Məhkəmə qərarları › İş №1(008)-1030/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-1030/2023

11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-1030/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Bakı şəhəri 34 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, "Hürriyyət” qəzetinin, "Hurriyyet.org” saytının və "Hurriyyet TV”-nin baş redaktoru, ünvan 1 ünvanında yaşayan X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətlərini törətmişdir. Belə ki, Vüqar Məmmədov yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları kütləvi çıxışlarda bəyan edərək kütləvi nümayiş etdirib və kütləvi informasiya vasitələrində yaymışdır. Vüqar Məmmədov "TikTok” və digər sosial media platformalarında "hurriyyet tv” profili ilə qeydiyyatdan keçərək həmin sosial şəbəkədə, eyni zamanda, "hurriyyet tv” youtube kanalında yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətimi, işgüzar nüfuzumu ləkələyən, yalan məlumatları kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada, qəsdən və qərəzli şəkildə yaymış, onun, habelə ailəmin şərəf və ləyaqətini qəsdən nalayiq formada alçaltmış, onu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə qəsdən böhtan atmışdır. Halbuki 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin tərkib hissələri;Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma: Vüqar Məmmədov “TikTok” və digər sosial media platformaları vasitəsi ilə çəkdiyi videolarda qeyri-etik, onun şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan bu ifadələri işlətmişdir: “Paylaşın xahiş edirəm, mən burada nağıl danışmıram. Dünəndən mənim həyatım təhlükədədir. Dünən axşamdan məni axtarırlar, yerini de gəlirik. Deməli, 2011-ci il 11 iyunda toplantı keçirəndən sonra Whatsapp qrupunda dedilər ki, o toplantı düzgün keçirilməyib, ona görə də torpaq filankəsin afiına verilməlidi, indi də bələdiyyədən başqa şəxsin adına keçdi. Əsas məsələ odur ki, bu torpaq kənd camaatının iradəsini ifadə edən Səxavət Məmmədovun əlindən çıxarılsın. Əsas məqsəd budur. Kəramət Məmmədov hər dəfə camaatı qurumlardan birinin rəhbərinin adı ilə təhdid edir: mən filankəsə tapşıraram, Vüqarı tutarlar və s.Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma:Bu cür X2 birinin rəhbəri haqqında boş-boş danışırdı ki, tapşıracam, Vüqarı tutacaqlar. Sonra kənd camaatı Səxavət Məmmədovun arxasında olduğundan və tutdurmaq işi alınmadığından, ölümlə şantaj etməyə, təhdid etməyə keçdilər. Təxmini 3 gün bundan qabaq bu məsələnin arxasında duran adamın Siyavuş Novruzov olduğu aşkara çıxdı. O, Azərbaycan Respublikası parlamentinin deputatı, 5-ci kolonun ən aktiv iştirakçılarındandır. Sinif yoldaşım olduğu üçün bugünədək onun haqqında heçnə deməmişəm. Amma bugün artıq onun maskası düşdüyündən mən bunu açıqlamağa məcburdur. Sən demə bu işin arxasında Siyavuş Novruzov durub. Hətta məndə olan məlumatlara görə kimlərinsə əlavə sifarişləri verilib. Siyavuş Novruzovun kimlərlə bağlı Kəramət Məmmədova sifariş verdiyi ilə bağlı açıqlama verəcəm. Verilən sifariş qorxudan yerinə yetirilməyibdir. “Ona görə də X2 xahiş edirəm, bu adamı çəksinlər, qulağını bursunlar. Bunun pulu qudurdub bunu, milyonlarla vəsaiti var, restoran şəbəkəsi var, avtosalonları var, zəbt olunmuş hektarlarla torpaqları var. Xahiş edirəm X2, çəksinlər bunu, oturtsunlar yerinə. X8 oturda bilməyəcəksə, bir daha təkrar edirəm, Allah özümüzə versin, oğlanlarıma versin, qardaşıma versin və qohumlarıma versin. Hər halda istər Siyavuşun, istər Kəramətin ailəsindən mənlə bərabər kimsə qəbirstanlıqda dəfn olunacaqdır. Bunu da mən Sizə deyirəm! Vüqar Məmmədov tərəfindən deyilən bu ifadələrin hamısı yalandır, heç biri həqiqəti əks etdirmir və onun şəxsiyyətinə, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ləkə gətirir. Belə ki, Vüqar Məmmədov sadəcə onun barəsində ümumi xarakterli qeyri-etik ifadələr işlətməmiş, eyni zamanda onu əsassız olaraq ittiham etmişdir. Bu faktların hamısı yalan olduğundan sadəcə bu cür videolar çəkərək insanlarda, cəmiyyətdə ona qarşı aqressiya, nifrət oyatmağa çalışmışdır. Bununla ona həm maddi, həm mənəvi ziyan vurmuşdur. Yuxarıda qeyd olunan heç bir əsası olmayan və sübut edilməyən bu ifadələr tamamilə yalandır və böhtan xarakteri daşıyır. Bu arqumentlərin əksi məhkəmə baxışı zamanı lazımi sənədlər və sübutlarla təsdiq olunacaqdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X3 nümayəndəsi və vəkili Müdafiəçi xüsusi ittiham qaydasında verilmiş şikayətin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X7 “Hürriyyət” qəzetinin hüquqi ünvanının Bakı şəhəri Nərimanov rayonunda yerləşdiyini qeyd edərək X3 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi X9 məhkəməyə müraciət edərək X3 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM: 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək X4 barəsində böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılmalı olmasını, redaktoru olduğu “Hürriyyət” qəzetinin hüquqi ünvanının Bakı şəhəri Nərimanov rayonunda yerləşdiyini nəzərə alaraq hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında verilmiş şikayət ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərni törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayət ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar