Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-104/2023 17.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Faiq Nağıyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, ona etibar olunmuş xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə edib təkrar mənimsəməklə talamışdır. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmaqla (VÖEN **********) fəaliyyət göstərən "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən marketinin ofisində İnformasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsində işləyərkən xx.xx.2021-ci il tarixdə Cəmiyyətlə və onun arasında bağlanmış “tam maddi məsuliyyət haqqında müqavilə”-yə və xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən ona tapşırılan avadanlığın, texnika və ofis ləvazimatının qorunmasına, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmasına, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamağa borclu olmasına baxmayaraq öz qulluq mövqeyindən istifadə etməklə işlədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətdə ayrı-ayrı vaxtlarda təkrar olaraq 1634 manat məbləğində “Dell Noutbook GRMB0661” markalı 1 ədəd kompyuter, 1805 manat məbləğində “HP GRM08050” markalı 1 ədəd kompyuter, 1000 manat məbləğində “Keys İ7” markalı 1 ədəd kompyuter, 256 manat məbləğində “Keys i3” markalı 1 ədəd kompyuter, birinin dəyəri 1500 manat olmaqla cəmi 5 ədəd (ümumi dəyəri 7500 manat) “Sensor” markalı kompyuter, 2018 manat məbləğində 1 ədəd “Monoblok”, birinin dəyəri 800 manat olmaqla cəmi 14 ədəd (ümumi dəyəri 11200 manat) “Terminal”, birinin dəyəri 1000 manat olmaqla cəmi 6 ədəd (ümumi dəyəri 6000 manat) “Bizerba” markalı tərəzi, birinin dəyəri 600 manat olmaqla cəmi 6 ədəd (ümumi dəyəri 3600 manat) “Digi” markalı tərəzi, birinin dəyəri 500 manat olmaqla cəmi 3 ədəd (ümumi dəyəri 1500 manat) “Rongta” markalı tərəzi, yəni ümumilikdə 36.513 manat məbləğində avadanlıqları təmir etmək bəhanəsi ilə götürərək satıb gəlir əldə etməklə hazırkı' vaxtadək qaytarmayaraq, ona etibar olunmuş xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə edib təkrarən mənimsəməklə talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında işlədiyi “Rahat Market” LLC-dən çıxaraq "xxxx" MMC-yə İT şöbəsinin baş mütəxəssis vəzifəsinə qəbul olunmuşdur. İşə qəbul olunan zaman "xxxx" MMC ilə onun arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmışdır. Bundan əlavə, “Vəzifə borcları” haqqında vəzifə təlimatı ilə tanış edilmiş, tam maddi məsuliyyət haqqında müqavilə bağlamışdır. Həmin müqavilələr onun özü tərəfindən imzalanmışdır. İş fəaliyyəti "xxxx" MMC-nin mağaza filiallarında olan texniki sistemsal İT avadanlıqların təmiri, diaqnostikası, filiallarda çıxan bütün problemlərin uzaqdan qoşulma və yerində həll olunması və s. vəzifələrdən ibarət olmuşdur. "xxxx" MMC-nin direktoru X1r. Cəmiyyət Azərbaycan Respublikası ərazisində cəmiyyətə məxsus magazin şəbəkələrində müxtəlif çeşidli ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışını həyata keçirir. 2020-ci ilin sonlarında "xxxx" MMC-nin İT şöbəsinə Nicat adlı şəxs rəhbər gəlmişdir. O, şöbəyə rəhbər gəldikdən sonra özü ilə birlikdə tanış-bilişlərini təyin etmişdir. Həmin Nicat adlı şəxs onunla prinsipə girərək işləmək istəməmiş, ondan xəbərsiz Əmək Məcəlləsinin 68-ci maddəsinə (hər iki tərəfin qarşılıqlı razılığı) əsasən əmək müqaviləmə xitam vermişlər. Həmin zaman onun şirkətlə heç bir problemi olmamışdır. Bir neçə ay fasilədən sonra 2021-ci aprel ayında şirkətin rəhbərliyi yenidən onunla əlaqə saxlayaraq, Nicat adlı şöbə müdirinin işdən azad olunduğunu və onu həmin vəzifəsinə bərpa olunmağını təklif etmişlər. 12 aprel 2021-ci il tarixdə yenidən əmək müqaviləsi və zəruri müqavilələr imzalayaraq işə qəbul olunmuşdur. Həmin zaman İT şöbəsinin rəhbəri Şahid6 olmuşdur. Həmin vəzifədə 3 ay müddətində işlədiyi zaman şirkətin rəhbəri olan Eşqin İsmayılovdan 6000 manat borca pul istəmişdir. X3 2000 manat borca pul vermişdir (maaşından çıxmaq şərti ilə). Onunla söhbət edən zaman onun təşəbbüsü ilə işə qayıtdığını, 2020-ci ilin dekabr ayından şirkətin günahı ilə işdən azad olunduğunu və 3 aylıq ona düşən kompensasiya ödənilmədiyini bildirərək gələcəkdə baş vermiş hadisələrə cavabdeh olmayacağımı bildirmişdir. Yəni ki, onun işində hər hansı nöqsan və ya çatışmazlıq müəyyən olunsa, cavabdehlik daşımayacağını bildirmişdir. Bundan sonra borcları olduğu üçün və pula ehtiyacı olduğu üçün ona təhkim olunan “HP” markalı noutbuku xx.xx.2021-ci il tarixdə “Həzi Aslanov” metro stansiyasının yaxınlığında Şahid4 adına olan lombarda girov qoyaraq 700 manat pul əldə etmişdir. Həmin zaman ona 870067 saylı girov bileti verilmişdir. O, özünü yalnız xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq ona təhkim edilmiş HP” markalı noutbuku mənimsəməkdə təqsirli bilir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ilkin olaraq ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edərək eyni məzmunda ifadə versə də, sonrakı məhkəmə iclaslarında Rövşəb Abbaszadənin ittihamda qeyd olunan əmlakları mənimsəmədiyini, əvvəlki inventar sayım zamanı səhvə yol verildiyini, 01 noyabr 2022-ci il tarixli yeni audit yoxlamasının və inventar sayımın keçirildiyini və bu zaman MMC-yə məxsus 01 ədəd 1805 manat dəyərində HP Noutbook istisna olmaqla 15 oktyabr 2021-ci il tarixli tərtib edilmiş aktda qeyd olunan əksik inventarların "xxxx" MMC-nin mağazalarında faktiki işlək vəziyyətdə olmasının aşkar edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6, Şahid2, Şahid1, Şahid3, Şahid7, Şahid5, Şahid8, Şahid10 hər biri biri digərinə uyğun ifadələr verməklə MMC-də çalışan hər bir İT əməkdaşına yalnız bir ədəd notebookun təhkim edildiyini, Rövşən Abbaszdənin istifadəsində yalnız bir ədəd “HP” markalı notebookun olduğunu və yalnız ona görə məsul olduğunu, audit rəyində göstərilən əmlakların Təqsirləndirilən şəxs tərəfindən təmir adı ilə aparıldığını və qaytarılmadığını, lakin buna dair hər hansı təhvil-təslim aktının olmadığını bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və götürmə haqqında” 08 iyul 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyatov, 134 ünvanda yerləşən "xxxx" MMC şirkətidir. Şirkət hər bir tərəfdən kameralarla təchiz olunub (cild 01, i.v.21-25). 05 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin əsas vəsaitlər üzrə mühasibi Şahid1 və digər əməkdaşlar tərəfindən mağazada inventar sayımı keçirilmiş və bu zaman MMC-yə məxsus 01 ədəd 1634 manat dəyərində “Dell Noutbook GRMB0661-in, 01 ədəd 1805 manat dəyərində HP GRM08050-nin, 01 ədəd 1000 manat dəyərində Komputer Keys i7-nin, 01 ədəd 256 manat dəyərində Komputer Keys i3-ün, 05 ədəd ümumi 7500 manat dəyərində sensor komputerin, 01 ədəd 2018 manat dəyərində monoblokun, 14 ədəd ümumi 11200 manat dəyərində terminalın, 06 ədəd ümumi 6000 manat dəyərində tərəzi bozerbanın, 06 ədəd ümumi 3600 manat dəyərində tərəzi diginin, 03 ədəd ümumi 1500 manat dəyərində tərəzi rongtanın, cəmi 36513 manat dəyərində avadanlıqların mağazalarda olmadığı aşkar edilmişdir (cild 01, i.v.50). Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/745 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan müqavilələr, şahid ifadələri eləcə də yuxarıda qeyd olunan sənədlərdə göstərilən əməliyyatların aparılmasının düzgünlüyü istintaq orqanı tərəfindən qəbul olunduğu təqdirdə həmin sənədlər üzrə Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq ümumilikdə 36.513,00 manat məbləğində müəyyən olunur. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir (cild 01, i.v.79-84). “Kompakt diskə təkrar baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokolda göstərilmişdir ki, cinayət işinə əlavə olunmuş 1 (bir) ədəd DVD-RW diskin yaddaşında olan məlumatlara baxış keçirmək üçün disk iş otağımda olan «HP» markalı kompyuterin prossesoruna yerləşdirildikdən sonra ekranda video görüntüləri əks etdirən 02 ədəd qovluğun olması müəyyən olundu. İlk qovluq “Processor” qovluğu adlanır. Qovluğa daxil olduqda 3 ədəd fayl aşkar olundu. İlk “Camera19” adlanan faylı açdıqda orada xx.xx.2021ci il tarixdə saat 20:08:00-dan 20:12:20-dək qeydiyyata alınan video görüntü əks olunur. Video görüntüdə Təqsirləndirilən şəxs "xxxx" MMC-nin baş ofisin İT şöbəsinin heç kəsin olmadığı bir otağında stolun kənarında dayanması görünür. Saat 20:09:22-də Təqsirləndirilən şəxs otağın daxilində yerdə yerləşən kompyuter processorların birini götürərək otağın qapısını açaraq dəhlizə qoyması görünür. Saat 20:09:22-dən saat 20:11:10-dək həmin otağın daxilində olmuş, sonra isə otağı tərk edərək qapını qıfıllamışdır. İkinci “cameralO” adlanan faylı açdıqda xx.xx.2021-ci il tarixdə saat 20:08:00-dan saat 20:12:20-dək "xxxx" MMC- nin baş ofisin dəhlizində ki video görüntülər əks olunur. Saat 20:09:22-də Təqsirləndirilən şəxs otaqların birindən kompyuter processorunu çıxardaraq dəhlizdə yerə qoyması görünür. Sonra isə yenidən həmin otağa geri qayıdır. Saat 20:11:20-də isə otaqdan yenidən çıxaraq həmin kompyuter processorunu əlinə götürərək dəhlizdən ofisi tərk etdiyi görünür. Üçüncü “camera21” adlanan faylı açdıqda xx.xx.2021-ci il tarixdə saat 20:08:00-dan 20:12:20-dək "xxxx" MMC-nin baş ofisində ki dəhlizlə çıxışa aparan pilləkənlərin qeydiyyata alınan video görüntüləri əks olunur. Saat 20:12:00-da Təqsirləndirilən şəxs həmin dəhlizdən əlində kompyuter processoru ilə çıxış tərəfə, yəni pilləkənlər istiqamətində getdiyi görünür. Digər “Player” adlanan qovluqda iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi (cild 01, i.v.102-104). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 01, i.v.115). 10 iyun 2022-ci il tarixli, 1397 nömrəli “Təhvil-təslim aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı-İstanbul reysində X4 Aeroportunda saxlanılaraq üzərində olan əşyalarla birlikdə Baş Prokurorluğun əməkdaşı X2 təhvil verilmişdir (cild 01, i.v.150). Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları təsdiq edərək məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə razı olmadığını bildirmişdir (cild 01, i.v.175-181). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 4(008)-485/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 iyun 2022-ci il tarixdən hesablanmaqla 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, 193-196). Şahid6 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı olmadığını bildirmişdir (cild 02, i.v.30-35). Məhkəmə-xətşünaslıq ekspertizasının 28 iyul 2022-ci il tarixli, 4/1012 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 1-ci səhifəsinin aşağı sağ küncündəki imza, 2-ci səhifəsinin aşağı sağ küncündəki imza, 3cü səhifəsinin aşağı sağ küncündəki imza, 5-ci səhifəsində “ikinci nüsxəni təhvil aldım” yazısının qarşısındakı imza, xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə “işçi” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (cild 02, i.v.85-88). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 4(008)- 637/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 25 avqust 2022-ci il tarixədək uzadılması qərara alınmışdır (cild 02, i.v.78-83). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 4(008)- 683/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 19 gün müddətə uzadılması qərara alınmışdır (cild 02, i.v.154-157). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 1(008)- 746/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmış və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 16 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək əlavələr edilməklə ona AR CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, baş vermiş hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 02, i.v.103-124). 01 noyabr 2022-ci il tarixli audit rəyindən görünür ki, "xxxx" MMC-nin əsas vəsaitlər üzrə mühasibi Xalid Məcidov və digər əməkdaşlar tərəfindən mağazada inventar sayımı keçirilmiş və bu zaman MMC-yə məxsus 01 ədəd 1805 manat dəyərində HP Noutbook istisna olmaqla 15 oktyabr 2021-ci il tarixli tərtib edilmiş aktda qeyd olunan əksik inventarların "xxxx" MMC-nin mağazalarında faktiki işlək vəziyyətdə olması aşkar edilmişdir. Təkrar keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 14 dekabr 2022-ci il tarixli, 9/8792 saylı rəyindən görünür ki, iş materiallarında olan 01 noyabr 2022-ci il tarixli audit rəyində qeyd olunanlar əsas götürülməklə inventar sayımı zamanı "xxxx" MMC mağazaları üzrə Təqsirləndirilən şəxs öhdəliyində yaranmış çatışmazlıq 1805,00 manat müəyyən edilmiş, həmin çatışmazlığa görə maddi məsuliyyət məsələsi hüquqi xarakter daşıdığından məhkəmə tərəfindən qiymət verilməlidir. Məhkəmı baxışı zamanı dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona qarşı irəli sürülmüş ittihamdan “təkrarən” və “xeyli miqdar” ifadələrinin, həmçinin CM-in 179.2.2 və 179.2.4-cü maddələrinin xaric edilməsini, onun barəsində CMin 179.2.3-cü maddəsi ilə ittihamın müdafiəsi davam etdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı çıxışını belə əsaslandırmışdır: “İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs mütəxəsssis vəzifəsində işləyərkən ona etibar olunmuş avadanlıqları qulluq mövqeyindən istifadə edərək ayrı-ayrı vaxtlarda deyil, konkret bir dövr, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətdə vahid niyyətlə mənimsəmişdir. Belə ki, Təqsirləndirilən şəxs məqsədi vahid davam edən mənimsəmədə özgə əmlakını talamağa yönəlmiş, qeyd olunan müddət ərzində Təqsirləndirilən şəxs eyni niyyətlə təmir etmək bəhanəsi ilə satıb gəlir əldə etməklə dəfələrlə vahid qəsdlə əhatə olunan cinayətkar hərəkətləri bir kriminal əməlin davamı olmuşdur. Halbuki, ibtidai istintaq zamanı təkrarlıq əlaməti üzrə qiymətləndirilən cinayət əməllərinin konkret hansı tarixlərdə törədilməsi dəqiqləşdirilmədən, ittihamın məzmununda CM-in 179.2.2-ci maddəsi yalnız rəqəm və söz ifadəsində göstərilmişdir. Belə olan halda onun əməlində qeyd olunan cinayətin təkrar törədilməsi yarana bilməz. Bundan başqa, məhkəməyədək icraat dövründə toplanmış sənədlərdən, yəni audit və keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəylərindən görünür ki, Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq 36.513 manat məbləğində müəyyən edilmişdir.Lakin məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs GrandMart” MMC-nin nümayəndəsi məhkəməyə 01 noyabr 2022-ci il tarixli yeni audit rəyini təqdim edərək, Cəmiyyətin əməkdaşları tərəfindən yenidən mağazalarda inventar sayımı keçirildiyini və 15 oktyabr 2021-ci il tarixli aktda qeyd olunan əksik inventarlardan 1805 manat məbləğində “HP GRM08050 markalı” 01 ədəd komputer istisna olmaqla, digərlərinin Cəmiyyətin mağazalarında faktiki işlək vəziyyətdə aşkar edildiyini bildirmişdir. Həmin audit rəyi əsasında məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti ilə təkrar məhkəməmühasibatlıq eskpertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş 14 dekabr 2022-ci il tarixli 9/8792 nömrəli rəydən görünür ki, 01 noyabr 2022-ci il tarixli audit rəyində qeyd olunanlar əsas götürülməklə, inventar sayımı zamanı "xxxx" MMC mağazaları üzrə Təqsirləndirilən şəxs öhdəliyində yaranmış çatışmazlıq 1805,00 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ “başa düşülür”. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı AR CM-nin 179.2.2 və 179.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamdan imtina etdiyindən həmin hissədə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü həmin maddə ilə təqsirli bilərək ona təhkim edilmiş 01 ədəd HP” markalı noutbuku 14 iyun 2021-ci il tarixdə “Həzi Aslanov” metro stansiyasının yaxınlığında lombarda girov qoyaraq müqabilində pul əldə etdiyini etiraf etmişdir. Bununla yanaşı, məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahid qismində dindirilmiş MMC-nin əməkdaşları da MMC-də yenidən inventar sayımın və audit yoxlamasının keçirildiyini və bu zaman 01 ədəd HP” markalı noutbukun yerində olmadığının müəyyən edildiyini bildirmişdir. Məhkəmə baxışı zamanı təqdim edilmiş 01 noyabr 2022-ci il tarixli audit rəyindən görünür ki, "xxxx" MMC-nin əsas vəsaitlər üzrə mühasibi Xalid Məcidov və digər əməkdaşlar tərəfindən mağazada inventar sayımı keçirilmiş və bu zaman MMC-yə məxsus 01 ədəd 1805 manat dəyərində HP Noutbook istisna olmaqla 15 oktyabr 2021-ci il tarixli tərtib edilmiş aktda qeyd olunan əksik inventarların "xxxx" MMC-nin mağazalarında faktiki işlək vəziyyətdə olması aşkar edilmişdir. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 14 dekabr 2022-ci il tarixli, 9/8792 saylı rəyindən görünür ki, iş materiallarında olan 01 noyabr 2022-ci il tarixli audit rəyində qeyd olunanlar əsas götürülməklə inventar sayımı zamanı "xxxx" MMC mağazaları üzrə Təqsirləndirilən şəxs öhdəliyindı yaranmış çatışmazlıq 1805,00 manat müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onun özünü etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, 01 noyabr 2022-ci il tarixli audit rəyi, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 14 dekabr 2022-ci il tarixli, 9/8792 saylı rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs arasında barışıq əldə edilmiş və hüquqi şəxsə dəymiş zərər ödənilmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 06 fevral 2023-cü il tarixdə cinayət nəticəsində vurulmuş zərərin 25%-i (451 manat) dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə o, zərərçəkmiş şəxs hüquqi şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən AR CM-nin 179.2.3-cü maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilməsinə razı olduğunu bildirmişlər. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" MMC-nin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs hüquqi şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.2 və 179.2.4-cü maddələri ilə verilmiş ittihamdan dövlət ittihamçısı imtina etdiyindən həmin hissədə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" MMC ilə barışdığından və hüquqi şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 112 manat, 100 və 100 manat, cəmi 312 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-104/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-104/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver