Məhkəmə qərarları › İş №1(008)-1026/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-1026/2023

15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-1026/2023 15.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.1 -ci maddəsi ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı istintaq Təcridxanasında saxılanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini, döyüş sürsatını əldə edib daşıyıb gəzdirərək saxlamış, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,380 qram narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Sabunçu rayonu, 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 08 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində ünvan 1 ünvanının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxsi qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞnin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,380 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş yivli odlu silah 01 ədəd Makarov tipli tapançanı, Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla, texniki cəhədən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 01 ədəd daraq və zavod üsulu ilə istehsal edilmiş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, isitifadəyə və atəş üçün yararlı 04 ədəd döyüş sürsatı hesab edilən patronları əldə edərək yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 08 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirildikdən sonra həmin tarixdə saat 18:30 dəqiqədə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı qonaq otağındakı dolabın siyirməsindən nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş yivli odlu döyüş silahı hesab edilən 01 ədəd Makarov konstruksiyalı tapança, zavod üsulu ilə istehsal edilmiş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı 04 ədəd döyüş sürsatı hesab edilən patronlar və zavod üsulu ilə istehsal edilmiş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla, texniki cəhədən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, üzərində narkotik vasitə olsa da, silah ona məxsus deyil. Uzun müddətdir ki, narkotik maddə olan “kakos”-dan istifadə edir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə təxminən 5-6 ay bundan qabaq həbsdən azad edilmişdir. Bir neçə gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində narkotik vasitə kakos almış və üzərində saxlamışdır. 08 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı ünvan 1 ünvanın yaxınlığında olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və xidməti vəsiqələrini göstərərək şəxsiyyəti təsdiq edən sənəd istəmişlər. Üzərində heç bir sənəd olmadığından və üzərində narkotik maddə olduğu üçün onlardan yayınmağa çalışmış və özünü şübhəli aparmışdır. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində və “Makarov” tipli tapança saxlamağında şübhəli olduğunu bildirib onu 14-cü PŞ-nə dəvət etmişlər. Polis əməkdaşlarının müşayiəti ilə polis şöbəsinə gəlmişdir. Şöbədə inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış aparılmazdan əvvəl vəkilinin iştirakı olmadan aparılması barədə təhqiqatçıya müraciət etmiş, bu barədə ərizəni imzalamışdır. Daha sonra üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni çıxarıb təhqiqatçıya təqdim etmiş və masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də başqa üzərindən əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar edilən narkotik maddə olan heroin 01 ədəd kağız zərfə qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və iştirak edən şəxslər və o, həmin protokolu imzalamışlar. Onu evində silah olmamışdır, silah ona məxsus deyil. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki zor tətbiq edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 08 sentyabr 2023-cü il tarixdə saat 18:30 dəqiqədə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ərizə ilə müraciət edərək, yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Baxış video çəkiliş aparılmaqla keçirilmişdir. Baxış zamanı ona yaşadığı ünvanda saxladığını bildirdiyi ’’Makarov” tipli tapançanı təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra ’’Makarov” tipli tapançanı yaşadığı evin qonaq otağında olan dolabda saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən yaşadığı evin qonaq otağına baxış zamanı dolabın aşağı hissəsində siyirmədən 01 ədəd ’’Makarov” tipli tapança, üzərində 01 ədəd daraq və 04 ədəd patronlar aşkar edilmişdir. Baxış zamanı başqa sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Evə baxışla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılar və onun tərəfindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis bölməsinə aparılan zaman və polis bölməsində ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini dəqiq tarixi xatırlamır, bir neçə gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində almış və şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. Həmin narkotik vasitə heroini satmaq niyyəti olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa narkotik vasitə və psixotrop maddə saxlamır. Yaşadığı evdən aşkar edilmiş 01 ədəd ’’Makarov” tipli tapança, üzərində 01 ədəd daraq və 04 ədəd patronları birlikdə təxminən 03 ay bundan qabaq Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tanımadığı şəxsdən almış və yaşadığı evdə saxlamışdır. Həmin 01 ədəd ’’Makarov” tipli tapança, üzərində 01 ədəd daraq və 04 ədəd patronları sadəcə marağı olduğu üçün yaşadığı evdə saxlamışdır. Həmin tapançanı açmağı, darağı tapançaya yerləşdirməyi bacarmır. Həmin silahdan heç vaxt və heç bir cinayət törədilməsində istifadə etməmişdir. Törətdiyi əmələ görə peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 08 sentyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və Makarov tipli silah əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş məlumat barədə həmin tarixdə tərəfindən Sabunçu RPİ-nin 14-cü PŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş, eyni zamanda əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilərək Bakı şəhəri, Sabunçu RPİnin 14-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş və 08 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında tərəflərindən saxlanılmışdır. Saxlanılan şəxsə özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ona qanunsuz olaraq narkotik vasitə və Makarov tipli silah əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib Sabunçu RPİ-nin 14-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-nin 14-cü PŞ-nə gəlmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman, şöbəyə gətirilən zaman nəzarətdə olduğundan üzərinə şəxsi axtarış aparılana kimi olan müddət ərzində üzərindən hər hansı maddə, əşya və predmet atmağa imkanı olmamışdır. Şöbədə xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və ona hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etdikdən sonra onun üzərinə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs əynində, paltarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş maddə, əşya və ya predmet varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək masanın üzərində qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılaraq baxış keçirildikdə içərisində toz şəkilli tünd qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrdən uzun müddətdir ki, istifadə etdiyini, üzərindən aşkar edilmiş maddənin narkotik vasitə “kakos” olduğunu, həmin narkotik vasitəni bir neçə gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadə məqsədilə alaraq üzərində saxladığını, saxlanılan zaman və bölmədə olan zaman üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini, yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evində Makarov markalı tapança saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmişdir. Lakin, onun üzərində heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan büküm təhqiqatçı tərəfindən 01 ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla tanış olduqdan sonra imzası ilə təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid3 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı həmin ünvandakı mənzilə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə ilə müraciət etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxsa yaşadığı ünvanda saxladığını bildirdiyi Makarov tipli silahı təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, Makarov tipli tapançanı yaşadığı evin qonaq otağındakı dolabın siyirməsində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə evin qonaq otağına daxil olduqdan sonra o, otaqdakı dolabın aşağı hissəsində olan siyirməni açaraq geyim əşyalarının altında olan 01 ədəd Makarov tipli tapançanı çıxarıb təqdim etdikdən sonra döşəmənin üzərinə qoymuşdur. Təqdim edilmiş Makarov tipli tapançaya baxış keçirilən zaman üzərində 01 ədəd daraq və daraqda 04 ədəd patron olması müəyyən edilmişdir. Həmin Makarov tipli tapança, 01 ədəd daraq və 04 ədəd patron təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş Makarov tipli tapançanı 02 ay bundan qabaq tanımadığı şəxsdən 350 manata əldə etdiyini, maraq kəsb etdiyi üçün yaşadığı evdə saxladığını, həmin silahdan heç vaxt istifadə etmədiyini bildirmişdir. Baxış zamanı qeyd olunan ünvanda iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Evə baxışla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılar və onun tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadələrində Şahid2 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər(i.v.110-113); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00 radələrində CM-nin 228.1 və 234.1–ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 17); şəxsi axtarış və götürmə aparılması haqqında 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs bu paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində tozşəkilli, tünd qəhvəyi rəngdə maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin narkotik vasitə “kakos” olduğunu, bie neçə gün əvvəl tarixi dəqiq bilmir, Balaxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 15 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq narkotik vasitədən uzun müddətdir ki, istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir.(i.v.28-29); baxış və götümə aparılması haqqında 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, mənzilin otağına baxış və götürmə aparılan Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək mənzilində sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və ya predmeti göstərməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evinin qonaq otağında olan dolabda makarov tipli odlu silah saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus mənzilə baxış keçirən zaman müəyyən edilmişdir ki, mənzil ünvan 1 ünvanında yerləşir, həyətyani sahəsi 150 kv.m, həyətə daxil olduqda qarşıda 1 mərtəbəli 3 otaqdan ibarət yaşayış evidir, qarşısı talvardır, evə daxil olduqda dəhlizdir, sağ tərəfdə sanitar qovşağı, qarşı tərəfdə qonaq otağı vardır. Evin qonaq otağına baxış zamanı dolabın aşağı tərəfində sürmədən 1 ədəd nömrəsi silinmiş makarov tipli tapança, üzərində 1 ədəd darağ və 4 ədəd patronlar aşkar olunmuşdur. Baxış zamanı qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən, həmçinin sübut əhəmiyyətinə malik ola bilən 1 ədəd makarov tipli tapança üzərində 1 ədəd darağı və 4 ədəd patronları aşkar edilərək götürülmüşdür. Baxış və götürmə qismən gecə vaxtı olduğundan süni işıqlandırma şəraitində aparılmışdır (i.v.31-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4806 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100...” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs - imza, iştirakçılar: iki imza, Qablaşdırdı: Şahid1 - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,380 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v.41-44); Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/701R nömrəli rəydən görünür ki, 1. Tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. 2. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürsatıdır, isitifadəyə və atəş üçün yaralıdırlar. 3. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla, texniki cəhədən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. 4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 04 ədəd 9 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. (i.v.48-53); Diskə baxış keçirilməsi barədə 09 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoyur. Həmin büküm təhqiqatçı tərəfindən açılaraq baxış keçirildikdə içərisində toz şəkilli tünd qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunur. Həmin sellofan büküm 01 ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılır, üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrdən uzun müddətdir ki istifadə etdiyini, üzərindən aşkar edilmiş maddənin narkotik vasitə “kakos” olduğunu, həmin narkotik vasitəni bir neçə gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadə məqsədilə alaraq üzərində saxladığını, saxlanılan zaman və bölmədə olan zaman üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini, yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evində Makarov markalı tapança saxladığını bildirir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs video görüntüdə üzərindən yuxarıda qeyd olunan narkotik vasitə olan heroin aşkar olunan şəxsin özü olduğunu bildirmişdir (i.v.59); Diskə baxış keçirilməsi barədə 09 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, videoçəkilişin Təqsirləndirilən şəxs faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evində aparıldığı, ümumilikdə Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Şahid1, 14-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, 14-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid3 və yaşadığı ünvana baxış aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs iştirak etdiyi görünür. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evinə baxış keçirilməzdən əvvəl sonuncuya vəkilin iştirakı olmadan yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmaması barədə sual verilir, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxladığını bildirdiyi Makarov tipli tapançanı təqdim etməsi təklif edilir. Bu təklifdən sonra o, Makarov tipli tapançanı yaşadığı evin otağındakı dolabın siyirməsində saxladığını bildirir. Polis əməkdaşları ilə birlikdə evin otağına daxil olduqdan sonra Təqsirləndirilən şəxs otaqdakı dolabın aşağı hissəsində olan siyirməni açaraq geyim əşyalarının altında olan 01 ədəd Makarov tipli tapançanı çıxarıb təqdim etdikdən sonra döşəmənin üzərinə qoyur. Təqdim edilmiş Makarov tipli tapançaya baxış keçirilən zaman üzərində 01 ədəd daraq və daraqda 04 ədəd patron olması müəyyən edildir. Həmin Makarov tipli tapança, 01 ədəd daraq və 04 ədəd patron qablaşdırılaraq götürülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş Makarov tipli tapançanı 02 ay bundan qabaq tanımadığı şəxsdən 350 manata əldə etdiyini, maraq kəsb etdiyi üçün yaşadığı evdə saxladığını, həmin silahdan heç vaxt istifadə etmədiyini bildirir. Baxış zamanı qeyd olunan ünvanda iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı əşya və ya predmet aşkar edilmir (i.v.60); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(008)-699/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 08 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 03 (üç ) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.84-89); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Babayev X1 rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 93.1.4-cü maddələri ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimiş, xx.xx.2011ci il tarixdə Xəzər rayon məhkəməsinin xx.xx.2011 -ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 76-cı maddəsinə əsasən cəzanın çəkilməmiş 05 ay 21 gün hissəsi vaxtından əvvəl şərti azad olunmuş, Nizami rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimiş, xx.xx.2013-cü il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə amnistiyanın 3-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 26 gün hissəsi şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır (i.v.95-97); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsinin xx.xx.2023cü il tarixli 6232 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.114-115); Sübutların qiymətləndirilməsi haqqında 10 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,380 qram narkotik vasitə olan heroin iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,330 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd yivli odlu döyüş silahı hesab edilən Makarov konstruksiyalı tapança, 04 ədəd patronlar və 01 ədəd əşya (daraq) maddi sübut hesab edilmiş və Makarov konstruksiyalı tapança, 01 ədəd əşya (daraq) və eksperimental atəşlər zamanı 04 ədəd 9 mm kalibri patronlardan 02 ədədi istifadə olunduqdan sonra qalıq qalan 02 ədəd patronlar Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına əhvil verilmişdir.Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 sentyabr 2023-cü il tarixli istintaq hərəkətini əks etdirən videogörüntünün olduğu 01 ədəd “CD” formatlı disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir.“Baxış və götürmə aparılması haqqında” 08 sentyabr 2023-cü il tarixli istintaq hərəkətini əks etdirən videogörüntünün olduğu 01 ədəd “CD” formatlı disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.125-137); Məhkəmə istintaqı zamanı video disklərə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin video görüntülər diskə baxış keçirilməsi haqqında protokollara uyğun olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs evində silah olmadığını, silahın ona məxsus olmadığı barədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid3 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı həmin ünvandakı mənzilə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə ilə müraciət etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxsa yaşadığı ünvanda saxladığını bildirdiyi Makarov tipli silahı təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, Makarov tipli tapançanı yaşadığı evin qonaq otağındakı dolabın siyirməsində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə evin qonaq otağına daxil olduqdan sonra o, otaqdakı dolabın aşağı hissəsində olan siyirməni açaraq geyim əşyalarının altında olan 01 ədəd Makarov tipli tapançanı çıxarıb təqdim etdikdən sonra döşəmənin üzərinə qoymuşdur. Təqdim edilmiş Makarov tipli tapançaya baxış keçirilən zaman üzərində 01 ədəd daraq və daraqda 04 ədəd patron olması müəyyən edilmişdir. Həmin Makarov tipli tapança, 01 ədəd daraq və 04 ədəd patron təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş Makarov tipli tapançanı 02 ay bundan qabaq tanımadığı şəxsdən 350 manata əldə etdiyini, maraq kəsb etdiyi üçün yaşadığı evdə saxladığını, həmin silahdan heç vaxt istifadə etmədiyini bildirmişdir. Baxış zamanı qeyd olunan ünvanda iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Evə baxışla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılar və onun tərəfindən imzalarla təsdiq edilmişdir. Digər Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları təsdiqləmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Həmçinin, iş materiallarında olan mənzilə baxış və götürmə istintaq hərəkətinin həyata keçirilməsini özündə əks etdirən video diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evində o, Makarov tipli tapançanı yaşadığı evin otağındakı dolabın siyirməsində saxladığını bildirir. Polis əməkdaşları ilə birlikdə evin otağına daxil olduqdan sonra Təqsirləndirilən şəxs otaqdakı dolabın aşağı hissəsində olan siyirməni açaraq geyim əşyalarının altında olan 01 ədəd Makarov tipli tapançanı çıxarıb təqdim etdikdən sonra döşəmənin üzərinə qoyur. Təqdim edilmiş Makarov tipli tapançaya baxış keçirilən zaman üzərində 01 ədəd daraq və daraqda 04 ədəd patron olması müəyyən edilir. Həmin Makarov tipli tapança, 01 ədəd daraq və 04 ədəd patron qablaşdırılaraq götürülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş Makarov tipli tapançanı 02 ay bundan qabaq tanımadığı şəxsdən 350 manata əldə etdiyini, maraq kəsb etdiyi üçün yaşadığı evdə saxladığını, həmin silahdan heç vaxt istifadə etmədiyini bildirir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə-iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,380 qram olan narkotik vasitə heroin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün— ciddi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmləri üzrə olan məhkumluqları CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-65.2), təyin edilmiş cəzalar qismən toplanılaraq qəti cəza təyin edilməli(CM-66.2), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzaçəkmə müddətinin başlanğıcı 08 sentyabr 2023-cü il tarixdən hesablanmalı (CPM- 158.2.1., 158.6), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd yivli odlu döyüş silahı hesab edilən Makarov konstruksiyalı tapança, 01 ədəd əşya (daraq) və eksperimental atəşlər zamanı 04 ədəd 9 mm kalibri patronlardan 02 ədədi istifadə olunduqdan sonra qalıq qalan 02 ədəd patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, tədqiqatlardan sonra qalıq qalan 0,330 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd “CD” formatlı disklər iş materiallarında saxlanılmalı (CPM-132), 92(doxsan iki) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 08 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar- Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd yivli odlu döyüş silahı hesab edilən Makarov konstruksiyalı tapança, 01 ədəd əşya (daraq) və eksperimental atəşlər zamanı 04 ədəd 9 mm kalibri patronlardan 02 ədədi istifadə olunduqdan sonra qalıq qalan 02 ədəd patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş tədqiqatlardan sonra qalıq qalan 0,330 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 92(doxsan iki) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar