Məhkəmə qərarları › İş №1(008)-107/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-107/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-107/2024 09.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Naxçıvan MR, Şərur rayonu, Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Naxçıvan MR Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olan və Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində nömrəsiz evdə kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs1 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsi (əvvəlki adı Mərkəzi küçə) 3cü keçiddə yerləşən tikilməkdə olan iki mərtəbəli nömrəsiz evin birinci mərtəbəsindəki pəncərdən saxlanc yerinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus bir top 2 x 2,5 mm-lik, 100 metr uzunluğunda 140 manat dəyərində mis elektrik kabelini, bir top 1 x 2,5 mm-lik ağ rəngli 80 metr uzunluğunda 80 manat dəyərində elektrik naqilini, bir top, 1 x 2,5 mm-lik 80 metr uzunluğunda 80 manat dəyərində qırmızı rəngli elektrik naqilini, həmin evdə təmir-tikinti işlərini aparan usta Zərərçəkmiş şəxs3 məxsus bir ədəd kök-rəngli 110 manat dəyərində laqondanı, bir ədəd 45 manat dəyərində laqondanı, bir ədəd 130 manat dəyərində perefaratoru, bir ədəd 300 manat dəyərində lazer səviyyə ölcən cihazı, bir ədəd 80 manat dəyərində plastik boruları qaynaq edilməsi üçün elektrik ütünü vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 300 manat, Zərərçəkmiş şəxs3 665 manat zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi olan evə pəncərədən qanunsuz daxil olub evin 1-ci mərtəbəsindəki 150 manat dəyərində “Qayo” markalı 24 litrlik su qızdırıcısını, evin 2-ci mərtəbəsindəki bağlı otağın taxta qapısının şüşəsini sındırmaqla oradan 600 manat dəyərində “Seven 7 Star” markalı çəngəl qaşıq dəsti, 100 manat dəyərində 1 ədəd böyük, 1 ədəd kiçik ölçüdə şüşə üzüm salxımı formalı dəmir işləmələri olan iki mərtəbəli qabı, 250 manat dəyərində içində 5 ədəd qazan olan “10 PC Cookvare Set” yazıları olan şüşə qapaqlı qazan dəstini, 600 manat dəyərində “Epiag” markalı içində 6 ədəd nəlbəki, 1 ədəd çaydan, 6 ədəd boşqab, 6 ədəd fincan, 1 ədəd şəkər tozu qabı və 1 ədəd böyük ölçülü qablardan ibarət yaşıl rəngli nahar servisi dəstini, 100 manat dəyərində 1 dəst böyük və 1 ədəd kiçik siniləri, 60 manat dəyərində 1 ədəd 5 litr tutumlu çaydanı, 1 ədəd 30 manat dəyərində “Qu quşu” formalı suveniri, 1500 manat dəyərində 6 qutu cehizlik qab-qacaqları, ümumilikdə 800 manat dəyərində 4 ədəd vazaları, 260 manat dəyərində elektrik samovarını, ümumilikdə 1000 manat dəyərində 4 ədəd bagema qablarını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 5450 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Orxan” marketin yanında kirayədə yaşayır. İşsiz olduğundan maddi cəhətdən çətinlik çəkmiş, buna görə də ailəsinin ehtiyaclarını ödəmək üçün oğurluq etmişdir. 29 sentyabr 2022-ci il tarixdə saat 07-08 radələrində oğurluq etmək məqsədi ilə Suraxanı rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçə ilə gəzərkən daşı ilə hasarlanmış, metal tənəkə və taxta ramkadan giriş qapısı olan bir həyətə rast gəlmişdir. Yanı açıq olan qapıdan içəri boylandıqda həyətdə tikilməkdə olan iki mərtəbəli evi görmüşdür. Evin üstü şiferlənmiş, pəncərələri və giriş-çıxış qapısı asılmışdır. Ancaq evdə təmir işlərinin aparıldığı bilinirmiş, evdə və həyətdə kimsəni görmədiyinə görə, evə daxil olub, əlinə keçən alətləri və ya başqa qiymətli əşyaları oğurlayıb, satmaq qərarına gəlmişdir. Ona görə də evin giriş qapısına daha da yaxınlaşdıqda, giriş qapısının bağlı olduğunu, ancaq qapının sağ tərəfindəki pəncərənin açıq olduğunu görüb, pəncərədən birinci mərtəbəyə daxil olmuşdur. Evə baxdıqda içəridə təmir-tikinti işlərinin getdiyini görmüşdür. Ətrafa göz gəzdirdikdə birinci mərtəbədə, bir ədəd perafaratoru, iki ədəd laqondanın, bir ədəd elektrik drelini, bir ədəd lazer səviyyə ölçən cihazı, üzəri qırmızı rəngli mis və yarı bağlama üzəri ağ rəngli mis naqilləri, bir bağlama elektrik kabelini görüb həmin evdən götürdüyü iri qara rəngi çantaya və bir ədəd ağ rəngli kisəyə qoyaraq, içəri girdiyi pəncərədən çıxaraq oradan uzaqlaşmışdır. Oğurladığı malları evin yaxınlığında olan qamışlıqda gizlədərək, aparmaq üçün taksi tutmağa getmişdir. Bir qədər sonra taksi ilə həmin yerə gəlib, oğurladığı əşyaları götürmək istədikdə içərisində naqillər və kabel olan kisəni qoyduğu yerdə tapmamışdır. Bundan sonra qalanlarını taksiyə qoyub Sabunçu rayonunda yerləşən Sabunçu bazarı adlanan bazara aparıb iki ədəd laqondanı, bir ədəd elektrik drelini, bir ədəd lazer səviyyə ölçən cihazı orada tanımadığı şəxsə 100 manata satmışdır. Bir ədəd peraparatoru alan olmadığından evinə gətirib, qonşuluqda yaşayan Ruslan adlı şəxsə 20 manata satmışdır. Ancaq Ruslana, nə taksi sürücüsünə nə də, əşyaları satdığı şəxsə həmin əşyaların oğurluq oluğunu bildirməmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə təxminən saat 12.30 radələrində Sabunçu qəsəbəsi, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi 2-ci sahə ərazisindən evinə qayıdarkən həmin ərazidə yolun sol kənarında yeni tikili ev görmüş, sonra kənardan həmin evə nəzər yetirib, pəncərələrinin tozlu olmasını görüb, fikirləşmişdir ki, bu evdə heç kəs yaşamır. Ona görə də hənin evdən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə əvvəllcədən yaşadığı evdə spirtli içki qəbul etmişdir ki, oğurluq edərkən ürəkli olub heç kəsdən qorxmasın. Həmin gün saat 15.00 radələrində əvvəllcədən özü ilə vintaçan, kəlbətin və idman çantası götürüb sözü gedən evə oğurluq etmək üçün getmişdir. Əvvəllcədən evin kənarında dayanıb sağasola baxıb ətrafı müşahidə edib heç kəsin olmadığını görüb hasardan həyətə daxil olmuşdur. Həyətdə evin qarşı tərəfində olan plastik pəncərəni üzərində gətirdiyi vintaçan alətlə aralayıb açaraq evə daxil olmuşdur. Evin birinci mərtəbəsində elektrik naqillərini, sanitar qovşağından 1 ədəd su qızdırıcısını açıb həyətə yığmışdır. Sonra evin 2-ci mərtəbəsinə çıxıb ətrafa nəzər yetirdikdə otağın birində qapısının bağlı olduğunu görmüşdür. Kəlbətin və vintaçan alətlə otağın qapısının şüşəsini çıxarıb kənara qoymuşdur və otağa daxil olmuşdur. Otağı axtararkən iri karobkalarda istifadə edilməmiş qab-qacaqlar, xrustal vazalar və bagemaların olduğunu görmüşdür. Həmin əşyaların yarı hissəsini evdən çıxarıb idman çantalarına yığıb hasardan keçərək küçəyə çıxmış, nəzərində tutmuşdur ki, sonra yenə həmin evdəki qalan əşyaları da oğurlasın. Sonra yoldan tanımadığı taksi avtomobili saxlayıb, oğurladığı əşyaları taksi ilə yaşadığı evin yanında yardımçı otağa yığıb gizlətmişdir. Həmin gün əşyalarını qalan hissəsini oğurlamaq üçün yenə təkrar həmin evə gedib pəncərədən içəri girib qalan əşyaları da idman çantalarına yığaraq küçəyə çıxıb yoldan keçən tanımadığı taksi ilə kirayə yaşadığı evin yanındakı yardımçı otağa yığmışdır. Sonra evdə olarkən polis əməkdaşları gəlib, oğurluqda şübhəli olduğunu dəyərək, onu 12-ci HŞ-yə dəvət etmişlər. PŞ-də etdiyi oğurluq cinayətini etiraf etmişdir. Həmin oğurluq cinayətini törədən zaman yanında başqa heç kim olmamışdır.Oğurladığı əşyaların əksəriyyətini zərərçəkmiş şəxsə qaytarmışdır. Əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, mərhum atası X3 rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 2-ci sahədə 6 sot torpaq sahəsini 2008-ci ildə almışdır və həmin torpaq sahəsinin 3 sotunda imkan olduqca onun üçün iki mərtəbəli kürsülü fərdi yaşayış evi tikdirmişlər və 2017-ci ildən artıq otaqlardan birini təmir etdikdən sonra yay aylarında orada qalıb təmiri davam etdirirmişlər. Həmin evin ikinci mərtəbəsində əsasən bacısı üçün aldığı cehiz əşyalarını yığmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə o ailə üzvləri ilə birlikdə kanalizasiya çəkilməsi ilə bağlı Ramanı qəsəbəsində həmin evinə baş çəkdikdə hər şey qaydasında olmuşdur. xx.xx.2022-ci il tarixdə anası Qızıllı ilə birlikdə Ramana qəsəbəsindəki evlərinə baş çəkməyə gəlmişdir və saat 16:30 radələrində oraya çatmışdır. Evin həyətyanı sahəsinə darvaza qapısını açıb daxil olduqda görmüşdür ki, üzbəüz yerləşən evin dəhlizinə açılan plastik pəncərəsi açıq vəziyyətdədir. O, bunu gördükdə şübhələnərək evin giriş qapısına yaxınlaşıb açarla açmış və evin otaqlarını gəzdikdə, ikinci mərtəbədəki yataq otağının taxta qapısının kilid yeri və şüşəsi sındırılıb və anası və o başa düşmüşlər ki, evə naməlum şəxs girib oğurluq edib. Bu səbəbdən o DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişlər. Hadisə yerinə gələn Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və o ərizə ilə müraciət edərək oğurluq hadisəsi barədə izahatını vermişdir. Belə ki, baş vermiş həmin oğurluq hadisəsi nəticəsində evin birinci mərtəbəsində hamam otağından 150 manat dəyərində “Qayo” markalı 24 litrlik su qızdırıcısı, evin 2-ci mərtəbəsində isə bağlı otağın taxta qapısının şüşəsini sındırmaqla ümumilikdə 600 manat dəyərində “Seven 7 Star” markalı çəngəl qaşıq dəsti, 100 nanat dəyərində 1 ədəd böyük 1 ədəd kiçik ölçüdə şüşə üzüm salxımı formalı dəmir işləmələri olan iki mərtəbəli qab, içində 5 ədəd qazan olan “10 PC Cookvare Set” yazıları) olan şüşə qapaqlı 250 manat dəyərində qazan dəsti, 600 manat dəyərində “Epiag” markalı içində 6 ədəd nəlbəki, 1 ədəd çaydan, 6 ədəd boşqab, 6 ədəd fincan, 1 ədəd şəkər tozu qabı və 1 ədəd böyük ölçülü qablardan ibarət yaşıl rəngli nahar servisi dəsti, 100 manat dəyərində 1 dəst böyük və 1 ədəd kiçik sinilər, 60 manat dəyərində 1 ədəd 5 litr tutumlu çaydan, 1 ədəd 30 manat dəyərində “Qu quşu” formalı suvenir, bundan başqa 1500 manat dəyərində 6 qutu cehizlik qab-qacaqlar, hər birinin dəyəri 250 manat olan, ümumilikdə 800 manat dəyərində 4 ədəd vazalar, 260 manat dəyərində elektrik samovarı, 4 ədəd hər birinin dəyəri 250 manat dəyərində olan cəmi 1000 manat dəyərində olan bagema qabları naməlum şəxs tərəfindən oğurlanmış və ona həmin hadisə nəticəsində 5450 manat dəyərində maddi ziyan dəymişdir. Oğurlanmış əmlakların ekspertiza rəyində qeyd edilən əmlakların dəyəri ilə razı deyil, həmin əmlaklar cehizlik, işlənməmiş və təzə olmuşdur. Bu səbəbdən istintaq zamanı ifadəsində qeyd edilən dəyərlərin əsas götürülməsini xahiş edir. Ona geri qaytarılmış oğurluq əmlakların dəyəri 1890 manatdır və qalan maddi ziyanı 3560 manat təşkil edir, odur ki, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 Zərərçəkmiş şəxs2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin halları bir daha təsdiq etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu Yeni Ramana qəsəbəsi, Mərkəzi küçəsi, 8-ci keçid nömrəsiz evdə yaşayır. Ailəsi üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsi (əvvəlki adı Mərkəzi küçə) 3- keçid, nömrəsiz evdə hasar 250 kv metr torpaq sahəsində həyət evi tikdirmişdir. Həyət sahəsi hasar daşı ilə anmışdır, metal list və taxta çərçivəli darvazası vardır. Ancaq darvaza qapısı kilidlə bağlanmır. Həyətdə iki mərtəbəli, sahəsi 10 m x 9m olan ev tikilmişdir. Ev demək olar ki, hazır vəziyyətdədir, yəni qapı pəncərələri yerlərinə qoyulmuş, şiferi, döşəməsi və tavanı vurulmuşdur. Evdə tamamlama işləri gedir, ona görədə evdə ustalar işləmişdir və iş vaxtı qurtardıqda ustalar istifadə etdikləri alət və cihazları evdə saxlamışlar. 29 sentyabr 2022-ci il tarixdə səhər saatlarında evdə usta işləyən Rauf adlı usta ona zəng edərək evdən oğurluq olduğunu, ona məxsus alətlərin və ev üçün aldığı elektrik naqillərinin oğurlandığını bildirmişdir. Bundan sonra o həmin evinə getdikdə ev üçün aldığı 100 metr uzunluğunda 140 manat dəyərində elektrik kabelinin, iki bağlama hər birinin dəyəri 80 manat olan elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Usta Rauf bildirmişdir ki, ona məxsus iki ədəd laqonda, bir ədəd peraparator, 1 ədəd lazer səviyyə ölçən cihazın, bir ədəd ütü oğurlanmışdır. Buna görə bu barədə Suraxanı RPİ-nin 31-ci PB-nə zəng edərək məlumat vermişdir, oğurluq nəticəsində onun özünə təxminən 300 manat ziyan dəymişdir(i.v.150-151); Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla elektrik-santexnik işləri ilə məşğul olur. Təxminən 18 sentyabr 2022-ci il tarixdə köməkçisi Elsevərlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsi 3-cü keçid, 250 kv metr torpaq sahəsində tikilmiş nömrəsiz həyət evində elektrik santexnika işlərini görməyə başlamışlar. 29 sentyabr 2022-ci il tarixdə işə gəldikdə evin birinci mərtəbəsində girişdə sağ tərəfdə olan pəncərənin açıq olduğunu gördükdən sonra içəri daxil olmuşlar. İçəriyə baxdıqda birinci mərtəbədə saxladığı özünə məxsus bir ədəd kök rəngli 110 manat dəyərində laqondanı, bir ədəd 45 manat dəyərində laqondanı, bir ədəd 5 kq-lıq 130 manat dəyərində pereferatoru, bir ədəd 300 manat dəyərində lazer səviyyə ölçən cihazı, bir ədəd 80 manat dəyərində plastik boruları qaynaq edilməsi üçün elektrik ütünün eləcə də ev sahibləri tərəfindən alınmış və istifadə edilməmiş bir bağlama 2 x 2,5 mm-lik, 100 metr uzunluğunda 140 manat dəyərində mis elektrik naqilini, bir bağlama 1 x 2,5 mm-lik ağ rəngli 80 metr uzunluğunda 80 manat dəyərində elektrik naqilini, bir bağlama 1 x 2,5 mm-lik 80 metr uzunluğunda 80 manat dəyərində qırmızı rəngli elektrik naqilinin oğurlandığını aşkar etmişlər. Ona görə də telefonla zəng edərək oğurluq barədə ev sahibəsi Zərərçəkmiş şəxs1 xəbər vermişlər. Həmin oğurluq hadisəsi nəticəsində ona təxminən 665 manat dəyərində maddi zərər dəymişdir(i.v.157-158); Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2 ildir ki, tanıyır, onunla qonşuluqda kirayədə qalır, təxminən bir ay bundan qabaq yaşadığı ünvanın qapısını rəngləmişdir, bu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşmış, ona direli olduğunu pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir, o isə direli yoxlamaq istədiyini bildirmiş, direli yoxlamış işlədiyini gördükdən sonra 20 manata ala biləcəyini bildirmişdir, ondan əvvəlcə direlin oğurluq olub olmamasını soruşmuş, ondan direli alıb qarşılığında ona 20 manat pul vermiş, sonra 31-ci polis bölməsinin əməkdaşları onunla əlaqə saxlayaraq həmin direlin oğurluq olduğunu bildirmişlər, Suraxanı RPİ-nin istintaq şöbəsinə yaxınlaşmağını ona bildirmişlər, hal hazırda həmin direl ondadır, onu könüllü olaraq istintaqa təqdim edir(i.v.139-141); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi 2-ci sahədə yerləşən nömrəsiz fərdi yeni tikili yaşayış evinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur ( i.v.8-11); maddi sübutun götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs2 məxsus Yeni Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən yeni tikili evindən məişət əşyalarının oğurlanması ilə bağlı Sabunçu qəsəbəsi Yeni Ramana qəsəbəsi Şuşa şəhərciyində kirayədə yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurluq hadisəsi törədilməsi müəyyən edilmiş, cinayət yolu ilə əldə olunmuş əşyalar 1 ədəd «Qayo» markalı su qızdırıcısı, 1 ədəd çomadan formalı futlyarda «Seven 7 Star» markalı çəngəl dəsti, 1 ədəd böyük və 1 ədəd nisbətən kiçik ölçüdə şüşə materialından üzərində üzüm salxımı formalı dəmir işləmələri olan sinilər, 5 ədəd «10 PC Cookvare Set» markalı qapaqlı qazanlar, 6 ədəd nəlbəki, 1 ədəd çaydan, 6 ədəd boşqab və 1 ədəd boşqabdan ibarət büllur nahar servisi dəsti, 2 ədəd «Kenox Tepsi» markalı parlaq metaldan olan sinilər, 1 ədəd parlaq metaldan olan çaydan, 2 ədəd “Qu quşu” formalı şüşə materialından olan suvenirlər Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək Zərərçəkmiş şəxs2 məxsus Ramana qəsəbəsində yerləşən yeni tikili bağ evindən xx.xx.2022-ci il tarixdə oğurladığını bildirmiş, maddi sübutlar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür(i.v.17-18); şübhəli şəxsin tutulması haqqında 29 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur(i.v.33-34): vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 31 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır(i.v.59-62); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 31 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir(i.v.63-64); xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən 1 ədəd «Qayo» markalı su qızdırıcısı, 1 ədəd çomadan formalı futlyarda «Seven 7 Star» markalı çəngəl dəsti, 1 ədəd böyük və 1 ədəd nisbətən kiçik ölçüdə şüşə materialından üzərində üzüm salxımı formalı dəmir işləmələri olan sinilər, 5 ədəd «10 PC Cookvare Set» markalı qapaqlı qazanlar, 6 ədəd nəlbəki, 1 ədəd çaydan, 6 ədəd boşqab və 1 ədəd boşqabdan ibarət büllur nahar servisi dəsti, 2 ədəd «Kenox Tepsi» markalı parlaq metaldan olan sinilər, 1 ədəd parlaq metaldan olan çaydan, 2 ədəd “Qu quşu” formalı şüşə materialından olan suvenirlər təhvil alınmışdır(i.v.79); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə 03 ay 16 gen vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Şəmkir rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 150.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 221.1, 66.5-ci maddəsi ilə 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nə dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu tətbiq edilərək CM-nin 177.2.3-cü maddəsindən və həmin maddə ilə təyin edilmiş cəzadan azad olunaraq cəzasını tam çəkib qurtardığından azad olunmuşdur( i.v.80-82); məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8648 saylı 27 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, 1 ədəd «Qayo» markalı istifadə olunmuş su qızdırıcısının qiyməti 100 manat, istifadə edilməmiş vəziyyətdə Seven 7 Star» markalı çəngəl qaşıq dəstinin qiyməti 120 manat, istifadə edilməmiş vəziyyətdə 1 ədəd böyük və 1 ədəd nisbətən kiçik ölçüdə şüşə materialından üzərində üzüm salxımı formalı dəmir işləmələri olan iki mərtəbəli qabın qiyməti 35 manat, istifadə edilməmiş vəziyyətdə «10 PC Cookvare Set» markalı yazıları olan 5 ədəd qazanın qiyməti 50 manat, istifadə edilməmiş vəziyyətdə üzərində “Epiag” yazıları olan 6 ədəd nəlbəki, 1 ədəd çaydan 6 ədəd boşqab, 6 ədəd fincan, 1 ədəd şəkər tozu üçün qab və 1 ədəd böyük ölçülü dairəvi boşqabdan ibarət yaşıl rəngli nahar servisi dəstinin qiyməti 200 manat, istifadə edilməmiş vəziyyətdə üzərində “Kinox Tepsi» markalı parlaq metaldan olan 01 ədəd kiçik, 01 ədəd böyük ölçülü sinilərin qiyməti 20 manat, istifadə edilməmiş vəziyyətdə, üzərində “Harmonica Vhisting kettle” yazıları olan 5 litr tutumlu parlaq metaldan olan çaydanın qiyməti 40 manat, Qu quşu” formalı şüşə materialından olan suvenirin qiyməti 20 manat olmaqla ekspertiza tədqiqatına təqdim edilən malların 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 585,00 manat müəyyən edilmişdir(i.v.90-93); baxış aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Əsgər qızına məxsus olan Ramana qəsəbəsi Mərkəzi küçəsində yerləşən evə baxış keçirilmiş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.105-107); şübhəli şəxsin tutulması haqqında 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə saat 17:20 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur(i.v.127); əşyanın könüllü təqdim edilməsi, baxış keçirilməsi və götürülməsi haqqında 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid1 təqdim etdiyi həmin bir ədəd üzərində İNTERSKOL 1800 vt yazıları olan tünd göy rəngli perefaratorun vətəndaş Zərərçəkmiş şəxs1 evindən oğurlanması ehtimalı nəzərə alınaraq baxış keçirildikdən sonra götürülmüşdür(i.v.142-143); əşyanın tanınmaya təqdim edilməsi haqqında 12 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd üzərində İNTERSKOL 1800 vt yazıları olan tünd göy rəngli perefarator Zərərçəkmiş şəxs3 təqdim edilmiş, o, həmin perefaratorun 29 sentyabr 2022-ci il tarixdə təmir etdiyi evdən oğurlanan ona məxsus alıt olduğunu, üzərindəki xüsusi əlamətlərindən tanıdığını bildirmişdir(i.v.159-160); Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(010)-634/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi, dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır(i.v.184-188); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir(i.v.189-190); məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/9098 saylı 10 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd “İNTERSKOL” markalı, 1800 vt-lıq orta ölçülü perfaratorun istifadədə olmaması nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayında olan orta bazar qiyməti təxminən 60 manat müəyyən edilir(i.v.196-198); Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş qəbzdən görünür ki, ona məxsus 01 ədəd “İNTERSKOL” markalı, 1800 vt-lıq orta ölçülü perfaratoru istintaq orqanından təhvil almışdır(i.v.199); Axtarışda olan şəxsin tutulması barədə 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00 radələrində tutularaq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir(i.v.206); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır(i.v.239-242); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 11 fevral 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir(i.v.243-244); sübutların qiymətləndirilməsi haqqında 19 fevral 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etməsi əsasında ondan götürülmüş 1 ədəd «Qayo» markalı su qızdırıcısı, 1 ədəd çemodan formalı futlyarda «Seven 7 Star» markalı çəngəl dəsti, 1 ədəd böyük və 1 ədəd nisbətən kiçik ölçüdə şüşə materialından üzərində üzüm salxımı formalı dəmir işləmələri olan sinilər, 5 ədəd «10 PC Cookvare Set» markalı qapaqlı qazanlar, 6 ədəd nəlbəki , 1 ədəd çaydan, 6 ədəd boşqab və 1 ədəd boşqabdan ibarət büllur nahar servisi dəsti, 2 ədəd «Kenox Tepsi» markalı parlaq metaldıan olan sinilər, 1 ədəd parlaq metaldan olan çaydan, 2 ədəd “Qu quşu” formalı şüşə materalından olan suvenirlər, 01 ədəd preforator cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmışdır(i.v.244-255); Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs şikayəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə ilk növbədə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın birinci epizoduna görə o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs1 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsi (əvvəlki adı Mərkəzi küçə) 3-cü keçiddə yerləşən tikilməkdə olan iki mərtəbəli nömrəsiz evin birinci mərtəbəsindəki pəncərdən saxlanc yerinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus bir top 2 x 2,5 mm-lik, 100 metr uzunluğunda 140 manat dəyərində mis elektrik kabelini, bir top 1 x 2,5 mm-lik ağ rəngli 80 metr uzunluğunda 80 manat dəyərində elektrik naqilini, bir top, 1 x 2,5 mm-lik 80 metr uzunluğunda 80 manat dəyərində qırmızı rəngli elektrik naqilini, həmin evdə təmir-tikinti işlərini aparan usta Zərərçəkmiş şəxs3 məxsus bir ədəd kök-rəngli 110 manat dəyərində laqondanı, bir ədəd 45 manat dəyərində laqondanı, bir ədəd 130 manat dəyərində perefaratoru, bir ədəd 300 manat dəyərində lazer səviyyə ölcən cihazı, bir ədəd 80 manat dəyərində plastik boruları qaynaq edilməsi üçün elektrik ütünü vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 300 manat, Zərərçəkmiş şəxs3 665 manat zərər vurmaqla oğurluq etmişdir. Lakin, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/9098 saylı 10 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd “İNTERSKOL” markalı, 1800 vt-lıq orta ölçülü perfaratorun istifadədə olmaması nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayında olan orta bazar qiyməti təxminən 60 manat müəyyən edilir. Göründüyü kimi, istintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs3 ümumilikdə 665 manat ziyan vurmaqla oğurluq etdiyini qeyd etmiş və zərərçəkmiş şəxsin ifadəsini daha mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, istintaq orqanı tərəfindən təyin edilmiş və müvafiq qərara əsasən əldə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 9/9098 saylı 10 yanvar 2023-cü il tarixli ekspert rəyində təqdim edilmiş bir ədəd perefaratoru orta bazar qiyməti 60 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına daha uyğun gəldiyindən daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, sözügedən epizod üzrə ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 vurduğu maddi ziyanın miqdarının 595 (beş yüz doxsan beş) manat olması müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 vurduğu maddi ziyanın miqdarının 595 (beş yüz doxsan beş) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı həmin epizod üzrə irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın ikinci epizoduna görə o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi olan evə pəncərədən qanunsuz daxil olub evin 1-ci mərtəbəsindəki 150 manat dəyərində “Qayo” markalı 24 litrlik su qızdırıcısını, evin 2-ci mərtəbəsindəki bağlı otağın taxta qapısının şüşəsini sındırmaqla oradan 600 manat dəyərində “Seven 7 Star” markalı çəngəl qaşıq dəsti, 100 manat dəyərində 1 ədəd böyük, 1 ədəd kiçik ölçüdə şüşə üzüm salxımı formalı dəmir işləmələri olan iki mərtəbəli qabı, 250 manat dəyərində içində 5 ədəd qazan olan “10 PC Cookvare Set” yazıları olan şüşə qapaqlı qazan dəstini, 600 manat dəyərində “Epiag” markalı içində 6 ədəd nəlbəki, 1 ədəd çaydan, 6 ədəd boşqab, 6 ədəd fincan, 1 ədəd şəkər tozu qabı və 1 ədəd böyük ölçülü qablardan ibarət yaşıl rəngli nahar servisi dəstini, 100 manat dəyərində 1 dəst böyük və 1 ədəd kiçik siniləri, 60 manat dəyərində 1 ədəd 5 litr tutumlu çaydanı, 1 ədəd 30 manat dəyərində “Qu quşu” formalı suveniri, 1500 manat dəyərində 6 qutu cehizlik qab-qacaqları, ümumilikdə 800 manat dəyərində 4 ədəd vazaları, 260 manat dəyərində elektrik samovarını, ümumilikdə 1000 manat dəyərində 4 ədəd bagema qablarını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 5450 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Lakin, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8648 saylı 27 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, 1 ədəd «Qayo» markalı istifadə olunmuş su qızdırıcısının qiyməti 100 manat, istifadə edilməmiş vəziyyətdə “Seven 7 Star» markalı çəngəl qaşıq dəstinin qiyməti 120 manat, istifadə edilməmiş vəziyyətdə 1 ədəd böyük və 1 ədəd nisbətən kiçik ölçüdə şüşə materialından üzərində üzüm salxımı formalı dəmir işləmələri olan iki mərtəbəli qabın qiyməti 35 manat, istifadə edilməmiş vəziyyətdə «10 PC Cookvare Set» markalı yazıları olan 5 ədəd qazanın qiyməti 50 manat, istifadə edilməmiş vəziyyətdə üzərində “Epiag” yazıları olan 6 ədəd nəlbəki, 1 ədəd çaydan 6 ədəd boşqab, 6 ədəd fincan, 1 ədəd şəkər tozu üçün qab və 1 ədəd böyük ölçülü dairəvi boşqabdan ibarət yaşıl rəngli nahar servisi dəstinin qiyməti 200 manat, istifadə edilməmiş vəziyyətdə üzərində “Kinox Tepsi» markalı parlaq metaldan olan 01 ədəd kiçik, 01 ədəd böyük ölçülü sinilərin qiyməti 20 manat, istifadə edilməmiş vəziyyətdə, üzərində “Harmonica Vhisting kettle” yazıları olan 5 litr tutumlu parlaq metaldan olan çaydanın qiyməti 40 manat, “Qu quşu” formalı şüşə materialından olan suvenirin qiyməti 20 manat olmaqla ekspertiza tədqiqatına təqdim edilən malların 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 585,00 manat müəyyən edilmişdir Göründüyü kimi istintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 ümumilikdə 5450 manat ziyan vurmaqla oğurluq etdiyini qeyd etmiş və zərərçəkmiş şəxsin ifadəsini daha mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, istintaq orqanı tərəfindən təyin edilmiş və müvafiq qərara əsasən əldə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 9/8648 saylı 27 dekabr 2022-ci il tarixli ekspert rəyində təqdim edilmiş malların orta bazar qiyməti ilə ümumi dəyəri 585 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına daha uyğun gəldiyindən daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə olduğu halda Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanın miqdarı ekspert rəyində göstərilmiş mallara münasibətdə 585 manat+ 6 qutu cehizlik qab-qacaqlarına görə 1500 manat + 4 ədəd vazalara görə 800 manat + elektrik samovarına görə 260 manat+ 4 ədəd bagema qablarına görə 1000 manat = ümumilikdə 4145 manat müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanın miqdarının 4145 (dörd min yüz qırx beş) manat olması müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, şahid ifadələrini, ekspert rəyləri və iş üzrə digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanın miqdarının 4145 (dörd min yüz qırx beş) manat olması öz təsdiqini tapdığından onun əməlləri yuxarıda sadalanan normalar nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə əhatə olunduğundan ona verilmiş ittihamdan CM-nin 177.2.4-cü maddəsi xaric edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 38-ci bəndində qeyd edilir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə vurulmuş ziyanın bir qismini ödəməsini(CM- 59.1.14), törətdiyi əməlləri etiraf edərək peşman olmasını(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, Şəmkir rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmləri üzrə olan məhkumluqları CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs göstərilən hökmlər üzrə məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), 29 oktyabr 2022-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək tutulduğu 02(iki) gün müddət, 01 noyabr 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək tutulduğu 02(iki) gün müddət, 10 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək tutulduğu 01(bir) gün müddət, ümumilikdə 05 (beş) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasının əvvəli 09 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübutların zərər çəkmiş şəxslərə saxlanılması üçün verilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatlarının dəyəri 162 (yüz altmış iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 29 oktyabr 2022-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək tutulduğu 02(iki) gün müddət, 01 noyabr 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək tutulduğu 02(iki) gün müddət, 10 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək tutulduğu 01(bir) gün müddət, ümumilikdə 05 (beş) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11(on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutların zərər çəkmiş şəxslərə saxlanılması üçün verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Ekspertiza tədqiqatlarının dəyəri 162 (yüz altmış iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar