Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-115/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X5 nümayəndəsi Nümayəndə, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov dairəsi, H.Hümbətov küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə saat 15:30 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus “X22” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, şəhər şossesi ilə H.Əliyev prospekti istiqamətində yolun sağ tərəfdən birinci hərəkət zolağında 80 km/saat sürətlə hərəkətdə olarkən «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək hərəkətdə olduğu istiqamətdə həmin şossedə yerləşən “Bolmart” supermarketin qarşısında yolun sağ kənarında dayanmış Şahid sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “RENAULT MAGNUM 500” markalı “AT 0145 XT” dövlət qeydiyyat nişanlı avtomobilin “AT0145XT” dövlət qeydiyyat nişanlı qoşqusunun arxa hissəsi ilə toqquşaraq, ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi, burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, hər iki gözyuvasıaltı nahiyənin qançırları, sol alın-gicgah nahiyəsinin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, Zərərçəkmiş şəxs1 sağ almacıq, sağ əng və burun sümüklərinin qapalı sınıqları və sağ qaş nahiyəsinin əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, zərərçəkmiş şəxs X14 baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, alın sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, üz skeleti sümüklərinin yerini dəyişməyən çoxsaylı sınıqları, sifətin, gövdənin, sağ aşağı ətrafın əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları ilə nəticələnən dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəsi olan xəsarətlər yetirmiş və zərərçəkmiş şəxs X12 alın sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı ilə əlaqədar baş beyin əzilməsi, baş-beyin maddəsinə və qişalarına qansızma ilə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov dairəsi, H.Hümbətov küçəsi, nömrəsiz evdə yaşayır. “X22” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ilin aprel ayında X4 almış, “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında elektron etibarnamə ilə idarə edərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. 27 aprel 2022-ci il tarixdə, saat 15:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Bilgəh yolunda 4 nəfər şəxs müştəri qismində avtomobilinə əyləşmiş, həmin şəxslərdən biri Sabunçu rayonu, Zabrat qəsəbəsində avtomobildən enmiş, digər 3 nəfər sərnişindən biri, yəni, sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs2 ön sağ oturacaqda, X17 və Zərərçəkmiş şəxs1 arxa sağ oturacaqda əyləşmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi ilə H.Əliyev prospekti istiqamətində yolun sağ tərəfdən birinci hərəkət zolağı ilə 80 km/saat sürətlə hərəkətdə olan zaman onunla eyni zolaqda ön tərəfdə hərəkətdə xarici ölkə qeydiyyat nömrəli qoşqulu yük avtomobili görərək həmin yük avtomobilinin onunla eyni istiqamətdə hərəkətdə olduğunu düşünmüş, lakin, ani olaraq yük avtomobilinin yolun sağ kənarında dayanmış vəziyyətdə olduğunu görmüşdür. O, idarə etdiyi avtomobilin yük avtomobilinin arxa hissəsi ilə toqquşmaması üçün dərhal avtomobili sola istiqamətləndirmiş, lakin, hadisənin qarşısını almağa nail ola bilməmiş, idarə etdiyi avtomobilin qabaq sağ hissəsi yük avtomobilinin arxa hissəsi ilə toqquşmuş, nəticədə, o və avtomobildə olan digər sərnişinlər xəsarət almışdır. O, avtomobildən enmiş, hadisə yerinə toplanmış insanların köməkliyi ilə arxa sol oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs1 köməklik edərək onu avtomobildən yerə düşürtmüşdür. Hadisə zamanı başından xəsarət almış, hadisə yerinə gəlmiş təcili tibbi yardım vasitəsi ilə o və avtomobildə olan xəsarət almış digər sərnişinlər 3 Saylı Şəhər Klinik Xəstəxanasına aparılmışdır. Xəsarət almış sərnişinlərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilkin tibbi yardım göstərilmiş, X12 vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilmişdir. Daha sonra X17 müalicə aldığı “İstanbul NS” klinikada aldığı xəsarətlərdən ölmüşdür. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X5 nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, mərhum X2 rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır. 25 aprel 2022-ci il tarixdə X17 işi ilə bağlı Bakı şəhərinə gedərək əmisi oğlu Zərərçəkmiş şəxs1 ilə görüşmüşdür. 28 aprel 2022-ci il tarixdə, saat 02 radələrində X5 qohumu ona zəng edərək 27 aprel 2022-ci il tarixdə Rasim Ağayev və əmisi oğlu Zərərçəkmiş şəxs1 Sabunçu rayonu, Maştağa qəsəbəsindən Koroğlu metrostansiyasına gedərkən taksi sürücüsünün törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində müxtəlif bədən xəsarətləri aldığı üçün 3 Saylı Şəhər Klinik Xəstəxanasına, oradan isə Rasim Ağayevin “İstanbul NS” Klinikasına aparıldığını bildirmişdir. X8 həmin gün, saat 06 radələrində Bakı şəhərinə gələrək “İstanbul NS” Klinikasına getmiş, orada ona Rasim Ağayevin vəziyyətinin ağır olduğu bildirilmişdir. Rasim Ağayev hadisə zamanı başından xəsarət aldığı üçün həmin klinikada beyin əməliyyatı keçirmiş, lakin, tibbi müdaxilələrə baxmayaraq Rasim Ağayev 07 may 2022-ci il tarixdə, saat 04 radələrində “İstanbul NS” klinikasında vəfat etmişdir. X12 müalicə, əməliyyat və digər xəstəxana xərcləri üçün 16000 manat pul ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, o, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. X7 onun əmisi oğludur. O, 24 aprel 2022-ci il tarixdə Biləsuvar rayonundan Bakı şəhərinə gəlmiş, 25 aprel 2022-ci il tarixdə Rasim Ağayev işləri ilə əlaqədar olaraq Bakı şəhərinə gəlmiş, onunla əlaqə saxlayaraq 27 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə gedəcəyini bildirərək onunla birlikdə getməsini xahiş etmişdir. 27 aprel 2022-ci il tarixdə, saat 15 radələrində o, Rasim Ağayevlə görüşərək onunla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə getmişdir. Rasim bir nəfər şəxslə görüşüb bir qədər söhbət etdikdən sonra onlar birlikdə Maştağa qəsəbəsində psixiatrik dispanserin yaxınlığında Koroğlu metrostansiyasına gedən taksilərə yaxınlaşmış, orada olan sonradan adının Əsəd olduğunu öyrəndiyi onlara yaxınlaşaraq hara gedəcəklərini soruşmuş, onlar “Koroğlu” metrostansiyası yaxınlığına gedəcəklərini bildirmişlər. Bundan sonra onlar “Fiat Linea” markalı **-UY-*** dövlət nömrə nişanlı avtomobilə əyləşmiş, o və Rasim arxada oturacaqda, bir nəfər tanımadıqları şəxs isə ön oturacaqda əyləşmişdir. “Fiat Linea” markalı **-UY-*** dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində bir nəfər şəxs işarə edərək avtomobili saxladaraq arxa oturacaqda sərnişin qismində əyləşmişdir. Bir qədər irəlilədikdən sonra həmin sərnişin sürücü avtomobili təhlükəlıi idarə etdiyi üçün avtomobili saxladaraq avtomobildən enmişdir. 27 aprel 2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi ilə H.Əliyev prospekti istiqamətində hərəkətdə olduqları zaman sürücü Əsəd avtomobili sürətlə və telefona baxaraq idarə etdiyi üçün ön oturacaqda əyləşmiş sərnişin ona irad bildirmiş, avtomobili normal şəkildə idarə etməsini demiş, lakin, sürücü onun dediklərinə əhəmiyyət verməyərək avtomobili eyni qaydada idarə etmişdir. Anidən avtomobil toqquşmuş, o, arxa oturacaqda solda, Rasim sağdə əyləşdiyi üçün ön tərəfi görə bilməmişdir. Hadisə zamanı halı pisləşmiş, ətrafa toplaşan insanların köməkliyi avtomobildən endirilmişdir. Avtomobildən endikdən sonra o, sərnişin qismində əyləşdikləri avtomobili yük avtomobilinin qoşqusu ilə toqquşduğunu görmüşdür. Hadisə yerinə gəlmiş təcili tibbi yardım vasitəsi ilə onlar 3 Saylı Şəhər Klinik Xəstəxanasına aparılmış, Rasimin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilmişdir. Rasim Ağayevin vəziyyəti pisləşdiyi üçün “İstanbul NS” klinikasına köçürülmüş, orada beyin əməliyyatı edilmişdir. O, səhətində aldığı xəsarətlərlə bağlı “İstanbul NS” klinikasına müraciət etmiş, 29 aprel 2022-ci il tarixdə əməliyyat olunmuşdur. Tibbi müdaxilələrə baxmayaraq Rasim 07 may 2022-ci il tarixə keçən gecə saat 04 radələrində “İstanbul NS Klinika”da rəhmətə getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 51-də yaşayır. Azərbaycan Respublikası FHN-in DMEA-də Dövlət ehtiyatları şöbəsini müdiri vəzifəsində işləyir. 27 aprel 2022-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə getmiş, həmin gün, saat 15 radələrində Bakı şəhərinin mərkəzi istiqamətində getmək üçün Maştağa qəsəbəsində 1 saylı Respublika Psixiatriya xəstəxanasının yaxınlığında Koroğlu metrostansiyasına gedən taksilərə yaxınlaşmış, orada olanda bir nəfər taksi sürücüsü, yəni sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs ona tərəf gələrək hara getdiyini soruşmuşdur. O, Koroğlu metrostansiyasının yaxınlığına getdiyini bildirərək Əsədin idarə etdiyi “Fiat Linea” markalı, **-UY-*** dövlət nömrə nişanlı avtomobildə ön sağ oturacaqda, iki nəfər şəxs isə avtomobildə arxa oturacaqda əyləşmişdir. “Fiat Linea” markalı **-UY-*** dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində bir nəfər şəxs işarə edərək avtomobili saxladaraq arxa oturacaqda sərnişin qismində əyləşmişdir. Bir qədər irəlilədikdən sonra həmin sərnişin sürücü avtomobili təhlükəli idarə etdiyi üçün avtomobili saxladaraq avtomobildən enmişdir. 27 aprel 2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, şəhər şossesi ilə H.Əliyev prospekti istiqamətində hərəkətdə olmuşlar. Sürücü Əsəd həmin şossedə “Bolmart” supermarketin binasının yanına yaxınlaşanda avtomobili sağa istiqamətləndirmiş və yolun sağ kənarında dayanan yük avtomobilinin arxası istiqamətində eyni sürətlə hərəkət etmişdir. O həmin avtomobilin arxa hissəsi ilə toqquşacağını bildiyi üçün özünü sürücü Əsəd tərəfə atmış və əyləşdiyi avtomobilin qabaq hissəsi yolun sağ kənarında dayanmış həmin yük avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində xəsarət almış və toqquşma zərbəsindən halı pisləşmişdir. Hadisə yerinə yaxınlaşan tanımadığı şəxslər onu və digər sərnişinləri 3 Saylı Şəhər Klinik Xəstəxanasına aparılmışlar. Orada ilkin müayinə olunmuş, hadisə zamanı burun sümüyü sınmışdır. Digər sərnişin, yəni Rasim Ağayevin vəziyyəti pis olduğu üçün reaimasiya şöbəsinə yerləşdirmişlər. Sonradan bilmişdir ki, Rasim Ağayev aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölmüşdür. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Ukraynanın Ternopil şəhəri, Karalyova küçəsi 6, mənzil 88 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Təxminən 15 ilə yaxındır ki, Ukraynadan Azərbaycan Respublikası və İran İslam Respublikasına müxtəlif növ ərzaq məhsulları daşıyan yükdaşıma şirkətlərinə məxsus yük avtomobillərini idarə edir. 29 mart 2022-ci il tarixdən X13 məxsus şirkətin balansında olan “RENAULT MAGNUM 500” markalı “BC 2817 MC” dövlət qeydiyyat nişanlı yük avtomobilini “AT0145XT” dövlət qeydiyyat nişanlı qoşqusu ilə birlikdə etibarnamə əsasında idarə edir və həmin avtomobili idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi var. 26 aprel 2022-ci il tarixdə, saat 14:30 radələrində idarə etdiyi “RENAULT MAGNUM 500” markalı “BC 2817 MC” dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “AT0145XT” dövlət qeydiyyat nişanlı qoşqusu ilə birlikdə Gürcüstandan Qırmızı körpü gömrük postundan Azərbaycan Respublikası ərazisinə keçərək Bakı şəhərinə gəlmişdir. 27 aprel 2022-ci il tarixdə, saat 11 radələrində yük avtomobili ilə Bakı şəhəri, H.Əliyev prospekti istiqamətində saxlayaraq avtomobildə yatmışdır. Həmin gün, saat 15:30 radələrində səs gəldiyini, avtomobilin silkələndiyini eşidərək avtomobildən enmiş gümüşü rəngli “Fiat” markalı avtomobilin idarə etdiyi yük avtomobilin arxa sol hissəsi ilə toqquşduğunu görmüşdür. Həmin vaxt, “Fiat” markalı avtomobildə sürücüdən başqa üç nəfər sərnişində olmuş, sürücü və digər iki sərnişin xəsarət alsalarda huşlarını itirməmiş, lakin, arxa sağ tərəfdə əyləşən sərnişin aldığı xəsarətlər ağır olmuşdur. Xəsarət almış sərnişinlər və sürücü hadisə yerinə gəlmiş təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya aparılmışdır. Cinayət işinin 1-ci cildinin 14-cü vərəqəsində olan 27 aprel 2022-ci il tarixli, 2/14023 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 1-ci cildinin 24-cü vərəqəsində olan AZ İV seriyalı, 573022 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. Cinayət işinin 1-ci cildinin 26-cı vərəqəsində olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, «X22» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Bakı şəhəri, 6 saylı notariat ofisində X6, 3 saylı Asan Xidmət Mərkəzində Təqsirləndirilən şəxs etibarnamə verilmiş, etibarnamənin etibarlılıq müddəti 11 aprel 2023-cü il tarixədəkdir. Cinayət işinin 1-ci cildinin 74-75-ci vərəqəsində olan 27 may 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Təhlükəsiz Şəhər Kameralarında qeydiyyata alınmış görüntülərin götürülməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinə müvafiq sorğu verilərək cavab alınmış, təqdim edilmiş görüntülərə baxış keçirilkən 27 aprel 2022-ci il tarixdə saat 15:30 radələrində “X22” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi ilə H.Əliyev prospekti ilə hərəkətdə olan zaman yolun sağ tərəfində dayanmış vəziyyətdə olan yük avtomobilinin dayanmadığını zənn edib hərəkətini davam etdirərək idarə etdiyi avtomobilinin qabaq tərəfi həmin yük avtomobilinin arxa tərəfi ilə toqquşması müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 76-80-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X11” X18 Sabunçu Rayon Şöbəsinin 21 may 2022-ci il tarixli, 96 saylı ekspert rəyindən görünür ki, X3 meyitində baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, alın sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, üz skeleti sümüklərinin yerini dəyişməyən çoxsaylı sınıqları, sifətin, gövdənin, sağ aşağı ətrafın əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən X12 xəstəxanaya daxil olmasından (xx.xx.2022-cin il, saat 01:30) az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə baş vermiş, yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə sağlamlğa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. X3 ölümünə səbəb alın sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və qişalarına qansızma olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə, saat 04:15-də xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. Cinayət işinin 1-ci cildinin 87-89-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X11” X18 Sabunçu Rayon Şöbəsinin 29 may 2022-ci il tarixli, 1017 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi, burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, hər iki gözyuvasıaltı nahiyənin qançırları, sol alın-gicgah nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 1-ci cildinin 90-92-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X11” X18 Sabunçu Rayon Şöbəsinin 08 iyun 2022-ci il tarixli, 952 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ almacıq, sağ əng və burun sümüklərinin qapalı sınıqları və sağ qaş nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 1-ci cildinin 110-cu vərəqəsində olan Sabunçu RPİ-nin DYPŞ-nin 05 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2019-cu ildə AC 567983 saylı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 1-ci cildinin 111-113-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X11” X18 Sabunçu Rayon Şöbəsinin 23 iyun 2022-ci il tarixli, 1031 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs təpə nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarət bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir Cinayət işinin 1-ci cildinin 124-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 125-126-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 01 avqust 2022-ci il tarixli, 8/1764 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Fiat Linea markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Renault Magnum 500 markalı, BC 2817 MC dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin 1-ci cildinin 149-159-cu vərəqəsində olan 23 avqust 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 192-193-cü vərəqəsində olan 24 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 79-81-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-775/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 148-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 avqust 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 26 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdə Sabunçu RPİnin əməkdaşları tərəfindən tutularaq 20 dekabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 115/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunaraq o, məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxslərin və hüquqi varisin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödəməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını və himayəsində azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə cinayət prosessual qanunvericiliyin mülki iddiaya aid yuxarıda sadalanan normalarını rəhbər tutub, mülki iddiaçının mülki iddiaya aid izahatını və cinayət işinin mülki iddiaya aid materialını nəzərdən keçirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi və eləcə də, mülki iddiaçı tətərfindən mülki iddiadan imtina olunması nəzərə alınaraq mülki iddia üzrə icraata xitam verilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 17 dekabr 2022-ci il tarixdən 27 fevral 2023-cü il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 02 (iki) ay 10 (on) gün müddətinin 01 günü azadlıqdan məhrumetmə cəzasının 01 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 02 (iki) ay 10 (on) gün müddətinin 01 (bir) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) ay 10 (on) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi nəzərə alınaraq mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-115/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-115/2023
27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver