Məhkəmə qərarları › İş №1(008)-1029/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-1029/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-1029/2023 26.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxx 1993-cü il tarixdə Saatlı rayonu, Yeni Novruzlu kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Abdullayev küçəsi yataqxana 17, ev 02-də qeydiyyatda olan, Sabunçu rayonu, 4-cü mədən, Ə.Bağırov küçəsində nömrəsiz evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 «X1 LTD» şirkətinə operator vəzifəsinə işə düzəltmə kimi yalan vədlər verib aldadaraq 03 sentyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən «Al Marketin» qarşısında Zərərçəkmiş şəxs2 1.500 manatı, 28 sentyabr 2022-ci il tarixdə, saat 17:45 radələrində ünvan 2 ünvanda yerləşən «Dastanlar» PUB qarşısında cinayətdən xəbəri olmayan Şahid vasitəsi ilə 2.750 manatı alandan sonra öz cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs2 güya daxil olduğu işin xidmət etdiyi ərazini dəyişdirilməsi adı ilə 02 oktyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, 5-ci mədən adlananyerdə yolun kənarında Zərərçəkmiş şəxs2 500 manatı ələ keçirərək bununlada vahid niyyətlə əhatə edən qəsdlə Zərərçəkmiş şəxs2 4.750 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 aldadaraq onu «X1 LTD» şirkətinə sürücü vəzifəsinə işə düzəltmə kimi yalan vədlər verib, bunun müqabilində 3.000 manat məbləğində pulun verilməsinin zəruriliyini bildirib 22 noyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, döngə 5 ünvandan istifadəsində olan «4098 5844 5024 3728» saylı bank kartın hesabından 1.980 manat məbləğində pulu cinayətdən xəbəriz olan Zərərçəkmiş şəxs2 məxsus olan «416974 7313» saylı kartına göndətdirəndən sonra öz cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs1 həmin tarixdə, yəni 22 noyabr 2022-ci il tarixdə, saat 17:06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəbsəbəsi, Şəhər şossesi 5, döngə 5 ünvanda yerləşən «E-Manat» ödəmə terminalı vasitəsi ilə 1.000 manat məbləğində pulu cinayətdən xəbəriz olan Zərərçəkmiş şəxs2 məxsus olan «416974 7313» saylı kartına göndətdirib ələ keçirərək bununlada vahid niyyətlə əhatə edən qəsdlə Zərərçəkmiş şəxs1 2.980 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir iki azyaşlı övladı var. «44 günlük Vətən Müharibəsinin» veteranıdır. 2017-ci ildən etibarən o, «X1 LTD» şirkətinə orepator vəzifəsində işləyirdi. Müharibədən sonra o həmin şirkətdə mühəndiz vəzifəsində işləməyə başladı. Aylıq əmək haqqı onu qane etmədiyinə görə o iş yerini dəyişmək qərarına gəlmişdi, lakin digər işi tapa bilmədiyinə görə məcbur olub bu vəzifədə işləyirdi. Aylıq maaşı ilə ailəsini dolandıra bilmirdi. Müharibədən qayıdandan sonra o özünə yaşamaq üçün kirayə ev axtarırdı və Qaraçuxur qəsəbəsində makler Sadıxla tanış oldu. Sadıxla o təxminən 2 il qabaq tanış olmuşdu və Sadıxa bildirmişdi ki, «44 günlük Vətən Müharibəsinin» veteranıdır, özüdə «X1 LTD» şirkətində işləyir. Sadıx ona kirayə yaşamaq üçün bir neçə evi göstərsədə həmin evləri o bəyənmədi və nəticədə Sabunçu rayonun ərazisində ev tapıb ailəsi ilə birlikdə orada yaşamaq başladı. 2022-ci ilin sentyabr ayının əvvəllərində Sadıx ona zəng vuraraq soruşdu ki, bir nəfər cavan oğlanı işlədiyi «BOC» şirkətinə işə düzəldə bilərmi?. Həmin vaxtı onun maddi vəziyyəti pis olduğuna görə təcili olaraq pula ehtiyacı yaranmışdır. O da buna görə Sadıxa yalandan dedi ki, Sadıxın tanışını işlədiyi şirkətə yüksəkmaaşlı vəzifəyə işə düzəldə biləcək. Sadıxa dedi ki, həmin şəxsdən sonradan adını bildiyi kimi Zərərçəkmiş şəxs2 bu işə görə 7.000 manat məbləğində pul istəsin. Sadıx bilmirdi ki, o Həsəni aldadıb Həsənin 7.000 manatını ələ keçirmək niyyətindədir, ona görədə o Həsəni həvəsləndirmək məqsədi ilə ona söz verdi ki, 7.000 manatı Həsəndən ala bilsə ona 1.000 ABŞ dolları məbləğində pulu, yəni 1.750 manatı şirinliyi verəcək ki, Həsəni onunla tanış etdiyinə görə. Sadıx bu təklifinə razılaşdı. Təxminən 1-2 günə Sadıx ona zəng vuraraq bildirdi ki, işə düzəlmək istəyən tanışı Zərərçəkmiş şəxs2 bu işə görə 6.000 manat pulu verə bilər, qalan 1.000 manatı isə işə düzəlib ayda 500 manat verməklə iki aya ödəyə bilər. O buna razılaşıb Sadıxa dedi ki, Həsəndən pulu alsın və qalan 1.000 manatıda Həsən sonra ödəyər. Sadıxı inandırmaq məqsədi ilə ona dedi ki, «Həsənə denən ki «CV», şəxsi işini düzəltsin» Sadıxa o dedi ki, Həsəndən ilkin olaraq 1.500 manatı götürsün və «CV» ilə birlikdə ona versin. 03 sentyabr 2022-ci il tarixdə Sadıx ona zəng vurub onu Sabunçu rayonu, Babək küçəsində yerləşən «Al Marketin» yaxınlığına çağırdı. O «Al Marketin» yanına gələndə gördü ki, Sadıx bir cavan oğlanla birlikdə gəlmişdir, Sadıx həmin oğlanı N.Ə.Rzayev kimi təqdim etdi. O onda Həsəni ilk dəfə gödü. Sadıxın yanında o Həsəni şirkətə işə düzəltməyə söz verdi və Həsən həmin vaxtı Sadıxın yanında ona 1.500 manat məbləğində pulu və özünə aid olan «CV»-ni verdi. O Həsəni inandırmaq məqsədi ilə «CV»-yə baxıb bildirdi ki, həmin «CV» düz tərtib olunmayıb, düzəldib özü tərtib edəcək. Həsənlə bir başa əlaqə saxlamaq üçün Həsəndən telefon nömrəsini götürdü. O Sadıxı bu işdən gələcəkdə kənarlaşdırmaq məqsədi ilə Həsənin telefon nömrəsini götürmüşdü ki, Həsənlə özü əlaqə saxlasın. Həsəndən götürdüyü 1.500 manatı öz ehtiyyaclarına xərclədi. Təxminən 15 gündən sonra, 28 sentyabr 2022-ci il tarixdə pulu qurtardığına görə o Sadıxa zəng vurub qalan 4.500 manatı istədi. Sadıxa dedi ki, həmin pulu Həsəndən götürsün. Sadıxa dedi ki, Həsəndən 4.500 manatı götürəndə həmin puldan danışdığları kimi 1.750 manatını verəcək. Sadıx razılaşıb həmin tarixdə yəni Həsənlə birlikdə Sabunçu rayonu, «Al Marketin» yaxınlığında yerləşən «Dastanlar» PUB qarşısına gəlib orada onunla görüşdü və Sadıx onu kənara çəkib ona 2.750 manat məbləğində pulu verdi. O özü Sadıxa həmin görüşdən qabağ demişdi ki, Həsəndən 4.500 manatı alsın və Sadıxa söz verdiyi 1.750 manatı həmin məbləğdən çıxıb ona 2.750 manatı versin. Sadıxdan 2.750 manatı götürəndə o həmin pulu Həsənin yanında saymadı. Çüniki Həsən onunla Sadıxın aralarında olan razılaşmadan xəbərsiz olmuşdur. Sadıxdan o pulu alanda Həsənə dedi ki, «səninlə özüm əlaqə saxlayacam, sənədləri tərtib edəcəm, həmin sənədləri gəlib imzalayarsan» Həsən razılaşdı və Sadıxla birlikdə oradan çıxıb getdi. Sadıx bilmirdi ki, o Həsəni aldadır və Həsəni işə düzəltməyəcək. Sadıx elə bildi ki, Həsənin işi düzəlib. Bir neçə gündən sonra, təxminən 02 oktyabr 2022-ci il tarixdə, 2022-ci ilin oktyabr ayının əvvəllərində o Həsənə zəng vurub Həsəni görüşə çağırdı. Həsənlə o Sabunçu rayonu, Babək küçəsində yerləşən həmişə görüşdüyü kimi «Al Marketin» qarşısında görüşdü. Həsənə o qəsdən dedi ki, güya Sadıx ondan çox pulu alıb, onu 7.000 manata yox, 4.250 manata ona işə düzəltməyə söz vermişdi, Sadıx həmin işdən özünə 1.750 manatı götürmüşdür, 4.250 manatı isə ona vermişdir. Həsənə o təklif etdi ki, o Sadıxı aldadıb Sadıxdan 1.750 manatı geri götürsün. Buna görədə Həsən onun göstərişi əsasında yanında Sadıxa zəng vuraraq dedi ki, pulunu qaytarmaq istəyir və bu iş onun üçün çox ağır olacaq, işin həll olunmasını istəmir fikrini dəyişib. Həsən onun göstərişi əsasında Sadıxa demişdir ki, o onu şirkətə çilingər vəzifəsinə işə düzəldir, o isə bü işdə işləyə bilməyəcək, operator vəzifəsində işləməyə istəmişdir, çilingər onun üçün ağır olacaq, buna görədə pulun qaytarılmasını istədi. Həsən Sadıxla onun yanında telefonla danışanda o onların danışıqlarına Həsənin yanında durub qulaqasırdı. Həsən Sadıxla danışanda Sadıx bilmirdi ki, o onların danışıqlarına qulaqasır və buna görə Həsənə dedi ki, onunla danışandan sonra pulu qaytaracaq. Həsən Sadıxla danışandan sonra çıxıb getdi, həmin vaxtıda Sadıx ona zəng vuraraq bildirdi ki, Həsən 6.000 manatı geri istəyir və işə düzəlmək istəmir. O Sadıxı aldadaraq təəcübləndi ki, güya bu məsələdən xəbəri yoxdur və pulu Həsənə qaytarmağa razılaşdı, Sadıxa dedi ki, əgər Həsən işə düzəlmək istəmirsə onda 6.000 manatını qaytarmaq lazımdır. Həsənədə demişdi ki, Sadıx bu işin həlli üçün ondan aldığı 6.000 manatdan 1750 manatını özünə götürmüşdür. Təxminən 2-3 gündən sonra X2 qəsəbəsində görüşüb Sadıxdan 1.500 manatı aldı. Həsən ona dedi ki, Sadıx etiraf etmişdir ki, bu işdən 1.750 manatı götürüb, o da 250 manatı Sadıxa halal əziyyət kimi verib 1.500 manatı ondan götürdü. Sadıxada dedi ki, onda qalan pulun 4.250 manat olan hissəsini özü götürəcək. Bununlada o Sadıxı bu işdən kənarlaşdı, Həsənlə isə özü əlaqə saxlamağa başladı və Həsənin etibarını dahada qazandı. Həsəni o aldadıb demişdi ki, işini 4.250 manata həll edəcək. Bunu o Həsənə o məqsədlə etmişdi ki, Həsən özünə məxsus olan bank kartını ona versin ki, həmin kartı o Həsənin adından istifadə edsin. Belə ki, o Həsəndən başqa tanışı K.İ. Həsənovuda aldadıb Kamilidə işlədiyi şirkətə işə düzəltmə adı ilə 2.980 manat məbləğində pulu hissə hissə almışdı. Kamil pulu o karta köçürmə yolu ilə almışdı və Kamilə qəsdən Həsənin sonu «7313» rəqəmləri ilə bitən kartı vermişdi ki, pulları Kamil ona həmin kartı göndərsin ki, gələcəkdə o özünü müdafiə edəndə izləri itirsin. Kamil Həsəni tanımırdı. 2023-cü ilin oktyabr ayının əvvəllərində o Zərərçəkmiş şəxs2 xahiş etdi ki, ona şəxsi istifadəsi üçün bank kartını versin. Həsəndə ona inandığına görə özünə məxsus olan «7313» rəqəmləri ilə bitən bank kartı və həmin kartın hazırda xatırlamadığı «PİNİ» vermişdir. Kartın hesabında pul olmamışdır. 2022-ci ilin oktyabr ayının ortalarında pulu qurtardığına görə o yenədə Həsənə zəng vurub yalandan dedi ki, əmrini çıxardıblar və Həsəni təbrik etdi. Həsən sevindi və o ona yalandan dedi ki, onu şirkətə götürsələrdə o 8-ci mədəndə işləyəcək, orada isə əhali pisdir, narkotik vasitələri istifadə edənlər çoxdur, o problemlərlə rastlaşa bilər, onu təcili olaraq 4-cü mədənə köçürmək lazımdır ki, orada rahat işləsin. Həsəndən buna görə 500 manat istədi. Həsən razılaşdı və 2022-ci ilin oktyabr ayının axırlarında ona 5-ci mədəndə yolun kənarında 500 manatı verdi. 500 manatı ona verəndə onlar iksi olmuşdular. 500 manatı Həsəndən alandan sonra o Həsəni inandırmaq məqsədi ilə özünə məxsus olan «BOC» şirkəti tərəfindən verilmiş xidməti gödəkçəsini ona verdi. Həsənə gödəkçəni verəndə Həsəni aldadıb bildirdi ki, maaşı 1.250 manat təşkil edəcək. Həsəni işlədiyi şirkətin qarşısına aparıb orada onu şirkətin qarşısında dayanmış iş yoldaşlarına yeni əməkdaş kimi təqdim etmişdi. Bütün bu hərəkətləri o ona görə edirdi ki, Həsən ona inansın. Bundan sonra o Həsən işi ilə maraqlananda o ona müxtəlif bəhanələr gətirib işi uzatmağa başladı. Həsəndən aldığı 4.750 manat məbləğində pulu isə öz ehtiyyaclarıma xərclədi. 2022-ci ilin sentyabr ayının axırlarında Kamil ona zəng vurub keyfini halımı soruşdu, ordan burdan danışandan sonra o Kamilə dedi ki, şirkətdə işləyir. Kamildə həmin vaxtı ondan xahiş etdi ki, imkanı olsa onuda həmin şirkətə hər hansı bir vəzifəyə işə düzəldsin. Onun həmin vaxtı maddi imkanı pis olduğuna görə o Kamilin aldatmağa qərarına gəldi və ona yalandan dedi ki, həmin şirkətə onu ilkin olaraq sürücü kimi düzəldə bilər, gələcəkdə isə o yaxşı işləsə dahada yüksək vəzifələrə qalxa bilər. Kamil razılaşdı və buna görə o Kamili şirkətə sürücü düzəltmək adı ilə Kamildən 3.000 manat məbləğində pulu istədi. Kamil dedi ki, həmin pulu dərhal verə bilməyəcək, hissə-hissə düzəldib verər, o da Kamilə bildirdi ki, 2.000 manatı indi verməlidir, 1.000 manatıda işə çıxanda verər. Aylıq maaşıda 1.100 manat təşkil edəcək. Kamili həvəsləndirmək üçün Kamilə dedi ki, ayda maaşına yaxşı işləsə maddi bonusda əlavə olunacaq. Kamil razılaşdı və 2022-ci ilin oktyabr ayının əvvəllərində o Kamillə Sabunçu rayonu Balaxanı qəsəbəsi «Arka» deyilən yerin yaxınlığında görüşdü və Kamil orada ona 2.000 manatı nağd verdi. Kamildən pulu alanda yanlarında heç kim olmayıb. Kamildən pulu alanda Kamilə yalandan dedi ki, bir aya işini həll edəcək, Kamil «BOC» şirkətinə sürücü vəzifəsainə işə çıxacaq. Kamil razılaşdı və onlar ayrıldılar. Buna baxmayaraq Kamil tez-tez ona zəng vurub ondan iş barədə soruşurdu, onunla görüşməyə çalışırdı, o da Kamilə müxtəlif bəhanələr gətirib Kamillə görüşlərdən qaçırdı və vaxtı uzadırdı ki, Kamil ondan şübhələnməsin. Kamil ona tez-tez zəng vurduğuna görə o Kamilə bildirdi ki, işi alınmadı və 22 noyabr 2023-cü il tarixdə, saat 12:30 radələrində o Kamilin bank kartın hesabına 2.000 manatı göndərdi. Kamili uzun müddət tanıdığına görə o bilirdi ki, Kamil narahat insandır və həmin pulu sonra ona geri qaytaracaq. Amma Kamilə o pulu qaytaranda ona dedi ki «hələki işin alınmır, bir məsələdə var baxım görüm onu alındıra bilsəm həll edəcəm ¡şivi» bunu o Kamili aldatmaq məqsədi ilə demişdi ki, Kamil ona inansın və ümüdlü olsun. Puluda qaytardı ki, sakitləşsin və elə bilməsin ki. aldanılıb, etibarı ona dahada artmışdır. Həmin günü yəni 22 noyabr 2023-cü il tarixdə, saat 17:30 radələrındə o Kamilə zəng vurub Kamilə yalandan dedi ki, güya işi alındı və Kamili təbrik etdi. Kamil sevindi və o Kamilin sevincindən istifadə edib dedi ki, təcili olaraq 3.000 manat məbləğində pulu göndərməlidir. Kamil razılaşdı və o Kamilə Zərərçəkmiş şəxs2 götürdüyü son rəqəmləri «7313» olan bank kartını verdi ki, həmin karta 3.000 manatı göndərsin. Kamil Həsəni tanımırdı və əlaqələri olmayıb, o qəsdən Həsənin kartını Kamilə vermişdi, Kamildən pulun aldığının izini itirmək istəyirdi. Kamildə ona həmin günü Həsənin kartına 1.980 manat bir göndərdi, təxminən 1 saatdan sonra isə 1.000 manatı yenə göndərdi. O da Kamili aldadıb həmin pulları öz ehtiyyaclarına xərclədi. Həsəndən götürdüyü sonu «7313» rəqəmlərlə bitən bank kartını isə tulladı. Hal-hazırda dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o özünə məxsus olan «077 739 07 67» saylı nömrədən 2022-ci ilin sentyabr ayının əvvəllərində Sadıxla əlaqə saxladı. Sadıxa telefon vasitəsi ilə izah etdi ki, işə düzəltmək istəyir, Sadıxda ona dedi ki, «X1 LTD» şirkətində tanışı var, onun vasitəsi ilə onu həmin şirkətə işə düzəldə bilər. Buna görədə ondan 7.000 manat məbləğində pulu istədi. O Sadıxa dedi ki, o məbləğdə pulu yoxdur və Sadıx onu görüşə çağırdı. Sadıxla o səhərisi günü Qaraçuxur qəsəbəsində kafelərin birində görüşdü. Sadıx 60-65 yaşlı bir şəxsdir və ona dedi ki, işlə təmin olunmaqa ona köməklik göstərəcək. Sadıxa o deyəndə ki, 7.000 manatı verə bilməyəcək, Sadıx ona dedi ki, bu işi tanışı ona 6.000 manata həll edər, sonra isə o işləyib maaşından ay-ba-ay 500 manatı verərək. Sadıx ona dedi ki, aylıq maaşı 1.250 manat olacaq. O buna razılaşdı Sadıx ona dedi ki, əlaqə saxlayacaq. Onlar ayrıldılar. 2-3 gün keçəndən sonra 03 sentyabr 2022-ci il tarixdə Sadıx ona zəng vuraraq bildirdi ki, işə qəbul olunması üçün «CV» verməlidir və 1.500 manat məbləğində pulu. Sadıx onu Balaxanı qəsəbəsində yerləşən «Al Marketin» yaxınlığında yerləşən şirkətin yaxınlığına çağırdı. O həmin tarixdə, saat 15:00 radələrində «Al Marketin» qarşısında Sadıxla görüşdü. Sadıx həmin vaxtı tək olmuşdur və onun yanında kiməsə zəng vurdu. Bir neçə dəqiqşədən sonra onlara bir nəfər cavan oğlan yaxınlaşdı və Sadıx həmin şəxsi ona İbrahim kimi təqdim etdi. Sadıx ona dedi ki, həmin İbrahim adlı şəxs sonradan adını bildiyi kimi Təqsirləndirilən şəxs onu «X1 LTD» şirkətinə işə düzəldəcək. İbrahim Sadıxın sözlərini təsdiq etdi və o İbrahimə Sadıxın yanında 1.500 manatı işə düzəlmə adı ilə verdi. İbrahimə o hətda özünə məxsus olan «CV»də vermişdi, İbrahim CV baxıb ona dedi ki, «bu düz yazılmayıb, özü yazacaq» telefon nömrəsini götürdü. İbrahimi onda o ilk dəfə görürdü. İbrahimə öz nömrəmi verdi və Sadıxla birlikdə oradan çıxıb getdi, ibrahim ona dedi ki, onunla əlaqə saxlayacaq. Təxminən 15 gündən sonra 28 sentyabr 2022-ci il tarixdə Sadıx ona zəng vuraraq dedi «İbrahim qalan 4.500 manatı istəyir, o pulu götür gəl bura» Həmin pul evdə hazır olmuşdur və o tələb olunan məbləği yani 4.500 manatı-evdən götürüb Qaraçuxur qəsəbəsinə getdi və orada «dörd yol deyilən yerdə» Aura şədlıq sarayının yaxınlığında Sadıxla görüşərək pulu ona verdi. 4.500 manatı Sadıxa verəndə onların yanında heç kim olmayıb. Sadıx pulu götürüb onunla birlikdə həmin günü Balaxanı qəsəbəsinə, «Al Marketin» qarşısında getdi və orada İbrahimlə görüşdü. Sadıx onun yanında İbrahimə pulu verdi, amma o bilmədi ki, hansı məbləğdə Sadıx İibrahimə pulu vermişdir. İbrahim Sadıxdan onun yanında pulu götürüb ona dedi ki, «özüm səninlə əlaqə saxlayacam sənədlərə imza çəkəcəksən». O da Sadıxla birlikdə oradan çıxıb getdi. Təxminən bir həftədən sonra İbrahim işlətdiyi özünə məxsus olan «***-***-**-**» və «***-***-**-**» saylı nömrələrinin birindən ona zəng vuraraq onu Balaxanı qəsəbəsinə, «Al Marketin» yanına çağırdı. O 02 oktyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində İbrahimlə birlikdə orada görüşdü. Sadıxa görüş barədə heçnə demədi. İbrahim ondan soruşdu ki, Sadıxa bu işə görə nə qədər pulu vermişdir? O İbrahimə bildirdi ki, ona verdiyi 1.500 manat puldan əlavə olaraq 4.500 manatı Sadıxa vermişdir. Sadıxla o 7.000 manata danışmışdır, işə girəndən sonra isə aldığı maaşdan hər ay 500 manatı Sadıxa 2 ay ərzində verəcək. İbrahimə bunu deyəndə o ona dedi ki «Sadıx səndən çox pul alır, o işin qiyməti 7.000 manat deyil, mən Sadıxa bu işə görə 4.250 manat məbləğində pulu demişəm» İbrahim ona dedi «zəng vur Sadıxa denən ki, bu iş mənim üçün ağır olacaq, pulu qaytar, özümə başqa iş tapacam» O da İbrahimin dediyini etdi, İbrahimin yanında Sadıxa zəng vurub dedi ki, pulunu qaytarsın, o İbrahimin dediklərini edirdi, Sadıxa dedi ki, «belə olmur, mənim işim yubanır, pulun bir hissəsi 1.500 manatı İbrahimə verilib, 4.500 manatı səndədir, İbrahim mənə demişdir ki, məni çilingər vəzifəsinə düzəldəcək, mən isə operator vəzifəsinə istəyirdim, çünki çilincər vəzifəsində işləyə bilməyəcəm» Sadıxa bu sözləri İbrahimin göstərişi əsasında dedi. Sadıx pulu qaytarmağa razılaşdı. Həmin vaxtı o Sadıxla telefonla danışanda İbrahimdə yanında durub qulaqasırdı. İbrahim ona dedi ki «sən Sadıxdan 6.000 manatı tələb et, amma mənə verilən 15.00 manatı denən ki, məndən alıbsan, buna görədə Sadıxa verdiyini 4.500 manatı ondan geri al» o da razılaşdı və 3-4 gündən sonra Sadıxın yanına gedib ibrahimin dediklərini ona dedim. Sadıx ona dedi ki, 6.000 manatdan 4.250 manatı İbrahimə vermişdir. 1.750 manatı isə özünə götürmüşdür. O Sadıxdan 1.750 manatdın 1.500 manatı geri istədi. Sadıxa özü dedi ki, İbrahimdən 4.250 manatı götürmüşdür (çünki İbrahim özü mənə belə demişdir ki, Sadıxa bu cür yalan deyim) Sadıxa dedi ki, «250 manatı sənin özünə verirəm, 1.500 manatı isə qaytar» Sadıxda 2022-ci ilin oktyabr ayının ortalarında ona 1.500 manatı qaytardı. Sadıx ona özünə qalan 1.750 manatdan 1500 manatı qaytaranda o ondan qalan 250 manatı götürmədi, dedi ki, halal əziyyətidir və 250 manatı ona bağışladı. Sadıxdan 1.500 manatı geri alandan sonra o İbrahimlə əlaqə saxlamağa başladı, Sadıxla birdə danışmamışdı. İbrahimlə bu barədə danışanda İbrahim ona Sadıxdan 4.250 manat məbləğində pulu götürdüyünü təsdiq etmişdir. İbrahimlə votsapla yazışırdı və İbrahim hər dəfə onun işini müxtəlif bəhanələr gətirərək uzadırdı. Votsapda ondan müxtəlif sualları verirdi və anket məlumatlarını dəqiqləşdirirdi ki, güya onu işə düzəldir. Həmçinin həmin ərəfədə İbrahim ondan xahiş etdi ki, özünə məxsus olan bank kartını ona istifadə etmək üçün versin, çünki onun kartı bloklanmışdır. O da İbrahimə inanıb özünə məxsus olan «416974 7313 nömrəli bank kartını və həmin kartının «Pin»ini ona verdi. 2022-ci ilin oktyabr ayının ortalarında İbrahim ondan yenədə 500 manatı istədi. Səbəbi soruşanda İbrahim ona dedi ki, onun əmrini çxardıblar 8-ci mədənə orada narkotik istifadə edən çoxdur, o problemlərə düşə bilər, ərazi kriminal ərazidir və onun ərazini 4-cü mədənə dəyişməlidir. Buna görədə o sonuncu dəfə İbrahimə 2022-ci ilin oktyabr ayının ortalarında Balaxanı qəsəbəsi, 5-ci mədəndə, «Rahat» marketin yaxınlığında 500 manatı verdi. Pulu İbrahimə verəndə o tək olmuşdu, yanlarında heç kim olmayıb. İbrahim ondan sonuncu dəfə 500 manatı alanda həmin pulu güya işlədiyi ərazimi dəyişmək adı ilə almışdır. 2022-ci ilin oktyabr ayının ortalarında İbrahim onu inandırmaq üçün ona şirkətə aid olan xidməti gödəkçəni vermişdir və onu təbrik etmişdir. İbrahim demişdir ki, o həmin şirkətin əməkdaşıdır və onun aylıq maaşı 1.250 manat olacaq.Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, İbrahimi 2015-ci ildən etibarən tanıyır. İbrahimlə o birlikdə əsgərlikdə birlikdə xidmətdə olmuşdur. Əsgərlikdən sonra o İbrahimlə əlaqə saxlamadı. Ali təhsilli olduğuna baxmayaraq o 2022-ci ilin sentyabr ayında o «X3 Nişan» MMC-də şirkətində şöbə müdürü vəzifəsinə işləyirdi. O həmin şirkətdə işləyən zamanı iş yerini dəyişmək istəmişdi. Çünki vaxtı vaxtında maaş verilmirdi. Buna görədə o tanışlarından bu barədə maraqlanmağa başladı. O istəyirdi ki, hansısa dövlət işinə keçsin. O bilirdi ki, əsgər yoldaşı Təqsirləndirilən şəxs «X1 LTD» şirkətində hansısa vəzifəsində işləyirdi, mühandiz işləyirdi. O İbrahimə müraciət etdi və xahiş etdi ki, imkanı olsa onuda işlədiyi şirkətə hər hansı bir vəzifəyə düzəltsin, İbrahim razılaşaraq bildirdi ki, həmin şirkətə onu ilkin olaraq sürücü kimi düzəldə bilər, onun ali təhsili olduğuna görə o gələcəkdən karyeranı həmin şirkətdə qurub qalxa bilər. O razılaşdı və İbrahim ondan onu «X1 LTD» şirkətinə sürücü düzəltmək adı ilə ondan 3.000 manat məbləğində pulu istədi. İbrahim ona dedi ki, 2.000 manatı indi vermək lazımdır, 1.000 manatıda işə çıxanda. İbrahim onu inandıraraq bildirmişdir ki, onun aylıq maaş haqqı 1.100 manat olacaq, amma maaşa əlavələrdə olur, həftənin 6-cı günü işə çıxanda maaşa əlavə pullar yüklənilir. 22 noyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində İbrahimin dediyi göstərdiyi kimi Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, döngə 5 ünvandan istifadəsində olan «4098 5844 5024 3728» saylı bank kartın hesabından 1.980 manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus olan «416974 7313» saylı kartına göndərmişdir. 22 noyabr 2022-ci il tarixdə, saat 17:06 radələrində isə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəbsəbəsi, Şəhər şossesi 5, döngə 5 ünvanda yerləşən «E-Manat» ödəmə terminalı vasitəsi ilə 1.000 manat məbləğində pulu İbrahimlə danışdığı kimi «416974 7313» saylı karta göndərmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, uzun illərdir ki 1988-ci ildən etibarən Qaraçuxur qəsəbəsində, evlərin alqı satqısı və kirayəsi ilə məşqul olur, Qaraçuxur qəsəbəsində makler işləyir. Əvvəllər «İbrahim» kimi tanıdığı hal-hazırda isə əsl adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxslə təxminən iki il qabaq tanış olmuşdur. İbrahim Qaraçuxur qəsəbəsində həmin ərəfədə ev axtarırdı və ona müraciət etmişdir. İbrahimlə o tanış olanda İbrahim özünü ona «X1 LTD» şirkətinin əməkdaşı kimi təqdim etmişdir və bildirmişdir ki, həmdə 44 günlük Vətən Müharibəsinin veteranıdır. Vəsiqələrini ona göstərmişdir və o ona inanmışdı. Təqsirləndirilən şəxs ona demişdir ki, əgər istəyən olsa o hər bir şəxsi işlədiyi şirkətə yüksək maaşlı işə düzəldə bilər. 2022-ci ilin sentyabr ayının əvvəllərində digər tanışı İlqar adlı şəxs ona zəng vuraraq xahiş etdi ki, bir nəfər şəxsə iş tapmağa köməklik etsin, İlqar ona dedi ki, «Qaraçuxur qəsəbəsində makler işləyirsən çox insanı tanıyırsan geniş əlaqələrin var, bir nəfərə köməklik göstər ki, iş tapsın». O razılaşdı. Həmin ərəfədə yəni 2022-cı ilin sentyabr ayının əvvəllərində ona bir nəfər şəxs İlqarın adından zəng vuraraq özünü Zərərçəkmiş şəxs2 kimi təqdim etmişdir. Həsən bildirdi ki, İlqarın tanışıdır və ondan xahiş etdi ki, tanışlarının vasitəsi ilə işlə təmin etsin. O Həsənə kömək etməyə razılaşdı və buna görədə İbrahimə zəng vurub İbrahimdən soruşdu ki, Həsəni işə düzəldə bilərmi? İbrahim razılaşıb buna görə ondan 7.000 manat istədi. İbrahim ona ona dedi ki, «Həsəndən 7.000 manatı alıb mənə versən, mən həmin puldan sənə 1.000 ABŞ dolları, yəni 1.750 manat məbləğində pulu şirinlik kimi verəcəm ki, sən mənə müştəri tapdığına görə, qalan pula isə Həsəni işlədiyim şirkətə düzəldəcəm». O İbrahimin təklifinə razılaşdı və İbrahimin dediklərini Həsənə çatdırdı. Həsən ona dedi ki, 7.000 manata gücü çatmaz xahiş etdi ki, məbləği bir az aşağı salsın. O Həsəni görüşə çağırdı və onlar Qaraçuxur qəsəbəsində çayxanalın birində görüşdülər. Həsənə o dedi ki, tanışının vasitəsi ilə Həsəni işlədiyi şirkətə düzəldə bilər, aylıq maaşda 1.250 manat təşkil edəcək. O bunu İbrahimin sözlərinə görə Həsənə demişdi. Həsən razılaşıb bildirdi ki, həmin işə düzəlmək istəyir, amma 7.000 manat məbləğində pulu yoxdur. Həsən ona dedi ki, 6.000 manatı bu işə görə düzəldə bilər. O həmin vaxtı Həsənə dedi ki, 6.000 manatı qabağcadan versin, işə düzələndən sonra 2 ay ərzində hər ay 500 manatdan, qalan 1.000 manatıda ödəyər. Həsən razılaşdı və onlar ayrıldılar. Həsən çıxıb gedəndən sonra o İbrahimə bu barədə məlumat verdi. İbrahim razılaşdı və ona dedi ki, Həsəndən «CV»ni götürsün və ilkin olaraq 1.500 manat məbləğində pulu, qalan məsələləri İbrahim ona özü deyəcək. O İbrahimin dediklərini Həsənə çatdırdı. Həsən razılaşdı və 2022-ci ilin sentyabr ayının əvvəllərində o Həsəni Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən «Al Marketin» yaxınlığında yerləşən şirkətin yaxınlığına görüşə çağırdı. Orada o Həsənlə görüşəndə İbrahimədə zəng vurub İbrahimidə görüşə çağırdı, o özü İbrahimlə Həsəni orada tanış etdi ki, gələcəkdə onlar özləridə öz aralarında əlaqə saxlaya bilsinlər. İbrahim ona söz vermişdir ki, Həsəndən 7.000 manatı alıb Həsəni işə düzəldəndə ona şirinlik kimi 1.000 ABŞ dollarını verəcək. O da buna görədə çalışırdı ki, Həsənin işi düzəlsin. O bilmirdi ki, İbrahim Həsəni aldadır, əgər bilsəydi İbrahimə bu cinayəti törətməyə imkan verməzdi. Həsənlə «Al Marketin» qarşısında görüşəndə İbrahimdə oraya gəldi və onları o tanış etdi. Həsən həmin vaxtı onun yanında özünə məxsus olan «CV»-ni və 1.500 manat məbləğində pulu İbrahimə verdi. Həsən İbrahimə həmin pulu şirkətə işə düzəlmə adı ilə vermişdir. İbrahim Həsənin ona verdiyi «CV» baxıb dedi ki, «bu düz yazılmayıb, özüm yazacam», Həsənin telefon nömrəsini götürdü. İbrahim nömrəsinidə verdi Həsənə və oradan çıxıb getdilər. Təxminən 15 gündən sonra 2022-ci ilin sentyabr ayının axırlarında İbrahim ona zəng vurub dedi ki, Həsənin işi düzəlir və Həsəndən qalan 4.500 manatı götürüb ona çatdırsın. O da Həsənə zəng vurub dedi ki, «İbrahim qalan 4.500 manatı istəyir, işini həll edir» Həsəndə həmin günü onunla Qaraçuxur qəsəbəsində «dörd yol deyilən yerdə» Aura şadlıq sarayının yaxınlığında görüşüb ona 4.500 manatı verdi ki, pulu o İbrahimə çatdırsın. Həsən 4.500 manatı ona verəndə yanlarında heç kim olmayıb. O İbrahimə zəng vurub Həsəndən 4.500 manatı aldığımı dedi, İbrahimdə ona dedi ki, həmin puldan öz payını yəni məzənnə ilə 1.750 manat təşkil edən 1.000 ABŞ dollarını götür, qalan 2.750 manatı isə ona çatdırarsan. O Həsəndən 4.500 manatı götürüb Həsənlə birlikdə Balaxanı qəsəbəsinə, «Al Marketin» qarşısında gedib orada İbrahimlə görüşdü. 4.500 manatdan qabaqcadan İbrahimin dediyi kimi öz pulunu 1.750 manatı götürdü. «Al Marketin» qarşısında Həsənlə və İbrahimlə birlikdə görüşəndə o Həsənə İbrahimin yanında 2750 manatı verdi. Həsən bilmirdi ki, İbrahimə o 2.750 manatı verir, çünki İbrahim ona Həsənin xəbəri olmadan demişdir ki, Həsəni onunla tanış etdiyinə görə İbrahim ona Həsənin aldığı 7.000 manatdan ona 1.750 manatı verəcək. O «Al Marketin» qarşısında İbrahimə 2.750 manatı verəndə İbrahim ondan pulu alıb Həsənə dedi ki, əlaqə saxlayacaq, sənədləri təqdim edəcək ki, sənədləri imzalasın. Bundan sonra onlar ayrıldılar. Təxminən bir həftədən sonra 2022-ci ilin oktyabr ayının əvvəllərində Həsən ona zəng vuraraq işdən imtina etdi. Həsən ona dedi ki, İbrahimin düzəltdiyi iş onun üçün ağır olacaq və həmin işdən imtina edir, xahiş etdi ki pullarını qaytarsın, özünə başqa iş tapacaq. Ona məlum olmadı hansı səbəbə görə Həsən bu cür qərarı qəbul etdi. Həsən pulunu tələb etməyə başladı, ona dedi ki İbrahim onu operator vəzifəsinə düzəltməyə söz vermişdir, indi isə onu çilincər vəzifəsinə düzəldir. Bu işdə onun üçün ağır olacaq. Həsən dedi ki, pulun bir hissəsi 1500 manat İbrahimdədir, qalan 4.500 manatı isə ona vermişdir və pulları geri tələb etdi. O Həsənə dedi ki, pulu qaytarmağa razıdır, pulu İbrahimə vermişdir və İbrahimlə danışıb xəbər edəcək. Həsəndən danışandan sonra o İbrahimə zəng vurdu və İbrahimə Həsənin pulunu geri istədiyini dedi. İbrahim onu aldadaraq bildirdi ki, Həsəni şirkətə çilingər vəzifəsinə düzəldir, lakin Həsən həmin vəzifədən imtina etmişdir və pulunu geri istəyir, İbrahim ona dedi ki, 1.750 manatı Həsənə qaytarsın, qalan 4.250 manatı isə özü Həsənə qaytaracaq. O razılaşdı. Pulu düzəltməyə o Həsəndən 3-4 gün vaxt istədi. Təxminən 3-4 gündən sonra, 2022-ci ilin oktyabr ayının əvvəllərində Həsənlə o Qaraçuxur qəsəbəsində «dörd yol» deyilən yerdə «Aura» şadlıq sarayının yaxınlığında görüşdü. Həsənə o bildirdi ki, Həsəndən bu işin həlli üçün aldığı 6.000 manatdan İbrahim ona 1.750 manatı vermişdir. 4.250 manatı isə İbrahim özünə götürmüşdür. Həsənə dedi ki, ona özünə qalan pulu, yəni 1.750 manatı qaytaracaq. Həsən ona dedi ki bu işdən məlumatı var, 4.250 manatı İbrahimdən alıb və ondan 1.750 manatı yox, 1.500 manatı tələb etdi, Həsən ona dedi ki, 250 manatı ona bu işdə çəkdiyi əziyyəti üçün bağışlayır. O Həsənə 1.500 manatı qaytardı və onlar razılaşdılar. Bundan sonra nə Həsənlə nədə İbrahimlə əlaqə saxlamadı. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş 18 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən -dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrar törədilməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Eləcə də Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-i tərəfindən verilmiş mədaxil qəbzinə əsasən 1.938 manat dövlət büdcəsinə ödəniş aparılmışdır. Belə ki, hazırki iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, dəymiş ziyan ödənilmiş, zərərçəkmiş şəxslər tərəfindən şikayət və tələb yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 % miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 06 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 88). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 120). İş üzrə maddi sübut kimi tanınmış-bir ədəd gödəkçənin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, bir ədəd yaddaş kartı cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia və xüsusi müsadirə olunan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış-bir ədəd gödəkçənin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın, bir ədəd yaddaş kartı cinayət işinin materialları arasında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar