Məhkəmə qərarları › İş №1(008)-1027/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-1027/2023

15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-1027/2023 15.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Dənizkənarı küçəsi ev 116M/101 A-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan şəxslə birlikdə cinayət əlaqəsinə girib özgənin əmlakını gizli talamaq məqsədi ilə 11 yanvar 2023-cü il tarixdə saat 03 radələrində ünvan 1 ünvanda yerləşən «M» marketin qarşısına gələrək istintaqa məlum olmayan şəxs marketin yaxınlığında dayanıb ətrafı nəzarətdə saxlayaraq onu sığortalayıb bununla da ona marketə daxil olmağa şərait yaratmış, o isə üzərində gətirdiyi bıçaqla marketin giriş qapsının alt hissəsini sökmə yolu ilə saxlanc yeri hesab edilən həmin marketin icarəsinə qanunsuz daxil olandan sonra dükanda saxlanılan Zərərçəkmiş şəxs məxsus olan 200 manat xırda əskinazlarla nağd pulu, 5 blok hər biri 42 manat olan 210 manat dəyərində «Sobrani» markalı siqaretləri, 5 blok hər biri 42 manat olan 210 manat dəyərində «Dunhill» markalı siqaretləri, 4 blok hər biri 39 manat olan 156 manat dəyərində «Kent 8» markalı siqaretləri, 8 blok hər biri 39 manat olan 312 manat dəyərində «Kent 4» markalı siqaretləri, 3 blok hər biri 39 manat olan 117 manat dəyərində «Kent 1» markalı siqaretləri, 5 blok hər biri 39 manat olan 195 manat dəyərində «Kent Mentol» markalı siqaretləri, 10 blok hər biri 39 manat olan 390 manat dəyərində «Davidoff» markalı siqaretləri, 5 blok hər biri 38 manat olan 190 manat dəyərində «VVinston» markalı siqaretləri, hər biri 20 manat olan 11 ədəd 220 manat dəyərində «Freez» markalı elektron siqaretləri gizli oraraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 2200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 10 yanvar 2023-cü il tarixdə «M» marketin qarşısına getmiş və orada o görmüşdür ki, marketin giriş qapısı plastik qapıdır, həmin qapını gecə rahat açıb marketə daxil ola bilər. 11 yanvar 2023-cü il tarixdə gecə saat 03 radələrində o piyada həmin marketin qarşısına getmişdir. O, üzərində gətirdiyi bıçaqla marketin plastikdən olan giriş qapsının alt hissəsini söküb marketə daxil olmuş, orada kassa aparatında təxminən 30-40 manat məbləğdə dəmir pulları götürmüş, piştaxtalardan da müxtəlif növlü siqaret qutularını oğurlamışdır. Bundan sonra o, dükandan çıxmış və oradan uşaqlaşmışdır. Oğurladığı siqaret qutularını o səhərisi günü, yəni 11 yanvar 2023-cü il tarixdə Sədərək tiarət mərkəzində yoldan keçən tanımadığı şəxslərə satmışdır. Ümumi olaraq siqaretlərin satışından o, 560 manat məbləğində pul qazanmışdır. Həmin pulu o öz ehtiyyaclarına xərcləmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Babək Məhərrəmov onunla birlikdə iştirak etməmişdir, ibtidai istintaq zamaı o Babəkin adını verməmişdir, niyə o məzmunda ifadə yazıldığını bilmir, mağazanın görüntüsü əks olunmuş video diskdə kölgə kimi görüntüsü düşmüş digər şəxsi tanımır, kim olduğunu bilmir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 2 ünvanda yerləşən «M» marketi işlədir. Həmin market özünə məxsusdur, marketdə o tək işləyir. Marketi hər gün səhər saat 08 radələrində açır, saat 23:50-00:00 radələrinə qədər işlədir. Ondan başqa dükanda satıcı olmur. Marketdə o spitrli içkiləri, siqaretləri və müxtəlif ərzaqları satır. Marketin içərisinə və giriş qapsının qarşısına o kameraları quraşdırmışdır. 10 yanvar 2023-cü il tarixdə saat 23:50 radələrində o işlətdiyi «M» marketi bağlayıb evinə getmişdir. Marketin giriş qapısı plastik qapıdır və qapının üzərinə dəmir barmaqlıları quraşdırmamışdır. Fikirləşmişdir ki, sakit rayondur, bir neçə aydır kı həmin marketi işlədir, heç bir hadisə baş vermir. Səhərisi günü, yəni 11 yanvar 2023-cü il tarixdə o, səhər saat 07:30 radələrində marketə yaxınlaşanda görmüşdür ki, marketin plastikdən olan giriş qapsının alt hissəsinin plastmasları sökülüb və qapıda deşik əmələ gəlmişdir. O, bunu görən kimi bilmişdir ki, dükandan oğurluq olub və dərhal 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirtmişlər və hadisə yerindən bir neçə ədəd əl barmaq izləri götürülmüşdür. Dükana daxil olanda o görmüşdür ki, kassa aparatının yanında saxladığı 200 manat məbləğində xırda pullar və 2000 manat dəyərində olan siqaretləri və tütün məlumatlarını oğurlanmışdır. Dükanda quraşdırılan kameralara baxanda o görmüşdür ki, 11 yanvar 2023-cü il tarixdə saat 03 radələrində bir nəfər təxminən 30 yaşlı şəxs dükanına yaxınlaşaraq əlində olan bıçaqla dükanın giriş qapısının alt hissəsini söküb dükana daxil olmuşdur və dükana daxil olandan sonra dükanda kassa aparatının yanında olan xırda əskinazlarla və qəpiklərlə olan pulları piştaxtalarda saxladığı siqaret qutularını oğurlayandan sonra, həmin üsulla dükandan çıxmışdır. Dükanından 200 manat xırda əskinazlarla nağd pul, 5 blok hər biri 42 manat olan 210 manat dəyərində «Sobrani» markalı siqaretlər, 5 blok hər biri 42 manat olan 210 manat dəyərində «Dunhill» markalı siqaretlər, 4 blok hər biri 39 manat olan 156 manat dəyərində «Kent 8» markalı siqaretlər, 8 blok hər biri 39 manat olan 312 manat dəyərində «Kent 4» markalı siqaretlər, 3 blok hər biri 39 manat olan 117 manat dəyərində «Kent 1» markalı siqaretlər, 5 blok hər biri 39 manat olan 195 manat dəyərində «Kent Mentol» markalı siqaretlər, 10 blok hər biri 39 manat olan 390 manat dəyərində «Davidoff» markalı siqaretlər, 5 blok hər biri 38 manat olan 190 manat dəyərində «Winston» markalı siqaretlər, hər biri 20 manat olan 11 ədəd 220 manat dəyərində «Freez» markalı elektron siqaretlər oğurlanmışdır. Bununlada ona 2200 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən deyil, Babək Məhərrəmovun atası tərəfindən ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 11 yanvar 2023-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs ərizə ilə 13-cü polis bölməsinə müraciət edərək bildirmişdir ki, naməlum şəxslər gecə saatlarında ona məxsus olan ünvan 3 ünvanda yerləşən “M” marketin giriş qapsının alt hissəsini söküb açma yolu ilə qanunsuz daxil olub oradan müxtəlif növlü siqaretləri və xırda pulları oğurlamışlar. Zərərçəkmiş şəxs ərizəsi əsasında araşdırma aparılmış və dükanda quraşdırılmış kameranın videogörüntülərindən görünmüşdür ki, iki nəfər şəxs gecə saatlarında həmin dükana yaxınlaşmış, onlardan biri kənarda durmuş, digəri isə dükanın plastikdən olan giriş qapsının alt hissəsini söküb dükana daxil olmuş, oradan müxtəlif növlü siqaretləri oğurlayıb dükanı həmin daxil olduğu üsulla tərk etmiş və onu küçədə gözləyən şəxslə birlikdə dükanın qarşısından uzaqlaşmışdır. Hadisə yerindən götürülmüş əl barmaq izləri DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsində yoxlanılarkən müəyyən olmuşdur ki, hadisə yerindən götürülmüş əl barmaq izləri əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məxsusdur. Təqsirləndirilən şəxs yaxalanması istiqamətində tərəflərindən əməliyyat tədbirləri keçirilmiş və keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutulub istintaq şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən “M” marketə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v.5-7); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 19 yanvar 2023-cü il tarixli 3-13-11/2-846/2023 saylı məktubundan görünür ki, 11 yanvar 2023cü il tarixdə ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 04 ədədi (ADİS-in məlumat bankına BƏSİİ və Xətai RPİ-dən daxil olmuş) xx.xx.1993-cü ildə Naxçıvan MR-da anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta, adsız (02 dəfə) və çeçələ barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir (cild 1, i.v.18-20); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.4, 70-ci maddəsilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti tətbiq edilməklə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 71.5, 67.1 maddələri ilə 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 66.5 maddələri ilə 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli hökm qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzası 05 il 06 aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş və CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə 05 il 05 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, i.v.22- 24); Götürmə haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaq zərurəti ilə əlaqədar olaraq naməlum şəxsin ünvan 5 ünvanda yerləşən «M Market» adlı dükana qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus olan 200 manat nağd pulu və 2000 manat dəyərində siqaretlərini oğurladığını göstərən 01 ədəd «DVD» diskdə qeydə alınmış videoyazısı götürülmüşdür (cild 1, i.v.33); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-419/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 24 may 2023-cü il tarixdən hesablanmaqla 02 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.71-76); Maddi ziyanın bir hissəsinin ödənilməsi barədə 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, X2 atası X3 vurulmuş ziyanın bir hissəsini yəni 2200 manatı ödəmişdir(cild 1, i.v.83); Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs müstəntiq X7 Məhərrəmovun atası Vüqar Məhərrəmov tərəfindən ona ödənilmiş maddi ziyanın 2200 manat məbləğində pulu təhvil alaraq heç bir şikayəti olmadığını bildirmişdir(cild 1, i.v.84); Videoyazıya baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqdim olunmuş video diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə 3 ədəd video fayl var. “2”, “3”, “4” adlı fayla baxdıqda müəyyən olunur ki, “2” faylda 1 dəqiqə 03 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs dükanda olarkən oradan kassa aparatın arxasında yerləşən piştaxtadan siqaretləri oğurlayır, oğurluq cinayətini törədəndən sonra isə dükanın giriş qapısına yaxınlaşaraq əyilib oğurladığı əşyaları ilə birlikdə qapının alt hissəsindən çıxıb dükanı tərk etmişdir. “3” faylda 1 dəqiqə 49 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs və onun tanışı X4 dükanın qarşısına gəlirlər, X1 çəkilir, Təqsirləndirilən şəxs isə dükana yaxınlaşaraq əlində olan bıçaqla dükanın plastik qapısının alt hissəsini söküb açır. “4” faylda 37 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, dükana daxil olub oradan oğurluq edən Təqsirləndirilən şəxs dükandan iki qutunu çıxardıb dükanı tərk edir, dükanın qarşısında onu gözləyən Babək Məhərrəmov isə ona qoşularaq hadisə yerindən uzaqlaşır(cild 1, i.v.96); 11 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə şahid X4 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, onlar ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək təsdiq etmişlər(cild 1, i.v.97-100); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-615/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 (on beş) gün müddətinə uzadılmışdır (cild 1, i.v.163-166); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-798/2023 saylı, 18 avqust 2023-cü il tarixli qərar və ona edilmiş düzəlişdən görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay uzadılmışdır(cild 1, i.v.188-192); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-705/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından çıxarışdan görünür ki, şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilmişdir (cild 2, i.v.11); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 13-15); Cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında 05 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxslə həmin cinayətin törədilməsində onunla qabaqcadan əlbir olan naməlum şəxs barəsində CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə başqa cinayət işi ayrılmışdır(cild 2, i.v.77-78); Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş video diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs dükana yaxınlaşaraq əlində olan bıçaqla dükanın plastik qapısının alt hissəsini söküb açır, sonra isə dükana daxil olub oradan oğurluq edən Təqsirləndirilən şəxs dükandan iki qutunu çıxardıb dükanı tərk edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək peşman olmasını, iş üzrə vurulmuş ziyanın ödənilməsini CM-nin 59-cu maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmləri üzrə olan məhkumluqları CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs göstərilən hökmlər üzrə məhkumlğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş cəzadan xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən azad edildiyindən və həmin qərarın 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürüldüyündən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), 24 may 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 22 (iyirmi iki) gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasının əvvəli 15 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 24 may 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 08 (səkkiz) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar