Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-1023/2023 21.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Qəbələ rayonu, Əmirvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ev 11-də yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə, saat 23:20 radələrində etibarnamə əsasında “Mercedes Bens C 200” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat yolu ilə Zabrat qəsəbəsi istiqamətində 17 saylı notariusun qarşısında hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və ya başqa əmlaka zərər vurmamalı kimi tələblərinə əməl etməklə yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyib həmin göstərilən qanunun tələblərini pozaraq həmin ünvanda yolun qoşa xəttinin üstündə dayanmış piyada X4 avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncunun baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızması, çənə sümüyünün yerini dəyişən qapalı sınığı, sağ tərəfli İl-lİl-l V-V-Vİ-Vİl-Vİİl-İX-X qabırğaların yerini dəyişən qapalı qəlpəli sınıqları,sağ ağciyərin kontuziyası, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, sol said və hər iki baldır sümüklərinin yerini dəyişən açıq sınıqları, baş, sifətin, döş qəfəsinin, yuxarı və aşağı ətrafların əzilmiş yaraları, qançır və sıyrıqları ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətlərinin alınmasına və baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi ilə əlaqədar ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ev 11-də ailəsi ilə birlikdə yaşayır. “Mercedes Benz C200” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili əri Şahid etibarnamə əsasında idarə edir. O, “B” kateqoriyalı sürücülük vəsiqəsi almışdır. 11 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında əri Şahid ilə birlikdə “Mercedes Benz C200” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivi ərazisində yaşayan qayınatasıgilə qonaq getmiş, orada təşkil olunmuş məclisdə Şahid spirtli içki qəbul etdiyi üçün geri qayıdarkən “Mercedes Benz C200” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili o, idarə etmişdir. Həmin gün, yəni, 11 sentyabr 2023-cü il tarixdə saat 23:20 radələrində etibarnamə əsasında idarə olunan “Mercedes Bens C 200” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat yolu ilə Zabrat qəsəbəsi istiqamətində 17 saylı notariusun qarşısında üç zolaqlı yolun sol zolağıyla saatda 50-60 km/saat sürətlə hərəkətdə olarkən yolun ortasında olan qoşa xəttin üzərində bir nəfər kişi cinsli şəxsin dayandığını görmüş, piyadanı vurmamaq üçün avtomobilin əyləcini sıxaraq sükanı sağa doğru çevirmiş, lakin, piyada ilə aralarındakı məsafə az olduğundan və havanın yağışlı olması səbəbindən avtomobilin ön sol uc hissəsi ilə piyadanı ehtiyatsızlıqdan vurmuşdur. O, dərhal Şahid ilə birlikdə avtomobildən enərək piyadaya yaxınlaşmış, piyadanın xəsarət aldığını görərək tibbi yardım göstərilməsi üçün hadisə yerinə təcili tibbi yardım çağırmışlar. Hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadasının həkimləri xəsarət almış şəxsi müayinə etdikdən sonra onun öldüyünü bildirmiş, daha həmin şəxsin nəşi 3 Saylı Şəhər Klinik Xəstəxanasına aparılmışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, mərhum X7 onun qardaşıdır. 11 sentyabr 2023-cü il tarixdə saat 23:50 radələrində yaşadığı evdə olduğu zaman tanımadığı nömrədən ona zəng gəlmiş, qardaşı X3 11 sentyabr 2023-cü il tarixdə, saat 23:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa- Zabrat yolu ilə Zabrat qəsəbəsi istiqamətində 17 saylı notariusun qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığı bildirilmişdir. O, dərhal hadisə yerinə getmiş, qardaşının aldığı xəsarətlərdən öldüyünü görmüşdür. İbtidai isrtintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadəsində şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. “Mercedes Benz C200” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 11 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivi ərazisində yaşayan atasıgilə qonaq getmiş, orada təşkil olunmuş məclisdə spirtli içki qəbul etdiyi üçün geri qayıdarkən “Mercedes Benz C200” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Həmin gün, yəni, 11 sentyabr 2023-cü il tarixdə saat 23:20 radələrində Təqsirləndirilən şəxs “Mercedes Bens C 200” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat yolu ilə Zabrat qəsəbəsi istiqamətində 17 saylı notariusun qarşısında üç zolaqlı yolun sol zolağıyla saatda 50-60 km/saat sürətlə hərəkətdə olarkən yolun ortasında olan qoşa xəttin üzərində bir nəfər kişi cinsli şəxsin dayandığını görmüş, piyadanı vurmamaq üçün Təqsirləndirilən şəxs avtomobilin əyləcini sıxaraq sükanı sağa doğru çevirmiş, lakin, piyada ilə aralarındakı məsafə az olduğundan və havanın yağışlı olması səbəbindən avtomobilin ön sol uc hissəsi piyadaya dəymişdir. O, dərhal Təqsirləndirilən şəxs ilə birlikdə avtomobildən enərək piyadaya yaxınlaşmış, piyadanın xəsarət aldığını görərək tibbi yardım göstərilməsi üçün hadisə yerinə təcili tibbi yardım çağırmışlar. Hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadasının həkimləri xəsarət almış şəxsi müayinə etdikdən sonra onun öldüyünü bildirmiş, daha həmin şəxsin nəşi 3 Saylı Şəhər Klinik Xəstəxanasına aparılmışdır. Cinayət işinin 20-ci vərəqəsində olan 12 sentyabr 2023-cü il tarixli, 1/4414 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 41-ci vərəqəsində olan AZ İV seriyalı 383949 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. Cinayət işinin 46-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 3-13-16/2-128856/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs 06 mart 2020-ci il tarixdə AD 220980 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 58-ci vərəqəsində olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 25 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyanın ödənildiyindən ona qarşı şikayət və tələbləri yoxdur. Cinayət işinin 61-65-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X6” X11 Sabunçu Rayon Şöbəsinin 245 saylı, 25 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, X1 meyitində baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızması, çənə sümüyünün yerini dəyişən qapalı sınığı, sağ tərəfli İl-lİl-l V-V-Vİ-Vİl-Vİİl-İX-X qabırğaların yerini dəyişən qapalı qəlpəli sınıqları,sağ ağciyərin kontuziyası, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, sol said və hər iki baldır sümüklərinin yerini dəyişən açıq sınıqları, baş, sifətin, döş qəfəsinin, yuxarı və aşağı ətrafların əzilmiş yaraları, qançır və sıyrıqları xəsarətləri aşkar edilmişdir. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən mərhumun ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni avtomaşın vurması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa əlaqəlidir. X1 ölümünə səbəb almış olduğu xəsarətlər ilə əlaqədar beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 77-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 78-79-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 8/3060 saylı 30 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, Mercedes markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 104-cü vərəqəsində olan 04 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 107-ci vərəqəsində olan 06 noyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərarından görünür ki, 11 sentyabr 2023-cü il tarixdə, saat 23:20 radələrində Təqsirləndirilən şəxs iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat yolu ilə Zabrat qəsəbəsi istiqamətində 17 saylı notariusun qarşısında baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərinin özündə əks etdirən 01 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 38-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 11 dekabr 2023cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyanın ödənildiyindən ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödəməsini, himayəsində bir azyaşlı övladının olmasını, əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, yol-nəqliyyat hadisəsini özündə əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılmalı və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut yol-nəqliyyat hadisəsini özündə əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-1023/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-1023/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver