Məhkəmə qərarları › İş №1(008)-11/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-11/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-11/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1963-cü il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 13 mart 2024-cü tarixdə, saat 21 radələrində ünvan 2 ünvanın mətbəxt otağında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı qəsdən yumruqla başına, sifətinə və sol qoluna zərbələr vuraraq, ona alın nahiyəsinin dərialtı hematoması, sağ yanaq-çənə nahiyəsinin qançırla müşayiət olunan sağ ağız dəhlizinin əzilmiş yarası, alt çənədə 5-ci kiçik azı dişinin travmatik laxlaması və diş dibi yumşaq toxumalara qansızma, üst dodaq nahiyəsinin sıyrığı, sol saidin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Zərərçəkmiş şəxs onun keçmiş qudasıdır. 13 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs eltisi Şahid1 ilə birlikdə onun yaşadığı ünvana gələrək qapını döymədən evə daxil olmuş, Şahid1 mətbəxdə pəncərənin qarşısında, Zərərçəkmiş şəxs isə nəvəsi Şahid2 ilə birlikdə divanda əyləşmişdir. Zərərçəkmiş şəxs nəvələri Şahid2 onunla birlikdə getməyi təklif etmiş, lakin, Şahid2 onunla bilrikdə getməkdən imtina etdiyinə görə Zərərçəkmiş şəxs səs-küy salmış, daha sonra Şahid1 ilə birlikdə oradan uzaqlaşmışdır. O, Şahid2 ilə mübahisə etməmiş, ona hər hansı xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxslə barışdığından barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun qızının keçmiş qaynanasıdır. Onun nəvəsi Şahid2 ilk vaxtlar anası ilə birlikdə yaşamış, lakin, sonradan atasının yanına getdiyi zaman geri qaytımasına mane olunmuşdur. O, 13 mart 2024-cü tarixdə, saat 21 radələrində qaynı arvadı Şahid1 ilə birlikdə nəvəsi Şahid2 görmək məqsədi ilə nəvəsinin yaşadığı ünvan 2 ünvanına getmiş, həmin vaxt, Təqsirləndirilən şəxs, onun əri və digər üç oğlu evdə olmuşdur. O, nəvəsi ilə görüşmək istədiyini bildirərək evə daxil olmuş, təxminən 5-10 dəqiqə sonra Təqsirləndirilən şəxs onun övladı X3 ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, o, nəvəsinin başını qaldıraraq anasının ünvanına işlədilən ifadələrin doğru olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs dediklərini sübut etməsini bildirmişdir. Təqsirləndirilən şəxs və onun ailə üzvləri onun nəvəsi ilə görüşməyinə mane olaraq Şahid2 digər otağa keçirərək qapını bağlamış, Təqsirləndirilən şəxs onun üstünə gələrək yumruqla onun baş və üz nahiyəsinə zərbələr endirmiş, evdən çıxarmağa çalışmışdır. X1 mübahisəyə müdaxilə edərək Təqsirləndirilən şəxs sakitləşməsini bildirmiş, həmin vaxt, o, Şahid1 ilə birlikdə oradan çıxaraq qızının yaşadığı ünvana getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynı arvadıdır. Zərərçəkmiş şəxs Rusiya Federasiyasından qayıtdıqdan sonra nəvəsi Şahid2 görmək istədiyini bildirmiş, Şahid2 nənəsigildə yaşadığı üçün onunla birlikdə nəvəsinin yaşadığı ünvana getməyi təklif etmişdir. O, etiraz etməyərək Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 2 ünvanına getmiş, evə daxil olduqdan sonra Zərərçəkmiş şəxs nəvəsi ilə görüşmək istədiyini bildirmişdir. Şahid2 ilə görüşdükdən sonra Sevda nəvəsindən onlarla birlikdə qayıtmaq istəyib-istəmədiyini soruşmuş, Şahid2 cavab vermədiyi üçün Zərərçəkmiş şəxs nəvəsinə fikrini bildirməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yüksək səslə qışqıraraq onların danışığına müdaxilə etmiş, Şahid2 digər otağa apararaq otağın qapısını bağlamışlar. Zərərçəkmiş şəxs nəvəsinin fikrini bilmək istədiyi üçün Təqsirləndirilən şəxs onu təhqir edərək üstünə gəlmiş, saçından tutaraq üz nahiyəsinə yumruqla zərbə endirmişdir. O, Zərərçəkmiş şəxs qolundan tutaraq onu evdən çıxartmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun nənəsidir. Valideynləri boşandıqdan sonra o, anası ilə birlikdə yaşamağa başlamış, daha sonra atası ilə qalmağa getmiş, lakin, valideyni onun anasının yanına geri qaytıtmağına mane olmuşdur. 13 mart 2024-cü tarixdə, saat 21 radələrində nənəsi Zərərçəkmiş şəxs onun yaşadığı ünvana gələrək evin mətbəxində onunla görüşmüş, birlikdə geri qayıdıb-qayıtmamaq istədiyini soruşmuşdur. Həmin vaxt, Təqsirləndirilən şəxs verilən suala iradını bildirmiş, onun anasının ünvanına nalayiq ifadələr işlədərək nənəsindən evi tərk etməsini tələb etmişdir. Zərərçəkmiş şəxs ondan başını qaldıraraq anası barəsində deyilənlərə münasibət bildirməsini təklif etmişdir. Bununla bağlı nənələri arasında mübahisə yaranmış, atası onun digər otağa keçirərək qapını bağlamışdır. Otağın qapısının şüşəsinin böyük bir hissəsi görünməz olmasına baxmayaq, şüşənin yuxarı hissəsi şəffaf şəkildə olmuş, o hissədən digər otaqda baş verənləri aydın şəkildə görmək mümkün olmuşdur. O, otağın şüşəsindən digər otağa baxdığı zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiyini, mübahisə zamanı, Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs üz və baş nahiyəsinə zərbələr endirdiyini, Şahid1 nənəsinin qolundan tutaraq oradan uzaqlaşdığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs onun arvadı, zərərçəkmiş şəxs isə oğlunun keçmiş qayınanasıdır. 13 mart 2024-cü il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs qayını arvadı Şahid1 ilə birlikdə evin qapısını döymədən içəri daxil olmuş, nəvəsi Şahid2 nənəsi Zərərçəkmiş şəxs gəldiyini görüb qaçaraq digər otağa keçmişdir. Zərərçəkmiş şəxs nəvəsini görmək istədiyni bildirdikdən sonra, o, digər otaqdan Şahid2 gətirmiş, Zərərçəkmiş şəxs təxminən 5 dəqiqə nəvəsinə sarılaraq dayanmışdır. Daha sonra Zərərçəkmiş şəxs nəvəsini özü ilə birlikdə aparmaq istədiyini bildirdiyi üçün o, nəvəsinin fikrini öyrənməyi təklif etmişdir. Şahid2 nənəsi ilə birlikdə getmək istəmədiyini bildirdikdən sonra Zərərçəkmiş şəxs əlinin içi ilə nəvəsinin baş nahiyəsinə vurmuş, oğlu Zamiq müdaxilə edərək qızı Zəhranı digər otağa aparmışdır. Zərərçəkmiş şəxs yenidən Zəhranın arxasınca gedərək onunla birlikdə getməsini təklif etmiş, lakin, Zəhra onunla getməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs evin mətbəx otağına gələrək səs-küy salmış, oğlu Zamiqi tutduracağını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs qohumu Şahid1 ilə birlikdə Sevincin oğluna məxsus avtomobillə oradan uzaqlaşmışdır. O, dərhal polisə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs onun anası, zərərçəkmiş şəxs isə keçmiş qayınanasıdır. Müxtəlif vaxtlarda qızı Şahid2 anası ilə birlikdə yaşadığı ünvandan qaçaraq onun yanına gəlmiş, onunla birlikdə yaşamaq istədiyini bildirdimişdir. 13 mart 2024-cü il tarixdə, saat 21 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları evin mətbəxində olduqları zaman qızı Zəhra nənəsi Zərərçəkmiş şəxs gəldiyini görərək digər otağa keçmiş, Zərərçəkmiş şəxs qayını arvadı Şahid1 ilə birlikdə evin qapısını döymədən içəri daxil olmuş, onun qardaşları ilə görüşmüşdür. Zərərçəkmiş şəxs onlara Zəhranı aparmağa gəldiklərini bildirdikdən sonra atası Zəhranın fikrini öyrənmək məqsədi ilə onu mətbəx otağına gətirmişdir. Zərərçəkmiş şəxs iki dəfə Zəhradan onunla birlikdə qayıtmaq istəyib-istəmədiyini soruşmuş, Zəhra onunla getmək istəmədiyi üçün əlinin içi ilə Zəhranın baş nahiyəsinə vurmuşdur. O, müdaxilə edərək Zəhranı vurmasının səbəbini soruşmuş, Sevda əcəb etdiyini bildirmişdir. O, daha sonra Zəhranı digər otağa aparmış, Sevda yenidən Zəhranın olduğu otağa doğru gedərək ondan yenidən fikrini soruşmuş, lakin, Zəhra onunla birlikdə getmək istəməmişdir. Zərərçəkmiş şəxs mətbəx otağına gələrək yüksək səslə danışaraq onu həbs etdirəcəyini bildirmiş, daha sonra Şahid1 ilə birlikdə oradan uzaqlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 576 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın nahiyəsinin dərialtı hematoması, sağ yanaqçənə nahiyəsinin qançırla müşayiət olunan sağ ağız dəhlizinin əzilmiş yarası, alt çənədə 5-ci kiçik azı dişinin travmatik laxlaması və diş dibi yumşaq toxumalara qansızma, üst dodaq nahiyəsinin sıyrığı, sol saidin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) tərəfindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 28 yanvar 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Qeyd olunanlar zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə təsdiq olunmuşdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs və onun yaxın qohumları X1, X2 ifadələrinə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs müdafiəsinə yönəlmiş ifadələr kimi qiymətləndirir və bu hal iş materiallarında olan yuxarıda göstərilən sübutlarla təkzib olunmaqla rədd edilir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar