Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-111/2024 30.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1968-ci ildə Gürcüstanın Dumanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Müasir Yaşayış Kompleksi, ev 4, mənzil 57-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxxxxx 1969-cu ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 2 Müasir Yaşayış Kompleksi, ev 2, mənzil 186 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində nömrəsiz ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs6 özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi təqdim edib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə onu 36 iş günü müddətində epilepsiya xəstəsi kimi rəsmiləşdirməklə həmin xəstəliyinə görə əlillik pensiyası verdirəcəyinə inandıraraq bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadığı halda 14 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisi olan ünvan 2 Müasir Yaşayış Kompleksi, ev 2, mənzil 186 ünvanda 4000 manat pulunu alıb Zərərçəkmiş şəxs6 4000 manat məbləğində pulunu ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs7 özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi təqdim edib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə onun arvadı X2 3 ay müddətində epilepsiya xəstəsi kimi rəsmiləşdirib həmin xəstəliyinə görə əlillik pensiyası verdirəcəyinə inandıraraq bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib onun inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadığı halda 05 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisi olan ünvan 2 Müasir Yaşayış Kompleksində yerləşən “Məkan” adlanan restoranda 4500 manat pulunu alıb Zərərçəkmiş şəxs7 4500 manat məbləğində pulunu ələ keçirib ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək İ Qarabağ müharibəsi iştirakçısı olan Zərərçəkmiş şəxs9 özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi təqdim edib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə İ Qarabağ müharibəsində aldığı xəsarətlərinə görə əlillik pensiyası verdirəcəyinə inandıraraq bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib onun inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadığı halda 11 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisi olan ünvan 2 Müasir Yaşayış Kompleksi, ev 2, mənzil 186 ünvanda 6000 manat, xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Azadlıq prospektində yerləşən metronun “Azadlıq” stansiyasının qarşısında Təqsirləndirilən şəxs2 vasitəsi ilə 800 manat pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs9 6800 manat məbləğində pulunu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi təqdim edib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə ləğv edilmiş əlillik pensiyasını 45 gün ərzində bərpa etdirəcəyinə inandıraraq bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib onun inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadığı halda 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində Təqsirləndirilən şəxs2 vasitəsi ilə 4000 manat pulunu alıb Zərərçəkmiş şəxs1 4000 manat məbləğində pulunu ələ keçirib ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, oğlu təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs4 özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi təqdim edib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə 3 ay müddətində əlillik pensiyası verdirəcəyinə inandıraraq bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib onun inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadığı halda 23 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində Təqsirləndirilən şəxs2 vasitəsi ilə 4500 manat pulunu alıb Zərərçəkmiş şəxs4 4500 manat məbləğində pulunu ələ keçirib ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs5 özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi təqdim edib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə 2 ay müddətində əlillik pensiyası verdirəcəyinə inandıraraq bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib onun inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadığı halda 2022-ci ilin mart ayında Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisi olan ünvan 2 Müasir Yaşayış Kompleksində yerləşən “Məkan” adlanan restoranda 9000 manat pulunu alıb Zərərçəkmiş şəxs5 9000 manat məbləğində pulunu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi təqdim edib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə inandıraraq bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib onun inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadığı halda 11 iyul 2022-ci il tarixdə sonucunun Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni massivdə yerləşən “Tur” marketdəki “E-Manat” ödəmə terminalı vasitəsi ilə “Azərbaycan Beynəlxalq Bank”a aid kart hesabına köçürdüyü 2000 manat pul vəsaitini nağdılaşdırmaqla ələ keçirərək Zərərçəkmiş şəxs1 2000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi təqdim edib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə 2-3 ay müddətində əlillik pensiyası verdirəcəyinə inandıraraq bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib onun inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadığı halda 2022-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisi olan ünvan 2 Müasir Yaşayış Kompleksinin həyətində 2600 manat, bir neçə gün sonra isə həmin ünvanda eyni üsul və məqsədlə daha 1000 manat pulunu alıb vahid niyyətlə əhatə edən qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə 3600 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi təqdim edib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə 3 ay müddətində əlillik pensiyası verdirəcəyinə inandıraraq bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib onun inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadığı halda 2022-ci ilin avqust ayında Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisi olan ünvan 2 Müasir Yaşayış Kompleksinin həyətində 4000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 4000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi təqdim edib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə 2-3 ay müddətində əlillik pensiyası verdirəcəyinə inandıraraq bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib onun inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadığı halda xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisi olan ünvan 2 Müasir Yaşayış Kompleksinin həyətində 4000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs8 4000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisi olan Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdəxanı Şossesi, ünvan 7-də yaşayır. Təqsirləndirilən şəxs2 2020-ci ildən qonşu olaraq tanıyıb. Quliyev X4 rayonu, Məmmədli kəndi, Zabrat- Kürdəxanı Şossesi, ünvan 7 ünvanında yaşamış, daha sonra həmin mənzili qızına verərək özü başqa ünvana köçmüşdür. Yaşadıqları kompleksdə əksər əhali 1-ci Qarabağ müharibəsi veteranları olmaqla əlillik pensiyaları ilə dolanmış, lakin, son dövrlər pensiyalar kəsildiyindən kompleksdə yaşayan hər bir şəxs pensiyanın bərpası üçün tanış axtarmışdır. O və Təqsirləndirilən şəxs2 İ Qarabağ müharibəsi iştirakçısı olmaqla pensiya aldığından pensiyanın bərpası üçün tələb olunan sənədlər və şərtlərlə maraqlanmaq qərarına gəlmişdir. Onun və İlhamın pensiyanın bərpası ilə maraqlanmasından məlumatı olan qonşular köməklik etmələri üçün onlara müraciət etmişlər. O, pensiya düzəltmək məqsədilə bəzi şəxslərlə birbaşa əlaqəyə keçmiş, digərləri ilə isə Təqsirləndirilən şəxs2 vasitəsilə əlaqəyə keçərək pul almışdır. O, Təqsirləndirilən şəxs2 vasitəsilə aldığı pulun müəyyən hissəsini ona qaytarmışdır. 2021-ci ilin noyabr ayında Quliyev X3 rayonu, Sulutəpə qəsəbəsi, Rövşən Allahverdiyev küçəsində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs6 epilepsiya xəstəliyi olduğunu, xəstəliyi ilə əlaqədar əlillik alması üçün dəfələrlə Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinə müraciət etdiyi, lakin, müvafiq əlillik dərəcəsi ala bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 onu Zərərçəkmiş şəxs6 işgüzar və şəxsi əlaqələri geniş olan, istənilən şəxsi xəstə kimi rəsmiləşdirərək xəstəliyinə görə əlillik pensiyası verdirmək imkanına malik olan şəxs kimi təqdim etmiş, Zərərçəkmiş şəxs6 4000 manat pulunun olduğunu bildirərək pensiya məsələsinin həlli ilə bağlı onunla görüşmək istədiyini bildirmişdir. O, 14 noyabr 2021-ci il tarixdə ünvan 2 Müasir Yaşayış Kompleksi, ev 2, mənzil 186 ünvanda, yəni, Təqsirləndirilən şəxs2 məxsus evdə Zərərçəkmiş şəxs6 ilə görüşmüş, aralarında olan danışıqdan sonra pensiya təyini ilə bağlı Zərərçəkmiş şəxs6 ona 4000 manat pul vermişdir. O, pulu aldıqdan sonra 36 iş günü ərzində sənədləşmə işlərinin tamamlanacağını, Zərərçəkmiş şəxs6 müvafiq əlillik dərəcəsinə uyğun olaraq pensiya təyin ediləcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs6 aldığı pulun 500 manatını Təqsirləndirilən şəxs2 vermiş, geri qalan hissəsini isə özünə saxlamışdır. 2022-ci ilin fevral ayından başlayaraq Zərərçəkmiş şəxs6 mütəmadi olaraq ona zəng edib işinin həllinin hansı mərhələdə olduğnu soruşmuş, o, hər dəfə müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs7 arvadı Könül Kərimovaya pensiya düzəltdirmək istədiyini bildirmiş, 05 yanvar 2022-ci il tarixdə ünvan 2 Müasir Yaşayış Kompleksinin birinci mərtəbəsində yerləşən “Məkan” adlanan restoranda Zərərçəkmiş şəxs7 ilə görüşümüş, özü barəsində həqiqətə uyğun olmayan təhrif olunmuş məlumatlar verməklə Zərərçəkmiş şəxs7 arvadına əlillik pensiyası verdirəcəyinə inandıraraq ondan 4500 manat pul almış, 03 ay ərzində sənədləşmə işlərinin tamamlanacağını, Zərərçəkmiş şəxs7 arvadına müvafiq əlillik dərəcəsinə uyğun olaraq pensiya təyin ediləcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs7 aldığı pulun 750 manatını Təqsirləndirilən şəxs2 vermiş, geri qalan hissəsini ğzünə saxlamışdır. Zərərçəkmiş şəxs7 sənədləşmə işlərinin aparılması üçün vəd etdiyi müddət tamamlandıqdan sonra Zərərçəkmiş şəxs7 mütəmadi olaraq ona zəng edib işinin həllinin hansı mərhələdə olduğnu soruşmuş, o, hər dəfə müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. 2021-ci ilin sonlarında Təqsirləndirilən şəxs2 həmyerlisi Zərərçəkmiş şəxs9 ilə toy mərasimində görüşərkən Zərərçəkmiş şəxs9 İ Qarabağ müharibəsi zamanı onda yaranan xəsarətlərlə bağlı pensiya alıb-almadığını soruşmuş, Zərərçəkmiş şəxs9 müvafiq qurumlara müraciət etdiyini, lakin, əliliklə bağlı ona pensiya təyin edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 onu işgüzar nüfuza və geniş əlaqələrə malik şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs9 əlillik bağlı pensiya almaqda köməklik edə biləcəyinə inandırmış, bunun müqabilində 7000 manat pul tələb olunduğunu bildirmişdir. 11 dekabr 2021-ci il tarixdə ünvan 2 Müasir Yaşayış Kompleksi, ev 2, mənzil 186 ünvanda yerləşən Təqsirləndirilən şəxs2 evində Zərərçəkmiş şəxs9 görüşmuş, özünü Zərərçəkmiş şəxs9 geniş əlaqələrə malik şəxs kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs9 ona 6000 manat vermiş, geri qalan 1000 manatı qısa müddətə ödəyəcəyini bildirmişdir. O, həmin məbləğdən 700 manatı Təqsirləndirilən şəxs2 vermişdir. 20 yanvar 2022-ci il tarixdə Binəqədi rayonu, Azadlıq prospektində yerləşən metronun “Azadlıq” stansiyasının qarşısında Zərərçəkmiş şəxs9 işinin həlli üçün əlavə olaraq 800 manatı Təqsirləndirilən şəxs2 vermişdir. Zərərçəkmiş şəxs9 oğluna sənədləşmə işlərinin aparılması üçün vəd etdiyi müddət tamamlandıqdan sonra Zərərçəkmiş şəxs9 mütəmadi olaraq ona zəng edib işinin həllinin hansı mərhələdə olduğnu soruşmuş, o, hər dəfə müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. Təqsirləndirilən şəxs2 2022-ci ilin fevral ayında ona tanışı Zərərçəkmiş şəxs1 əlillik pensiyası aldığını, lakin, pensiyasının kəsildiyini demiş, ondan pensiyasının bərpası üçün 4000 manat tələb etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 ilə telefon danışığı aparmış, telefon danışıq zamanı Zərərçəkmiş şəxs1 inandıraraq 45 gün ərzində sənədləşmə işlərinin tamamlanacağını, onun pensiyasının bərpa ediləcəyinə inandırmışdır. 2022-ci ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxs2 məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 4000 manat pul almış, aldığı pulun 2000 manatını özünə götürmüş, geri qalan 2000 manatını isə ona vermişdir. Zərərçəkmiş şəxs1 sənədləşmə işlərinin aparılması üçün vəd etdiyi müddət tamamlandıqdan sonra Zərərçəkmiş şəxs1 mütəmadi olaraq ona zəng edib işinin həllinin hansı mərhələdə olduğnu soruşmuş, o, hər dəfə müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 pensiyasının düzəlmədiyini görüb şikayət etmək istəmiş, Təqsirləndirilən şəxs2 onun qohumu olduğundan pulunun geri qaytarılması üçün Təqsirləndirilən şəxs2 ailəsini sıxışdırmışdır. Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 aldıqları pulu geri qaytararaq məsələnin alınmadığını bildirmişlər. 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs1 zəng vuraraq onu Fövqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini bildirib, işə düzəlmək üçün tələb olunan müəyyən sənədlər almış, bir müddət sonra yaşı 30-dan artıq olduğu üçün işə düzəlməkdən ötrü 2000 manat lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 onun sözlərinə inanaraq özünə məxsus bank kartı olmadığından onun xahişini nəzərə alan keçmiş qonşusu Sədaqət Vəliyevanın “Azərbaycan Beynəlxalq Bank”a aid kartının nömrəsinə xx.xx.2022ci il tarixdə 2000 manat göndərmiş, o, göndərilən pulu nağdlaşdıraraq şəxsi ehtiyaclarına sərf etmişdir. 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşayan qonşularından Təqsirləndirilən şəxs2 pensiya düzəltməsini eşidərək Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 ona köməklik edə biləklərini bildirmişdir. O, Zərərçəkmiş şəxs4 ilə telefon danışığı aparmış, telefon danışıq zamanı Zərərçəkmiş şəxs4 inandıraraq 03 ay ərzində sənədləşmə işlərinin tamamlanacağını, ona pensiyasının təyin ediləcəyinə inandırmışdır. 23 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Təqsirləndirilən şəxs2 məxsus nömrəsiz fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs4 əlilliyə görə pensiya düzəltdirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 4500 manat pul vermiş, Təqsirləndirilən şəxs2 aldığı pulun 3750 manatını ona vermiş, 750 manatını özünə saxlamışdır. 2022-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ailəvi qonşusu olan Zərərçəkmiş şəxs5 əlillik pensiyası ilə bağlı ona müraciət etdiyini bildirmişdir. 2022-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 2 Müasir Yaşayış Kompleksinin birinci mərtəbəsindəki “Məkan” restoranında Zərərçəkmiş şəxs5 ilə görüşmüş, Zərərçəkmiş şəxs5 inandıraraq 02 ay ərzində sənədləşmə işlərinin tamamlanacağını, ona pensiyasının təyin ediləcəyinə inandırmış, məsələnin həlli üçün ondan 9000 manat pul tələb etmişdir. 2022-ci ilin mart ayında Abşeron rayonu, Məhəmmədli kəndi, Zabrat- Kürdəxanı şossesi, Bakı Müasir Yaşayış Kompleksinin 1-ci mərtəbəsindəki “Məkan” restoranında Zərərçəkmiş şəxs5 ona 9000 manat pul vermiş, həmin puldan 1000 manatını Təqsirləndirilən şəxs2 vermiş, geri qalan 8000 manatı özünə götürmüşdür. 2020-ci ildən ünvan 2 Müasir Yaşayış Kompleksində yaşayan qonşusu Zərərçəkmiş şəxs3 onun pensiya düzəltmək imkanına malik olduğunu eşidərək ondan əlillik pensiyası düzəltməsini xahiş etmiş, o, 2-3 ay müddətində əlillik pensiyası düzəldə biləcəyini deyərək bunun üçün 3600 manat pul tələb olunduğunu Zərərçəkmiş şəxs3 bildirmişdir. 2022-ci ilin avqust ayının ortalarında yaşadığı ünvan 2 Müasir Yaşayış Kompleksinin həyətində, sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 qohumu Zirəddin Vəliyevin iştirakı ilə Zərərçəkmiş şəxs3 ona 2600 manat, bir neçə gün sonra isə həmin ünvanda daha 1000 manat pul vermişdir. Bu barədə Təqsirləndirilən şəxs2 məlumatı olmadığı üçün ona hansısa məbləğdə pul verməmişdir. Həmin ərəfədə digər qonşusu Zərərçəkmiş şəxs2 əlillik pensiyası düzəltməsi ilə bağlı ona müraciət etmiş, o, 3 ay müddətində əlillik pensiyası düzəldəcəyini, bunun üçün 4000 manat pul tələb olunduğunu bildirmişdir. 2022-ci ilin avqust ayında ünvan 2 Müasir Yaşayış Kompleksinin həyətində Zərərçəkmiş şəxs2 ona qardaşı X1 iştirakı ilə 4000 manat pul vermiş, həmin pulu şəxsi işlərinə xərcləmişdir. 2022-ci ilin avqust ayında qonşusu Zərərçəkmiş şəxs3 ondan dayısı oğlu Zərərçəkmiş şəxs8 daxili orqanlarında problemləri olduğu üçün ona əlillik pensiyası düzəltməkdə köməklik etməsini xahiş etmiş, o, razılıq verərək Zərərçəkmiş şəxs8 4000 manat istəmiş, 2-3 ay ərzində sənədləşmə işlərinin tamamlanacığını, ona pensiya təyin ediləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 2 Müasir Yaşayış Kompleksinin həyətində Zərərçəkmiş şəxs8 ilə görüşmüş, Zərərçəkmiş şəxs8 faizlə bankdan götürdüyü içərisində 4000 manat olan “Akcess bank”ın bank kartını ona vermiş, o, 4000 manatı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində nağdılaşdıraraq özünə götürmüşdür. Bu barədə Təqsirləndirilən şəxs2 məlumatı olmadığı üçün ona hansısa məbləğdə pul verməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 2 Müasir Yaşayış Kompleksi, ev 2, mənzil 186 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs1 2020-ci ildən tanıyır. İttiham aktında, əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlini törətməsi qeyd olunsa da, o, özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə heç kəsi xəstəliyinə görə əlillik pensiyası verdirəcəyinə inandırmamış, bunun müqabilində hansısa məbləğdə pul almamışdır. Sadəcə zərərçəkmiş şəxslərin bəzilərini Təqsirləndirilən şəxs1 ilə tanış etmişdir. Məhkəmə istintaqının gedişatı zamanı onun tərəfindən zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan ona aid hissədə ödənilmiş, zərərçəkmiş şəxslər məhkəməyə ərizə ilə müraciət edərək onunla barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın Təqsirləndirilən şəxs2 aid hissədə ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımış, həmin şəxslərlə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. O, epilepsiya xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi alması üçün dəfələrlə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsinə baxmayaraq ona xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi verilməmişdir. O, xəstəliyi ilə əlaqədar əlillik alması üçün tanışlarından bu məslənin həllində ona köməklik edə biləcək şəxsin olub-olmamasını soruşmuş, onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 bu məsələnin həllində ona köməklik edə biləcək tanışının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1 Qarabağ müharibəsi iştirakçısı, qazi olaraq təqdim etmiş, Təqsirləndirilən şəxs1 işgüzar və şəxsi əlaqələri geniş olduğunu, istənilən şəxsə xəstəliyinə görə əlillik pensiyası təyin etdirdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 etibar etdiyi üçün ona inanaraq 4000 manat pulunun olduğunu, xəstəliyinə görə əlillik pensiyası təyin etdirməkdə ona köməklik göstərməsi üçün onu Təqsirləndirilən şəxs1 ilə görüşdürməsini xahiş etmişdir. O, 14 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisi olan ünvan 2 Müasir Yaşayış Kompleksi, ev 2, mənzil 186 ünvanında, yəni, Təqsirləndirilən şəxs2 məxsus mənzildə Təqsirləndirilən şəxs1 ilə görüşmüş, aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs1 ona geniş əlaqələrə malik olduğunu, əlillik pensiyası almaqda ona köməklik edə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 inararaq Təqsirləndirilən şəxs2 iştirakı ilə 4000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 pulu aldıqdan sonra 36 iş günü ərzində əlilliyə görə pensiya alması üçün sənədləşmə işlərini tamalayacağını ona əlilliyə görə pensiya təyin ediləcəyini bildirmişdir. O, 2022-ci ilin yanvar ayınadək gözləmiş, lakin, ona əlilliyə görə pensiya təyin edilmədiyi üçün Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. Təqsirləndirilən şəxs1 verdiyi vədə əməl etmədiyini görərək onun və Təqsirləndirilən şəxs2 barəsində şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın Təqsirləndirilən şəxs2 aid hissədə ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır və Təqsirləndirilən şəxs1 ilə onun vasitəsi ilə tanış olmuşdur. Həyat yoldaşı Könül Kərimova epilepsiya xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi almaq üçün dəfələrlə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsinə baxmayaraq ona xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi verilməmişdir. O, həyat yoldaşının xəstəliyi ilə əlaqədar əlillik alması üçün tanışlarından bu məsələnin həllində ona köməklik edə biləcək şəxsin olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs2 bu məsələnin həllində ona köməklik edə biləcək tanışının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1 Qarabağ müharibəsi iştirakçısı, qazi olaraq təqdim etmiş, Təqsirləndirilən şəxs1 işgüzar və şəxsi əlaqələri geniş olduğunu, istənilən şəxsə xəstəliyinə görə əlillik pensiyası təyin etdirdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 inandığı üçün məslənin həllində onlara köməklik göstərməsini Təqsirləndirilən şəxs2 xahiş etmiş, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə danışacağını, daha sonra bununla bağlı onlara məlumat verəcəyini bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə danışdığını, məsələnin həlli üçün 4500 manat tələb olunduğunu bildirmişdir. O, 05 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisi olan ünvan 2 Müasir Yaşayış Kompleksdə yerləşən “Məkan” adlanan restoranda Təqsirləndirilən şəxs1 ilə görüşmüş, aralarında olan danışıqdan sonra Təqsirləndirilən şəxs1 4500 manat vermişdir. Təqsirləndirilən şəxs1 pulu aldıqdan sonra 03 ay ərzində həyat yoldaşının əlilliyə görə pensiya alması üçün sənədləşmə işlərini tamalayacağını, qeyd olunan vaxtın tamamında həyat yoldaşına əlilliyə görə pensiya təyin ediləcəyini bildirmişdir. O, 2022-ci ilin aprel ayınadək gözləmiş, lakin, ona əlilliyə görə pensiya təyin edilmədiyi üçün Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. Təqsirləndirilən şəxs1 verdiyi vədə əməl etmədiyini görərək onun və Təqsirləndirilən şəxs2 barəsində şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın Təqsirləndirilən şəxs2 aid hissədə ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 həmyerlisi olaraq tanıyır. O, birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, bununla bağlı hər ay təqaüd alır. Bundan başqa, o, birinci Qarabağ müharibəsi zamanı ayaq nahiyəsindən qəlpə yarası almış, lakin, əlil kimi qeydiyyata alınmamış, bununla bağlı hansısa orqana müraciət etməmişdir. O, 2021-ci ildə toyda olduğu zaman Təqsirləndirilən şəxs2 ilə qarşılaşmış, aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs2 ondan ayaq nahiyəsindən qəlpə yarası olmasına baxmayaraq əlilik dərəcəsi almamağının səbəbini soruşmuş, əlil kimi qeydiyyata alınmadığını, bununla bağlı hansısa orqana müraciət etmədiyini bildirmiş, Təqsirləndirilən şəxs2 bu məsələnin həllində ona köməklik edə biləcək tanışının olduğunu demişdir. Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1 Qarabağ müharibəsi iştirakçısı, qazi olaraq təqdim etmiş, Təqsirləndirilən şəxs1 işgüzar və şəxsi əlaqələri geniş olduğunu, istənilən şəxsə xəstəliyinə görə əlillik pensiyası təyin etdirdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 inandığı üçün məslənin həllində ona köməklik göstərməsini Təqsirləndirilən şəxs2 xahiş etmiş, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə danışacağını, daha sonra bununla bağlı onlara məlumat verəcəyini bildirmişdir. Bir gün sonra Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə danışdığını, məsələnin həlli üçün 7000 manat tələb olunduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs2 qeyd olunan məbləğdə pulunun olmadığını demiş, Təqsirləndirilən şəxs2 ona özünün Təqsirləndirilən şəxs1 ilə görüşərək razılığa gəlməsini təklif etmişdir. O, 11 dekabr 2021-ci il tarixdə ünvan 2 Müasir Yaşayış Kompleksi, ev 2, mənzil 186 ünvanında, yəni, Təqsirləndirilən şəxs2 qızına məxsus mənzildə Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs1 ilə görüşmüş, o, xəstələyinə dair sənədləri təqdim etmişdir. Təqsirləndirilən şəxs1 onun təqdim etdiyi sənədləri nəzərdən keçirdikdən sonra ona köməklik edəcə biləcəyini demiş, o, 6000 manat pulunun olmasını bildirməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 onunla razılaşmamış əlavə olaraq 1000 manat tələb olunduğunu bildirmişdir. O, üzərində olan 6000 manat pulu Təqsirləndirilən şəxs1 verərək əlavə tələb olunan 1000 manatı 01 ay ərzində tamamlayaraq ona verəcəyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 6000 manat pulu alaraq 02 ay ərzində onun əlilliyə görə pensiya alması üçün sənədləşmə işlərini tamalayacağını, qeyd olunan vaxtın tamamında ona əlilliyə görə pensiya təyin ediləcəyini bildirmişdir. O, 20 yanvar 2022-ci il tarixdə “Azadlıq” metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs2 ilə görüşərək ona 800 manat vermişdir. Təqsirləndirilən şəxs1 sənədləşmə işlərinin yekunlaşmasına dair vəd etdiyi vaxt tamamlanmasına baxmayaaraq ona əlilliyə görə pensiya təyin edilməmişdir. O, Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayaraq işin hansı mərhələdə olduğunu soruşmuş, lakin, Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. Təqsirləndirilən şəxs1 verdiyi vədə əməl etmədiyini görərək onun və Təqsirləndirilən şəxs2 barəsində şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdıqlarını, onlara qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımış, həmin şəxslərlə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. O, belində olan oynaq xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi alması üçün dəfələrlə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsinə baxmayaraq ona xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi verilməmişdir. O, xəstəliyi ilə əlaqədar əlillik alması üçün tanışlarından bu məsələnin həllində ona köməklik edə biləcək şəxsin olubolmamasını soruşmuş, onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 bu məsələnin həllində ona köməklik edə biləcək tanışının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1 Qarabağ müharibəsi iştirakçısı, qazi olaraq təqdim etmiş, Təqsirləndirilən şəxs1 işgüzar və şəxsi əlaqələri geniş olduğunu, istənilən şəxsə xəstəliyinə görə əlillik pensiyası təyin etdirdiyini bildirmişdir. O, bu işin xərcini soruşduqda Təqsirləndirilən şəxs2 4500 manat tələb olunduğunu bildirmiş, o, Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşaraq 23 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində Təqsirləndirilən şəxs2 ilə görüşərək 4500 manat pulu ona vermişdir. O, Təqsirləndirilən şəxs1 ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq işinin nə zaman həll olunacağını soruşmuş, Təqsirləndirilən şəxs1 03 ay ərzində ona pensiya təyin ediləcəyini bildirmişdir. O, 03 ayın tamamında Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayaraq işin hansı mərhələdə olduğunu soruşmuş, lakin, Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. Təqsirləndirilən şəxs1 verdiyi vədə əməl etmədiyini görərək onun və Təqsirləndirilən şəxs2 barəsində şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 4500 manat pulu ona qaytarmışdır. Məhkəmə iclasında cinayət işi üzrə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın Təqsirləndirilən şəxs2 münaibətdə ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun tanışıdır. 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs2 ilə aralarında olan söhbət zamanı xəstəliyi ilə əlaqədar özünə əlilliklə bağlı sosial müavinət düzəltdirmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs2 bu məsələnin həllində ona köməklik edə biləcək tanışının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1 Qarabağ müharibəsi iştirakçısı, qazi olaraq təqdim etmiş, Təqsirləndirilən şəxs1 işgüzar və şəxsi əlaqələri geniş olduğunu, istənilən şəxsə xəstəliyinə görə əlillik pensiyası təyin etdirdiyini bildirmişdir. O, 2022-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ilə birgə ünvan 2 Müasir Yaşayış Kompleksində yerləşən “Məkan” adlanan restoranda Təqsirləndirilən şəxs1 ilə görüşmüş, aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs1 əlilliklə bağlı sosial müavinət düzəltdirmək üçün 10000 manat lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1 ən yaxşı halda 9000 manat toplayacağını bildirmiş, Təqsirləndirilən şəxs1 onunla razılaşmışdır. Aralarında olan görüşdən 2 həftə sonra Təqsirləndirilən şəxs2 zəng edərək 9000 manat pulu topladığını bildirmiş, onu Təqsirləndirilən şəxs1 ilə görüşdürməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 2 Müasir Yaşayış Kompleksində yerləşən “Məkan” adlanan restoranda Təqsirləndirilən şəxs1 ilə görüşmüş, 9000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 pulu aldıqdan sonra 02 ay ərzində onun əlilliyə görə pensiya alması üçün sənədləşmə işlərini tamalayacağını, qeyd olunan vaxtın tamamında ona əlilliyə görə pensiya təyin ediləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 sənədləşmə işlərinin tamamlanması üçün vəd etdiyi vaxtın tamamlanmasını gözləmiş, vəd olunan vaxt tamam olmasına baxmayaraq ona əlilliyə görə pensiya təyin edilmədiyi üçün Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. Təqsirləndirilən şəxs1 verdiyi vədə əməl etmədiyini görərək onun və Təqsirləndirilən şəxs2 barəsində şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən ünvan 2 Müasir Yaşayış Kompleksində yaşayır. Təqsirləndirilən şəxs1 həmin kompleksdə yaşadığından onun qonşu kimi tanımışdır. Təqsirləndirilən şəxs1 Qarabağ müharibəsi qazisi olduğu barədə məlumatı olmuş, görüşdükləri zaman Təqsirləndirilən şəxs1 yüksək vəzifədə işləyən tanışlarının olduğunu demiş, istənilən məsələni həll edə biləcəyini bildirmişdir. O, səhətində müəyyən problemlərinin olduğunu Təqsirləndirilən şəxs1 bildirmiş, Təqsirləndirilən şəxs1 əlilliklə bağlı sosial müavinət düzəltməkdə çox insana köməklik etdiyini, əlilliklə bağlı sosial müavinət düzəltməkdə onada köməklik edə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 inandığı üçün onun sözlərinə etibar etmiş, əlillik dərəcəsi almaq üçün ondan köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 işin həlli üçün adətən 4-6 min aralığınıda pul tələb olunduğunu, lakin, qonşu olduqları üçün ondan 3600 manat istəmişdir. O, Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşmış, Təqsirləndirilən şəxs1 ona həkim komissiyasından keçməsi üçün ərizə yazdırmışdır. O, məsələ ilə bağlı tanışı Zirəddin Vəliyevə məlumat vermiş, Zirəddin Vəliyev ona Təqsirləndirilən şəxs1 ilə görüşə birlikdə getmələrini təklif etmişdir. O, 2022-ci ilin avqust ayının əvvəllərində 2600 manat pul toplayaraq Zirəddin Vəliyevlə birlikdə ünvan 2 Müasir Yaşayış Kompleksinin həyətində Təqsirləndirilən şəxs1 ilə görüşərək pulu ona vermiş, geri qalan 1000 manatı 1-2 günə ödəyəcəyini bildirmişdir. O, bir neçə gün sonra Zirəddin Vəliyevlə birlikdə yenidən eyni ünvanda Təqsirləndirilən şəxs1 ilə görüşərək 1000 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs1 pulu aldıqdan sonra 2-3 ay ərzində sənədləşmə işlərinin tamamlanacağını, əlilliyə görə ona pensiya təyin ediləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 inandığı üçün bu barədə dayısı oğlu Zərərçəkmiş şəxs8 məlumat vermiş, Zərərçəkmiş şəxs8 ona xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi düzəltdirərək pensiya almaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 dayısı oğlunun əlillik dərəcəsi düzəltdirərək pensiya almaq istədiyini bildirərək bununla bağlı onlara köməklik etməsini xahiş etmişdir. O, 2022-ci ilin avqust ayının əvvələrində ünvan 2 Müasir Yaşayış Kompleksinin həyətində Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs1 görüşdürmüş, söhbət əsnasında Təqsirləndirilən şəxs1 Qarabağ müharibəsi qazisi olduğunu, xeyli insanı xəstə kimi rəsmiləşdirərək əlillik pensiyası verdirdiyini, pensiyası kəsilən şəxslərin pensiyalarını bərpa etdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 yüksək vəzifədə olan tanışları vasitəsi Zərərçəkmiş şəxs8 köməklik edə biləcəyini, bunun üçün 4000 manat tələb olunduğunu bildirmişdir. Zərərçəkmiş şəxs8 həmin vaxt pulunun olmadığını, lakin, tez bir zamanda kredit götürərək həmin məbləği təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 komisiyasından keçməsi üçün Zərərçəkmiş şəxs8 ərizə yazdırmışdır. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs8 “Access” bankdan 4000 manat kredit götürərək ünvan 2 Müasir Yaşayış Kompleksinin həyətində Təqsirləndirilən şəxs1 həmin məbləği bank kartında vermiş, Təqsirləndirilən şəxs1 aldıqdan sonra 2-3 ay ərzində sənədləşmə işlərinin tamamlanacağını, əlilliyə görə ona pensiya təyin ediləcəyini bildirmişdir. 2022-ci ilin oktyabr ayından başlayaraq o, Zərərçəkmiş şəxs8 ilə birlikdə Təqsirləndirilən şəxs1 zəng edərək vəd olunan vaxt tamam olmasına baxmayaraq onlara əlilliyə görə pensiya təyin edilmədiyini, verdikləri pulu geri qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. Daha sonra Zirəddin Vəliyev zəng edərək Təqsirləndirilən şəxs1 ilə görüşmüş, ondan pulu geri qaytarmasını tələb etmiş, geri qaytarmayacağı təqdirdə barəsində polisə müraciət edəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 heç kimdən qorxmadığını, istənilən orqana müraciət etmələrini demişdir. Təqsirləndirilən şəxs1 onları aldatdığını anladığı üçün Zərərçəkmiş şəxs8 onun hərəkətləri barədə Sabunçu RPİ-nin 15-ci PB-yə müraciət etmişdir. O, ilkin olaraq qonşu olduqları üçün Təqsirləndirilən şəxs1 hərəkətlərindən polisə müraciət etməyə utanmış, lakin, sonradan Təqsirləndirilən şəxs1 barəsində polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda təqsirləndirlən şəxsdən şikayətçidirlər. Məhkəmə iclasında cinayət işi üzrə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisi olan, ünvan 2 Müasir Yaşayış Kompleksi, ev 4, mənzil 12 ünvanında ailə üzvləri ilə birgə yaşayır. Təqsirləndirilən şəxs1 yaşadığı kompleksdən tanıyır. İ Qarabağ müharibəsi zamanı yaralandığından 1995-ci ildən əlillik pensiyası almış, lakin, 2021-ci ildən səhlənkarlığı ucbatından, yəni, növbəti dəfə müayinədən keçmədiyindən əlillik pensiyası kəsilmişdir. O, dəfələrlə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsinə baxmayaraq pensiyasını bərpa etdirə bilməmişdir. O, Təqsirləndirilən şəxs1 ilə aralarında olan söhbət zamanı bununla bağlı ona məlumat vermiş, Təqsirləndirilən şəxs1 özünü Qarabağ müharibəsi iştirakçısı, qazi olaraq təqdim etmiş, işgüzar və şəxsi əlaqələri geniş olduğunu, istənilən şəxsə xəstəliyinə görə əlillik pensiyası təyin etdirmək imkanına malik olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1 inandığı üçün onun təklifi ilə razılaşmış, Təqsirləndirilən şəxs1 sənədləşmə işlərinin aparılması üçün 4000 manat tələb olunduğunu bildirmişdir. O, 2022-ci ilin avqust ayında yaşadığı ünvan 2 Müasir Yaşayış Kompleksinin həyətində qardaşı İlqar Məhərrəmovun iştirakı ilə Təqsirləndirilən şəxs1 4000 manat pul vermiş, Təqsirləndirilən şəxs1 pulu aldqdan sonra narahat olmamasını 13 gün müddətində əlillik pensiyasını bərpa etdirəcəyini bildirmişdir. O, 2022-ci ilin noyabr ayınadək gözləmiş, lakin, əlillik pensiyasının bərpa edilmədiyiçi üçün Təqsirləndirilən şəxs1 verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. Təqsirləndirilən şəxs1 verdiyi vədə əməl etmədiyini görərək şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin avqust ayından bibisi oğlu Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanıyır. 2022-ci ilin avqust ayında bibisi oğlu Zərərçəkmiş şəxs3 evində olan zaman bildirmişdir ki, qonşuluğunda, yəni ünvan 2 Müasir Yaşayış Kompleksində yaşayan Təqsirləndirilən şəxs1 istənilən şəxsi xəstə kimi rəsmiləşdirərək həmin şəxsə əlillik pensiyası verdirə bilir. Daxili orqanlarında, əsasən də mədə və bağırsaqlarında çətinlikləri olduğundan düşünmüşdür ki, həkim komisiyasından keçərək əlillik müavinatı alsın. Odur ki, bibisi oğlu Zərərçəkmiş şəxs3 xahiş etmişdir ki, onu Eldarla tanış etsin. 2022-ci ilin avqust ayının əvvəllərində ünvan 2 Müasir Yaşayış Kompleksinin həyətində Təqsirləndirilən şəxs1lə görüşmüşlər. Eldar bildirmişdir ki, Qarabağ müharibəsi qazisidir, xeyli insanı xəstə kimi rəsmiləşdirərək əlillik pensiyası verdirib, pensiyası kəsilən şəxslərin pensiyalarını bərpa etdirib, həmin şəxslər bu gündə pensiya alırlar, xeyli sayda insana isə hazırda pensiya düzəltməklə məşğuldur. Eldar demişdir ki, yüksək vəzifədə olan qohum və tanışları var, Azərbaycanda istənilən məsələni həll edə bilər. Eldar bu barədə bibisi oğlu Zərərçəkmiş şəxs3 da demiş, Araz da Eldara inanmış və Araz özünün xəstəliyi ilə əlaqədar pensiya alması üçün 2022-ci ilin avqust ayının əvvəllərində yaşadıqları evin həyətində Eldara 3600 manat pul vermişdir. O, Eldara çox inanmış, düşünmüşdür ki, ağıllı başlı insandır, az yaşı yoxdur, yaşadığı evini belə tanıyır, arada bibisi oğlu Araz var, heç vaxt Eldar onu aldatmaz. Eldar əlillik pensiyasını düzəltməsi üçün ondan 4000 manat istəmişdir. O, bildirmişdir ki, hazırda bir manatda olsa pulu yoxdur, lakin qısa müddətdə bankdan kredit götürüb verə bilər. Eldar ona həkim komisiyasından keçməsindən ötrü ərizə yazdırmış, onun üçün əhəmiyyətli olmadığından ərizəni kimin adına yazması yaddaşında qalmamışdır. Həmin günlərdə 4000 manat kreditlə bağlı “Akcess” banka müraciət etmiş, xx.xx.2022-ci il tarixdə ona içərisində 4000 manat olan “Akcess” bankın kartını vermişlər, həmin tarixdə içərisində 4000 manat olan kartını ünvan 2 Müasir Yaşayış Kompleksinin həyətində Arazın iştirakı ilə Eldara vermişdir. Həmin tarixdə telefonuna həmin kartdan 4000 manatın Bakıxanov qəsəbəsində çıxarılması barədə məsaj gəlmişdir. Bir neçə gündən sonra Eldara zəng edərkən Eldar 4000 manatı nağdlaşdırdığını bildirmiş və demişdir ki, pensiyasını 2-3 aydan sonra alacaq. 2022-ci ilin oktyabr ayından başlayaraq Eldardan pensiyanı tələb etməyə başlamış, Eldar isə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Sonralar pulunu tələb edərkən Eldar demişdir ki, avtomobilini satıb pulunu ödəyəcək. Sonrakı günlərdə zənglərinə cavab vermədiyindən və bibisi oğlu Arazı da onun kimi aldatdığından hadisə barəsində polisə şikayət etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun bibisi qızının yoldaşıdır. Təqsirləndirilən şəxs1 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımışdır. O, uzun müddət əlilliyə görə pensiya almış, lakin, 2022-ci ildə əlilliyə görə əmək pensiyası kəsilmişdir. Bununla bağlı məlumatı olduqdan Təqsirləndirilən şəxs2 ona mütəmadi olaraq zəng edib, Təqsirləndirilən şəxs1 Qarabağ müharibəsi iştirakçısı, qazi olaraq təqdim etmiş, Təqsirləndirilən şəxs1 işgüzar və şəxsi əlaqələri geniş olduğunu, istənilən şəxsə xəstəliyinə görə əlillik pensiyası təyin etdirdiyini bildirmiş, pensiyasının bərpa edilməsində ona da, köməklik göstərə biləcəyini demişdir. O, bu işin xərcini soruşduqda Təqsirləndirilən şəxs2 4000 manat tələb olunduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 həmin məbləğdə pulunun olmamasını deməsinə baxmayaraq Təqsirləndirilən şəxs2 dəfələrlə ona zəng edərək təkidlə həmin məbləği tapmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 onun pensiyasını 45 günə bərpa etdirəcəyini, pensiyasının almadığı aylarında pulunun hesablanacağını bildirmiş, tanışları Təqsirləndirilən şəxs2 etibarlı adam olduğunu, onu aldatmayacığını demişdir. 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs2 4000 manat pul topladığını bildirdikdən sonra 2022ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində nömrəsiz ünvanda yerləşən Təqsirləndirilən şəxs2 evində Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətini və 4000 manat pul vermişdir. 2022-ci ilin aprel ayında pensiyasının bərpa olunmadığını görüb şikayət etmək istəmiş və bu barədə bütün qohumlarına demiş, qohumları, həmçinin bibisi qızı, yəni, Təqsirləndirilən şəxs2 arvadı Müşfiqə məsələnin həlli üçün Təqsirləndirilən şəxs2 sıxmış, bundan sonra Təqsirləndirilən şəxs2 alınan pulun 2000 manatını Təqsirləndirilən şəxs1 geri qalan 2000 manatı onun almasını və şəxsi ehtiaclarına sərf etməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 aldığı 2000 manatı qaytaramağa hazır olduğunu, lakin, Təqsirləndirilən şəxs2 qeyd olunan məbləği toplaya bilmədiyini bildirmişdir. O, dəfələrlə pulunu tələb etdikdən sonra Təqsirləndirilən şəxs1 alınan 4000 manatı geri qaytarmış, həmçinin, bildirmişdir ki, onun işini Təqsirləndirilən şəxs2 pozmuş, ondan aldığı məbləği tam şəkildə vermədiyi üçün sənədləşmə işlərini aparılması mümkün olmamışdır. 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs1 ona zəng vuraraq Fövqəladə Hallar Nazirliyində iş olduğunu, onu həmin vəzifəyə pulsuz düzəldə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşmış, tələb olunan sənədləri toplayaraq 2022-ci ilin may ayında həmin sənədləri Bakı şəhəri, Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs1 vermiş, Eldar sənədləri aldıqdan sonra bir neçə gün ərzində işə çağırılacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə zəng edərək yaşının 30-dan çox olduğundan işə düzəlməkdə problem yarandığını, məsələni həll etməsi üçün 2000 manat pul vermək lazım olduğunu bildirmişdir. O, bir neçə saat ərzində pul taparaq həmin gün, yəni, xx.xx.2022-ci il tarixdə, saat 22:00-da yaşadığı Müşfiqabad qəsəbəsində yerləşən “Tur” marketdə olan ödəmə terminalından Eldarın ona göndərdiyi Səadət Vəliyevanın adına olan 5522-0993-1157-5260 saylı “Beynəlxalq Bank” kartına 2000 manat pul göndərmişdir. Pulu göndərəndən sonra Təqsirləndirilən şəxs1 ilə danışmış, Təqsirləndirilən şəxs1 göndərilən pulu nağdlaşdırdığını bildirmişdir. O, işinin həllinin hansı mərhələdə olmasını öyrənmək məqsədi ilə Təqsirləndirilən şəxs1 zəng etdikdə, Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. O, Təqsirləndirilən şəxs1 tərəfindən aldadıldığını anladığı üçün verdiyi pulu geri qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. O, məcbur qalaraq Təqsirləndirilən şəxs1 hərəkətləri barədə polisə şikayət etmişdir. Cinayət işinin 1-ci cildinin 76-77-ci vərəqəsində olan 25 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 25 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 115-117-ci vərəqəsində olan 27 mart 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ramil Vəliyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 118-ci vərəqəsində olan 27 mart 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 242-ci vərəqəsində olan 28831 nömrəli, 11 iyul 2022-ci il tarixli qəbzindən görünür ki, Zərərçəkmiş şəxs1 işə qəbulu ilə bağlı xx.xx.2022-ci il tarixdə, saat 22:00-da 2000 manat nağd pulu Səadət Vəliyevanın adına olan 5522-0993- 1157-5260 nömrəli kart hesabına köçürmüşdür. Cinayət işinin 1-ci cildinin 248-ci vərəqəsində olan 06 iyul 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06 iyul 2023-cü il tarixdə saat 21:01-də Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10cu Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 34-35-ci vərəqəsində olan 07 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 07 iyul 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 92-111-ci vərəqəsində olan 01 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlillik pensiyası düzəltmək adı ilə aldıqların pulun miqdarı və zərərçəkmiş şəxslərin adları qeyd olunmuş 01 ədəd vərəq cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 128-ci vərəqəsində olan 10 oktyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 156-159-cu vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)772/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablanılmaqla 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 182-ci vərəqəsində olan 10 oktyabr 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 185-186-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 187-ci vərəqəsində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, məhkəmə baxışı zamanı verdikləri ifadələri, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxs2 “…özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə heç kəsi xəstəliyinə görə əlillik pensiyası verdirəcəyinə inandırmamış, bunun müqabilində hansısa məbləğdə pul almamışdır........” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri, protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr, eləcə də onun tərəfindən vurulmuş ziyanın könünllü şəkildə zərərçəkmiş şəxslərə ödənilməsi və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əvvəllər məhkum olunmamasını, Qarabaq müharibəsi iştirakçısı olmasını və zərərçəkmiş şəxslərdən bəzisinə vurulmuş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Eləcə də, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əvvəllər məhkum olunmamasını, Qarabaq müharibəsi iştirakçısı olmasını, zərərçəkmiş şəxslərlə barışaraq, ona qarşı şikayət və tələbin olmamasını, bütün zərərçəkmiş şəxslərə onun tərəfindən vurulmuş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının 10 oktyabr 2023-cü tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının 25 mart 2023-cü il tarixdən 27 mart 2023-cü il tarixədək, 06 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs1 istintaq vaxtı tutulduğu 03 (üç) gün azadlıqdan məhrum etmə cəzasının 03 (üç) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. İş üzrə maddi sübut, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlillik pensiyası düzəltmək adı ilə aldıqların pulun miqdarı və zərərçəkmiş şəxslərin adları qeyd olunmuş 01 ədəd vərəq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 03 (üç) gün müddət azadlıqdan məhrumetmə cəzasının 03 (üç) gününə bərabər tutulmaqla, onun cəzasından 03 (üç) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlillik pensiyası düzəltmək adı ilə aldıqların pulun miqdarı və zərərçəkmiş şəxslərin adları qeyd olunmuş 01 ədəd vərəq cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-111/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-111/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver