Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-1077/2023 28.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Xüsusi ittihamçı X1, Xüsusi ittihamçı X1 vəkili X10, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X5 və X3 iştirakı ilə Xüsusi ittihamçı X1 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X6, X4 və X14 qarşı xüsusi ittiham qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittihamçı X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X6, X4 və X14 qarşı xüsusi ittiham qaydasında verilmiş şikayətlə müraciət edərək, barəsində şikayət etdiyim şəxslərin əməllərində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkib əlamətləri olduğundan, çəkib paylaşdıqları fotoşəkil və video görüntülərlə, telefon «Whatsapp» proqramlarında, səsli mesajlarda şərəf və ləyaqətini senzurasız ifadələrlə, böhtan, şantaj xarakterli məlumatlarla təhqir etdiklərinə, məlumatların yayılmlanmasına görə X11, X17 və X3 cinayət məculiyyətinə cəlb olunmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı X2 ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində yerləşən «Sədərək» Ticarət Mərkəzində, Təsərrüfat bazarında xırda sahibkarlıqla məşğuldur, vergi ödəyicisidir. Onun həmin Ticarət Mərkəzində mağazası vardır, bu mağazanı icarəyə verməklə dövlətin müəyyən edilmiş vergiləri ödəyir. Bu Ticarət Mərkəzində işlədiyi müddətdə, onun xidmət etdiyi və orada işləyən vətəndaşlarla heç bir problemi olmamışdır. Barəsində şikayət etdiyi şəxsləri: X7 1999-cu ildən işlədiyi Ticarət Mərkəzində sələmə pul verən şəxs kimi, X15 isə 2023-cü ilin sentyabr ayından Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Lombard-520»-in əməkdaşı kimi tanıyır. X12 vətəndaşlara məxsus qızıl-zinət əşyaları lombarda qoyub, müəyyən pul vəsaiti əldə edib, yüksək faizlərələ sələmə pul verməklə məşğul olduğundan və müəyyən qazanc əldə etdiyindən, ondan ticarəti genişləndirmək üçün bir neçə dəfə müddətli şəkildə sələmə pul alıb qaytardıqdan sonra, münasibətlərimiz istiləşmişdir. Sonuncu dəfə Aygündən 6 ay müddətinə qaytarmaq şərtilə oktyabr 2020-ci ildə 13.000 manat pul vəsaiti götürmüşdür. Həmin pulu qaytardığına baxmayaraq, 04 fevral 2021 -ci il tarixdə onun barəsində Bakı şəhəri Qardağ RPİ-nin 10-cu Polis Bölməsinə şikayət etmişlər. Onun yenidən 14.000 manat pulun qaytarılmasını tələb etmiş, verməyəcəyi tədqirdə barəsində sosial-şəbəkələrdə, telefon «Whatsapp» vasitəsilə şərəf və ləyaqətini təhqiri üçün əsaslar olduğunu, telefonun yaddaşında saxladığı videoşəkilləri paylaşacağını bildirmişdir. Onun elə vəziyyətə salmışlar ki, «Sədərək» Ticarət Mərkəzində olan mağazalarını işlətməyə imkan verilməmiş, nəticədə isə satılası əşyalar dövriyyədən qalmış, ona külli miqdarda ziyan dəymişdir. Bununla yanaşı, A.Ə.Abdullayeva 04 fevral 2021-ci il tarixdə yaşadığı ünvanın qarşısına gələrək hay-küy salmış, binada yaşayanların rahatlığını pozmuş, ünvanıma nalayiq, senzurasız ifadələr işlətməkdə davam etmiş, pulu verməyəcəyi təqdirdə çıxıb getməyəcəyini bildirmişdir. O məcbur olub Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş və aidiyyəti üzrə təhqiqat aparılmış, ondan izahat alınmışdır. 06 fevral 2021-ci il tarixdə A.Ə.Abdullayeva telefonla çəkilmiş bir fotoşəkili bütüb qohum-əqrəbaya, dosta, tanışa göndərəcəyi adı ilə onu şantaj etməkdə davam etmiş və bu şəkili paylaşacağını bildirmiş, həmin görüntünü paylaşmışdır. Həmin görüntü Aygündən pul götürdüyü zaman, onun faktiki yaşadığı Xətai rayonu, Telnov küçəsindəki ünvanda, kirayə qaldığı mənzildə çəkilmişdir. Lakin yayılmış bu görüntü, ailə üzvlərinin, yaxıınlarının, qohum-əqrəba, dost-tanış yanında xəcalətli olmağına səbəb olmuşdur. Onun qanuna zidd hərəkətləri nəticəsində, dostlar çərçivəsində şərəf və ləyaqətinin təhqir olunması onun işgüzar nüfuzuna xələl gətirmişdir. (xx.xx.2021-ci ildə 3 dəfə, xx.xx.2021-ci ildə 3 dəfə, xx.xx.2021-ci ildə 2 dəfə, xx.xx.2021-ci ildə 2 dəfə müxtəlif formada alçaldıcı təhqirlər yayımlanmışdır). A.Ə.Abdullayevanın hal-hazırda ona və ailə üzvlərimə qarşı təhdidedici, əxlaqa sığmayan, senzurasız ifadələr işlətməsi, hədəqorxular gəlməsi davam edir(səs yazıları, disk). Onun başladığı işin davamını isə bu işlərlə məşğul olan X17 və X8 davam etdirir. Məhkəmədən şikayətin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 şikayətdə göstərilənlərlə razı olmadığını, şikayətin düz olmadığını bildirmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 şikayətdə göstərilənlərlə razı olmadığını, şikayətin düz olmadığını bildirmişdir. X17 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə X13 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarından görünür ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin «zəruriliyi» əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün «ciddi ictimai tələbatın» mövcud olubolmadığını müəyyən etməlidirlər. Bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Həmin Qərarın 11-ci bəndin əsasən xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə-CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Xüsusi ittiham qaydasında məhkəməyə verilmiş şikayətdə xüsusi ittiham qaydasında cinayət təqibi ilə yanaşı, həmçinin ictimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb ola bilən cinayətlər haqqında da məlumatlar olduqda məhkəmə hazırlıq iclasının qərarı ilə CPM-nin 207.6-cı maddəsinə əsasən onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2-ci maddəsinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5-ci maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzürlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 37.2-ci maddəsinin tələbinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarından görünür ki,xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrin tələblərinə uyğun olubolmaması yoxlanılır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədkidə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarda məhkəmələrə tövsiyyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhəoəsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə, məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul olunmasından imtina olunması haqqında əsaslandırılmış qərar qəbul edilir. Cinayət Prosessual Məcəlləsinin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti aidiyyəti müəyyənləşdirilməmişdir. Belə ki, şikayət Cinayət Prosesual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil, eləcədə şikayət vermiş şəxsin dəlillərini təsdiq edən heç bir sübut sübut təqdim edilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasıın adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Cinayət Prosessual Məcəlləsinin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Bu səbəbdən məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittihamçı X1 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X6, X4 və X14 qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət məhkəmə baxışına keçirilməsindən və bu şikayətin icraata qəbul olunmasından imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299, 300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xüsusi ittihamçı X1 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X6, X4 və X14 qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət məhkəmə baxışına keçirilməsindən və bu şikayətin icraata qəbul olunmasından imtina olunsun. Qərarın surəti xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərə göndərilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-1077/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-1077/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver