Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-108/2023 08.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-63/2022 saylı, 25 yanvar 2022-ci il tarixli hökümndən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həbsetmənin əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablanılmaqla 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı X2 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2021-ci ilin iyul ayının sonlarında tanış olduğu Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası, nömrəsiz fərdi yaşayış evinə 6.000 manat müqabilində daşınmaz əmlakın dövlət reysterindən çıxarış alacağına dair yalan vəd verərək, onu özünə inandırmaqla aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 24 iyul 2021-ci il tarixdə, saat 20:00-da sonuncunun yaşadığı yuxarıda qeyd olunan ünvandakı evində ilkin olaraq 700 manat, 26 iyul 2022-ci il tarixdə axşam saatlarında isə pulun qalan hissəsini nağd şəkildə verə bilmədiyinə görə onun qarşılığında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 17 saylı notariusda Zərərçəkmiş şəxs məxsus 7.500 manata dəyərləndirilən 1996-cı il buraxılışlı, «Opel-Astra» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin baş etibarnamə ilə dəyərindən ucuz 4.400 manata digər şəxsə satılmasına nail olub həmin pulu ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs X1 ümumilikdə 8.200 manat (səkkiz min iki yüz) məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-63/2022 saylı, 25 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həbsetmənin əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablanılmaqla 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı X2 cəza çəkir. Həbs olunmamışdan əvvəl sənədsiz torpaqların sənədləşdirilməsi ilə məşğul olmuşdur. 2021-ci ilin iyun ayında qohumu Şahid2 ona müraciət edərək qonşusu Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası, nömrəsiz fərdi yaşayış evinə çıxarış almaq istədiyini bildirmiş, o, məsələnin həllində onlara köməklik edə biləcəyini bildirmişdir. Şahid2 onu Zərərçəkmiş şəxsla görüşdürmüş, söhbət əsnasında, Dilqəm yaşadığı fərdi yaşayış evinə çıxarış almaq istədiyini bildirmiş, o, evin sənədləşmə işləri üçün 5000 manat lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs həmin məbləğdə pulu olmadığını, ilkin sənədləşmə işlərinin aparılması üçün 600 manat verə biləcəyini, lazım olan məbləğin geri qalanını üç gün ərzində tamamlayacağını bildirmiş, o, Dilqəmlə razılaşmış, ondan ilkin olaraq 600 manat pul, şəxsiyyət vəsiqəsinin sürətini və torpağa aid olan lahiyə plan çəkilişinin surətlərini götürmüşdür. Lakin, Dilqəm tələb olunan məbləği tamamlaya bilməmiş, onunla əlaqə saxlayaraq pulu tamamlamaq üçün özünə məxsus «Opel-Astra» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini, əgər tanışı varsa avtomobili satmaqda ona köməklik etməsini bildirmişdir. O, Zərərçəkmiş şəxs məxsus «Opel Astra» markalı avtomobilin şəkillərini çəkərək “Turbo.az” saytında elanlar bölümündə yerləşdirmiş, əlaqə nömrəsi olaraq öz nömrəsini qeyd etmişdir. Bir neçə gün sonra avtomobili almaq istəyən müştəri onunla əlaqə saxlayaraq avtomobilə baxmaq istədiyini bildirmiş, o, həmin şəxsi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə dəvət etmişdir. Həmin şəxs avtomobilə baxdıqdan sonra 4400 manata ala biləcəyini bildirmiş, daha sonra Zərərçəkmiş şəxs oğlu Şahid1la birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən nömrəsini dəqiq xatırlamadığı notariat kontoruna getmiş, orada Şahid1 həmin şəxsə baş etibarnamə vermiş, bunun müqabilində həmin şəxs 4400 manat ödəniş etmişdir. O, 4400 manatı aldıqdan sonra Zərərçəkmiş şəxs yaxın müddətdə sənədləşdirmə işlərini tamamlayacağını bildirmiş, lakin, sənədləşdirmə işləri bağlı hər hansı hərəkət etməmiş, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bir müddət sonra sənədləşdirmə işləri tamamlanmadığı üçün Zərərçəkmiş şəxs ona verdiyi pulu geri qaytarmasını tələb etmiş, o, müxtəlif bəhanələr gətirərək aldığı pulu geri qaytarmamışdır. Daha sonra Zərərçəkmiş şəxs aldığı pulun əvəzində özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Müdafiəçi küçəsində yerləşən 6 sot torpaq sahəsini ona verməyi təklif etmiş, lakin, Zərərçəkmiş şəxs onunla razılaşmayaraq barəsində polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası, nömrəsiz evdə yaşayır. Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayının sonlarında Şahid2 vasitəsi ilə tanımışdır. Belə ki, onun yaşadığı evin yaxınlığında Şahid2 məxsus torpaq sahəsi olmuşdur. O, yaşadığı nömrəsiz evə çıxarış almaq istəmiş, oğlu Tural ilə söhbət edərkən Tural qonşuları Alimin evlərin sənədləşmə işlərini aparan tanışı olduğunu ona bildirmiş, bundan sonra, o, Şahid2la görüşərək yaşadığı evə çıxarış almaq istədiyini bildirmişdir. Alim xalası oğlu Məhər İbrahiovun məsələnin həllində ona köməklik edə biləcəyini bildirərək onu Məhərlə görüşdürmüş, yaşadıqları evdə olan söhbət zamanı Məhər evin sənədlərinin hazırlanması işində ona kömək edə biləcəyini, lakin, bunun üçün 6.000 manat pul lazım olduğunu bildirmişdir. O, qeyd olunan məbləğdə pulu olmadığını, ilkin olaraq 700 manat və özünə məxsus «Opel Astra» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini verə biləcəyini, sənədlər hazırlandıqdan sonra sənədləri banka qoyub pul götürərək ona 5.300 manat pul verə biləcəyini bildirmişdir. 24 iyul 2021-ci il tarixdə, saat 20 radələrində yaşadığı evdə Təqsirləndirilən şəxs 700 manat pul vermiş, Məhər pulu götürərək narahat olmamasmı, 21 gün ərzində sənədləri tam şəkildə hazır olacağını bildirmişdir. 26 iyul 2021-ci il tarixdə, özünə məxsus «Opel Astra» markalı, **-NJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair oğlu Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat ofisində Məhərin təqdim etdiyi Elməddin adlı şəxsə baş etibarnamə vermişdir. Lakin, Təqsirləndirilən şəxs vəd etdiyi müddət tamam olmasına baxmayaraq, Məhər verdiyi vədə əməl etməmiş, ondan aldığı pulu və «Opel Astra» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili geri qaytarmamışdır. Təqsirləndirilən şəxs dələduzluq əməli nəticəsində ona ümumilikdə 8.200 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindidirlmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası, nömrəsiz evdə yaşayır. Zərərçəkmiş şəxs onun atasıdır. Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayının sonlarında Şahid2 vasitəsi ilə tanımışdır. Atası yaşadıqları evə dövlət reyestrindən çıxarış almaq istədiyini bildirmiş, Alim çıxarış almaq üçün sənədləşmə işlərinin aparılması üçün qohumu Təqsirləndirilən şəxs onlara köməklik edə biləcəyini demişdir. Alim qohumu Məhəri onların yaşadıqları evə gətirmiş, söhbət zamanı Məhər evin sənədlərinin hazırlanması işində onlara kömək edə biləcəyini, lakin, bunun üçün 6.000 manat pul lazım olduğunu bildirmişdir. Atası qeyd olunan məbləğdə pulu olmadığını, ilkin olaraq 700 manat və özünə məxsus «Opel Astra» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini verə biləcəyini, sənədlər hazırlandıqdan sonra sənədləri banka qoyub pul götürərək ona 5.300 manat pul verə biləcəyini bildirmişdir. 24 iyul 2021-ci il tarixdə, saat 20 radələrində atası Təqsirləndirilən şəxs yaşadığı evdə onun və Alimin iştirakı ilə ilkin sənədləşmə işlərinə başlaması üçün 700 manat pul vermiş, geri qalan 5.300 manat pulu isə qısa müddətdə düzəldib verəcəyinə söz vermiş, Məhər razılaşaraq 700 manat pulu götürüb getmişdir. Bir həftə sonra Məhər 5.300 manat pulu istəmiş, bu zaman atası Məhərə ona vaxt verməsini, özünə məxsus 1998-ci il buraxılışlı, «Opel-Astra» markalı, 99-NJ- 168 dövlət qeydiyyat nişanlı avtomobili satıb pulunu verəcəyini və ya banka girov qoyub pul götürüb verəcəyini bildirmiş, həmçinin Məhərin avtomobili almaq istəyən tanışı olarsa, həmin avtomobili 7.500 manata sata biləcəklərini demişdir. 26 iyul 2021-ci il tarixdə Məhər atasına zəng edərək bir nəfər tanışı olduğunu, avtomobili onun adına keçirib 5.300 manat pulu götürə biləcəyini, avtomobili satdıqdan sonra aldıqları pulu geri qaytarmağın mümkün olduğunu bildirmişdir. Atası Məhərlə razılaşaraq onu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat ofisinə göndərmiş, orada, o, Məhərin təqdim etdiyi Elməddin adlı şəxsə «Opel-Astra» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair baş etibarnamə vermiş, Məhər avtomobili ondan təhvil almışdır. Sonradan o, öyrənmişdir ki, Məhər qeyd olunan avtomobili girov qoymamış, Elməddin adlı şəxsə 4400 manata satmışdır. Lakin, Təqsirləndirilən şəxs vəd etdiyi müddət tamam olmasına baxmayaraq, Məhər verdiyi vədə əməl etməmiş, ondan aldığı pulu və «Opel Astra» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili geri qaytarmamışdır. Cinayət işinin 63-71-ci vərəqəsində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-63/2022 saylı, 25 yanvar 2022-ci il tarixli hökümndən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həbsetmənin əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablanılmaqla 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 112-117-ci vərəqəsində olan 25 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs cinayət işi üzrə üzləşdirilmişdir. Cinayət işinin 118-122-ci vərəqəsində olan 25 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə Şahid1 cinayət işi üzrə üzləşdirilmişdir. Cinayət işinin 132-133-cu vərəqəsində olan 26 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini qismən etiraf etməsini, zərərçəkmiş şəxs ilə barışmaqla ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-63/2022 saylı, 25 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-63/2022 saylı, 25 yanvar 2022-ci il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-63/2022 saylı, 25 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-63/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qanuni qüvvəyə minmiş hökmünə əsasən azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş ürə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-63/2022 saylı, 25 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-63/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qanuni qüvvəyə minmiş hökmünə əsasən azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-108/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-108/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver