Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-105/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Aslanlı Akşin Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 İsmayıl oğlunun, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 19, mənzil 17-də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə xx xxxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, heç yerdə işləməyən, ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mmahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 razılaşmaqla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında 25 may 2022-ci il tarixdə, saat 04:30 Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları 5093 saylı bağ evinin həyətinə hasardan keçərək qanunsuz daxil olmaqla əvvəlcə evin həyətində yerləşən saxlanc yeri hesab olunan köməkçi otağın plastik qapısını əli ilə dartaraq açıb oradan bir ədəd tozsoranı və evin həyətində yerləşən hovuzun qarşısından bir ədəd su nasosunu götürüb qeyd olunan əşyaları giriş darvazasının qarşısına yığdıqdan sonra evin həyətində əldə etdikləri dəmir linglə mənzilin mətbəx otağındakı pəncərənin dəmir barmaqlıqlarını əyib pəncərəni dartıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan bir ədəd «Samsung» markalı və bir ədəd «Toshiba» markalı televizorlar, o cümlədən yataq otağında yerləşən siyirtmədə pul qabının içərisindən 2.000 manat nağd pulu və giriş hissədə olan samovarı götürərək evin həyətində digər əşyaların yanına yığmış, daha sonra evin həyətində saxlanc yeri kimi istifadə olunan otağın dəmir qapısını linglə sındırmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oradan bir ədəd «Makita» markalı perferator və digər plastik qapısı olan köməkçi otaqdan bir ədəd «Thermex Xantus (PRO)» markalı kombi istilik sistemini yerindən söküb digər əşyaların yanına yığmaqla onlardan bir ədəd 120 manat dəyərində markası məlum olmayan tozsoran, bir ədəd 70 manat dəyərində markası məlum olmayan su nasosu və 100 manatlıq əskinazlardan ibarət 2.000 manat nağd pulu evin darvazasından çıxardıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs cəmi 2.190 manat məbləğində zərər vuraraq oğurluq etmiş və vahid niyyətlə əhatə olunmuş qəsdlə bir ədəd 500 manat dəyərində «Samsung» markalı televizor, bir ədəd 50 manat dəyərində «Toshiba» markalı televizor, bir ədəd 300 manata dəyərində «Thermex Xantus (PRO)» markalı kombi istilik sistemi, bir ədəd 100 manat dəyərində «Makita» markalı perferator və bir ədəd 100 manat dəyərində samovarı götürmək üçün qayıdarkən qonşu evin pəncərəsindən bir nəfər şəxsin baxdığını görüb ifşa olunaraq yaxalanacağından qorxub həmin əşyaları orada qoyub uzlaqlaşmaq məcburiyyətində qaldığından öz iradəsindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs 1.050 manat dəyərində əmlakını oğurlamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşmaqla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında 25 may 2022-ci il tarixdə, saat 04:30 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları 5093 saylı bağ evinin həyətinə hasardan keçərək qanunsuz daxil olmaqla əvvəlcə evin həyətində yerləşən saxlanc yeri hesab olunan köməkçi otağın plastik qapısını əli ilə dartaraq açıb oradan bir ədəd tozsoranı və evin həyətində yerləşən hovuzun qarşısından bir ədəd su nasosunu götürüb qeyd olunan əşyaları giriş darvazasının qarşısına yığdıqdan sonra evin həyətində əldə etdikləri dəmir linglə mənzilin mətbəx otağındakı pəncərənin dəmir barmaqlıqlarını əyib pəncərəni dartıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan bir ədəd «Samsung» markalı və bir ədəd «Toshiba» markalı televizorlar, o cümlədən yataq otağında yerləşən siyirtmədə pul qabının içərisindən 2.000 manat nağd pulu və giriş hissədə olan samovarı götürərək evin həyətində digər əşyaların yanına yığmış, daha sonra evin həyətində saxlanc yeri kimi istifadə olunan otağın dəmir qapısını linglə sındırmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oradan bir ədəd «Makita» markalı perferator və digər plastik qapısı olan köməkçi otaqdan bir ədəd «Thermex Xantus (PRO)» markalı kombi istilik sistemini yerindən söküb digər əşyaların yanına yığmaqla onlardan bir ədəd 120 manat dəyərində markası məlum olmayan tozsoran, bir ədəd 70 manat dəyərində markası məlum olmayan su nasosu və 100 manatlıq əskinazlardan ibarət 2.000 manat nağd pulu evin darvazasından çıxardıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs cəmi 2190 manat məbləğində zərər vuraraq oğurluq etmiş və vahid niyyətlə əhatə olunmuş qəsdlə bir ədəd 500 manat dəyərində «Samsung» markalı televizor, bir ədəd 50 manat dəyərində «Toshiba» markalı televizor, bir ədəd 300 manata dəyərində «Thermex Xantus (PRO)» markalı kombi istilik sistemi, bir ədəd 100 manat dəyərində «Makita» markalı perferator və bir ədəd 100 manat dəyərində samovarı götürmək üçün qayıdarkən qonşu evin pəncərəsindən bir nəfər şəxsin baxdığını görüb ifşa olunaraq yaxalanacağından qorxub həmin əşyaları orada qoyub uzlaqlaşmaq məcburiyyətində qaldığından öz iradəsindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini başa çatdıra bilməyib zərərçəkmiş şəxsin ümumilikdə 1.050 manat dəyərində əmlakını oğurlamağa cəhd etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 177.2.1, 1 77.2.3, 29.177.2.1, 29.177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 may 2022-ci il tarixdə gecə saatlarında icarə əsasında idarə etdiyi «Kia» markalı, «az ** OJ ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə Şahinin yaşadığı Zığ qəsəbəsindəki məhəlləyə gəlmiş və Şahinlə birlikdə avtomobildə söhbət etmişlər. Söhbət zamanı o, Şahinə avtomobilin icarəsini ödəyə bilmədiyini demiş, həmçinin Şahin də öz maddi problemləri barədə danışdıqdan sonra ikisi də şəhər kənarında sahibləri mənzildə olmayan bir bağ evindən oğurluq etmək qərarına gəlmişlər. Aralarında razılığa gəldikdən sonra həmin gecə saat 04:30 radələrində Ləhiş bağlarına gəlmiş və piyada gəzməyə başlamışlar. Onlar bir evin qarşısında dayanıb orada yaşayış olmadığına tam əmin olduqdan sonra hasardan aşmaqla bir mərtəbəli evin həyətinə daxil olmuşlar. O, idarə etdiyi avtomobili küçənin giriş hissəsində saxlamışdır. İlk olaraq evin həyətində bir köməkçi otağa yaxınlaşmışlar, həmin köməkçi otağın plastik qapısını əlləri ilə dartıb açaraq içəriyə daxil olmuşlar. Oradan bir ədəd tozsoran götürüb çıxmışlar, daha sonra evin həyətində yerləşən hovuzun qarşısından su nasosunu da götürüb hər iki əşyanı həyətdə darvazanın qarşısına yerə qoymuşlar. Bundan sonra Şahinlə birlikdə orada həyətdə əldə etdikləri dəmir linglə mənzilin barmaqlıqlarını əyib və sonradan həmin yerdən mətbəxin plastik pəncərəsini əlləri ilə dartıb açmışlar və içəridə olan soyuducunu kənara çəkərək mətbəxə daxil olmuşlar. Evin içərisində mobil telefonun işığı ilə qiymətli əşyalar axtarmağa başlamışlar. Mənzildə əvvəlcə qonaq otağından «Samsunq» markalı böyük televizoru, daha sonra digər otaqdan markasını xatırlamadığı balaca televizoru, həmçinin evin yataq otağında yerləşən siyirtmədəki pul qabının içərisində 2.000 manat pulu, mənzilin giriş hissəsində samovar görüb götürmüşlər. Sonradan qeyd etdiyi əşyaları köməkli mətbəxdəki pəncərədən çıxardaraq evin həyətinə digər əşyaların yanına darvazanın qarşısına yığmışlar. Əşyaları həmin yerə yığdıqdan sonra evin həyətində dəmir qapısı olan digər bir köməkçi otağın olduğunu görmüşlər. Otağın dəmir qapısını dəmir linglə sındıraraq içəri daxil olmuşlar. Həmin otağın anbar kimi istifadə olunduğunu başa düşüb oradan bir ədəd perferator və setkaların içərisində kabel və şnurları da götürüb həmin əşyaları da digər götürdükləri əşyaların yanına yığmışlar. Sonda isə plastik qapısı olan köməkçi otağa qayıdaraq orada divara bərkidilmiş kombi istilik sistemini yerindən sökərək onu da həyətdə həmin yerə qoymuşlar. Sadaladığı əşyaların hamısını birlikdə apara bilməyəcəklərini düşünüb əvvəlcə hər biri tozsoran və su nasosunu götürüb evin həyətinin dəmir darvazasının cəftəyini açaraq oradan çıxmışlar və əşyaları avtomobilin yanına aparmışlar. Orada qeyd etdiyi əşyaları avtomobilin yük yerinə qoyub qayıtmışlar ki, digər həyətə yığdıqları əşyaları da götürüb getsinlər. Hal-hazırda törətdiyi əməldən peşmandır, dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 may 2022-ci il tarixdə gecə saatlarında Elnur idarə etdiyi «Kia» markalı, «az ** OJ ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə onun yaşadığı evin məhəlləsinə gəlmiş və onlar birlikdə avtomobildə söhbət etmişlər. Söhbət zamanı Elnur avtomobilin icarəsini ödəyə bilmədiyini demiş, həmçinin özü də maddi vəziyyətindən şikayətlənmişdir. Bu söhbətlərdən sonra hər ikisi pul əldə etmək üçün şəhər kənarında sahibləri mənzildə olmayan bir bağ evindən oğurluq etmək qərarına gəlmişlər. Aralarında razılığa gəldikdən sonra həmin gecə saat 04:30 radələrində Ləhiş bağlarına gəlmişlər və piyada gəzməyə başlamışlar. Onlar bir evin qarşısında dayanıb orada yaşayış olmadığına tam əmin olduqdan sonra hasardan aşmaqla bir mərtəbəli evin həyətinə daxil olmuşlar. Elnur idarə etdiyi avtomobili küçənin giriş hissəsində saxlamışdır. İlk olaraq evin həyətində bir köməkçi otağa yaxınlaşmışlar, həmin köməkçi otağın plastik qapısını əlləri ilə dartıb açaraq içəriyə daxil olmuşlar. Oradan bir ədəd tozsoran götürüb çıxmışlar, daha sonra birlikdə orada həyətdə əldə etdikləri dəmir linglə mənzilin barmaqlıqlarını əymişlər və sonradan həmin yerdən mətbəxin plastik pəncərəsini əlləri ilə dartıb açaraq içəridə olan soyuducunu kənara çəkməklə mətbəxə daxil olmuşlar. Evin içərisində mobil telefonun işığı ilə qiymətli əşyalar axtarmağa başlamışlar. Mənzildə əvvəlcə qonaq otağından «Samsunq» markalı böyük televizoru, daha sonra digər otaqdan markasını xatırlamadığı balaca televizoru, evin yataq otağında yerləşən siyirtmədəki pul qabının içərisində 2.000 manat pulu, mənzilin giriş hissəsində samovar görüb götürmüşlər. Sonradan qeyd etdiyi əşyaları köməkli mətbəxdəki pəncərədən çıxardaraq evin həyətinə digər əşyaların yanına darvazanın qarşısına yığmışlar. Əşyaları həmin yerə yığdıqdan sonra evin həyətində dəmir qapısı olan digər bir köməkçi otağın olduğunu görmüşlər. Otağın dəmir qapısını dəmir linglə sındıraraq içəri daxil olmuşlar. Həmin otağın anbar kimi istifadə olunduğunu başa düşərək oradan bir ədəd perferator və setkaların içərisində kabel və şnurları da götürüb həmin əşyaları da digər götürdükləri əşyaların yanına yığmışlar. Sonda isə plastik qapısı olan köməkçi otağa qayıdaraq orada divara bərkidilmiş kombi istilik sistemini yerindən sökərək onu da həyətdə həmin yerə qoymuşlar. Sadaladığı əşyaların hamısını birlikdə apara bilməyəcəklərini düşünüb əvvəlcə hər biri tozsoran və su nasosunu götürüb evin həyətinin dəmir darvazasının cəftəyini açaraq oradan çıxmışlar və əşyaları avtomobilin yanına aparmışlar. Orada qeyd etdiyi əşyaları avtomobilin yük yerinə qoyub qayıtmışlar ki, digər həyətə yığdıqları əşyaları da götürüb getsinlər. Hal-hazırda törətdiyi əməldən peşmandır, dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 may 2022-ci il tarixdə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi, 5093 saylı bağ evində oğurluq hadisəsi baş vermişdir. Belə ki, evin yataq otağında olan taxtın yanındakı dolabın gizli siyirtməsinə qoyduğu 2.000 manat pul, evin həyətindəki hovuzun yanından su nasosu və evin həyətində olan köməkçi otaqdan tozsoran oğurlanmışdır. Hadisə barədə ona 25 may 2022-ci il tarixdə, səhər saat 07:00 radələrində həmin bağ evinin qonşuluğunda yaşayan, həmçinin bağ evinə nəzarət edən V.V.Səfərov mobil telefonla ona zəng edərək oğurluq hadisəsinin baş verdiyini demişdir. Bundan sonra o, 40 dəqiqə ərzində bağ evinə gəlmiş və evin həyətində darvazanın qarşısında bir ədəd «Samsunq» markalı televizor, bir ədəd «Toshiba» markalı televizor, bir ədəd «Thermex Xantus (PRO)» markalı kombi istilik sistemi, bir ədəd «Makita» markalı perferator, bir ədəd samovar və sellofan paketlərdə kabellərin olduğunu aşkar etmişdir. Həmin əşyalardan bir ədəd «Samsunq» markalı televizor bağ evinin mənzilinin qonaq otağından, bir ədəd «Toshiba» markalı televizor uşaq yataq otağından, bir ədəd samovar mənzildəki dəhlizdən, bir ədəd «Thermex Xantus (PRO)» markalı kombi istilik sistemi həyətdəki plastik qapısı olan köməkçi otaqdan, bir ədəd «Makita» markalı perferator isə dəmir qapısı olan saxlanc yeri kimi istifadə olunan digər köməkçi otaqdan götürülmüşdür. Mənzilin mətbəxinə keçən pəncərə açılmış və dəmir barmaqlığın bir hissəsi əyilmişdir. Həmçinin köməkçi otaqların plastik və dəmir qapıları sındırılmaqla açılmışlar. O, əvvəlcə elə bilmişdir ki, oğurluq edən şəxslər yalnız darvazanın qarşısına yığdıqları əşyaları aparmaq istəmişlər. Hal-hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin olunmasını xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respblikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatla İdarəsi tərəfindən 011-6620-1222 saylı, 11 iyun 2022-ci il tarixli məktubdan görünür ki, müqayisəli tədqiqat nəticəsində əl izlərindən iki ədədi avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankına Sabunçu RPİ-dən daxil olan) xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin ovucu, sağ əlinin isə böyük barmağı ilə eynilik təşkil etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 18 iyul 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 29 iyun 2022-ci il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 1(011)419/2018 saylı, 19 dekabr 2018-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il, 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 12 saylı X3 çəkmə Müəssisəsi tərəfindən verilmiş 61 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 19 iyun 2021-ci il tarixdə cəzadan azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.3-cü maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və cinayət etməyə cəhd etmə əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, dəymiş ziyan ödəməsini, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətmsini, ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.3-cü maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və cinayət etməyə cəhd etmə əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, dəymiş ziyan ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X2 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun təqsirliyi onların etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrinə əsasən-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 27 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 54). Cinayət işinin materiallarında olan 28 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 83). Cinayət işinin materiallarında olan 28 may 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 27 may 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir ( səh.,115). Cinayət işinin materiallarında olan 4(008)690/2022 saylı, 26 avqust 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin müddətinin uzaldılması barədə vəsatət təmin edilməmişdir, o məhkəmə iclas zalından həbsdən azad edilmişdir (səh.,230). Cinayət işinin materiallarında olan 27 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 73). Cinayət işinin materiallarında olan 28 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ( səh., 94). Cinayət işinin materiallarında olan 28 may 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 27 may 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,117). Cinayət işinin materiallarında olan 26 avqust 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin müddətinin uzaldılması barədə uvsatət təmin edilməmişdir, o məhkəmə iclas zalından həbsdən azad edilmişdir (səh.,223). Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın ödənilməsini, əvvəllər məhkum olunmamasını, alternativ cəza ilə islah olunmasını mümkün hesab edərək və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın ödənilməsini, alternativ cəza ilə islah olunmasını mümkün hesab edərək və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 02 (iki) ay, 29 (iyirmi doqquz) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 02 (iki) ay, 29 (iyirmi doqquz) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 27 may 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixə kimi həbsdə olduğu 02 (iki) ay, 29 (iyirmi doqquz) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 oğlu barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar bir ədəd «Samsunq» markalı televizorun, bir ədəd «Toshiba» markalı televizorun, bir ədəd «Thermex Xantus (Pro)» markalı kombi istilik sisteminin, bir ədəd «Makita» markalı perferatorun və bir ədəd samovarın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalılır. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 İsmayıl oğluna iştirak etdikləri 70 saata görə hər birinə 420 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.3-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 27 may 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixə kimi həbsdə saxlandığı «02» (iki) ay, «29» (iyirmi doqquz) gün müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «01» (bir) gün «02» (iki) gün hesablansın, «05» (beş) ay, «18» (on səkkiz) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq «02» (iki) il, «06» (altı) ay, «12» (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəh., Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.3-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 27 may 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixə kimi həbsdə saxlandığı «02» (iki) ay, «29» (iyirmi doqquz) gün müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01» (bir) gün «02» (iki) gün hesablansın, «05» (beş) ay, «18» (on səkkiz) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 oğlunun üzərində «02» (iki) il, «06» (altı) ay, «12» (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hazır ki hökmlə təyin olunmuş cəza ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)419/2018 saylı, 19 dekabr 2018-ci il tarixli hökmü ilə təyin olunmuş «02» il, «06» ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə əlavə cəzsının çəkilməmiş «10» (on) ay, «02» (iki) gün hissəsi Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən tam olaraq birləşdirilsin və qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində «10» (on) ay, «02» (iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, «02» (iki) il, «06» (altı) ay, «12» (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəh., Probasiya idarəsinə tapşırılsın. Əlavə cəza olan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar bir ədəd «Samsunq» markalı televizorun, bir ədəd «Toshiba» markalı televizorun, bir ədəd «Thermex Xantus (Pro)» markalı kombi istilik sisteminin, bir ədəd «Makita» markalı perferatorun və bir ədəd samovarın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 İsmayıl oğluna iştirak etdikləri 70 saata görə hər birinə 420 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-105/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-105/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver