Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-103/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayonunun Diyadin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2024-cü il tarixdə saat 22.20 radələrində texniki cəhətdən saz olan yol vərəqəsi əsasında idarə etdiyi «Daewoo BS 090» markalı 10- TG-533 dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri Sabunçu rayonu Bakixanov qəsəbəsi Sakit Qocayev küçəsi ilə üzü Qaraçuxur qəsəbəsi istiqamətinə saatda 30 kilometr sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi, tələblərinə riayət etməklə yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək həmin qaydarı pozaraq idarə etdiyi avtobusla Sakit Qocayev küçəsi ilə Kamil Şamilov küçəsinin kəsişməsini keçən kimi «Məscidin» qarşısında yolu sağdan sola keçən piyada X5 avtobusun qabaq sol hissəsi ilə ehtiyyatsızlıqdan vurması nəticəsində zərərçəkmiş şəxs X1 V-Vİ-Vİİ-Vİİİ, soltərəfli Vİ-Vİİ-Vİİİ-İX qabırğaların yerini dəyişən qapalı sınıqları, hər iki ağciyərin əzilmişcırılmış yaralan, ikitərəfli hemotoraks (plevra boşluğuna sərbəst qanın yığılması), çanaq sümüklərinin az yerini dəyişən qapalı sınıqları, döş qəfəsinin qarın və sağ bud-çanaq oynağı nahiyələrinin qançırları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətləri yetirmiş, Elmidar Xudiyevin almış olduğu xəsarətlərlə əlaqədar baş vermiş çoxlu qan itirmə 09 sentyabr 2024-cü il tarixdə saat 22.50 radələrində müalicə aldığı X10 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən iki ildir ki, o, 76 saylı marşrut xəttində avtobus sürücüsü işləyir. Həmin marşrut xətti «Şidli -A.İ» şirkətinə məxsusdur. Həmin marşrut xəttində 17 ədəd «Daewoo BS 090» markalı avtobuslar fəaliyyət göstərir. O, növbə ilə işləyir və hər gün şirkətə məxsus olan ona təkim olunmuş müxtəlif avtobusları idarə edir. İş günü səhər saat 07.00-da başlayır, saat 22.00-da o Neftçilər metrosunun qarşısında yerləşən sonuncu dayanacaqdan çıxıb Qaraçuxur qəsəbəsində yerləşən avtobusların qarajına gedib orada avtobusu təhvil verir. Yol vərəqəsi şirkət tərəfindən sürücülərə 01 ay müddətinə verilir, hər ayda təzələnir. 09 sentyabr 2024-cü il tarixdə saat 22.00 radələrində o, idarə etdiyi «Daewoo BS 090» markalı **-TG-*** dövlət nömrə nişanlı avtobusla 76 saylı marşrut xətti üzrə olan Neftçilər metrosunun qarşısında yerləşən sonuncu dayanacağında sərnişinləri düşürdüb avtobusu Qaraçuxur qəsəbəsində yerləşən qaraja təhvil vermək üçün saat 22.20 radələrində Bakıxanov qəsəbəsində Sakit Qocayev küçəsi ilə üzü Qaraçuxur qəsəbəsi istiqamətində hərəkət etmişdir. Avtobusu o, saatda təxminən 30 kilometr sürətlə idarə etmiş, avtobusda sərnişin olmamışdır. Sakit Qocayev küçəsi ilə Şamil Kamilov küçəsinin kəsişməsində keçən zamanı yolun əks istiqamətində hərəkət edən avtomobillərin faraların işıqları onun gözünə düşmüş və o, avtobusu idarə etdiyi zaman qəflətən görmüşdür ki, qarşısında piyada təxminən 50 yaşlı kişi sonradan adını bildiyi kimi X8 dayanmışdır. Elmidar Xudiyev onun yoluna necə çıxdığını o, görməmişdir və avtobusunun qabağ sol hissəsi yolda piyada Elmidarı ehtiyyatsızlıqdan vurmuşdur. Həmin an piyada yerə yıxılmış, o, da avtobusu sağ tərəfə qaçırtmışdır. Həmin hadisə ilə bağlı o, özünü itirmiş və ətrafda olan hadisə yerinə toplaşan vətəndaşlar təcili tibbi yardım stansiyasının həkimlərini çağırmışlar. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn TTYS-nın briqadası baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində bədən xəsarətlərini alan piyada Elmidar Xudiyevi xəstəxanaya aparmışlar, əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi teleqramla məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasında səhhəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti olmadığını nəzərə alınmağı xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, X8 onun əridir, onlar birlikdə ünvan 3 ünvanda yaşayırdılar. O, «N» saylı hərbi hissədə iqdisadçı vəzifəsində işləyir. Elmidar Xudiyev isə Bakıxanov qəsəbəsində Sakit Qocayev küçəsində yerləşən Məçidin yaxınlığında yerləşən dükanı işlədirdi, həmin dükanda Elmidar tikinti materialların satışı ilə məşğul olurdu. Elmidar hər gün səhər saat 08 radələrində evdən çıxıb axşam saat 19 radələrində evə qayıdırdı. 09 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində Elmildar işdən evə qayıtdı və evdə bir qədər əyləşəndən sonra marketə ərzaq almağa həmçinin milliön ödəmə terminalı vasitəsi ilə banka pul köçürmək məqsədi ilə evdən saat 22 radələrində çıxmışdır. Yaşadıqları evləri Sakit Qocayev küçəsində yerləşən Məscidin yaxınlığında yerləşir. Elmidar saat 22 radələrində evdən çıxanda yarım saata yaxın evə gəlməmişdir, saat 22.30 radələrində onun evinin qapsını bir nəfər cavan oğlan döyüb Elmidarın yolu keçən zamanı avtobus tərəfdən vurulduğunu bildirmişdir. Elmidarla o həmin ərazidə uzun müddətdir ki, yaşadıqlarına görə və Elmidar bundan əlavə olaraq həmin ərazidə işlədiyinə görə ərazidə yaşayan və işləyən sakinlərin çoxsunu tanıyırdı, onun qapısını döyən şəxsi o tanımır, həmin şəxs Elmidarın tanışı olmuşdur. Həmin məlumatı alandan sonra o, dərhal hadisə yerinə getmişdir. Həmin hadisə Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən Məscidin qarşısında baş vermişdir. Hadisə yerinə çantanda o, Elmidarın halsız vəziyyətdə yolun işlək hissəsində uzandığını görmüşdür. Həmin vaxtı Elmidarı vuran «Daevvo» markalı **-TG-*** dövlət nömrə nişanlı 76 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü sonradan adını bildiyi kimi Təqsirləndirilən şəxsda orada olmuşdur və özünü ona təqdim etmişdir. Hadisənin necə baş verdiyini soruşanda sürücü Təqsirləndirilən şəxs ona demişdir ki idarə etdiyi avtobusla Sakit Qocayev küçəsi ilə üzü Qaraçuxur qəsəbəsi istiqamətində hərəkətdə olan zamanı ehtiyyatsızlığından yolu keçən Elmidar Xudiyevi avtobusun qabağ hissəsi ilə vurmuşdur. Həmin avtobusda yolun ortasında boş vəziyyətdə dayanmışdır. Həmin vaxtı həyəcanlı vəziyyətdə olmuşdur və hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri ilə birlikdə X9 Tibbi Mərkəzinə getmişdir, tibb mərkəzinə çatanda Elmidar orada yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətlərində ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 09 sentyabr 2024-cü il tarixli protokoldan, sxemdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Qocayev küçəsi Ş.Kamilov küçəsi kəsişməsində hadisə yerinə baxış keçirilmiş, sxem çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 05-08); 10 sentyabr 2024-cü il tarixli, 1/8188 №-li sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.11); İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları hadisə yerində əyani şəkildə göstərərək bir daha təsdiq etmişdir(i.v.22-24); Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 10 sentyabr 2024-cü il tarixli prokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Daewoo BS 090» markalı **-TG-*** dövlət nömrə nişanlı avtobusun ön şüşəsinin sol hissəsi çatlamış, qabağ buferin sol hissəsi aralanmış vəziyyətdədir(i.v 20-21). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X14 Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 205 saylı ekspert rəyindən görünür ki, X2 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: sağtərəfli V- Vİ-Vİİ-Vİİİ, sol tərəfli Vİ-Vİİ-Vlll-lX qabırğaların yerini dəyişən qapalı sınıqları, hər iki ağciyərin əzilmiş-cırılmış yaraları, ikitərəfli hemotoraks (plevra boşluğuna sərbəst qanın yığılması), çanaq sümüklərinin əz yerini dəyişən qapalı sınınqları, döş qəfəsinin, qarın və sağ bud-çanaq oynağı nahiyələrinin qançırları. Xəsarətlər həyatı olub, mərhumun ölümündən az əvvəl bərk-küt əşya(əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə baş vermiş yol -nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir.X2 ölümünə səbəb almış olduğu xəsarətlərlə əlaqədar baş vermiş çoxlu qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinədən 2-4 saat əvvələ uyğun gəlir. X2 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i.v.47-51); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-nin BDYP-nin Qeydiyyatimtahan İdarəsinin kompyuter bazasının məlumatlarında Təqsirləndirilən şəxs xx.xx.2017ci il tarixdə (xx.xx.2027-ci il tarixədək etibarlı olan) AC 728816 nömrəli «BCD» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır.(i.v.28); Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2943 nömrəli rəyindən görünür ki, aparılmış hesabata əsasən tədqiq olunan şəraitdə nəqliyyat vasitəsinin tam dayanma yolu 18,6 metrdir, piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən 57,7-37,5 metr aralı məsafədə olmuşdur. «Daewoo BS 090» markalı 10-TG- 533 dövlət nömrə nişanlı avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur(i.v.52-55); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin TŞ9- 007 saylı kameranın vasitəsilə çəkilmiş, DVD diskdəki yazılara baxış keçirilərkən, baxış zamanı TŞ9-007.2 yazıları ilə işarələnmiş «DVD» diskdəki videoçəkilişdən görünür ki, Sakit Qocayev küçəsi ilə Qaraçuxur qəsəbəsi istiqamətində orta sürətlə hərəkət edən «Daewoo BS 090» markalı **-TG-*** dövlət nömrə nişanlı avtobus Sakit Qocayev küçəsi ilə Şamil Kamilov küçələrin kəsişməsini keçən zamanı Məscidin qarşısında yolu asta addımlarla (Məscid tərəfdən Eccentrik ticarət mərkəzi) istiqamətinə keçən piyada X5 ön sol hissəsi ilə vurmuşdur. Vidoedan görünür ki, hadisə 22:20:06 radələrində baş verir(i.v.30-31); Toplanmış sübutlara qiymət verilməsi haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərədə tutulan ittiham elan olunmuşdur(i.v57-59). İş materiallarında olan: Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.76-78); Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə 10 il müddətinə «BCD» kateqoriyalı AC 728816 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 16); xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAEWOO BS090 Avtobus” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus “Şidli-A.İ” şirkətinin mülkiyyətindədir, yol vərəqi əsasında xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs verilmişdir(i.v.14-15,18); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v.45); Zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizəsindən görünür ki, hadisə ilə əlaqədar olaraq onun sürücü Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur(i.v 41). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini (CM-59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası(CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 128 (yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli(CPM-198.1), maddi sübut 01 ədəd DVD disk iş materiallarında salanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Maddi sübut 01 ədəd DVD disk iş materiallarında salanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-103/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-103/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver