Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-1031/2023 15.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Abşeron rayonu, Məmmədli qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə və digər saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 avqust 2023-cü il tarixdə, gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin inzibati ərazisi olan ünvan 3 ünvanına gələrək darvazanı açıb oradan həyətə, sonra isə qanunsuz olaraq yaşayış sahəsi hesab olunan evə daxil olmuş, evin otaqlarında suvağın altından çəkilmiş bir metri 0,70 manat olan 490 manat dəyərində 700 metr uzunluqda dördlük elektrik naqillərini söküb apararaq gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 490 manat məbləğində maddi ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 avqust 2023-cü il tarixdə, gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin inzibati ərazisi olan ünvan 3 ünvanına gələrək evin pəncərəsini açıb oradan qanunsuz olaraq yaşayış sahəsi hesab olunan evə daxil olmuş, evdə olan bir ədədinin dəyəri 50 manat olan 150 manat dəyərində üç ədəd pərdəni, 30 manat dəyərində bir ədəd adyalı, 50 manat dəyərində hamam aksessuarını, 10 manat dəyərində bir ədəd burğacı, 30 manat dəyərində bir ədəd baltanı və 10 manat dəyərində bir ədəd kəlbətini, evin həyətində olan 50 manat dəyərində bir ədəd samovarı götürüb apararaq gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 330 manat məbləğində maddi ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 avqust 2023-cü il tarixdə, gecə saatlarında X7 məxsus Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin inzibati ərazisi olan ünvan 3 ünvanına gələrək evin saxlanc yeri hesab olunan zirzəmisinə açıq qapıdan qanunsuz daxil olub oradan bir metri 25 manat olan ümumi dəyəri 2000 manat olan 80 metr uzunluqda 4x6 ölçüdə və bir metri 4,8 manat olan ümumi dəyəri 384 manat olan 80 metr uzunluqda 3x4 ölçüdə 4-lük elektrik kabellərini götürüb apararaq gizli olaraq talamaqla zərərçəkmiş şəxs Qiyas Qafarova 2384 manat məbləğində maddi ziyan vurmaqla saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,995 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üzərində saxlayaraq daşımış, 10 avqust 2023-cü il tarixdə, saat 15:30 radələrində Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin inzibati ərazisi olan Abşeron rayonu Məmmədli qəsəbəsi Yeni yaşayış massivində yaşadığı evin yaxınlığında saxlanılaraq həmin polis bölməsinə gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,995 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bununla da o, AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özünü nə AR CM-nin 234.1-ci maddəsi, nə də oğurluq cinayətlərinin hər hansı birində təqsirli bilmir. O, Sabunçu RPİ-nin 15-ci şöbəsinin rəisi Tural Nəzərovu çoxdandır ki, əvvəlki cinayətlərə görə cəzadan azad olunduqdan sonra qeydiyyata durmaq üçün müraciət etdiyi vaxtdan tanıyır. Tural Nəzərovla yaxşı münasibətləri olmuş, hətta həmin şəxs bəzən onun cibinə xərcləməyə pul da qoyurmuş. 2023-cü ilin avqust ayında o, tanımadığı şəxsin evindən oğurluq etmiş, evdə olan televizor və digər bir sıra əşyaları oğurlayaraq yaşadığı evə gətirmişdir. Həyat yoldaşı həmin əşyaların oğurluq olduğunu bildikdə etiraz etmiş və o, Tural Nəzərova zəng edərək başqa şəxsə məxsus evdən oğurluq etdiyini, həmin əşyaları qaytarmaq istədiyini demişdir. Tural Nəzərov onu bölməyə dəvət etmiş, əşyalar ondan götürülərək mülkiyyətçisinə qaytarılmışdır. Tural Nəzərov ondan xahiş etmişdir ki, bir büküm narkotiki cibinə qoyaraq özünə məxsus olduğunu bildirsin. O, Turalla yaxşı münasibəti olduğundan razılaşmış, çəkiliş zamanı üzərində narkotik vasitə gəzdirdiyini etiraf edərək narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra o, prokuror qarşısına çıxarılmış və prokuror onu buraxmışdır. Bir müddət sonra 3 nəfər polis əməkdaşı onun yaşadığı evin həyətinə daxil olaraq onu bölməyə aparmışlar. Bölmədə ona bir neçə oğurluq hadisələrini üzərinə götürməsi bildirilmiş, o, isə etiraz etmişdir. Bundan sonra onu polis bölməsində döyərək fiziki təzyiq göstərmişlər. O, məcbur qalaraq təqdim edilmiş bütün sənədləri imzalamışdır. Lakin o, həmin oğurluqları törətməmişdir, o, cəmi bir evdən oğurluq etmiş, lakin həmin əşyalar evin yiyəsinə qaytarıldığından həmin epizod ona verilmiş ittihamda göstərilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu bildirən zaman polis bölməsində hər hansı fiziki və psixoloji təzyiqə məruz qalmadığını, sadəcə Tural Nəzərovu tanıdığından onun xahişini yerə salmadığını, Turalın ona tutulmayacağını və onu buraxdıracağını vəd etdiyini, oğurluqlarla bağlı isə ifadənin yerində yoxlanması istintaq hərəkətində təzyiq nəticəsində iştirak edərək əşyaları götürdüyünü etiraf etdiyini, həmin istintaq hərəkətlərində zərərçəkmiş şəxslərin özlərinin də iştirak etdiyini, bölmədə döyülməsi nəticəsində xəsarətlər aldığını, təzyiqlərə dözmədiyindən bütün sənədləri imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı video zəng vasitəsi ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Məmmədli qəsəbəsi nömrəsiz fərdi yaşayış ünvanında atası, anası və ailəsi ilə birlikdə yaşamışdır. 2015-ci il tarixdə yaşadığı evin yaxınlığında özü üçün ayrıca yaşamağa görə 4 sot torpaq sahəsi almışdır. Onun maddi vəziyyəti yaxşı olmadığından torpaq sahəsi boş qalmış və orada heç bir tikinti işləri apara bilməmişdir. 2023-cü ilin fevral ayında o, torpaq sahəsində bir mərtəbəli 3 otaqlı ev tikmişdir. O, evin damını və içərisində olan otaqları, mətbəxin və dəhlizin elektrik xəttlərini çəkib divara suvaq vurmuşdur. 05 avqust 2023-cü il tarixdə saat 22 radələrində o, evə gedib hər şeyin qaydasında olduğunu görüb darvazanı açarla bağlayıb evi tərk etmişdir. Ev yarım tikili olduğundan evin içəri hissəsində qapı olmamış və o, yalnız çöl darvazanı bağlayıb evi tərk etmişdir. 06 avqust 2023-cü il tarixdə 09 radələrində o, evə gedəndə çöl darvazanın aralı olduğunu görmüşdür. O, evin həyətində olan tikinti materiallarının yerində olduğunu gördükdən sonra evin içərisinə daxil olmuşdur. O, evin içərisinə daxil olduqda evin 3 yataq otağı, mətbəx və dəhlizində olan suvağın altından keçən elektrik naqillərinin sökülərək çıxarıldığını və oğurlandığını aşkar etmişdir. O, evin içərisindən elektrik naqillərinin oğurlanmasını ba.a dü.üb Azərbaycan Respublikası DİN-in “102" Xidməti Zəng mərkəzinə məlumat verdikdən sonra Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinə gedib şikayət ərizəsi ilə müraciət etmişdir. Baş vermiş oğurluq zamanı ona ümumilikdə 500 (beş yüz) manat maddi ziyan dəymişdir. Evdə yaşayış olmadığından evinin həyətindən və ya mənzilindən başqa qiymətli əşya, qızıl və ya pul oğurlanmamıdşır. Yaşayış olmayan ona məxsus evin içərisindən baş vermiş oğurluqla bağlı onun konkret olaraq şübhələndiyi şəxs olmamışdır. Onun və ailə üzvlərinin ədavətdə olduğu şəxs olmamışdır. O, oğurluq etmiş şəxsin kim olduğunu bilməmişdir. Ona məxsus oğurlanmış naqillərin ümumi uzunluğu 700 metr və 4-lük naqillərdən ibarət olmuşdur. Hazırda ona vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə göstərilərək onun evinə gətirilən və əşyaları konkret olaraq haradan götürdüyünü göstərən şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olmasına dair sual ünvanlandıqda Zərərçəkmiş şəxs1 onun evinə gətirilən şəxsin məhz hazırda ona təqdim edilən Təqsirləndirilən şəxs olduğunu, onun oğurladığı əşyaların hər birinin yerini dəqiq və düzgün göstərdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı video zəng vasitəsi ilə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Məmmədli qəsəbəsi nömrəsiz fərdi yaşayış ünvanında ailəsi ilə birlikdə yaşamışdır. 2008-ci il tarixdə o, yaşadığı evin yaxınlığında oğlu üçün ayrıca yaşamağa görə 10 sot torpaq sahəsi almışdır. O, evi tam təmir etsə də, orada yaşayış olmamışdır. 07 avqust 2023-cü il tarixdə saat 17 radələrində o, evə gedib ağacları suvarıb hər şeyin qaydasında olduğunu görüb darvazanı açarla bağlayıb evi tərk etmişdir. 09 avqust 2023- cü il tarixdə saat 15 radələrində evə gəldikə o, həyətdə olan kabellərin kəsildiyini görmüşdür. O, kabellərin kəsilməsini aşkar edib evin zirzəmisinə enmişdir. Zirzəminin qapısı taxtadan olmuş və külək qapını sındırdığı üçün qapı daimi olaraq açıq qalmışdır. O, zirzəmiyə daxil olduqda kabellərin kəsilərək oğurlandığını görmüşdür. O, evin zirzəmisindən elektrik naqillərinin oğurlanmasını başa düşüb Azərbaycan Respublikası DİN-in “102” Xidməti Zəng mərkəzinə məlumat verdikdən sonra Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Baş vermiş oğurluq zamanı ona ümumilikdə 500 (beş yüz) manat maddi ziyan dəymişdir, evdə yaşayış olmadığından evinin həyətindən və ya mənzilindən qiymətli əşya, qızıl və ya pul oğurlanmamışdır. Yaşayış olmayan ona məxsus evin içərisindən baş vermiş oğurluqla bağlı onun konkret olaraq şübhələndiyi şəxslər olmamışdır. Onun və ailə üzvlərinin ədavətdə olduğu şəxslər olmamışdır. O, oğurluq etmiş şəxsin kim olduğunu bilməmişdir. Oğurlanmış naqillərin uzunluğu 80 metr 3x4 ölçüdə, 80 metr 4x6 ölçüdə 4-lük olmuşdur. Hazırda ona vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə göstərilərək onun evinə gətirilən və əşyaları konkret olaraq haradan götürdüyünü göstərən şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olmasına dair sual ünvanlandıqda zərərçəkmiş şəxs X9 onun evinin zirzəmisinə gətirilən şəxsin məhz hazırda ona təqdim edilən Təqsirləndirilən şəxs olduğunu, onun oğurladığı əşyaların hər birinin yerini dəqiq və düzgün göstərdiyini, hətta orada onun Təqsirləndirilən şəxs vicdansız dediyini və iradını bildirdiyini göstərmişdir. Zərərçəkmiş şəxslərin ifadələrindən sonra Təqsirləndirilən şəxs ünvanlanmış suala cavab olaraq o, həqiqətən də ifadəsinin yerində yoxlanılması zamanı zərərçəkmiş şəxslərin də həmin istintaq hərəkətində iştirak etdiklərini, Qiyas Cəfərovun ona irad bildirdiyini, lakin onun nə dediyini xatırlamadığını, oğurlanmış əşyaların yerini göstərdiyini, lakin həmin yerlərin ona polis əməkdaşları tərəfindən öncədən deyildiyini və təzyiq altında həmin hərəkəti etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, yaşadığı evin yaxınlığında “Ekonom” adlı marketin yaxınlığında 15 kvadrat metr sahəsi olan kiçik bir yerdə metal qəbulu ilə məşğul olmuşdur. 2023-cü ilin avqust ayının əvvəllərində xatırlamadığı gün o, metal qəbulu yerində olan zaman sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs ona satmaq üçün yandırılmış mis gətirmişdir. O, İlkinin gətirdiyi mislərin hansı çəkidə olduğunu xatırlamır. O, İlkinə gətirdiyi misə görə müəyyən məbləğdə pul vermişdir. Bir neçə gün sonra İlkin adlı şəxs polis əməkdaşları ilə birlikdə onun iş yerinə gətirilmiş və sorğu zamanı həmin şəxsdən mis qəbul etdiyini polis əməkdaşlarına etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, beş ildir yaşadığı evin həyətində metal qəbulu ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının əvvəllərində saat 12:00 radələrində ona kiloqram çəkidə yandırılmış mis gətirmişdir. O, İlkinin gətirdiyi misləri tərəzidə çəkmiş və təxminən 1 və ya 2 kiloqram çəki olduğunu demişdir. O, İlkinə gətirdiyi misi 9 manata alacağını demiş, İlkin də onunla razılaşmışdır. O, həmin məbləğ pulu İlkidə verib misləri qəbul etmişdir. Bir neçə gün sonra İlkin adlı şəxs polis əməkdaşları ilə birlikdə onun iş yerinə gətirilmiş və sorğu zamanı həmin şəxsdən mis qəbul etdiyini polis əməkdaşlarına etiraf etmişdir. Təqsirləndirilən şəxs ona mis satdığı zaman o, İlkindən misləri haradan əldə etdiyini soruşmamışdır. O, həmin misləri tanımadığı şəxsə satdığı üçün təqdim edə bilməmişdir. Şahidlərin ifadələrindən sonra Təqsirləndirilən şəxs ünvanlanmış suala cavab olaraq o, həqiqətən də Şahid4 və Fərhad Məmmədova aid olan metal qəbulu məntəqəsinə mis satdığını, lakin həmin mislərin oğurluq olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, İlkin adlı şəxsin Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin inzibati ərazisi olan Abşeron rayonu Məmmədli qəsəbəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması ilə məşğul olması barədə onun işlədiyi həmin polis bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatını raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən məlumatın yoxlanılması, İlkin adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, İlkin adlı şəxsin şəxsiyyəti barədə məlumatları yoxlayaraq xx xxxx 1978-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri H.Abdullayev küçəsi ev 6A mənzil 7-də qeydiyyatda olmaqla Abşeron rayonu Məmmədli qəsəbəsi yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. O, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Tərtib edilmiş protokolla polis bölməsinin sahə inspektoru, polis leytenantı Şahid2 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 avqust 2023-cü il tarixdə saat 15:30 radələrində o, Şahid2la birlikdə Təqsirləndirilən şəxs Abşeron rayonu Məmmədli qəsəbəsi yeni yaşayış massivində yaşadığı evin yaxınlığında olduğunu görmüşlər. Onlar Təqsirləndirilən şəxs saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, bu barədə qərar qəbul edildiyini demiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün İlkini polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis bölməsində üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis bölməsinə aparmışlar. O, Təqsirləndirilən şəxs polis bölməsinə gətirməyi ilə bağlı raport yazmışdır. X6 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkil Müdafiəçi etirazının olmadığını demidir. X6 Təqsirləndirilən şəxs üzərində videoçəkiliş tətbiqi ilə şəxsi axtarış aparacağını demişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq şəxsi axtarışın müdafiəçisi Müdafiəçi iştirakı olmadan keçirilməsini bildirmişdir. Bundan sonra Müdafiəçi otağı tərk etmişdir. X6 xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o və polis əməkdaşı Şahid2 iştirak etmişlər. Digər polis əməkdaşı isə “Xiaomi” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. X6 Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, əşya və predmet olduğu halda təqdim etməsini təklif etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində başqa əşya, predmetin olmadığını demişdir. O, Təqsirləndirilən şəxs üzəri nəzarət qaydasında yoxlamış, üzərindən başqa maddə, əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bir ədəd bükümdəki maddənin “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu, iki ay müddətdir narkotik vasitə istifadə etdiyini, narkotik vasitəni Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni satmaq məqsədinin olmadığını bildirmişdir. X6 bükümü açmış, içərisində qara rəngli narkotik vasitə tiryəkə bənzər maddənin olduğu müəyyən edilmişdir. Bundan sonra X6 tərəfindən içərisində tiryəkə bənzər maddənin olduğu bir ədəd sellofan büküm ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri imzalandıqdan sonra götürülmüşdür. X6 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin sahə inspektoru Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahidlər Şahid2 və Şahid1 hər biri istintaq zamanı Təqsirləndirilən şəxs heç bir fiziki zor tətbiq edilmədiyini, onun evinin yaxınlığında saxlanılaraq bölməyə aparıldığını, üzərinə şəxsi axtarış və baxış zamanı könüllü olaraq cibində olan bükümü təqdim edərək özünə məxsus olduğunu bildirdiyini, ona bölmədə nə fiziki, nə də psixoloji təzyiq göstərilmədiyini bildirmişlər. Zərərçəkmiş şəxs2 məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu Məmmədli qəsəbəsi nömrəsiz fərdi yaşayış ünvanında ailəsi ilə birlikdə yaşamışdır. 2018-ci il tarixdə o, yaşadığı evin yaxınlığında qızı üçün ayrıca yaşamağa görə 3 sot torpaq sahəsi almışdır. Evi tikdikdən sonra tam təmir etdirmişdir. Evin içərisində elədə çox əşya olmasa da Türkiyədə yaşayan qızı Azərbaycana gələndə orada qalması üçün həmin evdən istifadə etmişdir. 08 avqust 2023-cü il tarixdə saat 17 radələrində o, evə baş çəkdikdən sonra digər evinə getmək üçün evin qapısını açarla bağlayıb evi tərk etmişdir. 09 avqust 2023-cü il tarixdə saat 16:30 radələrində evə gəldikə evin arxa tərəfində olan otağın plastik pəncərəsinin açıq olduğunu görmüşdür. O, evin içərisinə daxil olduqda evin içərisində olan əşyaların oğurlandığını görmüşdür. O, evin içərisindən əşyaların oğurlandığını başa düşüb Azərbaycan Respublikası DİN-in 102 Zəng mərkəzi sisteminə məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gedib şikayət ərizəsi ilə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 330 (üç yüz otuz) manat maddi ziyan dəymiş, evdə yaşayış olmadığından evinin həyətindən və ya mənzilindən qiymətli əşya, qızıl və ya pul oğurlanmamışdır. Ona məxsus yaşayış olmayan evin içərisindən baş vermiş oğurluqla bağlı konkret olaraq onun şübhələndiyi şəxs olmamışdır. Onun və ailə üzvlərinin ədavətdə olduğu şəxslər olmamışdır. O, evindən oğurluq etmiş şəxsin kim olduğunu bilməmişdir. Naməlum şəxs evin hamam otağından dəyəri 50 manat olan çimmək üçün istifadə olunan duş dəsti, 50 manat dəyərində 2,5 litlik nerj materialdan olan samovar, hər biri 50 manat olan 150 manat dəyərində 3 ədəd otaqlarda olan pərdələri, 30 manat dəyərində bir ədəd adyalı, 30 manat dəyərində bir ədəd baltanı, 10 manat dəyərində kəlbətini və 10 manat dəyərində burğacı oğurlamış, ona ümumilikdə 330 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddəni 10 avqust 2023-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu Balaxanı qəsəbəsində adını və ünvanını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə X6 tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış, “Zərflər üçün” 161 möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa maddə aşkar edilməmişdir ( cild 01; i.v. 28-30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4293 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 161” dairəvi möhür əksi olan, “Vət: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəyə bənzər madə “imza” , ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,995 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir (cild 01; i.v. 46-50). “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə 1,995 qram narkotik vasitə tiryək maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,945 qram tiryəkin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi qərara alınmışdır (cild 01; i.v.60- 61). “Baxış keçirilməsi və götürmə haqqında” 06 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 şikayəti üzrə oğurluq hadisəsinin baş verdiyi yer Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən yarımtikilidir (cild 01; i.v.95-97). “Hadisə yerinə baxış keçirilməsi barədə” 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 şikayəti üzrə oğurluq hadisəsinin baş verdiyi yer Abşeron rayonu, Məmmədli qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz evdir (cild 01; i.v.108-111). “Götürmə aparılması haqqında” 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, X3 təqdim etdiyi 01 ədəd samovar götürülmüşdür (cild 01; i.v.151-155). “İfadənin yerində yoxlanılması haqqında” 15 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, oğurluq etdiyi yerləri və şəraiti əyani şəkildə göstərmişdir (cild 01; i.v.185-190). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş narkoloji ekspertizanın 21 avqust 2023-cü il tarixli, 5353 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v. 204-205). “Hadisə yerinə baxış keçirilməsi barədə” 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, X5 şikayəti üzrə oğurluq hadisəsinin baş verdiyi yer Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən fərdi yaşayış evidir (cild 02; i.v.19-22). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-9/8075/2023 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, 01 ədəd üzəri izolyasiya edilmiş, göy rəngli, 40 qram çəkidə, 1 metr uzunluğunda 4-lük mis əsaslı naqilin 1 metrinin orta bazar qiyməti təxminən 0,70 manat, 700 metrinin orta bazar qiyməti təxminən 490,00 manat, təqdim edilməyən malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2524,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Təqdim edilməmiş nəzəri qaydada 2,5 litr həcmli nerj materialından olan samovar bir ədəd qiyməti 50 manat, hər birinin ayrılıqda eni 1,5 metr, hündürlüyü 2 metr olan pərdə bir ədədi 25 manat, üç ədədi 75 manat, eni 2 metr hündürlüyü 1,5 metr olan ədyal 1 ədəd 15 manat, 4x6-ya elektrik naqil 80 metr, bir ədədi 25 manat, ümumi dəyəri 2000 manat, 3x4-ə 4-lük 80 metr, bir ədədinin qiyməti 4,8 manat, ümumi dəyəri 384 manat (cild 02, i.v.42-46), “Sübutların qiymətləndirilməsi haqqında” 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə dəqiqləşdirilmiş məzmunda ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v 59-73). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, AR CM-nin 177.2.3-cü maddəsinə münasibətdə təqsirləndirilən şəxsin özünün və zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,5 qram olan tiryək şəxsi istehlak miqdarından artıq miqdar, 50 qram və daha artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməmiş, hər bir cinayət əməlinə münasibətdə fərqli səbəblər göstərək ibtidai istintaq zamanı cinayətləri həmin səbəblərdən etiraf etdiyini bildirmişdir. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək irəli sürdüyü arqumentlərə qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Sabunu RPİ-nin 15-ci polis şöbəsinin keçmiş rəisi Tural Nəzərovla yaxşı münasibətlərinin olduğunu, özünün tanımadığı şəxsin evindən etdiyi oğurluq barəsində könüllü olaraq Tural Nəzərova məlumat verdiyini, bundan sonra Tural Nəzərovun onu bölməyə dəvət etdiyini, oğurlanmış əmlakları mülkiyyətçisinə qaytardığını, lakin ondan üzərində narkotik vasitə gəzdirməsini etiraf etməsini xahiş etdiyini və onu azadlığa buraxdıracağını vəd etdiyini, Turalın xahişini yerə salmaq istəmədiyindən heç bir təsir və təzyiq altında qalmadan Turalın xahişini yerinə yetirərək üzərinə qoyulmuş narkotik vasitənin ona məxsus olduğunu bildirdiyini göstərmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin göstərilən arqumentlərini real və inandırıcı hesab etmir. İlk növbədə məhkəmə onu qeyd edir ki, əgər həqiqətən də Sabunçu RPİ-nin 15-ci polis şöbəsinin rəisi Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsində maraqlı olsa idi, bunun üçün elə Təqsirləndirilən şəxs polis bölməsinə törətdiyi oğurluq barəsində verdiyi məlumat kifayət edirdi. Məlumdur ki, oğurluq cinayəti əməli törətmiş şəxsin oğurladığı əmlaklara sərəncam vermək imkanının yarandığı vaxtdan başa çatmış sayılır. Hazırki halda Təqsirləndirilən şəxs ifadəsinə görə o, oğurladığı əşyaları ilk öncə öz evinə aparmış, daha sonra həyat yoldaşının təkidi ilə polis bölməsinə törətdiyi oğurluq barəsində məlumat vermişdir. Belə vəziyyətdə təqsirləndirilən şəxsin oğurluq cinayəti başa çatdıqdan sonra özünün bu barədə polis bölməsinə məlumat verərək törətdiyi cinayət barəsində məlumat verməsi onun əməlinin cinayət olmasını aradan qaldıran hal hesab olunmur. Belə olan halda bölmə rəisinin onun törətdiyi oğurluq cinayətinə göz yumması və ondan oğurluqla ümumiyyətlə heç bir əlaqəsi olmayan narkotik vasitələrin qanunsuz daşınması ilə əlaqədar törətmədiyi cinayət əməlini boynuna götürməsini xahiş etməsi və əvvəllər dəfələrlə məhkum edilmiş və həmin cinayəti boynuna götürəcəyi təqdirdə onu cəza gözləyəcəyini bilən şəxsin sadəcə bölmə rəisinin xahişi ilə narkotik vasitənin özünə məxsus olduğunu bildirməsi real və məntiqli deyil. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özü ona ünvanlanmış suallara cavab olaraq AR CMnin 234.1-ci maddəsi ilə əlaqədar ona hər hansı fiziki və psixoloji təzyiq göstərdilmədiyini, sadəcə Sabunçu RPİ-nin 15-ci şöbəsinin rəisini öncədən tanıdığından onun xahişi ilə özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin bu arqumenti heç bir məntiqi və real əsasa dayanmamışdır ki, belə olan halda məhkəmə təqsirləndirilən şəxsin həmin arqumentini sadəcə özünü müdafiə etmək üçün irəli sürülmüş arqument kimi qiymətləndirir. Bununla yanaşı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilmçəsini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs həmin vaxt üzərindən çıxararaq təqdim etdiyi bükümün içərisində “kakos” olduğunu bildirmiş, lakin məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə onun üzərindən aşkar edilmiş narkotik vasitənin tiryək olması göstərilmişdir. Həmin ziddiyyətlə bağlı təqsirləndirilən şəxs dindirilərkən müstəntiq tərəfindən ona sual ünvanlanmış, Təqsirləndirilən şəxs isə narkotik vasitə kakos almaq üçün Balaxanı qəsəbəsnə getdikdə tanımadığı şəxsə yaxınlaşdığını, ona kakos almaq istədiyini dedikdə həmin şəxsin ona büküm verdiyini və içərisində kakos olduğunu bildirdiyini, onun həmin şəxsə 20 manat verərək narkotik vasitəni şalvarının sağ cibinə qoyduğunu, qayıdarkən yolda polis əməkdaşları tərəfindən saxlanıldığını, polis bölməsində həmin bükümü təqdim edərkən içərisində kakos olduğunu düşündüyündən üzərinə baxış aparılan zaman bükümün içərisində kakos olduğunu dediyini, lakin ekspert rəyi ona elan olunduqdan sonra həmin vasitənin kakos deyil, tiryək olduğunu öyrəndiyini bildirmişdir (cild 01; i.v.74-77). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə əlaqədar isə Təqsirləndirilən şəxs polis bölməsində döyüldüyündən və fiziki zorakılığa məruz qaldığından həmin cinayətləri özünün törətdiyini etiraf etdiyini, ittihamda göstərilən oğurluqlardan heç birini törətmədiyini, özünün törətdiyi bir epizod oğurluğun isə ittihamda öz əksini tapmadığını bildirmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon prokurorluğunda Təqsirləndirilən şəxs ilə bağlı toplanmış 570-C-23 saylı rədd materialı məhkəməyə təqdim edilmişdir. Həmin materialda olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən fiziki zorakılığa və psixi təzyiqə məruz qalması ilə rayon prokurorluğunda araşdırılan 570-C-23 nörməli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilən məhkəmə-tibb eskpertizasının 02 oktyabr 2023-cü il tarixli, 2319 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs (təqsirləndirilən şəxsin adı ekspert rəyində mexaniki olaraq səhv göstərilmiş, lakin rəydəki məlumatlardan rəyin Təqsirləndirilən şəxs barəsində olması açıq-aşkar görünür) sağ gözyuvasıətrafı nahiyyənin qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti Təqsirləndirilən şəxs TSH-də tibbi müayinəsindən (xx.xx.2023-cü il) 2-4 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir, Təqsirləndirilən şəxs adına tərtib olunan məhkumun tibbi kitabçasında qeyd olunan “sol qulağın təbil pərdəsinin hissəvi perforasiyası” xəsarətin obyektiv əlamətləri əsaslandırılmadığından qeyd olunan diaqnoza məhkəmə-tibbi qiymət vermək mümkün deyildir. Araşdırma zamanı Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməkdaşları Şahid1 və Şahid2 izahatları alınmış, onlar hər ikisi Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdə evinin yaxınlığına saxladıqlarını, bölməyə gətirilərək üzərinə şəxsi axtarış keçirildiyini, ona qarşı heç bir fiziki və psixi təzyiq göstərilmədiyini, onu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar saxladıqlarını, həmin vaxt oğurluq törətdiyindən xəbərlərinin olmadığını, sonradan bu barədə öyrəndiklərini, onu saxlayan zaman gözünün altında olan qançırı görmədiklərini göstərmişlər. Təqsirləndirilən şəxs rədd materialında olan izahatından isə görünür ki, o, həmin izahatında 08 avqust 2023-cü il tarixdə yaşadığı fərdi yaşayış evindən Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən 3 nəfər, Arif və digər iki nəfər adını bilmədiyi polis əməkdaşları tərəfindən 15-ci polis bölməsinə aparıldığını, bölmə rəisi Tural Nəzərovun ondan ərazidə baş verən oğurluqları boynuna almasını istədiyini, özünün Turalla arasında olan münasibətinə görə Turalın dediklərini qəbul etdiyini, daha sonra prokurorun onu buraxdığını, bundan sonra müstəntiqin onu saxladığını və onu yenidən 15-ci polis bölməsinə apardıqlarını, orada polis əməkdaşları tərəfindən döyüldüyünü və məcburiyyətdən deyilənləri etdiyini bildirmişdir. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs prorkurorluq orqanında verdiyi izahatı ilə hazırda məhkəmə iclasında verdiyi ifadəsinin qarşılaşdırılmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs prokurorluq orqanında verdiyi izahatında o, ümumiyyətlə AR CM-nin 234.1-ci maddəsi ilə bağlı ona verilmiş ittihamla bağlı məsələyə toxunmamış, ərazidə baş verən oğurluqları isə könüllü olaraq Tural Nəzərovun xahişi ilə qəbul etdiyini bildirmiş və bundan sonra polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini Tutal Nəzərovun xahişi ilə qəbul etdiyini, oğurluqları isə döyülməsi nəticəsində məcburiyyət qarşısında qalaraq qəbul etdiyini bildirmişdir. Halbuki, iş materiallarında olan və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk öncə 10 avqust 2023-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq bölməyə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman könüllü olaraq üzərində olan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olduğunu, həmin maddəni 10 avqust 2023-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu Balaxanı qəsəbəsində adını və ünvanını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsini özündə əks etdirən videodiskdən də onun üzündə hər hansı xəsarətin olmaması və tam sərbəst şəkildə üzərində olan bükümü təqdim edərək özünə məxsus olduğunu bildirməsi aşkar görünməkdədir. 12 avqust 2023-cü il tarixdə Sabunçu rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, MSY-dən azadlığa buraxılmışdır. 15 avqust 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci polis bölməsi tərəfindən müstəntiqə məktub ünvanlanaraq Zərərçəkmiş şəxs2 məxsus samovarın Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürüldüyü bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs dindirilmiş və o, həmin ifadəsində törətdiyi oğurluq cinayətlərini etiraf etmiş, ona ünvanlanmış suallara cavab olaraq oğurladığı əşyaların əksəriyyətini evində saxladığını, oğurladığı əşyalardan bir neçəsini metal qəbulu sexinə verdiyini, ona qarşı 15-ci polis bölməsində hər hansı təsir, təzyiq göstərilmədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs oğurladığı bir ədəd samovarı təqdim etmiş, Zərərçəkmiş şəxs2 həmin samovarı tanıyaraq ona məxsus olduğunu və yaşadığı evdən oğurlandığını bildirmiş, şahidlər Şahid4 və X4 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxs ona mis gətirərək satdığını təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus samovarın onun tərəfindən təqdim edilməsinə dair sual ünvanlandıqda o, həqiqətən də samovarı təqdim etdiyini, lakin həmin samovarın onun özünə məxsus olduğunu, oğurluq samovar olmadığını bildirmişdir. Halbuki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs həmin samovarın özünə məxsus olduğunu və evindən oğurlanmış samovar olduğunu təsdiq etmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, evindən oğurlanmış əmlakın ona məxsus olmadığı halda zərərçəkmiş şəxsin başqa əmlakın özünə məxsus olduğunu bildirməsi inandırıcı deyildir. Belə ki, məlumdur ki, zərərçəkmiş şəxsin polis orqanlarına evindən edilmiş oğurluqla bağlı şıikayət etməsinin səbəbi həm özünə məxsus əmlakların qaytarılması, həm də məhz oğurluq etmiş şəxsin layiqli cəzaya məruz qalmasıdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs verilmiş ittihamda oğurlanmış digər əmlakların naqil və kabellərdən ibarət olması göstərilmişdir ki, iş üzrə dindirilmiş şahidlər Şahid4 və X1 ifadələri ilə 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxs onlara yandırılmış formada 1-2 kq mis gətirməsi öz təsdiqini tapmış və məhkəmə iclasında Təqsirləndirilən şəxs qeyd olunan şəxslərə mis satdığını etiraf etmiş, lakin həmin mislərin oğurluq olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, ittihamda göstərilən oğurluqların avqust ayının əvvəllərində baş verməsi, 15 avqust 2023-cü il tarixdən Təqsirləndirilən şəxs həbsdə olması, Şahid4 və X2 Təqsirləndirilən şəxs tərəfindən yandırılmış mislərin də məhz avqust ayında satılması göstərilən oğurluqlarən Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dəlalət edir. Bununla yanaşı, iş materiallarında olan ifadənin yerində yoxlanılmasına dair 15 avqust 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs həmin istintaq hərəkəti zamanı törətdiyi oğurluq cinayətlərini etiraf edərək oğurluğu törətdiyi şərait və mexanizmi əyani təsvir etmiş, əşyaları oğurladığı yerləri dəqiq göstərmişdir. Göstərilərilən xüsusatın dəqiqləşdirilməsi üçün zərərçəkmiş şəxslərlə videozəng vasitəsi ilə məhkəmə iclasında əlaqə yaradılmış və zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs müstəntiq tərəfindən oğurluğun baş verdiyi yerlərə gətirildiyini, Təqsirləndirilən şəxs dəqiqliklə hansı əmlakı hardan oğurladığını göstərdiyini bildirmişlər, hətta zərərçəkmiş şəxs X9 hadisə yerində olarkən Təqsirləndirilən şəxs vidansız deyərək ona etdiyi əmələ görə irad bildirdiyini göstərmiş və həmin xüsusat məhkəmə iclasında Təqsirləndirilən şəxs özü tərəfindən də təsdiq edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə əlaqədar isə məhkəmə rədd materialında olan sənədləri, o cümlədən, cinayət işinin materiallarında olan videodiskdəki görüntüləri və fotoşəkilləri tədqiq edərək Təqsirləndirilən şəxs polis bölməsində döyülməsi ilə bağlı irəli sürdüyü arqumentin öz təsdiqini tapmaması qənaətinə gəlir. İlk növbədə məhkəmə Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı məhkəmə istintaqı zamanı və prokurorluqda araşdırma aparılan zaman verdiyi və məhkəmənin yuxarıda qiymət verdiyi ziddiyyətli izahat və ifadəsini, Təqsirləndirilən şəxs gah AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti xahişlə üzərinə götürdüyünü, gah da oğurluqları Tural Nəzərovun xahişi ilə boynuna götürdüyünü bildirdiyini, əslində oğurluq etdiyini, lakin həmin oğurluğun ona verilmiş ittihamda əks olunmadığını və ona törətmədiyi oğurluqlarla ittiham verildiyini bildirməsini, onun göstərdiyi xüsusatların birinin digəri ilə uzlaşmamasını, polis orqanı tərəfindən şəxsin törətdiyi cinayətin ört-basdır edilməsinin və bunun əvəzində ona törətmədiyi cinayətlərlə ittiham verilməsinin real olmadığını nəzərə alır. Bundan savayı, iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən videodiskdə olan görüntülərdən, o cümlədən, ifadənin yerində yoxlanmasına dair 15 avqust 2023-cü il tarixli protokola əlavə edilmiş fotoşəkillərdən Təqsirləndirilən şəxs üz, o cümlədən, göz nahiyyəsində hər hansı xəsarətlərin olması müşahidə olunmur ki, bu da Təqsirləndirilən şəxs ekspert rəyi ilə müəyyən olunmuş xəsarətin onun törətdiyi cinayət əməllərini etiraf edərək maddi sübutu təqdim etdikdən, ifadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirildikdən sonra yaranmasına dəlalət edir. Bununla yanaşı, ekspert rəyində həmin xəsarətlərin müxtəlif şəraitdə (buraya həm döyülmə, həm həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi, həm də yıxılma nəticəsində yaranması, həm də ehtiyatsızlıqdan hansısa əşyaya (məsələn: qapıya) dəyərək və.s. hallar aiddir) yaranması göstərilmişdir ki, belə olan halda artıq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərini etiraf etdikdən və sənədləri imzaladıqdan, zərərçəkmiş şəxsə məxsus əmlakı qaytardıqdan və ifadəsi zərərçəkmiş şəxslərin iştirakı ilə yerində yoxladıldıqdan sonra polis əməkdaşlarının onu həmin cinayətləri etiraf etdirməkdən ötrü döyməsi üçün heç bir əsas qalmadığı halda ona həmin istintaq hərəkətlərindən sonra fiziki zorakılğın tətbiq edilməsi inandırıcı və real deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri və şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, müvafiq olaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanı xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 10 avqust 2023-cü il tarixdə, saat 15:30-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v. 19). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkna tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, MSY-dən azad edilmişdir (cild 01; i.v.83-84). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.85-86). “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi haqqında” 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş və barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılması qərara alınmışdır (cild 01; i.v.171-172). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 4(008)-644/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.179-184). Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli ərizədən görünür ki, ona cinaytə nəticəsində dəymiş ziyan ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur (cild 01; i.v.195). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 4(008)-757/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay uzadılmışdır (cild 01; 212-215). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 23 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 18 iyul 1997-ci il tarixli hökmünə əsasən AR CM-nin 220-2, 145-ci maddənin 2-ci hissəsi, 1,2,6 bəndi, 24 2M ”A” bəndi ilə (quldurluq) təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2009-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 fevral 2010-cu il tarixdə Əzizbəyov Rayon Məhkəməsinin 03 fevral 2010-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2011-ci il tarixli hökmünə əsasən AR CM-nin 221.3, 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 09 ilə endirilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2019-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və 20 sentyabr 2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılmış, həmin Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 23 dekabr 2022-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır (cild 02; i.v. 56-58). AZE 11982716 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs hiayəsində 05 sentyabr 2017-ci il təvəllüdlü (X8) uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (CM-nin 59.1.4-cü maddəsi), cinayət nəticəsində vurulmuş zərərin qismən (Zərərçəkmiş şəxs2 münasibətdə) ödənilməsini (CM-nin 59.1.14cü maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, özünün şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, AR CM-nin 177-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin daha təhlükəli üsulla-yaşayış evinə daxil olmaqla törədildiyini nəzərə alaraq Təqsirləndirilən şəxs onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə ilə əlaqədar digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmalı, istintaq zamanı şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı barəsində tutulduğu tarixdən hesablanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut-01 ədəd samovar qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılmalı, maddi sübut-01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2023-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 1,945 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 89 və 50 manat olmaqla, cəmi 139 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut- Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 01 ədəd samovar qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-1031/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-1031/2023
15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver