Məhkəmə qərarları › İş №1(008)-109/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-109/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-109/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi3, Müdafiəçi2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 vəkilləri və nümayəndələri Müdafiəçi4, Müdafiəçi5 iştirakı ilə xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi ev 67, mənzil 14 qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 10 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində dostları Şahid2, Şahid6 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən «X9» yaşayış və istirahət mərkəzinə həmin gün oradakı «X10» restoranının açıq havada keçirilən açılış mərasimində və konsert tədbirində iştirak etmək üçün gəlib öncədən sifariş edilmiş masa arxasında əyləşərək birlikdə spirtli içki qəbul etməklə alkoqol sərxoşluğu vəziyyətinə gəlmiş, bir qədər sonra eyni tədbirdə iştirak edən və əvvəldən tanıdığı Zərərçəkmiş şəxs3 spirtli içki qədəhini əlinə götürərək «sağlıq» söyləyib həmin içkini birgə qəbul etmək məqsədi ilə başqalarına şəxsi mühafizəçiləri kimi təqdm etdiyi şəxslərlə birlikdə onun əyləşdiyi masaya yaxınlaşdığı vaxt «dost məclisinə» masaya tək deyil, mühafizəçilərlə birlikdə gəldiyinə görə ətrafdakıların gözü qarşısında Şahid2 tərəfindən Zərərçəkmiş şəxs3 irad tutulması və yanındakı şəxsi mühafizəçilərin ünvanına qeyri-etik ifadələrin işlədilməsi ilə bağlı 11 iyun 2023-cü il tarixdə, saat 03:30 radələrində tərəflər arasında ictimai yer hesab edilən restoranın içərisində başlanmış, daha sonra əsas giriş-çıxış qapısının qarşısında da davam etmiş mübahisənin bilavasitə ona aidiyyəti olmadığı üçün yaranmış münaqişənin qarşısını almaq və tərəfəri sakitləşdirmək əvəzinə o, mövcud vəziyyəti daha da qərəzləşdirib heç bir əsaslı səbəb olmadan yanında olan Şahid2, Təqsirləndirilən şəxs2, F.B.İsgəndərov və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə bir qrup şəxs halında birləşib kütləvi tədbirdə iştirak edən xeyli sayda şəxslərin istirahətini, qeyri-yaşayış sahəsinin iş fəaliyyətini və insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını pozmaqla onların gözü qarşısında uca səslə nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslərə etinasızlıq, laqeydlik, eqozim nümayiş etdirən hərəkətlər edib əli ilə Zərərçəkmiş şəxs3 sifətinə qəsdən vurub dostları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər birinin baş nahiyələrinə əli ilə qəsdən vurub Zərərçəkmiş şəxs2 sol gicgah nahiyəsinin əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, Zərərçəkmiş şəxs1 isə ənsə nahiyəsinin qançırı kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdikdən, habelə Zərərçəkmiş şəxs3 faktiki mülkiyyətində olan «Land Rover» markalı, «Range Rover» modelli, «az ** ZZ ***» dövlət qeydiyyat nişanlı minik avtomobilinə əl və ayaq zərbələri yetirib nəqliyyat vasitəsini qəsdən zədələyərək 12.450 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurduqdan sonra saat 03:51 radələrində «White Villas 2» kotteclər məhəlləsi 32-49 saylı ünvanın qarşısında Şahid2la E.Ü.İsmayllov arasındakı münaqişə ilə bağlı hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs4 boğaz nahiyəsindən heç bir səbəb olmadan yumruğu ilə vurmaqla, ona qırtlaq ətrafı yumşaq toxumaların travmatik ödemi ilə müşayiət olunan boyun nahiyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 10 iyun 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən «X9» yaşayış və istirahət mərkəzinə gəlib həmin gün oradakı «X10» restoranının açıq havada keçirilən açılış mərasimində və konsert tədbirində qısa müddət ərzində iştirak edərək eyni tədbirdə iştirak edən və əvvəldən tanıdığı Zərərçəkmiş şəxs3 ilə Şahid2 arasında başlanmış daha sonra restoranın əsas giriş-çıxış qapısının qarşısında da davam etmiş mübahisənin bilavasitə ona aidiyyəti olmadığı üçün yaranmış münaqişənin qarşısını almaq və tərəfləri sakitləşdirmək əvəzinə o, mövcud vəziyyəti daha da qərəzləşdirib heç bir əsaslı səbəb olmadan yanında olan Şahid2, Təqsirləndirilən şəxs1, F.B.İsgəndərov və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə bir qrup şəxs halında birləşib kütləvi tədbirdə iştirak edən xeyli sayda şəxslərin istirahətini, qeyri-yaşayış sahəsinin iş fəaliyyətini və insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını pozmaqla onların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslərə etinasızlıq, laqeydlik, eqoizm nümayiş etdirən hərəkətlər edib aldığı digər zərbələrin təsirindən yerə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs3 boyun-boğaz nahiyəsinə ayağı ilə qəsdən vurub, ona boyun nahiyəsinin qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətin yetirilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddəci ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə o, uşaqlıq dostları Şahid2 və Vüqar adlı şəxslə birlikdə saat 22:30 radələrində Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən«X9» istirahət mərkəzinə getmişlər ki, orada yeni fəaliyyətə başlayan «Rose bar» adlı restoranın açılış mərasimində iştirak etsinlər. Həmin gün «Jah Khalib» adlı müğənninin konserti olduğu üçün istirahət mərkəzində açıq havada keçirilən açılış tədbirində təxminən 40.000 nəfərə yaxın adam olmuşdur. Həmin tədbirdə o dostları ilə birgə üç nəfər qızla tanış olmuş və eyni masa arxasında əyləşmişlər. Onun yanında olan qızın adı Şəfəq olmuş, digər iki qızın adını isə bilməmişdir. Gecə saat 23:30-radələrində dostu Vüqar restorandan çıxıb getmişdir. Elnurla o, yeni tanış olduqları qızlarla birlikdə restoranda oturub söhbət edən zaman məşq zalından tanıdığı və yaxın münasibətdə olduğu «Elmir» dostları ilə birlikdə əlinə içki qədəhi götürüb masaya yaxınlaşmış və sağlıq deyərək həmin spirtli içkini içmişdir. Təxminən 10-15 dəqiqə sonra Elmir yenidən eyni qaydada, yəni bir neçə nəfər dostu ilə əlində tutduğu içki qədəhi ilə masaya yaxınlaşmışdır. Bu dəfə onun yanında oturan «Elnur» adlı dostu Elmirə demişdir ki, «dost məclisinə yaxınlaşırsansa tək gəl». O, Elmir və Elnurun hər ikisi ilə münasibətdə olduğu üçün bu anlaşılmazlığa müdaxilə edib hər ikisini sakitləşdirmiş və Elmiri öz masasına əyləşdirdikdən sonra öz yerinə qayıtmışdır. Təxminən 20-30 dəqiqə sonra Elnur restorandan çıxıb yaşadığı «X9» mərkəzində yerləşən «White villa» adlandırılan kottecinə getmişdir ki, oradan siqaret götürsün. O, restoranın çölünə çıxdıqda Elnurun köynəyi cırılmış vəziyyətdə olduğunu görmüşdür. Səs-küyə görə ətrafa çoxlu sayda adamlar toplaşmış, restoranın işçi personalı da hadisə yerinə gəlmişdir. Hamını sakitləşdirmək üçün mübahisəni saxlamaq istəmişdir. Bu anda isə sağ yanaq-çənə nahiyəsində şiddətli yumruq zərbəsi dəymişdir. Həmin zərbənin konkret olaraq kim tərəfindən ona yetirilməsini görməmişdir. Bunu dəqiq bilmişdir ki, onu vuran Elmir olmamışdır. Orada olanların bir neçəsini müxtəlif nahiyələrindən vurmuşdur. Bu vaxt «X9» istirahət mərkəzinin mühafizəçiləri həmin yerə gəlib onu davadan ayırmışlar. Həmin vaxta qədər artıq dostu Elnur da özünə gəlib ayağa qalxmışdır. Elnur döyüldüyü üçün əsəbi olduğuna görə dalaşmaq istəmiş, o isə ətrafda olan çoxlu sayda tanımadığı adamların arasında Elnurdan xahiş etmişdir ki, münaqişə uzanmasın deyə heç kimə heç nə etməsin. Elnurla söhbət edib sakit əşdirmək istədiyi vaxt kənardan 4-5 nəfər Elmirin dostları və adını bilmədiyi kiçik qardaşı oraya yaxınlaşmışlar. O da qıcıqlanıb Elmirin dsotlarına Elmirin kiçik qardaşının sifətinə yumruq zərbəsi vurmuşdur. Törətdiyi əməldə özünü qismən təqsirli bilir. Məhkəmədən onun bağışlanmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə axşam saatlarında dostu S.H.Salmanov ilə birlikdə əylənmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən «X9» istirahət mərkəzinə getmişlər. Saleh onu orada olan «Rose Bar» restoranına ötürüb harasa getmişdir. Həmin restoranda çoxlu sayda adamlar var idi. O, restorana daxil olub həmin adamlarla salamlaşıb görüşmüşdür. Lakin görüşdüyü adamların heç birinin adı yadında qalmamış, kim olduqlarını xatırlamamışdır. «Rose bar» restoranında masa arxasında ümumiyyətlə əyləşməmişdir. O, içəridə bir qədər gəzişib restorandan çıxmışdır. Dostu Abbas istirahət mərkəzinin ərazisində bir kottec tutmuşdu. Restorandan çıxıb Abbasın yanına getmişdir. Abbas kottecdə tək qalırdı. Abbasla bir qədər söhbət etdikdən sonra saat 03:50 radələrində aralıdan səs-küy gəldiyini eşitmişdir. Bundan başqa kottecin yanından çoxlu sayda adamların axışaraq harasa getdiyini görmüşdür. Maraq üçün həmin adamların kütləvi şəkildə hara getməsini öyrənmək məqsədi ilə kottecdən çıxmışdır. Abbas isə kottecdə qalmışdır. O, bir qədər piyada hərəkət etdikdən sonra adamların yığışdığı yerdə dayanıb onlara tərəf baxmağa başlamışdır. Orada adamların mübahisə etdiyini görmüşdür. Həmin yerə onun dost-tanışlarından kiminsə olmasını müəyyən etmək üçün baxmışdır. Bir anın içərisində həmin adamlar daha da qızışıb bir-biri ilə dalaşmağa başlamışlar. Kim-kimə gəldi zərbələr vurmağa başlamışdır. Həmin davada olan kimisə tanımamışdır. Hadisə yerində olan tanımadığı şəxslərin bir neçəsi dalaşanları bir-birindən ayrmağa başlamışlar. Bir neçə dəqiqə sonra isə dava sakitləşmişdir. Həmin davadan sonra avtomobillərin parkalanma məntəqəsi tərəfdə də münaqişə getmişdir. Dalaşan adamların heç birini tanımamışdır. Bunun ardınca dalaşan adamların içərisindən bir neçə nəfər şəxs birlikdə piyada villalara tərəf piyada getməyə başlamışlar. Həmin şəxslərin arxasınca düşüb eyni yola dostu Abbasın olduğu kottecə tərəf getməyə başlamışdır. Həmin adamlar təxminən 5-10 dəqiqə piyada getmişlər. O, təqribən 150-200 metr məsafə qət etmiş və artıq çöllük əraziyə çıxmışdır. Həmin vaxt qara rəngli markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil qəfildən yolun ortasında dayanmış və avtomobildən bir neçə nəfər şəxs düşmüşdür. Avtomobildən düşən şəxslərlə onun yaxınında olan tanımadığı şəxslər arasında dava düşmüşdür. Dalaşan şəxslərdən biri avtomobildən düşən uzunqol köynəkli şəxsə yumruq vurmuş və o yerə yıxılmışdır. Bir neçə dəqiqə sonra Abbas özünə məxsus «Toyota Camry» markalı avtomobillə gəlmiş və onlar birlikdə çıxıb getmişlər. Heç bir əməl törətməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə, saat 23:30 radələrində «X9» istirahət mərkəzinə orada yeni fəaliyyətə başlayan «Rose bar» adlı restoranın açılış mərasimində iştirak etmək üçün getmişdir. Açıq havada keçirilən açılış tədbirində çoxlu sayda adamlar olmuşdur. Orada massa dostları ilə oturmuş Şahid2la onun arasında mübahisə yaranmışdır. Mübahisəni Şahid2 tərəfindən soyüş söydüyünə görə yaranmışdır. Lakin o Şahid2 heç bir xəsarət yetirməmişdir. Əslinə qalsa onu döymüş və xəsarət yetirmişlər. P.Şahid9, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və M.V.Mikayılov ora onun zəngindən sonra ora gəlmişlər. O qardaşı Zərərçəkmiş şəxs3 zəng vuraraq döyüldüyünü və xəsarət aldığını, onu gəlib həkimə aparmalarını demişdir. Onun avtomobilinə vurub xəsarət yetirmişdir. O «X9» istirahət mərkəzinin avtomobilləri park etmək üçün nəzərdə tutulmuş dayanacağına getnişdir. Restoranın dayanacağının yaxınlığında o, «Elnur» və dostlarının dayandığını gömüşdür. Elnur əl hərəkətləri və nalayiq sözlərlə onu yanına çağırıb bir qədər öncə masada olaron nə dediyini ondan soruşmuşdur. O, yenə də Elnura əhəmiyyət verməyib «sabah görüşüb danışarıq» demişdir. Bu zaman saqqallı, alından bir qədər seyrək olan qara saçlı, təxminən 175-180 sm boylu tanımadığım başqa bir şəxs onun sifət nahiyəsinə yumruq atmış, o, geri çəkildiyi üçün yumruq sağ boyun nahiyəsinə dəymişdir. O özüdə qarşılıq kimi bir neçə yumruq zərbəsi atmışdır. Həmin yumruqların kimə dəyməsini görməmişdir. Səs-küyə Nicat yaxınlaşıb təcili avtomobilə əyləşməyini tələb etmişdir. Yaranmış səs-küyə görə Murad da gəlmişdir. Nicat avtomobili işə salıb az hərəkət etmişdir ki, «Elnur» və yanında olan şəxslər onun avtomobilinə əlləri və təpikləri ilə zərbələr vuraraq nalayiq sözlər işlətmiş, avtomobildən düşməyi tələb etmişlər. Hal-hazırda onun heç şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə onlar dostları ilə birlikdə bağda idilər. Bağda olan zaman dostu Zərərçəkmiş şəxs3 mobil telefonuna qardaşı Zərərçəkmiş şəxs3 zəng gəlmişdir. Zərərçəkmiş şəxs3 qardaşının «X9» istirahət mərkəzində vurulduğunu, döyüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs3 gardaşına gəlib onu həkimə aparmalarını demişdir. Bağda olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və M.V.Mikayılov, Şahid1 və o ora getmişlər. Dava-dalaş zamanı oraya restorandan xeyli müştərilər və istirahət mərkəzinin işçiləri toplaşmışlar. İstirahət mərkəzinin mühafizəçiləri Elnur, Cavad və yanındakıları ayırmağa çalışsalar da, həmin şəxslər mühafizəçilərə zor tətbiq edib özündən itələmişdilər. Həmin şəxslər ona və yanındakılara yumruq və təpiklə vurmuşlar. O və Peyman isə yalnız özlərini müdafiə etmək məqsədilə onları döyən şəxsləri əlləri ilə sinələrindən vurmaqla itələmişlər. Buna baxmayaraq qarşılıqlı dava-dalaş zamanı həmin şəxslər sayca çox olduqlarına görə onları daha çox döymüşlər. Hadisə nəticəsində o, aldığı zədələrə görə yüngül fizik ağrılar hiss etsə də, bədənində hər hansı görünən xəsarət qalmamışdır. Elmir münaqişə vaxtı yalnız özünü müdafiə etmək məqsədi ilə ola bilsin ki, kiməsə yumruq atıb vurmuşdur. Münaqişə vaxtı restoranın müştərilərinin çoxusu davadalaşa görə oradan çıxıb getmişlər. Elnur, Cavad və yanındakı şəxslər onların ünvanına nalayiq ifadələr işlətmişlər. Münaqişə vaxtı həmin şəxslər Elmirin «Range Rover» markalı avtomobilinə də yumruq və təpiklə zərbə vurub avto mobilə ziyan vurmuşlar. Onlar istirahət mərkəzinin dayanacaq yerində gözlədikləri zaman Elmirin qardaşı Elgün davadalaşı eşidib oraya gəlmişdir. Elgün səhvən restoranın qarşısına getmiş, həmin vaxt restoranın qarşısında oraya toplaşan şəxslərin qarşısında Elnurun Elmirin ünvanına nalayiq ifadələr işlətməsini eşitmiş, həmin vaxt Peyman da oraya getmişdir. O, oraya yax nlaşanda Cavadın Elgünə yumruqla zərbə vurub yerə yıxdığını görmüşdür. Hal-hazırda onun heç şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə onlar dostları ilə birlikdə bağda idilər. Bağda olan zaman dostu Zərərçəkmiş şəxs3 mobil telefonuna qardaşı Zərərçəkmiş şəxs3 zəng gəlmişdir. Zərərçəkmiş şəxs3 qardaşının «X9» istirahət mərkəzində vurulduğunu, döyüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs3 gardaşına gəlib onu həkimə aparmalarını demişdir. Bağda olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və M.V.Mikayılov və o ora getmişlər. Elnurun yanında çox adam olduğunu görüb o, oradan Məhəmmədlə qaçaraq uzaqlaşıb Elmirin yanına getmişdir. Elmirin yanına çatanda o, Elnurun tanışları ilə birlikdə onun üstünə gəldiyini görmüşdür. Elnur və dostları gəldikdən sonra əlbəyaxa dava düşmüşdür. O Məhəmmədlə birgə davanın arasına keçərək sakitləşdirməyə çalışmışdır ki, başının sol arxa hissəsinə dəmir parçası ilə vurulduğunu hiss etmiş, həmin zərbədən yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra dostu Murad onu kotteclər olan hissəyə aparmışdır. Təxminən bir saata yaxın müddətdə kotteclərin yaxınlığında olduqdan sonra Murad taksi sifariş vermişdir. Kotteclərin yanından dayanacaq istiqamətinə gedərkən tam sakitlik olduğunu, Elmir və dostlarının, həmçinin Elnur və tanışlarının orada olmadığını görmüşdür. Muraddan davanın sonunun necə olduğunu soruşduqda Murad sakitlik yarandığı üçün hamının uzaqlaşdığını demişdir. Hal-hazırda onun heç şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 11 iyun 2023-cü il tarixə keçən gecə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızılqum küçəsində yerləşən bağ evində olmuşdur. Saat təxminən 01:00 radələrində qardaşı Elmirin öz «İnstagram» səhifəsində «X9» istirahət mərkəzində video pay aşmışdır. Saat təxminən 03:00 radələrində Elmir Mikayıla mobil telefonla zəng vurararaq, həyəcanlı vəziyyətdə «bizi döyürlər tez gəlin» demişdir. O da Mikayıl, Peyman, Məhəmməd və Muradla birlikdə «X9» istirahət mərkəzinə getmişlər. Oraya çatanda görmüşdür ki, diskotekanın qarşısında xeyli müştərilər və oranın işçiləri toplaşıb, ucadan nalayiq söyüşlər işlədilir, diskotekanın fəaliyyəti dayanmışdır. Söyüş söyən şəxs sonradan tanıdığı Elnur adlı şəxs olmuşdur. Elnur Elmirin ünvanına nalayiq söyüşlər işlətmişdir. O, Elmiri həmin vaxt orada görməmişdir. Yaxınlaşan zaman Cavad qəfildən onun boğaz nahiyəsinə yumruqla bir dəfə zərbə vurmuş və o, zərbədən yerə yıxılmışdır. Həmin vaxt Mikayıl onu ayağa qaldırmış və kənara aparmışdır. Hal-hazırda onlar barışmışlar. Hal-hazırda onun heç şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə dostu Şahid2 onunla mobil telefonda əlaqə saxlayıb «X9» istirahət mərkəzində yerləşən «Rose bar» restoranına dəvət etmişdir. Həmin gün restoranın həm açılışı olmuş, həm də «Jah Khalib» adlı Rusiya müğənnisinin böyük solo konserti keçirilmişdir. O da buna etiraz etməyib dəvəti qəbul etmişdir. Həmin gün saat 20-21 radələrində o özünə məxsus idarə etdiyi «BMW 760» markalı, «az ** RR ***» dövlət qeydiyyat nişanlı minik avtomobili ilə oraya getmişdir. Elnur ona yanında Cavadında olacağını demişdir. Həmin restorana çatanda rezervasiya olunan masada artıq Elnur, Cavad, Toğrul olmuşdur. Toğrulun soyadını və ata adını bilmədiyini, tünd yaşıl rəngli «Lexus» markalı minik avtomobilini idarə edirdi. Onlar orada olarkən qərara gəlmişlər ki, «X9» ərazisində yerləşən «White villa» adlı kotteci bir günlük icarəyə götürsünlər. O da buna etiraz etməmiş və hətta bunun üçün 200 manat pul da ödəmişdir ki, üstünə əlavə pul qoyulsun və kottec icarəyə götürülsün. Cavadla o istirahət mərkəzinin ərazisində Tünzalə və Leyla adlı qızlarla tanış olub öz masalarına dəvət etmişlər. Həmçinin o, Nəcibə və Zivər adlı dostlarını da restorana dəvət etmişdir. Elnurun və Toğrulun da yanında qızlar var idi. Elnurun yanındakı qızın adı «Fira» idi. Cavad, Elnur və Toğrul spirtli içki olan viski içsələr də, o alkoqollu içki içən olmadığı üçün içməmişdir. Həmçinin ortaq dostları olan Eldar kirayəyə götürülən villada olmuş və cəmi bir dəfə restorana girib bir neçə dəqiqə oturduqdan sonra kottecə qayıtmışdır. Orada istirahət edərkən təxminən 40 dəqiqə sonra digər dostu Elmirin də restorana gəldiyini görmüşdür. Həmin vaxt Elmirin yanında «İbiş» kimi tanıdığı İbrahim, başqa bir Cavad adlı ortaq tanış və Fərhad adlı şəxs, bundan başqa Şakir və Nicat adlı şəxslər, həmçinin ümumiyyətlə tanımadığım bir neçə nəfər cavan uşaqlar olmuşdur. Bundan başqa Elmirlə eyni masada tanımadığı bir neçə nəfər qadın əyləşmişdir. Elmir restorana gələndə onların masasına yaxınlaşıb Elnurla və digər uşaqlarla da görüşüb sonra öz masasna getdmişdir. O özüa də ara-sıra Elmirin masasına gedib Elmirlə oturmuşdur. Təxminən bir saat sonra Elmir əlinə viski qədəhi aldıb yanında olan Şakir və Nicatla birlikdə Elnurla əyləşdiyi masaya sağlıq deməyə yaxınlaşmışdır. Nicat və Şakir Elmirin arxasında dayanaraq gözləyirdilər. Bu vaxt Elnur hamının içində işarə edib Elmirə demişdir ki, «bunları s...r elə burdan qardaş dediyin uşağın stoluna gəlirsənsə tək gəl». Bu sözünə Elmirin nəsə cavab verib-verməməsini xatırlamamışdır. Artıq 11 iyun 2023-cü il tarixdə, saat 02-03 radələrində Elnur yanında olan Fira adlı qızla kottecə gedib bir qədər sonra geri qayıtmışdır. Elnur qayıdana qədər isə Elmir onu kənara çəkib bir qədər öncə Elnurun hörmətsizlik edib söyüşlə danışmasının xoşuna gəlmədiyini, Elnurun düz hərəkət etmədiyini ona bildirmişdir. O isə demişdir ki, «Elnur içkilidir, həm də dostumuzdur, söhbəti bağlayın getsin». Elmir də onun sözünə görə bu məsələnin bağlandığını bildirmişdir. Həmin ərəfəyə yaxın artıq məclis dağılışırdı deyə Elmir öz dostları ilə birlikdə getməyə hazılaşırmışdır. Çünki Elmir artıq çölə çıxıb Nicat adlı şəxsin idarə etdiyi «Range Rover» markalı, «az ** ZZ ***» dövlət qeydiyyat nişanlı avtomobilin içərisində, qabaq sərnişin oturacağında oturmuşdu. Elnuru görən Elmir avtomobildən düşüb restoranın qabağında olan Elnurla söhbət etməyə başladılar. Həmin vaxt o da Elnurun yanında olmuşdur. Onların söhbətindən başa düşmüşdür ki, tərəflər bir qədər öncə Elnurun işlətdiyi qeyri-etik ifadələrə aydınlıq gətirilməsi mövzusunda danışıq aparırlar. O isə bu söhbətin böyüməməsi üçün hər ikisinin içkili olmasını nəzərə alıb sakitləşdirmək istəmişdir. Elmir özünü sakit aparsa da, Elnur daha aqressiv olmuş və vəziyyəti daha da gərginləşdirmişdir. Kənarda dayanan adamlar da hərə ortaya bir söz atıb vəziyyəti qəlizləşdirirdilər. X5 əvvəlcə itələşməyə, dartışmağa başladılar. Elnur içkili olduğu üçün öz köynəyini əynindən çıxarmış və yalnız şalvarda qalmışdır. Bu anda bir qədər aralıda Elnurun dostu Toğrul Elmirin dostlarından kimisə vurmuş, yəni dava düşmüşdür. Bu anda isə Elnurla Elmir daha da qızışdılar və Elnur əli ilə Elmirin sifətinə zərbə vurmuşdur. Həmin zərbədən Elmirin qaşı partlamış, qan gəlməyə başlamış, gözünün altı qızarmışdır. Elmir isə cavab olaraq Elnuru vurmuşdur. Orada Elnur da daxil olmaq şərti ilə hamı uca səslə söyüşlər söymüşdür. Həmin anda Elmirin mühafizəçiləri və dostları, o cümlədən Elnurun yanında olan Cavad, Toğrul və digər şəxslər bir yerə toplaşmışdır. Ətrafda çoxlu sayda kənar adamlar da var idi. O, Elnuru kənara çəkib ağzını tutmuşdur ki, söyüş söyməsin. Bu zaman isə Elmir öz avtomobilinə minərək hadisə yerinə yaxınlaşmışdır. Bunu görən Elnur onun yanından qaçaraq Elmirin avtomobilinə yaxınlaşmışdır. Həmin vaxt orada Cavad da olmuşdur. Cavad v ə Elnur hər ikisi əlləri, ayaqları ilə avtomobilin kapotuna, qapılarına, arxa tərəfində vuraraq söyüşlər söyüb qışqırırdılar ki, Elmir avtomobildən düşsün. Bu zərbələrdən sınma və əzilmə səsləri gəlmişdir. Qaranlıq olduğuna görə o, nəyinsə sınmasına fikir verməmişdir. Bundan sonra Elmir avtomobildən düşsə də, aralarında dava-dalaş olmamışdır. Bunun ardınca o, Elmirə yaxınlaşaraq sakitləşdirmək istəmişdir. Cavad, Elnur, Toğrul, habelə oraya haradan gəldiklərini bilmədiyi Elnurun dostları Rəşad, Fərhad və Şamxal adlı şəxslər bir yerdə dayanıb söhbət etmişlər. Həmin vaxt o, həmin kütlənin içərisində olmamış, lakin baş verənləri kənardan görmüşdür. Elmir isə sakitləşməyərək həyəcanlı və əsəbi halda onun yanından öz mobil telefonu ilə kiməsə zəng vurub «gəlin bura» deyərək kimlərisə çağırmışdır. Bir neçə dəqiqə sonra isə Elnur, Cavad, Toğrul və digərlərinin yığışdıqları yerə Elmirin kiçik qardaşı Elgün, yanında isə Mikayıl, mühafizəçi Nicat, Peyman adlı şəxs və adlarını bilmədiyi başqa şəxslər də getmişlər. Həmin şəxslər kütlənin içərisinə girəndə isə dava daha da qızışmışdır. Cavad yumruğu ilə əvvəlcə Elmirin qardaşı Elgünü, ardınca isə mühafizəçi Mikayılı vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 11 iyun 2023-cü il tarixdə o istirahət etmək üçün yeznəsi Nicata məxsus «Mercedes Benz G Class 63» markalı, «az ** EF ***» dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Nardaran qəsəbəsində yerləşən «X9» istirahət mərkəzinə getmişdir. Oraya getməzdən əvvəl dostu Zərərçəkmiş şəxs3la danışmış və orada olmasını öyrənmişdir. O, Elmirə restoranda birlikdə oturmağı təklif edən zaman Elmir yanında xanımı olmayan oğlanın restorana buraxılmadığını bildirmişdir. O da xahiş etmişdir ki, birtəhər onu restorana keçirtsinlər. Bundan sonra Elmir ona köməklik edib restorana keçirə bilmişdi. Restoranın içərisinə girəndə isə ortaq tanışlarının vasitəsi ilə tanıdığı və səmimi münasibətlərdə olduğu Şahid2 və Təqsirləndirilən şəxs1 da başqa bir masa arxasında əyləşib birlikdə spirtli içki qəbul etdiklərini görmüşdür. Hətta onların masasına yaxınlaşıb salamlaşaraq görüşmüşdür. O, «X9» mərkəzinə gələndə saat 02:30 radələri idi. Restorana girib özünə alkoqolsuz içki sifariş vermiş və oturub camaata baxmağa başlamışdır. Həmin vaxt orada çoxlu sayda adamlar olmuşdur. Bir qədər restoranda olduqdan sonra bar masasının yanındakı tanımadığı şəxslərdən biri ona demişdir ki, restoranın çölündə dava var. Ona maraqlı gəldiyi üçün o, dərhal restoranın çölünə çıxmış və görmüşdür ki, Elmirin Elnurla üzbəüz dayanaraq nəyinsə aqressiv şəkildə mübahisəsini aparırlar. Tərəflər bir-birinə qışqıraqışqıra nəyisə izah edir və söyüşlər söyürdülər. Elnur danışıq zamanı əlini Elmirin çiyninə qoymuş, Elmir isə Elnurun əlini çiynindən kənara çəkmişdir. Bunun ardınca isə Elmirlə Elnur bir-biri ilə sinədən itələşmiş və bir-birini əlləri ilə vurmağa başlamışlar. O, vəziyyətin gərgin olduğunu görüb oradan çıxıb getmək istəmiş, ona görə də idarə etdiyi avtomobilə minərək öz yaşadığı evə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göətərmişdir ki, 10 iyun 2023-cü ildən 11 iyun 2023-cü il tarixə keçən gecə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızılqum küçəsində yerləşən bağ evində Zərərçəkmiş şəxs3la birlikdə qəlyan çəkmişdir. Saat təxminən 03:00 radələrində Elmir ona mobil telefonla zəng vurararaq həyəcanlı vəziyyətdə demişdir ki, «bizi döyürlər tez gəlin». Bundan sonra o, idarə etdiyi «Nissan Patrol» markalı, «az ** TT ***» dövlət qeydiyyat nişanlı avtomobillə Elgünlə birgə «X9» istirahət mərkəzinə getmişlər ki, dava-dalaşın səbəbini öyrənsinlər. Çünki Elmir zəng edərək demişdi ki, kimlərləsə dalaşıb. Oraya çatanda Elmirin sürücüsü olan Nicatı görmüşdür. Orada səs-küy olmuş və söyüşlər söyülmüşdür. O, Elgünlə birlikdə həmin insan toplusunun içərisinə girmiş, bir neçə saniyə sonra isə həmin insan kütləsinin içərisində olan adını sonradan öyrəndiyi «Cavad» adlı hündür, idmançı cüssəli şəxs Elgünə yumruq zərbəsi vurmuş və Elgün həmin zərbədən yerə yıxılmışdır. Bundan dərhal sonra isə Cavad onun sağ yanaq nahiyəsindən yumruq zərbəsi atmışdır. O həmin anda bir qədər geri çəkildiyi üçün zərbə ona dəysə də, hər hansı xəsarət almamışdır. Buna cavab olaraq Elmirin adını bilmədiyi digər dostları da Cavadı vurmuşlar. Bu anda ortada böyük qarmaqarışıqlıq düşmüşdür. O, yerə yıxılmış vəziyyətdə olan Elgünə yaxınlaşıb yerdən qaldırmış və hadisə yerindən uzaqlaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 ilə birgə məşq etdikləri idman zalında tanış olmuş və səmimi münasibətləri yaranmışdır. O, rəsmi olaraq heç bir yerdə işləmədiyinə görə ara-sıra yaxın adamlara «ayıq sürücü» xidməti göstərmişdir. Zərərçəkmiş şəxs3 ilə şəhər ərazisində dəfələrlə görüşüb birgə vaxt keçirmişdir. 10 iyun 2023-cü il tarixdə gecə saatlarında E.Ü. İsmayılov ona təklif etmişdir ki, birlikdə «X9» istirahət mərkəzinə getsinlər. O da buna etiraz etməyərək oraya getmişdir. Onlar Elmirə məxsus olan «Range Rover» markalı, «az ** ZZ ***» dövlət qeydiyyat nişanlı minik avtomobili ilə getmişlər. Həmin vaxt avtomobili Elmirin özü idarə edirdi. İstirahət mərkəzinə çatanda Elmirlə birlikdə «Rose bar» restoranına girmişdir. O namaz qıldığı üçün ayrıca masada əyləşmişdir. Restoranda olarkən məlum olmuşdur ki, Elmirin şəhər ərazisindən tanıdığı «Elnur» adlı və başqa tanışları da oradadırlar. Gecə radələrində artıq 11 iyun 2023-cü il tarixdə Elmir əyləşdiyi masadan duraraq «Elnur» adlı şəxsin masasına yaxınlaşmışdır. Həmin vaxt o da təxminən 2-3 metr aralıda dayanmaq şərti ilə Elmirin arxasınca getmişdir. Çünki Elmir spirtli içkinin təsirindən sərxoş olmuş və o, fikirləşmişdir ki, birdən piyada gedərkən Elmir müvazinətini itirib restoranın ortasında olan hovuza yıxılar. Ona görə yaxınlığında olmaq üçün Elmirin dalınca getmişdir. Onunla birlikdə Elmirin arxasınca dostlarından başqa kiminsə gəlibgəlmədiyini xatırlamamışdır. Elmirlə Elnurun arasında söz mübahisəsi də olmuşdur. Həmin vaxt restoranda mahnı sədaları və səs-küy olduğu üçün Elnurla Elmirin bir-birinə qarşı hansı kəlmələri səsləndirmələrini o başa düşməmişdir. Bir qədər sonra o, restoranın həyətində olarkən həmin mübahisənin davamında Elnurla Elmirin tutaşmasını görmüşdür. Elnur yumruğu ilə Elmirin sifətinə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 təxminən 10 ildir ki, tanımış, Elmirlə birlikdə «Olimpik star» adlanan mərkəzdə yerləşən idman zalında məşq etmişlər. Onun daimi iş yeri olmadığına görə özünə məxsus olan «Hyundai i-30» markalı, «az ** RT ***» dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi kimi, ara-sıra da ayıq sürücü kimi işləyib pul qazanmışdır. Dəfələrlə olub ki, Elmir özü və ya dostları ilə birlikdə spirtli içki məclisində olarkən onu yanına çağırıb ki, ayıq sürücü kimi xidmət göstərim. 11 iyun 2023-cü il tarixdə, gecə saat 02-03 radələrində o yaşadığı evdə olarkən istifadəsində olan «055 641 41 92» saylı mobil telefon nömrəsinə E.Ü. İsmayılov istifadəsində olan mobil telefon nömrəsindən zəng edərək Nardaran qəsəbəsində yerləşən «X9» istirahət mərkəzində olduğunu demiş və ayıq sürücü lazım olduğunu bildirərək onu həmin istirahət mərkəzinə dəvət etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs3 özünə və ya hansısa dostuna ayıq sürücünün lazım olmasını isə o Elmirdən soruşmamışdır. O yaşadığı evdən həmin istirahət mərkəzinə taksi avtomobili sifariş vermişdir. Sifarişi əsasında ünvanına gələn «Toyota Prius» markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin sürücüsü təxminən 35-40 dəqiqə ərzində onu Nardaran qəsəbəsində yerləşən «X9» istirahət mərkəzinə çatdırmışdır. O oraya çatanda görmüşdür ki, orada çoxlu sayda adamlar var. Həmin adamların əksər hissəsi bir yerə toplaşaraq uca səslə söhbət edir, qışqırır, söyüşlər söyürlər. Bir qədər kənarda isə o, E.Ü. İsmayılovun dayanmasını görmüşdür. Zərərçəkmiş şəxs3 yanında onun şəxsən tanımadığı və adlarını bilmədiyi bir neçə nəfər uşaq olmuşdur. Həmin uşaqlar deyəsən Zərərçəkmiş şəxs3 dostları olmuşdur. O, Zərərçəkmiş şəxs3 yaxınlaşıb üzünə baxanda sifət nahiyəsində xəsarət izlərini görmüşdür. O, bunu görüb Zərərçəkmiş şəxs3 nə baş verməsini soruşsa da, Elmir çox əsəbi halda ona: «heç nə heç nə, sən çıx get, sənlik bir iş yoxdur» deyə cavab vermişdir. Elmir bu sözləri ona deyə-deyə öz dostları ilə birlikdə üzünü çevirib ondan kənara getdiyi üçün o, daha heç nə deməmiş və başqa bir taksi avtomobili çağırıb oradan öz evinə qayıtmışdır. O, orada təxminən 3-4 dəqiqə ərzində olmuşdur. O, Zərərçəkmiş şəxs3 və dostlarının əsəbi halda olmalarını görmüş və gördüyü vəziyyətdən başa düşmüşdür ki, orada dava baş vermişdir. Həmin gün o, Zərərçəkmiş şəxs3 xahişi əsasında ayıq sürücü kimi oraya getmiş, «Rose bar» restoranında və ya istirahət mərkəzinin ərazisində yerləşən başqa obyektdə istirahət etməmiş, dava-dalaş hadisəsi isə onun gözünün qarşısında baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə «X9» istirahət mərkəzinə rəfiqəsi Turanə ilə birlikdə saat təxminən 22:30 radələrində getmişdir. «Sea Breeze» istirahət mərkəzinin ərazisində rəfiqəsi avtomobili idarə edərkən yolun qırağında bir nəfər əvvəl tanımadığı şəxs əl edib saxlatdıraraq dostunu və özünü «Rose Bar» adlı restorana aparmağını xahiş etmişdir. Onlar həmin şəxsləri tanımamış və həmin gün tanış olmuşlar. Həmin yerdən «Rose bar»a kimi bir az uzaq olduğu üçün Turanə həmin şəxslərin xahişini yerə salmamış və həmin şəxslər avtomobilə əyləşmişlər. Yolda onlar tanış olmuş, birinin adı Cavad digərinin isə adı Vüqar olmuşdur. Artıq restorana çatdıqda həmin şəxslər birlikdə vaxt keçirməyi və «Rose bar» restoranına gəlməyi təklif etmişlər. O da rəfiqəsi ilə birlikdə razılaşıb həmin restoranda eyni masa arxasında oturmuşlar. Təxminən 10-15 dəqiqə sonra isə hissə-hissə bir neçə nəfər şəxs gələrək masada əyləşmiş, gələn adamların içində bir neçə oğlan və qadınlar olmuşdur. Həmin vaxt o qiyabi olaraq tanıdığı «Elmir» adlı şəxsin bir neçə dəfə masaya yaxınlaşaraq orada əyləşən oğlanlarla sağlıq deyib spirtli içki qəbul etdiyini görmüşdür. O, artıq çox adamın yığıldığını görüb tanımadığı şəxslərin ətrafında oturmaq istəməmiş, buna görə də oradan getmək qərarına gəlmişdir. Bu barədə rəfiqəsinə dedikdə, sonuncu burada maraqlı olduğunu və onunla gəlməyəcəyini bildirib məclisdə qalmışdır. Buna görə o, tək «Rose bar» restoranından çıxaraq rezervasiya etdiyi «Dzenn» adlı restorana getmiş və səhər saat təxminən 06:00 radələrinədək tək orada əylənib vaxt keçirmişdir. Gecə saat 04:00 radələrində rəfiqəsi Turanə «WhatsApp» ani mesajlaşma proqramında ona yazaraq «Rose bar» restoranında dalaşma olduğunu bildirmişdir. O, buna reaksiya bildirməmiş və olduğu restoranda qalmışdır. Bundan sonra isə səhər saatlarında o, rəfiqəsi ilə kotteclər tərəfdə görüşüb evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 ilə yaxın dostluq münasibətləri olmuş, bundan başqa çoxlu sayda ortaq dostları, tanışları və qohumları da olmuşdur. 2023-cü il buraxılışlı «Land Rover» markalı «Range Rover» modelli, «az ** ZZ ***» dövlət qeydiyyat nişanlı minik avtomobili nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında onun adına olsa da, həmin avtomobilin faktiki mülkiyyətçisi o özü olmamışdır. Belə ki, qeyd edilən avtomobilin əsl mülkiyyətçisi dostu E.Ü. İsmayılovdur. Aviomobil alınarkən pulunu da məhz Elmir vermiş, sadəcə avtomobilin adına olmasını istəmədiyi üçün bir dost kimi avtomobili Baş Dövlət Yol Polisi İdarəsində onun adına qeydiyyata aldırmışdır. O özü həmin avtomobili ümumiyyətlə idarə etməmişdir. 11 iyun 2023-cü il tarixdə gecə radələrində «X9» istirahət mərkəzində Zərərçəkmiş şəxs3 və digər şəxslərin iştirakı ilə baş vermiş kütləvi dava-dalaşda o şəxsən iştirak etməmiş və orada olmamışdır. Bu barədə ortaq dost-tanışlardan və sosial şəbəkə səhifələrində yayılmış xəbərlərdən məlumat almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə o, uşaqlıq dostları olan Təqsirləndirilən şəxs1 və «Vüqar» adlı şəxslə birlikdə saat 23:00 radələrində Nardaran qəsəbəsində yerləşən «X9» istirahət mərkəzinə orada yeni fəaliyyətə başlayan «Rose bar» adlı restoranın açılış mərasimində və «Jah Khalib» adlı müğənninin konsertində iştirak etmək üçün getmişlər. Həmin gün həftə sonu olduğu üçün istirahət mərkəzində xeyli sayda adam var idi. Tədbirdə o dostu ilə birlikdə üç nəfər qızla tanış olmuş və eyni masa arxasında əyləşib birlikdə spirtli içki qəbul edərək əylənmişlər. Onun yanında olan qızın adı Fira olmuş, digər iki qızın adını isə bilməmişdir. Yeni tanış olduğu qızla restoranda oturub söhbət edən zaman tanıdığı və yaxın münasibətdə olduğu «Elmir» adlı şəxs yanında olan şəxsi mühafizəçiləri ilə birlikdə əlinə içki qədəhi götürüb onun masasına yaxınlaşmış və sağlıq deyərək həmin spirtli içkini içmişdir. Elmirin yanında ümumilikdə 10 nəfərdən artıq sayda dostu olmuşdur. Təxminən 10-15 dəqiqə sonra Elmir yenidən eyni qaydada, yəni bir neçə nəfər şəxsi dostlarının müşayiəti altında əlində tutduğu içki qədəhi ilə qızlarla oturduğu masaya yaxınlaşmışdır. Küçədə görüşərkən öpüşüb görüşdüyü, münasibət saxladığı, dəfələrlə eyni məclislərdə iştirak etdiyi Elmirin bu dəfə masaya kütlə ilə birlikdə gəlib-getməsi onun xoşuna gəlməmişdir. O, bu barədə Elmirə irad bildirib demişdir ki, «ayıbdır, qardaş dediyin uşaqların stoluna tək gəl». Elmir bu sözə kobud formada cavab qaytarmış və o, hiss etmişdir ki, dediyi sözlər Emirin xətrinə dəymişdir. Lakin bu məsələ uzanmamış və Elmir içkisini içib stoldan aralanmışdır. Bundan təxminən bir saat sonra o, yanında olan «Fira» adlı qızla birlikdə restorandan çıxıb «X9» mərkəzində icarəyə götürdüyü «White villa» adlı kottecinə getmiş, həmin otaqda qızla istirahət etdikdən təxminən bir saat sonra isə qız kottecdə qalmış, o isə oradan çıxıb restorana qayıtmaq istəmişdir. Geri qayıdanda o, «Rose bar» restoranının girişində Elmirin yanında iki nəfər mühafizəçi ilə birlikdə dayanmasını görmüşdür. İçəri keçmək istəyəndə isə Elmir ona: «səni bir dəqiq olar?» deyərək yanına səsləmişdir. O, Elmirə yaxılaşanda isə Elmir demişdir ki: «Sən mənimlə bayaq niyə belə danışdın? Yeri gələndə mənim axranım da var, adamım da var, sən mənimlə başabaş gələ bilməzsən». O isə Elmirə qardaş olduqlarını deyib, bir müddət öncə dediyi sözün nəyə görə xətrinə dəydiyini Elmirdən soruşmuşdur. Lakin mülayim danışığa baxmayaraq yanına topladığı mühafizəçilərin və tanış adamların yanında Elmir ona qarşı daha da kobud danışığa keçib aqressivləşmişdir. Bunun ardınca Elmir onu itələməyə başlamış, o da cavab olaraq Elmiri itələmişdir. Daha sonra isə artıq Elmir onun ünvanına ağır söyüşlər söydüyü üçün o da cavabında Elmiri söymüşdür. Elə bu anda Elmir əli ilə onun sağ göz nahiyəsindən vurmuşdur. Bu zərbə nəticəsində o, sağ göz qapağından xəsarət almışdır. O da Elmirin sifətindən yumruq atmışdır. Ətrafda olan şəxslər Elmirlə onu bir-birindən ayırmışlar. Bu anda kənarda dayanan, üzdən tanımadığı və birinci dəfə gördüyü, xarici görkəmi yadında qalmayan şəxs bir dəqiqəlik yaxınlaşmağını ondan istəmişdir. O da piyada həmin şəxsə tərəf getmək istədiyi anda isə sağ yanaq-çənə nahiyəsindən güclü yumruq zərbəsinin dəydiyini hiss etmişdir. Zərbənin təsirindən onun sağ yanağı bərk əzilmiş, ağız nahiyəsindən qan gəlməyə başlamış və o, huşunu itirərək yerə yıxılmışdır. Yerə yıxıldığı zaman sağ dirsək və sol bilək nahiyələri də sıyrılmışdır. Bu zərbənin ona kim tərəfindən yetirilməsini ümumiyyətlə görməmişdir. Yerdə yıxılmış vəziyyətdə olduğu vaxt tanımadığı və üzlərini xatırlamadığı adamlar onu təpikləmişlər. Bir qədər sonra isə tanımadığı adamlar yerdən onu qaldırmışlar. Ayağa qalxanda artıq əynində olan ağ rəngli köynək üstündə olmamışdır. Həmin köynəyin əlbə-yaxa dartışma zamanı hansı şəraitdə cırılmasını və harada qalmasını xatırlamamışdır. O, sonradan bilmişdir ki, dostu Cavad səs-küyə restorandan çölə çıxaraq onun yerə yıxıldığını görəndən sonra Elmirin dostları ilə əlbə-yaxa dalaşmışdır. O, özündə olmadığı üçün Cavadın dalaşması anını görməmişdir. Heç nədən döyüldüyü üçün həmin vaxt çox əsəbi olmuşdur. O, Cavadla söhbət etdiyi vaxt Elmirin adını bilmədiyi kiçik qardaşı bir neçə nəfər mühafizəçisi ilə birlikdə onların toplaşdığı yerə gəlib ailə söyüşləri söyməyə başlamışlar. Bu vaxt Cavadla o həmin adamların üzərinə hücum edib davaya başlanışlar. Onun fikri Cavadda olmadığı üçün Cavadın konkret olaraq kimə və hansı üsulla xəsarət yetirməsini görməmişdir. O isə oraya gələn, üzünü xatırlamadığı oradakıların birinə yumruq atmışdır. Orada kimin mühafizəçi, kimin isə Elmirin dostu olması bilinməmişdir. Bundan sonra «X9» istirahət mərkəzinin mühafizəçiləri araya girib onu davadan ayırmış və hadisə yerindən kənarlaşdırmışlar. Bundan sonra o, dostu Cavadla birlikdə oradan çıxıb getmişdir. Hadisə zamanı o özü Elmirə bir neçə yumruq və təpik zərbəsi atmışdır. Həmin zərbələrin Elmirə hər hansı xəsarət yetirməsini bilməmişdir. Elmirin onun göz qapağına yumruq vurmasını görmüşdür. Ona digər xəsarətləri yetirmiş şəxsləri isə görməmiş və tanımamışdır. Bundan başqa hadisə günü qaranlıq vaxtı baş vermiş, Cavad və o spirtli içkinin təsiri altında olmuşlar. Hadisə günü restorana gedəndə əynində göy rəngli cins şalvar və ağ rəngli yumru boğaz yay köynəyi olmuşdur. Sonradan dava-dalaş zamanı cırılmış və naməlum şəraitdə əynindən çıxmış köynəyinin harada olmasını bilməmişdir. «Rose bar» restoranının çölündə başlamış və özünün də iştirak etdiyi dava-dalaş təxminən 15 dəqiqə ərzində davam etmişdir. Yanında olan və dava-dalaşda iştirak edən digər şəxsləri isə tanımamış, həmin şəxslərin kim olmasını isə bilməmişdir. Cavad onunla söhbət edərək sakitləşdirmək istəmişdir. Bunun ardınca kənardan şəxslər gəlmiş, Elmirin kiçik qardaşı və digər mühafizəçilər elə həmin şəxslər olmuşdur. Bundan sonra isə Cavadın və onun iştirakı ilə dava-dalaş başlamışdır. Başqa şəxslərin kim olmasını isə dəqiq bilməmişdir. Hadisə zamanı o, əsəbi olduğu üçün Elmirin əyləşdiyi «Range Rover» markalı, «az ** ZZ ***» dövlət qeydiyyat nişanlı minik avtomobilinin kapotuna bir neçə dəfə əli ilə bərkdən vurmuşadur. Həmin avtomobilin digər yerlərinə vurmamışdır. Elmir isə hadisədən sonra ona demişdir ki, avtomobili Cavad əzmişdir. O hadisə vaxtı həyəcanlı, içkili və əsəbi olmuş, buna görə də bütün baş verənlərə diqqət ayıra bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, vətənində gəzmək və istirahət etmək üçün 30 may 2023-cü il tarixdə daimi yaşadığı Moskva şəhərindən Bakıya gəlmişdir. 11 iyun 2023-cü il tarixdə qız rəfiqəsi olan «Leyla» ilə birlikdə saat 13:00 radələrində taksi avtomobili ilə Nardaran qəsəbəsində yerləşən «X9» istirahət mərkəzinə dincəlmək üçün getmişlər. Oraya çatıb birlikdə «X10» adlı restorana tərəf piyada gedən zaman təsadüfən tanışı Elnuru, yanında isə digər tanışı Eldarı görmüşdür. Ona görə də onlar birlikdə restoranın içərisində yerləşən hovuzun kənarında yeyib-içməyə başlamışlar. Bir qədər sonra onun yanına adlarını bilmədiyi bir neçə nəfər xanım və bir neçə nəfər cavan oğlan da gəlmişdir. Sonradan qoşulan oğlanlar Elnurun dostları olmuş və o, həmin şəxsləri şəxsən tanımamışdır. Onlardan yalnız birinin adının «Cavad» olduğunu orada öyrənmişdir. «Cavad» adlı şəxs hündür, yekəpər, idmançı cüssəli olmuşdur. Həmin gün restoranın içərisində nəsə konsert tədbiri də nəzərdə tutulduğu üçün saat 18:00 radələrinə yaxın restoranın əməkdaşları hovuzun kənarında əyləşənləri qaldırıb xahiş etmişlər ki, konsertə hazırlıq işləri ilə əlaqədar ərazini boşaltsınlar. Spirtli içki qəbul etdiyi üçün özünü çox pis hiss etməyə başlamışdır. Ona görə də dostları ilə birlikdə həmin vaxt restoranın çölündə dostları ilə birlikdə olan Elnura mobil telefonla özünü pis hiss etdiyini bildirib xahiş etmişdir ki, onu restorandan götürsünlər. Elnur da gəlib onu oradan kirayəyə götürülən villaya aparmışdır. Onun tam sərxoş vəziyyətdə olduğunu görən rəfiqəsi Leyla isə çıxıb getmişdi. O, villada olan çarpayıda uzanmış və sərxoş olduğu üçün yuxuya getmişdir. Gecə saat 04:00 radələrində o, qapının bərkdən döyülməsi səsinə oyanmışdır. O, oyananda isə artıq Elnur, Cavad və yanında olan şəxslər villanın içərisində əsəbi vəziyyətdə olmuşlar. Həmin adamların bu narahat və əsəbi vəziyyətlərini görüb nə baş verməsini soruşsa da, heç kim ona bir söz deməyərək: - «Sən yat, yat. Sənlik bir iş yoxdur, səhər danışarıq» bildirmişlər. Bundan sonra bir söz deməyib yatmağa davam etmişdir. Səhər saat 11:00 radələrində istirahət mərkəzinin əməkdaşları villaya gəlib onu oyatmışlar. 11 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nardaran qəsəbəsi ərazisində yerləşən «X9» istirahət mərkəzində Elnur, Cavad və qeydlərinin iştirak etdiyi kütləvi dava-dalaşda o iştirak etməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə Elnur onu «X9» istirahət mərkəzinə dəvət etmiş, həmin gün orada «Jah Khalib» adlı musiqiçinin konserti nəzərdə tutulmuşdur. O, həmin gün saat 22:00 radələrində oraya getmiş və o vaxt konsert artıq bitmişdi. O, Elnur ilə kotteclərin yanında görüşmüş, Elnurun yanında Cavad və Eldar adlı şəxslər olmuşdur. Həmçinin Elnurun yanında bir neçə ümumiyyətlə tanımadığı şəxslər də olmuşdur. Bir müddət birlikdə orada oturub bir az əyləndikdən sonra istirahət mərkəzinin ərazisində yerləşən «Rose Bar» adlı restorana getmək qərarına gəlmişlər. Oraya gəldikdə o, Elnurun dostları ilə birlikdə əyləşmiş və istirahət edib spirtli içki qəbul etmişdir. Restoranda əyləşdikdən bir müddət sonra orada olan tanımadığı sonradan adını bildiyi «Elmir» adlı şəxs bir neçə dəfə onun əyləşdiyi masaya yaxınlaşaraq Elnura birlikdə spirtli içki qəbul etməyi təklif etmişdir. Həmçinin Elmir masaya yaxınlaşdıqda yanında bir neçə iri bədən quruluşlu şəxslər də olmuşdur. Bir müddət sonra o, Elnur və Eldar masadan durub hamı ilə sağollaşaraq kotteclər tərəfə getmişlər. Kottecdə olduqları zaman Elnuru kimsə çağırmışdır. O, Elnuru çağıran adamın kim olduğunu bilməmişdir. Eldar onu tək qoymamaq üçün kottecdə qalmış, Elnur isə çağıran adamın yanına getmişdir. O, bildiyi qədər Elnur «Rose bar» restoranına qayıtmışdır. Təxminən yarım saat ərzində o, Eldarla birlikdə Elnuru kottecdə gözləmişdir. Bundan sonra Eldara zəng gəlmiş və zəng edən şəxs Elnurun dalaşdığını söyləmişdir. Bunun bildikdən sonra o və Eldar dərhal qaçaraq «Rose bar» istiqamətinə getmişlər. Oraya çatmamış görrr üşlər ki, çoxlu sayda oğlanlar biri ilə səs-küylü şəkildə mübahisə edə-edə onlar tərəfə gəlirlər. Elnur və Cavad da həmin şəxslərin arasında olmuşdur. Elnura baxdıqda onun göz və dodaq nahiyələrindən xəsarət aldığını, gözünün şişdiyini və göyərdiyini, yanağının şişkin olduğunu görmüşdür. O, oğlanların söhbətinə qulaq asıb başa düşmüşdür ki, Elnuru çağıran həmin Elmir adlı şəxs olmuşdur. «Rose bar» restoranında olarkən Elmirin yanında olan dostlarından biri Elnuru qəflətən vurmuş və bundan sonra dava başlamışdır. O, həmin davanı görə bilməmiş, çünki dediyi kimi Eldarla birlikdə kottecdə Elnurun gəlməyini gözləmişdir. Elnurun üzü qan içində olduğu üçün yol üstü aptekə girməli olmuşlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə, günorta saat 12:00 radələrindən etibarən o, dostu Elnurla birlikdə «X9» istirahət mərkəzində olmuş, birlikdə zaqar alıb baseynin kənarında spirtli içki içib yemək yeyərək istirahət etmişdir. Həmin gün axşam «Rose bar» restoranının açılışı olmuş, habelə «Jah Khalib» adlı məşhur müğənninin solo konserti nəzərdə tutulmuşdur. O özü gün ərzində çoxlu spirtli içki qəbul etdiyi üçün uşaqların kirayəyə götürdüyü «White Vill-2» adlanan villalar məhəlləsinin 18 nömrəli villasında dincəlmişdir. Elnur, Toğrul, Cavad, Vüqar və Toğrulun adını bilmədiyi qohumu isə qızlarla birlikdə «Rose bar» restoranında olmuşlar. Həmin qızlardan yalnız Elnurun yanında olan «Fira» adlı qızı tanımış, digər qızların kim olduğunu bilməmişdir. O cəmi bir dəfə həmin restorana baş çəkib Elnurgilin masasında oturub içki içmiş və təsadüfən rastlaşdığı Elmirlə də orada görüşmüşdür. Elnur da yanındakı şəxslərlə bir yerdə öz masalarında qızlarla birlikdə yeyib-içirdilər. O, Elmirin masasına yaxın düşmədiyi üçün Elmirin konkret olaraq kimlərlə oturmasını bilməmişdir. O, bir saata yaxın Elnurun masasında oturduqdan sonra yenidən villaya qayıdaraq orada dincəlmişdir. Ona görə də restoranda və həyətdə nələrin baş verməsini bilməmişdir. Gecə saat 04:00 radələrində o, villada yatan zaman Vüqar ona zəng edərək soruşmuşdur ki, «sən hardasan?». O, otaqda yatdığını dedikdə Vüqar dava düşdüyünü bildirmişdir. O, dərhal əynini geyinib villadan həyətə çıxmış və 5-10 metr piyada hərəkət etdikdən sonra Cavad, Elnur, Vüqar, Toğrul, istirahət mərkəzinin mühafizəçiləri və tanımadığı şəxslərin villaya tərəf gəldiklərini görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə, saat 22:00 radələrində soyadını və ata adını bilmədiyi «Orxan» adlı dostu ilə birlikdə «Rose bar» adlı restoranın açılış mərasimində iştirak etmək üçün «X9» istirahət mərkəzinə getmişdir. Oraya getdikdən sonra «Rose bar» adlı restoranın kabinetlərinin birində əyləşmişdir. Həmin kabinetdə onlardan başqa soyadlarını və ata adlarını bilmədiyi «Anar», «İlkin», «Rəsul» və «Murad» adlı tanışları da olmuşdur. Restoranda çörək yeyib alkoqollu içki qəbul etmişdir. 11 iyun 2023-cü il tarixdə, saat 03:40 radələrində restorandan çıxaraq əylənmək üçün başqa bir restorana piyada şəkildə keçid edərkən restoranın girişinə çoxlu sayda insanların toplaşdığını görmüşdür. Dostları buna əhəmiyyət verməyərək oradan uzaqlaşsalar da, o, mübahisə edən şəxslərdən birinin tanış olmasını görmüşdür. Həmin şəxs Şahid2 olmuşdur. Elnurla Bakı şəhəri, Nəsimi rayonu, «28 May» küçəsində yerləşən «TT Fight Club» adlı idman zalından tanış olmuşdur. Həmin zalın sahibi Elnurun qardaşı Teymurdur. Onun Teymurla da münasibəti olduğu üçün sonuncu 2016-cı ildə həmin zalda onu qaradış Elnurla tanış etmiş, həmin zamandan sonra münasibəti yaranmışdır. Elnurla həmin müddətdən sonra təsadüfən bir neçə restoranda görüşmüş, gördüyü üçün salamlaşmışdır. O, Elnuru 10 iyun 2023-cü il tarixdə, saat 23:30 radələrində «Rose bar» adlı restoranda gördüyündən yanına yaxınlaşaraq salamlaşmışdır. Elnur da restoranda «Cavad» və «Eldar» adlı şəxs ərlə, həmçinin tanımadığı başqa şəxslərlə əyləşib istirahət etmişdir. O, «Cavad» və «Eldar» adlı şəxsləri də «TT Fight club» adlı idman zalından tanımışdır. 11 iyun 2023-cü il tarixdə saat 03:40 radələrində «Rose bar» adlı restoranın giriş hissəsində mübahisə edən şəxslərdən birinin Elnur olmasını, əynində köynəyin olmadığını, ətrafdakıların Elnuru sakitləşdirməyə çalışdıqlarını görüş bunun üçün Elnuru tanıdığından o da Elnurun yanına getmişdir. Elnurun mübahisə zamanı yanma yaxınlaşdıqda çox sərxoş olduğunu görüb mübahisənin daha da böyüməməsi üçün qucaqlayıb kənara çəkmək istəmişdir ki, Elnur anidən onu kənara itəlyib qaçaraq mübahisə etdiyi şəxslərin üzərinə gedərək həmin adamların birini əli ilə vurmuşdur. Elnur onu itləyib qaçarkən qolunda fiziki ağrı yaranmışdır. Elnur onun əlindən çıxdıqdan sonra orada olan dostu «Cavad» adlı tanışı da əlləri ilə qarşılıqlı şəkildə mübahisə etdikləri şəxslərə zərbələr endirir, hətta həmin zərbələrdən bir neçə nəfər yerə yıxılmışdır. Elnuru sakitləşdirməkdə məqsədi mübahisədən kənarlaşdırıb, maşına mindirib oradan uzaqlaşdırmaq olmuşdur. Buna nail ola bilmədiyi üçün sadəcə kənardan duraraq mübahisəni izləmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə dostu Məhəmmədin istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan +**********58 mobil nömrəsinə «Whatsapp» ani mesalaşma mübadilə sistemi vasitəsi ilə zəng edərək Elmirin onları «X9» istirahət mərkəzinə dəvət etdiyini bildirib, ora gəlməyini təklif etmişdir. O, həmin zaman Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olduğundan taksi sifariş verərək «X9» istirahət mərkəzinə getmişdir. O mübahisəyə kənardan baxmışdır. Peymanın döyüldüyünü gördükdə oraya gedib həmin şəxsləri Peymandan uzaqlaşdırmağa çalışmışdır. Peymanın başının sol arxa hissəsindən qan gəlmişdir. Məhəmmədin xırıldadığını görüb dilinin qatlanmasını ehtimal edib o, əlini ağzına saldıqda həqiqətən də dilinin qatlandığını görmüşdür. O, əlini çətinliklə də olsa Məhəmmədin ağzına salıb üzünə su vurduqdan bir neçə dəqiqə sonra Məhəmməd özünə gəlmişdir. Məhəmməd ayıldıqdan sonra kim tərəfindən vurulmasını soruşanda, Məhəmməd Peymanı vuran Cavad adlı şəxsin adını ona demişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxs tərəfindən verilmiş 1312 saylı, 14 iyun 2023-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs3 sağ göz yuyası ətrafı nahiyənin dərialtı hematoması ilə müşayiət olunan sağ qaş nahiyəsinin əzilmiş yarası, sol almacıq, boyun və sağ baldır nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, kənar şəxs tərəfindən yetirilə bilər, müddəti qərarda göstərilən 11 iyun 2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağ göz yuvası ətrafı nahiyənin dərialtı hematoması ilə müşayiət olunan sağ qaş nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol almacıq, boyun və sağ baldır nahiyələrinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Lokalizasiya və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxs tərəfindən verilmiş 1310 saylı, 14 iyun 2023-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 sol gicgah nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, kənar şəxs tərəfindən yetirilə bilər, müddəti qərarda göstərilən 11 iyun 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Lokalizasiya və xarakterinə görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcədə şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxs tərəfindən verilmiş 1311 saylı, 14 iyun 2023-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 ənsə nahiyəsinin qançırı müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, kənar şəxs tərəfindən yetirilə bilər, müddəti qərarda göstərilən 11 iyun 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Lokalizasiya və xarakterinə görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxs tərəfindən verilmiş 1339 saylı, 14 iyun 2023-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs4 qırtlaq ətrafı yumşaq toxumaların travmatik ödemi ilə müşayiət olunan boyun nahiyəsinin qançırı müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, kənar şəxs tərəfindən yetirilə bilər, müddəti qərarpa göstərilən 11 iyun 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Lokalizasiya və xarakterinə görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də şəxsin özü tərəfindən özünə yetiriliməsi inkar olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-11/380 saylı, 27 iyul 2023-cü il tarixli məhkəmə psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə özü ilə əlaqədar yaranmış şəraiti özünə məxsus şəkildə qavramaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs4 ifadə vermək qabiliyyətinə malik olmaqla, onun fərdipsixoloji xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs4 fərdi-psixoloji xüsusiyyətlərinə görə introvertə (insanın psixi fəaliyyətinin daxili aləminə yönəlməsi) daha yaxındır. Zərərçəkmiş şəxs4 fərdi-psixoloji xüsusiyyətlərində özünəqapanıqlıq, narahatlıq, həyəcanlılıq və dəyişkənlik kimi əlamətlər üstünlük təşkil edir. Zərərçəkmiş şəxs4 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Lakin Zərərçəkmiş şəxs4 qavrayışının təhlil və tərkib proseslərində, düşüncəsi arasındakı uyarlıqlarda ləngimələr üzə çıxır. Zərərçəkmiş şəxs4 hadisə zamanı və hadisədən sonra çaşqınlıq və qorxu ilə müşayiət olunan emosional gərginlik halını keçirmişdir. Zərərçəkmiş şəxs4 keçirdiyi çaşqınlıq və qorxu ilə müşayiət olunan emosional gərginlik halı onun emosional-iradi sferasına neqativ təsi göstərmişdir. «Psixi Sağlamlıq Mərkəzi» PHŞ-dan verilən 03 iyul 2023-cü il tarixli, 4313 nömrəli arayışa əsasən Zərərçəkmiş şəxs4 «Şizofreniya, paranoid forma F20» diaqnozu qoyulmuşdur. Şəxsi psixi xəstəlikdən əziyyət çəkib-çəkməməsinin müəyyənləşdirilməsi məhkəmə-psixoloji ekspertizasının səkahiyyətinə aid deyildir. İş materiallarında olan məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş 07 iyul 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş 10 oktyabr 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən- xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan videodisk və digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən- xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan videodisk və digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır, məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Onun verdiyi ifadə məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri, videodisk,sərt disk və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsinə tənqidi yanışır. Çünki ifadə məhkəmə iclasında araşdırılmış sübutlarla təkzib olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Təqsirləndirilən şəxs2 cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədilmə görə- iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə məsuliyyətə cəlb olunmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, ona qarşı şikayət və tələbin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqların olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə məsuliyyətə cəlb olunmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 13 iyun 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 iyun 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 13:00 radələrindən tutulmuş hesab edilmişdir (cild 01, səh.,59). Cinayət işinin materiallarında olan 15 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (cild 01, səh., 122). Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 dindirilməsi 15 iyun 2023-cü il tarixdə, saat 10:50 radələrində başlamış, həmin tarixdə saat 11:00 radələrində bitmişdir. Cinayət işinin materiallarında olan 4(008)391/2023 saylı, 15 iyun 2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 13 iyun 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) aü müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, səh., 1466). Cinayət işinin materiallarında olan 29 sentyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X2 29 sentyabr 2023-cü il tarixdə H.Əliyev adına Hava limanında saxlanılmışdır (cild 03, səh.,79). Cinayət işinin materiallarında olan 4(008)394/2023 saylı, 30 sentyabr 2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, X3 barəsində 29 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 02 (iki) aü, 18 (on səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 03, səh., 120). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. «Xuliqanlıq işləri yzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarından görünür ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. 3. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədənailədə,mənzildə,qohumlar arasında,şəxsi münasibətlər zəminində, intiqam hissə ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə,sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqacinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur.Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimaiqaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndiriləbilər. Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, az ağır cinayət törətməsini, onun onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümükülüyünü, zərərçəkmiş şəxslərin şikayət və tələbin olmamasını, onun müsbət xarakterizə olunmasını, işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, az ağır cinayət törətməsini, onun onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümükülüyünü, zərərçəkmiş şəxslərin şikayət və tələbin olmamasını, onun müsbət xarakterizə olunmasını, işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həbsdə saxlandığı 13 iyun 2023-cü il tarixdən 12 mart 2024-cü il tarixə kimi həbsdə olduğu «08» (səkkiz) ay, «28» (iyirmi səkkiz) gün müddət nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həbsdə saxlandığı 29 sentyabr 2023-cü il tarixdən 12 mart 2024-cü il tarixə kimi həbsdə olduğu «05» (beş) ay, «29» (iyirmi doqquz) gün müddət nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli, o məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli, o məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmin Məcəllənin 175.3-cü maddəsinə əsasən məhkəmənin həbs, ev dustaqlığı və ya girov qismində seçdiyi qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut olan bir ədəd disk və yaddaş daşıyıcısı olan sərt disk cinayət işinin materialları arasında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən «01» (bir) il, «05» (beş) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 13 iyun 2023-cü il tarixdən 12 mart 2024-cü il tarixə kimi həbsdə olduğu «08» (səkkiz) ay, «28» (iyirmi səkkiz) gün müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının əsasən «01» (bir) il, «05» (beş) ay, «26» (iyirmi altı) gün müddətinə bərabər tutulsun, hazırki hökmlə təyin olunmuş cəza çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qvnuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən «10» (on) ay, «24» (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 29 sentyabr 2023-cü il tarixdən 12 mart 2024-cü il tarixə kimi həbsdə olduğu «05» (beş) ay, «12» ( on iki) gün müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının «10» (on) ay, «24» (iyirmi dörd) gün müddətinə bərabər tutulsun, hazırki hökmlə təyin olunmuş cəza çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qvnuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd disk və yaddaş daşıyıcısı olan sərt disk cinayət işinin materialları arasında saxlanılsın. 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar