Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-1000/2023 22.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçinın, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,250 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və 26 yanvar 2023-cü il tarixdə, saat 18:00 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları əfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində özünü şübhəli aparması səbəbindən saxlanılaraq gətirildiyi 14-cü PB-də onun üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sol yan cibindən 5 ədəd şəffaf sellofan ümlərində 0,349 qr, 0,304 qr, 0,191 qr, 0,204 qr, 0,202 qr, ümimi təmiz çəkisi 1,250 qram qəhvəyi rəngli maddələr-kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən cinayətin işinin istintaqı zamanı kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı yazılı vəsatət təqdim edərək cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini və Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X1 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmənin əks olunduğu videoçəkilişdən görünür ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs 05 ədəd bükümü əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxardıb təqdim edir. Lakin iş üzrə tərtib edilmiş sənədlərdə - məhkəmə-kimyəvi ekspertizası təyin edilməsi haqqında qərarda, cinayət işinin başlanması haqqında qərarda, şübhəli şəxs qismində dindirmə protokolunda, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında, təqsirləndirilən şəxs qismində dindirmə protokolunda, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət və təqdimatda, maddi sübut kimi tanıma haqqında qərarda, şahid ifadələrində, sübutların qiymətləndirilməsi haqqında qərarda və nəhayət ittiham aktının giriş və nəticəvi hissələrində 05 ədəd büküm narkotik vasitənin Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən aşkar edilməsi göstərilmişdir. Bundan başqa, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında və ittiham aktında səciyyələndirlən hallarda təqsirləndirilən şəxsin doğum tarixi səhv göstərilmişdir. Belə ki, iş materiallarına edilmiş AA******* nömrəli şəxsiyyəti vəsiqəsinin surətindən və məhkumluğa dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1983cü il tarixdə doğulmuşdur. CPM-in 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Lakin müstəntiq tərəfindən yuxarıda sadalanan qərarda və ittiham aktında təqsirləndirilən şəxsin doğum tarixi xx.xx.1983-cü il kimi göstərilmişdir. Bundan əlavə, ittiham aktında məhkəmə-narkoloji rəyin işin 100-101 vərəqələrində olması göstərilsə də, əslində rəy işin 103-105-ci vərəqlərdə sıralanmışdır. Azərbaycan Respublikası CPM-in 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Eləcə də məhkəməyə çağırılacaq şəxslərin siyahısında təqsirləndirilən şəxs və şahidlərin ad və soyadları qeyd olunsa da, onların ifadələri olan işin vərəqələrini göstərməmişdir. CPM-in 289.7-ci maddəsinə əsasən ittiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda müstəntiq çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir. Həmçinin iş materiallarından görünür ki, iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. Həmin Məcəllənin 53.3.4-cü maddəsinə əsasən qeyd olunan Məcələnin 53.1.4-cü maddəsində nəzərdə tutulmuş halda cinayət təqibinin dayandırılmasına əsas verən, müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi olduqda cinayət təqibi üzrə icraat aşağıdakılara riayət edilməklə dayandırıla bilər. Beləliklə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin keçirilməsini əks etdirən videçəkilişdən açıq-aşkar sonuncunun 05 ədəd bükümü sağ yan cibindən çıxardıb təqdim etməsi görünsə də, müstəntiq qəbul etdiyi prosessual qərarlarda və tərtib etdiyi ittiham aktında narkotik vasitənin təqsirləndirilən şəxsin əynində olan şalvarının sol yan cbindən aşkar edilməsi kimi sənədləşdirmişdir. Bununla da, müstəntiq tərəfindən qanunun tələbinə əməl edilməyərək prosessual pozuntuya yol verilmişdir ki, tərtib edilmiş ittiham aktı Azərbaycan Respublikası CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular olduğundan aradan qaldırılması mümkün deyildir. Məhkəmə cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatəti nəzərə alaraq, verilmiş vəsatətin təmin edilməsinə etiraz etməyən təqsirləndirilən şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən diskdə olan görüntülərdən açıq-aydın görünür ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs 05 ədəd bükümü əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxararıb təqdim edərək həmin bükümlərdə kakos adlanan narkotik vasitənin olduğunu bildirir. Həmçinin, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 yanvar 2023-cü il tarixli protokolda da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən 05 ədəd şəffaf sellofanda olan bükümləri təqdim etməsi göstərilmişdir (i.v.26-27). Lakin həmin vərəqədən sonra işə əlavə edilmiş bütün sənədlərdə- məhkəmə-kimyəvi ekspertizası təyin edilməsi haqqında qərarda, cinayət işinin başlanması haqqında qərarda, şübhəli şəxs qismində dindirmə protokolunda, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında, təqsirləndirilən şəxs qismində dindirmə protokolunda, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət və təqdimatda, maddi sübut kimi tanıma haqqında qərarda, şahidlərin ifadələrində, sübutların qiymətləndirilməsi haqqında qərarda və ən nəhayət ittiham aktının giriş və nəticəvi hissələrində Təqsirləndirilən şəxs içərisində narkotik vasitə geroin olan 05 ədəd şəffaf sellofan bükümləri əynindəki qara rəngli şalvarının sol yan cibindən aşkar edilərək götürülməsi göstərilmişdir. Azərbaycan Respublikası CPM-in 223.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Həmin Məcəllənin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Bununla yanaşı, iş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 yanvar 2023-cü il tarixli qərarda, “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərarda, ən önəmlisi isə ittham aktında təqsirləndirilən şəxsin doğum tarixi yanlış göstərilmişdir. Belə ki, iş materiallarına edilmiş AA******* nömrəli şəxsiyyəti vəsiqəsinin surətindən və məhkumluğa dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1983-cü il təvəllüdlüdür. Lakin müstəntiq tərəfindən yuxarıda sadalanan qərarlarda və ittiham aktında təqsirləndirilən şəxsin doğum tarixi xx.xx.1983-cü il kimi göstərilmişdir. Azərbaycan Respublikası CPM-in 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Bununla yanaşı, ittiham aktında məhkəmə-narkoloji rəyin işin 100-101 vərəqələrində olması göstərilsə də, cinayət işinin materiallarından görünür ki, həmin rəy cinayət işinin 103- 105-ci vərəqələrindədir. Azərbaycan Respublikası CPM-in 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Həmçinin, ittiham aktına əlavə edilmiş məhkəməyə çağırılacaq şəxslərin siyahısında təqsirləndirilən şəxs və şahidlərin ad və soyadları qeyd olunsa da, onların ifadələri olan işin vərəqələri göstərilməmişdir. Azərbaycan Respublikası CPM-in 289.7-ci maddəsinə əsasən ittiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda müstəntiq çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir. Göstərilən bu hallar məhkəməyə təqdim edilmiş ittiham aktının tərtib edilmiş Azərbaycan Respublikası CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmamasına dəlalət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verildikdə (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları və dövlət ittihamçısının vəsatətində göstərdiyi dəlilləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı AR CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxs cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, məhkəmə baxışının normal gedişinə mane olmaq, məhkəmə çağırışlarına üzrlü səbəb olmadan gəlməmək və cəmiyyət üçün təhlükə yaratmaq ehtimalları müəyyən olunmadığından, habelə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasına dair hallar mövcud olmadığından məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Məhkəməyədək icraat zamanı AR CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 barəsində ayrıca xüsusi qərar çıxarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-1000/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-1000/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver