Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-100/2025 24.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşıyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Beyləqan şəhəri, Mil qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Füzuli rayonu, Əbdürrəhmanlı ərazi dairəsi, Aşağı Əbdürrəhmanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsində yerləşən yataqxanada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Kardioloji” sanatoriyanın çimərliyində istirahətdə olan Zərərçəkmiş şəxs1 məxsus dəyəri 2020 (iki min iyirmi) manat 01 ədəd 128 GB yaddaşlı ağ rəngli “İPHONE” 13 markalı mobil telefon, dəyəri 15 (on beş) manat olan həmin telefonun üzərindəki ağ şəffaf rəngli plasmas materialdan hazırlanmış telefonu kənar zərbələrdən qoruyan qoruyucu, dəyəri 150 (yüz əlli) manat olan ***-***-**-** saylı GSM mobil nömrə, 40 (qırx) manat nağd pul, dəyəri 70 (yetmiş) manat olan 01 ədəd qısaqol köynək, dəyəri 90 (doxsan) manat olan 01 ədəd cins şalvar, dəyəri 110 (yüz on) manat olan 01 cüt ayaqqabı, dəyəri 30 (otuz) manat olan çimərlikdəki qumun üzərinə qoyduğu 01 ədəd əl çantasını gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 2525 (iki min beş yüz iyirmi beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Kardioloji” sanatoriyanın çimərliyinə istirahətdə olan Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd dəyəri 150 (yüz əlli) manat “Samsung Galaxy A 3” markalı mobil telefon, həmin telefonun üzərində olan dəyəri 15 (on beş) manat 099-878- 87-79 saylı GSM mobil nömrə, dəyəri 120 (yüz iyirmi) manat olan telefon üçün simsiz qulaqcıq və 225 (iki yüz iyirmi beş) manat nağd pul, Zərərçəkmiş şəxs2 məxsus dəyəri 850 (səkkiz yüz əlli) manat 01 ədəd “Samsung Galaxy A 34” markalı mobil telefon, dəyəri 10 (on) manat olan ***-***-**-** GSM nömrə, dəyəri 10 (on) manat olan həmin telefonun üzərindəki plasmas materialdan hazırlanmış telefonu kənar zərbələrdən qoruyan qoruyucu, dəyəri 100 (yüz) manat olan “İPHONE” 6 markalı mobil telefon, həmin telefonun üzərində olan dəyəri 10 (on) manat olan ***-***-**-** GSM nömrə, 225 (iki yüz iyirmi beş) manat nağd pul və dəyəri 15 (on beş) manat olan qara rəngli əl çantası, Zərərçəkmiş şəxs3 məxsus dəyəri 570 (beş yüz yetmiş) manat olan “Samsung Galaxy M 14” markalı mobil telefon, həmin telefonun üzərində olan dəyəri 10 manat olan ***-***-**-** saylı GSM nömrə və 75 (yetmiş beş) manat nağd pulların çimərlikdəki qumun üzərinə qoyduğu bir ədəd əl çantasını gizli olaraq talamaqla vahid niyyətlə zərərçəkmiş Zərərçəkmiş şəxs2 qızma 1220 (bir min iki yüz iyirmi) manat, zərərçəkmiş Zərərçəkmiş şəxs4 510 (beş yüz on) manat və zərərçəkmiş Zərərçəkmiş şəxs3 655 (altı yüz əlli beş) manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 03 iyul 2024-cü il tarixdə saat 09 radələrində istirahət etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Kardioloji” sanatoriyanın çimərliyinə getmiş və bir qədər çimdikdən sonra dənizdən çıxmış, ətrafı seyr etməyə başlamışdır. O, paltarlarının yanında olan tanımıdağı şəxsə məxsus olan 01 ədəd qara rəngli parça materialdan ibarət əl çantasının qumun üzərində olduğu və ətrafında sahibinin olmaması diqqətini cəlb etmişdir. O, bir qədər ətrafı seyr etdikdən sonra həmin çantanı götürərək oradan uzaqlaşmışdır. Çimərliyin daş pilləkənlərini qalxan zaman çantanı açmış içərisində 40 manat nağd pul, ağ rəngli 01 ədəd “İphone 13” markalı mobil telefon və paltarların olduğunu görmüş, 40 manat nağd pulu və ağ rəngli 01 ədəd “İphone 13” markalı mobil telefonu götürmüş, bundan sonra həmin çantanı və paltarları daş pilləkənin üstünə qoymuşdur ki, sahibi tapıb götürsün. Bundan sonra o, Bilgəh qəsəbəsində yerləşən “Zəfəran” kafesinin qarşısına getmiş və oradan da yolun kənarında dayanan nömrəsini və markasını bilmədiyi 1 manatlıq taksi ilə “Koroğlu” merostansiyasına getmiş, oradan da başqa bir taksiyə minərək “Neftçilər” metrostansiyasına getmişdir. Orada olan “Lombard”a girmiş, lakin ondan həmin telefonu almadıqları üçün həmin telefonu sındıraraq metronun üstündə olan zibil qutusuna atmış, 40 manat pulu isə xərcləmişdir. Bundan başqa o, 17 iyul 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Kordioloji” sanatoriyanın çimərliyinə istirahət etmək üçün getmiş, orada olan zaman biraz çimdikdən sonra ətrafı seyr etməyə başlamış, bu zaman onun paltarının yanında olan bir ədəd qara rəngli əl çantasının olduğunu görmüş və ətrafa baxmış və həmin çantanın sahibinin dənizdə çimdiyini güman etdikdən sonra həmin çantanı götürmüş və çimərlikdən uzaqlaşaraq Bilgəh qəsəbəsində yerləşən “Zəfəran” kafesinin qarşısına getmiş və oradanda yolun kənarında dayanan nömrəsini və markasını bilmədiyi 1 manatlıq taksi ilə “Koroğlu” merostansiyasına getmişdir. O, aliment borcunu ödəmədiyi üçün axtarışda olduğundan metrodan istifadə etməmişdir ki, metroda olan zaman polislər tərəfindən tutulmasın. 1 nömrəli avtobusa minərək “Qara Qarayev” metrostansiyasına getmiş, Qarayevdən isə piyada üzü Neftçilər metrostansiyası istiqamətinə getmiş, yolda həmin oğurladığı çantanı açaraq içərisində ümumilikdə 93 manat olmaqla 01 ədəd 50 manatlıq əskinaz, 02 ədəd 20 manatlıq əskinaz və 03 ədəd 1 manatlıq əskinaz olan kağız pulları götürərək əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra o çantadan 01 ədəd qara rəngli “Samsung A 3”, 01 ədəd “İphone 6”, 01 ədəd “Samsung Galaxy A 34” və 01 ədəd “Samsung Galaxy M 14” markalı mobil telefonları götürərək həmin çantanı “Neftçilər” metrostansiyasına yaxın olan binanın qarşısındakı zibil qutusuna tullamış və həmin oğurladığı mobil telefonları “Neftçilər” metrostansiyasının üstündəki mağazalardan birində fəaliyyət göstərən telefon ustasına verərək “Samsung Galaxy A 34” və “Samsung Galaxy M 14” markalı mobil telefonların kodlarını sındırmış bundan sonra həmin mobil telefonları “Neftçilər” metrostansiyasının üstündə yerləşən “Lombard”a öz şəxsiyyət vəsiqəsi ilə hər iki mobil telefonu 230 manata vermiş, daha sonra isə həmin əldə etdiyi 230 manat pulu isə şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir.Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 03 iyul 2024-cü il tarixdə saat 10 radələrində tək istirahət etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Kardioloji” sanatoriyanın “Ay işığı” çimərliyinə getmiş, özü ilə birlikdə özünə məxsus olan qara rəngli parça materiallı əl çantasının içərisinə 40 AZN nağd pul, 01 ədəd ağ rəngli üzərində 099- ***-**-** saylı GSM mobil nömrəsi olan 128 GB yaddaşlı “İPHONE” 13 markalı mobil telefon, 01 ədəd cins şalvar, 01 ədəd qısaqol köynək və 01 cüt ayaqqabısını həmin əl çantasının içərisinə qoyaraq həmin çantanı çimərlikdəki qumun üzərinə qoymuş və dənizə çimmək üçün girmişdir. Təxminən 10-15 dəqiqə sonra o, dənizdən çıxaraq çantanı qoyduğu istiqamətə getmiş bu zaman ətrafı müşahidə etmiş və çantanın naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdiyini bildirmişdir. Bundan sonra o, orda işləyən xilasedicilərə çantasının oğurlanmasını bildirmiş, həmin xilasedicilər isə heç nə görmədiklərini dedikdən sonra onunla birlikdə videomüşahidə kamerasına baxmış bir nəfər kişi cinsindən olan şəxsin o, suya girdikdən sonra onun çantasını qoyduğu yerə yaxınlaşaraq çantanı götürərək oradan uzaqlaşdığını görmüşlər. Bundan dərhal sonra “102” zəng mərkəzinə zəng edərək baş vermiş hadisə barəsində polisə məlumat vermiş və Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gedərək ərizə və izahat yazmışdır. O, oğurluq nəticəsində ona məxsus istifadəsində olan 128 GB yaddaşlı ağ rəngli “İPHONE” 13 markalı mobil telefonu 2024-cü ilin əvvəlində Bakıxanov qəsəbəsində yerləşən “World Telecom” mağazasından kreditlə aldığı ümumi dəyəri 2020 (iki min iyirmi) manat 01 ədəd 128 GB yaddaşlı ağ rəngli "İPHONE” 13 markalı mobil telefon, dəyəri 15 (on beş) manat olan həmin telefonun üzərindəki ağ şəffaf rəngli plasmas materialdan hazırlanmış telefonu kənar zərbələrdən qoruyan qoruyucu, dəyəri 150 (yüz əlli) manat olan ***-***-**-** saylı GSM mobil nömrə, ümumi dəyəri 40 (qırx) AZN nağd pul, dəyəri 70 (yetmiş) manat olan 01 ədəd qısaqol köynək, dəyəri 90 (doxsan) manat olan 01 ədəd cins şalvar, dəyəri 110 (yüz on) manat olan 01 cüt ayaqqabı, dəyəri 30 (otuz) manat olan 01 ədəd əl çantası olmaqla ümumilikdə 2525 (iki min beş yüz iyirmi beş) manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 17 iyul 2024cü il tarixdə günorta saatlarında onun övladları Kərimli Abduləli, Şahid, qardaşı oğlu X5 və bacısının qaynı oğlu Zərərçəkmiş şəxs4 ilə birlikdə dənizə çimərliyə getməyi planlaşdırmışlar. Bu səbəbdən də o övladları ilə əlaqə saxlamaq üçün özünə məxsus olan 2023-cü ilin aprel ayında kreditlə “İrshad Telekom”dan 850 manata aldığı üzərində ***-***- **-** GSM nömrəsi olan qara rəngli “Samsung Galaxy A 34” markalı mobil telefonunu övladı Şahid, bundan başqa onun yanında olan övladı Kərimli Abduləliyə isə 100 manata aldığı üzərində ***-***-**-** GSM nömrəsi olan “İPHONE" 6 markalı mobil telefonu əlaqə saxlamaq üçün, evin kirayə pulu 225 (iki yüz iyirmi beş) manat pulu ona vermişdir. O, pulu və qeyd etdiyi mobil telefonları övladlarına verdikdən sonra onlar qohumları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Kardioloji” sanatoriyanın çimərliyinə getmişlər. Həmin gün axşam üstü onun övladları və qohumları evə geri qayıdıraq əşyalarının dənizdə oğurlandığı üçün polis şöbəsinə getdiklərini və orada ərizə yazdıqlarını bildirmişlər. O, övladlarından və qohumlarından hadisənin necə baş verdiyini soruşduqda övladları və qohumları 17 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Kardioloji” sanatoriyanın çimərliyində istirahətdə olan zaman övladı Abduləlinin üzərində olan balaca əl çantasının içərinə qoyduqları ona məxsus olan üzərində ***-***-**-** GSM nömrəsi olan qara rəngli “Samsung Galaxy A 34” markalı, üzərində ***-***-**-** GSM nömrəsi olan “¡PHONE 6 markalı mobil telefon, qohumları Zərərçəkmiş şəxs4 “Samsung Galaxy A 3” , Dadaşov Həsərətdə isə “Samsung Galaxy M 14” markalı mobil telefonların və ümumilkdə isə 500 manat pullarının oğurlandığını bildirmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona kreditlə aldığı ümumi dəyəri 850 (səkkiz yüz əlli) manat 01 ədəd “Samsung Galaxy A 34 markalı mobil telefonun üzərində olan dəyəri 10 (on) manat olan ***-***-**-** GSM nömrəsi, dəyəri 10 (on) manat olan həmin telefonun üzərindəki plasmas materialdan hazırlanmış telefonu kənar zərbələrdən qoruyan qoruyucu, dəyəri 100 (yüz) manat olan “İPHONE" 6 markalı mobil telefon və həmin telefonun üzərində olan dəyəri 10 (on) manat olan ***-***-**-** GSM nömrəsi, 225 (iki yüz iyirmi beş) AZN nağd pul və dəyəri 15 (on beş) manat olan qara rəngli əl çantası olmaqla ümumilikdə 1220 (bir min iki yüz iyirmi) manat maddi ziyan vurulduğunu bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi X7 məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs şikayəti yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə istintaqının keçirilməsini mümkün hesab edərək onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Neftçala peşə məktəbində “qida və qeyri qida” ixtisası üzrə təhsil alır. 16 iyul 2024-cü il tarixdə günorta saatlarında o, Bakı şəhərində yaşayan bibisi X3gilə qonaq gəlmişdir. 17 iyul 2024-cü il tarixdə o, bibisi oğlu X4, Şahid Nazim oğlu və qohumu Zərərçəkmiş şəxs4 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Kardioloji” çimərliyə istirahət üçün getmişlər. O, qohumları ilə birlikdə üzərlərində olan əşyalarını və mobil telefonlarını bibisi oğlu Kərimli Abduləliyə məxsus olan əl çanatasına qoymaq və dənizdə çimmək qərarına gəldikdən sonra o, özünə məxsus olan üzərində ***-***-**-** GSM nömrəsi olan göy rəngli “Samsung Galaxy M 14” maraklı mobil telefonu və 75 manat nağd pulu Abduləlinin çantasına qoymuşdur. Ona məxsus olan atasının ona kreditlə aldığı 570 manata “Samsung Galaxy M 14” maraklı mobil telefon həmin telefonun üzərində 10 manat dəyəri olan ***-***-**-** GSM nömrəsi və 75 manat nağd pul olmuşdur. O, qohumları ilə bir qədər çimdikdən sonra əl çantasını qoyduqları yerə qaytdıqda həmin əl çanatasının yerində olmadığını görmüş və bu barədə polisə məlumat vermişlər. Həmçinin o qeyd etmişdir ki, onunla birlikdə olan qohumları Şahid məxsus “Samsung Galaxy A 34” markalı mobil telefon, Kərimli Abduləlinin “İPHONE” 6 markalı mobil telefonu və 225 (iki yüz iyirmi beş) manat nağd pul, Zərərçəkmiş şəxs4 isə “Samsung A 3” markalı mobil telefon və 200 manat nağd pul həmin əl çantasında olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona 655 (altı yüz əlli beş) manat maddi ziyan vurulmuşdur.O, əlavə olaraq istintaqa verdiyi ifadəsində göstərmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 655 (altı yüz əlli beş) manat dəyərində maddi ziyan dəymiş və ona dəymiş ziyanın 655 (altı yüz əlli beş) manat dəyərində olmasını istintaqın sonrakı mərhələsində nəzərə alınmasını xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 10 iyul 2024-cü il tarixdə hərbi xidmətdən məzuniyyətə gəlmişdir. 17 iyul 2024-cü il tarixdə saat 10 radələrində o, qohumları Kərimli Abduləli onun qardaşı Mehman və X5 ilə birlikdə dənizə çimərliyə getmək qərarına gəlmişlər. Bundan sonra o, həmin qohumları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Kardioloji” sanatoriyanın çimərliyinə getmişlər. Onlar günorta saatlarında dənizə çatdıqda onun üzərində olan özünə məxsus 01 ədəd dəyəri 150 (yüz əlli) manat “Samsung Galaxy A 3” markalı mobil telefon, həmin telefonun üzərində olan dəyəri 15 (on beş) manat ***-***-**-** saylı GSM mobil nömrə, dəyəri 120 (yüz iyirmi) manat olan telefon üçün simsiz qulaqcıq və 225 (iki yüz iyirmi beş) manat nağd pulunu və qohumları “Samsung Galaxy A 34”, “İPHONE” 6, “Samsung Galaxy M 14” markalı mobil telefonları, məbləğini dəqiq xatırlamadığı pulları və başqa əşyaları qohumu Abduləlinin üzərində olan balaca əl çantasının içərisinə qoyaraq, həmin çantanı da çimərlikdəki qumun üzərinə qoymuş və dənizə çimməyə getmişlər. Onlar xeyli vaxt çimib çıxdıqdan sonra əl çantasını qoyduqları yerə gəlib baxdıqda onu aşkar etməmiş, ətrafı seyr etdikdən sonra onların oğurlandığını başa düşdükləri üçün polisə məlumat vermişlər. Oğurluq nəticəsində ona məxsus 01 ədəd dəyəri 150 (yüz əlli) manat “Samsung Galaxy A 3” markalı mobil telefon, həmin telefonun üzərində olan dəyəri 15 (on beş) manat ***-***-**-** saylı GSM mobil nömrə, dəyəri 120 (yüz iyirmi) manat olan telefon üçün simsiz qulaqcıq və 225 (iki yüz iyirmi beş) manat nağd pul olmaqla ümumilikdə 510 manat maddi ziyan vurulduğunu bildirmişdir. İş üzrə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 17 iyul 2024-cü il tarixdə saat 10 radələrində o, qardaşı Kərimli Abduləli, dayısı oğlu X5 və qohumu Zərərçəkmiş şəxs4 ilə birlikdə dənizə çimərliyə getmək qərarına gəlməkləri barədə anası Mehribana bildirdikdə anası əvvəlcə onlara icazə verməmiş, daha sonra isə onlara getmək üçün icazə vermişdir. Bundan sonra o, qohumları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Kardioloji” sanatoriyanın çimərliyinə getmişlər. Onlar günorta saatlarında dənizə çatdıqda üzərlərində olan əşyaları qardaşı Abduləlinin üzərində olan balaca əl çantasının içərisinə anasına məxsus olan 02 ədəd mobil telefonları müvəqqəti olaraq əlaqə saxlamaq üçün ona verdiyi qara rəngli “Samsung Galaxy A 34” markalı mobil telefonu və qardaşı Abduləliyə isə “İPHONE” 6 markalı mobil telefonu, bundan başqa qardaşının üzərində olan anasına məxsus evin kirayə pulu 225 (iki yüz iyirmi beş) manat pulu, qohumu Həsrətə məxsus “Samsung Galaxy M 14” markalı mobil telefonu və məbləğini bilmədiyi pulu, qohumu Ülvinin üzərində olan məbləğini bilmədiyi pulu, qara rəngli 01 ədəd “Samsung A 3” markalı mobil telefonu və yadında qalmayan digər əşyaları qoyaraq, həmin çantanı çimərlikdəki qumun üzərinə qoyduqdan sonra dənizə çimməyə getdiklərini, xeyli vaxt çimib çıxdıqdan sonra əl çantasını qoyduqları yerə gəlib baxdıqda onu aşkar etmədiklərini, bir qədər ətrafı seyr etdikdən sonra isə onların oğurlandığını başa düşdükdən sonra bu barədə polisə məlumat verdiyiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 17 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Kardioloji” sanatoriyanın çimərliyinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 15-17); Baxışın keçirilməsi və maddi sübutun götürülməsi barədə 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş ƏAT nəticəsində xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu Bilgəh qəsəbəsi çimərlikdə Zərərçəkmiş şəxs4, X2 və Zərərçəkmiş şəxs3 məxsus mobil telefonları oğurlamaqda şübhəli bilinən xx.xx.1992-ci il tarixdə Fizuli rayonunda anadan olmuş, azərbaycanlı, orta təhsilli, Beyləqan rayonu Mir qəsəbəsində qeydiyyatda olan və Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yaşayan vət. Təqsirləndirilən şəxs oğurladığı mobil telefonları Nizami Neftçilər metrostansiyası yaxınlıqda yerləşən lombarda zamin olaraq qoyduğunu bildirmişdir. Həmin lombartda iki ədəd Samsung Galaxy markalı mobil telefonlar maddi sübut kimi götürülmüşdür. Samsung markalı mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən hal şahidlərinin iştirakı ilə qablaşdırılmış, foto şəkili Samsung markalı foto aparatla və protokola əlavə edildi (i.v.24); 30 iyul 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(i.v.47); hadisə yerinə baxış keçirilməsi haqqında 30 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Kardioloji” sanatoriyanın çimərliyinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 64-66); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir (i.v.77-78); ifadənin yerində yoxlanılması haqqında 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, istintaqa vermiş olduğu ifadəsini bir daha təsdiq etmişdir (i.v.101-105); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-463/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.111-113); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən, hökmün surətindən görünür ki, Qurbanov X1 RPİ tərəfindən xx.xx.2011-ci ildə Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş xx.xx.2011-ci ildə Azərbaycan Respublikası CPMnin 40.2.3 maddəsinə əsasən xitam edilmişdir. Nərimanov RPİ tərəfindən xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələri ilə təqsirli bilinmiş və xx.xx.2014-cü ildə AR CPM-nin 40.2.1-ci maddəsi ilə xitam edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 10 ay 13 gün hissəsi şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır (i.v.114-115); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-592/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay müddətinə, 30 oktyabr 2024-cü tarixədək uzadılmışdır (i.v.134-137); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-662/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətinə, 30 dekabr 2024-cü tarixədək uzadılmışdır (i.v.149); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli 9/6823 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil olan aksesuarlarının olmaması və istifadədə olması nəzərə alınmaqla “Samsung Galaxy A 34” markalı mobil telefonun 01 ədədinin 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti 300 manat, “Samsung Galaxy M 14” markalı mobil telefonun 01 ədədinin 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti isə 230 manat dəyərində müəyyən olunur (i.v.213-215); Sübutların qiymətləndirilməsi haqqında 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə 01 ədəd “Samsung Galaxy A 34” və “Samsung Galaxy M 14” markalı mobil telefonlar sübut kimi tanınmışdır (i.v.244-251); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 “Samsung Galaxy A 34” markalı mobil telefonu təhvil almışdır(i.v.266); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X6 “Samsung Galaxy M14” markalı mobil telefonu təhvil almışdır(i.v.267); Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə ilk növbədə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın ikinci epizoduna görə o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Kardioloji” sanatoriyanın çimərliyinə istirahətdə olan Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd dəyəri 150 (yüz əlli) manat “Samsung Galaxy A 3” markalı mobil telefon, həmin telefonun üzərində olan dəyəri 15 (on beş) manat 099-878- 87-79 saylı GSM mobil nömrə, dəyəri 120 (yüz iyirmi) manat olan telefon üçün simsiz qulaqcıq və 225 (iki yüz iyirmi beş) manat nağd pul, Zərərçəkmiş şəxs2 məxsus dəyəri 850 (səkkiz yüz əlli) manat 01 ədəd “Samsung Galaxy A 34” markalı mobil telefon, dəyəri 10 (on) manat olan ***-***-**-** GSM nömrə, dəyəri 10 (on) manat olan həmin telefonun üzərindəki plasmas materialdan hazırlanmış telefonu kənar zərbələrdən qoruyan qoruyucu, dəyəri 100 (yüz) manat olan “İPHONE” 6 markalı mobil telefon, həmin telefonun üzərində olan dəyəri 10 (on) manat olan ***-***-**-** GSM nömrə, 225 (iki yüz iyirmi beş) manat nağd pul və dəyəri 15 (on beş) manat olan qara rəngli əl çantası, Zərərçəkmiş şəxs3 məxsus dəyəri 570 (beş yüz yetmiş) manat olan “Samsung Galaxy M 14” markalı mobil telefon, həmin telefonun üzərində olan dəyəri 10 manat olan ***-***-**-** saylı GSM nömrə və 75 (yetmiş beş) manat nağd pulların çimərlikdəki qumun üzərinə qoyduğu bir ədəd əl çantasını gizli olaraq talamaqla vahid niyyətlə zərərçəkmiş Zərərçəkmiş şəxs2 qızma 1220 (bir min iki yüz iyirmi) manat, zərərçəkmiş Zərərçəkmiş şəxs4 510 (beş yüz on) manat və zərərçəkmiş Zərərçəkmiş şəxs3 655 (altı yüz əlli beş) manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli 9/6823 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil olan aksesuarlarının olmaması və istifadədə olması nəzərə alınmaqla “Samsung Galaxy A 34” markalı mobil telefonun 01 ədədinin 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti 300 manat, “Samsung Galaxy M 14” markalı mobil telefonun 01 ədədinin 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti isə 230 manat dəyərində müəyyən olunur. Göründüyü kimi, istintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 (850+10+10+100+10+225+15manat) ümumilikdə 1220 manat ziyan vurmaqla oğurluq etdiyini qeyd etmiş və zərərçəkmiş şəxsin ifadəsini daha mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, istintaq orqanı tərəfindən təyin edilmiş və müvafiq qərara əsasən əldə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 9/6823 saylı 16 sentyabr 2024-cü il tarixli ekspert rəyində təqdim edilmiş 01 ədəd “Samsung Galaxy A 34” markalı mobil telefonun orta bazar qiyməti 300 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına daha uyğun gəldiyindən daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Eyni zamanda, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs3(570+10+75manat) ümumilikdə 655 manat ziyan vurmaqla oğurluq etdiyini qeyd etmiş və zərərçəkmiş şəxsin ifadəsini daha mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, istintaq orqanı tərəfindən təyin edilmiş və müvafiq qərara əsasən əldə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 9/6823 saylı 16 sentyabr 2024-cü il tarixli ekspert rəyində təqdim edilmiş 01 ədəd “Samsung Galaxy M 14” markalı mobil telefonun orta bazar qiyməti 230 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına daha uyğun gəldiyindən daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, sözügedən epizod üzrə ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanın miqdarının(300+10+10+100+10+225+15manat) ümumilkdə 670 (altı yüz yetmiş) manat olması, Zərərçəkmiş şəxs3 vurduğu maddi ziyanın miqdarının(230+10+75manat) ümumilkdə 315(üç yüz on beş) manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanın miqdarının 670 (altı yüz yetmiş) manat olması, Zərərçəkmiş şəxs3 vurduğu maddi ziyanın miqdarının 315(üç yüz on beş) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı həmin epizod üzrə irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanı qismən ödəməsini(CM-59.1.13) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli(CM-65.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.3), iş üzrə maddi sübutlar - 01 ədəd “Samsung Galaxy A 34” markalı mobil telefon Zərərçəkmiş şəxs2 və 01 ədəd “Samsung Galaxy M 14” markalı mobil telefon Zərərçəkmiş şəxs3 saxlanılması üçün verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar- 01 ədəd “Samsung Galaxy A 34” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 və 01 ədəd “Samsung Galaxy M 14” markalı mobil telefonun Zərərçəkmiş şəxs3 saxlanılması üçün verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-100/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-100/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver