Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-1011/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, hazırda Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1,390 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən “Lider” marketin yaxınlığınadək daşımış, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Sabunçu RPİ NMB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Sabunçu Rayon Polis idarəsinin 14-cü Polis şöbəsinə gətirilmiş, PŞ-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ kağıza bükülmüş təmiz çəkisi 1,390 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Uzun illərdir müxtəlif növ narkotik vasitələrdən istifadə edir, xx.xx.2023-cü il tarixdə ağrıları olduğundan narkotik almaq qərarına gəlmiş, həmin tarixdə saat 20 radələrində evdən çıxaraq birbaşa Albalılıq qəsəbəsinə getmişdir. Orada heç bir anket məlumatını bilmədiyi, narkotik alüdəçisi görünüşü yaradan, hazırda üzdən görsə belə tanıya bilməyəcəyi şəxsə yaxınlaşaraq narkotik alüdəçisi olduğunu bildirmiş, ona 50 manatlıq “kakos” yəni heroin tapmasını xahiş etmişdir. Həmin şəxs ondan 50 manatı alaraq uzaqlaşıb gözdən itmişdir. Təxminən 15 dəqiqə sonra ona yaxınlaşaraq ağ kağızda bir ədəd büküm vermiş, bildirmişdir ki, heroindir. O, bükümü alaraq əynində olan şalvarının cibinə qoyub geri qayıtmışdır. Ağ kağızda olan heroin nəm çəkməsin deyə bükümü balaca həcmli şəffaf sellofana qoymuşdur. Həmin gecəsi az hissəsini istifadə etmiş, qalan hissəni özündə saxlamışdır ki, ağrıları başlayarsa istifadə etsin. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində tanışları X3 və X2 ilə Sabunçu rayonu, Maştağa qəsəbəsində rastlaşmış, sonuncular onun üzərində heroin olmasını bilməmişlər. Həmin şəxslərlə birgə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən “Lider” marketin yaxınlığından piyada ötərkən sonradan Sabunçu RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları olduğunu bildiyi Şahid1 və Şahid2 onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Şahid1 və Şahid2 ondan şəxsiyyətini təsdiq edəcək sənəd istəmişlər. Onun üzərində heroin olduğundan həyəcanlanmış, polis əməkdaşlarına əhəmiyyət verməyib uzaqlaşmaq istəmişdir. Onunla birgə olan Elxan Vahabov və Eldar Əliyevdə polis əməkdaşlarından yayınmaq istəmişlər, lakin Şahid1 və Şahid2 qarşılarını kəsərək onlardan anket məlumatlarını soruşmuşlar. O, Elxan Vahabov və Eldar Əliyevlə birgə iti yerişlə Şahid1 və Şahid2 yayınmaq istəyərkən onları yenidən dayandıraraq Sabunçu RPİ 14-cü PŞ-yə dəvət etmişlər. O, etiraz etmədən həmin əməkdaşlarla birgə 14-cü Polis şöbəsinin inzibati binasına gəlmişlər. 14-cü PŞ-də ona özünün siyahıdan seçdiyi vəkil təqdim olunmuş, ona hüquq və vəzifələri izah edilmiş, bildirilmişdir ki, vəkilin iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaq. O, bildirmişdir ki, videoçəkilişlə axtarış aparılmasına etirazı yoxdur, lakin vəkilin iştirakından imtina edir. Təhqiqatçının xidməti otağında üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu halda təqdim etməsi təklif edilmişdir. O, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 2 ədəd mobil telefonlarını, daha sonra sol yan cibindən 1 ədəd ağ kağıza bükülmüş şəffaf sellofanda olan heroini, “Prima” markalı siqaretini və 46 manat pulunu çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə ətraflı baxış keçirilsə də üzərindən başqa heçnə aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən büküm açılarkən içərisindən qəhvəyi rəngdə “kakos”, yəni heroin aşkar olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir, üzərindən aşkar edilmiş maddə narkotik vasitədir, yəni “kakos”dur, Albalılıq massivindən dünən yəni, xx.xx.2023-cü il tarixdə şəxsi istifadəsi üçün 50 manata almışdır. Üzərindən aşkar edilmiş, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, şəxsi axtarışında iştirak edən şəxslərlə birgə zərfi imzalamışlar. Təhqiqatçı tərəfindən sorğu zamanı üzərindən aşkar edilmiş “Philips” və “Honor” markalı mobil telefonların ona məxsus olduğunu bildirmiş, həmin telefonlar da zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və tərəfindən imzalanmışdır. Təqdim etdiyi pul sayılmış, 46 manat təşkil etmiş, 46 manat pul və “Prima” markalı siqareti özünə qaytarılmışdır. Şəxsi axtarışı ilə bağlı protokol tərtib edilmiş, polis əməkdaşları ilə birgə tərtib edilmiş protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Elxan Vahabovun olduğu yeri müəyyən edərək saat 14:20-də Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış massivində yerləşən “Lider” marketin yaxınlığında Sabunçu RPİ-nin Narkotiklə Mübarizə şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birgə Elxan Vahabova və onunla birgə olan, sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs və Eldar Əliyevə yaxınlaşaraq özlərini təqdim etmişlər, üzərlərində şəxsiyyətlərini təsdiq edəcək sənədlərinin olub olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs, Elxan Vahabov və Eldar Əliyev tələblərinə əhəmiyyət verməyib yayınmağa çalışmışlar. O, Şahid2la birgə yenidən həmin şəxslərə yaxınlaşaraq anket məlumatlarını soruşduqda iti yerişlə təkrar ondan yayınmağa başlamışlar. Həmin şəxslərin hərəkətləri şübhə oyatdığından və narkotik tərkibli maddələri daşımaqda onlardan şübhələndiklərindən həmin şəxsləri ərazi aidiyyəti üzrə Sabunçu RPİ 14-cü PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs, Elxan Vahabov və Eldar Əliyev etiraz etmədən onlarla birgə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 24 ünvanda yerləşən 14-cü Polis şöbəsinə gəlmişlər. O, Təqsirləndirilən şəxs, Elxan Vahabov və Eldar Əliyevi 14-cü PŞ-yə gətirmələri barədə raportla PŞ rəhbərliyinə məruzə etmişlər, raportlarının icrası PŞ-nin təhqiqatçısına həvalə edilmişdir. 14-cü PŞ-nin inzibati binasında təhqiqatçının xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılması haqqında qərarla tanış etmiş, Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, hüquq və vəzifələri ona aydındır, şəxsi axtarışının vəkilin iştirakı olmadan aparılmasını istəyir. Daha sonra Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən 2 ədəd mobil telefonlarını, sol yan cibindən isə 1 ədəd ağ kağıza bükülmüş şəffaf sellofanda olan maddəni, “Prima” markalı siqaretini və 46 manat pulunu çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə ətraflı baxış keçirilsə də üzərindən başqa heçnə aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən büküm açılarkən içərisindən qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, uzun müddətdir narkotik vasitələrdən istifağə edir, üzərindən aşkar edilmiş maddə narkotik vasitədir, yəni “kakos’’dur, Albalılıq massivindən bir gün əvvəl, yəni, xx.xx.2023-cü il tarixdə şəxsi istifadəsi üçün 50 manata almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, Təqsirləndirilən şəxsla birgə zərfi imzalamışlar. X4 tərəfindən əlavə sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Philips” və “Honor” markalı mobil telefonların ona məxsus olduğunu bildirmiş, həmin telefonlar da zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi pul sayılmış, 46 manat təşkil etmiş, 46 manat pul və “Prima” markalı siqareti özünə qaytarılmışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və Şahid2la birgə tərtib edilmiş protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəməkimyəvi ekspertizasının rəyindən sonra məlum olmuşdur ki, həmin bükümdəki maddə narkotik vasitə heroin olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ NMBnin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:20 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 23); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd ağ kağıza bükülmüş içərisində tozşəkilli, tünd qəhvəyi rəngdə maddə, bir qutu Prima siqareti, 46 manat pul və sağ yan cibindən 2 ədəd Philips və Honor markalı mobil telefonları təqdim etdi. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin narkotik vasitə “Kakos” olduğunu, bir neçə gün əvvəl tarixi dəqiq bilmir, Albalılıq massivi ərazisindən tanımadığı şəxsdən 50 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq narkotik vasitədən uzun müddətdir ki, istifadə etdiyini qeyd etmişdir. Götürülmüş madə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi, şəxsdən götürülmüş telefon qablaşdırılaraq DİN-in 100 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v.28-29); məhkəmə-kimyəvi ekspertizasının 09 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4251 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 100” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs" sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,390 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v.33-36); CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, videoçəkliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları, daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra 14-cü PB-nin təhqiqatçısı Əfsun Əzimov vətəndaş Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı məlumat verir. Bundan sonra təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirir, bununla əlaqədar etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını deyir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşur, olduğu təqdirdə təqdim etməsini istəyir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 2 ədəd mobil telefonlarını, daha sonra sol yan cibindən 1 ədəd ağ kağıza bükülmüş şəffaf sellofanda olan bükümü, “Prima” markalı siqaretini və pulunu çıxardaraq masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə ətraflı baxış keçirilsə də üzərindən başqa heçnə aşkar edilmir. Təhqiqatçı tərəfindən büküm açılarkən içərisindən qəhvəyi rəngli maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir, üzərindən aşkar edilmiş maddə narkotik vasitədir, yəni “kakos”dur, Albalılıq massivindən dünən yəni, xx.xx.2023-cü il tarixdə şəxsi istifadəsi üçün 50 manata almışdır. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən zərf imzalanır. Təhqiqatçı tərəfindən əlavə sorğu zamanı Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu mobil telefonların “Philips” və “Honor” markalı olduğunu bildirir, həmin telefonlar da zərfə qoyularaq qablaşdırılır, zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs təqdim etdiyi pul sayılır, 46 manat təşkil edir, 46 manat pul və “Prima” markalı siqaret Təqsirləndirilən şəxs özünə qaytarılır və bununla da çəkiliş sona çatır (i.v.50-51); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, saxlanıldığı MSY-dən azad edilmişdir(i.v.69-71); qətimkan tədbirinin seçilməsi barədə 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.73-74); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 5343 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.83-84); maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,390 qram narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəki 1,340 qram narkotik vasitə heroin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmənin aparıldığı videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.86-87); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, hökm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nizami rayon Xalq Məhməsinin xx.xx.1988-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 102-ci maddəsinin 1-ci hissəsi, 207-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrum edilmiş, xx.xx.1992-ci il tarixdə, Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarxli “Amnistiya” qərarının 8 M “A” bəndinə əsasən azad edilmişdir. Xətai rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 143 maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrum edilmiş, xx.xx.2001-ci il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə əməli Azərbaycan Respublikası CM-in 177.2.3 maddəsinə tövsif edilib cəzası 7 ilə endirilərək cəzasını çəkmiş hesab edilməklə azad olunmuşdur. Sabunçu rayon məhməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum edilməklə narkomaniyadan məcburi müalicəyə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndi tətbiq edilməklə amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hökm qüvvəsində saxlanılmışdır (i.v.108-127); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Azərbaycan Respubikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsi tərəfindn verilmiş xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti bitdiyindən narkomaniyadan məcburi müalicə ləğv olunmadan cəzadan xx.xx.2021-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur. Məhkəmə iclasında bir ədəd CD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 08 avqust 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına qrafasına əsasən təmiz çəkisi 1,390 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Nizami rayon Xalq Məhməsinin xx.xx.1988-ci il tarixli, Xətai rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli, Sabunçu rayon məhməsinin xx.xx.2008-ci il tarixli hökmü üzrə olan məhkumluqları ödənilsə də, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-685/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01(bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, 18 mart 2023-cü il tarixdən 20 mart 2023-cü il tarixədək, 08 avqust 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04(dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-nin 69.3), cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,390 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,340 qram çəkidə narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 09(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)-685/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01(bir) il 09(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 01 (bir) il 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 18 mart 2023-cü il tarixdən 20 mart 2023-cü il tarixədək, 08 avqust 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04(dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 30 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, təmiz çəkisi – 1,390 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,340 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-1011/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-1011/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver