Məhkəmə qərarları › İş №1(008)-11/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-11/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-11/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21 nümayəndəsi X20 və X38, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3, Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Verdiktum” Vəkil Bürosunun vəkili X28, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxx 1968-ci il tarixində Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 1(012)-167/2021 nömrəli, 21 may 2021-ci il tarixli hökmü ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı CÇM-də cəza çəkən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxxxxx 1955-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxxx 1967-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 346/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 178.2.1, 178.2.2, 178.2.4 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddələri ilə 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxxx 1973-cü il tarixində Ermənistan SSR-nin Masis rayonunda doğulmuş, evli, orta təhsilli, fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 35/2015 nömrəli, 04 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5, 178.2.4-cü maddəsi ilə 05 (beş) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrumetmə və 3000 (üç) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs4 özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən 0,2 ha torpaq sahəsində tikilmiş birmərtəbəli evin mülkiyyətçisi olmadığı halda özünə məxsus olmasını deyib, ona 12000 manata satacağı, evin sənədlərini 2 gün müddətinə hazırlayıb təqdim edəcəyi barədə Zərərçəkmiş şəxs14 yalan vəd verib aldadaraq etibarından sui istifadə edib 18 oktyabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs14 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 26 saylı evin 38 saylı mənzilində 12000 manat pulu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs14 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs13 etibarından suiistifadə edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyi ərazisində 10 sot torpaq sahəsi satmaq adı ilə yalan vəd verib aldadaraq 2019-cu ilin mart ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 11 saylı evin qarşısında beh adı ilə 700 manat, 09 mart 2019-cu il tarixdə ünvan 6 ünvanda yerləşən 18 saylı notariat kontorunun qarşısında torpaq sahəsinin dəyərinin ödənilməsi bəhanəsi ilə 4500 manat, 2019-cu ilin mart ayının ortalarında yenə də eyni bəhanə ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 11 saylı evin qarşısında 5500 manat, 2019-cu ilin ortalarında torpaq sahəsinin cizgilərinin hazırlanması bəhanəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 11 saylı evin qarşısında 600 manat və 2019-cu ilin mart ayının axırlarında torpaq sahəsinin sxeminin hazırlanması bəhanəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 11 saylı evin qarşısında 200 manat pulunu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs13 11500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2019-cu ilin may ayının əvvəlində Zərərçəkmiş şəxs21 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən 12 sot torpaq sahəsi ilə birlikdə ona məxsus olduğunu bildirdiyi təmirsiz evi satacağını və təmir etdirəcəyini yalandan vəd verib aldadaraq həmin Ramana qəsəbəsindəki ofisdə 2000 manat pulu beh adı ilə, növbəti gün eyni ünvanda 12000 manat pulu torpaq sahəsini və evi bir həftəyə adına sənədləşdirmək adı ilə, xx.xx.2019-cu il tarixdə isə təmir və sənədləşmənin tamamlanması adı ilə 1000 manat olmaqla ümumilikdə 15000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs21 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X98 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində torpaq sahəsi satacağına dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə, 24 mart 2020-ci il tarixdə həmin ərazidə torpaq sahəsinin alınmasına görə beh adı ilə 1000 manat, zəhmət haqqı adı ilə 200 manat, 25 mart 2020-ci il tarixdə isə torpaq sahəsinin alınması adı ilə 3650 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 4850 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs9 4850 manat dəyərində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, X75 və X99 ilə qabaqcadan əlbir olub razılaşmaqla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə mülkiyyətində olmayan Abşeron rayon, Məhəmmədli kəndi ərazisində yerləşən “Təzə məhəllə” adlanan ərazidə 0.02 ha torpaq sahəsində inşa edilmiş birmərtəbəli təmirsiz evin 20.000 manata satılması barədə “Tap.az” internet sosial şəbəkəsində elan yerləşdirib, Zərərçəkmiş şəxs30 həmin elanı gördükdən sonra onunla görüşərək mənzili ona satacağına dair yalandan vəd verib aldadaraq 21 aprel 2020-ci il tarixdə ünvan 7 ünvanında yerləşən 43 saylı notariat ofisində cinayətdən məlumatı və iştirakı olmayan X39 adından etibarnamə verilməsinə nail olaraq Abşeron rayonu Məhəmmədli kəndində 14.500 manat, 28 aprel 2020-ci il tarixdə H.Əliyev adına hava limanı istiqamətində yolun Suraxanı rayonu ərazisinə düşən hissəsində sənədləşmə üçün qrupun üzvü Mübariz Həsənovun vasitəsi ilə 200 manat, daha sonra qrupun üzvü Bədir Əliyevin vasitəsi ilə ilkin ev alqı-satqısının baş tutmamasını bəhanə gətirib, həmin ev üçün verdiyi pulun müqabilində Sabunçu rayonu, Ramanı qəsəbəsi, Şuşa şəhərçiciyində 4 sot torpaq sahəsi göstərib həmin torpaq sahəsini satmaq adı ilə 2020-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində 500 manat, 2020-ci ilin avqust ayının ortalarında isə həmin torpaq sahəsinin sənədləşməsi vədi ilə aldadıb 300 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs30 ümumilikdə 15.500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları X75, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib 2020-ci ilin aprel ayında ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 8,5 sot torpaq sahəsi satacağı ilə bağlı yalan vəd verib aldadaraq ondan ünvan 8 ünvanda 7000 manat, 2020-ci ilin aprel ayından 2020-ci ilin sonlarına kimi olan müddət ərzində torpağın çıxarışını almaq bəhanəsi ilə həmin ünvanda Təqsirləndirilən şəxs3 vasitəsi ilə 1400 manat, torpaq sahəsinin dəyərinin ödənilməsi bəhanəsi ilə həmin ünvanda 1300 manat və ünvan 9 evinin qarşısında 300 manat pulu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs11 10000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X75 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs22 Səhrəddin oğluna Sabunçu rayonu, Ramana qəsəbəsində sovxoz massivində ümumilikdə iki hissədən ibarət 5,5 sot torpaq sahəsini özünə məxsus olmasını bildirib satmaq vədi ilə aldadıb hissə-hissə, ümumlikdə 8400 manat pulu vahid niyyətlə 2020-ci ilin may ayının əvvəllərində Sabunçu rayonu, Ramanı qəsəbəsində ələ keçirib Zərərçəkmiş şəxs22 Səhrəddin oğluna xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X75 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək, ona Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində «Araz» marketin arxa hissəsində yerləşən ərazidə torpaq sahəsi satacaqlarına dair yalan vəd verib aldadaraq 17 may 2020-ci il tarixdə torpaq sahəsinin alışına dair beh adı ilə aldadıb Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4090/94, 4 saylı evin qarşısında 150 manat, 19 may 2020-ci il tarixdə ünvan 10 ünvanda yerləşən 18 saylı notariat kontorunda dövlət rüsumunun ödənilməsi bəhanəsi ilə 120 manat, həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4090/94, 4 saylı evin qarşısında torpaq sahəsinin dəyərinin bir qisminin ödənilməsi bəhanəsi ilə 10000 manat və 22 may 2020-ci il tarixdə torpaq sahəsinin qalan məbləğinin ödənilməsi bəhanəsi ilə iki dəfəyə həmin ünvanda 2800 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, ümumilikdə Zərərçəkmiş şəxs8 13070 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları X75 və X99 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində 0,2 hektar torpaq sahəsi satacaqlarına dair yalan vəd verib aldadaraq 12 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində 3000 manat pulunu ələ keçirib, həmin torpaq sahəsinə dair faktiki olaraq alqı-satqı barədə heç bir sənədləşdirilmə aparılmadığını zərərçəkmiş şəxsdən gizlədib onun fikrini yayındırmaq və əvvəlcədən planlaşdırdıqları kimi ondan əlavə pul almaq məqsədi ilə rol bölgüsünə əsasən qrupun digər üzvü X99 verdiyi pul hesablandıqdan sonra əlavə ödəniş etmək şərti ilə 07 avqust 2020-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, “Pətək” marketin arxasında yerləşən torpaq sahəsini satacağına yalandan vəd verib 4500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs12 7500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində 3 sot torpaq sahəsi satacaqlarına dair yalan vəd verib aldadaraq 25 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyi ərazisində 3500 manat pulunu ələ keçirib, ümumilikdə Zərərçəkmiş şəxs7 3500 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları X75 və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs20 etibarından sui-istifadə edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində 0,35 hektar torpaq sahəsi satmaq adı ilə yalan vəd verib aldadaraq 31 avqust 2020-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Əfsun” şadlıq sarayının qarşısında torpaq sahəsinin sənədlərinin düzəldilməsi bəhanəsi ilə 300 manat, 01 sentyabr 2020-ci il tarixdə isə ünvan 11 ünvanda yerləşən Suraxanı rayon icra Hakimiyyətinin yaxınlığında yerləşən adsız kafedə torpaq sahəsinin dəyəri olan 7800 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs20 8100 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən ona 2 sot torpaq sahəsi satmaq adı ilə yalan vəd verib, aldadaraq 20 oktyabr 2020-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində ondan 3000 manat pul alıb ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs5 3000 manat dəyərində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində ona 2 sot torpaq sahəsi satmaq barədə yalan vəd verib, aldadaraq 22 oktyabr 2020-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində torpaq sahəsinin yanında ondan 3000 manat pul alıb ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs4 3000 manat dəyərində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs16 etibarından suiistifadə edərək 2020-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağlar massivi 15-ci dalanda 10 sot torpaq torpaq sahəsi satacaqlarına dair yalan vəd verib aldadaraq həmin ünvanda 8000 manat, xx.xx.2020-ci il tarixdə isə torpaq sahəsinin sənədləşdirməsi adı ilə qrupun üzvü Təqsirləndirilən şəxs3 vasitəsi ilə 1000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, ümumilikdə Zərərçəkmiş şəxs16 9000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək Abşeron rayonu, Məhəmmədi kəndində torpaq satmaqla bağlı yalan vəd verərək 23 dekabr 2020-ci il tarixində həmin yerdə 4400 manat pulunu, 26 dekabr 2020-ci il tarixdə həmin torpaq sahəsinin çıxarışını almaq adı ilə eyni ünvanda 500 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 4900 manat dəyərində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs32 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış sahəsində 0,6 hektar torpaq sahəsi satacağına dair yalan vəd verib aldadaraq 01 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən «Retro» restoranında 5080 manat pulunu ələ keçirib, ümumilikdə Zərərçəkmiş şəxs32 xeyli miqdirda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Şahid17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X38 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan bağları yaşayış sahəsində 0,6 hektar torpaq sahəsi satacaqlarına dair yalan vəd verib aldadaraq 08 mart 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan bağları yaşayış sahəsində 2000 manat, 09 mart 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən notariat kontorunun qarşısında 13000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, ümumilikdə zərərçəkmiş şəxs X45 15000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Eləcə də Təqsirləndirilən şəxs1 özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs33 etibarından sui-istifadə edərək Bakı şəhəri, Suraxanı rayonu, BülBülə qəsəbəsində 4 sot torpaq sahəsi satmaqla bağlı yalan vəd verib aldadaraq, 2017-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «stansiya» adlanan ərazidə 2500 manat, 2017-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Astoria” restoranında 16100 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs33 18600 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X75 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin aprel ayı ərzində Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində torpaq sahəsi satacağına dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə, həmin ərazidə torpaq sahəsinin alınması adı ilə 4100 manat, torpaq sahəsində tikinti işlərinin aparılması adı ilə 1700 manat, torpaq sahəsinə darvaza qoyulması üçün qrupun üzvü Mübariz Həsənovun vasitəsi ilə 300 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 6100 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs9 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X75 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi evin həyətində əlavə tikinti işləri aparmaq üçün icazə almaqla bağlı yalan vəd verib aldadaraq 11 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində 800 manat, 13 avqust 2020-ci il tarixdə isə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində 550 manat olmaqla, ümumilikdə 1350 manat pulu qrupun üzvü Mübariz Həsənov vasitəsi ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs6 1350 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs27 Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağlar massivi, 13-cü dalanda 10 sot torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək 6000 manat satacağına yalan vəd verib aldadaraq 21 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 11 saylı Notariat ofisində 6000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs27 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Şahid17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X38 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan bağları yaşayış sahəsində 0,6 hektar torpaq sahəsi satacaqlarına dair yalan vəd verib aldadaraq 08 mart 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan bağları yaşayış sahəsində 2000 manat, 09 mart 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı şosesində yerləşən 39 saylı notariat kontorunun qarşısında 13000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, ümumilikdə zərərçəkmiş şəxs X45 15000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs28 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 107 nömrəli 6 sot torpaq sahəsini cinayətdən xəbəri və iştirakı olmayan X46 adından notarial qaydada etibarnamə verməklə və alqı-satqı müqaviləsi bağlamaqla özünə məxsus olmasını bildirib satmaq vədi ilə aldadıb 15000 manat pulu xx.xx.2021-ci il tarixdə Nəsimi rayonu 20 Yanvar metrosunun yaxınlığında yerləşən 14 saylı Notariat kontorunun qarşısında ələ keçirməklə Zərərçəkmiş şəxs28 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaq məlum olmayan “Arif” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs29 “tap.az” elan saytında elan yerləşdirdikləri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən özünə məxsus olmayan 3 sot torpaq sahəsini göstərib öz mülkiyyətində olmasına inandırıb xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Kürdəxanı şosesi 10 ünvanında yerləşən 39 saylı notariat kontorunda etibarnamə verib 5000 manat pulu həmin notariat kontorunun ofisində alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs26 Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən “Luxoil” YDM-nin arxa hissəsində yerləşən 2 sot torpaq sahəsini satmaqla bağlı vəd verərək aldadıb xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 16 saylı Notariat Ofisinin yaxınlığında ondan 6000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs26 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs3 özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyi ərazisində 10 sot torpaq sahəsi satmaq adı ilə yalan vəd verib aldadaraq 2019cu ilin mart ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 11 saylı evin qarşısında beh adı ilə 700 manat, 09 mart 2019-cu il tarixdə ünvan 6 ünvanda yerləşən 18 saylı notariat kontorunun qarşısında torpaq sahəsinin dəyərinin ödənilməsi bəhanəsi ilə 4500 manat, 2019-cu ilin mart ayının ortalarında yenə də eyni bəhanə ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 11 saylı evin qarşısında 5500 manat, 2019-cu ilin ortalarında torpaq sahəsinin cizgilərinin hazırlanması bəhanəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 11 saylı evin qarşısında 600 manat və 2019-cu ilin mart ayının axırlarında torpaq sahəsinin sxeminin hazırlanması bəhanəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 11 saylı evin qarşısında 200 manat pulunu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs13 11500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs31 Abşeron rayonu, Məmmədli kəndində yerləşən 12 sot torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək 3 sotunu satacağı barədə yalan vəd verib aldadaraq ilk dəfə 2020-ci ilin mart ayının əvvəllərində Abşeron rayonu, Məmmədli kəndində 100 manat pulu beh olaraq, 2020-ci ilin mart ayının ortalarında torpağa dair sənədlərin düzəldilməsi adı ilə ünvan 15 ünvanın qarşısında 500 manat pul, 2020-ci ilin avqust ayında qeyd edilən torpaq sahəsini satmaq adı ilə həmin ünvanda ondan 1.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs31 ümumilikdə 1600 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, X75 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında mülkiyyətində olmayan Abşeron rayon, Məhəmmədli kəndi ərazisində yerləşən “Təzə məhəllə” adlanan ərazidə 0.02 ha torpaq sahəsində inşa edilmiş birmərtəbəli təmirsiz evin 20.000 manata satılması barədə “Tap.az” internet sosial şəbəkəsində elan yerləşdirib, Zərərçəkmiş şəxs30 həmin elanı gördükdən sonra onunla görüşərək mənzili ona satacağına dair yalandan vəd verib aldadaraq 21 aprel 2020-ci il tarixdə ünvan 7 ünvanında yerləşən 43 saylı notariat ofisində cinayətdən məlumatı və iştirakı olmayan X39 adından etibarnamə verilməsinə nail olaraq Abşeron rayonu Məhəmmədli kəndində qrupun üzvü Mübariz Həsənov vasitəsilə 14.500 manat, 28 aprel 2020-ci il tarixdə H.Əliyev adına hava limanı istiqamətində yolun Suraxanı rayonu ərazisinə düşən hissəsində sənədləşmə üçün 200 manat, daha sonra qrupun üzvü Bədir Əliyevin vasitəsi ilə ilkin ev alqı-satqısının baş tutmamasını bəhanə gətirib, həmin ev üçün verdiyi pulun müqabilində Sabunçu rayonu, Ramanı qəsəbəsi, Şuşa şəhərçiciyində 4 sot torpaq sahəsi göstərib həmin torpaq sahəsini satmaq adı ilə 2020-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində 500 manat, 2020-ci ilin avqust ayının ortalarında isə həmin torpaq sahəsinin sənədləşməsi vədi ilə aldadıb qrupun digər üzvü Təqsirləndirilən şəxs4 vasitəsilə 300 manat pulu ünvan 6 ünvanda yerləşən 18 saylı notariat kontorunun qarşısında vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs30 ümumilikdə 15.500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs18 sonuncunun yaşadığı ünvan 16 ünvanda yerləşən ona məxsus torpaq sahəsinə çıxarış almaq üçün vəd verib aldatmaqla 20 iyun 2020-ci il tarixdə həmin ünvanda 5.000 manat pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs18 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs19 Bakı şəhəri, Xətai rayonu, Oqtay Vəliyev küçəsində yerləşən "NZS" pivə zavodunun qarşısında yerləşən sonuncuya məxsus torpaq sahəsinə çıxarış almaq üçün vəd verib aldatmaqla xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Təqsirləndirilən şəxs2 küçəsi 22 saylı ünvanda Zərərçəkmiş şəxs19 2.500 manat, xx.xx.2021-ci il tarixdə isə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 9 saylı notariat ofisində əlavə olaraq 750 manat pul alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib ümumilikdə zərərçəkmiş şəxs ilə Zərərçəkmiş şəxs19 3250 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları X75, Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib 2020-ci ilin aprel ayında ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 8,5 sot torpaq sahəsi satacağı ilə bağlı yalan vəd verib aldadaraq ondan ünvan 8 ünvanda 7000 manat, 2020-ci ilin aprel ayından 2020-ci ilin sonlarına kimi olan müddət ərzində torpağın çıxarışını almaq bəhanəsi ilə həmin ünvanda 1400 manat, torpaq sahəsinin dəyərinin ödənilməsi bəhanəsi ilə həmin ünvanda 1300 manat və ünvan 9 evinin qarşısında 300 manat pulu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs11 10000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 10 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi bağ sahəsində 15-ci dalanda 12 sot torpaq sahəsini 14000 manata satmaq barədə yalan məlumat verməklə aldadaraq aralarında yaranmış etibardan sui-istifadə etməklə həmin torpaq sahəsinin yaxınlığında sənədləşmə işinin başlanılması adı ilə 1500 manat və 12 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində sənədləşmə işinin tamamlanması adı ilə 500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs2 ümumilikdə 2000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs16 etibarından suiistifadə edərək 2020-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağlar massivi 15-ci dalanda 10 sot torpaq torpaq sahəsi satacaqlarına dair yalan vəd verib aldadaraq həmin ünvanda qrupun üzvü Təqsirləndirilən şəxs4 vasitəsilə 8000 manat, xx.xx.2020-ci il tarixdə isə torpaq sahəsinin sənədləşdirməsi adı ilə 1000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, ümumilikdə Zərərçəkmiş şəxs16 9000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək Abşeron rayonu, Məhəmmədi kəndində torpaq satmaqla bağlı yalan vəd verərək 23 dekabr 2020-ci il tarixində həmin yerdə 4400 manat pulunu, 26 dekabr 2020-ci il tarixdə həmin torpaq sahəsinin çıxarışını almaq adı ilə eyni ünvanda 500 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 4900 manat dəyərində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X89 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs24 Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “X74 Saxlama Məntəqəsinin” yaxınlığında 7 sot torpaq sahəsini 16000 manata satacağına dair yalan vəd verərək aldadıb bu məqsədlə 2021-ci ilin fevral-may ayları ərzində 16000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs24 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs23 etibarından sui-istifadə edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində torpaq sahəsi satacağı ilə bağlı yalan vəd verib aldadaraq 2021-ci ilin mart ayında ondan ümumilikdə 3420 manat alıb ələ keçirərək, vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs23 ümumilikdə 3420 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Şahid17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X38 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan bağları yaşayış sahəsində 0,6 hektar torpaq sahəsi satacaqlarına dair yalan vəd verib aldadaraq 08 mart 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan bağları yaşayış sahəsində 2000 manat, 09 mart 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən notariat kontorunun qarşısında 13000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, ümumilikdə zərərçəkmiş şəxs X45 15000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X98 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin may ayının əvvəllərində “tap.az” internet saytında satılması barədə elan yerləşdirdikləri Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsindəki 2,5 sot torpaq sahəsinin yaxınlığında müştəri kimi maraqlanan Zərərçəkmiş şəxs25 ilə görüşüb həmin torpaq sahəsini ona satacağı barədə yalan vəd verib aldadaraq qrupu üzvü Vüsal Məmmədov vasitəsilə beh adı ilə 500 manat, 2021-ci ilin may ayının ortalarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çayxanada görüşüb həmin torpaq sahəsini satmaq vədi ilə aldadıb 4600 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5100 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs25 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, fərdi yaşayış evində yaşamışdır. xx.xx.2020-ci il tarixdə əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs12 olduğunu bildiyi şəxs onunla əlaqə saxlayaraq torpaq sahəsi almaq istədiyini bildirmiş, o, həmin şəxsə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 3 sot torpaq sahəsinin olduğunu demişdir. Zərərçəkmiş şəxs12 torpaq sahəsinə baxmaq istədiyini bildirmiş, bir müddət sonra Zərərçəkmiş şəxs12 ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən çayxanada görüşmüşlər. Zərərçəkmiş şəxs12 ora gəldiyi zaman o, X75 ilə birlikdə çay içirmiş. O, Zərərçəkmiş şəxs12, X75 və Zərərçəkmiş şəxs12 ilə birlikdə gələn digər bir şəxslə torpaq sahəsinə getmiş, Zərərçəkmiş şəxs12 yolun uzaq olduğunu əsas gətirərək torpaq sahəsini almaq istəmədiyni bildirmiş, onlar daha sonra X47 məxsus torpaq sahəsinə getmişlər. Zərərçəkmiş şəxs12 torpaq sahəsinə baxdıqdan sonra bəyəndiyini bildirmiş, X75 torpaq sahəsini 3000 manata satdığını demişdir. Aralarında razılıq əldə etdikdən sonra X75 və Zərərçəkmiş şəxs12 Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat ofisinə getmişlər. O, bir neçə gün sonra X75 ilə görüşdüyü zaman Mübariz torpaq sahəsinin satışı ilə bağlı ona 100 manat pul vermişdir. 10 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs8 ona zəng edərək torpaq sahəsi almaq istədiyini bildirmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən dəmiryolu xəttinin yaxınlığında görüşərək Zərərçəkmiş şəxs8 torpaq sahəsi göstərmiş, lakin, Zərərçəkmiş şəxs8 həmin torpaq sahəsini bəyənməmişdir. Həmin vaxt, Rəcəbli X91 rayonu, Ramana qəsəbəsi ərazisində torpaq sahəsi almaq istədiyni bildirdiyi üçün X47 bu barədə məlumat vermiş, X8 rayonu, Ramana qəsəbəsi ərazisində “Araz” marketin arxasında torpaq sahəsi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs8 həmin torpaq sahəsinə baxaraq bəyənmiş, orada X47 100 manat beh vermişdir. Daha sonra onlar notariusa getmiş, lakin, X40 torpağın satışı ilə bağlı Zərərçəkmiş şəxs8 hansı məbləğdə pul almasından məlumatı olmamışdır. 2020-ci ilin fevral ayında əvvəllər tanımadığı, sonradan adının X76 olduğunu bildiyi qadın onunla əlaqə saxlayaraq torpaq sahəsi almaq istədiyini bildirmiş, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində torpaq sahəsi olduğnu demişdir. X76 anası X77 ilə birlikdə torpaq sahəsinə baxaraq bəyənmiş, o, torpaq sahəsinin satışı ilə bağlı 2500 manat istəmişdir. 25 fevral 2020-ci il tarixdə X76 ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 11 saylı poliklinikanın yanında görüşmüş, ondan 300 manat beh almışdır. 26 fevral 2020-ci il tarixdə X76 və X77 onunla görüşərək ona 2200 manat pul ödəmiş, o, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat ofisində X41 adına etibarnamə vermişdir. Bir neçə ay sonra X76 ona zəng edərək başqa bir şəxsin torpaq sahəsinin ona məxsus olduğunu bildirdiyi barədə məlumat vermiş, o, məsələni araşdıraraq Sadiq adlı maklerin həmin torpaq sahəsini satdığını müəyyən edib, Sadiqə zəng edərək torpağı satdığı şəxsin pulunu geri qaytarmasını tələb etmişdir. Sadiq həmin şəxsin pulunu geri qaytardıqdan sonra X48 zəng edərək problemin həll olunduğunu bildirmişdir. 2020-ci ilin iyun ayında Təqsirləndirilən şəxs3 onunla əlaqə saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərzisində yerləşən torpaq sahəsinin satışı ilə əlaqədar saytda yerləşdirilmiş elanla bağlı onunla əlaqə saxladığını, torpaq sahəsinə baxmaq istədiklərini bildirmişdir. O, Zərərçəkmiş şəxs7 ilə görüşərək torpaq sahəsini ona göstərmiş, həmin vaxt, Zərərçəkmiş şəxs7 yanında başqa bir tanışı olmuşdur. Onlar ilkin olaraq 3500 manatın, daha sonra 2 ay ərzində 1700 manatın ödənilməsi ilə bağlı razılaşmış, bundan sonra, Yaşar Sadıqov ona 3500 manat ödəmişdir. 2 ay sonra Təqsirləndirilən şəxs3 ödənişlə bağlı Zərərçəkmiş şəxs7 ilə əlaqə saxlamış, Nərmin geri qalan pulu ödəyə bilməyəcklərini bildirdiyi üçün alqısatqı baş tutmamışdır. 2019-cu il tarixdə Kamil adlı makler tanışı vasitəsi ilə Zərərçəkmiş şəxs21 ilə tanış olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən 120 kvadrat metr sahəsi olan evi tam təmir etdirib 16000 manata satmaqla bağlı razılaşmışlar. Aralarında olan danışığa əsasən ilkin olaraq pulun 14000 manatının ödənilməli, evi təhvil verdikdən sonra isə 2000 manatın ödənilməsi razılaşdırılmışdır. Bir neçə gün Zərərçəkmiş şəxs21 14000 manatı ona ödəmiş, evdə təmir işləri getdiyi zaman Zərərçəkmiş şəxs21 ilə Kamil arasında mübahisə yaranmış, Zərərçəkmiş şəxs21 ona verdiyi pulu geri qaytarmasını tələb etmiş, o, hissə-hissə olmaqla 12000 manat pulu Zərərçəkmiş şəxs21 geri qaytarmışdır. 2020-ci ilin mart ayında X98 onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində torpaq sahəsi almaq istədiyini bildirmiş, o, həmin ərazidə torpaq sahəsinin olduğunu demişdir. Bundan sonra Zərərçəkmiş şəxs9 torpaq sahəsinə baxaraq bəyənmiş, torpağın alqı-satqısı ilə 2500 manata razılaşmışlar. X98 pulu ona verdikdən sonra, o, torpaq sahəsi ilə bağlı onun adına etibarnamə vermiş, bir müddət sonra Zərərçəkmiş şəxs9 adı yadında qalmayan həyət yoldaşı onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs9 ilə boşandığını, boşandıqdan sonra evdən pul oğurlayaraq torpaq sahəsi aldığını bildirmişdir. O, bunu eşitdikdən sonra Güllüdən aldığı ümumilikdə 2500 manatı ona qaytarmışdır. 01 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs32 əlaqə saxlayaraq Ləhiç bağlarında torpaq sahəsi almaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs32 Ləhic bağlarında 6 sot torpaq sahəsi satıldığını demiş, torpaq sahəsinə baxdıqdan sonra satışla bağlı 5000 manat istəmiş, Zərərçəkmiş şəxs32 onunla razılaşmışdır. Torpaq sahəsinin çizgisinin çəkilməsi ilə əlaqədar 150 manata ehtiyac olmuş, həmin pulun 80 manatını Kamal, 70 manatını o ödəmişdir. Zərərçəkmiş şəxs32 torpağın sahibi olan Şahid17 adından etibarnamə verilmiş, etibarnamə verildikdən bir müddət sonra Zərərçəkmiş şəxs32 onunla əlaqə saxlayaraq torpağın sənədlərinin “kökünün” olmadığını əsas gətirərək pulu qaytarmasını tələb etmişdir. O, bununla bağlı araşdırma aparacağını, pulu qaytaracağını demişdir. 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs11 ona zəng edərək mobil nömrəsini “tap.az” internet saytından götürdüyünü bildirmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa” şəhərciyi ərazisində torpaq almaq üçün ona köməklik göstərməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs11 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa” şəhərciyi ərazisində 8 sot torpaq sahəsini bildirmiş, Zərərçəkmiş şəxs11 ilə görüşərək torpaq sahəsini ona göstərmişdir. Zərərçəkmiş şəxs11 torpağı bəyəndikdən sonra o, torpağın satışı üçün 7000 manat istəmiş, Zərərçəkmiş şəxs11 onunla razılaşmışdır. O, tanışları Mübariz, Elmin, Nizami və Əli birlikdə Zərərçəkmiş şəxs11 evinə gedərək ondan 7000 manat almış, Elmin torpağa çıxarış almaq üçün Zərərçəkmiş şəxs11 əlavə 1400 manat pul almışdır. Lakin, sonradan işlərində yaranmış problemlərlə bağlı torpaq sahəsini Zərərçəkmiş şəxs11 adına rəsmiləşdirə bilməmiş, aldıqları pulu geri qaytarmamışlar. 2020-ci ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs5 ona zəng edərək mobil nömrəsini “tap.az” internet saytından götürdüyünü bildirmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi ilə bağlı maraqlandığını deyərək torpaq sahəsinin satılıbsatılmadığını soruşmuşdur. O, zəng edən şəxsə elanda yerləşdirilmiş torpaq sahəsinin satılmadığını bildirmiş, həmin şəxs torpaq sahəsinə baxmaq istədiyini dediyi üçün həmin şəxsi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə dəvət etmişdir. Bir neçə saat sonra yenidən telefonuna zəng gəlmiş, zəng edən şəxs Ramana qəsəbəsinin girişində olduğunu ona bildirmiş, o, X29 onunla ilə birlikdə gedərək satışda olan torpaq sahəsini göstərməyi xahiş etmiş, X75 etiraz etməyərək onunla birlikdə torpaq sahəsinə baxmaq istəyən şəxsin yanına getmişdir. Ora çatdığı zaman zəng edən şəxsin Zərərçəkmiş şəxs5 olduğunu öyrənmiş, həmin şəxsin yanında Zərərçəkmiş şəxs4 da, olmuşdur. Torpaq sahəsini həmin şəxslər bəyəndikdən sonra 2 sotunu 3000 manat satıldığını onlara bildirmiş, Zərərçəkmiş şəxs5 4 sot torpaq almaq istədiklərini demişdir. O, 200 manat beh almış, bir müddət sonra Zərərçəkmiş şəxs5 ona zəng edərək etibarnamə verməsini xahiş etmişdir. O, X75 ilə birlikdə 18 saylı Notariat kontoruna getmiş torpaq sahəsini aldığı X49 ora dəvət etmiş, o, müvafiq etibarnamə vermişdir. Daha sonra onlar Zərərçəkmiş şəxs5 birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsinə qayıtmış, Zərərçəkmiş şəxs5 ona 2800 manat ödəmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs4 onunla görüşərək əlavə 3000 manat ödəniş etmiş, həmçinin onada etibarnamə verilmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs5 ona zəng edərək aldıqları torpaq sahəsində başqa şəxsin tikinti işləri apardığını bildirmiş, o, Zərərçəkmiş şəxs5 tez bir zamanda məsləni araşdıraraq məlumat verəcəyini demişdir. Lakin, sonradan müxtəlif bəhanələr gətirməklə Zərərçəkmiş şəxs5 yayınmağa çalışmış, Zərərçəkmiş şəxs5 barələrində polisə şikayət etmişdir. 23 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Məhəmmədi kəndində torpaq sahəsi almaq istədiyini bildirmiş, onunla birlikdə gedərək torpaq sahəsini həmin şəxsə göstərməyi təklif etmişdir. Zərərçəkmiş şəxs3 torpaq sahəsini bəyəndikdən sonra aralarında torpağın satışı ilə 3900 manata razılaşmışlar. O, Zərərçəkmiş şəxs3 torpağa çıxarış alınması üçün əlavə 500 manat lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs3 etiraz etməmişdir. Zərərçəkmiş şəxs3 ilkin olaraq Təqsirləndirilən şəxs3 3900 manat ödəmiş, bir neçə gün sonra çıxarışın alınması üçün ona 500 manat vermişdir. O, torpağa dair çıxarış ala bilməmiş, Təqsirləndirilən şəxs3 torpaqla bağlı Zərərçəkmiş şəxs3 ilə problem yaşadığını öyrənmişdir. 2020-ci ilin avqust ayının sonlarında X75 və Təqsirləndirilən şəxs3 ilə görüşüdkləri zaman X47 torpaq almaq istəyən müştəri olduğunu bildirmişlər. Onlar Zərərçəkmiş şəxs20 Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozu ərazisində 3.5 sot boş torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin 8000 manata satıldığını bildirmiş, müştəri torpaq sahəsini bəyəndikdən sonra ilkin olaraq Zərərçəkmiş şəxs20 ilə 2020-cilin avqust ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Əfsun” şadlıq sarayının qarşısında görüşüb etibarnamənin hazırlanması müqabilində ondan 300 manat pul almışlar. O, 01 sentyabr 2020-ci il tarixdə, günorta saatlarında X75 birlikdə Zərərçəkmiş şəxs20 ilə Bakı şəhəri, Suraxanı rayonu. Əmircan qəsəbəsində yerləşən Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısında yerləşən parkda çayxanada görüşmüş, o, X75 alınacaq torpaq sahəsinin sahibi kimi təqdim etmişdir. O, üzərində olan digər torpaq sahəsinə aid etibarnaməni çıxararaq Zərərçəkmiş şəxs20 vermiş, Zərərçəkmiş şəxs20 öz növbəsində 7800 (yeddi min səkkiz yüz) manat pulu ona vermişdir. O, aldığı pulu X47 təqdim edərək saymasını bildirmiş, Zərərçəkmiş şəxs20 isə onlara notariusa getməyi təklif etmişdir. O, X40 təcili işi olduğunu bildirərək Zərərçəkmiş şəxs20 növbəti gün notariusa getməyi təklif etmiş, Zərərçəkmiş şəxs20 etiraz etməmişdir. Zərərçəkmiş şəxs20 01 sentyabr 2020-ci il tarixdə X40 mobil telefonuna zəng edərək onu aldatdıqlarından məlumatının olduğunu bildirmiş, verdiyi pulu geri qaytarmalarını tələb etmişdir. X16 şəhərində olduğunu, geri qayıtdığı zaman Zərərçəkmiş şəxs20 ilə görüşəcəyini bildirmiş, lakin, sonradan onlar müxtəlif bəhanələr gətirməklə pulu ödəməkdən yayınmışlar. O, 2019-cu ilin mart ayında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin satışı ilə bağlı internet səhifədə elan yerləşdirmiş, bir neçə gün sonra Zərərçəkmiş şəxs13 onunla əlaqə saxlayaraq elan göstərilən torpaq sahəsinə baxmaq istədiyini bildirmiş, torpaq sahəsinə baxdıqdan sonra Zərərçəkmiş şəxs13 ona 100 manat beh vermişdir. Zərərçəkmiş şəxs13 ilkin olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən Muğan Bankın yaxınlığında ona 5.000 manat, ikinci dəfə eyni yerdə 5.500 manat pul ödəmişdir. Lakin, sonradan torpağın sahibi Sabir adlı şəxs həbs edildiyi üçün o, torpaq sahəsini Zərərçəkmiş şəxs13 adına rəsmiləşdirə bilməmiş, ona başqa ərazidə torpaq sahəsi təklif etsə də, Zərərçəkmiş şəxs13 onunla razılaşmamış, aldığı pulu geri qaytarmasını tələb etmişdir. Şahid17 2021-ci ilin mart ayının əvvəllərində Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş sənəd əsasında ona məxsus olan Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində ayrılmış 579 nömrəli sahədə yerləşən 0,12 ha torpaq sahəsini satmaq üçün ondan köməklik istəmiş, o, torpaq sahəsinin satışı ilə bağlı internet səhifədə elan yerləşdirməsi üçün Təqsirləndirilən şəxs3 müraciət etmişdir. 07 mart 2021-ci il tarixdə Şahid17 zəng edərək torpaq sahəsini almaq istəyən müştəri olduğunu bildirmişdir. Həmin gün, yəni, 07 mart 2021-ci il tarixdə o, Şahid17, Təqsirləndirilən şəxs2 və X78 ilə birlikdə torpaq sahəsinə getmiş, X78 torpaq sahəsində bəyəndikdən sonra 6 sot torpağın satışı üçün 15000 manat pul istəmişlər. O, Təqsirləndirilən şəxs2, X78 ilə birlikdə 09 mart 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 39 saylı notariat kontoruna getmiş, Şahid17 torpaq sahəsi ilə bağlı X45 etibarnamə vermişdir. X78 orada 13000 manat pulu Təqsirləndirilən şəxs2 və X45 vermişdir. Həmçinin, o, 08 mart 2021-ci il tarixdə X30 2000 manat beh alaraq 1500 manatını Şahid17 vermiş, 500 manatı isə xidmət haqqı olaraq özünə götürmüşdür. 2018-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs14 ona zəng edərək nömrəni tap.az saytından götürdüyünü, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən, onun elan verdiyi evlərdən birinə baxıb almaq istədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs14 Sabunçu rayonu, Ramana qəsəbəsinə dəvət edərək görüşmüş, Zərərçəkmiş şəxs14n almaq istədiyi həyət evini göstərmişdir. Zərərçəkmiş şəxs14 evi bəyəndikdən sonra evin qiymətinin 12000 manat olduğunu bildirmiş, Zərərçəkmiş şəxs14 onunla razılaşaraq həmin gün, saat 16 radələrində Gənclik metrostansiyası yaxınlığında ona 12000 manat ödəmişdir. O, Zərərçəkmiş şəxs14 evin qaz və elektrik təchizatında problem olduğu üçün bir qədər gözləməsini xahiş etmiş, lakin, evin qaz və elektrik təchizatında olan problemi aradan qaldıraraq evi Zərərçəkmiş şəxs14 təhvil verə bilməmişdir. Qeyd olunan ev başqa şəxsə məxsus olmuş, ev sahibi evi sataraq özünə faiz götürməsini ona həvalə etmişdir. O, Zərərçəkmiş şəxs14 aldığı şəxsi ehtiyaclarına sərf etdiyi üçün geri qaytara bilməmiş, Zərərçəkmiş şəxs14 onun barəsində polisə şikayət etmişdir. 2020-ci ilin aprel ayında Təqsirləndirilən şəxs3 ona zəng edərək Zərərçəkmiş şəxs30 Abşeron rayonu, Məmmədi kəndində yerləşən həyət evini almaq istədiyini bildirmişdir. O, X75 ilə birlikdə evi Zərərçəkmiş şəxs30 göstərmiş, Zərərçəkmiş şəxs30 evi bəyəndiyi üçün almaq istədiyini bildirmişdir. Onlar aralarında olan danışığa əsasən evi 20000 manat məbləğində qiymətləndirmiş, Zərərçəkmiş şəxs30 ilkin olaraq 14500 manat ödəcəyini, geri qalan 4500 manatı isə bir il ərzində ödəcəyini bildirmişdir. Həyət evi başqa şəxsə məxsus olmuş, ev sahibi satışdan onlara faiz verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs30 evin ödənişi olaraq 14500 manat pulu X47 vermiş, bundan sonra, o, X75 və Zərərçəkmiş şəxs30 notariat kontoruna getmiş, orada, Zərərçəkmiş şəxs30 boş torpaq sahəsinə dair etibarnamə verilmiş, lakin, Zərərçəkmiş şəxs30 bundan məlumatı olmamışdır. Onlar notariat kontorundan çıxdıqdan sonra sənədləşmə işlərinin aparılması üçün Zərərçəkmiş şəxs30 əlavə 200 manat almışdır. Zərərçəkmiş şəxs30 aldıqları 14500 manatı o, X75 birlikdə Təqsirləndirilən şəxs3ynan görüşərək aldıqları pulu bölmüş, X47 3000 manat, ona 5000 manat, Təqsirləndirilən şəxs3 6500 manat çatmışdır. Bir müddət sonra X75 ona zəng edərək Zərərçəkmiş şəxs30 hər şeyi öyrəndiyini və verdiyi pulu geri qaytarmalarını tələb etdiyini bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs3 və Bədir adlı şəxs yenidən Zərərçəkmiş şəxs30 aldatmış, Zərərçəkmiş şəxs30 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində 4 sot torpaq göstərərək sənədləşmə işləri ilə bağlı ondan əlavə 500 mnat almışlar. Bundan əlavə, o, Zərərçəkmiş şəxs30 aldadaraq ondan 300 manat almışdır. 2020-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs3 ona zəng edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ massivi, 15-ci dalanda yerləşən torpaq sahəsinin satışına dair elanla bağlı Zərərçəkmiş şəxs16 müraciət etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ massivi, 15-ci dalanda yerləşən torpaq sahəsinə gedərək torpaq sahəsini Zərərçəkmiş şəxs16 göstərib, 10 sot torpağın satışı müqabilində ondan 8000 manat pul istəmişlər. Zərərçəkmiş şəxs16 torpağı bəyəndiyi üçün onlarla razılaşaraq 8000 manat ödəmiş, onlar Zərərçəkmiş şəxs16 sənədləşmə işləri üçün əlavə olaraq 1000 manatın lazım olduğunu bildirmişlər. 15 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ massivi, 15-ci dalanda Zərərçəkmiş şəxs16 ilə görüşərək ondan əlavə 1000 manat almış, Babayev X83 rayon Maşatağa Bələdiyyəsindən verilmiş vergi ödəyicisi sənədini Zərərçəkmiş şəxs16 təqdim etmişdir. Onlar Zərərçəkmiş şəxs16 aldıqları 9000 manat pulu bərabər şəkildə bölmüş, bir neçə ay sonra Zərərçəkmiş şəxs16 torpaq sahəsinin başqa şəxsə aid olduğunu anlayaraq onlara verdiyi pulu geri qaytarmalarını tələb etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən etibarən torpaq və ev alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 torpaq və ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. 2012-2013-cü illərdə X37 işləyən Nazim adlı şəxs ona 2500 ABŞ dollar müqabilində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları sahəsində 12 sot torpaq sahəsi satmışdır. 2020-ci ildə pula ehtiyacı olduğu üçün torpaq sahəsini satmaq qərarına gəlmiş, bununla bağlı, Təqsirləndirilən şəxs4 məlumat vermişdir. 18 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs4 ona zəng edərək torpaq sahəsini almaq istəyən müştəri olduğunu, lakin, müştərinin ilkin olaraq 6000 manat, daha sonra 2500 manat verəcəyini bildirmiş, o, Təqsirləndirilən şəxs4 təklifi ilə razılaşmışdır. 21 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs4 ona zəng edərək Bakı şəhəri, Binəqədi rayonu, “Azadlıq” stansiyasının yaxınlığında yerləşən 11 nömrəli Notarit kontoruna gələrək torpaqla bağlı etibarnamə verməsini bildirmiş, o, notariat kontoruna getdiyi zaman Təqsirləndirilən şəxs3 orada olduğunu görmüşdür. Həmin vaxt, Təqsirləndirilən şəxs4 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs3 satılan torpaqlarla bağlı saytlarda elanlar yerləşdirir, müştəri elanla bağlı ona zəng etdiyi zaman müştərini torpağı satan şəxsə yönəldir. Bir müddət sonra Zərərçəkmiş şəxs27 və yoldaşı notariat kontoruna gəlmiş, Təqsirləndirilən şəxs4 onu həmin şəxslərlə tanış etmişdir. O, 11 nömrəli Notariat kontorunda Zərərçəkmiş şəxs27 torpaq sahəsi ilə bağlı etibarnamə vermiş, bunun müqabilində Zərərçəkmiş şəxs27 ona 6000 manat ödəniş edərək geri qalan 2500 manatı sonra ödəyəcəyini bildirmişdir. O, aldığı puldan 300 manatı torpağın satışına vasitəçi olduğu üçün Təqsirləndirilən şəxs4 vermiş, geri qalan pulu şəxsi ehtiyyaclarına sərf etmişdir. 2021-ci ilin yanvar ayında Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs4 ilə görüşmüş, aralarında olan söhbət zaman Təqsirləndirilən şəxs4 torpaq sahəsini ölçmək lazım olduğunu, Zərərçəkmiş şəxs27 həmin torpaq sahəsini hasara almaq istədiyini bildirmiş, o, Təqsirləndirilən şəxs4 ilə birlikdə qeyd olunan torpaq sahəsinə getmiş, Zərərçəkmiş şəxs27 həyat yoldaşı ilə birlikdə ora gəlmişdir. Onlar torpaq sahəsinə çatdıqları zaman torpaq sahəsinin hasara alındığını görmüş, Zərərçəkmiş şəxs27 ondan hasarın kimin tərəfindən hörüldüyünü soruşmuş, o, bununla bağlı məlumatının olmadığını, tez bir zamanda məsələni aydınlaşdıracağını bildirmişdir. Daha sonra tanımadıqları şəxs əraziyə gələrək torpaq sahəsinin ona məxsus olduğunu demiş, Zərərçəkmiş şəxs27 torpaq sahəsini almaq istəmədiyini, verdiyi pulu geri qaytarmasını tələb etmişdir. O, aldığı pulu tez bir zaman qaytaracağını Zərərçəkmiş şəxs27 bildirsə də, Zərərçəkmiş şəxs27 onlar barəsində Sabunçu RPİ-nin 42-ci PB-nə şikayət etmiş, barələrində cinayət işi başlanılmışdır. İbtidai istintaq zaman o, aldığı pulun 5000 manatını Zərərçəkmiş şəxs27 geri qaytarmışdır. O, 2021-ci ilin yay aylarında pula ehtiyacı olduğundan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində olan 3 sot torpaq sahəsini özündə olan köhnə Maştağa İcra Nümayəndəliyinin çıxarışının surəti əsasında satmaq qərarına gəlmiş, bununla bağlı torpaq alqı-satqısı ilə məşğul olan tanışlarına məlumat vermişdir. 2021-ci ilin avqust ayında X89 ona zəng edərək torpağı almaq istəyən müştəri olduğunu bildirmişdir. 27 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən notariat kontoruna gedərək Zərərçəkmiş şəxs29 ilə görüşmüş, torpaq sahəsinin sahibi olduğunu bildirmişdir. O, torpaq sahəsini 5000 manata satmış, aldığı puldan 300 manatı vasitəçi olduğu üçün X59 vermişdir. O, notariat kontorunda Sabunçu RİHB-nin Maştağa qəsəbəsi nümayəndəliyinin xx.xx.1997-ci il tarixli, 11 nömrəli çıxarışının surətini və etibarnaməni Zərərçəkmiş şəxs29 arvadı X21 adına vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs29 onlara verilmiş sənədi yoxlatdırdığını, həmin sənədin saxta olduğunu bildirərək verdiyi pulu geri qaytarmasını tələb etmişdir. O, aldığı pulu geri qaytara bilmədiyi üçün Zərərçəkmiş şəxs29 onun barəsində polisə şikayət etmişdir. O, 2021-ci ilin yay aylarında özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən 6 sot torpaq sahəsini satmaq üçün Təqsirləndirilən şəxs3 internet saytda elan yerləşdirməsini bildirmiş, 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs3 ona zəng edərək Zərərçəkmiş şəxs28 torpaq sahəsini almaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs28 mobil nömrəsini ona vermişdir. O, Zərərçəkmiş şəxs28 zəng edərək onunla görüşmüş, onu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən torpaq sahəsinə aparmışdır. Zərərçəkmiş şəxs28 torpağı bəyəndikdən sonra torpaq sahəsini 15000 manata satdığını bildirmiş, Zərərçəkmiş şəxs28 onunla razılaşmışdır. O, 17 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs28 ilə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən 14 saylı notariat kontoruna gedərək torpaq sahəsinin alqı-satqısı ilə bağlı müqavilə bağlamış, Zərərçəkmiş şəxs28 “Muganbank” vasitəsi ilə 15000 manat pulunu ona ödəmişdir. Həmin vaxt notariusda torpaq sahəsi adında olan X90 notarius sənədlərini imzalamışdır. O, aldığı puldan 200 manatı vasitəçi olduğu üçün Təqsirləndirilən şəxs3 vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs28 torpaq sahsəində tikinti işləri aparrmaq istəmiş, lakin, topraq sahəsinin özünə məxsus olduğunu bildirən tanımadıqları şəxs tikinti işlərinin aparılmasına mane olmuş, Zərərçəkmiş şəxs28 ona verdiyi pulu geri qaytarmasını tələb etmişdir. 2021ci ilin mart ayının əvvələrində Şahid17 özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən torpaq sahəsini satmaları üçün ona və Təqsirləndirilən şəxs4 müraciət etmiş, X78 torpaq sahəsini almaq istədiyini bildirmişdir. Şahid17 görmə qabiliyyəti zəif olduğu üçün onlar X78 torpaq sahəsinə aparmış, Şahid17 da, orada Mətləblə görüşmüş, Şahid17 torpaq sahəsini 1500 manata satdığını bildirmiş, X78 onunla razılaşmışdır. İlkin olaraq X78 2000 manat pulu Təqsirləndirilən şəxs4 vasitəsi ilə Şahid17 vermişdir. 09 mart 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən notariat kontorunda Şahid17 etibarnamə verdikdən sonra X38 avtomobilində 13000 manat pulu sayaraq Şahid17 vermişdir. Şahid17 aldığı puldan 100 manatı vasitəçi olduğu üçün ona vermişdir. Şahid17 satdığı torpaq sahəsi yerləşmə sxeminə uyğun gəlmədiyi üçün X78 torpaq sahəsini almaq istəmədiyini bildirərək verdiyi pulu geri qaytarmalarını tələb etmişdir. 2020-ci ilin yanvar-fevral ayında X75 onunla söhbət etdiyi zaman qohumu vasitəsi ilə Təqsirləndirilən şəxs4 ilə birlikdə şərikinə torpaq sahəsi alacağını bildirmiş, özünün şəxsiyyət vəsiqəsi olmadığı üçün torpaq sahəsini onun adına sənədləşdirmələrini xahiş etmişdir. O, etiraz etməyərək özünə məxsus şəxsiyyət vəsiqəsinin şəklini X40 telefonuna göndərmişdir. 2020-ci ilin may ayında X75 ona zəng edərək adına rəsmiləşdirilmiş torpaq sahəsinin qohumunun adına rəsmiləşdirilməsi üçün etibarnamə verməsini xahiş etmişdir. 19 may 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat ofisinə gedərək X22 adına etibarnamə vermiş, X75 həmin qadının onu qohumu olduğunu bildir, torpaq sahəsinin X1 məlumatı olmamışdır. Bundan başqa o, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən “Luxoil” YDM-nin arxa hissəsində yerləşən 2 sot torpaq sahəsini satmaqla bağlı vəd verərək xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 16 saylı Notariat Ofisinin yaxınlığında Zərərçəkmiş şəxs26 6000 manat pulu alıb vədinə əməl etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. X50 2017-ci ildən etibarən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində ev alqı-satqısı ilə məşğul olan şəxs olaraq, Təqsirləndirilən şəxs4 isə X75 vasitəsi ilə tanımışdır. 2020-ci ilin avqust ayında Zərərçəkmiş şəxs6 torpaq sahəsində tikinti işləri aparmasına köməklik etmək üçün X75 ilə tanış etmiş, sonradan Mübarizin tikinti işləri aparmasına köməklik etmək üçün Zərərçəkmiş şəxs6 1350 manat aldığını eşidərək Mübarizə zəng edərək ondan vədinə əməl etməsini, əməl etməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs6 aldığı pulu geri qaytarmasını tələb etmişdir. Lakin, X75 aldığı pulu geri qaytarmamış, Zərərçəkmiş şəxs6 onlar barəsində polisə şikayət etmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs6 dəymiş ziyan onun tərəfindən ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 və X75 onun yanına gələrək Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 onlardan şikayət etdiklərini bildirmiş, o, sonunculara Təqsirləndirilən şəxs4 və X29 şikayət etməmələrini aldıqları pulu geri qaytaracaqlarını bildirmişdir. Lakin, sonradan Təqsirləndirilən şəxs4 və X75 müxtəlif bəhanələr gətirərək aldıqları pulu geri qaytarmaqdan imtina etmişdir. O, Zərərçəkmiş şəxs9 ortaq tanışları vasitəsi ilə tanımış, Təqsirləndirilən şəxs4 və X98 onu aldatdıqdan sonra təsadüfən, Təqsirləndirilən şəxs4 xahişi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsinə gəldiyi zaman yenidən görmüş, ondan alınmış pulun geri qaytarılacağına insanlıq xatirinə köməklik edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs4 və X60 torpaq sahəsi ilə bağlı Zərərçəkmiş şəxs9 pul almalarından əvvəlcədən məlumatı olmamışdır. X75 ilə Zərərçəkmiş şəxs9 o tanış etsə də, X40 Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Zərərçəkmiş şəxs9 3000 manat almasından xəbəri olmamış, istintaqa cəlb edildiyi üçün oğlu Yalçın Babayev ona məlumat vermədən Zərərçəkmiş şəxs9 dəymiş ziyanı ödəmişdir. X10 uzun müddətdir tanıyır və onunla normal münasibətləri olmuşdur. 2017-ci ildə X11 18600 manat müqabilində torpaq sahəsi satmış, lakin, sonradan X23 torpaq sahəsini almaqdan imtina etdiyi üçün 2018-ci ilin avqust ayında ilkin olaraq kredit alaraq yaşadığı ünvan 3 ünvanında oğlunun dostlarının şahidliyi ilə 17600 manat, daha sonra 1000 manat pulu X11 geri qaytarmış, X23 ondan şikayət və tələbinin olmamasına dair notarial qaydada ərizə vermişdir. Lakin, sonradan pulu almasına baxmayaraq X23 notariat ofisinə gedərək verdiyi ərizəni ləğv etdirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 2003-cü il tarixdən Yeni Suraxanı qəsəbə bələdiyyəsinin müavini olan vaxtdan tanımışdır, onun Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində böyük torpaq sahələri olmuşdur. X75, Təqsirləndirilən şəxs3, X98 və Təqsirləndirilən şəxs1 bir neçə müddətdir ki, tanıyır. O, torpaq alqı-satqısı ilə məşğul olan zaman makler kimi “Tap.az” elan saytında satılan torpaq sahələri yerləşdirmişdir. 2020-ci ilin iyun ayında makler tanışı Təqsirləndirilən şəxs4 satmaq istədiyi, özünün olmasını bildirdiyi torpaq sahələrinin elanını yerləşdirmişdir. Nərmin adlı qadın müştəri torpaq sahəsi ilə maraqlandıqda, o həmin müştərini Təqsirləndirilən şəxs4 yönəltmiş, lakin, həmin torpaq sahəsini İsmayılın neçəyə satmasından xəbəri olmamış, nə də ki, İsmayıl ona heç bir məbləğdə pul verməmişdir. Bundan başqa, o maklerlik fəaliyyəti ilə məşğul olan zaman Zərərçəkmiş şəxs11 həmyerlisi kimi Ramana qəsəbəsindən əvvəlcədən tanımış, 2020-ci ilin sonlarında ona içində yarımtikili ev olan Sovxoz Ramanı qəsəbəsi ərazisində torpaq sahəsi almağı təklif etmişdir, lakin, o, əri İlqarla həmin yerə baxdıqdan sonra yoldan uzaq olduğu üçün almaq istəməmiş, iki ay sonra təxminən 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs11 ona müraciət edərək Mübariz Həsənov və Təqsirləndirilən şəxs4 tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində ona satılan 6 sot torpaq sahəsini 7000 manata almasını demiş, həmin torpaq sahəsinə sənəd almaq üçün ona köməlik etməyi xahiş etmişdir. O, Zərərçəkmiş şəxs11 yaşadığı Ramana qəsəbəsindəki evinə çağırış əsasında getdikdə görmüşdür ki, orada İsmayıl, Mübariz və tanımadığı bir nəfər şəxs masada əyləşib çay içirlər. Aynurə xanım ondan İsmayılın Ramana qəsəbəsində torpaqlarının olub-olmamasını soruşmuş, İsmayılın uzun illər əvvəldən öz adına sənədləşdirdiyi torpaq sahələri olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs11 bu zaman ondan xahiş etmişdir ki, o da, onların alqısatqısı ilə bağlı ona şahid kimi əlyazma qəbz yazsın. O, X40 6 sot torpaq sahəsini Zərərçəkmiş şəxs11 satmasına dair qəbz yazmışdır. Təxminən 10-15 gün sonra Aynurə özü şəxsən ona müraciət edərək Mübariz və İsmayılgildən aldığı torpaq sahəsinə texniki pasport alınmasına ona köməklik etməsi və xərcini özü ödəyəcəyini demişdir. O, sənədləri Abşeron rayon DRX-nə aparmış, həmin sənədləşmə üçün Zərərçəkmiş şəxs11 ona 1100 manat vermiş, o da sənədləşmə işini başlatmış, lakin, İsmayılın həyat yoldaşı razılıq ərizəsi vermədiyi üçün sənədləşmə yarımçıq qalmış və bir müddət sonra İsmayıl torpaq sahəsini başqa şəxsə də satması məlum olduqda, Zərərçəkmiş şəxs11 şikayət etmişdir. 2020-ci ilin sonlarında Zərərçəkmiş şəxs3 Ramin adlı şəxsin adına olan Abşeron rayonu, Məhəmmədi kəndinin girişindəki torpaq sahəsindən 5 sot torpaq sahəsini hər sotunu 1600 manatdan razılaşıb satarkən Zərərçəkmiş şəxs3 3 sot torpaq sahəsinin pulunu Binəqədi rayonu, Azadlıq prospektində görüşüb 3900 manat olmaqla ona vermişdir. Ramin adlı şəxsin adından notarial qaydada etibarnamə vermiş və Aynurənin ödədiyi 3300 manat pulu torpaq sahibinə vermişdir. Sonradan Sabunçu rayon İcra Hakimiyyəti ona tikinti üçün icazəni yubatdığından Zərərçəkmiş şəxs3 Sabunçu RPİ-nə şikayət etmiş, o, Ramindən 3300 manat pulu alıb və özü makler kimi aldığı faiz pulunu, yəni, 600 manatı düzəldib Zərərçəkmiş şəxs3 geri ödəmişdir. O, Mübariz Həsənovun satdığı torpaq sahəsinə müştəri tapmamış, ola bilər ki, Təqsirləndirilən şəxs4 satış üçün elan qoyduğu torpaq sahəsini intiernetdə elanda qoymuş, lakin, o Aslan adlı müştəri ilə görüşməmiş, nə də ki, ondan 8000 manat pul alınmasında iştirak etməmişdir. O, Şahid17 ortaq tanışları Təqsirləndirilən şəxs4 yanında görüb tanımış, 2021-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində DƏDRX-dən çıxarışlı torpaq sahəsi təklif etmiş, yeri göstərməyi üçün Təqsirləndirilən şəxs4 yönəltmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs4 Nəsrəddinlə birlikdə başqa bir problemli torpaq sahəsini həmin Mətləb Əskərov adlı şəxsə satmış, onu aldadaraq pul almışlar. O, Mətləb Əskərovdan heç bir məbləğdə pul almamış, onunla görüşməmiş, ancaq mobil telefonda danışıq aparmışdır. Budan başqa o, Zərərçəkmiş şəxs30 epizodu ilə bağlı bildirir ki, maklerlik fəaliyyəti ilə məşğul olan zaman 2020-ci ilin mart-aprel ayında ona Pərviz adlı şəxs zəng edərək müştəri kimi Məhəmmədi qəsəbəsində torpaq sahəsi almaq istədiyini bildirmiş, o, Zərərçəkmiş şəxs30 digər maklerlə tanış etmiş, lakin, Zərərçəkmiş şəxs30 maklerlərin satdığı torpaq sahələrini almaq istəməmiş, sonradan isə o əlaqələndirdiyi makler Təqsirləndirilən şəxs4 Məhəmmədi qəsəbəsində olan tikili ev olan torpaq sahəsini almışdır. Sonradan həmin torpaq problemli olduqda Pərviz eyni qaydada zəng edərək ona məlumat vermişdir. 2020-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs4 özü qohumunun Ləhic bağlar massivində 15-ci dalanda yerləşən 10 sot bağ sahəsini torpaq sahəsini satmaq işədiyini bildirdiyindən o bu barədə elanı “tap.az” saytında qoymuşdur və müştəri kimi müraciət edən Aqşin adlı şəxsi Təqsirləndirilən şəxs4la əlaqələndirmişdir. Sonradan həmin Aqşin adlı şəxs İsmayılla özü görüşmüş, torpağa baxmış və o həmin görüşlərdə olmamış və nə qədər pul almasını ona İsmayıl deməmişdir. Sadəcə İsmayıl ona müştəri tapmağıma görə 200 manat pul göndərmişdir. Lakin, sonradan həmin torpaq sahəsinin sənədlərində problem çıxmışdır. Belə ki, Aqşin İsmayıldan DƏDRX-dən çıxarış tələb etmiş, lakin, Təqsirləndirilən şəxs4 sənədi Maştağa bələdiyyəsinin sənədi olmuşdur. 2021ci ilin fevral ayında Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 2 sot torpaq sahəsini satmaq üçün Vüsal Məmmədov ona müraciət etmiş, o, “Tap.az” saytında elan yerləşdirərək orada özünün ***-***-**-** nömrəsi ilə əlaqə nömrəsini qoymuşdur. Həmin ərəfədə müştəri kimi müraciət edən Vasif adlı şəxsə Vüsal Məmmədovun mobil nömrəsini vermişdir. Həmin torpaq sahəsinin hər sotu 2500 manata satmaq şərti ilə elanda qoyulmuşdur. Vüsal müştəri Vasif adlı şəxslə görüşüb torpaq sahəsini satdıqdan sonra bir neçə gün sonra onunla görüşərək 300 manat makler pulu vermişdir. Ona Zərərçəkmiş şəxs25 sonradan zəng etdikdə Vüsal pulu geri qaytarmaq üçün vaxt almağını xahiş etdiyindən o da, xahiş etmişdir ki, şikayət etməsin bir qədər gözləsin. Zərərçəkmiş şəxs31 ona Abşeron rayonu, Məhəmmədi qəsəbəsində 3 sot torpaq sahəsi almaq üçün müraciət etmiş, o Zərərçəkmiş şəxs31la görüşüb Məhəmmədi qəsəbəsində istəyinə uyğun torpaq sahəsi göstərmiş və 3600 manata razılaşmışlar. 4-5 gün sonra Samir onunla Əhmədli qəsəbəsində “Zərifə” şadlıq sarayının qarşısında görüşmüş, Samir ona 1600 manat ilkin ödəniş vermiş, o da onun yanında Rafiq adlı torpaq sahəsinin sahibinə vermiş, 300 manat Rafiq müəllim ona makler pulu vermişdir. Rafiq müəllim etibarnaməni də vermişdir. Samir 1 həftəyə qalan pulu verəcəyini söz versə də həmin vaxta pulu verməmiş, 1 ay sonra isə həmin torpaq sahəsinin yanından elektrik xəttinin keçməsini bəhanə gətirib pulunu geri tələb etdikdə Rafiq müəllim onunla acı danışmışdır. O bu səbəbdən razılaşma pozulmuşdur. Həmin torpaq sahəsi də real torpaq sahəsi olmuşdur, torpaq sahəsinin DƏDRX-dən çıxarışı da var idi, ancaq müştəri Zərərçəkmiş şəxs31 həmin razılaşmanı özü pozmuşdur. 2020-ci ilin aprel ayında tanışı X61 ilə söhbət əsnansında ona tanışı Zərərçəkmiş şəxs19 Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi 10 saylı fərdi yaşayış mənzilinin sənədləşdirilməsinə kömək etməyini xahiş etmişdir. Onlar Bakı şəhəri, Xətai rayonu, Təqsirləndirilən şəxs2 küçəsi 22 saylı ünvanda yerləşən “Əmioğlu” adlı kafeyə gəldikdə Kamran Bayramov onu Zərərçəkmiş şəxs19la tanış etmişdir. Söhbət zamanı Teymura Əmlak Komitəsində olan tanışının vasitəsi ilə evinə çıxarış düzəldə biləcəyini bildirmişdir. Həmin çıxarışı düzəltdirmək məqsədi ümumilikdə 3.250 manata pul alacağını bildirmişdir. Həmin kafedə ona ilkin olaraq 2.500 manat pul vermişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu 9 saylı Notariat ofisində həmin pulun qalığı olaraq 750 manat puluda ona vermişdir. Həmin evin sənədləşməsində gecikmə olduğuna görə Teymur ondan pulunu tələb etməyə başlamışdır. 2020-ci ilin iyun ayında tanışı X61 ilə söhbət əsnasında o, tanışı Zərərçəkmiş şəxs18 Bakı şəhəri, Xətai rayonu, Levanevski küçəsi 21F saylı fərdi yaşayış mənzilinin 0.03 ha torpaq sahəsinin qarşısındakı 0,01 ha torpaq sahəsini sənədləşdirilməsinə kömək etməyini xahiş etmişdir. 2020-ci ilin iyun ayında ona Kamran zəng edərək Əhmədin yaşadığı evin həyətinə dəvət etmişdir. O, Əhmədin həyətinə gəldikdə Kamran onları tanış etmiş, söhbət zamanı Əhmədə onun Təqsirləndirilən şəxs3 olmasını bilmişdir. O, Əhmədin adına olan çıxarışı götürüb baxdıqdan sonra Əmlak Komitəsində tanışı ilə məsləhətləşdikdən sonra onlara cavab deyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs18 evin sənədlərinin sürətini də almışdır. Təxminən 2-3 gündən sonra Kamrana zəng edərək qeyd olunan məsələni danışdığını və həmin torpaq sahəsinin onun deyil həyat yoldaşının adına yenidən sənəd çıxarılaraq həll edə biləcəyini bildirmişdir. Bu barədə bildirdikdə onunla razılaşmışlar. Təxminən 3-4 gündən sonra Kamranla telefonla danışaraq 1-ci ərazi dairəsindən bir nəfər lahiyə çəkən şəxslə Əhmədin yaşadığı ünvana gəlmişdir. Həmin lahiyə çəkən şəxs əlində lazer cihazı ilə Əhmədin yaşadığı evin həyətyani sahəsinin kordinatları çəkdikdən sonra getmişlər. Səhərisi gün Kamrana zəng edərək təxminən 0.01 ha torpaq sahəsinə yaxın bir ərazinin sənədləşərək çıxarışı olan evə əlavə olunacağını bildirmişdir. 2021-ci ilin iyun ayının 20sində Əhmədin yaşadığı evin həyətinə tərəfə gəlmişdir. Onlar Bakı şəhəri, Xətai rayonu, Levanevski küçəsində Əhmədin yaşadığı evin qarşısında görüşmüşlər. Onlara 1-ci ərazi dairəsi üzrə Əmlak komitəsinin əməkdaşı ilə danışdığını və qeyd olunan əlavə artırmanın sənədini hazırda yaşadığı-evin sənədinə artırmaq üçün 5.000 manat pul lazım olduğunu bildirmişdir. Onun dediyi sözlə razılaşdıqdan sonra Əhməd yaşadığı evə daxil olub 5.000 manat pulu götürüb ona sayaraq vermişdir. Bundan sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən notariat ofisində görüşərək Əhmədin adına olan yaşadığı evi həyat yoldaşı X17 adına keçirməklərini məsləhət görmüşdür. Orda 140 manat əməliyyatlara pul xərcləyib notariusdan sənəd aldıqdan sonra həmin sənədləri əmlak komitəsinə təqdim etmişlər. Təxminən 20 gündən sonra yoldaşının adına olan çıxarışı gedib əmlak komitəsindən götürdükdə 0.02 ha torpaq sahəsinin 0.03 olmadığını gördükdə onunla əlaqə saxlayıb nə səbəbdən artımın görsənmədiyini soruşduqda o onlara texniki səhv olduğunu bildirdib onlara nəticəsini deyəcəyini bildirdikdə Əhməd ondan 5.140 manat pulunu tələb etməyə başlamışdır. O Əhmədin pulunu 4.650 manatını ilkin istintaq zamanı, qalan pulu da sonradan tam ödəmişdir. Cinayət işi üzrə hər hansı şikayətçi onun adını çəkdiyi hallarda belə o makler fəlaiyyəti ilə məşğul olarkən əvvələr Təqsirləndirilən şəxs4 normal alqı-satqı etməsinə şahid olduğu üçün onu düzgün adam hesab edib ona müxtəlif müştərilər tapıb əlaqələndirmiş, lakin, onun heç kimi aldatmaq və pulunu ələ keçirmək məqsədi olmamışdır. O, həmçinin bildirmişdir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanı özünə aid hissədə ödəmiş, ona ittiham verilmiş epizodlar üzrə zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X98 ifadəsində göstərmişdir ki, o, 2020-ci il ərzində Bakı şəhərinin bir çox ərazilərində torpaq alqı-satqısı ilə məşğul olmuşdur. O, tanışı Təqsirləndirilən şəxs3 “tap.az” internet elan saytında yerləşdirdiyi və ona müştəri tapmağı tapşırdığı Sabunçu rayonu, Ramanı qəsəbəsində 2,5 sot torpaq sahəsi ilə müştəri kimi maraqlanan Zərərçəkmiş şəxs25 həmin torpaq sahəsini göstərmiş, razılaşdıqdan sonra 2021-ci ilin may ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çayxanada görüşüb həmin torpaq sahəsini satmaq məqsədi ilə 500 manat beh olaraq, sonradan isə 4600 manat pulunu almışdır. Həmin torpağı satarkən Elmin torpaq sahəsinin sahibi kimi X51 adlı şəxsi göndərmiş və torpaq sənədi ilə birlikdə Zərərçəkmiş şəxs25 Yasamal rayonu ərazisində yerləşən nömrəsi yadında qalmayan notariusda etibarnamə də verilmişdir. Lakin sonradan həmin torpaq sahəsinin sənədinin düz olmaması məlum olmuş və torpaq sahəsinin başqa sahibləri çıxmışdır. O, bu barədə Elminə bildirdikdə, o həmin sənədin əvəzindən başqa yer verəcəyini desə də həmin məsələni də alındırmamışdır. O Zərərçəkmiş şəxs25 aldığı puldan 4000 manat pulu vermiş, özünə isə 1100 manat qalmışdır və o öz üstünə düşən məbləği ödəməyə çalışacaqdır. Bundan başqa, 2020-ci ilin təxminən mart ayının ortalarında o, Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyində maklerlik fəaliyyəti ilə məşğul olan zaman ona sonradan adının Zərərçəkmiş şəxs9 olmasını bildiyi qadın müştəri qismində yaxınlaşaraq 3 sot Ramana qəsəbəsindən torpaq sahəsi almaq istədiyini bildirmiş, o, Zərərçəkmiş şəxs9 tanış makler Təqsirləndirilən şəxs4 satmaq üçün elan qoyduğu torpaq sahəsini təklif etmişdir. Güllü, onun qızı Afət, taksi sürücüsü ilə birlikdə Ramana qəsəbəsi Şuşa şəhərciyindəki həmin torpaq sahəsinə baxmağa getmiş, Güllü torpaq sahəsini bəyəndikdən sonra bildirmişdir ki, “Torpağın sahibi ilə danış əgər mən dediyim qiymətlə razlaşarsa alaram.” O, torpağın sahibi ilə danışıb deyəcəyini bildirmişdir. O, İsmayılla danışdıqdan sonra 24 mart 2020-ci il tarixdə Güllü xanıma zəng etmiş, torpaq sahəsinin sahibi ilə danışmağını, sənədini götürüb işlədiyi ofisə gəlməyini, torpağın sahibinin də yanında olmasını bildirmişdir. Həmin gün, təxminən saat 10 radələrində Güllü qızı Afət ilə birlikdə Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən ofisinə gəlmiş, o, orada Güllünü İsmayıl ilə tanış etmiş, Gülü xanıma bildirmişdir ki, bu şəxslər ona satmaq istədiyi torpağın sahibidir. X114 torpaq sahəsini 5000 manata satmasını demişdir. Güllü isə 4800 manat civarında ödəməyə razılaşmışdır və sənədləşmə ilə bağlı səhər saat 11 radələrində torpağın pulunu və şəxsiyyət vəsiqəni gətirərsən torpağı sənin adına sənədləşdirəcəkdir. Həmin vaxt Güllü torpaq sahəsinə görə 1000 manat behi İsmayıla vermiş, o da də öz zəhmət haqqını zarafatyana istəmişdir. Bundan sonra Güllü əlavə olaraq 200 manat ona zəhmət haqqı vermişdir. Güllü bildirmişdir ki, qalan 3700 manat pulu səhər gətirib verəcəkdir. 25 mart 2020-ci il tarixdə Güllü qızı Afətlə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində yerləşən istədikləri torpaq sahəsinə gəlmişlər, orada o və İsmayıl ilə görüşmüşlər. Güllü onlardan torpağın digər sahibi İlqarı nə vaxt gələcəyini soruşanda, İsmayıl bildirmişdir ki, narahat olmasın şəxsiyyət vəsiqəni ver, İlqarı evindən götürüb notariusa aparacaqdır, orada torpağı onun adına sənədləşdirəcəklər. Bundan sonra, Güllü qızı Afətin şəxsiyyət vəsiqəsini İsmayıla vermişdir. Bir müddət sonra X57 adından etibarnaməni Güllüyə vermişdir və torpağa görə qalan 3650 manatı isə Güllü ona vermiş, o da sayıb hamısını İsmayıla vermişdir. Güllü sonradan ona tikinti üçün layihə çəkməyi və hasar çəkdirməyi iki otaq ev tikməyi tapşırmışdır, 100 manat da ona usta pulu vermiş, o da də hasar tikmək işlərini başlatdırmışdır. 3-4 gün sonra Güllü də torpaq sahəsinin yanında olarkən torpaq sahəsinin başqa sahibləri çıxmışlar. O İsmayıla zəng edərək onu çağırmış, lakin İsmayıl gəlməmiş və artıq İsmayılın onu da aldadıb problemə salmasını başa düşmüşdür. Güllü bu səbəbdən pulu qaytarmağı tələb etmişdir. O da bu barədə İsmayıla bildirərək nə üçün onu problemə salmasını irad bildirib pulu geri qaytarmağı İsmayıldan tələb etmiş, lakin İsmayıl müxtəlif bəhanələrlə onu yubatmışdır. Bu hadisələrdən sonra Güllü dəfələrlə polisə şikayət etdikdən sonra İsmayıl ondan aldığı pulun 2000 manatını hissə-hissə qaytarmışdır, o, isə makler kimi İsmayıldan və Güllüdən aldığı ümumilikdə 800 manatı Zərərçəkmiş şəxs9 qaytarmışdır. Sonradan Güllünün kimə əlavə pul verməsindən və ya torpaq almaq üçün sövdələşməsindən xəbəri olmamışdır. Həmin mübahisə ilk yaranan vaxt torpaq sahəsində yaranan problemin həlli adı ilə Güllü xanımın adından Mübariz adlı şəxs torpaq sahəsinə gəlmiş, sonradan Yaşar adlı şəxs də VAZ 21011 markalı avtomobillə gəlmiş və Güllü ona Yaşar dayı deyə adlandırdığı şəxsin onun torpaq işini həll edəcəyini deyib onların avtomobilinə əyləşib getmişdir. O həmin ərəfədə Güllü xanıma zəng etdikdə də demişdir ki, o İsmayıldan pulu alıb geri qaytardıracaqdır, lakin o yenə Yaşar dayı dediyi şəxsin onun məsələsini həll etdiyini demiş və həmin vaxt heç ondan makler kimi verdiyi pulu da istəməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X75 ifadəsində göstərmişdir ki, o, sonuncu dəfə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinrərk 08 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası 20 oktyabr 2017-ci il tarixli qanunu tətbiq edilməklə 05 (beş) il müddətinə endirilmiş, təyin edilmiş cəzanı çəkidiyindən azad edilmişdir. Həbsdən çıxdıqdan sonra ev və torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onun tanışıdır. O, Nazim adlı maklerin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisindən 3000 manata 3 sot torpaq sahəsi almış, 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs4 ilə birlikdə həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. 12 iyun 2020-ci il tarixdə həmin torpaq sahəsini Zərərçəkmiş şəxs12 3000 manata sataraq əldə etdiyi puldan 1500 manatı Təqsirləndirilən şəxs4 vermiş, geri qalan 1500 manatı özünə götürmüşdür. O, şəxsiyyət vəsiqəsi olmadığı üçün başqa şəxsin adından torpaq sahəsinə dair Zərərçəkmiş şəxs12 etibarnamə vermiş, bir müddət sonra Zərərçəkmiş şəxs12 onunla əlaqə saxlayaraq torpaq sahəsində tikinti işləri apararkən tanımadığı şəxsin ora gələrək torpaq sahəsinin ona məxsus olduğunu bildirməklə tikintinin aparılmasına mane olduğunu bildirmişdir. O, məsələni araşdırmış, nəticədə Zərərçəkmiş şəxs12 başqa ərazidə torpaq vermək qərarına gəlmiş, Təqsirləndirilən şəxs4 tanışına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 10 sot torpaq sahəsindən 3 sot alaraq Zərərçəkmiş şəxs12 verəcəyini bildirmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxs4 və Bədirlə birlikdə Zərərçəkmiş şəxs12 ilə görüşmüş, aralarında olan söhbət zamanı onlar Zərərçəkmiş şəxs12 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 3 sot torpaq sahəsi verəcəklərini bildirmiş, Zərərçəkmiş şəxs12 onların təklifinə etiraz etməmişdir. O, sonuncudan məsələnin həll edilibedilmədiyini soruşduqda, Zərərçəkmiş şəxs12 onunla olan məsələsinin həll edildiyini bildirmiş, bundan sonra baş verənlərdən onun xəbəri olmamışdır. 2020-ci ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs1 Südeyif oğlu ona müraciət edərək, tanışı Zərərçəkmiş şəxs6 yaşadığı fərdi evin həyətində əlavə tikinti işləri aparmaq istədiyini, lakin, torpaq sahəsinin Dövlət Neft Şirkətinin balansında olduğu üçün buna icazə verilmədiyini bildirmiş, sonuncuya köməklik etməsini ondan xahiş etmişdir. O etiraz etməyərək torpaq sahəsinə baxmalı olduğunu bildirmiş, Yaşar və sonuncunun yanında gələn Sevda, həmçinin, oğlu Fərhad adlı şəxslə birlikdə torpaq sahəsinə baxış keçirtmişdir. O, torpaq sahəsinə baxış keçirtdikdən sonra bu məsələnə kömək edə biləcək tanışlarının olduğunu, bu səbəbdən, tikinti işlərinin aparılması üşün icazə ala biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs6tikinti işləri aparılması üçün nə qədər pul lazım olduğunu ondan soruşmuş, o, Zərərçəkmiş şəxs6 tikintiyə icazə almaq üçün 1500 manat İcra Hakimiyyətinə, 3000 manat isə Dövlət Neft Şirkətinə ödənilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs6 qeyd olunan məbləğdə pulunun olmadığını bildirmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs6 pulun bir hissəsini tapmasını, qalan hissəsini isə özünün düzəldərək verəcəyini, onun qoyduğu pulu isə hissə-hissə verməsini təklif etmiş, Zərərçəkmiş şəxs6 onun dediyi məbləği heç bir formada düzəldə bilməyəcəyini bildirdikdən sonra o, heç olmazsa 1400 manat pul düzəltməyi tapşırmışdır. Bu danışıqdan bir neçə gün sonra Zərərçəkmiş şəxs6 ona zəng edərək 800 manat pul düzəltdiyini bildirmiş, o, Zərərçəkmiş şəxs6 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, fərdi yaşayış evinə gedərək həmin pulu götürmüşdür. Bir neçə gün sonra əlavə olaraq Zərərçəkmiş şəxs6 yaşadığı evdə 150 manat, daha sonra isə 200 manat pul götürmüş, pulları aldıqdan bir neçə gün sonra Zərərçəkmiş şəxs6 onunla əlaqə saxlayaraq tikinti materialları almaq istədiyini bildirmişdir. O, heç bir problem olmadığını bildirərək Zərərçəkmiş şəxs6 işə başlamalarını tapşırmış, bir neçə tanışından icazənin hansı qaydada alınacağını soruşmuşdur. Lakin, Dövlət Neft Şirkətinin balansında olan torpaq sahələrində tikinti işlərinin aparılmasının mümkün olmadığını ona bildirilmişdir. O, Zərərçəkmiş şəxs6 aldığı pulun 300 manatını Təqsirləndirilən şəxs1 Südeyif oğluna vermiş, geri qalan pulu isə geri qaytara bilməmişdir. 2020-ci ilin sentyabr ayının sonlarında tanışı Təqsirləndirilən şəxs4 ilə birlikdə olduğu zaman Təqsirləndirilən şəxs4 mobil telefonuna zəng gəlmiş, Təqsirləndirilən şəxs4 mobil telefonla danışdıqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində görüş təyin etmişdir. Təqsirləndirilən şəxs4 telefonu söndürdükdən sonra kiminlə danışdığını soruşmuş, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində 4 sot torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinə baxmaq istəyən şəxslərin olduğunu bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs4 yenidən zəng gəlmiş, telefonla danışdıqdan sonra Təqsirləndirilən şəxs4 birlikdə gedərək torpaq sahəsini göstərməyi xahiş etmişdir. O etiraz etməmiş, Təqsirləndirilən şəxs4 ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə getmişdir. Orada iki nəfər şəxslə görüşmüş, onlardan birinin adının Taleh, digərinin adının isə Tohid olduğunu öyrənmiş, onlar birlikdə torpaq sahəsinə baxmağa getmişlər. Təqsirləndirilən şəxs4 həmin şəxsləri torpaq sahəsinə aparmış, onlarla orada torpağın 2 sotunu 3000 manata satmaqla bağlı razılıq əldə edilmişdir. Daha sonra həmin şəxslərdən biri Təqsirləndirilən şəxs4 200 manat beh verdikdən sonra bir neçə günə əlaqə saxlayaraq görüşməyi, torpaqla bağlı etibarnamə verməyi razılaşdırmışlar. 20 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs4 birlikdə olduğu zaman o, əvvəllər birlikdə torpaq göstərdiyi şəxslərdən birinə etibarnamə vermək lazım olduğunu bildirmiş, etibarnamə vermək üçün birlikdə 18 saylı Notariat Ofisinə getməyi təklif etmişdir. Taleh onunla razılaşmış,birlikdə Notariata getmişlər. Orada olduğu zaman X79 gəlmiş və o, Notariat kontoruna keçərək etibarnamə vermişdir. Etibarnamə verildikdən sonra yenidən Sabunçu rayonu, Ramana qəsəbəsinə qayıtmış, orada Taleh torpaq sahəsinin müqabilində Təqsirləndirilən şəxs4 2800 manat pul vermişdir. Bu hadisədən bir neçə gün sonra Taleh və Tohidlə birlikdə Təqsirləndirilən şəxs4 yanına gələrək ona Sabunçu rayonu, Ramana qəsəbəsində 3000 manat ödəmişlər. Onlar əvvəllər satılmış 2 sot torpaq sahəsinin yanında olan 2 sot torpaq sahəsini də Təqsirləndirilən şəxs4 almışlar. Daha sonra Təqsirləndirilən şəxs4 birlikdə 18 saylı Notariat Ofisinə getmişlər. Onun işləri olduğu üçün bu dəfə onlarla birlikdə getməmiş, sonradan həmin torpaq sahəsi ilə bağlı Təqsirləndirilən şəxs4 ilə həmin şəxslər arasında narazılıq olub-olmamasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs4 torpaq sahəsinin satışı ilə bağlı Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 aldığı ümumilikdə 6000 manat puldan ona hər hansısa bir məbləğ çatmamışdır. 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə olduğu zaman torpaq almaq istəyən müştəri olmasını, həmin müştəriyə boş torpaq sahəsini göstərmələrini, müştərinin 3,5 sot torpaq sahəsini 8000 manata almağa razılaşmasını bildirmişdir. O, 2020-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs4 birlikdə Zərərçəkmiş şəxs20 Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən «Əfsun» şadlıq sarayının yaxınlığında görüşərək torpaq sahəsinə dair etibarnamə alınması bəhanəsi ilə 300 manat pul almışlar. Aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs4 onu Zərərçəkmiş şəxs20 torpaq sahəsinin sahibi kimi təqdim etmişdir. 01 sentyabr 2020-ci il tarixdə, günorta saatlarında o, Təqsirləndirilən şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxs20 ilə görüşmüş, Suraxanı rayon İcra Hakimiyyətinin yanında olan adsız kafedə Təqsirləndirilən şəxs4 onu torpaq sahəsinin sahibi kimi təqdim etmiş, orada 7800 manat torpağın pulunu almışdır. Zərərçəkmiş şəxs20 notariusa getmələrini bildirdikdə, Təqsirləndirilən şəxs4 guya təcili işinin olmasını bildirərək növbəti gün notariusa getməyi təklif etmiş, bundan sonra Zərərçəkmiş şəxs20 ilə ayrılmışdır. Həmin gün, yəni, 01 sentyabr 2020-ci il tarixdə, günün ikinci yarısında Zərərçəkmiş şəxs20 ona zəng vuraraq torpaq sahəsinin başqa şəxslərə aid olduğunu bildirdikdə o, Gəncə şəhərinə getdiyini bəhanə etmiş, sonra isə Zərərçəkmiş şəxs20 pulunu qaytarmamışlar. 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs11 onun tanışı Təqsirləndirilən şəxs4 müraciət edərək “tap.az” internet saytından gördüyü Təqsirləndirilən şəxs4 satdığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa” şəhərciyindən 2,5 sot torpaq sahəsi alınmasında köməklik göstərilməsini xahiş etmişdir. Həmin torpaq sahəsini satışa elan üçün Təqsirləndirilən şəxs3 yerləşdirmiş, Təqsirləndirilən şəxs3 da, müştəri xanımla görüşməyi xahiş etdiyi üçün o, Təqsirləndirilən şəxs4 ilə getməyə razılaşmış, danışığa əsasən, o, özünü torpaq sahibi kimi təqdim etmişdir. 2020-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində Zərərçəkmiş şəxs11 evində əri Şahid14 adına 18 saylı notariat kontorunda etibarnamə verildikdən sonra görüşərək 7000 manat pulu ev sahibi Zərərçəkmiş şəxs11 qohumları Əli və Nizaminin yanında alıb saymış, orada Təqsirləndirilən şəxs4 vermiş, Zərərçəkmiş şəxs11 qohumu pul alınan zaman onların video görüntülərini qeydə almışdır. Onlar pulu aldıqdan sonra Təqsirləndirilən şəxs3 oraya gələrək əl yazma qəbz yazmışdır. Onlar ayrıldıqdan sonra Təqsirləndirilən şəxs4 ona 2000 manat pul vermişdir. Təqsirləndirilən şəxs3 torpaq sənədinin qanuni olmasına onu inandırmış, sonradan torpaq sahəsinin sənədi düz çıxmadığı üçün Zərərçəkmiş şəxs11 və əri Şahid14 ona zəng edərək görüşə çağırmış, o, həmin şəxslərlə görüşərək onları sakitləşdirməyə çalışsa da, Zərərçəkmiş şəxs11gil onların barəsində polisə müraciət etmişdir. O, Zərərçəkmiş şəxs11 razı salmaq üçün özünə məxsus olan torpaq sahəsini təklif etsə də, Zərərçəkmiş şəxs11 onun təklifi ilə razılaşmamışdır. 2020-ci ilin iyun ayında Təqsirləndirilən şəxs4 ilə birlikdə olduğu zaman Təqsirləndirilən şəxs3 onunla əlaqə saxlayaraq bir nəfər qadının internetə yerləşdirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı onunla əlaqə saxladığını bildirərək torpaq sahəsinin onlara göstərməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs4 onun xahişi ilə onun iştirakı ilə Zərərçəkmiş şəxs7 ilə Sabunçu Ramana qəsəbəsində görüşmüş, Zərərçəkmiş şəxs7 yanında tanışı Sadıqov Yaşar adlı şəxs olmuşdur. Zərərçəkmiş şəxs7 torpaq sahəsini bəyəndikdən sonra ilkin olaraq 3500 manata, qalan 1700 manatı isə iki aya ödəmək şərti ilə razılaşmışlar. Sadıqov Yaşar 3500 manatı Təqsirləndirilən şəxs4 vermişdir. Ümumiyyətlə, yoldaş kimi həmin vaxt Təqsirləndirilən şəxs4 yanında olmasına baxmayaraq o, həmin puldan heç bir məbləğdə götürməmiş, nə də ki, müştəri kimi torpaq almaq istəyən Zərərçəkmiş şəxs7 ilə heç bir danışıq aparmamışdır. 2020-ci ilin may ayında tanışı Təqsirləndirilən şəxs4 ona müraciət edərək müştəri kimi ona müraciət edən Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Suraxanı qəsəbəsində ona göstərdiyi torpağı bəyənmədiyini, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən torpaq sahəsi almaq istədiyini bildirmiş, o, bununla bağlı Təqsirləndirilən şəxs3 məlumat vermişdir. Babayev X83 rayonu, Ramana qəsəbəsində yerləşən “Araz” marketin arxa hissəsində torpaq sahəsi olduğunu demiş, o da, bu barədə, Təqsirləndirilən şəxs4 məlumat vermişdir. Torpağı almaq istəyən şəxslər Təqsirləndirilən şəxs4 ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsindəki 6 sot torpaq sahəsinə gedərək baxaraq oranı bəyənmiş, Zərərçəkmiş şəxs8 ona 100 manat beh vermişdir. O, torpaq sahəsinin 15000 manata satıldığını bildirərək torpağın əmisi oğlunun adında olmasını demişdir. Onlar həmin pulu hissə-hissə verəcəklərini demiş, onlarla razılaşmışdır. Həmin şəxslər 4 saylı Asan xidmətə getmək istəsələr də, torpaq adında olan şəxsin Xətai rayonu ərazisindəki notariat kontoruna gələcəyini deyərək X22 şəxsiyyət vəsiqəsinin surətini almış, onlardan ayrılmışdır. O, növbəti gün 18 saylı Notariat kontoruna getmiş, orada onun şəxsiyyət vəsiqəsi olmadığından tanışı, adında torpaq sahəsi olan X32 adından X22 adına etibarnamə vermiş, daha sonra Təqsirləndirilən şəxs4 ilə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə Zərərçəkmiş şəxs8 evinə gəlmiş, orada 9000 manat pul almışdır. O həmin puldan 6500 manatı Təqsirləndirilən şəxs4 və həmin torpaq sahəsini təşkil edən Təqsirləndirilən şəxs3 vermişdir. Sonradan həmin torpaq sahəsinə başqa şəxslərin yiyələnməsini aşkar edən Zərərçəkmiş şəxs8 və atası onlardan verdiyi pulu tələb etməyə başladıqda o, bununla bağlı, Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs3 məlumat vermiş, onlar yaranmış problemi tez bir zamanda həll edəcəklərini bildirmələrinə baxmayaraq heç bir tədbir görməmişlər. Zərərçəkmiş şəxs8 torpağa dair onunla alqı-satqı müqaviləsi bağlanmadığı üçün polisə şikayət etmişdir. 2020-ci ilin təxminən mart ayında Təqsirləndirilən şəxs4 2,5 sot torpaq sahəsini digər makler Vüsalın vasitəsi ilə Zərərçəkmiş şəxs9 satarkən sənəd torpaq sahəsinə uyğun gəlmədiyindən Zərərçəkmiş şəxs9 narazılıq etdiyini bildirmiş, o, Zərərçəkmiş şəxs9 ilə razılıq əldə etməsini Təqsirləndirilən şəxs1 Südeyif oğlundan xahiş etmişdir. 2020-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində gələrək torpaq sahəsinin yanında Zərərçəkmiş şəxs9 ilə görüşmüş, söhbət əsnasında Zərərçəkmiş şəxs9 qohumlarını tanıyıb həmyerli olduqlarını müəyyən etmişlər, Yaşar ondan şikayət etməməyi xahiş edib, İsmayılgildən pulu alıb verəcəyini bildirdikdə Güllü sakitləşmiş və problemi həll etməsini Təqsirləndirilən şəxs1 tapşırmışdır. Təqsirləndirilən şəxs1 Südeyif oğlu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində torpaq sahəsi olmasını və yekun olaraq 5000 manata həmin torpaq sahəsini alıb ona verəcəyini bildirmiş, həmin torpaq sahəsinə baxmağa getdikləri zaman Zərərçəkmiş şəxs9 torpaq sahəsini bəyənmiş, aralarında razılıq əldə olunmuşdur. Zərərçəkmiş şəxs9 ona 3200 manat pul vermiş, sonradan Zərərçəkmiş şəxs9 əri onunla görüşərək Zərərçəkmiş şəxs9 evdən pul oğurlamasını bildirdiyindən onu sakitləşdirmək üçün 200 manat qaytarmışdır. Daha sonra isə Zərərçəkmiş şəxs9 problemli adam olmasını bildiyi üçün daha onunla görüşməmişdir. Təqsirləndirilən şəxs1 Südeyif oğlu onunla sonra da görüşmüş, Təqsirləndirilən şəxs1 Südeyif oğlunun əlavə Zərərçəkmiş şəxs9 hər hansı məbləğdə pul alıb-almamasından xəbəri olmamışdır. 2020-ci ilin may ayında Əsgərov X43 rayonu, Ramana qəsəbəsində Naxçıvan restoranının yaxınlığında torpaq sahəsi satmaq üçün müştəri qismində Zərərçəkmiş şəxs22 Səhrəddin oğlu ilə görüşüb torpağı etibarnamə verməklə 3500 manata satmış, sonradan həmin torpaq sahəsi mübahisəli yer olması səbəbindən ondan xahiş etmişdir ki, həmin şəxslə görüşüb başqa torpaq sahəsi satmaq üçün razı salsın. O, makler yoldaşı olduğundan razılaşmışdır. O həmin ərəfədə Zərərçəkmiş şəxs22 Səhrəddin oğlu ilə görüşüb bildirmişdir ki, ona Təqsirləndirilən şəxs4 tərəfindən pulu qaytarmaq çətin olsa da, əlavə torpaq sahəsi verilə bilər. Zərərçəkmiş şəxs22 Səhrəddin oğlu başqa torpaq sahəsi almağa razılaşmışdır. O, Sabunçu rayonu, Ramana qəsəbəs, sovxoz ərazisində bir qədər aralıda 2 sot yarım torpaq sahəsini ona göstərmiş, daha yaxşı yer olduğu üçün əlavə 3000 manat pul ödəməli olmasını bildirmişdir. Zərərçəkmiş şəxs22 Səhrəddin oğlu razılaşmış, onun şəxsiyyət vəsiqəsini götürüb xx.xx.2020-ci il tarixdə X52 adından başqa bir etibarnamə vermiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində onunla görüşüb həmin torpaq sahəsinə görə əlavə 2100 manat pulu Zərərçəkmiş şəxs22 Səhrəddin oğlundan almışdır. Lakin, sonradan həmin torpaq sahəsinə də başqaları sahib çıxmaq istəyərkən Zərərçəkmiş şəxs22 Səhrəddin oğlu ona bu barədə bildirdikdə, o, Zərərçəkmiş şəxs22 Səhrəddin oğluna tikintiyə davam etməsini desə də, Zərərçəkmiş şəxs22 Səhrəddin oğlu razılaşmamış və sonradan polisə şikayət etmişdir. 2020-ci ilin aprel ayında Təqsirləndirilən şəxs3 ona zəng edərək Məhəmmədli qəsəbəsində satışda olan həyətyanı evi Zərərçəkmiş şəxs30 almaq istədiyini, Pərvizlə görüşüb həmin evi ona göstərməyi bildirmişdir. O, şəriki Təqsirləndirilən şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxs30 ilə görüşüb həmin evi ona göstərmiş, Zərərçəkmiş şəxs30 evi bəyənib almaq istədiyini bildirmişdir. Aralarında olan danışığa əsasən evin qiyməti 20.000 olduğundan Zərərçəkmiş şəxs30 həmin evə ilkin olaraq 14.500 manat pul verəcəyini, qalan 5.500 manat məbləği isə bir il ərzində ödəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs30 14.500 manat pulu aldıqdan sonra onlar həmin pulu ev sahibinə verməli olmuş, həmin pulun 1 faizi onlara verilməli olmuşdur. Zərərçəkmiş şəxs30 bəyəndiyi ev sahibini o, görməmiş və tanımırmış, həmin şəxsin evinin satılması ilə əlaqədar məlumatları Təqsirləndirilən şəxs3 almışdır. O və İsmayıl Elmin onlara bildirdikdən sonra Pərvizlə görüşüb ona mənzili göstərmişlər. Pərvizdən 9000 manat pulu ona verdikdən sonra o İsmayıl ilə razılaşmışlar ki, həmin pulu ələ keçirsin. O Pərvizdən pulu alıb sayaraq İsmayıla vermişdir. Sonra Pərvizlə sənədləşmə aparılması üçün notariat kontoruna getmək lazım olduğunu bildirmişlər. Bundan sonra o, İsmayıl və Pərviz Nəsimi rayonu ərazisində olan notariat kontoruna getmişlər. Orada onlar boş torpaq sahəsinə dair Pərvizə etibarnamə vermişlər. Etibarnamə Müsabi adlı şəxsin adından verilmişdir. Lakin Pərviz ona verilmiş etibarnamənin boş torpaq sahəsinə dair verilməsini bilməmişdir. Belə ki, Pərviz etibarnamənin ona almaq istədiyi evə görə verilməsini başa düşmüşdür. Bundan sonra onlar çölə çıxmışlar və Suraxanı rayonu ərazisinə gəlməyə başlamışlar. Suraxanı rayonu ərazisində yolda o yalandan sənədlərin hazırlanması üçün Pərvizdən pul istəmişdir və ondan 200 manat almışdır. Pərviz getdikdən sonra Elmin ilə görüşmüşlər və baş verənlər barədə Elminə bildirmişlər. Onlar hər üçü, yəni o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la razılaşmışlar ki, həmin pulu öz aralarında bölsünlər. Həmin puldan ona 3.000 manat və yolda Pərvizdən sənədləşmə adı ilə aldığı 200 manat çatdı. Qalan pulu Elmin və İsmayıl öz aralarında bölmüşlər. Sonradan Pərviz ona zəng edərək bildirmişdir ki, ona satdıqları ev sahibinin onun pulunun verilməməsini və evdən çıxmağı tələb etməsini demişdir. O Pərvizə narahat olmağını bildirmişdir onu aldatmışdır. Sonra o Elmin və İsmayıla zəng edərək Pərvizin zəng etməsini demişdir. Bundan sonra İsmayıl və Elmin Bədir adlı şəxs vasitəsilə Pərvizi aldatmışlar. Belə ki, öyrəndiyinə görə Bədir Pərvizin onlara verdiyi 14.500 manat pulun qarşılığında Pərvizə Ramana qəsəbəsində 4 sot torpaq sahəsini göstərib sənədləşmə aparılması üçün 500 manat alaraq aldatmışdır. Bundan əlavə X94 verdiyi torpaq sahəsinin yanında Pərvizə 4 sot torpaq sahəsini verərək sənədləşmə üçün 300 manat pul almışdır. X116 rayonu 18 saylı notariat kontorunda etibarnamə vermişdir. Çünki o onların yanında olmamış və iştirak etməmiş, bunları ona İsmayıl və Elmin demişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs33 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. 2017-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs1 ona özünə məxsus Əli adlı tanışının adına keçirilmiş Bakı şəhəri, Suraxanı rayonu ərazisində 4 sot torpaq sahəsini satdığını bildirmiş, o, Təqsirləndirilən şəxs1 ilə birlikdə torpaq sahəsinə baxaraq bəyənmişdir. Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, torpaq sahəsini Əli adlı tanışına 15000 manata satıb və Əli orada tikinti işləri apararaq əlavə 3600 manat xərc çəkmiş, lakin, sonradan oradakı tikinti sökülmüş, həmin pulu, yəni 18600 manatı ondan aldıqdan sonra Əliyə qaytaracaqdır. O, ilk dəfə 2017-ci ilin yanvar ayının axırlarında 2500 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən stansiyanın yanında Təqsirləndirilən şəxs1 vermişdir. 2017-ci ilin fevral ayının axırlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən «Astoriya» restoranının içində Təqsirləndirilən şəxs1 əlavə 16100 manat pul vermişdir. Həmin zaman orada onlardan başqa heç kim olmamış, Təqsirləndirilən şəxs1 tez bir zamanda torpaq sahəsini onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona verdiyi vədə əməl etməmiş, torpaq sahəsini pulunu almasına baxmayaraq onun adına sənədləşmə işləri aparmamışdır. Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etmədiyi üçün onun barəsində Sabunçu RPİ-yə şikayət vermişdir. Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-də aparılan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və tanışları ondan şikayətini geri götürməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 aldığı pulu 3 gün ərzində geri qaytaracağını bildirdiyi üçün o, 2018ci ilin avqust ayında Təqsirləndirilən şəxs1 şikayət və tələbinin olmamasına dair notarial qaydada ərizə vermiş, lakin, Təqsirləndirilən şəxs1 öhdəyini yerinə yetirməyərək ondan aldığı pulu geri qaytarmamış, bu səbəbdən, o, 06 sentyabr 2018-ci il tarixdə yenidən 6 saylı notariat kontoruna müraciət edərək Təqsirləndirilən şəxs1 şikayət və tələbinin olmamasına dair ərizəsini ləğv etdirərək Sabunçu RPİ-nin İŞ-yə təqdim etmişdir. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmədiyi üçün ona qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ilin mart ayının əvvəlində əri İlqarla birlikdə «tap.az» internet elanlar saytı vasitəsi ilə Təqsirləndirilən şəxs4 ilə danışaraq tanış olmuş, həmin elanda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən 6 sot torpaq sahəsinin satılması qeyd edilmiş və elanda olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayıb danışmışlar. Danışıq zamanı İsmayıl kimi özünü təqdim edən şəxs ona və həyat yoldaşı Şahid14 Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Südçülük sovxozunda elandakından da artıq, 8,5 sot torpaq sahəsi satmağı təklif etmişdir. Həmin vaxt o və əri İlqarla birlikdə Ramanı qəsəbəsinə getmişlər və onları yolun girəcəyində Mübariz adlı şəxs qarşılayaraq İsmayılın torpaq sahəsini göstərmək üçün gəldiyini demişdir və torpaq sahəsinin üstünə aparmışdır. İsmayıl orada onları gözləyirmiş, o və əri İlqar həmin torpaq sahəsinə baxıb bəyənmişlər. Onlar, Mübariz və İsmayılla razılaşdıqdan sonra yaşadıqları Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Bünyadzadə küçəsi 4A saylı ünvanda İsmayıl, Elmin, Mübariz adlı şəxslərlə görüşərək onlarla torpaq sahibi kimi özünü təqdim edən Mübarizə və İsmayıla əlbəəl 7000 manat pulu o, yoldaşı İlqarın dayısı Nizami və dayısı oğlu Əlinin yanında vermişdir. Həmin vaxt özünü Emin kimi təqdim edən lakin sonradan adının Təqsirləndirilən şəxs3 olduğunu bildiyi şəxs əlyazma sənəd yazaraq 7000 manat X47 pul verməyini təsdiqləmiş və bütün iştirakçılar imzaları ilə həmin əlyazmanı təsdiq etmişlər. Həmin vaxt əri İlqarın dayısı oğlu X100 mobil telefonu ilə İsmayıla, Mübarizə pul verməyini, Elminin isə əlyazma yazmasını videoya çəkmişdir, İsmayıl onlara qalan 3000 manatı verdikdən sonra 21 günə həmin torpaq sahəsinin kadastrını çıxarıb əri Şahid14 adına sənədləşdirərək təqdim edəcəyinə vəd vermişdir. Həmçinin, ərindən şəxsiyyətini təsdiq edən sənədləri götürərək çıxarış verəcəyini, Elmin adlı şəxs isə həmin günün axşamı onların evinə gələrək 1400 manata daha ucuzuna həmin torpaq sahəsinə DƏDRX-dən çıxarış alıb düzəldəcəyini bildirmiş, o da Elminə inanaraq ona 1400 manat pulu əlbəəl evində vermişdir. Bundan təxminən 1 ay sonra o, sonuncularla əlaqə saxlayan zaman onlar pandemiya ərəfəsi olduğunu və digər səbəbləri bəhanə gətirib vaxtı uzatmağa başlamışlar. Əlavə olaraq o, İsmayıl ilə 10000 manata danışdıqları torpaq sahəsinin pulunun qalıq hissəsini hissə-hissə ödəyirmişlədr. Belə ki, 2020-ci ilin aprel ayı ərzində İlqar onun yığdığı puldan götürüb Mübarizə hissə-hissə Ramana qəsəbəsində 1300 manat pul vermişdir, sonuncu dəfə İsmayıl ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2 saylı doğum evinin qarşısında əri İlqar görüşərək sonuncuya əlbəəl 300 manat vermişdir. Sonradan isə vaxt yubandıqda Mübariz Həsənov onlarla görüşüb 300 manat pulu alaraq sənədləşmə işini özü həll edəcəyinə vəd vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs4 və X75 və Təqsirləndirilən şəxs3 10000 manat pul vermişlər. Belə ki, Təqsirləndirilən şəxs3 1400 manat, Mübariz və İsmayıla isə 7000 manat ilkin, hissəhissə 1300 manat hər ikisinə, sonuncu dəfə isə 300 manat pulu Mübarizə torpaq sahəsini almaq, sənədləşmək vədlərinə inanıb vermişlər. Lakin onlar həmin pulları aldıqdan sonra vədlərinə əməl etməmişlər və onlara heç bir torpaq sahəsi verməmişlər. Onu inandırmaq üçün X52 adından 18 saylı notariat kontoru tərəfindən 2,5 və 6 sot Ramanı Südçülük sovxozu ərazisindəki torpaq sahəsinə dair əri İlqarın adına etibarnamələr versələr də, sonradan onlara məlum olmuşdur ki, həmin torpaq sahəsi başqa şəxslərə aiddir. O həmin videoçəkiliş olan görüntüləri istintaqa diskə köçürülmüş vəziyyətdə təqdim edə bilər. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 10 may 2020-ci il tarixdə torpaq sahəsi almaq üçün «Tap.az» internet səhifəsində tapdığı İsmayıl adlı maklerlə həmin tarixdə ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayaraq Yeni Suraxanı qəsəbəsində olan satılıq torpaq sahəsinə baxmaq üçün razılaşmışlar, özünü torpağın sahibi kimi təqdim edən X75 ilə, makler kimi təqdim edən Təqsirləndirilən şəxs4 ilə və Emin adlı sürücüsünün idarə etdiyi «Xəzər» markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yeni Suraxanıda yerləşən dəmir yol xəttinin yanında görüşmüşlər. Həmin torpaq sahəsi xoşuna gəlmədiyi üçün evə qayıtmışdır. 16 may 2020ci il tarixdə İsmayıl ona zəng edərək Yeni Ramana qəsəbəsində «Araz» marketin arxasında münasib qiymətə torpaq sahəsinin olduğunu demişdir. O, həmin gün həmin torpaq sahəsinə baxaraq evə qayıtmış və sonra zəng edərək torpaq sahəsini bəyəndiyini demiş və 17 may 2020-ci il tarixdə görüşmək barədə razılaşaraq həmin günü yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4090/94, 4 saylı evin qarşısında görüşərək ilkin olaraq 150 manat torpaq sahəsinə dair beh vermişdir. 19 may 2020-ci il tarixdə anası Əzizə həmin şəxslərlə Əhmədli qəsəbəsində yerləşən 18 saylı notariat kontoruna gedərək orada sənədləşmə işlərini görmüş və sənədləşmə zamanı İsmayıl onun anasından rüsum kimi ödənilməsini bildirərək 120 manat pul almışdır. Sənədləşmə qurtardıqdan sonra anası ilə Mübariz yaşadığı mənzilin qarşısına qayıdaraq anası 10000 manat pulu sürücüsü Emin adlı şəxsin yanında vermişdir. Bundan sonra Mübarizin göstərişinə əsasən o, 22 may 2020-ci il tarixdə yaşadığı evin qarşısında onun sürücüsü kimi göndərdiyi Eminə əvvəlcə 1000 manat və daha sonra isə 1800 manat pul vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi Mübariz adlı şəxsə məxsus deyildir və Mübarizlə İsmayıl onu aldadaraq onun ümumilikdə 12950 manat pulunu ələ keçirmişlər. O, pulunu tələb etdikdə isə həmin şəxslər müxtəlif bəhanələr gətirərək pulunu ödəməkdən yayınmışlar. Hadisə nəticəsində ona ümumilikdə 13070 manat maddi ziyan dəymişdir. Həmin pulun 10000 manatı anası Əzizə Rəcəbova versə də, həmin pul ona məxsus olmuşdur və anası onun xahişi ilə pulu vermişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının əvvəllərində torpaq alıb ev tikdirmək qərarına gəlmişdir. Bundan sonra Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə getmiş, bir neçə ev alqı-satqı ofisinə yaxınlaşmışdır. Həmin vaxt Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində torpaq və ev alqı-satqısı ilə məşğul olan Vüsal adlı şəxsə yaxınlaşaraq Ramana qəsəbəsindən torpaq sahəsi almaq istədiyini bildirmişdir. Vüsal adlı şəxs İsmayıl və İlqar adlı tanışlarının olduğunu və sonuncuların Ramana qəsəbəsi ərazisində 2.5 sot torpaq sahəsinin olduğunu bildirmişdir. O, həmin torpağın qiymətini Vüsaldan soruşanda, Vüsal torpaq sahəsinin qiymətini 5000 manat olmasını demiş, lakin o, Vüsala 5000 manat pulunun olmadığını, həmin torpaq sahəsinə görə 4500 manat verə biləcəyini bildirmişdir. Bundan sonra Vüsal ilə birlikdə həmin torpaq sahəsinə baxmaq üçün getmiş, torpaq sahəsindən xoşu gəlmiş, Vüsala bildirmişdir ki, sahibi ilə danışsın əgər onun dediyi qiymətlə razlaşarsa alar. Vüsal da ona torpağın sahibi ilə danışıb bildirəcəyini demişdir. 24 mart 2020-ci il tarixdə Vüsal onun istifadə etdiyi mobil telefonuna zəng vuraraq demişdir ki, torpaq sahəsinin sahibi ilə danışımış, sənədini götürüb tez onun işlədiyi ofisə gəlsin, torpağın sahibidə oradadır. Həmin gün təxminən saat 10 radələrində qızı Afət ilə birlikdə tanışı Turanın idarə etdiyi avtomobillə Vüsalın Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən işlədiyi ev alqı-saqısı ofisinə getmişlər. Orada Vüsal onu İlqar və İsmayıl adlı şəxslərlə tanış edib bildirmişdir ki, bu şəxslər ona satmaq istədiyi torpağın sahibləridirlər. Həmin vaxt o, sonunculara torpaq sahəsindən xoşum gəlməsini, nə vaxt sənədləşdirmələrini demiş, sonuncular isə bildirmişlər ki, səhər saat 11 radələrində torpağın pulunu və şəxsiyyət vəsiqənizi gətirər torpağı onun adına sənədləşdirərlər. Həmin vaxt o, torpaq sahəsinə görə Vüsala 1000 manat beh vermişdir, Vüsalda həmin pulu İsmayıla vermiş və bildirmişdir ki, onun zəhmət haqqını kim verəcək. Bundan sonra o, əlavə olaraq 200 manat Vüsala zəhmət haqqı vermişdir. Sonunculara bildirmişdir ki, qalan 3650 manat pulu səhər gətirib verəcəkdir. 25 mart 2020-ci il tarixdə yenə qızı Afətlə birlikdə tanışı Turanın avtomobili ilə birlikdə Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində yerləşən Vüsalgilin ona satmaq istədikləri torpaq sahəsinə gəlmiş, orada Vüsal və torpağın sahibi İsmayıl ilə görüşmüşdür. O, sonunculardan torpağın digər sahibi ilqarı nə vaxt gələcəyini soruşanda, İsmayıl bildirmişdir ki, narahat olmasın şəxsiyyət vəsiqəni versin, özü ilqarı evindən götürüb notariusa aparacaq, orada torpağı onun adına sənədləşdirəcəklər. Bundan sonra o, qızı Afətin şəxsiyyət vəsiqəsini İsmayıla vermiş, İsmayılda demişdir ki, burada onu gözləsinlər. Təxminən 3 saatdan sonra İsmayıl qayıtmış, sonuncunun dalınca İsmayıl gəlmiş, orada İsmayıl ona etibarnamə verib bildirmişdir ki, torpağın sənədi budur, ilqar öz adından onun qızının adına etdibarnamə vermişdir. O, da, etibarnaməni İsmayıldan götürmüş və torpağa görə qalan 3650 manatı Vüsala vermiş, Vüsalda həmin pulu İsamayıla vermişdir. 27 mart 2020-ci il tarixdə aldığı torpaq sahəsinə daş və qum tökdürmüş, usta çağırmışdır ki, işə başlasın. Təxminən 4-5 gündən sonra usta ona zəng vuraraq bildirmişdir ki, torpaq sahəsinə «qonşular gəliblər ki, bu torpaq başqa şəxsindir, sən nə iş görürsən burda». Bundan sonra o, həmin torpaq sahəsinə gəlmiş, orada bir nəfər İlqar adlı şəxslə görüşmüş, həmin İlqar adlı şəxs ona etibarnamə göstərmişdir ki, «mən sizin aldığınız torpaq sahəsini İsmayıl və İlqar adlı şəxslərdən 4000 manata almışam». Həmin vaxt ona məlum olmuşdur ki, ev alqı satqısı ilə məşğul olan Vüsal, onun tanışları İsmayıl və İlqar onu aldadaraq saxta etibarnamə verib pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Bundan sonra o, orada polisə şikayət edəcəyini bildirmiş və pulunu qaytarmalarını tələb etmişdir. Bu zaman həmin yerə Təqsirləndirilən şəxs1 və X75 gəlmişlər. Sonuncular gəldikdən sonra Təqsirləndirilən şəxs1 şikayət etməməsini, İsmayılgildən verdiyi 4650 manatı alaraq verəcəyini bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs1 ona başqa torpaq sahəsinin alınması üçün 4100 manat və tikinti işlərinin aparılması üçün 1700 manat pul tələb etmiş, lakin torpağa sənəd verilmədiyi üçün həmin pulu da Təqsirləndirilən şəxs1 tələb etmişdir. Hazırda Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyan geri qaytarılmışdır. Eyni zamanda onu vurulmuş ziyaynın 2000 manat hissəsi İsmayıl tərəfindən qaytarılmışdır. Odur ki, Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbi yoxdur. X129 və Həsənov Mübarizdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, o, əvvəllər tanıdığı Elmin adlı ev və torpaq alqı-satqısı ilə məşğul olan şəxsin vasitəsi ilə Mübariz və İsmayıl adlı şəxslərlə tanış olmuş, sonuncularla bir həftə ərzində müxtəlif ərazilərdə torpaq sahələrinə baxmış və yekunda Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 3,5 sot torpaq sahəsini görüb bəyənmişdir. Mübariz həmin torpaq sahəsinin ona məxsus olmasını və 8000 manata satdığını bildirmişdir. O, Mübarizlə razılaşmış və 31 avqust 2020-ci il tarixdə dostu Rəşadın vasitəsi ilə Mübariz və İsmayıla 300 manat beh göndərmişdir. Rəşad isə pulu Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən «Əfsun» şadlıq sarayının yaxınlığında Mübariz və İsmayıla vermişdir. 01 sentyabr 2020-ci il tarixdə təxminən saat 13 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində yerləşən Suraxanı rayon İcra Hakimiyyətinin inzibati binasının yanında yerləşən adsız kafedə Mübariz və İsmayılla görüşmüş sonuncular ondan 7800 manat pul almışlar. Həmin zaman dostu Rəşad onunla birlikdə olmuş və pulu Rəşad Mübarizə vermiş, Mübariz isə pulu saydıqdan sonra X52 adından ona etibarnamə vermişdir. Bundan sonra onlar bir daha torpaq sahəsinə gələrək ölçüb biçdikdən sonra oradan getmiş, o, hər ehtimala qarşı adını xatırlamadığı qonşuluqda yaşayan şəxsə Rəşadın nömrəsini verərək torpağa nəzarət etməsini xahiş etmişdir. Həmin gün saat 16.30 radələrində həmin qonşu Rəşada zəng vuraraq təcili torpaq sahəsinə gəlmələrini bildirdiyindən o, Rəşadla birlikdə həmin yerə gəldikdə orada 3 nəfər qadın 1 nəfər isə oğlanın olmasını görmüş, həmin şəxslər torpaq sahəsinin onlara məxsus olmasını və ona verilmiş etibarnamənin saxta olmasını bildirmişlər. Bu səbəbdən o, Mübariz, İsmayıl və Eminə zəng vuraraq torpaq sahəsinə gələrək aydınlıq gətirməsini bildirdikdə, sonuncular onunla danışmaq istəməmişlər. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 2019-cu ildə «Tap.az» internet saytında torpaq sahəsi almaq üçün axtarış etdiyi zaman orada elan yerləşdirmiş ***-***-**-** nömrəsi ilə Emin adlı şəxslə əlaqə saxlamış, Emin ona danışıq zamanı Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvanında 10 sot boş torpaq sahəsi olmasını, qısa zamanda onunla bir nəfər şəxsin əlaqə saxlayacağını bildirmişdir. Bir gün sonra İsmayıl adlı şəxs onunla əlaqə saxlamış və oğlu ilə birlikdə İsmayıl ilə həmin gün yaşadığı evin yaxınlığında görüşüb elanda yerləşdirilmiş torpaq sahəsinə baxmaq üçün getmişlər. O, oğlu ilə birlikdə torpaq sahəsinə baxdıqdan sonra həmin sahəni bəyəndikləri üçün İsmayıl ilə razılığa gəlmək üçün söhbət etmişlər. İsmayıl həmin torpaq sahəsinin alınması üçün ona ümumilikdə 10000 manat pul ödəməli olduğunu demişdir. Bundan sonra o, torpaq sahəsinə görə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bül- Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 11 saylı evin qarşısında İsmayıla 700 manat beh vermiş, bir müddət sonra, yəni 09 mart 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat kontorunda görüşərək 4500 manat pulu İsmayıla verməklə etibarnamə almış, aradan təxminən bir həftə keçmiş Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsində yerləşən «Bül-Bülə» şadlıq sarayının yanında əlavə 5500 manat pulu da İsmayıla vermişdir. Lakin aradan bir neçə gün keçmiş İsmayıl torpaq sahəsinin proyektinin çəkilməsi üçün ondan əlavə olaraq 600 manat pulu tələb etdikdə, o, məcbur qalıb həmin məbləği yaşadığı ünvanın yaxınlığında İsmayıla vermişdir. Yenə də bir neçə gün sonra İsmayıl ondan əlavə olaraq xəritəçəkmə ilə əlaqədar olaraq əlavə 200 manat istəmiş və o, yenə də yaşadığı evin qarşısında həmin pulu İsmayıla vermişdir. O, tamamilə razılaşdıqları ödənişləri etdikdən sonra İsmayıldan torpaq sahəsinin sənədləşməsini tələb etdikdə İsmayıl ilə Emin adlı şəxs torpaq sahəsinin sənədləşməsini tamamlamaqdan boyun qaçırmışlar. Bundan sonra isə o, İsmayılın guya ona satdığı torpaq sahəsinə baxış keçirən zaman həmin torpaq sahəsində başqa şəxslər tərəfindən tikinti işlərinin aparılmasını aşkar etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs29 ifadəsində göstərmişdir ki, 2021 -ci ilin avqust ayının sollarında yaşadığı evin yaxınlığından torpaq sahəsi almaq istəmiş və bununla əlaqədar olaraq Tap.az elan saytında yerləşdirilmiş elnalara baxırmış. Həmin ərəfədə Tap.az elan saytında Arif adlı şəxsin onun yaşadığı evin yaxınlığında yerləşən 3 sot torpaq sahəsini satması barədə yerləşdirdiyi elanı görmüş və Ariflə torpaq sahəsində görüşüb baxdıqdan sonra 5000 manata razılaşmışdır. İlk 300 manat beh vermiş və 3 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə günorta saatlarında o Ariflə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən notariat kontorunda görüşmüşdür. Həmin vaxt sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs2da Ariflə birlikdə gəlmiş və sahənin ona məxsus olduğunu deyərək onu inandırmışdır. O orada Azərin şahidliyi ilə Arifə qalan 4700 manat pulu vermiş və bundan sonra Azər həmin notariat kontorunda onun adıma etibarnamə ilə birlikdə adına olan torpaq sahəsinə dair Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 20 noyabr 1997-ci il tarixli 11 nömrəli çıxarışını ona vermişdir. O torpaq sahəsini aldıqdan sonra sahəni hasara almış və içərisində abadlıq işləri apararaq təxminən 1000 manat pul xərcləmişdir. Təxminən 1 ay bundan əvvəl o torpaq sahəsinə nəzarət etmək məqsədi ilə gedən zaman hasarın üstündə sahənin satılması barədə elan görmüş və buna görə də həmin nömrə ilə əlaqə saxlamışdır. Həmin vaxt Orxan adlı şəxs sahənin yaxınlığında görüşüb söhbət etmiş və Orxan öz sənədləri ona göstərmişdir. Bundan sonra o Təqsirləndirilən şəxs2 ona verdiyi sənədləri Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndəliyində yoxlatmış və həmin sənədin saxta olduğunu ona bildirmişlər. Bundan sonra o mütəmadi Arifə zəng edib verdiyi pulu qaytamasını tələb etsədə Arif hər dəfəsində müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Arif və Təqsirləndirilən şəxs2 birlikdə ona qarşı dələduzluq edərək başqa şəxsə məxsus torpaq sahəsini ona satmaları nəticəsində pulunu ələ keçirmişlər. Həmin dələduzluq əməli nəticəsində ona qarşı 5000 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş X78 ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayının əvvəllərində ailə üzvləri ilə məsləhətləşərək torpaq sahəsi alaraq ev tikmək qərarına gəlmişlər. Bunun üçün bir neçə şəxslə maraqlanmış və bəyəndikləri torpaq sahələrinin baha olması səbəbindən ala bilməmişlər. Bundan sonra “tap.az” sosial şəbəkəsində olan satılıq torpaq sahələrinə baxmağa başlamışlar. Bu zaman Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində 0,6 hektar torpaq sahəsinin satıldığını görmüş və elana qoyulmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng etmişdir. Telefona cavab verən şəxs özünü “Emin” kimi təqdim etmişdir. O, həmin şəxsə sosial şəbəkəyə qoyduğu torpaqla bağlı zəng etdiyini bildirmiş, “Emin” adlı şəxs ona mobil telefon nömrəsi vermiş və həmin şəxsin adının İsmayıl olduğunu, sonuncu ilə danışaraq torpaq sahəsinə baxmağı təklif etmişdir. Bundan sonra o, “Emin” adlı şəxsin verdiyi İsmayıl adlı şəxsin mobil telefonuna zəng etmiş və sonuncuya mobil telefonu “Eminin” verdiyini bildirmişdir, İsmayıl adlı şəxs məsələdən xəbərinin olduğunu bildirmiş və Savalan yaşayış massivinə gəlməyi təklif etmişdir. O, İsmayılla razılaşaraq 07 mart 2021-ci il tarixində, gündüz saatlarında həyat yoldaşı Gülnarə ilə birlikdə Savalan yaşayış massivinə getmişlər. Orada İsmayıl adlı şəxslə görüşmüş və bu zaman İsmayılın yanında Azər adlı şəxsin olduğunu görmüşdür. İsmayıl torpaq sahəsini göstərdikdən sonra həmin torpaq sahəsinə əvvəllərdə baxdığını, lakin qiymətdə razılaşmadıqlarına görə ala bilmədiyini sonunculara bildirmişdir, İsmayıl isə torpaq sahəsinin özlərinə məxsus olduğunu bildirmişdir. O, bu zaman İsmayıla torpaq sahəsinin sahibinin gəlməsini tələb etmişdir. İsmayıl isə Azər adlı şəxsin torpaq sahəsinin sahibinin xalası oğlu olduğunu deyərək razılıq olduğu halda torpağın sahibini gətirəcəyini demişdir. O, İsmayıla torpaq sahəsini almaq istədiyini bildirmiş və bu zaman İsmayıl ondan beh istəmişdir. O, İsmayıla behi torpaq sahəsinin sahibi ilə görüşdükdən sonra verəcəyini demişdir. Bundan sonra onlar bir razılaşmış və 08 mart 2021-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yenidən İsmayıl və Azərlə görüşmüşlər. Orada İsmayıla ilk əvvəl 1000 manat beh vermişdir, İsmayıl isə 1000 manatın az olduğunu bildirmiş və bundan sonra əlavə olaraq sonuncuya 1000 manatda beh vermişdir, İsmayıl və Azərlə 09 mart 2021-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən notariusda görüşərək alqı-satqı etməklə bağlı razılıq əldə etmişlər. Həmin günün səhəri qeyd edilən notariusun qarşısında görüşmüşlər. Bu zaman İsmayıl, Azər, İntiqam və Nəsrəddin adlı şəxslərlə birlikdə ora gəlmişdir. O, bu zaman İsmayıl adlı şəxsdən özünü “Emin” kimi təqdim edən şəxsin harada olduğunu soruşmuş, intiqam “Emin” adlı şəxsin əvəzinə gəldiyini bildirmişdir. Onlar notariusa daxil olmuş və orada Nəsrəddin adlı şəxs torpaqla bağlı ona etibarnamə vermiş, eyni zamanda torpağa dair bir sıra sənədlər vermişdir. O, ödənilməli olan 13000 manatı avtomobildə əyləşərək Nəsrəddinin xalası oğlu Azər adlı şəxsə vermişdir. Azər adlı şəxs pulu saydıqdan sonra İsmayıla məxsus avtomobilə əyləşmişlər və “Emin” adlı şəxsin gözlədiyini bildirərək oradan getmişlər. Bu hadisədən bir neçə gün sonra aldığı torpaq sahəsində tikinti işləri görmək istəmişdir. Ancaq torpaq sahəsinə gələn bir neçə nəfər şəxs torpağın onlara məxsus olduğunu bildirmişlər. O, bundan sonra dəfələrlə “Emin” kimi özünü təqdim edən şəxsin 070 *** ** ** mobil telefon nömrəsinə, həmçinin İsmayıl, Nəsrəddin və Azər adlı şəxslərlə dəfələrlə zəng etsə də, hər dəfə bir bəhanə ilə vaxtı uzadaraq pulu geri qaytarmamış, eyni zamanda torpağı təhvil verməmişlər. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs21 nümayəndəsi X53 ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs21 2019-cu ilin may ayında ev almaq qərarına gəlmişdir. Təsadüfən vasitəçi kimi elandan götürdüyü mobil telefon nömrəsinə zəng etmişdir. Telefona cavab verən şəxs onu Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsin dairəsi deyilən ərazidə avtobus danacağının yanxınlığında yerləşən ofislərinə dəvət etmişdir. O ofisə getmiş və orada normal ev almaq istədiyini bildirmişdir. Həmin zaman oraya ev sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs4 adlı şəxs gəlmiş və onlar birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən əraziyə gəlmişlər, Təqsirləndirilən şəxs4 orada ona evi göstərmişdir. Həmin, ev təmirsiz olduğundan onlar razılaşmışlar ki, o ilkin olaraq 14000 manat pul ödəsin və evin təmiri başa çatdıqdan sonra əlavə olaraq 2000 manat da ödəməlidir. Ümumilikdə evi 16000 manata alacaqmış. Bundan sonra onlar birlikdə yenidən yuxarıda qeyd etdiyi ünvanda yerləşən ofisə qayıtmışlar və orada o beh kimi 2000 manat pulu İsmayıl adlı şəxsə vermişdir. Qalan 12000 manat pulu isə həmin günün səhərisi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyində aldığı evin yaxınlığında İsmayıla ödəmişdir. Bundan iki gün sonra isə o evin sənədləşməsinə görə İsmayıla həmin yerdə 650 manat pul vermişdir. 2 gün sonra isə evin təmirinə başlanılması üçün o yenidən Şuşa şəhərciyi ərazisində Kamilə 400 manat pul vermişdir. Həmin günü isə İsmayıl tərəfindən ona evi almağına dair etibarnamə verilmişdir. Lakin sonradan o öyrənmişdir ki, həmin ev qurudulmuş su sahəsində tikilmişdir və ona görə də İsmayıl və Kamil ilə əlaqə saxlayaraq ödədiyi pulun geri qaytarılmasını bildirdikdə onlar onunla kobud danışmışlar və bundan sonra müxtəlif bəhanələrlə onun pulunu qaytarmaqdan yayınmağa başlamışlar. Daha sonra Təqsirləndirilən şəxs4 bildirmişdir ki, pulun bir hissəsini Elmin adlı şəxsə vermişdir. Lakin Təqsirləndirilən şəxs4 hazırkı məhkəmə iclasında bu halı danır. Odur ki, İsmayıt Əsgərov və Təqsirləndirilən şəxs3 şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs28 ifadəsində göstərmişdir ki, o, 2021-ci avqust ayında oğlu Ələkbər üçün torpaq almaq qərarına gəlmiş, internet vasitəsilə “Tap.az sayıtnda torpaqlara baxmış, saytda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində 12 sot torpaq sahəsinin satılmasını görmüşdür. İnternetdəki elanda olan vasitəçinin nömrəsini götürərək ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlamış, həmin şəxs özünü Elmin kimi təqdim etmişdir. O, Elminə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan Massivində yerləşən torpaq sahəsini almaq istədiyini bildirmişdir. O, onlarla torpaq sahəsində görüşüb söhbət etmiş, həmin vaxt onlar üç nəfər olmuşlar. xx.xx.2021-ci torpaq sahəsinə Təqsirləndirilən şəxs2 və Vəli Dadaşov, Azərin oğlu kimi təqdim etdiyi şəxs gəlmiş, o, oğlu Ələkbər, yeznəsi X42 ilə birlikdə torpaq sahəsinə baxıb bəyənmiş, 100 manat beh vermişdir. xx.xx.2021-ci il tarixdə 20 yanvar metrostansiyanın yaxınlığındakı 14 saylı notariat kontorunda 6 sot torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış, o, 15000 manat pulu 14 saylı notariat kontorunun binasında yerləşən “Muğan” Banka köçürmüş, həmin pulu Təqsirləndirilən şəxs2 Muğan Bankdan çıxartmışdır. 2021-ci ilin noyabr ayında oğlu ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən torpaq sahəsinə hasar hördürmək məqsədi ilə mişar daşı aparmış, lakin, ora getdikləri zaman torpaq sahəsinin hasara alındığı, hasarın üzərində ***-***-**-** saylı mobil nömrəsinin yazıldığını görmüşdür. Həmin mobil nömrə ilə əlaqə saxlamış, zəngi cavablandıran şəxs torpaq sahəsinin ona məxsus olduğunu, onların aldadıldığını bildirmiş, sonradan onunla Sabunçu rayonu, Maştağa qəsəbəsində görüşdükdə o, eyni onlara verilən Maştağa icra nümayəndəliyinin qərarından kiril hərfləri ilə yazılmış çıxarışı və notariat qaydada etibarnamə göstərmişdir. Onlar bununla bağlı Təqsirləndirilən şəxs2 zəng edərək məlumat vermiş, onu Sabunçu rayonu, Maştağa qəsəbəsindəki torpaq sahəsinə çağırmışlar. Təqsirləndirilən şəxs2 yasda olmasını bəhanə edərək gəlməmiş, sonradan telefon zənglərini cavablandırmamışdır. Bu səbəbdən aldadıldığını anlayıb müxtəlif hüquq mühafizə orqanlarına, o cümlədən, Sabunçu rayon Polis İdarəsinə və Sabunçu rayon prokurorluğuna şikayət ərizələri ünvanlamışdır. O, 14 saylı Notariat kontorunun müdiri X24 da, şikayətçidir, çünki, o, torpaq sahəsinin mülkiyyətçisinin Təqsirləndirilən şəxs2 olmadığını bildiyi halda onlara bu barədə məlumat verməmiş, alqı-satqı müqaviləsi sənədi verərərk 15000 manat pulu bankla Təqsirləndirilən şəxs2 ödətdirib aldadılmaqlarına zəmin yaratmışdır. Həmin dələduzluq cinayəti nəticəsində ona 15100 (on beş min yüz) manat dəyərində maddi ziyan dəymişdir. Qeyd etmişdir ki, o, “tap.az” saytında elan qoyan özünü Elmin kimi təqdim ***-***-**-** saylı nömrə ilə edən şəxslə torpaq sahəsini almamışdan danışdıqda həmin şəxs özünün Ermənistanlı olmasını, qətiyyən aldatma olmadığını və arxayın həmin torpaq sahəsini almaq barədə vədlər verərək onları inandırdıqdan sonra Təqsirləndirilən şəxs2 yönləndirmişdir. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs3 olması ona məlum olmuşdur. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidr. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında ev tikmək üçün boş torpaq sahəsi almaq qərarına gəlmişdir. Bu məqsədlə internetdə satılıq torpaq sahəsi elanlarına baxmışdır. Bu zaman sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxsin Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən 2 sot torpaq sahəsi satdığını görmüşdür. Onun elanda yerləşdirilmiş mobil telefon nömrəsi ilə əlaqə saxlamış və atası Elxan Azərin satdığı torpaq sahəsində onunla görüşmüşdür. X138 görüşüb evə gəldiyi günün səhəri birlikdə gedərək torpaq sahəsinə baxmışlar. Torpaq sahəsini bəyəndikdən sonra Azərlə əlaqə saxlaçə. və torpaq sahəsini almaq istədiyini bildirmişdir. Azər isə həmin günün səhərinə görüş təyin etmişdir və görüşəcəkləri yeri isə Bakı şəhəri, Sabunçu rayonu. Bakıxanov qəsəbəsində yerləşən 16 saylı Notariat Ofisinin yaxınlığını müəyyən etmişdir. Azər dediyi vaxtda, dediyi ünvana getmişlər və orada Azərlə görüşmüşlər. Görüşdükdən sonra 16 saylı Notariat Ofisinə daxil olmuşdur və orada Azərlə onun arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlandıqdan sonra çölə çıxmışlar və onun avtomobilinə əyləşmişlər. Avtomobildə atasının iştirakı ilə Təqsirləndirilən şəxs2 6000 manat pulu vermişlər. Azər pulu götürərək saymışdır və onlarla sağollaşaraq getmişdir. Bu hadisədən sonra o torpağın sənədlərini də götürərək su çəkdirmək üçün Su İdarəsinə getmişdir. Orada danışmış və su idarəsinin əməkdaşları sənədə baxdıqdan sonra həmin sənədin başqa ərazi olduğunu bildirmişdir. Bundan sonra o Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə getmişdir. Orada sənədləri yoxlatdırmışdır və bu zaman Təqsirləndirilən şəxs2 onu aldadaraq başqasına məxsus torpaq sahəsini satdığını öyrənmişdir. Bundan sonra Sabunçu RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona qarşı Təqsirləndirilən şəxs2 dələduzluq əməli nəticəsində 6000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin dekabr ayının ortalarında özünə Abşeron rayonu, Məhəmmədi qəsəbəsindən torpaq sahəsi almaq qərarına gəlmişdir. Almaq üçün torpaq sahəsi axtardığı zaman sonradan adının Təqsirləndirilən şəxs3 olduğunu bildiyi şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs3 ilə tanış olduqda sonra o, Abşeron rayonu, Məhəmmədi qəsəbəsində 1,5 sot torpaq sahəsi satıldığını bildirmiş və həmin torpaq sahəsini almağına köməklik edə biləcəyini demişdir. O Elminə torpaq sahəsinə baxmaq istədiyini bildirmişdir. Elmin onunla razılaşmışdır və Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən 1,5 sot torpaq sahəsini ona göstərmişdir. O torpaq sahəsinə baxdıqdan sonra onu almaq istədiyini demişdir və qiymətinin neçəyə olduğunu soruşmuşdur. Bu zaman Elmin torpaq sahəsini 5000 manata satdığını bildirmişdir. O qiymətin baha olduğunu bildirərək endiri etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 isə qiymətdə endirim edərək oranı 4000 manata sata biləcəyini bildirmişdir. O Təqsirləndirilən şəxs3 torpaq sahəsini almaq üçün yalnız 3900 manat pulunun olduğunu demişdir. Onun bu sözündən sonra Elmin razılaşmış və heç bir problemin olmadığını bildirmişdir. Razılıq əldə etdikdən sonra Elmindən torpaq sahəsində tikinti işləri aparmağa icazənin olubolmamasını soruşmuşdur. Bu zaman Elminin yanında gələn, sonradan Təqsirləndirilən şəxs4 olduğunu bildiyi şəxs tikinti işləri aparmaq üçün icazə almaqla bağlı əlaqələrinin olduğunu, bu işdə kömək edə biləcəyini bildirmişdir. O da İsmayıldan icazə almaq üçün nə qədər xərcinin çıxacağını soruşmuşdur. İsmayıl adlı şəxs isə tikinti işlərinin aparılmasına icazə almaq üçün 500 manat pul lazım olduğunu demişdir. O həmin pulu da düzəldib verəcəyini bildirmişdir. Bu danışdıqdan bir neçə gün sonra, dəqiq olaraq 23 dekabr 2020-ci il tarixində Elmin və İsmayılla yaşadığı Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evdə görüşmüşlər. Orada Təqsirləndirilən şəxs3 3900 manat, Təqsirləndirilən şəxs4 isə 500 manat pul vermişdir. Pulları verdikdən sonra onlarla birlikdə 11 saylı Notariat Ofisinə getdik və orada Təqsirləndirilən şəxs3 ona etibarnamə vermişdir. Etibarnamə ona verildikdən bir müddət sonra Elmin və İsmayılla əlaqə saxlayaraq tikinti üçün icazənin nə yerdə olduğunu soruşmuşdur. Hər dəfə zəng etdikdə onların müxtəlif bəhanələrlə vaxtı uzatdığını görüb ona verilmiş etibarnaməni və sənədlərin surətləri yoxlatdırmış və bu zaman ona satılmış torpaq sahəsinin başqa şəxsə məxsus olduğunu, ona təqdim edilən sənədlərin başqa bir torpaq sahəsinin sənədləri olduğunu öyrənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 onu aldatdıqlarını anlayaraq onlarla əlaqə saxlamış və pulunu tələb etmişdir. Lakin onlar hər dəfə bir bəhanə ilə vaxtı uzadaraq pulu qaytarmaqdan yayınmışlar. Sonda o məcbur olub baş verənlərlə bağlı Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciət etmişdir. Araşdırma dövründə Təqsirləndirilən şəxs3 ona vurulmuş ziyanı hissə-hissə tam şəkildə ödəmişdir. O Təqsirləndirilən şəxs3 3900 manat, Təqsirləndirilən şəxs4 isə 500 manat verərkən yanında başqa adam olmamışdır. Ona ümumilikdə 4400 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin noyabr ayında özünə torpaq almaq istəyərkən “tap.az” internet saytında satışa qoyulmuş torpaqlara baxmış və həmin elanlardan 070- 215- 01-07 nömrəsinə zəng etmişdir. Özünü Emin kimi təqdim edən şəxslə danışıb Maştağa qəsəbəsi Ləhic bağ massivi 15-ci dalandakı 10 sot satışa qoyulmuş torpaq sahəsi ilə maraqlanmışdır. Sonradan həmin şəxsin İsmayıl adlı torpaq sahibi kimi təqdim etdiyi şəxslə görüşməyi təklif etməsi əsasında bir gün sonra Ləhic bağlar massivində torpaq sahəsinin üstündə İsmayıl adlı şəxslə ***-***-**-** mobil nömrəsi ilə danışıb görüşmüşdür və torpaq sahəsini bəyəndikdən sonra qiyməti ilə maraqlanmışdır. İsmayıl həmin torpaq sahəsini Eminin 8000 manata satmasını, özünün makler olmasını bildirmiş və əlavə 1000 manat da torpaq sahəsinin sənədləşməsi üçün verməli olduğunu bildirmiş, o da razılaşmış və ayrılmışlar. Bundan 2-3 gün sonra, təxminən 2020-ci ilin noyabr ayının ortalarında o Eminlə zəngləşərək pulu hazır etdiyini bildirmiş, İsmayıl və Emin adlı şəxslə zəngləşib Sabunçu rayonu, Ləhiç bağlar massivi 15-ci dalanda görüşmüş və 8000 manat pulu onlara vermişdir. Emin ona Maştağa bələdiyyəsinin vergi ödəyicisi sənədini vermiş və o əlavə olaraq sənədi götürəndə 1000 manat pulu Eminə vermişdir. Sonradan, xx.xx.2021ci il tarixdə o həmin torpaq sahəsini hasara almaq istədikdə, həmin yerin Hacı adlı başqa sahibinin olmasını və ona verilən sənədlərin saxta olmasını müəyyən etmişdir. Bu səbəbdən o xx.xx.2021-ci il tarixdə Sabunçu RPİ-nin 42-ci PB-nə ərizə ilə müraciət etmiş və izahatını vermişdir. Təhtiqat araşdırması zamanı İsmayıl adlı şəxsin Təqsirləndirilən şəxs4 və özünü Emin kimi təqdim edən şəxsin Təqsirləndirilən şəxs3 olması ona məlum olmuşdur. Belə ki, ona şəxsiyyət sənədləri təhqiqat araşdırması zamanı ona qarşı dələduzluq edən həmin şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün təqdim edildikdə o Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tanımışdır. Həmin dələduzluq cinayəti nəticəsində ona 9000 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, 2018-ci ilin oktyabr ayının əvvəllərində «tap.az» elanla rastlaşmış, həmin elanda yerləşdirilmiş nömrə ilə əlaqə saxladıqda, cavab verən şəxs özünü Təqsirləndirilən şəxs4 kimi təqdim etmiş və evin Ramana qəsəbəsində 2 sot torpaq sahəsinin içərisində 1 mərtəbəli olmasını bildirmişdir. O, İsmayıl ilə görüşüb gedib həmin evə baxmış, evi bəyəndiyindən 18 oktyabr 2018-ci il tarixdə yaşadığı ünvan 19 ünvanında yerləşən mənzildə İsmayıla 12000 manat vermişdir. Həmin vaxt yanında atası Təvəkkül olmuşdur, İsmayıl həmin vaxt evin sənədlərini hazırlayaraq iki günə xəbər edəcəyini bildirmişdir. Lakin bundan sonra İsmayıl ilə əlaqə saxlayaraq evin sənədlərinin nə vaxt hazır olacağını soruşduqda İsmayıl müxtəlif bəhanələr gətirərəuk vaxtı uzadırmış. O, artıq İsmayılın onu aldatdığını başa düşərək sonuncudan polisə şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs30 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin mart ayında kirayə yaşadığı üçün özünə ev almaq qərarına gəlmiş, bu məqsədlə internetdə “Tap.az” saytına daxil olaraq Məhəmmədli kəndinə iki sot torpaq sahəsinin içərisində bir mərtəbəli evin tam təmirsiz 20000 manata satışa çıxarılmasını görmüşdür. Saytda qoyulan ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə əlaqə saxladıqda özünü Elmir adlı kimi qələmə verən şəxslə satışa çıxartdığı evə baxmaq istədiyini bildirmişdir. Elmir ona makler olduğunu bildirib ev sahiblərinin onunla əlaqə saxlayacaqlarını söyləmişdir. Bundan sonra həmin günü Mübariz adlı şəxs onunla mobil telefon əlaqəsi saxlayaraq yanında olan İsmayıl adlı şəxslə birlikdə Məhmmədli kəndinə görüş yeri təyin etdiyi ünvana gəlmişlər. O evə baxıb bəyəndiqdən sonra Şamaxinka deyilən ünvanda yerləşən notarait kontoruna gedib orada ona “Müsabi” adlı şəxs tərəfindən etibarnamə verilmiş, onlarla birlikdə yenidən Məhəmmədli kəndinə qayıtmış və orada Mübariz adlı şəxsə 14500 manat pul vermişdir, qalan 5500 manat pulu isə bir il ərzində onlara verəcəyinə razılaşmışdır. Əlavə olaraq Mübariz ondan evin sənədlərinin hazırlanması məqsədi ilə Hava limanına gedən maqistral yoldan, Suraxanı rayonuna giriş hissəsinə dönən istiqamətində 200 manat pul almışdır. Bundan sonra aldığı evin həyətində iş görməyə başlamış və evin həyətinin darvazasının açarını dəyişmişdir. Təxminən dörd aydan sonra aldığı evə baş çəkməyə getmiş və görmüşdür ki, darvazanın açarı dəyişilib və Rəşad adlı şəxs ona yaxınlaşaraq Mübariz adlı şəxs tərəfindən satılan evin əslində ona məxsus olduğunu satışı çıxarılmasına baxmayaraq ona pulun verilmədiyini söyləmişdir. Bundan sonra Mübarizlə əlaqə saxladıqda ona Bədir adlı şəxs zəng edib bildirmişdir ki, Mübariz adlı şəxsə verdiyi pulu qaytaracaqdır və yaxud əvəzinə torpaq verəcəkdir. Bədir daha sonra onunla görüşüb Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi deyilən ünvanda dörd sot torpaq sahəsini göstərib ona Mübarizə verdiyi pulun əvəzində verdiyini söyləyib satıb pulunu bərpa etməyini söyləmişdir. O Bədir tərəfindən verilən torpaq sahəsinin daş hasarına öz nömrəsini yazaraq satışa çıxartmış və Bədirə özünün deməsinə görə torpaq sahəsinin onun adına sənədləşdirilməsi məqsədi ilə 500 manat pul istəmiş və həmin ünvanda ona 500 manat pul vermişdir. Daha sonra İsmayıl Bədirin ona verdiyi torpağ sahəsinin yanında əlavə olaraq dörd sot torpaq sahəsi vermiş və həmin torpaq sahəsinin sənədləşdirilməsi məqsədi ilə ondan Bakı şəhəri Xətai rayonu, 18 saylı notariat kontorunun yanında 300 manat pul almışdır. Lakin sonradan məlum olmuşdur ki, ona verilən torpaq sahəsi Alim adlı şəxsə məxsusdur. Bundan sonra o artıq aldanıldığını bilib bu barədə şikayət etmişdir. O 14500 manat pulu ev almaq məqsədi ilə Mübariz Həsənova, 300 manat pulu Təqsirləndirilən şəxs4 vermiş, 500 manat pulu isə Bədirə Mübarizin əvəzinə verdiyi torpaq sahəsi üçün sənədləşmə işi aparılması məqsədilə vermişdir. Mübarizə 14.500 manat pulu 21 aprel 2020-ci il tarixdə, Mübarizə əlavə 200 manat pulu 28 aprel 2020-ci il tarixdə, Bədir adlı şəxsə 500 manat pulu 2020-ci ilin avqust ayının əvəllərində, İsmayıl adlı şəxsə 300 manat pulu 2020-ci ilin avqust ayının ortalarında vermişdir. O 14.500 manat pulu Mübarizə Abşeron rayonu, Məhəmmədli kəndində, 200 manat pulu Mübarizə H.Əliyev adına hava limanına gedən yolun Suraxanı rayonu ərazisinə düşən hissəsində, Bədirə 500 manat pulu 2020-ci ilin avqust ayının əvvəllərində Nərimanov rayonu ərazisində “saat” deyilən yerin yanında, İsmayıla 300 manat pulu isə 2020-ci ilin avqust ayının ortalarında Xətai rayonu, Əhmədli qəsəbəsində olan notariat ofisinin qarşısında vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs22 Səhrəddin oğlu ifadəsində göstərmişdir ki, o əvvəllər X50 və Təqsirləndirilən şəxs4 tanımamış və onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2020-ci ilin aprel ayının sonlarında İsmayıl adlı şəxslə “tap.az” sosial şəbəkədə tanış olmuşdur. İsmayıl adlı şəxslə danışıb Ramana qəsəbəsində Naxçıvan restoranının qarşısında görüşüb satmaq istədiyi torpaq sahəsinə baxmışdır. Həmin torpaq sahəsi, Naxçıvan restoranının arxasında yerləşirmiş və torpaq sahəsi 3 sot imiş. 3 sot torpaq sahəsini İsmayıl ona 3500 manata satdığını bildirmişdir. O İsmayıldan nə üçün torpaq sahəsini 3500 manata satdığını soruşduqda bildirmişdir ki, torpaq sahəsi qamışlığa yaxın olduğundan həm də rütubətli olduğundan ucuz satır. O İsmayılla razılaşıb 3 sot torpaq sahəsini 3500 manata almağa razılaşmışdır, İsmayıl ona aldığı torpaq sahəsinə görə sadəcə olaraq etibarnamə təqdim etmişdir. İsmayıl ona 18 saylı notariat kontorundan alınmış etibarnamədə X52 adına olan 1 hektar sahədən 3 sot torpaq sahəsini ayırıb ona vermişdir. Ona verilmiş 3 sot torpaq sahəsinə dair hər hansı bir sənəd təqdim edilməmişdir. O torpaq sahəsinin sənədləri hazır olduqdan sonra ona çıxarış veriləcəkdir. O İsmayılla razılaşmış və Ramana qəsəbəsində həyat yoldaşı Gülnar Şirinovanın və qaynı Tofis Əlillinin yanında 3500 manat pulu sayıb vermişdir. Bir müddət sonra o torpaq sahəsində təmizlik işləri aparan zaman ona bir nəfər qadın yaxınlaşıb bildirmişdir ki, ona satılmış torpaq sahəsi həmin qadına aiddir. O İsmayılla görüşüb bildirmişdir ki, ona satdığı torpaq sahəsi problemlidir. İsmayılla birlikdə Mübariz Həsənov adlı şəxs görüşüb bildirmişdir ki, satılmış bütün torpaq sahələri onun adınadır. Mübariz ona bildirmişdir ki, ona pul qaytarmaq çətin olsa da əlavə torpaq sahəsi verilə bilər. O Mübarizlə razılaşıb başqa torpaq sahəsi almağa razılaşmışdır. Mübariz Ramana qəsəbəsində sovxoz ərazisində bir qədər aralıda 2 sot yarım torpaq sahəsini ona göstərmiş və onun şəxsiyyət vəsiqəsini götürüb xx.xx.2022-ci il tarixdə X52 adından başqa bir etibarnamə vermişdir və o Ramanı qəsəbəsində onunla görüşüb həmin torpaq sahəsinə görə əlavə 2400 manat pul Mübarizə ödəmişdir. O aldığı torpaq sahəsində fundament qazıb betonlamışdır. O Mübarizdən torpaq sahəsi alan zaman yanında olan qohumu Mehman Şirinova təklif etmişdir ki, gəl sənə də torpaq sahəsi verək, Mehman bildirmişdir ki, onun torpaq almaq üçün pulu yoxdur. Mübariz Mehmana 3 sot torpaq sahəsi təklif edirmiş. O Mehmanın pulu olmadığından Mübarizə inanıb ondan əlavə 3 sot torpağ sahəsi almaq adı ilə ona Ramanı qəsəbəsində evinin yanında 2500 manat pul vermişdir. Mübariz ona əlavə 3 sot torpaq sahəsini verən zaman yenidən ona baş etibarnamə vermişdir. Bir müddət sonra müəyyən etmişdir ki, ona satılan torpaq sahələri başqa şəxslərə aiddir. O Mübariz və İsmayıl tərəfindən aldadıldığını görüb şikayət etmişdir. O həmin torpaq sahəsinin torpağa beton töküb fundament tökməyinə görə 4000 manat xərc çəkmişdir. O sonradan ad soyadının Təqsirləndirilən şəxs4 olmasını bildiyi şəxsə 3500 manat, Mübariz Həsənova isə 4900 manat torpaq almaq adı ilə pul vermişdir, lakin onlar onu aldadıb ona ümumilikdə 8400 manat dəyərində ziyan vurmaqla dələduzluq etmişlər. Mən ərizələrində xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Bakı şəhəri 18 saylı notariat kontorundan X52 adından verilmiş etibarnamələrin surətini əlavə etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində özünə torpaq sahəsi almaq istəyirmiş. Bu səbəbdən “Bina.az” sosial şəbəkəsinə daxil olmuşdur və oradan özünə torpaq axtarmağa başlamışdır. Torpaq sahəsi axtardığı zaman İsmayıl adlı şəxsin Ramana rəsəbəsində torpaq sahəsi satdığını görmüşdür. Elanda qeyd edilən 077 *** ** ** mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır və torpaq sahəsinə baxmaq istədiyini dedim. Bu zaman İsmayıl adlı şəxs Ramana qəsəbəsində 0,2 hektar torpaq sahəsinin olduğunu, torpaq sahəsinin ətrafına 6 daş hündürlüyündə hasar çəkildiyini bildirmişdir. O İsmayıl və yanında gələn Mübariz adlı şəxslə birlikdə torpaq sahəsinə baxış keçirtmişdir. Torpaq sahəsini bəyəndikdən sonra qiymətini 3000 manata razılaşmışlar və 12 iyun 2020-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunun ərazisində Mübariz adlı şəxsə 3000 manat pul vermişdir və birlikdə 18 saylı Notariat kontosuna getmişlər. Orada torpaqla bağlı səlahiyyətləri olan X128 adlı şəxs ona etibarnamə vermişdir. Etibarnaməni aldıqdan sonra torpaq sahəsinin hasarını 12 mişar daşı hündürlüyünə qaldırmış və ev üçün təməl qoymuşdur. Torpaq sahəsində tikinti işləri getdiyi bir zamanda Emin adlı şəxs torpaq sahəsinə gəlmiş və torpağın çıxarışını ona təqdim edərək torpağın ona məxsus olduğunu bildirmişdir. O Emin adlı şəxsə torpaq sahəsini Mübariz və İsmayıl adlı şəxslərdən 3000 manata aldığını demiş, lakin həmin şəxs torpağın ona məxsus olduğunu, bununla bağlı çıxarışının olduğunu deyərək torpaqdan çıxmağını tələb etmişdir. Çıxarışa baxdıqdan sonra həmin yerin həqiqətəndə həmin şəxsə aid olduğunu görmüşdür və oradan çıxmışdır. Daha sonra İsmayıl və Mübariz adlı şəxslərə zəng edərək nə üçün onu aldatdıqlarını soruşaraq pulunu qaytarmalarını tələb etmiş, onlar da pulu tez bir zamanda qaytaracaqlarını bildirsələr də, hər dəfə bir bəhanə ilə vaxtı uzadaraq pulu qaytarmaqdan yayınmışlar. Onların pulu qaytarmadıqlarını görüb Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Ərizə verdikdən sonra Bədir və Yaşar adlı şəxslər onunla əlaqə saxlayaraq yanına gəlmişlər. Onlar Mübariz və İsmayıldan şikayət etməməyi xahiş etmişlər. O isə onlara pulunu geri qaytarmalarını tələb etdiyi zaman Bədir Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Pətək”' marketin arxa hissəsində torpaq sahəsi olduğunu pulun qarşılığında həmin torpaq sahəsini ona verə biləcəklərini bildirmişdir.O da etiraz etməmiş və onlarla razılaşmışdır. Bu zaman Bədir və Yaşar həmin torpaq sahəsinin dəyərinin daha çox olduğunu bildirmişlər və əlavə olaraq 4500 manat pul ödəməyini istəmişlər. Torpaq sahəsinə baxış keçirtdikdən sonra bəyəndiyi üçün onlarla razılaşmış və Bədirə 4500 manat pul ödəmişdir. Pulu ödədikdən sonra Bədir ona əlavə olaraq 9 saylı Notariat Ofisində etibarnamə vermişdir. Həmin etibarnamə ilə torpaq sahəsini özəlləşdirmək məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Oradan torpaq sahəsinə baxış keçirtmək üçün bir nəfər əməkdaş ayırmışlar. Həmin əməkdaşla birlikdə torpaq sahəsinə gəlmiş və bu zaman torpaq sahəsini başqa şəxsə məxsus olduğu məlum olmuşdur. Bunu müəyyən etdikdən sonra Bədir adlı şəxslə əlaqə saxlamış və pulunu qaytarmasını tələb etmişdir. İlk əvvəl Bədir maddi imkanının zəif olduğunu, tez bir zamanda pulu ödəyəcəyini demiş, lakin sonradan Bədir pulunun olmadığını deyərək pulu olduğu vaxt ödəyəcəyini bildirmişdir. O da ona şikayət edəcəyini bildirdikdə isə o, istədiyi yerə şikayət edə biləcəyini bildirmişdir. Bundan sonra o Bədirin, Yaşarın, İsmayılın, Mübarizin və Adilin əlbir olaraq pulunu ələ keçirdiklərini anlamış və barələrində şikayət etmişdir. İsmayıl və Mübariz adlı şəxslərə 3000 manat, Bədir adlı şəxsə isə 4500 manat torpaq sahəsi almaq üçün pul vermiş və sonuncular onu aldadaraq ona qarşı dələduzluq etmişlər. İsmayıla və sonradan Bədir adlı şəxsə 4500 manat pul verərkən Yaşar onun yanında olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, onun həyat yoldaşı hazırda Monte-Neqro Respublikasında işləyir və orada yaşayır. Həyat yoldaşı Şahid13 internet vasitəsi ilə saytların birində Bakı şəhəri, Sabunçu rayonu ərazisində torpaq sahəsi taparaq bəyənmiş və onu ailəvi dostları olan Yaşar Sadıqovla birlikdə həmin torpaq sahəsinə baxmaq üçün göndərmişdir. O, ailəvi dostları olan Yaşar Sadıqovla birlikdə həmin əraziyə gəlmiş və həmin torpaq sahəsinin sahibi kimi özlərini təqdim edən Şuşa şəhərciyindən maklerliklə məşğul olan Mübariz və İsmayıl adlı şəxslərlə birlikdə həmin torpaq sahəsinə baxdıqdan sonra torpaq sahəsini bəyənmiş və torpaq sahəsini 5200 manata razılaşmışlar. Razılaşmaya əsasən ilk olaraq etibarnamə verilərkən 3500 manat ödəməli və qalan məbləği isə iki ay müddətinə torpaq sahəsinin adına rəsmiləşdirildikdən sonra 1700 manat ödəməli olmuşdur. 25 iyun 2020-ci il tarixdə o, ailəvi dostları Yaşar Sadıqovun yanında 3500 manat pulu Sabunçu rayonu, Şuşa şəhərciyində Mübariz və İsmayıl adlı şəxslərə vermiş və həmin şəxslər tərəfindən ona torpaq sahəsinə dair etibarnamə verilmişdir. Bundan sonra o, etibarnamənin şəkilini çəkərək əri Zaura atmış və həyat yoldaşı araşdıraraq etibarnamənin saxta olmasını bildirdiyindən o, dərhal Mübariz və İsmayıl adlı şəxslərlə əlaqə saxlayaraq pullarını geri qaytarmalarını, tələb etmişdir. Sonuncular müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamağa çalışırmışlar. 16 iyul 2020-ci il tarixdə Zaur işlərini yarımçıq qoyaraq Bakı şəhərinə qayıtmış və onlar birlikdə həmin şəxslərlə görüşdükdə həmin şəxslər pandemiyanı əsas gətirərək 05 avqust 2021-ci il tarixədək vaxt istəmişlər və həmin tarixədək torpaq sahəsinə dair sənədləri verəcəklərini bildirmişlər. Onlar razılaşmış, lakin 05 avqust 2021-ci il tarixdə həmin şəxslərlə yenidən əlaqə saxladıqda həmin şəxslər torpağa dair sənədləri düzəldə bilmədiklərini və 2 gün müddətinə pulu qaytaracaqlarını bildirmişlər. Lakin o gündən bu günə kimi pullarını geri qatarmamışlar. Hadisə nəticəsində ona ümumilikdə 3500 manat maddi ziyan dəymişdir. Torpaq sahəsini həyat yoldaşı görüb bəyənsə də torpaq sahəsinə dair verdiyi pul onun özünə məxsusdur və maddi ziyan ona dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında «tap.az» elan saytından torpaq sahəsi almaq üçün Əmdərov İsmayıl adlı şəxslə əlaqə saxlamış və Ramana qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs4 adlı şəxslə görüşmüşlər, İsmayıl onlara torpaq sahəsini göstərdikdən sonra o, sonuncuya 200 manat beh vermişdir. 20 oktyabr 2020-ci il tarixdə Əhmədli kinoteatrının yaxınlığında yerləşən 18 saylı notariat kontorunda X2 ötürdüyü X101 etibarnamə vermiş və onlar Ramana qəsəbəsində həmin torpaq sahəsinin yaxınlığında görüşərək o, İsmayıl adlı şəxsə daha 2800 manat verərək 2 sot torpaq sahəsini almışdır. 22 oktyabr 2020-ci il tarixdə isə dostu Zərərçəkmiş şəxs4 onun aldığı torpaq sahəsinə birləşik daha 2 sot torpaq sahəsini İsmayıl adlı şəxsdən eyni qaydada Ramana qəsəbəsində 3000 manat ödəyərək almışdır. Daha sonra 2021-ci ilin yanvar ayının əvvəllərində o, dostu ilə həmin əraziyə gedərək torpaq sahəsinə baş çəkmişdir. 10 yanvar 2021-ci il tarixdə isə 2000 ədəd daş alaraq həmin torpaq sahəsinə yığmışlar. 05 aprel 2021-ci il tarixdə eşitmişlər ki, həmin ərazidə tikinti işləri gedir və onlar dərhal oraya yollanaraq orada tanımadığı şəxslərin tikinti işləri aparmasını aşkar etmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq həmin torpaq sahəsinin özlərinə aid olmasını bildirdikdə, həmin şəxs oranı daşlarla birlikdə bir həftə öncə Vüsalə adlı qadından 7000 manata almasını bildirmişdir. Daha sonra həmin torpaq sahəsini onlara satan İsmayıl adlı şəxsə zəng edərək məsələni izah etdikdə, İsmayıl bunun mümkünsüz olduğunu, həmin sahənin özünün adına olduğunu bildirmişdir. Lakin müxtəlif bəhanələr gətirməklə onlarla görüşməkdən yayınmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında dostu Zərərçəkmiş şəxs5 ilə birlikdə özlərinə torpaq sahəsi almaq istəyirmişlər. Bu səbəbdən “Tap.az” sosial şəbəkəsində yerləşdirilmiş elanlarla tanış olmuşlar. Həmin sosial şəbəkədə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində torpaq sahəsi olduğunu görmüşlər və həmin torpaq sahəsinin qiymətinin münasib olduğu üçün elanda qeyd edilmiş mobil telefon nömrəsi ilə əlaqə saxlamışlar. Əlaqə saxladıqdan sonra elanı yerləşdirən şəxsin adının İsmayıl olduğunu bilmişlər və həmin şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində görüş təyin etmişdir. Orada İsmayıl adlı şəxslə görüşərək torpaq sahəsinə baxış keçirtmişlər. Baxış keçirtdikdən sonra oranı bəyənmişlər və almaq istədiklərini bildirmişlər. Bu zaman İsmayıl torpaq sahəsinin qiymətinin 3000 manat olacağını bildirmişdir. O və dostu Taleh razılaşmışlar və İsmayıl adlı şəxs torpaq sahəsi ilə bağlı onlardan beh istəmişdir. Talehin üzərində pul olduğu üçün İsmayıl adlı şəxsə 200 manat beh vermiş və Taleh 20 oktyabr 2020-ci il tarixində Bakı şəhəri, Xətai rayonunda yerləşən Əhmədli kinoteatrının yaxınlığında görüşməyə razılaşmışlar. Qeyd edilən tarixdə Talehlə birlikdə Əhmədli kinoteatrının yanına getmişlər və orada İsmayıl adlı şəxslə görüşmüşlər. Görüşdükdən sonra yaxınlıqda yerləşən 18 saylı Notariat Ofisinə getmişlər. Notariatda torpaq sahəsinin sahibi kimi təqdim edilən X33 adından X79 adlı şəxs çıxış edərək Talehə etibarnamə vermişdir. Etibarnaməni aldıqdan sonra yenidən İsmayıl adlı şəxslə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə gəlmişlər və orada İsmayıl adlı şəxsə Taleh 2800 manat pul ödəmişdir. 22 oktyabr 2020-ci il tarixində Talehlə yenidən İsmayıl adlı şəxslə görüşmüşlər. O İsmayıl adlı şəxsə 3000 manat ödəmişdir və Talehin aldığı torpağın yanında yerləşən 2 sot torpaq sahəsini də o almışdır. İsmayıl adlı şəxsə pulu ödədikdən sonra yenidən 18 saylı Notariat Ofisinə getmişlər və orada X79 onun adına etibarnamə vermişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində dostu Talehlə aldıqları torpaq sahələrinə getmişlər və ora baxış keçirtmişlər. Hər şeyin qaydasında olduğunu görmüşlər və orada tikinti işlərinə başlamağı qərara almışlar. Bu məqsədlə bir neçə gün sonra, təqribən 2021-ci ilin yanvar ayının 10-da Talehlə birlikdə 2000 ədəd daş alaraq torpaq sahəsinə yığmışlar. Lakin maddi imkanı olmadığı üçün tikintiyə başlaya bilməmişlər. 05 aprel 2021-ci il tarixində onların İsmayıl adlı şəxsdən aldıqları torpaq sahəsində tikinti işlərinin getdiyini eşidib dərhal Talehlə birlikdə həmin yerə getmişlər. Bu zaman orada bir nəfər əvvəllər tanımadıqları Nofəl adlı şəxsin tikinti işləri apardığını görüb ona yaxınlaşmışlar və etibarnamələrini göstərərək həmin torpaq sahəsinin bizə məxsus olduğunu bildirmişlər. Nofəl adlı şəxs isə həmin torpaq sahəsini təqribən 1 həftə əvvəl Vüsalə adlı qadından 7000 manata aldığını demişdir. Onlar Nofəl adlı şəxsdən dəqiqləşdirmə aparılmasını xahiş etmişlər. Nofəl adlı şəxs Vüsalə adlı qadınla danışmış və bundan sonra onlara verilən etibarnamələrdə qeyd edilən torpaq sahəsinin İsmayıl adlı şəxsin göstərdiyi torpaq sahəsi ilə eynilik təşkil etmədiyini öyrənmişlər. Bundan sonra dəfələrlə İsmayıl adlı şəxslə əlaqə saxlamağa çalışsalar da, o hər dəfə bir bəhanə ilə vaxtı uzadaraq problemi həll etməmişdir. Sonradan İsmayılın onları aldatdığını görüb Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişlər, eyni zamanda Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət etmişlər. İsmayıl adlı şəxslə görüşdüyü, eyni zamanda ona pulu verdiyi zaman yanında sonradan adının X75 olduğunu bildiyi şəxs olub. Ancaq notariat ofisində onlara etibarnamə verdildiyi zaman ora X79 adlı şəxs gəlmiş və İsmayıl həmin şəxslə onları tanış etdiyi zaman torpaq sahibinin yaxın adamı olduğunu bildirmişdir.Həmin hadisə nəticəsində ona 3500 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs32 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin yanvar ayında özünə torpaq sahəsi almaq istəmişdir. Bu məqsədlə də «tap.az» sosial şəbəkəsində elanlara baxmış və bu zaman Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış sahəsində 6 sot torpaq sahəsinin satılması elanını görmüşdür. Həmin elanda qoyulmuş telefon nömrəsi ilə əlaqə saxladıqda elanı qoymuş şəxs özünü İsmayıl kimi təqdim etmişdir. Bir gün sonra İsmayıl adlı şəxslə «SeaBreez» restoranının yanında görüşmüş və torpaq sahəsinə baxmışlar. Torpaq sahəsini bəyəndikdən sonra İsmayıl adlı şəxsdən torpaq sahəsinə dair sənədin olub- olmamasını soruşmuş, İsmayıl isə heç bir problem olmamasını, torpaq sahəsinin qohumlarına aid olmasını bildirdiyindən o, sonuncuya əlaqə saxlayacağını bildirərək oradan getmiş və 01 fevral 2021-ci il tarixdə saat 14 radələrində İsmayılla Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsinin yaxınlığında yerləşən 14 saylı notariat kontoruna getmişlər. Həmin zaman İsmayılın yanında Emin və İntiqam adlı tanışları olmuşdur. Orada torpaq sahəsinə dair adına etibarnamə verildikdən sonra həmin gün saat 15 radələrində onlar birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən «Retro» restoranına gəlmiş və orada o, İsmayıla 5080 manat pul vermişdir. Sonradan torpaq sahəsinin mübahisəli olmasını eşitdikdə İsmayıl ilə telefon əlaqəsi saxlayaraq pulunun geri qaytğarılmasını tələb etdikdə, İsmayıl özünün də həmin torpaq sahəsi həmin vəziyyətdə almasını, həmin torpaq sahəsinin əvəzində ona Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində torpaq verəcəyini vəd versə də, sonradan onunla görüşdən yayınmağa başlamış və pulunu qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, 2005-ci il tarixədək oğlu ilə birlikdə Salyan şəhərində yaşamışdır. 2005-ci il tarixdə isə Bakı şəhərinə köçmüş və evi olmadığı üçün Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində kirayə yaşamağa başlamışlar. 2011-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 3 sot torpaq sahəsi almış və orada bir otaqlı ev tikərək yaşamağa başlamışdır. 2020-ci ilin avqust ayının əvvəllərində oğlu X63 ilə yaşadığı fərdi evə bitişik əlavə otaq tikmək qərarına gəlmişlər. Lakin torpaq sahəsinin Dövlət Neft Şirkətinin ərazisi sayıldığından icazə almaq lazım olduğu üçün 2011-ci il tarixindən tanıdığı Təqsirləndirilən şəxs1 Südeyif oğlu ilə məsləhətləşmişlər. Ondan icazə almaq üçün tanışının olub-olmamasını soruşmuşlar. Bu zaman Təqsirləndirilən şəxs1 Dövlət Neft Şirkətindən icazə almaqla bağlı işləri görən Mübariz adlı şəxsin olduğunu bildirmişdir. Bundan sonra Yaşar onlarla birlikdə Mübarizi axtarmış və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində sonuncunu tapmışdır. Təqsirləndirilən şəxs1 Mübarizlə görüşdükdən sonra kənara çəkilərək söhbət etmişlər və bir neçə dəqiqə sonra yanlarına qayıtmışdır. Təqsirləndirilən şəxs1 Südeyif oğlu yanına qayıtdıqdan sonra Mübarizin torpaq sahəsinə baxmaq istədiyini bildirmiş, o da etiraz etməmiş və oğlu Fərhad, Yaşar və Mübariz birlikdə yaşadıqları Sabunçu rayonu, Ramana qəsəbəsindəki evə getmişlər. Mübariz torpaq sahəsinə baxdıqdan sonra heç bir problemin olmadığını, tanışlarının olduğunu, icazə alacağını bildirmişdir. Mübarizdən nə qədər xərclərinin çıxacağını soruşduqda, sonuncu 1500 manat İcra Hakimiyyətinə, 3000 manat isə Dövlət Neft Şirkətinə verərək icazə alacağını bildirmişdir. O, bu zaman X4 dediyi məbləğdə pulunun olmadığını demişdir. Bu zaman X75 pulun bir hissəsini onun tapmasını, qalan hissəsini isə özünün düzəldərək verəcəyini, qoyduğu pulu isə hissə-hissə verməsini təklif etmişdir. O, X47 dediyi məbləği heç bir formada düzəldə bilməyəcəyini bildirdikdən sonra Mübariz heç olmazsa 1400 manat pul düzəltməyi tapşırmışdır. Bundan sonra o, oğlu ilə birlikdə ilk əvvəl 2020-ci ilin avqust ayının 10-da 800 manat pul düzəltmişdir. Bu barədə X47 məlumat vermiş, Mübariz onların yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, fərdi evə gəlmiş və oradan 800 manat pulu götürmüşdür. Bundan iki gün sonra, yəni 13 avqust 2020-ci il tarixində, saat 10 radələrində X75 yenidən əlaqə saxlamış və pul lazım olduğunu bildirmişdir. O, 150 manat pul düzəldə bildiyini bildirmiş və bundan bir müddət sonra Mübariz yaşadığı evə gələrək pulu götürmüşdür. 22 avqust 2020-ci il tarixində, saat 10 radələrində X75 yenidən əlaqə saxlamış və sənədlərin alınması üçün əlavə pul lazım olduğunu bildirmişdir. O, X47 əlavə 200 manat pul düzəltdiyini bildirmişdir. Bundan bir müddət sonra Mübariz Həsənov yaşadığı evə gələrək 200 manat pulu götürmüşdür. Pulu götürdükdən sonra Mübariz Həsənov 23 avqust 2020-ci il tarixindən tikinti materialları alaraq işlərə başlamağı tapşırmışdır. X6 inanaraq 24 avqust 2020-ci il tarixində lombarda qızıllarını qoyaraq kreditə 1000 manat pul götürmüşdür. Həmin pulla oğlu ilə birlikdə tikinti materialları alaraq yaşadığı fərdi evin həyətinə gətirmişdir. 25 avqust 2020-ci il tarixində orada tikinti işləri başlamışdır. Tikinti işlərinin bir hissəsi görüldükdən sonra Dövlət Neft Şirkətinin əməkdaşları həyətə gəlmişlər, sonuncular torpaq sahəsinin Neft Şirkətinin balansında olduğunu, burada tikinti işlərinin aparılmasının mümkün olmadığını demişlər. O, tikinti üçün müvafiq icazə alındığını bildirdiyi zaman Neft Şirkətinin balansında olan ərazilərdə tikinti işlərinin aparılmasının, bunun üçün icazə alınmasının qeyri-mümkün olduğunu demişlər və aparılmış tikintini sökmüşlər. Bundan sonra o, X40, eyni zamanda Təqsirləndirilən şəxs1 Südeyif oğlunun onu aldatdıqlarını başa düşmüşdür. Dəfələrlə Mübarizlə və Yaşarla danışaraq pullarını geri qaytarmalarını tələb etsə də, sonuncular hər dəfə bir bəhanə ilə vaxtı uzadaraq pulu ödəməkdən imtina etmişlər. X40 və Təqsirləndirilən şəxs1 Südeyif oğlunun pulunu ödəməyəcəklərini görüb Sabunçu rayon Pİnin 12-ci PŞ-nə ərizə təqdim edərək şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs27 ifadəsində göstərmişdir ki, o, Laçın rayonu, Türklər kəndində qeydiyyatda olsa da, Sumqayıt şəhəri. Novxanı bağları, Sarı qaya, Günəş düşərgəsində məcbur köçkün kimi ailəsilə birlikdə yaşayır. 2020-ci ilin dekabr ayında “tap.az” internet saytında torpaq sahəsi almaq üçün saytda torpaq elanlarına baxırmış, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağlarında olan torpaq sahəsinin qiyməti münasib olduğu üçün elanda görsədilən Emin kimi özünü təqdim edən şəxsin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış və Eminlə danışan zamanı ona 8500 manata Ləhicdə 12 sot torpaq sahəsinin olduğunu demişdir. Emin ona zəng vurub demişdir ki, səhər gələ bilməyəcək, tanışı və torpaq sahəsinin sahibi kimi İsmayılla Ləhic bağlarında görüşsün. Səhəri günü o, arvadı Firəngiz Məmmədova ilə Ləhiş bağlarında İsmayılla görüşmüş və İsmayıl onlara 2 yerdə 12 sot torpaq sahəsi göstərmişdir. O, İsmayılın istifadəsində olan ***-***-**-** nömrə ilə əlaqə saxlamışdır. O və arvadı Firəngiz həmin topraq sahələrindən birini bəyənmiş və demişdir ki, bu torpaq sahəsini almaq istəyir. İsmayıl ona demişdir ki, almaq istədiyi torpaq sahəsinə görə beh vermək lazımdır, buranı satışa çıxarmasın. O, İsmayıla demişdir ki, onun 8500 manat pulu yoxdur, onun 6000 manat pulu vardır. O, təklif etmişdir ki, 6000 manat versin, qalan 2500 manat pulu isə torpaq sahəsini hasara alanda verər, İsmayıl ounla razılaşmışdır. O, arvadı Firəngizin yanında İsmayıla 100 manat beh vermiş, ancaq onun İsmayıla 100 manat pul verməyini sənədləşdirməmişdir. O, İsmayılın şəxsiyyət vəsiqəsini alıb mobil telefon vasitəsi ilə şəkilini çəkmişdir. İsmayıl ona təklif etmişdir ki, 2 gündən sonra görüşüb notariat kontoruna gedək, adına etibarnamə versin. O, razılaşmış və 2 gündən sonra, yəni 24 dekabr 2020-ci ildə o və arvadı Firəngiz Məmmədova ilə İsmayılla razılaşdıqları kimi Bakı şəhəri, Binəqədi rayonunda metronun “Azadlıq” stansiyasının yaxınlığında yerləşən 11 nömrəli Notariat ofisinə gəlmişlər. Həmin notariat ofisində İsmayıl, Emin və Təqsirləndirilən şəxs2 gəlmişlər və ona bildirmişlər ki, sənə göstərdiyi torpaq sahəsinin sahibi Təqsirləndirilən şəxs2dur. Bundan sonra onlar birlikdə notarait ofisinə girmiş və Təqsirləndirilən şəxs2 arvadı Firəngiz Məmmədovaya satılan torpaq sahəsinə görə 70 illik mülki etibarnamə vermişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs2 20 iyul 2006-cı il tarixli 40/068 nömrəli Maştağa Bələdiyyəsinin sərəncamını ona vermişdir. Həmin sərəncamda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 Ləhic bağlarında 1200 kv.metr torpaq sahəsi fərdi bağ evi tikintisi üçün ayrılsın. Azər etibarnamə və sərəncamı verəndən sonra Təqsirləndirilən şəxs2 Ləhiş bağlarında olan 12 sot torpaq sahəsini almaq üçün 6000 manat pul vermişdir. Mən Təqsirləndirilən şəxs2 pul verən zaman arvadım Firəngiz, İsmayıl və Emin şahidi olmuşlar. Həmin vaxtı İsmayıl ona demişdir ki, 200 manatda ona və Eminə verməlisən, çünki onlar torpaq sahəsi tapmışlar və göstərmişlər. Həmin vaxtı o, İsmayıla notariat ofisinin içində 200 manat pul vermiş və pulun verilməsini arvadı və Təqsirləndirilən şəxs2 şahidi olmuşlar. İsmayıl ona demişdir ki, səhər Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin inzibati binasının qarşısına gəl, orada görüşək və arvadının şəxsiyyət vəsiqəsinin şəkilini ona “WhatsApp” proqramı vasitəsi ilə göndər, siz gələnə kimi o, sənədləri hazır edəcək. O, Təqsirləndirilən şəxs2la istifadəsində olan 070- ***-**-** nömrəsi ilə əlaqə saxlayırmış. Səhəri günü, 22 dekabr 2020-ci ildə o arvadı Firəngizlə birlikdə Maştağa Bələdiyyəsinin inzibati binasının qarşısına gəlmiş və görmüşlər ki, İsmayıl onları gözləyir və əlində də hazır sənədlə vardır. O, İsmayıla demişdir ki, onların iştirakı olmadan niyə sənədləri hazırlayıbsan. İsmayıl demişdir ki, sizin orada iştirak etməyinizə ehtiyac yoxdur. Bundan sonra İsmayıl ona Maştağa Bələdiyyəsinin şəhadətnaməsini və Tədiyyə bildirişini vermişdir. Tədiyyə bildirişində 22 dekabr 2020-ci ildə 51 manat bələdiyyəyə ödəniş edilməsi göstərilmişdir. 23 dekabr 2020-ci ildə o, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinn Bakı 1 saylı Ərazi idarəsinə müraciət etmişdir ki, Təqsirləndirilən şəxs2 aldığı torpaq sahəsinin kimə məxsus olmasını yoxlatsın. Buna görə həmin idarədə növbəyə yazılmış və 12 yanvar 2021-ci ildə həmin idarənin işçiləri ilə birlikdə Təqsirləndirilən şəxs2 ona satdığı torpaq sahəsinə baxmaq üçün getmişlər. Ora getməmişdən əvvəl o, Təqsirləndirilən şəxs2, Emin və İsmayıla zəng vurub bu barədə demiş, onlar demişlər ki, ora gələcəklər və iştirak edəcəklər. O, Bakı 1 saylı Ərazi İdarəsinin işçiləri ilə birlikdə ona satılmış torpaq sahəsinin üstünə getmiş, ora Azər, İsmayıl və Emində görüşmüşdür. O, torpaq sahəsinin üstünə gələn zaman görmüşdür ki, ona satılmış torpaq sahəsində hasar tikilməsi üçün bövrə tikilmişdir. O, Azər, Emin və İsmayıldan bu nə məsələ oluğunu soruşmuş və Azər kiməsə zəng vurub soruşmaq istəyirmiş və demişdir ki, ona bu torpaq sahəsi satan şəxs telefona cavab vermir. Maraqlanıb sənə bir söz deyəcək. Bakı 1 saylı Ərazi İdarəsinin işçiləri ondan Maştağa Bələdiyyəsinin verdiyi sərəncama əlavə olan torpaq sahəsinin yerləşmə sxeminə baxmışlar və demişlər ki, bu torpaq sahəsi bu sənədə aid deyil. Bundan sonra o, başa düşmüşdür ki, onu Azər, Emin və İsmayıl torpaq sahəsi almaq adı ilə adadıb onun 6300 manat pulunu ələ keçirmişlər. O, istifadəsində olan ***-***-**-** nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə zəng vurub aldadılmağı barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə 42-ci Polis bölməsinin polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirmişlər. O, 42-ci Polis bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs25 ifadəsində göstərmişdir ki, o tikinti materialları sataraq ailəsini dolandırır. X7 tanımamış və onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2021-ci ilin may ayında o artıq Sabunçu rayonu, Ramana qəsəbəsində özünə torpaq sahəsi alıb ev tikdirmək istəmişdir. “Tap.az” saytında yerləşdirilmiş elan ilə tanış olaraq orada olan 070-215- 01-07 nömrəsi ilə əlaqə saxlamış özünü Emin kimi təqdim edən şəxs Sabunçu rayonu, Şuşa şəhərciyində torpaq sahəsi olduğunu və hər sotunu 2500 manata satmaq şərti ilə ümumilikdə 2 sota görə 5000 manata torpaq sahəsi satmaq istədiyini bildirmişdir. O onunla razılaşmış və sonra ona Vüsal adlı şəxs (055) ***-**-** / (051) ***-**-** saylı mobil nömrələrindən zəng edərək görüşməyi təklif etmişdir. O Vüsalla Şüşa şəhərciyində görüşmüşdür, orada Vüsal ona torpaq sahəsini təqdim etmişdir. Növbəti gün o ailə üzvləri ilə birlikdə həmin sahəyə getmişlər və orada Vüsal ilə yenidən görüşərək ilk öncə ona 500 manat pul vermişdir. Vüsal həmin torpaq sahəsinə görə ona etibarnamə verəcəyini qeyd etmişdir və şəxsiyyət vəsiqəsinin şəkilini telefonla çəkmişdir. Həmin gün saat 20:00 radələrində o Vüsal ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Dvorec” deyilən yerlə üzbəüz yerləşən “Zəka” məktəb ləvazimatları mağazanın yanında olan kafedə görüşmüşlər. Orada Vüsal onun adına X25 adından verilən etibarnaməni ona vermişdir. O orada ona 4600 manat pul vermişdir. Təxminən 10 gün ərzində o torpaq sahəsində müxtəlif işlər görmüşdür. Həmin ərəfələrdə Ramin adlı şəxs oraya gələrək həmin torpaq sahəsinin onlara məxsus olduğunu qeyd etmişlər və etibarnaməni təqdim etmişlər. O dəfələrlə Vüsal və Elminlə danışdıqda onlar hərşeyin yoluna qoyacaqlarını və kömək edəcəyini bildirsələrdə nə pulu qaytarmamışlar nədəki ona torpaq sahəsi verilməmişdir. O aldadıldığıı və dələduzluq etmişlər. Sonradan ona məlum olmuşdur ki, özünü “tap.az” saytında Emin kimi təqdim edən şəxsin əslində adı Təqsirləndirilən şəxs3dir. Bunu ona Vüsal Məmmədov özü də bildirmiş və ondan aldığı pulları Elminə verməsini bəhanə gətirmişdir. Sonradan o Elminlə telefonla danışdıqda Elmin əvvəlcə Vüsala verdiyi puldan ona 1500 manat çatmasını desə də, sonradan boyun qaçıraraq ona pul vermədiyi halda onu narahat etməməyini deyərək zənglərini açmamışdır. O da başa düşmüşdür ki, Vüsal və Elmin bu cür bir-birinə ötürməklə ondan aldıqları pulu qaytarmaqdan yayınırlar və ona qarşı dələduzluq ediblər. Mən də bu barədə DİN-nə müraciət ünvanlamış və sonradan 12-ci və 13-cü polis bölmələrinə gedərək izahatlarını vermişdir. Ona qarşı Vüsal və Elmin adlı şəxslərin etdikləri dələduzluq hadisəsi nəticəsində 5100 manat dəyərində maddi ziyan dəymişdir. Onun Elminlə telefon danışığına iş yoldaşı Ramil Bəhrəmov şahid olmuş, onun özü də maraqlanmaq üçün Elminlə danışıqlar aparmış, sonradan Elminin görüşə göndərdiyi Vüsal Məmmədovla görüşərkən və ona sonuncu dəfə 4600 manat pul verəndə dostu Şahid2 yanında olmuş və şahid olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Müraciəti ilə bağlı bildirir ki, bağ evi tikdirmək üçün torpaq sahəsi almaq qənaətinə gəlmiş və 2020-ci ilin noyabr ayında sosial şəbəkə vasitəsi ilə arvadı Şahid1 ilə birgə bir nəfərin yerləşdirdiyi elanla qarşılaşmışlar. Həmin şəxsin sonradan ev alqı satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs3 olduğunu öyrənmişlər. Onun istifadə etdiyi (070) 300- 51-17 mobil nömrəsi ilə telefon əlaqəsi saxlamışlar. Söhbət əsnasında Elmin onlara Sabunçu rayon Maştağa qəsəbəsi bağ sahəsində 15-ci dalanda, yerləşən order sənədi olan, 12 sot torpaq sahəsini almağı təklif etmişdir və onlar onunla razılaşmışlar. Onunla görüşüb torpağa baxmaq istədiklərini bildirmişlər. Onlardan bir yaşlı kişi danışdıqları yerdə qarşılamış və bir neçə torpaq sahəsini göstərmişlər. Həmin torpaq sahəsindən birinin orderli olduğunu Elmin onlar evə qayıtdıqdan sonra telefonda bildirmişdir və həmin torpaq sahəsini bəyəndiklərini Elminə demişlər və ondan torpağa dair sənədləri “Watsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərməyi xahiş etmişlər. Torpağın Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərüfatının inkişafı və istismarı birliyinin Ləhic bağlar sahəsindəki 226 nömrəli koperativin adından verilmiş 10 nömrəli orderini, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2020-ci il tarixli, 3454 nömrəli məktubunu və Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Ərazi idarəsinin məktubunu, “Watsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərmişdir. Onlar da bu qədər sənədi görüb Elminə inanmışlar. Elmin həmin torpaq sahəsinin alınması və gələcəkdə təqdim olunmuş orderə “şəhadətnamə - kupça” düzəldilməsi üçün ilkin olaraq 1500 (bir min beş yüz) manat ödəmək lazım olduğunu bildirmişdir. Elmin onları “İnqilab” kinoteatrının yanına dəvət etmişdir. Hər ehtimala qarşı həmin 1500 manat pulun gələcəkdə problemlemi yaranmaması üçün pulu sənədlə, beh müqaviləsi ilə vermək qərarına gəlmişlər. Elmin pulun verilməsini Nəsimi rayonunda işləyən dostunun 14 saylı notarial kontorunda həll etməyi təklif etmiş və o da onunla razılaşmışdır. 10 noyabr 2020- ci il tarixdə iki ay müddətinə torpağın sənədlərini düzəltmək üçün 1500 (bir min beş yüz) manat pulu Təqsirləndirilən şəxs3a əlbə-əl vermişdir. Müqaviləni götürəndə beh müqaviləsi deyil, borc (kredit) müqaviləsi olduğunu görüb etiraz etmişdir. Lakin müqavilənin heç bir fərqinin olmadığını, pulun ondan qəbul olunduğunu və müqavilədə göstərildiyini əsas gətirmişdir. Hüquqi savadı olmadığı üçün Elminin bu təklifi ilə razılaşmışdır, elə hesab etmişdir ki, torpağın alqı-satqısı üçün çıxarış düzəldəcəkdir. İki gün sonra Elmin telefonla zəng edərək 12 noyabr 2020-ci il tarixdə yenə torpaq sahibinin onların həmin torpağı almağımıza inanması üçün əlavə olaraq 500 (beş yüz) manat torpaq sahibinə vermək lazım olduğunu bildirmişdir. O da həyat yoldaşı Gülnarə ilə birgə 500 manat pulu Təqsirləndirilən şəxs3lə görüşərək maşında Sabunçu rayonu, Pirşağı qəsəbəsində körpünün yaxınlığında (dairədə), əlbə-əl ona vermişlər. Pulu götürməsi barədə Elmin öz xətti ilə onlardan ümumilikdə sözü gedən torpaq sahəsi üçün (1500+500) =2000 manat almasını yazılı formada yazıb onlara vermişdir. Eyni zamanda görüşün təyin olunması haqqında telefon danışıqlarını da qeydə almışlar. Sonradan o onlara verilmiş sənədlərin saxta olubolmamasını yoxlatmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən torpaq sahibi vətəndaş X12 adına olan, sənədin götürülməsi üçün verilmiş, məktubda göstərilmiş 9193 koduna SMS göndərdim. Belə bir sənədin onlarda olmadığını, kodun və məktubun saxta olduğunu bildirmişlər. O başa düşmüşdür ki, Təqsirləndirilən şəxs3 onlara saxta sənədlər göndərməklə aldadıb. Dəfələrlə onunla telefon əlaqəsi saxlamışlar, lakin Elmin müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmış, bir müddət sonra isə ümumiyyətlə telefonunu açmamışdır. Ona görə də bir müddət gözlədikdən sonra 2021-ci ilin may ayında DİN-nə və Bakı şəhər Baş Polis İdarəsinə məcburiyyət qarşısında qalıb şikayət ərizəsi ilə müraciət ünvanlamalı olmuşdur. Müraciətinə görə onu əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsinə dəvət etmişlər, sonra isə müraciəti baxılması üçün Sabunçu RPİ-nin 14-cü polis bölməsinə göndərildiyini bildirmişlər. Daha sonra bölmədə toplanmış material araşdırılması üçün Sabunçu RPİ-nin İŞ-nə göndərildiyini öyrənmişdir. Onun Təqsirləndirilən şəxs3 2000 manat pul verməsinə həyat yoldaşı Gülnarə şahid olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, 2020-ci ildə özünə torpaq sahəsi almaq məqsədi ilə “TAP.az" saytında torpaq sahəsinin satılması elanını görmüşdür, oradan alqı-satqı ilə məşğul olan Elmin adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsini götürüb ona zəng etmişdir və ilk dəfə Sabunçu rayonu, Ramana qəsəbəsində görüşmüşlər və satılmaqda olan torpaq sahəsini Elmin ona göstərmiş, həmin torpağın sotunu 3500 manata almağa razılaşmış və sənədi ilə maraqlandıqda Elmin ona torpaq sahəsinə dair çıxarış verəcəyinə vəd vermişdir. Bundan 2-3 gün sonra Elmin ona zəng edərək İsmayıl adlı şəxsin gələcəyini, torpağın sənədlərini verəcəyini, əvəzində 3000 AZN pul verməyini demişdir. Həmin gün İsmayıl onun yaşadığı ünvana gəlmişdir, onun aldığı torpaq sahəsinə aid çıxarış və etibarnaməni vermişdir və ona Elminə çatdırması üçün 3000 manat pulu vermişdir. Təxminən 1 həftə sonra ***-***-**- ** saylı əlaqə nömrəsi ilə Elmin ona zəng edərək yerdə qalan 400 manat pulu da istədiyindən o yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki binalarının qarşısında şəxsən Elminə əlbəəl vermişdir. Təxminən 2 ay sonra almış olduğu Sabunçu rayonu, Ramana qəsəbəsinəki torpaq sahəsinin sənədini yoxlatmaq üçün Ramana qəsəbə bələdiyyəsinə getmiş və orada sənədləri yoxladanda ona məlum olmuşdur ki, həmin sənədlər saxtadır. Beləliklə Elmin və İsmayıl adlı şəxslərin dələduzluq əməli nəticəsində ona 3420 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, 10 saylı fərdi yaşayış evində ailəsi ilə birlikdə 40 ilə yaxındır ki, yaşayır. Yaşadığı mənzil 0.03 ha torpaq sahəsinin içərisində inşa olunmuşdur. Lakin evinin çıxarışı olmadığı üçün tanışlarından maraqlanırmış ki, necə evinə çıxarış düzəltdirə bilər. 2020-ci ilin aprel ayında tanışı X61 ilə söhbət əsnansında ona öz fikirini çatdırmışdır. Kamran ona bu sahədə tanışı olduğunu və onunla bu barədə məsləhətləşəcəyini bildirmişdir. Kamran həmin şəxslə görüşüb onun ev məsələsini ona bildirdikdə həmin şəxs istədiyi işi həll edə biləcəyini bildirmişdir. 2020-ci ilin aprel ayının əvvəlində onlar aralarında razılaşdıqdan sonra həmin şəxsi zəng edərək yaşadığı evin yaxınlığına dəvət etmişlər. Həmin şəxs evinin yaxınlığında olan Təqsirləndirilən şəxs2 küçəsi 22 saylı ünvanda yerləşən “Əmioğlu” adlı kafeyə gəldikdə Kamran onları tanış etmişdir. Tanışlıq zamanı onun Təqsirləndirilən şəxs3 olmasını bilmişdir. Təqsirləndirilən şəxs3lə söhbət zamanı ona yaşadığı evin çıxarışı olmadığını bildirdikdə Elmin ona bu sahədə tanışlarının olduğunu və Əmlak Komitəsində olan tanışının vasitəsi ilə evinə çıxarış düzəldə biləcəyini bildirmişdir. Bundan əlavə Elmin, ondan evinin çıxarışını düzəltdirmək məqsədi ilə ümumilikdə 3.250 manata pul alacağını bildirmişdir. O da inandığı üçün ilkin olaraq Kamranın yanında qeyd etdiyi kafedə 2.500 manat pulu Elminə vermişdir. xx.xx.2020- ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu 9 saylı Natariat ofisində həmin pulun qalığı olaraq 750 manat pulu da Təqsirləndirilən şəxs3 vermişdir. Sonuncu pulu ondan həmin Natariat ofisində alıb ona rüsumları ödəyəcəyini bildirmişdir. Həmin vaxt Kamran Bayramov da onunla birlikdə natariat ofsinə getmişdir. Həmin müddətdən 5-6 ay sonra Elminin yalan danışdığına əmin olduqdan sonra ondan pulunu geri tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs3 pullarını geri qaytarmamışdır. O Elminin müxtəlif yalanlarla onu yenidən aldatmağına çalışdığını gördükdə ondan verdiyi 3250 manat pulunu geri qaytarmasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs3 bu günə kimi ona cəmi 250 manat pul qaytarmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu, Levanevski küçəsi 21F saylı fərdi yaşayış evində ailəsi ilə birlikdə 20 ilə yaxındır ki, yaşayır. Yaşadığı mənzil 0.02 ha torpaq sahəsinin içərisində inşa olunmuşdur. Evinin qarşısında təxminən 0.01 ha yaxın boş torpaq sahəsi vardır. Həmin torpaq sahəsində evinin qarşı tərəfini artırmaq məqsədi ilə həmin çıxarışa qeyd olunan boş '"torpaq sahəsini əlavə etmək istədiyini, bu məqsədlə tanışı X61 ilə söhbət əsnasında ona öz fikirimi çatdırmışdır. Kamran ona bu sahədə tanışı olduğunu və onunla bu barədə məsləhətləşəcəyini bildirmişdir. Kamran həmin şəxslə görüşüb onun ev məsələsini ona bildirdikdə həmin şəxs istədiyi işi həll edə biləcəyini bildirmişdir. Kamranla görüşüb həmin şəxsin istədiyi artırmaya köməklik edə biləcəyini bildirmişdir. 2020-ci ilin iyun ayında onlar aralarında razılaşdıqdan sonra həmin şəxsi zəng edərək yaşadıqları evin həyətinə dəvət etmişlər. Həmin şəxs həyətinə gəldikdə Kamran onları tanış etmişdir. Tanışlıq zamanı o həmin şəxsin onun Təqsirləndirilən şəxs3 olmasını bilmişdir. Təqsirləndirilən şəxs3 əvvəllər onun adına olan çıxarışı əlinə götürüb baxdıqdan sonra Əmlak Komitəsində tanışı ilə məsləhətləşdikdən sonra onlara cavab deyəcəyini bildirmişdir. Elmin onlardan evin sənədlərinin sürətini də özü ilə götürüb aparmışdır. Təxminən 2-3 gündən sonra Elmin Kamrana zəng edərək qeyd olunan məsələni Natiq adlı şəxslə danışmış və sonuncunun həmin torpaq sahəsini onun deyil həyat yoldaşının adına yenidən sənəd çıxarılaraq həll edə biləcəyini bildirmişdir. Kamran ona bu barədə bildirdikdə o razılaşmışdır. Təxminən 3-4 gündən sonra Təqsirləndirilən şəxs3 Kamranla telefonla danışaraq 1-ci ərazi dairəsindən yanında bir nəfər lahiyə çəkən şəxs gətirəcəyini bildirmişdir. Elmin dediyi kimi 3-4 gündən sonra lahiyə çəkən şəxslə birlikdə onun yaşadığı ünvana gəlmişlər. Həmin lahiyə çəkən şəxsin əlində lazer cihazı var imiş, Elmin, onun yaşadığı evin həyətyani sahəsinin kordinatlarını çəkdikdən sonra Elmin onlara cavab deyəcəyini bildirmişdir. Həmin günün səhərisi Təqsirləndirilən şəxs3 zəng edərək təxminən 0.01 ha torpaq sahəsinə yaxın bir ərazinin sənədləşərək hazırda çıxarış olan evə əlavə olunacağına vəd vermişdir. 2021-ci ilin iyun ayının 20-də Elmin yaşadığı evin həyətinə tərəf gəlmişdir. O Kamranla birlikdə Elminlə görüşməyə getmişdir. Onlar birlikdə Bakı şəhəri, Xətai rayonu, Levanevski küçəsində yaşadığı evin qarşısında görüşmüşlər. Təqsirləndirilən şəxs3 onlara 1-ci ərazi dairəsi üzrə Əmlak komitəsinin əməkdaşı ilə danışdığını və qeyd olunan əlavə artırmanın sənədini hazırda yaşadığı evin sənədinə artırmaq üçün 5.000 manat pul lazım olduğunu bildirmişdir. O Elminin dediyi sözlə razılaşdıqdan sonra yaşadığı evə daxil olub 5000 manat pulu götürüb yenidən küçə çıxıb onlara yaxınlaşmışdır. O 5.000 manatın hamısı 100 manatlıq olmaqla pul əskinazlarınə Kamran Bayramovun yanında Təqsirləndirilən şəxs3 sayaraq vermişdir. Təqsirləndirilən şəxs3 özüdə pulları sayıb düz olduğunu təsdiqləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 onlara bildirmişdir ki, sabah Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən nömrəsini xatırlamadığı natarusda görüşərək yaşadığı evi həyat yoldaşı X17 adına bağışla müqaviləsi bağlamaqla keçirməyini məsləhət görmüşdür. Onlar Elminin sözünə inandıqları üçün onun dediyi kimi adlarını qeyd etdiyi şəxslərlə birlikdə həmin natarusa getmişlər. Natariusda Təqsirləndirilən şəxs3 dediyi kimi hazırda yaşadığı evi yoldaşının adına sənədləşdirmək üçün müqavilə bağlamışlar. Orada 140 manat əməliyyatlara pul xərcləmişdir. Natariusdan sənəd aldıqdan sonra həmin sənədləri əmlak komitəsinə təqdim etmişlər. Təxminən 20 gündən sonra yoldaşının adına olan çıxarışı gedib əmlak komitəsindən götürdükdə Təqsirləndirilən şəxs3 dediyi 0.02 ha torpaq sahəsinin 0.03 olmadığını görmüşlər. Bundan sonra onlar başa düşmüşlər ki, Təqsirləndirilən şəxs3 tərəfindən dələduzluq yolu ilə aldanmışlar. Təqsirləndirilən şəxs3lə əlaqə saxlayıb nə səbəbdən artımın görsənmədiyini soruşduqda o, texniki səhf olduğunu bildirib yenidən aldatmağa çalışmışdır. Onlar Elminin müxtəlif yalanlarla onları yenidən aldatmağa çalışdığını gördükdə ondan verdiyi 5140 manat pulunu geri qaytarmasını tələb etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs31 ifadəsində göstərmişdir ki, o, 2020-ci sentyabr ayının 29-dan dekabrın 21-nə qədər vətən müharibəsində iştirak etmiş, X85 sərəncamı əsasında “Talış” və “Suqovuşan”-ın azad olunması baradə medal almışdır. 2020- ci ilin mart ayında “tap.az” saytında torpaq almaq üçün səhifəyə baxırmış, bu zaman qarşısına Abşeron rayonu, Məmmədli qəsəbəsində 12 sot torpağın satıldığını görmüşdür. Dərhal ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Telefonun Elmin adlı şəxs cavab vermişdir. Ona torpağı almaq istədiyini və nə vaxt baxa biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs3 ona 3 gün sonra görüşə biləcəyini demişdir. Təxminən aprel ayının əvvəllərində o rayonda olduğuna görə qayınatası Şahid16 zəng etmişdir. Qayınatası Şahid16 3 sot torpağı almaq istədiyini və sotunu 1500 manata Elmin adlı şəxsin satdığını demişdir. X73 Abşeron rayonu Məmmədli qəsəbəsində görüşüb torpağa baxmasını və 100 manat beh verməyini xahiş etmişdir. O da Elminlə görüşüb Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən torpağa baxmış və 100 manat pulu vermişdir. Bu hadisədən bir necə gün keçdikdən sonra qaynatası və o Xətai rayonu 62 nömrəli avtobusun sonuncu dayanacağında Elminə görüşmüşlər. Elmin onlardan sənədləri qaydasına salmaq adı ilə 500 manat pulu almışdır. Orada danışıqlar əsasında 12 sot torpağın 1 sotunu 1500 manatdan 3 sot alacağı barədə razılaşmışlar. 2020-ci ilin avqust ayında Elmin həmin dayanacaq nöqtəsinə gələrək qaynatası və ona “əlimdə artıq çıxarış var 1000 manatda pul ver, bölgü işini həll edək, 3 sot torpağı sənin adına keçirim. Keçirəndən 20 gün sonra sənin adına olacaq narahat olma” sözlərini demişdir və o 1000 manat pulu Elminə vermişdir. 20 gün keçdikdən sonra Elminlə əlaqə saxlamışdır. O da ona “narahat olma 1 həftə sonra düzələcək” kimi sözlər demişdir. Hər dəfə zəng edəndə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Sonuncu dəfə zəng etdikdə Elminin adını bilmədiyi qardaşı telefonu götürərək ona qarşı sərt reaksiya verərərk “ harada deyirsən gəl görüşək onda başqa söhbətlər olacaq, get kimə şikayət edirsən et, ağlın olardı pulu verməzdin” sözlərini ona demişdir. O da 35-ci polis bölməsinə şikayət etmişdir. Daha sonra vətən müharibəsinə iştirak etmək üçün yollanmışdır. Təqsirləndirilən şəxs3 ilə o və qayınatası Qara Təqsirləndirilən şəxs3lə 3 dəfə görüşmüşdür. İlk dəfə qayınatasıı öz şəxsi maşını ilə Xətai rayonundan götürərək Abşeron rayonu, Məmmədli qəsəbəsinə getdib 100 manat behi Elminə vermişdir. İkinci dəfə onu və qayınatasını torpağa baxıb Xətai rayonu, 62 saylı dayanacağda 500 manat sənədlərin qaydasına salınması üçün pulu qayınatası Elminə vermişdir. Üçüncü dəfə isə ona zəng vuraraq "sənədlər hazırdı. 1000 manat pul gətir” sözlərini deyib həmin dayanacağda o özü Elminə 1000 manat pulu vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, o ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür və fərdi olaraq işləyib ailəsini dolandırır. X64 əvvəllər tanımamış, onunla hər hansı münasibəti və ədavəti olmamışdır. A.Cəlilovu Elmir adlı şəxsin vasitəsi ilə tanımış, onlar hər ikisi torpaq alqı-satqısı ilə məşğul olurlar. O həmin şəxsləri samamışdan əvvəl stamotoloqa gedən zaman X102 ilə orada tanış olmuşdur. Söhbət əsnasında X120 rayonu ərazisində “İnzibati Həbs ananların Saxlama Məntəqəsinin” yaxınlığında tanışlarına məxsus 7 sot torpaq sahəsinin almasını deyib həmin yeri satdıqlarını ona bildirmişdir. O da torpaq almaq istədiyi üçün həmin şəxslərlə görüşmək istəmişdir. Buna görə də Vüqar Əliyevin mobil nömrəsini almış və stamotoloqdan çıxdıqdan sonra həmin şəxsləri onunla tanış etməsini bildirmişdir. 2021-ci ilin fevral ayının əvvəllərin X141 adlı şəxslə Mehdiabad qəsəbəsinə gələrək, onu həmin şəxslə tanış etmiş və onunla dost olmasını bildirmişdir. O Elmir ilə danışıb, satmaq istədiyi torpaq sahəsinə baxmaq istədiyini bildirmişdir. Bundan sonra razılaşıb, Elmirin avtomobili ilə Vüqar Əliyev və o birlikdə Elmirin satmaq istədiyi torpaq sahəsinə baxmağa getmişlər. Onlar Binəqədi rayonu ərazisinə gəlib, “X74 Saxlama əntəqəsinin” yaxınlığında 7 sot torpaq sahəsinə baxmışlar. Lakin, o 4 sot almaq istədiyini bildirmişdir. Elmir həmin torpaq sahəsinin bir sotunu 3000 manata satdığını deyib, ümumilikdə dörd sot üçün ondan 12.000 manat pul alacağını bildirmişdir. O da onunla razılaşmışdır. Elmir torpaq sahəsinin mülkiyyətçisinin başqa şəxs olmasını deyib, həmin şəxsdən etibarnamə ilə aldığını bildirmişdir. O da Elmir ilə həmin torpaq sahəsini alan zaman alqı-satqı müqaviləsi bağlayacağını və həmin torpaq sahəsini aldıqdan sonra öz mülkiyyətinə keçirmək istədiyini bildirmişdir. Bununla da Elmir ilə razılaşmışdır. Bundan sonra Elmir ondan həmin torpaq sahəsini satmaq üçün beh istəmişdir. O da ona bir neçə gün ərzində pul düzəldib verəcəyini bildirmişdir. Bundan sonra o Elmir ilə telefon əlaqəsi saxlayıb, 15 fevral 2021-ci il tarixdə saat təxminən 14 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May Açəsində yerləşən Digah kafesində Elmir ilə görüşmüşdür. Elmirə beh kimi torpaq almaq üçün X54 və X65 yanında 5600 manat pulu verdim. Bundan sonra, 16 fevral 2021-ci il tarixdə isə Elmir adlı şəxs ilə yenidən görüşüb, yaşadığı ünvan 23 ünvanının qarşısında Elmirə 4500 pul vermişdir. Elmir isə satmaq istədiyi torpaq sahəsinin qohumu kimi ona təqdim etdiyi X54 adına etibarnamə olmasını və onun adına etibarnamə verdirəcəyini bildirmişdir. O ümumilikdə 10100 manat miqdarında pulu və şəxsiyyət vəsiqəsinin əslini ona vermişdir. Elmir isə bir neçə gün ərzində Arif Cəlilovun onun adına etibarnamə verəcəyini bildirmişdir. 19 fevral 2021-ci il tarixdə isə Elmir Arifin ona 2 sot üçün verdiyi etibarnaməni gətirib ona yaşadığı Mehdiabad qəsəbəsində vermişdir. Digər 2 sot üçün isə yerdə qalan pulu düzəldib ona verəcəyi halda etibarnaməni verəcəyini bildirmişdir. O Elmirlə danışıb, atasının ankoloji xəstə olmasını bildirmiş və bir neçə ay Türkiyə Respublikasına gedəcəyini bildirmişdir. O Elmirə Türkiyə Respublikasından aprel-may ayları ərzində qayıdacağımı bildirmişdir. Həmin vaxtı isə onunla yerdə qalan digər sənədləşməni də həyata keçirilməsini xahiş etmişdir. O aprel ayında Türkiyə Respublikasından qayıtmışdır. O gəlməyi barədə Elmirə məlumat verdikdən sonra Elmir yerdə qalan 2 sot torpaq sahəsi ilə bağlı etibarnaməni istəmişdir. Bundan sonra 25 aprel 2021-ci il tarixdə təxminən 15 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən Digah kafesində X89 ilə görüşmüşdür və ona 2800 manat pul vermişdir. Həmin vaxt Arif Cəlilov onlara pul lazım olduğunu deyib, 7 sot torpaq sahəsinin hamısını almağı ona təklif etmiş, o da razılaşmışdır. Ümumilikdə 7 sot torpaq sahəsini 16.000 manata alacağı barədə razılığa gəlmişlər. Eyni qayda ilə X89 02 may 2021-ci il tarixdə saat təxminən 15 adələrində yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X.Rza küçəsi ev 26 saylı evin qarşısına gələrək ondan 3100 manat pul alıb getmişdir. Ancaq həmin şəxslər ona yerdə qalan 3 sot üçün etibarnamə verməmişlər. Bir neçə müddət sonra o öz torpaq sahəsinə baş çəkdikdə həmin torpaq sahəsinə qum və daş töküldüyünü görmüşdür. O orada həmin qum və daşın kim tərəfindən tökülməsini maraqlanmışdır. Ona məlum olmuşdur ki, həmin torpaq sahəsi başqa şəxsə satılıb. O bundan sonra Arif və Elmir ilə telefon əlaqəsi saxlamışdır. Torpaq sahəsini kiməsə satıb-satmamasını soruşmuşdur. Arif və Elmir torpaq sahəsini heç kimə satmadığını və daşla qumu özləri tökdüklərini bildirmişlər. O sonra adına olan etibarnamənin də onlar tərəfindən ləğv olunduğunu öyrənmişdir. Dəfələrlə onlarla əlaqə saxlasa da həmin şəxslər onunla görüşməkdən imtina etmiş, onun telefon zənglərinə cavab verməmişlər. O onlarla telefon əlaqəsi saxlayıb pulunu onlardan istəsə də həmin şəxslər müxtəlif bəhanələrlə onu aldatmışlar. Hazıra qədər onlar nə onun pulumu geri qaytarmış, nə də torpaq sahəsinə sənəd verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs26 onun doğma oğludur və onunla eyni ünvanda yaşayır. Təqsirləndirilən şəxs2 tanımamış və onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2021-ci ilin noyabr ayında oğlu Aydın üçün ev tikmək üçün boş torpaq sahəsi almaq qərarına gəlmişlər. Bu məqsədlə internetdə satılıq torpaq sahəsi elanlarına o və oğlu Aydın da baxırmışlar. Bir müddət sonra Aydınla baxdığı “Bina.az” elan saytındakı elanda sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxsin Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən 2 sot torpaq sahəsi satdığını görmüşlər. Onun elanda yerləşdirilmiş mobil telefon nömrəsi ilə o əlaqə saxlamış və Azərin satdığı torpaq sahəsində gedərək onunla görüşmüşdür. Danışıq zamanı Azər özünün də Qarabağlı, Laçın rayonundan olmasını heç bir problemsiz torpaq sahəsi olmasını, təcili olaraq bacısının əri vəfat etdiyindən baş daşı düzəltdirmək üçün pul lazım olduğu üçün torpaq sahəsini satdığını bildirmişdir. O Azərlə görüşüb evə gəldiyi günün səhəri oğlu Aydınla birlikdə gedərək torpaq sahəsinə baxmışlar. Torpaq sahəsini bəyəndikdən sonra Azərlə əlaqə saxlamışlar və torpaq sahəsini almaq istədiyini bildirmişlər. Azər isə həmin günün səhərinə görüş təyin etmiş və görüşəcəyi yeri isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 16 saylı Notarit Ofisinin yaxınlığını müəyyən etmişdir. Azər dediyi vaxtda, yəni xx.xx.2021-ci il tarixdə dediyi ünvana getmişlər və orada Azərlə görüşmüşlər. Görüşdükdən sonra Bakıxanov qəsəbəsindəki 16 saylı Notariat Ofisinə daxil olmuşlar və orada Azərlə oğlu Zərərçəkmiş şəxs26 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlandıqdan sonra çölə çıxmışlar və onun avtomobilinə əyləşmişlər. Avtomobildə onun iştirakı ilə Təqsirləndirilən şəxs2 6000 manat pulu Aydın sayıb vermişdir. Azər pulu götürərək saymış və onlarla sağollaşaraq getmişdir. Bu hadisədən bir gün sonra, oğlu Aydın torpağın sənədlərini də götürərək su çəkdirmək üçün Su İdarəsinə getmişdir. Orada danışmış və su idarəsinin əməkdaşları sənədə baxdıqdan sonra həmin sənədin başqa ərazi olduğunu bildirmişdir. Bundan sonra Aydınla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə getmişdir. Orada sənədləri yoxlatdırmışlar və bu zaman Təqsirləndirilən şəxs2 onları aldadaraq başqasına məxsus torpaq sahəsini satdığını öyrənmişlər. Bundan sonra oğlu Zərərçəkmiş şəxs26 Sabunçu RPİ-yə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid14 Zərərçəkmiş şəxs11 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi şahid qismində dindirilmiş X18 zərərçəkmiş şəxs X38 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X81 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun atasıdır. Zərərçəkmiş şəxs33 atası vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs33 atasının borcu olmuş, lakin, borcu yaranma səbəbindən məlumatı olmamışdır. 2018-ci ilin avqust ayında atasının borcu ilə əlaqədar bankdan kredit götürərək ünvan 3 ünvanında Zərərçəkmiş şəxs33 17600 manat vermişdir. Daha sonra barışıq ərizəsi verməsi üçün Zərərçəkmiş şəxs33 əlavə 1000 ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X66 ifadəsində göstərmişdir ki, X81 onun tanışdır. Zərərçəkmiş şəxs33 “Əlyar” adı ilə tanımış, həmin şəxsi bir neçə dəfə Yalçıngilə məxsus həyətdə görmüşdür. 2018-ci ilin avqust ayında ünvan 3 ünvanında onun iştirakı ilə Zərərçəkmiş şəxs33 17600 manat pul verilmişdir. O, işə gedərkən X81 ona zəng edərək əlavə 1000 manat pul lazım olduğunu bildirmiş, ondan həmin məbləği Bakı şəhəri 6 saylı Notariat Ofisinə xahiş etmişdir. O, Bakı şəhəri 6 saylı Notariat Ofisinə gedərək 1000 manat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X67 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs33 “Əlyar” adı ilə tanıyıb. Dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs33 onun həyətinə gəlmiş, həmin vaxt, Yaşar həyətdə fəhlə işləyən Ramizin polisdə problemi olduğunu bildirmiş, həmin vaxt, Elniyyət tanışları vasitəsi ilə problemin həllinə köməklik edə biləcəyini demişdir. O, Ramizin probleminin həllinə görə 1500 manat pul vermiş, lakin, məsələ həll olunmadığı üçün pulunu geri qaytarmalarını tələb etmişdir. 2018-ci ilin avqust ayında pulunu almaq məqsədi ilə Yaşarın yaşadığı ünvana getmiş, həmin vaxt Elniyyətin orada olduğu görmüşdür. Yaşar borcu ilə bağlı Elniyyətə 17600 manat pul vermiş, o da, orada olduğu üçün bunun şahidi olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X68 ifadəsində göstərmişdir ki, X50 qudası Təqsirləndirilən şəxs4 vasitəsi ilə tanımışdır. Belə ki, qudası İsmayıl maklerlik fəaliyyəti ilə məşğul olarkən onunla görüşdüyü zaman Mübarizdə onun yanında olmuş, dəfələrlə onunla oturaraq çay içərək yemək yemişlər. Bu səbəbdən Mübariz Həsənovla münasibəti yaranmışdır. 2020-ci ilin təqribən yanvar-fevral ayında Mübariz onunla söhbət etdiyi zaman qohumu vasitəsi ilə İsmayılla şərikinə torpaq sahəsi alacağını demişdir. Daha sonra Mübariz özünün şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək ondan ona məxsus olan torpaq sahəsinin adına sənədləşməsini xahiş etmişdir. O da etiraz etməmişdir və özünə məxsus şəxsiyyət vəsiqəsinin şəkilini Mübarizin telefonuna göndərmişdir. Bu hadisədən təqribən dörd ay sonra, yəni 2020-ci ilin may ayında Mübariz ona zəng etmiş və adına rəsmiləşdirilmiş torpaq sahəsinin qohumunun adına keçirilməsi üçün notariusa etibarnamə verməyimi xahiş etmişdir. O Mübarizə heç bir problemin olmadığını, sadəcə olaraq vaxtının olmadığını, vaxt elədiyi zaman notariusa gedərək etibarnamə verəcəyini bildirmişdir. Lakin Mübariz təkidlə ondan tez bir zamanda notariusa gedərək etibarnamə verməyini xahiş etmişdir. Mübarizin təkid etdiyini görüb razılıq vermişdir və 19 may 2020-ci il tarixində 18 saylı notariusa getmişdir. Mübariz notariusa yanında bir nəfər qadınla gəlmiş və qohumu olduğunu bildirmişdir. Həmin notariusda o qadının adına etibarnamə vermişdir və oradan çıxaraq getmişdir. Bundan sonra həmin torpaqla bağlı məsələnin nə yerdə olduğundan məlumatı olmamışdır. X75 onun adına rəsmiləşdirdiyi torpaq sahəsini haradan və kimdən alması barədə ona heç bir məlumat verməmişdir. X40 onun rəsmiləşdirdiyi torpaq sahəsini X5 barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs32 ümumilikdə 5080 manat nəğd pul aldığı zaman o məlumatlı olsa da həmin məbləğin nə qədər olmasını və hansı məqsədlə almasını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o anket məlumatlarında qeyd olunan ünvanda anası Zərərçəkmiş şəxs9 Əlməstan qızı ilə birlikdə yaşayır. 2020-ci ilin mart ayının əvvəllərində anası Zərərçəkmiş şəxs9 onun üçün torpaq alıb ev tikdirmək qərarına gəlmişdir. Bundan sonra anasə Güllü Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə getmiş, bir neçə ev alqı-satqı ofisinə yaxınlaşmışdır. Həmin vaxt Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində torpaq və ev alqı-satqısı ilə məşğul olan Vüsal adlı şəxsə Ramana qəsəbəsindən torpaq sahəsi almaq istədiyini bildirmişdir. Vüsal adlı şəxsdə İsmayıl və İlqar adlı tanışının olduğunu və onların Ramana qəsəbəsi ərazisində 2.5 sot torpaq sahəsinin olduğunu bildirmişdir. Anası Güllü həmin torpağın qiymətini Vüsal adlı şəxsdən soruşduqda, Vüsal torpaq sahəsinin qiymətini 5000 manata demişdir. Anası Güllü də evə gəldikdə bu barədə ona demişdir və görüş zamanı anası Güllü və o Vüsala 5000 manat pulun olmadığını, həmin torpaq sahəsinə görə 4500 manat verə biləcəyini ona bildirmişdir. Bundan sonra anası Güllü və o Vüsal ilə birlikdə həmin torpaq sahəsinə baxmaq üçün getmişlər, torpaq sahəsindən xoşu gəlmiş, Vüsala bildirmişlər ki, sahibi ilə danışsın qiymətdə razlaşarsa anası Güllü həmin torpağı alar. Vüsal da torpağın sahibi ilə danışıb deyəcəyini bildirmişdir. 24 mart 2020-ci il tarixdə Vüsal anasının mobil telefonuna zəng vuraraq demişdir ki, torpaq sahəsinin sahibi ilə danışıb, sənədi götürün təz onun Ramanı qəsəbəsindəki işlədiyi makler ofisinə gəlin, torpağın sahibi də oradadır. Həmin gün təxminən saat 10 radələrində anası Güllü onunla birlikdə tanışları Turanın idarə etdiyi avtomobillə Vüsalın Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən işlədiyi ev alqı-saqısı ofisinə getmişlər. Orada Vüsal anasını və onu İlqar və İsmayıl adlı şəxslərlə tanış edib, bildirmişdir ki, bu şəxslər ona satmaq istədikləri torpağın sahibləridirlər. Həmin vaxt anası Güllü onlara soruşmuşdur ki, torpaq sahəsindən xoşu gəlib, nə vaxt sənədləşdirsinlər. Onlar da bildirmişlər ki, səhər saat 11 radələrində torpağın pulunu və şəxsiyyət vəsiqəni gətirər, torpağı sənədləşdirərlər. Həmin vaxt anası Güllü 1000 manat pulu evdən götürüb onunla birlikdə Turan adlı taksi sürücüsünün avtomobili ilə Ramana qəsəbəsinə Vüsalın ofisinə getmişlər, orada o səhhəti ilə bağlı narahat olduğu üçün avtomobildə gözləmiş və anası 1000 manat pulu götürüb Vüsalın ofisinə girmiş, pulu verib geri qayıtmış və həmin vaxt 1000 manat pulu Vüsal da İsmayıla verməsini anası Güllü ona demiş 200 manat Vüsala əlavə zəhmət haqqı da verməsini bildirmişdir. Anası onlara bildirmişdir ki, qalan 3650 manat pulu səhər gətirib verəcəkdir. 25 mart 2020-ci il tarixdə yenə onunla birgə taksi sürücüsü Turanın avtomobili ilə birlikdə Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində yerləşən Vüsalgilin satmaq istədikləri torpaq sahəsinə gəlmişlər, orada Vüsal və torpağı satan İsmayıl ilə görüşmüşlər. Anası onlardan torpağın digər sahibi İlqarın nə vaxt gələcəyini soruşanda, İsmayıl bildirmişdir ki, narahat olma şəxsiyyət vəsiqəsini ver, o İlqarı evindən götürüb notariusa aparacaq, orada torpağı onun adına sənədləşdirəcəklər. Bundan sonra anası onun şəxsiyyət vəsiqəsini İsmayıla vermişdir. İsmayıl da demişdir ki, burada gözləyin. Təxminən 3 saatdan sonra İsmayıl qayıtmış, onun dalınca İlqar gəlmiş, orada İsmayıl ona etibarnamə verib bildirmişdir ki, torpağın sənədi budur, İlqar öz adından onun adıma etibarnamə vermişdir. Anasə Güllü də etibarnaməni İsmayıldan götürmüş və torpağa görə qalan 3650 manatı pulu Vüsala vermiş, Vüsal da həmin pulu sayıb İsamayıla vermişdir. 27 mart 2020-ci il tarixdə aldığı torpaq sahəsinə daş və qum tökdürüb, usta çağırtdırıb tikintiyə başlamışlar. Təxminən 4-5 gündən sonra usta anasına zəng vuraraq bildirmişdir ki, torpaq sahəsinə qonşular gəliblər ki, bu torpaq başqa şəxsindir. Bundan sonra anası Güllü ilə birlikdə həmin torpaq sahəsinə gəlmişlər, orada başqa bir nəfər İlqar adlı şəxslə görüşmüşlər, həmin İlqar adlı şəxs onlara etibarnamə göstərmişdir ki, o aldığınız torpaq sahəsini İsmayıl və İlqar adlı şəxslərdən 4000 manata almışdır. Həmin vaxt onlara məlum olmuşdur ki, ev alqı satqısı ilə məşğul olan Vüsal, onun tanışları İsmayıl və İlqar anası Güllünü aldadaraq əvvəl satdıqları torpaq sagəsinə etibarnamə verib pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Bundan sonra anası Güllünü orada polisə şikayət edəcəyini bildirmiş və pulunu qaytarmalarını tələb etmişdir. Bu zaman həmin yerə Təqsirləndirilən şəxs1 və X75 gəlmişlər. Onlar gəldikdən sonra, Təqsirləndirilən şəxs1 şikayət etməməyi, İsmayılgildən verdiyi 4650 manatı alaraq verəcəyini bildirmişdir. Daha sonra anası Yaşarla birlikdə oturaraq söhbət etmişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində torpaq sahəsi olduğunu bildirmiş və 4100 manata oranı ala biləcəyini demişdir. Anası Güllü də onunla razılaşmış və Təqsirləndirilən şəxs1 4100 manat pul vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs1 həmin torpaq sahəsində tikinti işləri aparmaq üçün 1700 manat pul lazım olduğunu bildirmişdir. Anası Güllü də həmin pulu da düzəldərək ona Suraxanı rayonunda, Əmircan qəsəbəsindəki torpaq sahəsinin üstündə vermişdir. Pulları verdikdən sonra dəfələrlə Təqsirləndirilən şəxs1 torpağa sənəd verilməsini tələb etsə də Yaşar heç bir sənəd verməmişdir, həmçinin pulu da qaytarmamışdır. Bu hadisələrdən sonra polisə dəfələrlə şikayət etdiyi üçün İsmayıl anası Güllüdən aldıqları pulun 2000 manatını hissə-hissə qaytarmış, Vüsal isə 800 manatını qaytarmışdır. Sonradan Sabunçu RPİ-də istintaq şöbəsində cinayət işi başlanılaraq istintaq aparılan müddətdə Təqsirləndirilən şəxs1 Südeyif oğlunun dələduzluq yolu ilə aldığı 5800 manat puldan 2000 manat pulu Yaşarın oğlu Yalçın anası Güllüyə ödəmişdir, qalan pulu isə ödəməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, ev və torpaq alqı satqısı ilə məşğul olan Mübariz və İsmayıl adlı şəxslər dostu Zərərçəkmiş şəxs20 Sabunçu rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 3,5 sot boş torpaq sahəsini satmaq məqsədilə xx.xx.2020-ci il tarixdə, təxminən saat 13:00 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində yerləşən Suraxanı rayon icra Hakimiyyətinin inzibati binasının yanında yerləşən adsız kafedə Aslandan onun iştirakı ilə 8100 manat məbləğdə pul alaraq onu aldatmışlar. Belə ki, o Aslanı əvvəllər tanıdığı Emin adlı ev və torpaq alqı satqısı ilə məşğul olan şəxslə tanış etmiş və sonuncunun vasitəsi ilə onlar Mübariz və İsmayıl adlı ev və torpaq alqı satqısı ilə məşğul olan digər şəxslərlə tanış olmuşlar. Aslan özünə münasib yerdən və münasib qiymətə torpaq sahəsi almaq qərarına gəlmişdir. Mübariz və İsmayıl adlı şəxslərlə tanış olduqdan sonra o Aslanla birlikdə təxminən 1 həftə onlarla birlikdə müxtəlif yerləri gəzib münasib torpaq sahəsi axtarmışlar. Emin də həmişə onlarla bərabər olmuşdur. Nəhayət Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 3,5 sot boş torpaq sahəsinə baxdıqdan sonra Aslan həmin torpaq sahəsini bəyənmişdir. Həmin vaxt Mübariz onlara bildirmişdir ki, torpaq sahəsi ona məxsusdur və torpaq sahəsini 8000 manata satır. Aslan Mübarizin bu təklifi ilə razılaşmış və xx.xx.2020-ci il tarixdə Aslan ona 300 manat pul vermişdir ki, pulu beh kimi Mübarizə və İsmayıla çatdırsın. O da həmin pulu Aslandan onun yaşadığı evdə aldıqdan sonra Suraxanı qəsəbəsində yerləşən “Əfsun” şadıq sarayının qarşısında İsmayıl ilə görüşüb 300 manat beh pulunu İsmayıla vermişdir. İsmayıl görüşə tək gəlmişdir. Sonra Aslana zəng vurub bir az sonra ona zəng vurub demişdir ki, Suraxanı qəsəbəsində yerləşən «Əfsun» şadlıq sarayının yanında İsmayılla görüşərək ondan aldığı 300 manat beh pulunu İsmayıla çatdırmışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təqribən 2019-cu ilin may ayında sonradan adının Zərərçəkmiş şəxs21 yanına gəlmiş və hazır vəziyyətdə ev almaq istədiyini bildirmişdir. O Elnarə adlı xanıma bu barədə maraqlanaraq məlumat verəcəyini bildirmişdir. Bundan bir müddət sonra əvvəllər tanıdığı Təqsirləndirilən şəxs4 ilə əlaqə saxlamışdır. Ondan hazır vəziyyətdə evinin olub- olmadığını soruşmuşdur. İsmayıl isə satılıq hazır vəziyyətdə evinin olduğunu, lakin müəyyən işlər qaldığını demişdir. O bu barədə Zərərçəkmiş şəxs21 məlumat vermişdir. Məlumat verdikdən sonra Elnarə ilə İsmayılı görüşdürmüşdür. Elnarəgil İsmayılın satdığı evə baxış keçirtmişlər və evi tam təmir etdirərək almaq istədiyini bildirmişdir. Bununla bağlı İsmayılla Elnarə arasında 15000 manata razılıq əldə edilmişdir. Elnarə pulu İsmayıla ödəmiş və pul ödənildikdən sonra İsmayıl evi tam təmir etməyi ondan xahiş etmişdir. O İsmayılın xahişi ilə evi tam təmir etmişdir və hazır vəziyyətə gətirmidir. Bundan sonra Zərərçəkmiş şəxs21 evi qaytarmaq istədiyini bildirmişdir. Bundan sonra İsmayıl hər dəfə bir bəhanə ilə vaxtı uzadaraq Zərərçəkmiş şəxs21 pulunu qaytarmamışdır. Eyni zamanda onun evin təmirinə xərclədiyi 2000 manatı da verməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs21 Təqsirləndirilən şəxs4 onun yanında 14000 manat pul vermişdir, lakin həmin puldan İsmayıl ona heç bir məbləğdə pul verməmiş, hətta evin təmirinə xərclədiyi 2000 manatı da ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 müraciəti ilə tanış olmuşdur. Mübariz və İsmayıl adlı şəxsləri təqribən 2020-ci ilin əvvəllərində tanımışdır. Belə ki, onları işlədiyi taksi fəaliyyəti ilə əlaqədar tanımışdır və onları bir neçə dəfə Bakı şəhərinin müxtəlif yerlərinə aparmışdır. 2020-ci ilin may ayında Mübariz ona zəng etmiş və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə getməli olduqlarını bildirmişlər. O da etiraz etməmişdir və Mübarizi, eyni zamanda onun tanışı İsmayılı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı dairəsinin yaxınlığından götürərək Bakıxanov qəsəbəsində yerləşən “Asan” Xidmətin yanına gətirmişdir. Orada Mübariz və İsmayıl bir nəfər əvvəllər tanımadığı, sonradan adlarının Əzizə və bir nəfər əvvəllər tanımadığı, sonradan adının Oruc olduğunu bildiyi şəxslə görüşmüşlər. Onlar torpaqla bağlı danışıqlar aparmışlar. Bu hadisədən bir neçə gün sonra yenidən Mübariz və İsmayılı 18 saylı Notariat Ofisinə aparmışdır. Orada onlar Əzizə, Oruc və onun oğlu Talehlə görüşmüşlər. Notariusa keçərək işlərini görmüşlər və bir müddət sonra çölə çıxmışlar. Onlar çıxdıqdan sonra Mübarizi, Əzizəni, Orucu və Talehi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Asan” Xidmət mərkəzinin yanına gətirmişdir. Orada Əzizə və Oruc adlı şəxslər Mübarizə 10000 manat pul vermişlər. Daha sonra oradan çıxaraq yenidən Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı dairəsinə gəlmişlər. Bu hadisədən bir neçə gün sonra Mübariz ona zəng etmişdir və Bakıxanov qəsəbəsində yerləşən “Asan” xidmət mərkəzinin yanına gedərək Oruc adlı şəxsdən “əmanət” götürməyi xahiş etmişdir. O Mübariz dediyi yerə gəlmişdir və orada Oruc adlı şəxslə görüşmüşdür. Ondan 800 manat pulu götürərək Mübarizə vermişdir. Bundan sonra Mübarizin və İsmayılın qanunsuz işlərlə məşğul olduğunu hiss etmiş və onlarla əlaqəni kəsmişdir, bir daha onları heç bir yerə aparmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ilin sonu 2021-ci ilin əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 3 sot torpaq sahəsini X19 almışdır. Torpaq sahəsini aldıqdan sonra orada tikinti işləri aparmağa başlamışdır. Tiktini işləri getdiyi zaman ora iki nəfər əvvəllər tanımadığı, sonradan adlarının Taleh və Tohid olduğunu bildiyi şəxslər gəlmişdir. Onlar torpaq sahəsinin onlara məxsus olduğunu bildirərək etibarnamələrini ona təqdim etmişlər. O həmin şəxslərə torpaq sahəsini X55 adlı şəxsdən 7000 manata aldığını bildirmişdir. Bu zaman onlar dəqiqləşmə aparmağını xahiş etmiş və o Vüsalə adlı qadınla danışmış və bununla bağlı araşdırma aparmışlar və Talehlə Tohid adlı şəxsə verilən sənədin başqa torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. O, İsmayıl, Mübariz, Adil və Coşqun adlı şəxsləri tanımır. Onlarla heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o Maştağa qəsəbəsində fərdi ev tikintisi üçün aldığı faktiki olaraq ona məxsus olan Maştağa qəsəbə nümayəndəliyinin 15 mart 1999-cu il tarixli 3 saylı qərarına əsasən 1372 saylı 0,12 ha torpaq sahəsini baldızı X13 adından etibarnamə əsasında həyat yoldaşı X26 verilmişdir. 2021-ci ilin mart ayında həmin torpaq sahəsinə baş çəkməyə getdikdə görmüşdür ki, həmin torpaq sahəsinə hasar çəkmək istəyən şəxs var və onun adı Mətləb Əskərovdur. Ondan bu barədə maraqlandıqda sonuncu ona bildirmişdir ki, həmin torpaq sahəsi ona İsmayıl və Nəsrəddin adlı şəxslər tərəfindən 14000 manata satılmışdır. O isə özünün sənədlərini Mətləb Əskərova göstərmiş və bu zaman həmin şəxs aldadıldığını anlamışdır. Həmin torpaq sahəsini satmaq adı ilə Mətləb Əskərova göstərib onun pulunu ələ keçirən şəxsləri tanımır və onlarla heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2018-ci ilin oktyabr ayında oğlu Abdulxalıq özünə ev almaq istəyirmiş, həmin vaxt sosial şəbəkədə ev elanlarına baxan zaman Ramanı qəsəbəsində bir ev görüb həmin evin sahibi ilə telefon vasitəsi ilə danışmışdır, həmin şəxs adının İsmayıl olduğunu bildirmiş və evin Ramanı qəsəbəsində 2 sot torpaq sahəsinin içərisində 1 mərtəbəli ev olduğunu demişdir. O oğlu Abdulxalıqla birlikdə gedib həmin evə baxmışlar. xx.xx.2018-ci il tarixdə yaşadıqları ünvan 19 ünvanında yerləşən mənzildə Təqsirləndirilən şəxs4 12000 manat pul vermişlər və İsmayıl həmin vaxt evin sənədlərini hazırlayıb bir günə xəbər edəyini demişdir. Onlar onunla razılaşmışlar və İsmayıl oradan getmişdir. Lakin bundan sonra İsmayıla zəng edib evi sənədlərinin nə vaxt hazır olacağını soruşduqda İsmayıl müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Bundan sonra İsmayılın onları aldatdığını bilib başa düşmüşlər və baş vermiş hadisə barəsində oğlu Abdulxalıq və o özü polisə müraciət etmişdir. İsmayıla verdiyi 12000 manat pul oğlu Abdulxalıqa aiddir və ona qarşı törədilmiş dələduzluq cinayəti nəticəsində həmin məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs25 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid13 Zərərçəkmiş şəxs7 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid16 Zərərçəkmiş şəxs31 oğlunun göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 Xəlif qızı Zərərçəkmiş şəxs2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci cildinin 48-ci vərəqəsində olan 10 noyabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs2 Bül-Bül oğlu “borc verən” qismində Təqsirləndirilən şəxs3 1500 manat borc pul vermiş, Təqsirləndirilən şəxs3 aldığı pulu 20 dekabr 2020-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Cinayət işinin 1-ci cildinin 49-cu vərəqəsində olan 12 noyabr 2020-ci il tarixli əlyazmadan görünür ki, 12 noyabr 2020-ci il tarixi qeyd edilmiş imza və Təqsirləndirilən şəxs3 yazısı ilə təsdiq edilmiş həmin yazıda “Mən Təqsirləndirilən şəxs3, Sabunçu rayonu, Ləhiç bağlar massivində 15-ci dalanda yerləşən 1200 kv.m torpaq sahəsinə görə 2000 (iki min) AZN aldım” cümləsi əlyazma xətti ilə yazılmışdır. Cinayət işinin 1-ci cildinin 181-ci vərəqəsində olan 09 fevral 2021-ci il tarixli dəymiş ziyanın ödənilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən Zərərçəkmiş şəxs3 1300 manat ödəniş edilmişdir. Cinayət işinin 1-ci cildinin 260-cı vərəqəsində olan 01 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, X75 01 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 25-27-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-460/2021 saylı, 03 iyul 2021-ci il tarixli qərarından görünür ki, X75 barəsində həbs etmənin əvvəli 01 iyul 2021-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 241-ci vərəqəsində olan 07 avqust 2022-ci il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsindən görünür ki, X69 məxsus olan Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.10 torpaq sahəsinin icarə hüquqlarından 0.03 ha torpaq sahəsinin icarə hüququnu 3000 (üç min) manat müqabilində X3. Cinayət işinin 3-cü cildinin 1-ci vərəqəsində olan 07 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, X75 07 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 3-cü cildinin 39-40-cı vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-14/2021 saylı, 09 yanvar 2021-ci il tarixli qərarından görünür ki, X75 barəsində həbs etmənin əvvəli 07 yanvar 2021-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 125-ci vərəqəsində olan 26 sentyabr 2020-ci il tarixli qəbzdən görünür ki, X75 zərərçəkmiş şəxs X82 1500 manat ödəmişdir. Cinayət işinin 3-cü cildinin 163-cü vərəqəsində olan əlyazmadan görünür ki, həmin yazıda satıcı Təqsirləndirilən şəxs4 və Şahid11 Firuddin oğlu alıcı qismində (zərərçəkmiş şəxsin atasıdır) imzalarla təsdiq edilmiş “Mən, Əsgərov X36 Tofiq Firuddin oğlu ilə Ramanı qəsəbəsi Şuşa şəhərciyində yerləşən 120 kv.m torpaq sahəsində yerləşən 2 otaqlı evi tam təmir edib Şahid11 16 min manat dəyərinə satıram. 14 min manatı nağd alıb evin təmiri bitdikdən sonra 2 min manatı da alacam.” cümlələri yazılmışdır. Cinayət işinin 3-cü cildinin 219-cu vərəqəsində olan 09 sentyabr 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxs X35 1000 manat ödəmişdir. Cinayət işinin 4-cü cildinin 191-192-ci vərəqəsində olan 03 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Südeyif oğlu 03 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 4-cü cildinin 220-221-ci vərəqəsində olan 05 aprel 2021-ci il tarixli şübhəli şəxs qismindən azad edilmə və MSY-dən buraxılma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Südeyif oğlu şübhəli şəxs qismindən azad edilərək Sabunçu RPİ-nin MSY-dən buraxılmışdır. Cinayət işinin 5-ci cildinin 29-30-cu vərəqəsində olan 15 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 15 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 5-ci cildinin 95-98-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-252/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs etmənin əvvəli 15 aprel 2021-ci il tarixdən hesalanılmaqla 02 (iki) ay 16 (on altı) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 6-cı cildinin 58-ci vərəqəsində olan vərəqəsində olan X9 25 avqust 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 Südeyif oğlu tərəfindən ona vurulmuş ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 7-ci cildinin 112-113-cü vərəqəsində olan 04 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Maks oğlu 04 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 7-ci cildinin 133-136-cı vərəqəsində olan 04 iyun 2021-ci il tarixli şübhəli şəxs qismindən azad edilmə və MSY-dən buraxılma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Maks oğlu şübhəli şəxs qismindən azad edilərək Sabunçu RPİnin MSY-dən buraxılmışdır. Cinayət işinin 7-ci cildinin 140-141-ci vərəqəsində olan 10 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Südeyif oğlu 10 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 7-ci cildinin 212-215-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-396/2021 saylı, 12 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Südeyif oğlu barəsində həbs etmənin əvvəli 10 iyun 2021-ci il tarixdən hesalanılmaqla 01 (bir) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 7-ci cildinin 232-236-cı vərəqəsində olan 24 iyun 2021-ci il tarixli Bakı Şəhər Prokuroru İlqar Abbasovun vəsatətə baxılma haqqında qərarından görünür ki, X75 barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Elvin Nəsibovun vəsatətinin müdafiə edilməsindən Bakı Şəhər Prokuroru İlqar Abbasov tərəfindən imtina edilmişdir. Cinayət işinin 8-ci cildinin 211-213-cü vərəqəsində olan 30 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 30 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 8-ci cildinin 253-257-ci vərəqəsində olan 01 sentyabr 2021-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİnin İŞ-nin müstəntiqi Elvin Nəsibovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs3 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 8-ci cildinin 258-263-cü vərəqələrində olan 01 sentyabr 2021-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 9-cu cildinin 83-86-cı vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-749/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, X40 həbsdə saxlama müddəti 01 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 9-cu cildinin 252-ci vərəqəsində olan 23 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs17 təqsirləndirilən şəxs X98 tərəfindən vurulmuş maddi ziyana görə 1500 manat ödənilmişdir. Cinayət işinin 10-cu cildinin 57-ci vərəqəsində olan 14 may 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs18 Təqsirləndirilən şəxs3 tərəfindən vurulmuş maddi ziyana görə 1000 manat ödənilmişdir. Cinayət işinin 10-cu cildinin 71-ci vərəqəsində olan 29 may 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs18 Təqsirləndirilən şəxs3 tərəfindən vurulmuş maddi ziyana görə 1000 manat ödənilmişdir. Cinayət işinin 10-cu cildinin 79-cu vərəqəsində olan 15 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs18 Təqsirləndirilən şəxs3 tərəfindən vurulmuş maddi ziyana görə 500 manat ödənilmişdir. Cinayət işinin 10-cu cildinin 86-90-cı vərəqəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-35/2015 nömrəli, 04 may 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 (üç) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2014-cü il tarixli qərarı ilə təyin edilmiş 05 (beş) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplanılmaqla Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 05 (beş) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrumetmə və 3000 (üç) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Cinayət işinin 10-cu cildinin 96-cı vərəqəsində olan 17 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs18 Təqsirləndirilən şəxs3 tərəfindən vurulmuş maddi ziyana görə 800 manat ödənilmişdir. Cinayət işinin 10-cu cildinin 214-216-cı vərəqələrində olan 29 noyabr 2021-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 11-ci cildinin 138-ci vərəqəsində olan 25 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs27 Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş maddi ziyana görə 3000 manat ödənilmişdir. Cinayət işinin 11-ci cildinin 168-ci vərəqəsində olan 12 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 12 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 11-ci cildinin 192-ci vərəqəsində olan 14 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs27 Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş maddi ziyana görə 2000 manat ödənilmişdir. Cinayət işinin 11-ci cildinin 193-194-cü vərəqələrində olan 14 mart 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 12-ci cildinin 229-cu vərəqisndə olan 29 mart 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X98 29 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 12-ci cildinin 262-263-cü vərəqələrində olan 31 mart 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, X98 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, saxlanıldığı MSY-dən azad edilmişdir. Cinayət işinin 13-cü cildinin 52-ci vərəqəsində olan 27 may 2022-ci il tarixli protokoldan görünür ki, X56 Təqsirləndirilən şəxs3 tərəfindən vurulmuş maddi ziyana görə 1500 manat ödənilmişdir. Cinayət işinin 13-cü cildinin 53-cü vərəqəsində olan 30 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs17 təqsirləndirilən şəxs X98 tərəfindən vurulmuş maddi ziyana görə 1300 manat ödənilmişdir. Cinayət işinin 14-cü cildinin 36-cı vərəqəsində olan 25 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs24 Təqsirləndirilən şəxs3 tərəfindən vurulmuş maddi ziyana görə 900 manat və 600 ABŞ dolları ödənilmişdir. Cinayət işinin 14-cü cildinin 125-ci vərəqəsində olan 29 iyun 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 29 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 14-cü cildinin 146-148-ci vərəqəsində olan 29 iyun 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, saxlanıldığı MSY-dən azad edilmişdir. Cinayət işinin 15-ci cildinin 16-17-ci vərəqəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli hökmdən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 15-ci cildinin 105-118-ci vərəqəsində olan Abşeron Rayon Məhkəməsinin 1(012)-167/2021 nömrəli, 21 may 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 tutulduğu 02 (iki) gün müddətinin azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 21 may 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 15-ci cildinin 119-122-ci vərəqəsində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-397/2022 nömrəli, 07 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilərək Təqsirləndirilən şəxs4 barəsində Abşeron Rayon Məhkəməsinin 1(012)-167/2021 nömrəli, 21 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 02 (iki) il 06 (altı) ay 14 (on dörd) gün hissəsi 06 (altı) ay azadılmışdır. Cinayət işinin 15-ci cildinin 123-193-cü vərəqəsində olan 25 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi 03 ədəd DVD disk, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 torpaq satmaq vədi ilə pul almasını təsdiq edən əlyazmalar cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 15-ci cildinin 234-cü vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs15 təqsirləndirilən şəxs X98 tərəfindən vurulmuş maddi ziyana görə 4000 manat ödənilmişdir. Cinayət işinin 15-ci cildinin 89-90-cı vərəqəsində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış, xx.xx.2021-ci il tarixdə həbsdə saxlam müddəti uzadılmadığı üçün Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad olunmuşdur. Cinayət işinin 15-ci cildinin 91-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Əsgərov X44 Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 15-ci cildinin 92-94-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 noyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, X75, sonuncu dəfə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinrərk 08 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası 20 oktyabr 2017-ci il tarixli qanunu tətbiq edilməklə 05 (beş) il müddətinə endirilmiş, 01 mart 2018-ci il tarixdə təyin edilmiş cəzanı çəkidiyindən azad edilmişdir. Cinayət işinin 15-ci cildinin 95-96-cı vərəqəsində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 15-ci cildinin 97-98-ci vərəqəsində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 noyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 mat 2017-ci il tarixli hökmü ilə X98 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin 15-ci cildinin 99-100-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 noyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3, sonuncu dəfə, Nəsimi Rayon Məhkəməsinin 04 may 2015-ci il tarixli hökmünə əsasən 05 (beş) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə və 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 04 yanvar 2018-ci il tarixli qərarı ilə cəzası 5 il və 600 manat cərimə cəzası ilə əvəz edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qərarı ilə həbsdə olduğu 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum edilmə və 600 manat cərimə cəzası saxlanılmış, 23 aprel 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarında olan 09 mart 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs13 “borc verən” qismində Təqsirləndirilən şəxs4 4500 manat borc pul vermiş, Təqsirləndirilən şəxs4 aldığı pulu 09 mart 2020-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Cinayət işi materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(000)- 406/2018 nömrəli, 01 mart 2018-ci il qərarından görünür ki, X75 barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli qanun tətbiq edilərək X40 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-675/2013 nömrəli, 19 avqust 2013-cü il tarixli hökmündə nəzərdə tutulmuş cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, ona 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. X40 azadlıqdan məhrumetmə cəzasının əvvəli 12 fevral 2013-cü il tarixdən hesablandığına, o, həmin cəzanı çəkib qurtardığına görə dərhal azad olunmuşdur. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 357/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərarı ilə X98 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmiş və bununla əlaqədar onun barəsində icraat ayrılmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsinin 18 avqust 2023-cü il tarixli, 3-16-17/36/2- 2005/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 18 avqust 2023-cü il tarixdə Müalicə Müəssisəsində vəfat etmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 11/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qərarı ilə X75 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmiş, bununla əlaqədar onun barəsində icraat ayrılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs13 30 yanvar 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş X38 31 oktyabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş X14 27 dekabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş X15 05 aprel 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs11 13 aprel 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 Bül-Bül oğlunun 12 aprel 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs31 31 oktyabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs23 24 yanvar 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs25 24 yanvar 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs16 14 noyabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş X70 19 noyabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs24 14 aprel 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs18 20 aprel 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs19 04 avqust 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 23881 nömrəli, 31 yanvar 2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən cinayət əməli nəticəsində dəymiş ziyanın 25 faizi, yəni, 12700 manat dövlət büdcəsinə ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş təqsirləndirlən şəxs və şahidlərin ifadələri ilə onun qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 106-1.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirakı olan, yaxud həmin əməllə mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-ci maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanan cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuş, ittiham aktı tərtib olunmuş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin, Təqsirləndirilən şəxs2 18 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat etmişdir. Təqsirləndirilən şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyi ilə bağlı təqsirləndirilən şəxsin qohumlarına bildiriş ünvanlanmış, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində bu barədə məhkəməyə məlumat daxil olmamışdır. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçi müvafiq razılıq vermişdir. Odur ki, Təqsirləndirilən şəxs2 18 avqust 2023-cü il tarixdə öldüyündən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbin olmamasını və vurulmuş ziyanın 25 faizinin dövlət nəfinə ödənilməsini nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Eləcə də, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1 “…etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmədiyini, Zərərçəkmiş şəxs33 18600 manat borc aldığını və aldığı pulu geri qaytardığını......” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş şəxs, ifadələri, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Onun özünü müdafiə məqsədilə məhkəməyə təqdim etdiyi şahid ifadələri isə yalnız dələduzluq yolu ilə ələ keçirilmiş vəsaitin geri qaytarılması ilə bağlı olmuşdur ki, həmin ifadələr dələduzluq əməlinin törədilməsini istisna etmir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əvvəllər məhkuluğunu olmamasını, iki zərərçəkmiş şəxslə barışaraq, onlara dəymiş ziyanı ödəməsini, şəkərli diabet və sağ pəncənin alt səthinin xorası xəstəliyindən əziyyət çəkməsini, cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının 03 aprel 2021-ci il tarixdən 05 aprel 2021-ci il tarixədək, 10 iyun 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 01 (bir) ay 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) ay 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun onun təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 cəza təyin edərkən cinayət əməlini etiraf etməsini və vurulmuş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs4 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 Abşeron Rayon Məhkəməsinin 1(012)- 167/2021 nömrəli, 21 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)- 397/2022 nömrəli, 07 fevral 2022-ci il tarixli qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə 06 (altı) ay azaldıldıqdan sonrakı hissəsi, yəni 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 hazırki cinayət əməlini Abşeron Rayon Məhkəməsinin 1(012)-167/2021 nömrəli, 21 may 2021-ci il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs4 azadlığının 15 aprel 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməli, barəsində Abşeron Rayon Məhkəməsinin 1(012)-167/2021 nömrəli, 21 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət işinin materialları ilə Abşeron Rayon Məhkəməsinin 1(012)-167/2021 nömrəli hökmü üzrə Təqsirləndirilən şəxs4 azadlığının 02 (iki) gün tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs4 Abşeron Rayon Məhkəməsinin 1(012)- 167/2021 nömrəli cinayət işinin ibtidai istintaq zamanı tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi 03 ədəd DVD disk, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 torpaq satmaq vədi ilə pul almasını təsdiq edən əlyazmalar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 40.3,41.2, 43.1.2, 175.5, 321.2.1, 346, 347.1 maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 Abşeron Rayon Məhkəməsinin 1(012)-167/2021 nömrəli, 21 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-397/2022 nömrəli, 07 fevral 2022-ci il tarixli qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə 06 (altı) ay azaldıldıqdan sonrakı hissəsi, yəni 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs4 üzərində qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-167/2021 nömrəli hökmü üzrə Təqsirləndirilən şəxs4 tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 15 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin, barəsində Abşeron Rayon Məhkəməsinin 1(012)-167/2021 nömrəli, 21 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 01 (bir) ay 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) ay 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) ay 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 18 avqust 2023-cü il tarixdə öldüyündən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi 03 ədəd DVD disk, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 torpaq satmaq vədi ilə pul almasını təsdiq edən əlyazmalar cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar