Məhkəmə qərarları › İş №1(008)-1003/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-1003/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-1003/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Mehdi Naghiloonun, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Beylaqan rayonu Eyvazlılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, işləməyən, Beyləqan rayonu Eyvazlılar kəndində qeydiyyatda olan, Bakı şəhəri Biləcəri qəsəbəsi Natavan küçəsi ev 12-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə saat 22:20 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz olan «Toyota Prius» markalı, **-HA- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Şəhər şossesi ilə üzü Mərkəz istiqamətində 60-70 kilometr sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin 1.3 xəttini kəsib keçmək qadağandır kimi tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək həmin qanunun tələbini kobud surətdə pozub «Sabunçu keçidi» adlanan ərazidə onunla eyni istiqamətdə hərəkətdə olan Şahid2 etibarnamə əsasında idarə etdiyi "xxxx" şirkətinə məxsus olan «BCM» markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusu ötmək məqsədi ilə idarə etdiyi avtomobili sola doğru istiqamətləndirmiş avtomobilin sürətini və məsafəni düz hesablaya bilmədiyinə görə 1.3 xəttini kəsib yolun əks istiqamətinə çıxmaqla avtomobilin ön hissəsi ilə qoşa xəttin üzərində quraşdırılmış beton maneəyə dəyib yerindən tərpədərək beton plitəsini yolun əks istiqamətinə tullaması, yolun əks istiqamətində saatda 50 kilometr sürətlə hərəkətdə olan «Yamaha» 99 E 148 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Naghiloo Mehdinin həmin motosikletlə yolun hərəkət hissəsinə düşmüş beton plitə ilə toqquşması nəticəsində Naghiloo Mehdiyə sol ayağın birinci barmağının falanqalararası oynaq baslarının qopmuş qapalı sınıqları, sol əlin və sol aşıq-baldır oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ təpə, sol baldır və hər iki diz nahiyələrinin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, icarəyə «Toyota Prius» markalı avtomobili götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən bir ay olardı ki, o X3 məxsus olan «Toyota Prius» markalı ** HA *** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında icarəyə götürüb sürür. Şifahi razılıq əsasında o gündəlik qazancının 25-30 faizini həmin avtomobilin sahibi Şirazi Kazımovun tanışı Sahil Mamedova verməli idi. 07 iyun 2023-cü il tarixdə saat 22.20 radələrində o idarə etdiyi «Toyota Prius» markalı ** HA *** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri Şəhər şossesi ilə üzü şəhərin mərkəzi istiqamətinə saatda 60-70 kilometr sürətlə idarə etmişdir. Avtomobildə o tək olmuş, yük olmamışdır. Qarşısında onunla eyni istiqamətdə "xxxx" şirkətinə məxsus olan avtobus hərəkət etmiş, həmin avtobus yolun 2-ci və 3-cü zolaqların ortası ilə şəhərin mərkəzi istiqamətində hərəkət edəndə o avtobusu ötmə məqsədi ilə avtomobilini sol tərəfə istiqamətdəndirmiş və avtomobilin sol tərəfi qoşa xəttinə, yolun əks istiqamətinə keçmişdir. Həmin vaxtı qarşıda qoşa xəttin üzərində beton plitələri quraşdırılmışdır və o sürətini və hərəkətini düz hesablaya bilmədiyinə görə avtomobilinin qabağ sol tərəfi ilə beton plitəsinə dəymişdir. Həmin zərbə nəticəsində dəydiyi beton plitəsini yolun əks istiqamətinə tullamış, avtomobilinin idarə etməsini itirdiyinə görə avtomobili yerində fırlanmış və avtomobilin arxa sağ tərəfi yolun ortası ilə onunla eyni istiqamətdə hərəkət edən "xxxx" şirkətinə məxsus olan «BMC» markalı **-JZ- *** dövlət nömrə nişanlı 163 saylı marşrut avtobusun arxa sol tərəfinə dəymişdir. Beton plitəsinin yolun əks istiqamətinə çıxmağı nəticəsində yolun əks istiqamətində, şəhərin mərkəzi tərəfindən Zabrat qəsəbəsi istiqamətinə hərəkət edən «Hyundai Elantra» markalı **-EH-*** dövlət nömrə nişanlı avomobilin sol yan hissəsi həmin beton plitəsinə dəymişdir. Həmçinin «Hyunday Elantra» markalı avtomobillə eyni istiqamətdə hərəkət edən 99-E-148 dövlət nömrə nişanlı «Yamaha» markalı motosiklin sürücüsü sonradan adını bildiyi İran İslam Respublikasının vətəndaşı Naghiloo Mehdi idarə etdiyi motosiklla həmin beton plitsəsinə dəyib bədən xəsarətlərini almışdır. Həmin hadisə nəticəsində o özüdə bədən xəsarətlərini aldığına görə 3 saylı şəhər kliniki xəstəxanasına müraciət etmişdir. X6 tələb etdiyi ziyanı ödəyə bilmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Mehdi Naghiloo ifadəsində göstərdi ki, İran İslam Respublikasının vətəndaşı olsada milliyətcə azərbaycanlıdır, təhsilini fars dilində alsada azərbaycan dilini də sərbəst bilir, latın əlifbası ilə yazıb oxumağı bacarır, tərcüməçiyə ehtiyacı yoxdur. Təxminən 6 ildir ki, o Azərbaycan Respublikasına köçmüşdür və burada yaşayır. Bakıda o "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. 2023-cü ilin may ayında o, «Yamaha» markalı 99-E-148 dövlət nömrə nişanlı motosiklı alıb həmir motosiklı idarə edir. Motosikl onun özünə məxsusdur, motosiklı baş etibarnamə əsasında idarə edir. 07 iyun 2023-cü il tarixdə saat 22:20 radələrində o, idarə etdiyi «Yamaha» markalı 99-E- 148 dövlət nömrə nişanlı motosiklla Sabunçu rayonu Şəhər şossesi şəhərin mərkəzi istiqamətindən üzü Zabrat qəsəbəsi istiqamətində saatda 50 kilometr sürətlə hərəkət edirdi. İdarə etdiyi yol üç zolaqlı olmuşdur, yolun əks istiqamətindədə avtomobillər şəhərin mərkəzi istiqamətində hərəkət edirdilər. Hər iki yolu qoşa xəttinin üzərində beton plitələr quraşdırılmışdır. O motosiklla saatda 50 kilometr sürətlə hərəkətdə olduğu zamanı qəflətən yolun əks istiqamətində hərəkət edən «Toyota Prius» markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobil onun yoluna çıxaraq qabağ hissəsi ilə yolun ortasında qoşa xəttin üzərində quraşdırılmış beton plitəsinə dəymiş və betonu yoluna tullamış, o da idarə etdiyi motosiklla həmin betona plitəsinə dəymiş və nəticədə bədən xəsarətini almışdır. Bundan başqa onunla eyni istiqamətdə hərəkət edən «Hyundai Elantra» markalı **-EH-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi kimi Şahid1 idarə etdiyi avtomobilin sol yan hissəsi ilə həmin beton plitəsinə dəymiş və avtomobilini zədələmişdir. Həmin vaxtı «Toyota Prius» markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi kimi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin idarə etməsini itirərək arxa hissəsi ilə onunla eyni istiqamətində hərəkət edən "xxxx" şirkətinə məxsus olan avtobusun arxa hissəsinə dəymişdir. Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobili ilə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində o bədən xəsarətləri almış, həmin vaxtı hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri onu xəstəxanaya aparmışlar.O müalicəsi üçün xərc çəkmişdir, ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb edir, bu müddət ərzində onunla maraqlanmamışlar, ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hal hazırda o, "xxxx" MMC-də sürücü işləyir. Həmin şirkətə məxsus olan «BMC» markalı **-JZ-*** dövlət nömrə nişanlı avtobusu yol vərəqəsi əsasında idarə edir. Həmin avtobus 163 saylı marşrut xətti üzrə hərəkət edir. 07 iyun 2023-cü il tarixdə saat 22.20 radələrində o idarə etdiyi «BCM» markalı 99-JZ- 369 dövlət nömrə nişanlı avtobusla Sabunçu rayonu Şəhər şosessi ilə Zabrat qəsəbəsi istiqamətindən şəhərin mərkəzi tərəfinə təxminən saatda 40 kilometr sürətlə hərəkət edirdi. Hərəkət etdiy yol üç zolaqlı olmuşdur, yolun əks istiqamətində də avtomobillər şəhərin mərkəzi tərəfindən Zabrat qəsəbəsi istiqamətində hərəkət edirdilər. Hər iki yolu qoşa xəttinin üzərində beton plitələr quraşdırılmışdır. O yolun orta zolağı ilə hərəkət edirdi. Sabunçu keçidinə çatanda o avtobusun arxa hissəsində möhkəm «taqqıldı» səsini və zərbəni hiss etmiş və dərhal avtobusu saxlamışdır. Avtobusdan düşəndə o görmüşdür ki, onunla eyni istiqamətində arxası ilə «Toyota Prius» markalı 77-HA- 480 dövlət nömrə nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi kimi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili ilə yolun əks istiqamətinə çıxaraq avtomobilin qabağ hissəsi ilə yolun ortasında qoşa xəttin üzərində quraşdırılmış beton plitəsinə dəymiş və beton plitəsini yolun əks istiqamətinə tullamışdır, nəticədə yolun əks istiqamətində, yəni şəhərin mərkəzi tərəfindən Zabrat qəsəbəsi istiqamətinə hərəkət edən «Yamaha» markalı 99-E-148 dövlət nömrə nişanlı motosiklın sürücüsü sonradan adını bildiyi kimi Mehdi Naghiloo idarə etdiyi motosiklla həmin beton plitəsinə çırpılmış və nəticədə bədən xəsarətlərini almışdır. Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı avtomobilin qabağ hissəsi ilə yolun ortasında qoşa xəttin üzərində quraşdırılmış beton plitəsinə dəyən zaman, həmin zərbə nəticəsində onun avtomobili fırlanıb arxa tərəfi onun idarə etdiyi avtobusun arxa tərəfinə dəymişdir. Bundan əlavə olaraq yolun əks istiqamətində şəhərin mərkəzi tərəfindən Zabrat qəsəbəsi istiqamətinə motosiklın sürücüsü Mehdi Nahgilloo ilə eyni istiqamətdə hərəkət edən «Hyundai Elantra» markalı **-EH-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi kimi Şahid1 idarə etdiyi avtomobilin sol yan alt hissəsi ilə onun qarşısına tullanılan beton plitəsinə dəymişdir. Həmin vaxtı hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimləri gəlib xəsarət alan motosiklın sürücüsü Mehdi Nagiloonu xəstəxanaya aparmışlar. Hadisə yerinə həmçinin polis əməkdaşlarıda gəlmişlər. Həmin vaxtı avtobusda təxminən 3-4 nəfər sərnişin olmuşdur. Hadisə nəticəsində avtobusda olan sərnişinlər bədən xəsarətləri almamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, «Hyunday Elantra» markalı **-EH-*** dövlət nömrə nişanlı avtomobili baş etibarnamə əsasında idarə edir, həmin avtomobil onun özünə məxsusdur. 07 iyun 2023-cü il tarixdə saat 22.20 radələıində o idarə etdiyi «Hyunday Elantra» markalı **-EH-*** dövlət nömrə nişanlı avtomobili ilə Sabunçu rayonu Şəhər şosessi ilə şəhərin mərkəzi istiqamətindən üzü Zabrat qəsəbəsi istiqamətində təxminən saatda 40 kilometr sürətlə hərəkət edirdi, idarə etdiyi yol üç zolaqlı olmuşdur, yolun əks istiqamətində də avtomobillər şəhərin mərkəzi istiqamətində hərəkət etmişlər. Hər iki yolu qoşa xəttinin üzərində beton plitələr quraşdırılmışdır. O yolun orta zolağı ilə hərəkət etmişdir. Ondan sol tərəfdə «Yamaha» markalı 99-E-148 dövlət nömrə nişanlı motosiklın sürücüsü sonradan adını bildiyi İran İslam Respublikasının vətəndaşı Naghiloo Mehdi motosiklını onunla eyni istiqamətdə idarə edirdi. O hərəkətdə olduğu zamanı qəflətən yolun əks istiqamətində hərəkət edən «Toyota Prius» markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi Quluzadə X4 yoluna çıxaraq qabaq hissəsi ilə yolun ortasında qoşa xəttin üzərində quraşdırılmış beton plitəsinə dəymiş və betonu onun və Mehdinin yoluna tullamış, beton plitəsini yoluna tulladığına görə o avtomobilini sağ tərəfə qaçırtmış və avtomobilin aşağı sol tərəfi həmin beton plitəsinə dəymişdir. O, həmin hadisə nəticəsində heç bir bədən xəsarətləri almamış, lakin avitomobili cüzi zədələnmişdir. Mehdi isə idarə etdiyi «Yamaha» markalı motosiklla beton plitəsinin ortasına dəymiş və motosikldan bir neçə metr havaya qalxıb yerə düşmüş, nəticədə o bədən xəsarətləri almışdır. Həmin vaxtı «Toyota Prius» markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi kimi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin idarə etməsini itirərək arxa hissəsi ilə onunla eyni istiqamətində hərəkət edən "xxxx" şirkətinə məxsus olan avtobusun arxa hissəsinə dəymişdir. Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobili ilə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində «Yamaha» markalı 99-E- 148 dövlət nömrə nişanlı motosiklın sürücüsü Mehdi Naghiloo bədən xəsarətlərini almışdır, həmin vaxtı da hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri Mehdini xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 07 iyun 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri Sabunçu rayonu Şəhər şosessi Zabrat qəsəbəsi istiqamətindən şəhərin mərkəzi tərəfə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 4-12); «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə olan 2/17916 nömrəli xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 13); xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs “TOYOTA PRİUS” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixədək idarə etmək hüququ verilmişdir(i.v.35); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Ağcabədi RQİTBŞ tərəfindən xx.xx.2023-cü il tarixdə 10 il müddətinə «B1, B, C1, C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir (i.v.36); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 13 iyun 2023-cü il tarixli, 1313 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol körpücük nahiyəsinin qançırı müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir (i.v. 39-40); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 20 iyun 2023-cü il tarixli, 1275 saylı rəyindən görünür ki, vətəndaş X1 ayağın birinci barmağının falanqalarası oynaq başlarının qopmuş sınıqları; sol əlin və sol aşıq-baldır oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları; sağ təpə, sol baldır və hər iki diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir (i.v.41-43); Video yazıya baxış keçirilməsi haqqında 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, “Toyota Prius” markalı avtomobil hərəkətdə olan "xxxx" MMC-yə məxsus olan “BCM” markalı **-JZ-*** dövlət nömrə nişanlı avtobusu ötmə əməliyyatını həyata keçirmək üçün yolun əks istiqamətinə çıxıb qoşa xətti tapdalayaraq avtomobilin qabaq hissəsi ilə yolun ortasında quraşdırılmış beton plitəsinə dəyib beton plitəsini yolun əks istiqamətinə tullamış, yolun əks istiqamətində hərəkət edən motosikl həmin betona çırpılmışdır (i.v.57); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.58); İfadənin yerində yoxlanılması, axtarış və götürmə aparılması barədə 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən hadisənin baş vermə şəraitini əyani surətdə təsvir edərək ifadəsində göstərilmiş xüsusatları təsdiq etmişdir(i.v.84-86); Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN-nin BDYPİ Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə(xx.xx.2033-cü il tarixədək etibarlı olan) BD 90724 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır(i.v.92); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 13 oktyabr 2023-cü il tarixli, 8/3035 saylı rəyindən görünür ki, 1. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Toyota Prius» markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol Hərəkəti haqqında» Azərbaycan Respubloikasının Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. İstintaq tərəfindən göstərilən şəraitdə «Hyundai Elantra» markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzüm yoxdur.

3. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «BMC» markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir.

4. İstintaq tərəfindən göstərilən şəraitdə «Yamaha» markalı 99-E-148 dövlət nömrə nişanlı motosikletin sürücüsü Naghiloo Mehdinin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzüm yoxdur (i.v.94-98); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.122-123); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını nəzərə alır və CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 128(yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar