Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-112/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi taksi fəaliyyəti ilə məşğul olan, Suraxanı Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2iz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədi ilə icarəyə götürüb fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olduğu “Hyundai Getz” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Bilgəh Bağları” yaşayış massivi, M.Aslanov küçəsi, dalan 18 ünvanına gələrək orada yerləşən, Zərərçəkmiş şəxs məxsus iki mərtəbəli fərdi bağ evinin ətrafında bir müddət müşahidə apardıqdan sonra evdə heç kimin olmadığına əmin olub, saat 03 radələrində evin divarına dırmanaraq birinci mərtəbəsinə qalxmış, oradakı plastik pəncərəni sıxıb itələməklə qıfılını sındıraraq pəncərəni açıb evin içərisinə qanunsuz daxil olmuş, evin birinci mərtəbəsindəki açıq eyvandan 350 manat dəyərində bir ədəd “LG” markalı soyuducunu və 150 manat dəyərində bir ədəd samovarı, evin ikinci mərtəbəsindəki qapalı eyvanından 250 manat dəyərində bir ədəd “İnterskol P-45MG” markalı perforatoru, 1200 manat dəyərində bir ədəd “Karcher” markalı kimyəvi təmizləmə cihazını və 100 manat dəyərində bir ədəd sadə tozsoranı hissə-hissə götürüb evin həyətinə daşımış, həyətin giriş darvazasının bir layını içəri tərəfdən açmaqla həmin əşyaları həyətdən bayıra çıxarıb hadisə yerinə gəldiyi nəqliyyat vasitəsinə yükləməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2050 (iki min əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,306 qram olan psixotrop maddə kustar üsulla hazırlanmış metamfetamini əldə edib üzərində saxlayaraq yaşadığı ünvan 3 ünvanına qədər daşımış, ünvan 4assivi M.Aslanov küçəsi, dalan 18 ünvanında baş vermiş oğurluq hadisəsində şübhəli bilindiyi üçün Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 19:00-da ünvan 3ndə yaşadığı evin yaxınlığında saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 6 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd içərisinə təmiz çəkisi 0,306 qram olan psixotrop maddə kustar üsulla hazırlanmış metamfetamin qablaşdırılmış gümüşü rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, sonuncu dəfə, Suraxanı Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həbsdən çıxdıqdan sonra icarə götürdüyü “Hyundai Getz” markalı, **- DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 3-4 gün əvvəl Bakı şəhəri, Suraxanı ərazisində üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat müqabilində psixotrop maddə metamfetamin alaraq üzərində saxlamışdır. 08 iyun 2022-ci il tarixdə, gecə saatlarında idarə etdiyi avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar Massivinə müştəri aparıb düşürdüyü zaman orada yerləşən bağ evlərindən biri diqqətini çəkmiş, maddi imkanı zəif olduğu üçün həmin evdən oğurluq etməyi qərara almış, bu məqsədlə, avtomobilini həmin evin yerləşdiyi dalana sürüb avtomobildən enmiş, ətrafı bir qədər müşahidə etdikdən sonra evdə heç kəsin olmadığına əmin olaraq evin divarına dırmanaraq birinci mərtəbəsinə qalxmış, oradakı plastik pəncərəni sıxıb itələməklə qıfılını sındıraraq pəncərəni açıb evin içərisinə qanunsuz daxil olmuşdur. Evin otaqlarını axtarmasına baxmayaraq pul və qızıl-zinət əşyası tapa bilməmiş, bu səbəbdən evdə olan məişət əşyalarını oğurlamağı qərara almışdır. Evin birinci mərtəbəsindəki açıq eyvandan bir ədəd soyuducunu, evin ikinci mərtəbəsindəki qapalı eyvanından bir ədəd markalı perforatoru, bir ədəd kimyəvi təmizləmə cihazını və bir ədəd sadə tozsoranı hissə-hissə götürüb evin həyətinə daşımış, həyətin giriş darvazasının bir layını içəri tərəfdən açmaqla həmin əşyaları həyətdən bayıra çıxarıb hadisə yerinə gəldiyi nəqliyyat vasitəsinə yükləyərək hadisə yerindən uzaqlaşmışdır. Oğurladığı əşyaları gətirib kirayə yaşadığı Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, İlqar Məmmədov küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə boşaltmışdır. Səhər saatlarında, həmin əşyaları sataraq pul əldə etmək məqsədi ilə telefon vasitəsi ilə «Tap.az» internet saytına müvafiq elan yerləşdirərək əlaqə telefonunu yazmışdır. 08 iyun 2022-ci il tarixdə, axşam saatlarında yerləşdirdiyi elan əsasında müştəri qismində bir nəfər şəxs onunla əlaqə saxlayaraq həmin əşyaları almaq istədiyini bildirmiş, o, həmin şəxslə razılaşaraq onu yaşadığı ünvana dəvət etmişdir. Axşam saat 19 radələrində yaşadığı ünvana gəlmiş şəxslər özlərini təqdim edərək Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş, ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı izahatının alınması üçün onu polis bölməsinə dəvət etmiş, o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində olarkən törətdiyi oğurluq əməlini etiraf etmişdir. Onunla aparılan söhbət zamanı polis əməkdaşlarında onun narkotik vasitənin təsiri altında şübhəsi yarandığı üçün barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilərək ona hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra ona üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, şəxsi üzərinə axtarışın keçirilməsinə etiraz etməmiş, şəxsi axtarış zamanı vəkilin hüquqi xidmətindən imtina edərək buna dair ərizə təqdim etmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı, təqdim etdiyi bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Suraxanı ərazisində üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Daha sonra, polis əməkdaşları tərəfindən həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş və ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən iki mərtəbəli fərdi bağ evi ona məxsusdur. Sonuncu dəfə, xx.xx.2022-ci il tarixdə, axşam saatlarında bağdan çıxıb şəhərdəki mənzilinə getmiş, gec olduğundan həmin axşam bağa qayıtmamışdır. xx.xx.2022-ci il tarixdə bağ evinə gəldiyi zaman bağ evinin hər iki mərtəbəsindəki plastik pəncərələri açıq olduğunu görərək evə daxil olmuş, evdəki bütün əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, evə baxış keçirdiyi zaman evin birinci mərtəbəsindəki açıq eyvandan bir ədəd “LG” markalı soyuducunun, bir ədəd samovarın, ikinci mərtəbədəki qapalı eyvandan bir ədəd “İnterskol P-45MG” markalı perforatorun, bir ədəd “Karcher” markalı kimyəvi təmizləmə cihazının, bir ədəd tozsoranın oğurlandığını müəyyən etmişdir. Bundan sonra qardaşı Ramilə zəng edərək evlərindən oğurluq edildiyini bildirmiş, Ramil DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları hadisə yerinə baxış keçirdikdən sonra, onlara elan saytlarına daxil olub məişət əşyalarının satılmasına dair elanlara nəzər yetirmələrini, onlara məxsus əşyaların satışına dair elan rast gələcəkləri təqdirdə, bununla bağlı onlara məlumat vermələrini bildirmişlər. Onlar “Tap.az” saytında yerləşdirilmiş elanlara baxdıqları zaman özlərinə məxsus əşyaların satışa çıxarıldığını görərək bununla bağlı polisə məlumat vermiş, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs yaşadığı ünvanda saxlanılmış, bir ədəd samovardan başqa, digər bütün əşyaları həmin şəxsin yaşadığı ünvandan aşkar olunaraq götürülmüşdür. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2050 (iki min əlli) manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 42-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis mayoru xüsusi rütbəsi daşıyır. X5 məxsus ünvan 10 ünvanında yerləşən iki mərtəbəli fərdi bağ evindən əmlakının gizli talanması faktı ilə əlaqədar tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, İlqar Məmmədov küçəsi, fərdi yaşayış evində saxlanılaraq Sabunçu RPİ-nin 42ci PB-yə gətirilmiş, polis bölməsində aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlini etiraf etmişdir. Onunla aparılan söhbət zamanı narkotik vasitənin təsiri altında olması şübhəsi yarandığı üçün barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilərək ona hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra ona üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, şəxsi üzərinə axtarışın keçirilməsinə etiraz etməmiş, şəxsi axtarış zamanı vəkilin hüquqi xidmətindən imtina imtina edərək buna dair ərizə təqdim etmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxararaq təqdim etmişdir. Sorğu zamanı, təqdim etdiyi bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Suraxanı ərazisində üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Daha sonra, polis əməkdaşları tərəfindən həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiqləyərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 4-cü vərəqəsində olan 08 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 22-23-cü vərəqəsində olan 08 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş şəffaf rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 30-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 110 (yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 31-32-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2022-ci il tarixli 6/3241 saylı ekspert rəyindən görünür ki, tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,306 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Tədqiqata sərf ediildikdən sonra metamfetaminin qalıq çəkisi 0.256 qramdır. Cinayət işinin 104-107-ci vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 486/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 08 iyun 2022-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 112-ci vərəqəsində olan 10 iyun 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.256 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 128-ci vərəqəsində olan AZ-İV seriyalı, 680575 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. Cinayət işinin 130-cu vərəqəsində olan 11 iyun 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışı videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 147-149-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 13 avqust 2022-ci il tarixli, 4471 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan “asılılıq sindromu” narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 150-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 151-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2022-ci il tarixli 9/5937 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatlarına təqdim edilmiş bir ədəd ağ rəngli, iki qapılı, üzərində kilid yeri olan «LG» markalı soyuducu 100 manat, bir ədəd “Karcher” markalı, “Proffesional Ruzzi 8/1 C” modelli yuyucu tozsoran 800 manat, bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan sarı rəngli tozsoran 60 manat, bir ədəd “İnterskol” markalı “P-45ME” modelli boz rəngli böyük ölçülü perforator 80 manat olmaqla onların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1040 manat müəyyən edilir. Cinayət işinin 163-cü vərəqəsində olan 25 avqust 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən talanmış əmlakın bir hissəsi olan və ekspertiza tədqiqatlarından sonra istintaq orqanına geri qaytarılmış bir ədəd «LG» markalı soyuducu, bir ədəd “Karcher” markalı yuyucu tozsoran, bir ədəd sarı rəngli tozsoran, bir ədəd “İnterskol” markalı perforator iş üzrə sübut əhəmiyyəti kəsb etdiklərindən cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 172-177-ci vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-234/2018 saylı, 06 iyun 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2 maddələri ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2017-ci il tarixdən 26 noyabr 2017-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün nəzərə alınaraq qəti olaraq üzrəində 3500 manat cərimə cəzası saxlanılmışdır. Cinayət işinin 134-135-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 22 iyun 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Cavadov X3 Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 08 (səkkiz) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 19 avqust 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin 14 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Cavadov X4 Rayon Məhkəməsinin 1(002)- 234/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2 2-ci maddələri ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, məhkəmə hökmü və onun icrası barədə hakimin göstərişi 05 iyul 2018-ci il tarixdə Suraxanı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, Təqsirləndirilən şəxs yenidən cinayət törətdiyi üçün xx.xx.2018-ci il tarixdə məhkumun şəxsi işi müvafiq olaraq qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Qaradağ Rayon Məhkəməsinin 7(002)-477/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş qalan 02 ay 08 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkəmə qərarı və onun icrası barədə hakimin göstərişi xx.xx.2020-ci il tarixdə Suraxanı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və cəza müddəti bitdiyi üçün xx.xx.2020-ci il tarixdə məhkumun şəxsi işi müvafiq olaraq qeydiyyatdan çıxarılmışdır. Məhkuma təyin olunmuş cərimə cəzasının ödənilib-ödənilməməsi Qaradağ Rayon Məhkəməsinin 7(002)-477/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında öz əksini tapmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 7(002)- 477/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək azadlıqdan məhrumetmə cəzasından 02 (iki) ay 08 (səkkiz) gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, sınaq müddəti ərzində məhkum Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantın rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən əməlini etiraf etməsini, himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 08 iyun 2022-ci il tarixdən tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-234/2018 saylı, 06 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3500 manat cərimə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə tam toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Sabunçu rayon Polis İdarəsində saxlanılan, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0.256 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs tərəfindən talanmış əmlakın bir hissəsi olan və ekspertiza tədqiqatlarından sonra istintaq orqanına geri qaytarılmış bir ədəd «LG» markalı soyuducu, bir ədəd “Karcher” markalı yuyucu tozsoran, bir ədəd sarı rəngli tozsoran, bir ədəd “İnterskol” markalı perforatorun saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 160 (yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-234/2018 saylı, 06 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3500 manat cərimə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə tam toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3500 manat cərimə cəzası və 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 08 iyun 2022-ci il tarixdən hesablansın. Cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs tərəfindən talanmış əmlakın bir hissəsi olan və ekspertiza tədqiqatlarından sonra istintaq orqanına geri qaytarılmış bir ədəd «LG» markalı soyuducu, bir ədəd “Karcher” markalı yuyucu tozsoran, bir ədəd sarı rəngli tozsoran, bir ədəd “İnterskol” markalı perforatorun saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Maddi sübut olan Sabunçu rayon Polis İdarəsində saxlanılan, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0.256 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 160 (yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-112/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-112/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver