Məhkəmə qərarları › İş №1(008)-107/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-107/2021

23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-107/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il saat 12 radələrində idarə etdiyi “Kia Sportage” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisindən keçən Bilgəh-Nardaran avtomobil yolunun köməkçi yol olan hissəsi ilə Nardaran qəsəbəsi istiqamətindən Bilgəh qəsəbəsi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqəsi daxilində saatda 60 km/saat sürətlə hərəkət etməli olduğu halda, saatda 70 km/saat sürətlə hərəkətdə olmuş, həmin yolun 10-cu dalana dönən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş, qarşı əks hərəkət zolağına çıxaraq, qarşıdan əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs1 40-50 km/saat sürətlə idarə etdiyi “Subaru Forestr” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, Təqsirləndirilən şəxs ehtiyatsızlığı nəticəsində “Subaru Forestr” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ baldır sümüklərinin yerini dəyişən, qapalı sınığı, sağ yuxarı ətraf əl nahiyyəsindən saidin orta 1/3-dək geniş ölçüdə, sol əlin, sol saidin dərialtı hematomaları, sağ said və sol baldır nahiyyələrinin əzilmiş yaraları, döş qəfəsinin və qarının ön səthinin qançırından ibarət dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti almış, “Subaru Forestr” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs1 34562 manat 80 qəpik maddi ziyan vurmuş, “Kia Sportage” markalı **-NV- *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində isə Zərərçəkmiş şəxs2 14020 manat maddi ziyan vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ittiham edildiyi əməldə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə “xxxx” MMC-dən işləri ilə əlaqədar sürmək üçün “Kia Sportage” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi ilə müqavilə əsasında götürmüşdür. xx xxxxxxxx 2020-ci il təxminən saat 12 radələrində “xxxx” MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi “Kia Sportage” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Pirşağı-Bilgəh yolununun köməkçi yolu ilə Pirşağı qəsəbəsi istiqamətindən, Bilgəh qəsəbəsi istiqamətinə doğru saatda 70 km/saat sürətlə hərəkət etmiş, həmin vaxt idarə etdiyi avtomobildə rəfiqələri Şahid1 və Şahid2 olmuşdur. O, həmin yol ilə hərəkət edərkən yolun köməkçi yol olmasını bilməmişdir. Sonradan əks istiqamətdən, yəni Bilgəh qəsəbəsi istiqamətindən, hərəkətdə olan Subaru Forestr markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət hissəsinə daxil olmasını görmüş, həmin avtomobil işıqlarını yandırıb söndürməklə ona yolundan çıxmasını işarə vermiş, idarə etdiyi avtomobili sağa çəkməyə çalışsa da, “Subaru Forestr” markalı avtomobil onun idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Daha sonra, “Subaru Forestr” markalı avtomobilin sürücüsü avtomobildən düşərək ondan necə olduğunu soruşmuş, o, həmin şəxsə yaxşı olmalarını bildirmişdir. Hadisə yerinə çağırılmış təcili tibbi yardım avtomobili vasitəsi ilə “Subaru Forestr” markalı avtomobilin sürücüsü, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 adlı şəxsi xəstəxanaya aparmışlar. Özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və ifadəsində göstərmişdir ki, “Kia Sportage” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili ona məxsusdur. O, həmin avtomobili adlıqdan sonra avtombili “xxxx” MMC-nə etibarnamə əsasında vətəndaşlara sürməyə icarəyə vermək üçün vermişdir. Həmin avtomobil günlük müəyyən məbləğ müqabilində vətəndaşlara icarəyə verilmişdir. Həmin avtomobili xx xxxxxx 2020-ci il tarixdə “xxxx” MMC yol vərəqəsi əsasında Təqsirləndirilən şəxs icarəyə vermişdir. xx xxxxxxxx 2020-ci il tarixdə “xxxx” MMC-dən ona məlumat verilmişdir ki, Təqsirləndirilən şəxs “Kia Sportage” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Kia Sportage” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş və nəticədə ona 14020 manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə bildirmiş dir ki, “Subaru Forestr” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 məxsusdur və həmin avtomobili o, “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edirmiş. xx xxxxxxxx 2020-ci il saat 12 radələrində Zərərçəkmiş şəxs1 “Subaru Forestr ” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisindən keçən Bilgəh-Pirşağı avtomobil yolunun köməkçi hissəsi ilə Bilgəh qəsəbəsi istiqamətindən Nardaran qəsəbəsi istiqamətində təxminən 40-50 km/saat sürətlə hərəkət edərkən qarşıdan əks istiqamətdə hərəkət edən “Kia” markalı avtomobil onun hərəkət yoluna çıxmış və o, həmin avtomobil ilə toqquşacağını görüb əyləci basaraq avtomobili saxlamaq istəsə də, həmin avtomobil ilə onun idarə etdiyi avtomobil toqquşmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs1 onun sağ ayağı sınmış və o, oğluna zəng edərək bu barədə məlumat vermiş, hadisə yerinə gələn oğlu təcili tibbi yardım avtomobili ilə onu X4 aparmışdır. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs1 məxsus avtomobilin əzilməsi nəticəsində 34562 manat 80 qəpik maddi ziyan dəymişdir. Həmçinin tibbi xərclərə 15000 manatdan artıq xərci çıxmışdır. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilmədiyi üçün ona qanunla nəzərdə tutulmuş cəza verilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il saat 12 radələrində rəfiqəsi Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Sportage” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Bilgəh qəsəbəsinə gedərkən Fatimə idarə etdiyi “Kia Sportage” markalı avtomobili Nardaran-Bilgəh yolununun köməkçi yolu ilə Nardaran qəsəbəsi istiqamətindən, Bilgəh qəsəbəsi istiqamətinə hərəkət etdirmiş, o, da avtomobilin arxa oturacağında əyləşmiş, digər rəfiqəsi X9 avtomobildə qabaq oturacaqda oturmuşdur. Onlar Fatimənin idarə etdiyi “Kia Sportage” markalı avtomobil ilə hərəkətdə olarkən əks istiqamətdən, yəni Bilgəh qəsəbəsi istiqamətindən, hərəkətdə olan Subaru Forestr markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin onların hərəkət hissəsinə daxil olmasını görmüş, həmin avtomobil işıqlarını yandırıb söndürməklə onlara yolundan çıxmasını işarə vermiş, Fatimə idarə etdiyi avtomobili sağa çəkməyə çalışsa da, “Subaru Forestr” markalı avtomobil Fatimənin idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması özünün və zərərçəkmiş şəxslərin ifadəsi ilə yanaşı, iş üzrə tədqiq edilmiş digər sübutlarla da öz təsdiqini tapır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin, canlı şəxsin ekspertizasının 1474 saylı, xx xxxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ baldır sümüklərinin yerini dəyişən, qapalı sınığı, sağ yuxarı ətraf əl nahiyyəsindən saidin orta 1/3-dək geniş ölçüdə, sol əlin, sol saidin dərialtı hematomaları, sağ said və sol baldır nahiyyələrinin əzilmiş yaraları, döş qəfəsinin və qarının ön səthinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. (i.v. 33-35) İşdə olan Subaru Azərbaycan MMC-nin xx.xx.2020-ci il tarixli, SUB-34986 nömrəli iş kartından görünür ki, “Subaru Forestr” markal **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində 34562 manat 80 qəpik maddi ziyan dəymişdir. (i.v. 49-50) İş materiallarında olan Mərkəzi Klinikanın hesab fakturalarından görünür ki, Zərərçəkmiş şəxs1 müalicəsi üçün xx.xx.2020-ci il tarixində 887.51 manat, 7704.54 manat, 2035.17 manat, 96 manat (10723.22 manat) pul sərf edilmiş, apteklərdən isə həmin gün 215.29 manat, 218.29 manat, 3 manat (436.58 manat) məbləğində (cəmi – 11159.8 manat) tibb ləvazimatları alınmışdır. İş materiallarında olan DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin xx xxxxxxx 2020ci il tarixli, ***-*******20 saylı məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AE seriyalı 046644 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. (i.v. 79) İş materiallarında olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 100 (yüz) manat müəyyən edilmişdir. (i.v. 84) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/1916 saylı, x xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Subaru Forestr markalı, 90UJ630 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1un hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Kia Sportage markalı, 99NV718 övlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı madddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km\saatdan artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 85-86) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, baş vermiş hadisənin görüntülərini əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. (i.v. 88-91) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 107-108) İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 36) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, zərərçəkmiş Zərərçəkmiş şəxs2 barışaraq ona dəymiş ziyanı ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, göstərilənləri və Təqsirləndirilən şəxs şəxsiyyətini və məhkəmədə olan davranışını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməklə cəzanın əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası təhqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə cinayət prosessual qanunvericiliyin mülki iddiaya aid yuxarıda sadalanan normalarını rəhbər tutub, mülki iddiaçının mülki iddiaya aid izahatını və cinayət işinin mülki iddiaya aid materialını nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 50000 (əlli min) manat Təqsirləndirilən şəxs tələb etməsi 45722,6 manat olan hissədə iş materialları ilə öz təsdiqini tapdığından mülki iddia bu hissədə təmin olunmaqla təqsirləndirilən şəxsdən tutularaq mülki iddiaçıya ödənilməlidir. Maddi sübut – 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 45722,6 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat pul ondan tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Maddi sübut – 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar