Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-1048/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi –07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını hədəqorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 2022-ci ilin dekabr ayında “Atlas” klinikasının mobil telefonu vasitəsi ilə ona xidmətlər təklif edən klinikanın operator-meneceri Zərərçəkmiş şəxs özünü onkoloji xəstə kimi qələmə verərək sonuncunu ona baş çəkməsi üçün yaşadığı ünvan 2 ünvanda yerləşən evinə dəvət edərək onunla münasibət yaratmış və 2023-cü ilin mart ayında, gələcəkdə haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə əmlakını hədə-qorxu ilə ələ keçirməsi üçün mobil telefonu vasitəsi ilə hər ikisinin yanaşı durmalarını əks etdirən fotoşəkillərini (selfilərini) çəkərək, Zərərçəkmiş şəxs növbəti dəfə onun yaşadığı evində olarkən çəkdiyi fotoşəkillərini ərinin və oğlunun mobil telefonlarına göndərəcəyini bildirməklə sonuncu ilə cinsi əlaqədə olmasını təklif edib buna nail olduqdan sonra guya cinsi əlaqədə olmalarını evində quraşdırılmış gizli videokamera vasitəsi ilə yazıldığını bildirib inandıraraq, 2023-cü ilin iyun ayında həmin rüsvayedici məlumatları, yəni fotoşəkillərini və cinsi əlaqədə olarkən qeydə alınmış görüntülərini ailə üzvlərinə göndərməməsi üçün ondan 1000 manat məbləğində pul tələb edərək həqə-qorxu ilə tələb etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Məmmədəliyev küçəsində yerləşən “Araz Market”dəki ödəmə terminalları vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən “Kapital Bank”a aid 4169 7388 0260 9804 nömrəli kart hesabına köçürülən, xx.xx.2023-cü il tarixdə saat 12:00-da 100 manat, xx.xx.2023-cü il tarixdə saat 11:17-də 100 manat, xx.xx.2023-cü il tarixdə saat 11:34-də 200 manat, xx.xx.2023-cü il tarixdə saat 21:29-da 10 manat, 11 iyul 2023-cü il tarixdə, saat 22:41-də 20 manat, xx.xx.2023-cü il tarixdə saat 20:46-da 100 manat və xx.xx.2023-cü il tarixdə saat 12:56-da 100 manat pulunu nağdılaşdırmaqla, həmçinin xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs anası Şahid vasitəsi ilə 200 manatını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs 830 manat məbləğində maddi ziyan vurmaqla haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə hədə-qorxu ilə pul tələb etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayında istifadəsində olan ***-***-**-** nömrəsinə Atlas” klinikasından daxil olmuş mesajla klinikanın xidmətləri barədə məlumatlar göstərilmişdir. O, bekar olduğundan maraq üçün həmin nömrəyə geri yığmış, zənginə sonradan adını bildiyi Zərərçəkmiş şəxs cavab vermişdir. O, Zülfünazdan xidmətlər barədə soruşmuş, Zülfünaz mehribancasına ətraflı məlumat vermişdir. Zülfünazın danışığı onun xoşuna gəldiyindən o, yenidən Zülfünaza zəng edərək söhbət etməyə başlamış, bu zaman Zülfünaz ona şəxsi nömrəsini vermiş və onlar mütəmadi olaraq danışmağa başlamışlar. Bir müddət sonra sevgili olmuşlar və aralarında yaxın münasibətlər yaranmışdır. Onlar bir neçə dəfə görüşərək cinsi əlaqədə olmuşlar. 2023-cü ilin iyun ayında ona pul lazım olduğundan o, Zülfünazdan 1000 manat pul istəmiş, Zülfünaz isə ona pulunun olmadığını bildirmişdir. Bu zaman o, Zülfünaza aralarında olan münasibət barəsində ərinə deyəcəyi ilə hədə-qorxu gələrək ondan həmin pulun verilməsini tələb etmişdir. Zülfünaz hissə-hissə ona 830 manat məbləğində pul vermişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Zülfünazla selfi çəkdirərək onu hədələmədiyini, onunla məcburi şəkildə hədə-qorxu gələrək deyil, hər ikisinin istəyi ilə könüllü şəkildə cinsi əlaqədə olduğunu, onların bir dəfə deyil, bir neçə dəfə cinsi əlaqədə olduqlarını, aralarında səmimi sevgi münasibətlərinin olduğunu, iyun ayında pula ehtiyacı olduğundan Zülfünazdan hədə-qorxu ilə pul tələb etdiyini, Zülfünazın anasının ona pul vermədiyini, 830 manatın hamısının Zülfünaz tərəfindən ona verildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin yayından metronun “28 May” stansiyasının yaxınlığında yerləşən “Atlas” adlanan klinikada ayı 300 manata operator menecer kimi işləməyə başlamışdır. Finksional vəzifələrinə daxil olan işlərdən biridə klinikanın ona verdiyi klinikaya aid mobil telefonla və həmin telefondakı nömrə ilə bütün operatorlardakı mobil nömrələrə mesaj göndərməklə klinikada göstərilən xidmətlərin növləri və qiymətləri barədə məlumat vermək, geriyə zəng vuran şəxslərə xidmətlər barədə ətraflı izah etməkdən ibarət olmuşdur. Təxminən 2022-ci ilin dekabr ayında sonradan adını bildiyi Təqsirləndirilən şəxs da istifadəsində olan ***-***-**-** nömrəsinə xidmətlər barədə mesaj göndərmiş, Anar xidmətlər barədə məlumat alması adı ilə onu geri yığmış, o, telefonda xidmətlər barədə məlumat vermiş və vəzifəsinə uyğun olaraq müştəri kimi Anarla mehriban danışmışdır. Növbəti günlərdə Anar klinikanın ona verdiyi nömrəyə özünün ***-***-**-** nömrəsindən zəng vuraraq xərçəng xəstəsi olduğunu demiş və müalicə almasına köməklik göstərməsini xahiş etmişdir. O, klinikanın işçisi kimi Anara müayinələr barədə məlumat vermiş, Anar suallar verdiyindən söhbətləri uzanmış, klinikanın nömrəsini məşğul etməsin deyə özünün istifadəsində olan nömrəsini Anara vermişdir. Bu dəfə Anar onun öz nömrəsini yığaraq özü barədə ətraflı məlumat vermiş, bildirmişdir ki, anası ilə birlikdə Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayır, döşək xəstəsidir. Anarla telefonda mehriban ünsiyyətləri yaranmış, bundan sonra Anar ona mesaj yazmağa başlamış, Anarın xəstəliyi, həmçinin ağır vəziyyətdə olması barədə hərdən yazışmışlar. 2023-cü ilin mart ayında Anar ondan xahiş etmişdir ki, baş çəkməsi üçün Anarın yaşadığı Suraxanı rayonu, Zığ qəsəbəsindəki fərdi yaşayış evinə gəlsin, anası ilə birgə onu gözləyir. Onun Anara yazığı gəldiyindən, həmçinin ondan 25 yaş balaca olduğundan razılaşmışdır. 2023-cü ilin mart ayında Anara baş çəkməsi üçün meyvə və şirniyyat alaraq Anarın Zığ qəsəbəsində yerləşən evinə getmişdir. Anar evdə tək olmuş, yataqda yatırmış. O, Anardan anasının harada olmasını soruşmuş, Anar isə birazdan gələcəyini demişdir. O, xəstə bildiyi Anara meyvə soyub yedizdirmiş, çay dəmləyərək perojnaları doğrayıb masaya yığmış, 1 saata yaxın Anarın yanında oturmuşdur. Xəstələrdən söz düşərkən Anara bildirmişdir ki, Anar kimi ona zəng vuran və mesaj yazan çox olur, hər birinə diqqət göstərir. Anar həmin şəxslərin nə yazması ilə maraqlanmış, o, Anara həqiqətəndə mərhəmətli insan olmasını sübut etmək məqsədi ilə telefonunu Anara vermişdir ki, ona yazılan mesajları Anar oxusun. Həmin vaxt özü Anarın meyvə və şirniyyat qablarını yuyub evdən çıxması üçün Anarla sağollaşmış, sağollaşarkən Anar onunla selfi çəkdirməsini xahiş etmiş, o, etiraz etməmişdir. Anar əlini boynuna keçirərək öz telefonu ilə selfi şəkillərini çəkmişdir. O, Anara şəfa diləyib evdən çıxmışdır. Həmin ərəfədə Anarın ona yazdığı minnətdarlıq mesajlarına vaxt tapan kimi cavab yazmış, Anarla hal-əhval tutmuşdur. 2023-cü ilin aprel ayında Anar təkrarən onu evinə dəvət etmiş, o, etiraz etmiş, bildirmişdir ki, bir dəfə gəldi bəsdir, həç cür işdən çıxa bilmir və ev işlərini çatdıra bilmir. Lakin Anar əl çəkməmiş, dirənmişdir ki, Anarın evinə gedərək Anara baş çəksin. O, Anarın həddini aşaraq yersiz mesajlarının artdığını və ardıcıl zəng vurduğunu görüb zənglərinə və mesajlarına cavab verməmişdir. 2023-cü ilin may ayının əvvəllərində Anar ona bildirmişdir ki, Anarın evində olarkən övladları X2, X5 və həyat yoldaşı X1 mobil nömrələrini telefonunun yaddaşından götürmüş, evində çəkdirdikləri selfini özündə saxlayır, əgər zənglərinə cavab verməsə və mesajlarına cavab yazmasa evində olması barədə ailəsinə məlumat verəcək. O, Anarın bu kimi hərəkətindən şoka düşmüş, həyəcanlanmış, Anarın evinə getməsi barədə Anarın onun ailəsinə məlumat verəcəyindən ehtiyatlanaraq Anarın zənglərinə cavab vermiş, mesajlarına cavab yazmış, lakin qorxmasını Anara biruzə verməmiş, özünü elə aparmışdır ki, guya heç nədən və heç kimdən qorxmur. Düşünmüşdür ki, Anarla ünsiyyətini dayandırmasın, zaman keçdikcə Anar onu ağlından çıxaracaq. Lakin Anarla danışarkən yenidən israrla evinə gedib baş çəkməsini tələb etmişdir. O, etiraz etdikdə Anar bildirmişdir ki, Anarın evində olarkən yatağının yanında çəkdirdikləri selfini telefonunun yaddaşında saxlayır, ərinə və övladlarına göndərəcək. O, pis hallara qalmış, ailəsinin dağılmasından və övladlarının üzünə necə baxacağından utanaraq 2023-cü ilin may ayında Anarın Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən evinə getmişdir. Anar evdə tək olmuşdur. Düşünmüşdür ki, Anara yalvarmaqla Anarda insanlıq hissi oyada bilər. Anarın qarşısında diz çökmüş, ağlamış, izah etmişdir ki, əri bilsə onu doğrayacaq. Anar bildirmişdir ki, ondan ötrü ölür, onunla cinsi əlaqədə olmaq istəyir və təklif etmişdir ki, cinsi əlaqədə olsalar ondan əl çəkəcək. O, Anara demişdir ki, mümkün olan iş deyil, ondan əl çəksin, onu rahat buraxsın, oğlu yaşındadır. Anar söz vermişdir ki, 1 dəfə cinsi əlaqədə olsa selfilərini siləcək və ondan əl çəkəcək. O, Anarla razılaşmış, həmin gün Anarın evində Anarla cinsi əlaqədə olmuşdur. Anar bildirmişdir ki, bununlada münasibətləri bitdi, bir daha onu narahat etməyəcək. Həmin ərəfədə ağır depresiyalar vəstreslər keçirmiş, hadisə barədə heç kimlə dərdini bölüşə bilmədiyindən vəziyyəti daha da ağırlaşmış, odur ki, bu barədə anası Şahid danışmış, həmçinin “Atlas” klinikasından işdən çıxmışdır. 2023-cü ilin iyun ayında Anar ona mesaj yazaraq bildirmişdir ki, Bərdə rayonundadır, 1000 manat pul lazımdır. O, Anara yazmışdır ki, pulu yoxdur, ondan əl çəksin. Anarın onu təkrar axtarması səhətində çətinliklər yaratmış, lakin anası ona dəstək olmuş, bildirmişdir ki, əgər Anar sözünü tutmayıbsa ondan əl çəkməyəcək, odur ki, Anarın yazılarına fikir verməsin. Növbəti gün Anar ona yazmışdır ki, evində olarkən videomüşahidə kameraları ilə cinsi əlaqədə olmaları çəkilib, çəkiliş Anardadır, əgər 1000 manat göndərməsə görüntüləri ərinə və oğlanlarına atacaq. Anar “Kapital Bank”a aid kartının 4169 7388 0260 9804 nömrəsini göndərib bildirmişdir ki, 1000 manat yoxudursa 200 manat göndərsin, qalanını 2-3 günə göndərər. Anarın mesajını oxuyub huşunu itirmiş, ayıldıqda görmüşdür ki, anası başının üstündə dayanmış, damarına sistem köçürürlər. O, özünə gələn kimi evdə və anasında olan bütün pulları toplayaraq növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 12:00- da Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Məmmədəliyev küçəsində yerləşən “Araz Market”dəki “MilliÖn” ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan “Kapital Bank”a aid 4169 7388 0260 9804 nömrəli kart hesabına 100 manat köçürmüşdür. Anara bildirmişdir ki, səbirli olsun, 100 manatda tapıb gəndərəcək. xx.xx.2023-cü il tarixdə saat 11:17-də Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Məmmədəliyev küçəsində yerləşən “Araz Market”dəki “MilliÖn” ödəmə terminalından Təqsirləndirilən şəxs “Kapital Bank”a aid 4169 7388 0260 9804 nömrəli kart hesabına 100 manatda ödəmişdir. X10 zəng vuraraq çətin dolandıqlarını bildirmiş, yalvarmışdır ki, ondan əl çəksin. Anar söz vermişdir ki, bir daha onu narahat etməyəcək. Bundan sonra mobil nömrələrini çıxarıb “WhatsApp” proqramını silmiş, düşünmüşdür ki, Anar onu öldürsə belə 1000 manat tapa bilməyəcək, həmçinin əgər Anarın 1 faiz belə insanlığı vardırsa ondan əl çəkəcək. Lakin həmin gün Anar oğluna və qızına mesaj yazmışdır ki, “Salam Zülfünaz xanım, “Atlas” klinikası ilə bağlı suallarım var, lakin Sizə zəng çatmır”. Bu yazıdan sonra daha da narahat olmuş, nömrələrini açmış, “WhatsApp” proqramını bərpa etmiş, başa düşmüşdür ki, Anardan canını qurtara bilməyəcək, odur ki, qərar vermişdir ki, nəyin bahasına olursa olsun qalan 800 manatıda tapıb Anara versin. Növbəti gün qohumlarından 200 manat borc alaraq xx.xx.2023-cü il tarixdə saat 11:34-də Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Məmmədəliyev küçəsində yerləşən “Araz Markefdəki “MPAY” ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan “Kapital Bank”a aid 4169 7388 0260 9804 nömrəli kart hesabına 200 manat köçürmüşdür. Anara yazmışdır ki, səbirli olsun, 600 manatıda tapıb gəndərəcək. Lakin Anar sakitləşməmiş, dayanmadan mesaj yazaraq ərinə, qardaşına və uşaqlarına videogörüntüləri atacağı ilə onu hədələməklə pul tələb etmişdir. Anar sakitləşsin deyə ötən 10 gün ərzində topladığı 10 manatı xx.xx.2023-cü il tarixdə saat 21:29-da Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Məmmədəliyev küçəsində yerləşən “Araz Markefdəki “MilliÖn” ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan “Kapital Bank”a aid 4169 7388 0260 9804 nömrəli kart hesabına köçürmüşdür. Anara 10 manat göndərməsini Anarı ələ salması kimi qəbul edərək Anar onu söymüş, səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 22:41-də Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Məmmədəliyev küçəsindəki “Araz Markefdə yerləşən “MPAY” ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan “Kapital Bank”a aid 4169 7388 0260 9804 nömrəli kart hesabına 20 manat da köçürmüşdür. O, bütün gününü Anara sərf etmiş, yalnız Anarı sakitləşdirmişdir ki, münasibətləri barədə ailəsinə məlumat verməsin. Bilirmiş ki, əri bilsə başını kəsəcək. xx.xx.2023-cü il tarixdə saat 20:46-da Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Məmmədəliyev küçəsində yerləşən “Araz Marketdəki “MilliÖn” ödəmə terminalından Anarın adına olan “Kapital Bank”a aid 4169 7388 0260 9804 nömrəli kart hesabına 100 manat, növbəti gün isə, yəni xx.xx.2023-cü il tarixdə saat 12:56-da həmin marketdə yerləşən “MPAY” ödəmə terminalından daha 100 manat köçürmüşdür. Anar dayanmadan ona yazaraq və zəng vuraraq pul tələb etdiyindən, onu alçaldaraq söydüyündən 18 iyul 2023-cü il tarixdə anası faizlə 200 manat pul götürərək bildirmişdir ki, özü Anarla görüşüb pulu verəcək və Anarın əlinə ayağına düşəcək ki, qızından əl çəksin. Anasının yalvarışlarından sonra Anarın ondan əl çəkəcəyini nəzərə alaraq anasına etiraz etməmiş, Anara zəng vuraraq Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Məmmədəliyev küçəsində yerləşən “Araz Market”in qarşısına görüş vermiş, bildirmişdir ki, guya 200 manatı özü gətirəcək. Həmin tarixdə saat 15 radələrində anası Şahid Anarla görüşmüş, Anara 200 manat verərək Anara yalvarmışdır ki, qızından əl çəksin, izah etmişdir ki, pullu insanlar deyillər. Anar anasına söz vermişdir ki, bir daha onu narahat etməyəcək. Lakin həmin tarixdə axşam saatlarında Anar ona yazaraq və zəng vuraraq qalan pulu tələb etməyə başlamış, pulları olmadığından çıxılmaz vəziyyətdə qalaraq 12-ci PŞ-yə şifahi müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında qızı Zərərçəkmiş şəxs vasitəsi ilə tanımış, ədavətləri və ya düşmənçilikləri yoxdur. Qızı Zülfünazla mehriban münasibətləri var, Zülfünaz evlidir, 3 övlad anasıdır, ailəsi ilə birgə yaşayır, Zülüfünaz bütün sirlərini onunla bölüşür. Zülfünaz dolana bilmədiyindən 2022-ci ilin yayında metronun "28 May” stansiyasının yaxınlığında yerləşən “Atlas” adlanan klinikada ayı 300 manata operator menecer kimi işə düzəlmişdir. Zülfünaz vəzifəsinə uyğun olaraq klinikaya aid mobil telefonla və həmin telefondakı nömrə ilə bütün operatorlardakı mobil nömrələrə mesaj göndərməklə klinikada göstərilən xidmətlərin növləri və qiymətləri barədə məlumat vemişdir. 2022-ci ilin dekabr ayında Zülfünaz, sonradan adını bildiyi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə klinikanın xidmətləri barədə mesaj göndərmişdir. Anar xidmətlər barədə məlumat alması adı ilə Zülfünazı yığaraq guya xərçəng xəstəsi olmasını bildirmiş, Zülfünazdan müalicə almasına köməklik göstərməsini xahiş etmişdir. Zülfünaz klinika barədə Anara ətraflı məlumat verərkən telefonda danışmışlar və mehriban münasibətləri yaranmışdır. 2023-cü ilin mart ayında Anar Zülfünazdan xahiş etmişdir ki, Anara baş çəkməsi üçün Zülfünaz onun, anası ilə birgə yaşadığı Suraxanı rayonu, Zığ qəsəbəsindəki fərdi yaşayış evinə getsin. Zülfünazın özünü xəstə kimi qələmə verən Anara yazığı gəldiyindən, həmçinin Anar Zülfünazdan 25 yaş balaca olduğundan Zülfünaz razılaşmışdır. 2023-cü ilin mart ayında Zülfünaz Anara baş çəkməsi üçün meyvə və şirniyyat alaraq Anarın Zığ qəsəbəsində yerləşən evinə getmiş, Anar evdə tək olmuş, yataqda yatırmış. Zülfünaz xəstə bildiyi Anara meyvə soyub yedizdirmiş, çay dəmləyərək perojnaları doğrayıb masaya yığmış, 1 saata yaxın Anarın yanında oturmuşdur. Anar Zülfünazın xəbəri olmadan Zülfünazın telefonundan kürəkəni, yəni Zülfünazın əri X1, həmçinin nəvələri X2 və X3 telefon nömrələrini götürmüş, Zülfünaz evdən çıxarkən Anar selfi çəkdirmələrini xahiş etmiş, Anarın xəstə və övladı yaşında olmasını nəzərə alan Zülfünaz selfi çəkdirməklərinə razılıq vermişdir. 2023-cü ilin aprel ayında Anar təkrarən Zülfünazı evinə dəvət etmiş, Zülfünaz Anarın həddini aşdığını görüb Anarın zənglərinə və mesajlarına cavab verməmişdir. 2023-cü ilin may ayının əvvəllərində Anar Zülfünaza demişdir ki, Zülfünaz evində olarkən Zülfünazın övladlarının və ərinin mobil nömrələrini götürmüş, Zülfünaz əgər Anarın zənglərinə cavab verməsə və Anarın mesajlarına cavab yazmasa evində olması barədə Zülfünazın ərinə və övladlarına deyəcək. Bu söhbətdən sonra Zülfünaz ağır günlər keçirsə də, bu barədə ona deməmiş, Anarın ailəsinə məlumat verəcəyindən ehtiyatlanaraq Anarla mehriban davranmış, düşünmüşdür ki, zaman keçdikcə Anar Zülfünazı ağlından çıxaracaq. X8 əl çəkməmiş, israrla tələb etmişdir ki, Zülfünaz Anarın evinə getsin. Zülfünaz etiraz etdikdə Anar demişdir ki, əgər Zülfünaz evinə getməsə fotoşəkillərini ərinə və övladlarına göndərəcək. Zülfünaz Anara telefonda yalvarsa da, Anar razılaşmamış, odur ki, 2023-cü ilin may ayında Zülfünaz yalvarması üçün Anarın Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən evinə getmişdir. Zülfünaz Anarın evində olarkən Anarın qarşısında diz çökmüş, ağlamış, Anara izah etmişdir ki, əri bilsə Zülfünazı doğrayacaq. Anar Zülfünaza demişdir ki, cinsi əlaqədə olsalar Zülfünazdan əl çəkəcək və fotoşəkilini telefonundan siləcək, əks təqdirdə evinə gəlməsi və fotoşəkil çəkdirmələri barədə ərinə və övladlarına deyəcək, həmçinin fotoşəkillərini sonunculara göndərəcək. Zülfünazın çıxış yolu qalmadığından həmin gün Anarın evində Anarla cinsi əlaqədə olmuş, Anar söz vermişdir ki, bununlada münasibətləri bitdi, bir daha Zülfünazı narahat etməyəcək. Həmin ərəfədə ağır depresiyalar və streslər keçirən Zülfünaz bu barədə ona danışmış və ‘Atlas” klinikasından işdən çıxmışdır. Zülfünaza böyük səhv etdiyini demiş, övladı olduğundan Zülfünazdan imtina edə bilməmişdir. 2023-cü ilin iyun ayında Anar Zülfünazdan 1000 manat pul istəmiş, Anarın yenidən fəallaşdığını görüb Zülfünazla ağır günlər yaşamış, Zülfünaza çox dəstək olmuş, lakin Anar əl çəkməmişdir. Həmin ərəfədə Anar Zülfünaza demişdir ki, Anarın evində cinsi əlaqədə olmasını evindəki videomüşahidə kameraları çəkib, əgər 1000 manat verməsə görüntülərini ərinə və oğlanlarına atacaq. Anar “Kapital Bank”a aid kartının 4169 7388 0260 9804 nömrəsini Zülfünaza göndərmiş, bildirmişdir ki, 1000 manatı yoxudursa 200 manat göndərsin, qalanını sonra göndərər. Həmin vaxt Zülfünaz huşunu itirmiş, çətinliklə Zülfünazı ayı İtmiş, sakitləşsin deyə damarına sistem qoydurmuşdur. Evdə olan son çörək pullarını toplayaraq xx.xx.2023- cü il tarixdə Zülfünaz Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Məmmədəliyev küçəsində yerləşən “Araz Market”dəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs “Kapital Bank”a aid 4169 7388 0260 9804 nömrəli kart hesabına 100 manat köçürtmüşdür. Anara demişdir ki, səbirli olsun, 100 manatda tapıb gəndərəcək. xx.xx.2023-cü il tarixdə Zülfünaz həmin ödəmə terminalından Anarın “Kapital Bank”a aid kart hesabına 100 manat da köçürmüşdür. O, Anara zəng vuraraq çətin dolandıqlarını bildirmiş, yalvarmışdır ki, Zülfünazdan əl çəksin. Anar söz vermişdir ki, bir daha Zülfünazı narahat etməyəcək. Bundan sonra Zülfünaz mobil nömrələrini çıxarıb “WhatsApp” proqramını silmiş, arxayın olmuşdur ki, Anar bir daha onları narahat etməyəcək. Lakin həmin gün Anar nəvələrinə, hətta qız nəvəsinə mesaj yazmışdır ki, “Salam Zülfünaz xanım, “Atlas” klinikası ilə bağlı suallarım var, lakin Sizə zəng çatmır”. Bu yazıdan sonra Zülfünazla qərara gəlmişlər ki, 800 manatı tapıb Anara versinlər ki, Zülfünazdan əl çəksin. Növbəti gün qohumlarından 200 manat borc almış, 28 iyun 2023-cü il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Məmmədəliyev küçəsində yerləşən “Araz Markefdəki ödəmə terminalı vasitəsi ilə Zülfünaz Anarın “Kapital Bank”a aid kart hesabına 200 manat köçürtmüşdür. Zülfünaz Anara yazmışdır ki, səbirli olsun, 600 manatı da tapıb göndərəcək. Lakin Anar sakitləşməmiş, dayanmadan mesaj yazaraq Zülfünazı ərinə və uşaqlarına videogörüntüləri atacağı ilə hədələyərək pul tələb etmişdir. Anar sakitləşsin deyə Zülfünaz 10 gün ərzində topladığı 10 manatı xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Məmmədəliyev küçəsində yerləşən “Araz Markefdəki ödəmə terminalı vasitəsi ilə Anarın “Kapital Bank”a aid kart hesabına göndərmişdir. 10 manat göndərdiyinə görə Anar əsəbləşərək Zülfünazı söymüş, səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə Zülfünaz, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Məmmədəliyev küçəsindəki “Araz Market”də yerləşən ödəmə terminalı vasitəsi ilə Anarın “Kapital Bank"a aid kart hesabına 20 manat da köçürmüşdür. xx.xx.2023-cü il tarixdək 100 manat toplamış, Zülfünaz həmin pulu Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Məmmədəliyev küçəsində yerləşən “Araz Markefdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Anarın “Kapital Bank”a aid kart hesabına göndərmiş,16 iyul 2023-cü il tarixdə isə daha 100 manat köçürmüşdür. Anar dayanmadan Zülfünaza yazaraq və zəng vuraraq pul tələb etdiyindən, Zülfünazı alçaldaraq söydüyündən xx.xx.2023- cü il tarixdə faizlə 200 manat pul götürmüşlər, Zülfünazla qərara gəlmişlər ki, 200 manatı özü şəxsən Anara versin, görüşləri zamanı Anara yalvarsın ki, Zülfünazdan əl çəksin. Həmin tarixdə saat 15 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Məmmədəliyev küçəsində yerləşən “Araz Markefin qarşısında Anarla görüşmüş, Anara 200 manat verərək Anara yalvarmışdır ki, Zülfünazdan əl çəksin, pullu insanlar deyillər. Anar ona söz vermişdir ki, bir daha Zülfünazı narahat etməyəcək. Lakin həmin tarixdə axşam saatlarında Anar Zülfünaza yazaraq və zəng vuraraq qalan pulu tələb etməyə başlamış, pulları olmadığından çıxılmaz vəziyyətdə qalaraq Zülfünazla birgə 12-ci PŞ-yə şifahi qaydada müraciət etmişlər, polis əməkdaşları söz vermişlər ki, araşdırma və istintaq barədə Zülfünazın ailəsi bilməyəcək, odur ki, Zülfünaz şikayət ərizəsi yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, yəni təqsirləndirilən şəxsin kart hesabına pulların göndərildiyi yer və sonuncu pulun alındığı yer Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Araz” marketdir (i.v. 3-5). Qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs kartına 25 iyun 2023-cü il tarixdə 100 manat, 28 iyun 2023-cü il tarixdə 200 manat, 26 iyun 2023-cü il tarixdə 100 manat, 15 iyul 2023-cü il tarixdə 100 manat, 16 iyul 2023-cü il tarixdə 100 manat, 11 iyul 2023-cü il tarixdə 20 manat, cəmi 620 manat məbləğində pul vəsaiti göndərilmişdir (i.v.8). “Maddi sübut kimi tanıma haqqında” 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən “Whatsapp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə təhqir, söyüş, hədə-qorxu ilə pul tələb etmə barədə 41 vərəqdə köçürülmüş mesajlar və “MilliÖn” və “Mpay” vasitəsilə Təqsirləndirilən şəxs kartına pulların köçürülməsinə təsdiq edən qəbzlər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.74). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, müvafiq ekspert rəyi, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli qərarının: 1-1-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur”. 3-cü bəndində göstərilmişdir ki, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. 3-1-ci bəndində göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 17 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2023-cü il tarixdə, saat 18:35-də tutulmuşdur (i.v.92). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 noyabr 2023-cü il tarixli, 4(008)-855/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 noyabr 2023-cü il tarixdən hesablanmaqla 01 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.117-119). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 23 iyul 2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 350.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 dekabr 2021-ci il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində amnistiya aktı tətbiq edilməklə cəzası 06 ay azaldılmış, 14 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v.131-132). Zərərçəkmiş şəxs tərəfindən məhkəmə istintaqı zamanı təqdim edlmiş yazılı ərizədən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi), zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını (CM-59.1.12), cinayət nəticəsində vurulmuş zərərin tam ödənilməsini (CM- 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən “Whatsapp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə göndərilmiş və 41 vərəqə köçürülmüş mesajlar və “MilliÖn” və “Mpay” vasitəsilə Təqsirləndirilən şəxs kartına pulların köçürülməsinə təsdiq edən qəbzlər iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən “Whatsapp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə göndərilmiş və 41 vərəqə köçürülmüş mesajlar və “MilliÖn” və “Mpay” vasitəsilə Təqsirləndirilən şəxs kartına pulların köçürülməsinə təsdiq edən qəbzlər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Bakı şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-1048/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-1048/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver