli içki qəbul edib yemək yedikdən sonra Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında fikir ayrılığı yarandığı üçün aralarında sözlə mübahisə baş vermişdir. Zərərçəkmiş şəxs danışığı xoşuna gəlmədiyi üçün Təqsirləndirilən şəxs1 onu vuracağını bildirmiş, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs1 ona heçə edə bilməyəcəyini bildirmişdir. O, məsələyə müdaxilə edərək Zərərçəkmiş şəxs evində qonaq olduqlarını, hörmətsizlik etməməsini bildirmiş, həmçinin, mübahisəni sonlandırmasını xahiş etmişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs1 pivə içmək istədiyini bildirmiş, o, pulları olmadığı üçün Zərərçəkmiş şəxs 10 manat borc pul istəmiş, sonuncu, pulu olmadığını, olsa belə verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onlarla kobud şəkildə danışdığı üçün aralarında yenidən mübahisə yaranmışdır. Masanın üzərində mətbəxdən götürülmüş bıçaq olsa da, bıçaqdan yalnız qida məhsullarını doğramaq üçün istifadə olunmuş, tərəflərindən Zərərçəkmiş şəxs bıçaqla hədə-qorxu gəlinməmiş və ya hansısa xəsarət yetirilməmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 mübahisə zamanı bir-birinə zərbə endirməmiş, yalnız bir-birilərini çəkişdirmişdir. O, Zərərçəkmiş şəxs məxsus evdən hər hansı əşya götürməmiş, sərxoş olduğu üçün digər tanışlarının hansısa əşya götürməsinin şahidi olmamışdır. Zərərçəkmiş şəxs məxsus evdən soyğunçuluq etmək niyyətləri olmamamış, Zərərçəkmiş şəxs əlləri onlar tərəfindən bağlanılmamışdır. Zərərçəkmiş şəxs dəymiş ziyan onun valideyninə ödənilmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs5 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər onun tanışlarıdır, lakin, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 07 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ona zəng edərək görüşməyi təklif etmiş, o, etiraz etməyərək həmin şəxslərlə görüşmüşdür. O, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 aralarında olan danışığa əsasən spirtli içki və qida məhsulları alaraq Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanına getmiş, orada içki məclisi qurmuşlar. Birlikdə spirtli içki qəbul edib yemək yedikdən sonra Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında fikir ayrılığı yarandığı üçün aralarında sözlə mübahisə baş vermişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs1 pivə içmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs4 pulları olmadığı üçün Zərərçəkmiş şəxs borc pul istəmiş, sonuncu, pulu olmadığını, olsa belə verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onlarla kobud şəkildə danışdığı üçün aralarında yenidən mübahisə yaranmış, lakin, tərəflər bir-birinə hansısa xəsarət yetirməmişdir. Mübahisənin baş verdiyi otaqda masanın üzərində mətbəxdən götürülmüş bıçaq olsa da, bıçaqdan yalnız qida məhsullarını doğramaq üçün istifadə olunmuş, tərəflərindən Zərərçəkmiş şəxs bıçaqla hədə-qorxu gəlinməmiş və ya hansısa xəsarət yetirilməmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 mübahisə zamanı bir-birinə zərbə endirməmiş, yalnız bir-birilərini çəkişdirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilərək aralarında barışıq əldə edilmiş, lakin, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsini dəyişərək aralarında barışığın olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məxsus evdən soyğunçuluq etmək niyyətləri olmamamış, Zərərçəkmiş şəxs əlləri onlar tərəfindən bağlanılmamışdır. Həmçinin, o, Zərərçəkmiş şəxs məxsus mənzildən heçnə götürməmiş və ya tanışlarının hər hansı əşya götürməsinin şahidi olmamışdr. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər onun tanışlarıdır, lakin, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 07 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 ona zəng edərək görüşməyi təklif etmiş, o, etiraz etməyərək həmin şəxslərlə görüşmüşdür. Onlar aralarında olan danışığa əsasən spirtli içki və qida məhsulları alaraq Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanına getmiş, orada içki məclisi qurmuşlar. Birlikdə spirtli içki qəbul edib yemək yedikdən sonra Zərərçəkmiş şəxs ilə Rusiya–Ukrayna müharibəsini müzakirə etməyə başlamış, onlar arasında fikir ayrılığı yarandığı üçün aralarında sözlə mübahisə baş vermiş, lakin, aralarında barışıq yaranmışdır. O, bir müddət sonra pivə içmək istədiyinə görə Təqsirləndirilən şəxs4 pulları olmadığı üçün Zərərçəkmiş şəxs borc pul istəmiş, sonuncu, pulu olmadığını, olsa belə verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onlarla kobud şəkildə danışdığı üçün aralarında yenidən mübahisə yaranmış, lakin, tərəflər bir-birinə hansısa xəsarət yetirməmişdir. Mübahisənin baş verdiyi otaqda masanın üzərində mətbəxdən götürülmüş bıçaq olsa da, bıçaqdan yalnız qida məhsullarını doğramaq üçün istifadə olunmuş, tərəflərindən Zərərçəkmiş şəxs bıçaqla hədə-qorxu gəlinməmiş və ya hansısa xəsarət yetirilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilərək aralarında barışıq əldə edilmiş, lakin, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsini dəyişərək aralarında barışığın olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məxsus evdən soyğunçuluq etmək niyyətləri olmamamış, Zərərçəkmiş şəxs əlləri onlar tərəfindən bağlanılmamışdır. Həmçinin, o, hadisə zamanı sərxoş olduğu üçün mənzildən hər hansı əşya götürülməsini xatırlamır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında kirayə yaşayır. Təqsirləndirilən şəxs2 Bakı şəhəri 1-ci mikrorayon ərazisində yaşayarkən tanımış, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanış olmuşdur. Digər təqsirləndirilən şəxsləri əvvəllər tanımamış, ilk dəfə evinə basqın etdikləri zaman görmüşdür. 07 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək işdən çıxdığını, bekar olduğunu bildirmiş, o, Təqsirləndirilən şəxs2 qonaq olmağı təklif etmişdir. Həmin gün, yəni, 07 iyul 2023-cü il tarixdə saat 22-23 radələrində Təqsirləndirilən şəxs2 onun yaşadığı ünvanın yaxınlığına gəlmiş, o, həyətdə Təqsirləndirilən şəxs2 qarşıladıqdan sonra onlar birgə evə qalxmışdır. Onlar evdə bir müddət söhbət etdikdən sonra Təqsirləndirilən şəxs3 telefon vasitəsi ilə Təqsirləndirilən şəxs2 zəng edərək yaxınlıqda olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 ilə birgə geri qayıtmaq istədiyi üçün Təqsirləndirilən şəxs2 ondan Təqsirləndirilən şəxs3 onun yaşadığı ünvana gəlməsinə etirazının olub-olmamasını soruşmuş, o, Təqsirləndirilən şəxs3 tanıdığı üçün onun gəlməsinə etiraz etmədiyni bildirmişdir. Təqsirləndirilən şəxs2 bir müddət sonra Təqsirləndirilən şəxs3 gəldiyi üçün getmək istədiyini bildirmiş, onlar birgə evin çıxış qapısına yaxınlaşmışlar. Təqsirləndirilən şəxs2 qapını açaraq çıxmaq istədiyi zaman Təqsirləndirilən şəxs3 və yanında olan əvvəllər tanımadığı digər üç şəxs aqressiv şəkildə onun yaşadığı evə daxil olmuş, həmin şəxslərdən ikisinin əlində bıçaq olmuşdur. Digər iki şəxs evin mətbəx otağına keçərək bçaq götürüb geri qayıtmış, o, qorxduğu üçün geri çəkilərək həmin şəxslərə etirazını bildirmişdir. Həmin şəxslər əllərində olan bıçaqla onu qorxudaraq pul və qiymətli əşya tələb etmiş, o, üzərində 20 manat pulu olduğunu və evdəki qiymətli əşyaların göz qabağında olduğunu bildirmişdir. O, ilk öncə pul verməkdən imtina etdiyi üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 davamlı olaraq ona yumruq təpik zərbələri vurmuş, Təqsirləndirilən şəxs4 isə bir neçə dəfə ona sillə vurmuşdur. Təqsirləndirilən şəxslər onun əllərini köynəklə bağlayaraq evdə qiymətli əşya axtarmağa başlamış, evdən ona məxsus 02 cüt kişi ayaqqabısını, 01 ədəd kişi idman dəstini, 02 ədəd mobil telefonu, 01 ədəd gümüş üzüyü və hazırda adlarını dəqiq xatırlamadığı bir neçə əşyanı götürmüş, əynində olan idman şalvarını məcburi şəkildə çıxarmışlar. O, anası xəstə olduğu üçün onunla əlaqə saxlamasına görə özünə məxsus telefonlardan birini geri qaytarmalarını xahiş etmiş, lakin, onun sözlərinə əhəmiyyət verən olmamışdır. Təqsirləndirilən şəxslər evdəki ona məxsus əşyaları götürdükdən sonra onun yataq otağına salaraq oradan uzaqlaşmışlar. O, köynəklə bağlanmış əllərini açmış, lakin, aldığı xəsarətlərdən hərəkət etməyə halı olmadığı üçün evdən çıxa bilməmiş, bu səbəbdən, polisə məlumat verə bilməmişdir. Hadisədən iki gün sonra anası yaşadıqları ünvana geri qayıtdığı zaman o, baş verənləri anasına danışmış, anası DİN-nin 102 xidmətinə zəng edərək təqsirləndirlən şəxsləri hərəkətləri barədə polisə məlumat vermişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs2 formal olaraq onu müdafiə etməyə çalışmış, lakin, hərəkətlərindən onlarla əlbir olduğu açıq şəkildə görünmüş, həmçinin, həmin şəxslərə evə qalxana qədər dəfələrlə telefon vasitəsi ilə sms yazışma aparmışdır. Təqsirləndirilən şəxs1 daha çox onu döyərək qulaq pərdəsini partlatmış, göz nahiyəsinə xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər bir neçə dəfə onun yaşadığı ünvanda olmasına baxmayaraq, o, heç vaxt həmin şəxslərlə birgə evində içki məclisi təşkil etməmişdir. Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 saxlanılarkən ona məxsus idman dəsti və 01 cüt kişi ayaqqabısı Təqsirləndirilən şəxs2 əynində olmuşdur. Təqsirləndirilən şəxslər əllərində olan bıçaqla ona hədə-qorxu gəlməsinə baxmayaraq, bıçaqla ona hansısa xəsarət yetirməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı ifadəsini oxumadan imza etmiş, lakin, sonradan ona ittiham aktı təqdim edildiyi zaman müstəntiq tərəfindən ifadəsinin təhrif edildiyini müəyyən etmişdir. Məhkəmə iclasında iştirak edən X2 izahatında göstərmişdir ki, o, Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsində çalışır, polis polkovnik-leytenantı rütbəsi daşıyır. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinin ibtidai istintaq zamanı 01 cüt “Prada” firmasına məxsus kişi ayaqqabısı, 01 ədəd “Cat” firmasına məxsus çiyindən asılan pul qabı, 01 ədəd “Givency” firmasına məxsus idman dəsti cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş, bundan əlavə, Sabunçu RPİ-nin inzibati binasında onun iştirakı ilə zərərçəkmiş şəxsin anasına 6000 manat pul ödənilmişdir. Cinayət işinin istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışmasına, dəymiş ziyanın ödənildiyinə, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmamasına dair ərizə təqdim etmişdir. Cinayət işinin 1-ci cildinin 38-ci vərəqəsində olan 11 iyul 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 iyul 2023-cü il tarixdə, saat 00:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 44-cü vərəqəsində olan 11 iyul 2023-cü il tarixli könüllü təqdim olunan əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 ədəd üzərində “Cat” sözləri yazılmış, istifadə olunmuş, qara rəngli pul kisəsini təqdim etmişdir. Cinayət işinin 1-ci cildinin 60-cı vərəqəsində olan 11 iyul 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 11 iyul 2023-cü il , saat 03:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 67-ci vərəqəsində olan 11 iyul 2023-cü il tarixli könüllü təqdim olunan əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 01 cüt “Prada” firmasına məxsus kişi ayaqqabısını və 01 ədəd “Givency” firmasına məxsus idman dəstini təqdim etmişdir. Cinayət işinin 1-ci cildinin 92-93-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-548/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 11 iyul 2023-cü il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 117-118-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-547/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 11 iyul 2023-cü il tarixdən hesalanılmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 141-ci vərəqəsində olan 21 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışmış, dəymiş ziyanın ödənildiyindən onlara qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 1-ci cildinin 146-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ-nin 13-cü PŞ-nin 49-2/2-8729 nömrəli, 09 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhər Sabunçu RPİnin 13-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin İŞ-yə təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 177-179-cu vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-634/2023 saylı, 11 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs etmənin əvvəli 09 avqust 2023-cü il tarixdən hesalanılmaqla 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 184-cü vərəqəsində olan 11 avqust 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs5 11 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 227-229-cu vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-636/2023 saylı, 12 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs5 barəsində həbs etmənin əvvəli 11 avqust 2023-cü il tarixdən hesalanılmaqla 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 254-258-ci vərəqəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-71/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza şərti hesab edilmişdir. Cinayət işinin 2-ci cildinin 3-4-cü vərəqəsində olan 08 sentyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 08 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 32-34-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-694/2023 saylı, 09 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs etmənin əvvəli 08 sentyabr 2023-cü il tarixdən hesalanılmaqla 02 (ik) ay 02 (iki) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 56-57-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 1611 nömrəli, 13 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözaltı və sol gicgah-təpə nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 2-ci cildinin 59-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 60-61-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1210 nömrəli, 14 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçaqlarıdır, soyuq silah hesab edilmirlər, üzərində əlavə və dəyişiklik edilməyib. Cinayət işinin 2-ci cildinin 63-64-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 2200 nömrəli, 08 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 2-ci cildinin 66-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 60-61-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5956 nömrəli, 01 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada “CAT” firmasının çiyinə keçirmə pul kisəsi 40 manat, “Prada” firmasının 1 cüt kişi ayaqqabısı 50 manat, “GİVENCHY” kişi idman şalvarı və gödəkçəsi dəsti 50 manat, ümumilikdə 140,00 manat müəyyən edilir. Cinayət işinin 2-ci cildinin 76-77-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 2369 nömrəli, 23 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs5 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs5 qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs5 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs5 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs5 xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs5 cinayət əməlini düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs5 əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 2-ci cildinin 143-164-cü vərəqəsində olan 21 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 cüt “Prada” firmasına məxsus kişi ayaqqabısı, 01 ədəd “Cat” firmasına məxsus çiyindən asılan pul qabı, 01 ədəd “Givency” firmasına məxsus idman dəsti cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 239-240-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 oktyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 241-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 242-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 243-244-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza şərti hesab edilmişdir. Cinayət işinin 1-ci cildinin 245-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan AZ İV seriyalı, 990694 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində bir azyaşlı övladı var. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X6 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X5 18-1-23/3-640/2024 nömrəli, 28 iyun 2024-cü tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 26 aprel 2024-cü il tarixdən “Ağcabədi RMX” PHŞ-nin cərrahiyyə şöbəsinə “kəskin apendisit” diaqnozu ilə daxil olmuş, “kəskin fleqmanoz apendisit yerli peretonit” diaqnozu ilə əməliyyat olunaraq xəstəxanada stasionar müalicəsi davam etdirilir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 100/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat hazırki cinayət işi üzrə icraatdan ayrılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla təqsirləndirlən şəxslərə cəza təyin edərkən Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəmələrini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və onların əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Eləcə də məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən himayəsində azyaşlı övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və onların əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməsini cəzasını yüngülləşdirən hal kimi və cinayətlərin residivini isə onun əməlində cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-71/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin residivi yaranmışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və onlara azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının 11 iyul 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs3 azadlığının 09 avqust 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs4 azadlığının 08 sentyabr 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs5 azadlığının 11 avqust 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 11 iyul 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli 09 avqust 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs4 cəza çəkmə müddətinin əvvəli 08 sentyabr 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs5 cəza çəkmə müddətinin əvvəli 11 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti təyin edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-71/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli hökmü ilə müəyyən olunmuş şərti məhkum etmə ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-71/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən birləşdirilməklə qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 cüt “Prada” firmasına məxsus kişi ayaqqabısının, 01 ədəd “Cat” firmasına məxsus çiyindən asılan pul qabının və 01 ədəd “Givency” firmasına məxsus idman dəstinin saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti təyin edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-71/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli hökmü ilə müəyyən olunmuş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-71/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 09 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 11 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli ümumi 08 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 11 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, 01 cüt “Prada” firmasına məxsus kişi ayaqqabısının, 01 ədəd “Cat” firmasına məxsus çiyindən asılan pul qabının və 01 ədəd “Givency” firmasına məxsus idman dəstinin saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar