Məhkəmə qərarları › İş №1(008)-103/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-103/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-103/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin kını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs ipoteka müqaviləsi ilə ilkin ödənişsiz mənzil təşkil edəcəyi barədə yalandan vəd verib aldadaraq 18 may 2022-ci il tarixdən 2022-ci ilin avqust ayının sonlarınadək olan müddət sonuncunun oğlu Şahid2 və Zərərçəkmiş şəxs özündən işlədiyi ünvan 3 ünvanında yerləşən “ev alqı-satqısı” ofisinin qarşısında hissə-hissə olmaqla ümumilikdə 2837 manat, sonuncunun qızı Şahid1 vasitəsi ilə ünvan 4 ünvanında yerləşən “Ballı” marketin içərisində quraşdırılmış “E-Manat” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan ********60633892 “leobank” kartına 25 iyul 2022-ci il tarixdə 150 manat, 26 iyul 2022-ci il tarixdə 200 manat, 02 avqust 2022-ci il tarixdə isə 25 manat pul köçürmüş və sonuncu dəfə X1 Fərzullayevin vasitəsi ilə işlədiyi “ev alqı-satqısı” ofisində 800 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə qanunsuz olaraq alıb ələ keçirirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 4012 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fərdi olaraq atası ilə birlikdə ünvan 5 ünvanında ev alqı-satqısı ilə məşğul olur. Zərərçəkmiş şəxs barəsində yazdığı ərizə ilə tanış olmuş və bildirmişdir ki, xeyli müddətdir ki, Elman Feyzullayevi tanıyır. Belə ki, Elmanın oğlu Nicatla yaxşı münasibətləri vardır və bir məhəllədə yaşayırlar. Təxninən 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs oğlu Nicatla birlikdə ona yaxınlaşaraq, ipoteka ilə ev almaq istədiklərini bildirmişdilər. O, həmin şəxslərə ipoteka ilə ev almaq üçün ilkin ödəniş kimi müəyyən miqdarda pul lazım olduğunu bildirmişdir. Eyni zamanda ipotekaya aid sənədlərin hazırlanması üçün əlavə 4000 manat da pul lazım olduğunu bildir:nişdir. Nicat və atası Elman onunla razılaşaraq getmişdilər. Sonra Zərərçəkmiş şəxs sənəd ərin hazırlanması və digər xərclər üçün 2022-ci ilin may ayından həmin ilin avqust ayınadək olan müddət ərzində hiss-hissə olmaqla ümumilikdə 4012 manat pul vermişdir. Lakin sonradan ipoteka götürülməsi mümkün olmadığından və ilkin ödəniş pulu Zərərçəkmiş şəxs tərəfindən düzəlmədiyindən ipoteka şərtləri ilə ev alınması mümkün olmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs ona verdiyi pulu xərclədiyi üçün geri qaytara bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin may ayının ortalarında qızı Şahid1 ipoteka ilə mənzil almaq qərarına gəlmiş, bununla bağlı özü və oğlu Şahid2 ilə bir neçə nəfər tanışlarına müraciət etmişdilər. O cümlədən Nicat əvvəllər tanıdığı , Bakıxanov qəsəbəsi ərazisində ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs da ipoteka ilə mənzil almaq istədiyini bildirmişdir. Zəki isə onlara ilkin ödənişsiz ipoteka ilə mənzilin alınmasında köməklik göstərə biləcəyini demişdir. O, Zəkiyə ilkin ödənişsiz ipoteka ilə mənzil almaq mümkün olmadığını bildirdikdə sonuncu bankda əlaqələrinin olduğunu və bankda işləyən tanışının Zəkiyə cəmi bir mənzili ilkin ödənişsiz verməyi təklif etmişdir. Hətda Zəki atası Elxana bu barədə heçnə bildirməməyi də onlara bildirmi şdir. Belə ki, Zəki atası ilə birlikdə ünvan 6 ünvanında icarəyə ofis götürərək əmlak alqı satqısı ilə məşğul əhir və atası da həmin ofisə gəlib getmişdir. Zəki də bunu ona görə demişdir ki, guya atası ilkin ödənişsiz ipoteka almaq mümkün olduğunu bildiyi halda buna imkan verməyəcək və həmn şərtlərlə öz qohumları üçün evi götürəcəkdir. Zəkinin söhbətləri onlarda inam yaratmı:; və ona görə də Zəki ilə razılaşaraq ilkin ödənişsiz ipoteka ilə mənzil almaqda köməkli c göstərməyinə etiraz etməmişdir. Zəki bildirmişdir ki, mənzil almaq üçün bankdan təxminən 80.000 manat pul çıxarda biləcəkdir və buna görə həmin məbləğ çərçivəsində mənzil tapmaq lazım olacaqdır. Lakin, bu işin həlli üçün müəyyən vəsait də tələb olunacaqdır. O, Zəki ilə razılaşdıqdan sonra özü də mənzil axtarmağa başlamış və Yeni Suraxanı qəsəbəsində 65.000 manata 4 otaqlı bir fərdi yaşayış evi tapmış, bu barədə Zəkiyə bildirmişdir. Həmçinin qızı Mətanətin əmək haqqı yüksək olduğundan Zəkiyə ipotekanı Mətanətin adına sər ədləşdirilməsini xahiş etmişdir. Zəki də ona etiraz etməmiş və bu söhbətlərdən sonra ipotekanın sənədləşdirilməsi üçün ondan, qızı Mətanət və oğlu Nicatdan hissə hissə pul istəməyə başlamışdır. Belə ki, Zəki hər dəfə müxtəlif səbəblər göstərərək ipoteka sənədləri üçün hər dəfə pul götürmüşdür. İlk dəfə 18 may 2022-ci il tarixdə Zəki Bakıxanov qəsəbəsində diyi əmlak alqı-satqısı ofisində oğlu Nicatdan 50 manat pul götürmüşdür. Həmin pulu iyə təqdim etmək üçün Nicata vermişdir. Daha sonra Zəkinin sözləri ilə ona hissə-hissə şəkildə və adına sənədləşdirilmiş “Leobank” plastik kart hesabına qalan məbləğlərdə pul göndərmişlər. Belə ki, 18 may 2022-ci il tarixdən avqust ayının sonlarına kimi Nicat əksər vaxtlar Zəkinin işlədiyi ofisin qarşısında ona 700 manat, 60 manat, 55 manat, 500 manat, 50 at, 80 manat, 400 manat və 352 manat pul vermişdir. Bundan başqa, özü Zəkiyə ofisinin qarşısında 300 manat, 250 manat və 40 manat pul vermişdir. Həmçinin, qızı Mətanət “Leobank” plastik kart hesabına 25 iyul 2022-ci il tarixdə 150 manat, 26 iyul 2022-ci il tarixdə 200 manat və 02 avqust 2022-ci il tarixdə 25 manat pul köçürmüşdür. Sonuncu dəfə 2022-ci ilin avqust ayının sonlarında Nicat ofisin qarşısında Zəkiyə 800 manat pul vermişdir. Ümumilikdə Zəkiyə 4012 manat pul verilmişdir. Üstündən bir müddət keçdikdən sonra Zəki mənzilin ipoteka işini həl. etməmiş, nəticədə ona məlum olmuşdur ki, Zəki onlardan pulları götürərək ipotekanı həll etməyə deyil, onu aldadaraq qeyd olunan məbləğdə pulları öz tələbatına sərf etmişdir. Dəfələrlə Zəkidən pulu qaytarmağı tələb etmiş, lakin Zəki buna heç bir əhəmiyyət verməmişdir. Şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Bakıxanov qəsəbəsində bir məhəllədə böyümüş, uşaqlıq yaşlarından bir birilərini tanmış, əvvəllər münasibətləri yaxşı olmuş, ədavət və düşmənçiliyi olmamışdır. 2022-ci ilin may ayının ortalarında atası Zərərçəkmiş şəxs bacısı Şahid1 ipoteka ilə mənzil almaq qərarına gəlmiş və bununla bağlı onlar bir neçə nəfər tanışlarına müraciət etmişdilər. O cümlədən Zəki Bakıxanov qəsəbəsi ərazisində ev alqı satqısı ilə məşğul olduğu üçün ipoteka ilə əlaqədar Zəkiyə də müraciət etmişdir. Zəki isə demişdir ki, onlara ilkin ödənişsiz ipoteka ilə mənzilin alınmasında köməklik göstərə bilər. Atasıisə Zəkiyə ilkin ödənişsiz ipoteka ilə mənzil almaq mümkün olmadığını bildirdikdə sonuncu bankda əlaqələrinin olduğunu və bankda işləyən tanışının ona cəmi bir mənzili ilkin ödənişsiz verməyi təklif etmişdir. Hətta Zəki atası Elxana bu barədə heçnə bildirməməyi də xahiş etmişdir. Belə ki, Zəki atası ilə birlikdə ünvan 5 ünvanında icarəyə ofis götürərək əmlak alqı satqısı ilə məşğul olurlar və atası da həmin ofisə gəlib getmişdir. Zəki də guya atası ilkin ödənişsiz ipoteka almaq mümkün olduğunu bildiyi halda buna imkan verməyəcəyini və həmin şərtlərlə öz qohumları üçün evi götürəcəyini bildirmişdir. Zəkinin söhbətləri onlarda inam yaratmış və ona görə də atası Zəki ilə razılaşaraq ilkin ödənişsiz ipoteka ilə mənzil almaqda köməklik göstərməyinə etiraz etməmişdir. Zəki bildirmişdir ki, mənzil almaq üçün bankdan təxminən 80.000 manat pul çıxarda biləcək və buna görə həmin məbləğ çərçivəsində mənzil tapmaq lazım olacaqdır. Lakin, bu işin həlli üçün müəyyən vəsait də tələb olunacaqdır. X10 ilə razılaşdıqdan sonra özü də mənzil axtarmağa başlamış və Yeni Suraxanı qəsəbəsində 65.000 manata 4 otaqlı bir fərdi yaşayış evi tapmış, bu barədə Zəkiyə bildirmişdir. Həmçinin, bacısı Mətanətin əmək haqqısı yüksək olduğundan Zəkiyə ipotekanı Mətanətin adma sənədləşdirilməsini xahiş etmişdir. Zəki də onlara etiraz etməmiş və bu söhbətlərdən sonra ipotekanın sənədləşdirilməsi üçün ondan, atası Elman və bacısı Mətanətdən hissə-hissə pul istəməyə başlamışdır. Belə ki, Zəki hər dəfə müxtəlif səbəblər göstərərək ipoteka sənədləri üçün onlardan hissə-hissə pul götürmüşdür. İlk 18 may 2022-ci il tarixdə Zəki Bakıxanov qəsəbəsində işlətdiyi əmlak alqı-satqısı ofisində ondan 50 manat pul götürmüşdür. Daha sonra Zəkinin sözləri ilə hissə-hissə nağd şəkildə və ya “Leobank” plastik kart hesabına qalan məbləğlərdə pul vermişlər. 18 may 2022-ci il tarixdən avqust ayının sonlarına kimi o, əksər vaxtlar Zəkinin işlədiyi ofisin qarşısında Zəkiyə 700 manat, 60 manat, 55 manat, 500 manat, 50 manat, 80 manat, 400 manat və 352 manat pul vermişdir. Bundan başqa, X7 ofisinin qarşısında 300 nat, 250 manat və 40 manat pul vermişdir. Həmçinin, bacısı Mətanət Zəkinin “Leobank” plastik kart hesabına 25 iyul 2022-ci il tarixdə 150 manat, 26 iyul 2022-ci il tarixdə 200 manat 32 avqust 2022-ci il tarixdə 25 manat pul köçürmüşdür. Sonuncu dəfə 2022-ci ilin avqust ayının sonlarında o, ofisin qarşısında Zəkiyə 800 manat pul vermişdir. Ümumilikdə Zəkiyə 4012 manat pul verilmişdir. Üstündən bir müddət keçdikdən sonra Zəki mənzilin ipoteka işini etməmiş, nəticədə ona məlum olmuşdur ki, Zəki onlardan pulları götürərək ipotekanı həll etməyə deyil, onları aldadaraq qeyd olunan məbləğdə pulları öz tələbatına sərf etmişdir, Zəkinin ələ keçirdiyi ümumilikdə 4012 manat pul atası Zərərçəkmiş şəxs məxsus olmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının ortalarında atası Zərərçəkmiş şəxs ona ipoteka ilə mənzil almaq qərarına gəlmiş və bununla bağlı onlar bir neçə nəfər tanışlarına müraciət etmişdilər. O cümlədən qardaşı Şahid2 əvvəllər tanıdığı, Bakıxanov qəsəbəsi ərazisində ev alqı-satqısı ilə şğul olan Təqsirləndirilən şəxs da ipoteka ilə mənzil almaq istədiyini bildirmişdir, o isə demişdir ki, onlara ilkin ödənişsiz ipoteka ilə mənzilin alınmasında köməklik göstərə bilər. X7 ilkin ödənişsiz ipoteka ilə mənzil almaq mümkün olmadığını irdikdə sonuncu bankda əlaqələrinin olduğunu və bankda işləyən tanışının cəmi bir mənzili ilkin ödənişsiz verməyi təklif etmişdir. Bu minvalla atası Zəkiyə inanmış və ona görə də ilə razılaşaraq ilkin ödənişsiz ipoteka ilə mənzil almaqda köməklik göstərməyinə etiraz əmişdir. Zəki bildirmişdir ki, mənzil almaq üçün bankdan təxminən 80.000 manat pul çıxarda biləcəkdir və buna görə həmin məbləğ çərçivəsində mənzil tapmaq lazım olacaqdır, lakin bu işin həll üçün müəyyən vəsait də tələb olunacaqdır. X10 ilə razılaşdıqdan sonra özü də mənzil axtarmağa başlamış və Yeni Suraxanı qəsəbəsində 65.000 manata 4 otaqlı bir fərdi yaşayış evi tapmış, bu barədə Zəkiyə bildirmişdir. Həmçinin, onun əmək haqqı yüksək olduğundan atası Zəkiyə ipotekanı adına sənədləşdirilməsini xahiş etmişdir. Zəki də onlara etiraz etməmiş və bu söhbətlərdən sonra ipotekanın sənədləşdirilməsi ondan, atası Elman və qardaşı Nicatdan hissə-hissə pul istəməyə başlamışdır. Belə ki, hər dəfə müxtəlif səbəblər göstərərək ipoteka sənədləri üçün onlardan hissə-hissə pul götürmüşdür. İlk dəfə 18 may 2022-ci il tarixdə Zəki Bakıxanov qəsəbəsində işlətdiyi əmlak satqısı ofisində qardaşı Nicatdan 50 manat pul götürmüşdür. Daha sonra Zəkinin sözləri hissə-hissə nağd şəkildə və adma sənədləşdirilmiş “Leobank” plastik kart hesabına qalan məbləğlərdə pul vermişlər. Belə ki, 18 may 2022-ci il tarixdən avqust ayının sonlarına kimi rdaşı Nicat əksər vaxtlar Zəkinin işlədiyi ofisin qarşısında Zəkiyə 700 manat, 60 manat, 55 manat, 500 manat, 50 manat, 80 manat, 400 manat və 352 manat pul vermişdir. Bundan başqa, X7 ofisinin qarşısında 300 manat, 250 manat və 40 manat pul vermişdir. Həmçinin özü də Zəkinin Leobank plastik kart hesabına 25 iyul 2022-ci il tarixdə manat, 26 iyul 2022-ci il tarixdə 200 manat və 02 avqust 2022-ci il tarixdə 25 manat pul köçürmüşdür. Sonuncu dəfə 2022-ci ilin avqust ayının sonlarında Nicat ofisin qarşısında Zəkiyə 800 manat pul vermişdir. Ümumilikdə Zəkiyə 4012 manat pul verilmişdir. Üstündən bir müddət keçdikdən sonra Zəki mənzilin ipoteka işini həll etməmiş, nəticədə ona məlum olmuşdur ki, Zəki onlardan pulları götürərək ipotekanı həll etməyə deyil, onları aldadaraq olunan məbləğdə pulları öz tələbatına sərf etmişdir. Dəfələrlə Zəkidən pulu qaytarmağı b etmiş, lakin Zəki buna heç bir əhəmiyyət Zəkinin ələ keçirdiyi ümumilikdə 4012 manat pul atası Zərərçəkmiş şəxs məxsus olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin törədildiyi yerin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X5 küçəsi, 16 ünvanında yerləşən ev alqı-satqısı ofisinin qarşısının olması müəyyən edilmişdir (i.v.6-8). “eManat” vasitəsilə ödənilən pul qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan kart hesabına 25 iyul 2022-ci il tarixdə 150 manat, 26 iyul 2022-ci il tarixdə 200 manat, 02 avqust 2022-ci il tarixdə isə 25 manat məbləğində pul vəsaiti köçürülmüşdür (i.v.44). Zərərçəkmiş şəxs X2 ilə Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair 14 oktyabr 2023cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin dedikləri ilə razı olduğunu bildirmişdir (i.v.104-107). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.21). “Axtarşda olan şəxsin tutulması haqqında” 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdə Bakıxanov qəsəbəsində saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilməsi üçün 13-cü PŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir (i.v.52). “Şübhəli şəxsin tutulması haqqında” 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdə, saat 18:00-da tutulmuşdur (i.v.68). “Müvəqqəti saxlama yerindən azad edilmə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə o, MSY-dən azad edilmişdir (i.v.87). AR ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş 24 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdə saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 22 yanvar 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2020-ci il təvəllüdlü (X4) uşağı var. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə vurulmuş zərərin ayda 200 manat olmaqla ödənilməsi ilə bağlı razılığa gəlmiş, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, istintaq zamanı şübhəli şəxs qismində saxlandığı müddət, o cümlədən, məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 08:00-dək tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 22 avqust 2023-cü il tarixdən 24 avqust 2023-cü il tarixədək tutularaq saxlandığı 02 gün müddət, məhkəmə istintaqı zamanı 20 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 11 gün müddət, cəmi 13 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 26 gün gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 11 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar