Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-102/2025 31.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi X4, Mülki iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 03 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qusar rayonu Quxuroba kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Məmmədli qəsəbəsi Z.Mustafazadə küçəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol-hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdə saat 09:40 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai” markalı, “HD 35” modelli ** JU *** dövlət qeydiyyatlı nömrə nişanlı yük avtomobili ilə 40-50 km/saat sürətlə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Binəqədi-Balaxanı yolu ilə Balaxanı qəsəbsindən üzü Binəqədi rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçıları, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, Qaunun bu tələblərinə riayyət etməyib avtomobilin sükanını sağa tərəfə doğru istiqamətləndirib avtomobil yolundan kənara-torpaq yola çıxaraq, idarəetməni itirib avtomobilin ön hissəsi ilə yolun sağ hissəsində quraşdırılmış işıq dirəyinə çırpıldığına görə, avtomobilin ön sağ oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs həmin zərbədən avtomobilin sınmış alın şüşəsindən yerə düşərək, törəndiyi anda həyat üçün təhlükəli olan alın, Vİ boyun, İV, V bel fəqərələrinin, sağ sirkə kasası, sağ qalça sümüklərinin qapalı sınıqları; ənsə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa ağır zərər vurulmasına aid edilən bədən xəsarətlərin alınmasına, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, "xxxx" QSC-də 29 aprel 2024-cü il tarixdən sürücü kimi işə düzəlmiş, həmin şirkətə məxsus olan “Hyundai HD 35” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yol vərəqəsi əsasında BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etmişdir. O, 15 may 2024-cü il tarixdə saat təxminən 09:40-da qeyd etdiyi avtomobil ilə saatda 40-50 km sürətlə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsindən üzü Bakı şəhəri Binəqədi rayonu istiqamətində iki istiqamətli bir zolaqlı yol ilə hərəkət etmişdir. Həmin vaxt iş yoldaşı ekspeditor işləyən Zərərçəkmiş şəxs onunla birlikdə malları şirkətdən götürüb marketlərə bölüşdürmək üçün getmişdir. O, yolda olarkən, gözləmədiyi halda əks istiqamətdən gələn “Mercedes Benz” markalı nömrəsini xatırlamadığı avtomobil ötmə əməliyyatı edib onun hərəkət istiqamətinə, yəni qarşı-qarşıya çıxmışdır. O da, dərhal həmin avtomobillə toqquşmamaq üçün idarə etdiyi avtomobili sağa doğru istiqamətləndirdib torpaq yola çıxmış, avtomobilində yük olduğundan silkələnmiş və o, idarəetməni itirmişdir. Həmin vaxtı avtomobilin ön sağ hissəsi ilə yolun sağında olan dəmir işıq dirəyinə çırpılmış, işıq dirəyinə çırpıldıqda, avtomobilin alın şüşəsi sınaraq yerə tökülmüşdür. Bu zaman onun yanında sağ tərəfdən sərnişin oturacağında əyləşmiş iş yoldaşı Zərərçəkmiş şəxs zərbədən avtomobilin sınmış alın şüşəsindən tullanaraq yerə düşmüş, o, avtomobili saxlayıb dərhal iş yoldaşı Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərmiş, təcili tibbi yardım çağıraraq sonuncu ilə birgə gedib xəstəxanaya aparmışdır. Hadisə 15 may 2024-cü il tarixdə saat təxminən 09:40-da Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsindən üzü Bakı şəhəri Binəqədi rayonu istiqamətində iki istiqamətli bir zolaqlı yolda baş vermiş, hadisə zamanı o, ayıq olmuş, onun idarə etdiyi «Hyundai HD 35» markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisədən əvvəl avtomobilin yük yerində 04 tona yaxın ərzaq olmuşdur. Verilmiş mülki iddialara münasibətdə göstərmişdir ki, maddi imkanı olmadığından mülki iddiaları qəbul etmir. Sürücülük vəsiqəsi itdiyi üçün Asan xidmətə müraciət edərək yeni sürücülük vəsiqəsi almışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı X2 nümayəndəsi X7 bildirmişdir ki, zərərçəkmiş şəxs X5 onun bacısıdır, səhhəti ilə əlaqədar bacısı məhkəmədə iştirak edə bilmir, hadisə nəticəsində bacısı ağır xəsarət almış, bir neçə dəfə ağır əməliyyat keçirmişdir, təqsirləndirilən şəxs tərəfindən onlara hər hansı maddi köməklik göstərilməmişdir. Bundan sonra da bacısının müalicəsi davam etdiriləcəkdir,odur ki, vermiş olduğu mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 08 ildir, "xxxx" QSC-də ekspeditor işləmiş, işi şirkətə məxsus malları marketlərə çatdırıb məlumatlandırmaqdan ibarətdir. O, malları iş yoldaşı olan sürücü Təqsirləndirilən şəxs ilə birlikdə paylaşmışdır. 15 may 2024-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai HD 35” markalı **-JU-*** qeydiyyat nişanlı avtomobil ilə şirkətdən malları təhvil vermək üçün çıxmış, saat təxminən 09:40-da Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsindən üzü Binəqədi rayonu istiqamətində iki istiqamətli bir zolaqlı yol ilə təxminən 40-50 km/saat sürətlə hərəkət etdiyi zaman Aqil əlində olan telefonla oynayarkən, idarəetməni itirərək, avtomobil yoldan çıxıb onların olduğu istiqamətin sağ yolun kənarında olan işıq dirəyinə avtomobilin qabaq hissəsi ilə çırpılmışdır. Avtomobilin alın şüşəsi sınaraq yerə tökülmüş, o da, qabaq sağ sərnişin oturacağında əyləşdiyi üçün zərbədən avtomobilin sınmış alın şüşəsindən yerə düşərək ciddi xəsarət almışdır. O, zərbədən huşunu itirdiyi üçün sonrakı prosesləri xatırlamamışdır. Sürücü Təqsirləndirilən şəxs ifadəsində, əks istiqamətdən gəlmiş “Mersedes Benz” markalı, dövlət qeydiyyat nömrəsi istintaqa məlum olmayan avtomobilin ötmə əməliyyatı edib hərəkət istiqamətinə çıxmasını, həmin avtomobillə toqquşmamaq üçün sükanı sağa doğru istiqamətləndirib torpaq yola çıxdığını, avtomobildə yük olduğundan idarəetməni itirib avtomobilin qabaq hissəsi ilə yolun sağ hissəsində olan işıq dirəyinə çırpılmasını göstərməsi yalandır, özünü müdafiə etmək üçün elə ifadə vermişdir. Təqsirləndirilən şəxs avtomobili idarə edərək telefonla oynamış, o, hər dəfədə Təqsirləndirilən şəxs irad tutsa da, sonuncu onu eşitməmişdir. Hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymiş, sürücü tərəfindən ona heç bir ziyan ödənilməmişdir və o, sağlamlığını itirdiyi üçün sonuncudan şikayətçi olmuşdur(i.v.55-56); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş mülki iddiaçının nümayəndəsi X6 ifadəsində göstərdi ki, hadisə nəticəsində şirkətə məxsus “Hyundai” markalı, “HD35” modelli, «KMFVA17RPNC355989» ban nömrəli və ** JU *** dövlət nömrəli avtomobilin ön sağ tərəfi tam şəkildə zədələnərək, avtomobilin ümumiyyətlə 12.019.0 (on iki min on doqquz) manat dəyərində ehtiyat hissələri sıradan çıxmışdır. Belə ki, həmin avtomobilin 01 ədəd 476,0 manat dəyərində dam, 01 ədəd 836,0 manat dəyərində ön alın şüşəsi, 01 ədəd 128,0 manat dəyərində ön alın şüşəsinin rezini, 01 ədəd 505,0 manat dəyərində sinə hissəsi, 01 ədəd 210 manat dəyərində ön bufer, 01 ədəd 112,0 manat dəyərində ön sağ duman farası, 01 ədəd 194,0 manat dəyərində ön sağ fara, 01 ədəd 104,0 manat dəyərində ön sağ fara yanı dönmə işığı, 01 ədəd 223,0 manat dəyərində ön sağ dayağı (tam şəkildə), 01 ədəd 27,0 manat dəyərində arxa sağ dayağı, 01 ədəd 1.598,0 manat dəyərində ön sağ qapı, 01 ədəd 162,0 manat dəyərində ön sağ qapı şüşəsi, 01 ədəd 34,0 manat dəyərində ön sağ qapı alt petləsi, 01 ədəd 33,0 manat dəyərində ön sağ qapı üst petləsi, 01 ədəd 64,0 manat dəyərində ön sağ qapı aktivaoru, 01 ədəd 16,0 manat dəyərində ön sağ qapı iç üzlüyü, 01 ədəd 69,0 manat dəyərində ön sağ dayağın iç üzlüyü (tam şəkildə), 01 ədəd 220,0 manat dəyərində ön sağ arka və ön sağ qapının rezini, 01 ədəd 66,0 manat dəyərində sağ yan güzgü, 01 ədəd 118,0 manat dəyərində sağ yan güzgünün kransteyni, 01 ədəd 101,0 manat dəyərində sağ tərəf plasmas pilleken zbor, 01 ədəd 75,0 manat dəyərində su bakı, 01 ədəd 287,0 manat dəyərində sit (oturacaq), 01 ədəd 67,0 manat dəyərində sitin (oturacağın) alt hissəsi, 01 ədəd 41.0 manat dəyərində sitin sol üzlüyü, 01 ədəd 216,0 manat dəyərində şitin altında olan dəmir turba hissə 01 ədəd 26,0 manat dəyərində ön alın şüşəsi silgəci, 01 ədəd 90,0 manat dəyərində ön alın şüşəsi silgəcin qolu, 01 ədəd 41,0 manat dəyərində «Hyundai» yazılı loqo, 01 ədəd 23,0 manat dəyərində «H» işarəli loqo, 01 ədəd 117,0 manat dəyərində giriş hava xortumu, 01 ədəd 606.0 manat dəyərində soba (tam şəkildə), 01 ədəd 533,0 manat dəyərində kondisioner borusu, 01 ədəd 380,0 manat dəyərində döşəmənin metal (dəmir) hissəsi, 01 ədəd 306,0 manat dəyərində səsboğucu mühərrikdən çıxan hissə, 01 ədəd 150,0 manat dəyərində hava ölçən, 01 ədəd 113,0 manat dəyərində arxa sağ kransteyni (ön və arxa), 01 ədəd 176,0 manat dəyərində arxa sol kransteyni (ön və arxa), 01 ədəd 173,0 manat dəyərində kabinka zəncirbəndi, 01 ədəd 443.0 manat dəyərində kristavin, 01 ədəd 384,0 manat dəyərində Ploun çexolu, 01 ədəd 670,0 manat dəyərində sağ tərəf oturacaq, 01 ədəd 110,0 manat dəyərində sağ tərəf günlük, 01 ədəd 42.0 manat dəyərində antifriiz bakı, 01 ədəd 454,0 manat dəyərində BCM bakı, 01 ədəd 123,0 manat dəyərində ön sağ amartizator, 01 ədəd 45,0 manat dəyərində ön sağ amarzatorun kranşteyni, 01 ədəd 129,0 manat dəyərində ön sağ tyaqa, 01 ədəd 95,0 manat dəyərində ön sağ sonluq və 329,0 manat dəyərində abrisovka (tonlaşdırma) yenisi ilə əvəz edilməli olmuşdur. Bundan əlavə, avtomobilin yenidən təmiri üçün dəmirçi işlərinə 2.360,0 manat, boya işlərinə 2.360.0 manat, elektrik işlərinə 472,0 manat, çilingər işlərinə 472,0 manat və yükləmə (razval) işlərinə 50,0 manat məbləğdə pul sərf olunmuşdur. Beləlikdə də, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" QSC-yə 17.733,0 (on yeddi min yeddi yüz otuz üç) manat məbləğdə maddi ziyan dəymişdir. Vermiş olduğu mülki iddianın təmin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 15 may 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Binəqədi-Balaxanı yolu istiqamətinə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v.5- 12); xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Hyundai HD 35 Yük markalı, ** JU *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" QSC-nin mülkiyyətindədir (i.v.15-16); xx.xx.2024-cü il tarixli, 1/4257 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı alkoqol sərxoşluğu olmamışdır(i.v.18); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 11 iyul 2024-cü il tarixli, 8/1671 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Hyundai HD 35 markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə piayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, naməlum “Mercedes Benz” markalı avtomobilin sürücüsünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin avtomobillər arasında toqquşma baş vermədiyindən sürücü naməlum Mercedes Benz markalı avtomobilin sürücüsünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla Hyundai HD 35 markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoldan çıxıb işıq dirəyini vurması hadisəsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilir (i.v.32-35); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 Sabunçu rayon Şöbəsinin 02 oktyabr 2024-cü il tarixli, 2495 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs alın, Vİ boyun, İV, V bel fəqərələrinin, sağ sirkə kasası, sağ qalça sümüklərinin qapalı sınıqları; ənsə nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir (i.v.41-43); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 49-1/2-15642 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus BC018642 nömrəli sürücülük vəsiqəsi xx.xx.2021-ci ildən xx.xx.2031-ci il tarixədək aktivdir və informasiya bazasında onun sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat aşkar edlməmişdir (i.v.44); Cinayət işi üzrə əməlinin tövsif edilməsi haqqında 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilmişdir (i.v.47); 16 oktyabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə istintaq zamanı zərərçəkmiş şəxs X5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı X5 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, bir daha təsdiq etmişdir (i.v.57-59); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 17 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.79-80); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 03 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.100-101; 102-109); xx.xx.2024-cü il tarixli AA041/1100 nömrəli aktdan görünür ki, "xxxx" QSC-yə məxsus Hyundai HD 35 markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 17733 manat olduğu müəyyən edilmişdir. Mülki iddiaçı qismində təyin edilməsi haqqında 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" QSC mülki iddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Şahid ********* nömrəli cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır (i.v.127-128); DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-13-16/2- 10143/25 saylı məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-cü il tarixədək etibarlı olan) BD 018642 nömrəli “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi verilib, xx.xx.2024cü il tarixdə həmin sürücülük vəsiqəsi (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BB 729043 nömrəli “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsinə dəyişdirilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ 7 saylı Asan Xidmət Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə 10 il müddətinə sürücülük vəsiqəsi verilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış və cəzasının sonu xx.xx.2026-cı il tarixə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs cəzasının 04 ay 25 gününü çəkmiş, çəkilməmiş hissəsi 01 il 07 ay 01 gün təşkil edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X6 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" QSC-yə dəymiş 17.733,0 (on yeddi min yeddi yüz otuz üç) manat məbləğdə maddi ziyanın təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ehtiyyatszılığı ucbatından ona dəymiş zərər olan 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin və Sabunçu Rayon Məhkəməsinə ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun 14 iyul 2022-ci il 0.tarixli qərarında göstərilmişdir ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-209/2024 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra qanuni qüvvəyə mindiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-209/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-209/2024 saylı hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli(CM-66.5, 68.1.1-1), 19 dekabr 2023-cü il tarixdən 20 dekabr 2023cü il tarixədək tutulduğu 02 gün müddət, 04 ay 25 gün çəkilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 02 ay 13 gün müddət, ümumilkdə 02 ay 15 gün müddət qəti cəzaya hesablanmalı(CM-69.3), cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli(CM- 56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə 128(yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməli(CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən və əlavə olunmuş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs ehtiyyatsızlığı ucbatından ona dəymiş zərər olan 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin və Sabunçu Rayon Məhkməsinə ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Təqdim olunmuş sənədlərdən görünür ki, (2500+155+60+17000+300+120+145+272+50+13759.88+300+155+358+60) ümumilikdə 35234.88 (otuz beş min iki yüz otuz dörd manat səksən səkkiz qəpik) manat müalicə və müayinəsinə pul xərclənilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs sağlamlığına vurduğu zərərin əvəzi kimi müalicəsi üçün 35234.88 (otuz beş min iki yüz otuz dörd manat səksən səkkiz qəpik) manat məbləğində ziyan vurulması təqdim olunmuş sənədlərlə təsdiq edilsə də, müayinə və müalicəyə sərf edilməsi göstərilən digər hissə ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Zərərçəkmiş şəxs ödənilmiş dövlət rüsumunun mülki cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, onun vermiş olduğu mülki iddia “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olunduğundan ödənilmiş 240(iki yüz qırx) manat dövlət rüsumu mülki iddiaçı Zərərçəkmiş şəxs geri qaytarılmalıdır. Beləliklə, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs vermiş olduğu mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 35234.88 (otuz beş min iki yüz otuz dörd manat səksən səkkiz qəpik) manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməli, 240(iki yüz qırx) manat dövlət rüsumu mülki iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, mülki iddiaçı "xxxx" QSC-nin mülki iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 2.17-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1- 1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.” Mülki iddia ərizəsindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" QSC-yə dəymiş 17733,0 (on yeddi min yeddi yüz otuz üç) manat məbləğdə maddi ziyanın təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli AA041/1100 nömrəli aktdan görünür ki, "xxxx" QSC-yə məxsus Hyundai HD 35 markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 17733 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" QSC-yə 17733,0 (on yeddi min yeddi yüz otuz üç) manat məbləğdə maddi ziyanın dəyməsi öz təsdiqini tapmışdır. Odur ki, mülki iddiaçı "xxxx" QSC-nin nümayəndəsi tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 17733,0 (on yeddi min yeddi yüz otuz üç) manat tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-209/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 01(bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 19 dekabr 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 04(dörd) ay 25(iyirmi beş) gün çəkilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 02(iki) ay 13(on üç) gün müddət, ümumilkdə 02(iki) ay 15(on beş) gün müddət ona təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində 01 (bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01(bir) il 09 (doqquz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 35234.88 (otuz beş min iki yüz otuz dörd manat səksən səkkiz qəpik) manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin, 240(iki yüz qırx) manat ödənilmiş dövlət rüsumu zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs geri qaytarılsın. Mülki iddiaçı "xxxx" QSC-nin vermiş olduğu mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 17733,0 (on yeddi min yeddi yüz otuz üç) manat tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-102/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-102/2025
31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver