Məhkəmə qərarları › İş №1(008)-114/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-114/2023

31.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-114/2023 31.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1979-cu ildə Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-11/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəmkir rayonu, Qaracəmirli Ə/D, Qaracəmirli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 16 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində kirayədə yaşadığı Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin qonaq otağında olmuş dolabın içərisindən 10 ədəd 01 ədədinin dəyəri 30 manat olan ümumilikdə 300 manat dəyərində billur qabları, 03 ədəd 01 ədədinin dəyəri 5 manat olan ümumilikdə 15 manat dəyərində əl dəsmalını, 04 ədəd 01 ədədinin dəyəri 8 manat olan, ümumilikdə 32 manat dəyərində bədən dəsmalını, 01 ədəd 450 manat dəyərində kondisioneri, 02 ədəd hər birinin dəyəri 100 manat ümumilikdə 200 manat dəyərində suvenir xəncəri, 01 ədəd 70 manat dəyərində suvenir spirtli içki olan konyakı, 01 ədəd 150 manat dəyərində 10 litr həcmli odun samovarını, 1 kq dəyəri 2 manat olan 20 kq çəkidə ümumi 40 manat dəyərində 1 bağlama tikanlı məftili, evin zirzəmisindən təsərrüfat alətləri olan 01 ədəd 10 manat dəyərində çəkici, 01 ədəd 8 manat dəyərində kəlbətini, 01 ədəd 55 manat dəyərində əl arabasını, 01 ədəd 170 manat dəyərinə su mühərrikini, 01 ədəd 100 manat dəyərində “Kenvood” markalı şirəçəkəni, 02 dəst 01 dəstin qiyməti 50 manat olmaqla 100 manat dəyərində çay dəstini, 50 manat dəyərində 01 ədəd dəmir sobanı, 01 ədəd 220 manat dəyərində “Nobel" markalı su dispenserini, 04 ədəd 01 ədədinin dəyəri 40 manat olmaqla ümumilikdə 160 manat dəyərində pərdəni, 01 ədəd 25 litrlik 50 manat dəyərində boyanı, 01 ədəd 25 litrlik 100 manat dəyərində döşəmə lakını, 01 metri 70 qəpik olan ümumi uzunluğu 100 metr olan 70 manat dəyərində su borusunu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 2350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu, Qaracəmirli Ə/D, Qaracəmirli kəndində qeydiyyatda olmaqla, Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə kirayə yaşamışdır. İşsiz olduğu və maddi ehtiyacları yarandığı üçün kirayə yaşadığı Zərərçəkmiş şəxs məxsus evdə olan əşyaları sataraq pul əldə etməyi qərara almış, lakin, bununla bağlı ailə üzvlərinə heç bir məlumat verməmişdir. 16 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində ailə üzvləri işə getdikdən sonra, evdə heç kəsin olmamasından istifadə edərək fərdi yaşayış evinin qonaq otağında olmuş dolabın içərisindən 10 ədəd billur qabları, 03 ədəd əl dəsmalını, 04 ədəd bədən dəsmalını, 01 ədəd kondisioneri, 02 ədəd suvenir xəncəri, 01 ədəd suvenir spirtli içki olan konyakı, 01 ədəd odun samovarını, 01 bağlama tikanlı məftili, evin zirzəmisindən təsərrüfat alətləri olan 01 ədəd çəkici, 01 ədəd kəlbətini, 01 ədəd su mühərrikini, 01 ədəd şirəçəkəni, 02 dəst çay dəstini, 01 ədəd dəmir sobanı, 01 ədəd su dispenserini, 04 ədəd pərdəni, 01 ədəd boyanı, 01 ədəd döşəmə lakını, ümumi uzunluğu 100 metr olan su borusunu əl arabasına yükləyərək əşyaların bir qismini Abşeron rayonu Məhəmmədli qəsəbəsində yerləşən metal qəbulu məntəqəsi işlədən anket məlumatlarını dəqiq bilmədiyi şəxsə, digər əşyaları isə sosial şəbəkə vasitəsi ilə tanımadığı şəxslərə satmışdır. O, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmiş, əşyaları satarkən əşyaların oğurluq olması barədə heç bir məlumat verməmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır. 10 dekabr 2021-ci il tarixdə özünə məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evini Şahid1 kirayə vermiş, həmin vaxt, Təqsirləndirilən şəxs ona Elnarın bacısının əri kimi təqdim edilmişdir. 18 yanvar 2022ci il tarixdə Şahid1 ona zəng edərək Elmanın kirayə haqqını ödəyib-ödəməməsini soruşmuş, o, Elnara kirayə haqqının ödənilmədiyini bildirmişdir. Həmçinin, Elnar ona Elmanın qapını bağlayaraq Şəmkir rayonuna yas mərasiminə getdiyini, açarı da, özü ilə apardığını bildirmiş, evə daxil olmaları üçün ehtiyat açarı onlara verməsini xahiş etmişdir. O, 19 yanvar 2022-ci ildə qeyd olunan ünvana gedərək qapını açıb fərdi yaşayış evinə daxil olmuş, evdə olan əşyaların yerində olmadığını görərək evə baxış keçirmişdir. Baxış zamanı, evin qonaq otağında olan dolabın içərisindən 10 ədəd 01 ədədin dəyəri 30 manat olan ümumilikdə 300 manat dəyərində billur qabların, 03 ədəd 01 ədədin dəyəri 5 manat ümumilikdə 15 manat dəyərində əl dəsmalının, 04 ədəd 01 ədədin dəyəri 8 manat ümumilikdə 32 manat dəyərində bədən dəsmalının, 01 ədəd 450 manat dəyərində markasını xatırlamadığı kondisionerin, 02 ədəd hər birinin qiyməti 100 manat ümumilikdə 200 manat dəyərində suvenir xəncərin, 01 ədəd 70 manat dəyərində suvenir spirtli içki olan konyakın, 01 ədəd 150 manat dəyərində 10 litr həcmli odun samovarın, 1 kiloqram dəyəri 2 manat, 20 kiloqram çəkidə ümumilikdə 40 manat dəyərində 1 bağlama tikanlı məftilin, evin zirzəmisindən təsərrüfat aləti olan 01 ədəd 10 manat dəyərində çəkicin, 01 ədəd 8 manat dəyərində kəlbətinin, 01 ədəd 55 manat dəyərində əl arabasının, 01 ədəd 170 manat dəyərinə markasını xatırlamadığı su mühərrikinin, 01 ədəd 100 manat dəyərində Kenvood” markalı şirəçəkən, 02 dəst 01 ədədinin 50 manat olmaqla 100 manat dəyərində çay dəsti, 50 manat dəyərində 01 ədəd dəmir sobanın, 01 ədəd 220 manat dəyərində “Nobel” markalı su dispenserin, 04 ədəd 01 ədədinin dəyəri 40 manat olmaqla 160 manat dəyərində pərdənin, 01 ədəd 25 litrlik 50 manat dəyərində boyanın, 01 ədəd 25 litrlik 100 manat dəyərində döşəmə lakının, 01 metri 70 qəpik olan 100 metr uzunluğunda 70 manat dəyərində su borusunun oğurlandığını aşkar etmişdir. O, evin qapı və pəncərəsi üzərində zədə aşkar etmədiyindən oğurluğun həmin evdə kirayə yaşayan şəxslər tərəfindən edildiyindən şübhələnmiş, DİN-nin 102 xidmətinə zəng edərək evindən oğurluq edilməsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2350 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Dostluq” kafesində ofisiant işlədiyi zaman tanış olmuş, Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində yaşamağa evi olmadığı üçün onu Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən kirayə yaşadığı mənzilə dəvət etmişdir. Bir gün orada qaldıqdan sonra onlar Elmanın təklifi ilə bacısı Elnarın kirayə yaşadığı evə köçmüş, bir neçə gün orada qalmışlar. Daha sonra birlikdə qalmaq üçün daha az kirayə haqqı olan ev tutmağı qərara almışlar. Şahid1 10 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evi kirayə götürmüş, Təqsirləndirilən şəxs ev sahibinə onun həyat yoldaşı olaraq təqdim etmişdir. Onlar evin ilk ayının kirayə haqqısını ev sahibinə ödəmiş, ikinci ayın ödənişi zamanı Elman anasının onun bank kartına 200 manat göndərdiyini və kirayə haqqından ev sahibinə 100 manat ödəniş etdiyini bildirmişdir. Lakin, sonradan Elnar, ev sahibinə kirayə haqqından ödəniş edilmədiyni öyrənmiş, bu səbəbdən, Elman ilə aralarında olan münasibət pozulmuşdur. O, 16 yanvar 2022-ci il tarixdə işə getdiyi zaman Elman evin açarını özündə saxlamış, o, işdən çıxdığı zaman evin açarına görə Elmana zəng etməsinə baxmayaraq Elmanın istifadəsində olan mobil nömrəyə zəng çatmamışdır. O, 19 yanvar 2022-ci il tarixədək evə daxil olması üçün açarı olmadığına görə bacısı Elnar ilə başqa ünvanda qalmış, həmin müddət ərzində, Elmanın istifadəsində olan mobil nömrəyə zəng etsə də, həmin nömrəyə nömrəyə zəng çatmamışdır. 18 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs zəng edərək evə daxil olması üçün ona ehtiyat açar verməsini xahiş etmiş, 19 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs qeyd olunan fərdi yaşayış evinə gələrək açar ilə qapını açmış, onlar evə daxil olduqları zaman evdə olan bir çox əşyaların oğurlandığını aşkar etmişlər. Daha sonra polis əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı evdəki əşyaların Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Məhəmmədli qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsi işlədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2022-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs onun işlədiyi metal qəbulu məntəqəsinə gələrək özünə məxsus 01 ədəd 10 litr həcmli odun samovarını, 01 ədəd əl arabasını və 01 ədəd markasını xatırlamadığı kondisioneri satmaq istədiyini bildirmişdir. O, Elmanın gətirdiyi əşyalara baxaraq 01 ədəd 10 litr həcmli odun samovarını 35 manata, 01 ədəd əl arabasını 5 manata və 01 ədəd markasını xatırlamadığı kondisioneri 40 manata ala biləcəyini bildirmiş, Elman onun təklifi ilə razılaşdıqdan sonra əşyaların müqabilində Elmana ümumilikdə 80 manat ödəniş etmişdir. O, Elmandan aldığı əşyaları daha yüksək qiymətə tanımadığı şəxsə satmışdır. Bir müddət sonra Sabunçu RPİnin 15-ci PB-nin əməkdaşları onun işlədiyi obyektə gələrək Təqsirləndirilən şəxs ona satdığı əşyaların oğurluq olduğunu bildirmişlər. Cinayət işinin 1-ci cildinin 68-71-ci vərəqəsində olan 21 may 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 90-91-ci vərəqəsində olan 21 may 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 106-cı vərəqəsində olan 01 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 112-ci vərəqəsində olan 23 avqust 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq Sabunçu RPİ-nin MSYnə təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 126-128-ci vərəqəsində olan 24 avqust 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Məhəmmədəli Cümşüdovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSYdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 129-130-cu vərəqələrində olan 24 avqust 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 141-144-cü vərəqəsində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, sonuncu dəfə, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.3 və 178.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələrinə tövsif edilərək ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 29 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 11/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 24 iyun 2023-cü il tarixdən hesablanılmaqla 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, digər iş materialları ilə onun özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun törətdiyi əməli səmimi olaraq etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2016-cı il tarixli hökmü və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qərarı ilə məhkumluğu ödənilməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hazırki əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan əməlində cinayətlərin residivi yaranmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-11/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edildiyindən hazırki hökmlə təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-11/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-11/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-11/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 24 iyun 2023-cü il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 23 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-11/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli hökmü üzrə 02 (iki) gün tutulması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 01 (bir) gün və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-11/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli hökmü üzrə 02 (iki) gün, cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasının 03 (üç) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-11/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-11/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-11/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli hökmü üzrə 02 (iki) gün, cəmi 03 (üç) gün müddət azadlıqdan məhrumetmə cəzasının 03 (üç) gününə bərabər tutulmaqla, onun cəzasından 03 (üç) gün çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 24 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-11/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar