Məhkəmə qərarları › İş №1(008)-115/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-115/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-115/2024 16.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 11 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 4,914 qram, 4,590 qram, 5,300 qram, 4,880 qram, 5,400 qram, 6,00 qram, 4,112 qram, 6,800 qram ,6,120 qram, 7,430 qram və 7,740 qram olmaqla ümumi çəkisi 63,286 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 24 noyabr 2022-ci il tarixdə, saat 17:45-də Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Xanlar küçəsində yerləşən «Malikhanə» restoranının yaxınlığında saxlanılaraq Sabunçu RPİnin 14-cü PB-nin inzibati binasına gətirilmiş, polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 11 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 4,914 qram, 4,590 qram, 5,300 qram, 4,880 qram, 5,400 qram, 6,00 qram, 4,112 qram, 6,800 qram, 6,120 qram, 7,430 qram və 7,740 qram olmaqla ümumi çəkisi 63,286 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2də ailə üzvləri ilə birlikdə yaşayır. Bir neçə müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. O, 2022-ci ilin noyabr ayında şəxsi istifadəsi üçün narkotik vasitə marixuana alaraq yaşadığı ünvan 2 ünvanında saxlamışdır. 24 noyabr 2022-ci il tarixdə, saat 17:40 radələrində yaşadığı ünvanın qarşısında olarkən yeddi nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlamaqda şübhəli olduğunu bildirərək onu avtomobillərinə əyləşdirmiş, avtomobildə olduğu zaman ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, o, üzərində narkotik vasitə olmadığı, lakin, yaşadığı ünvanda şəxsi istifadəsi üçün narkotik vasitə marixuana saxladığı bildirmişdir. Daha sonra yaşadığı ünvanda saxladığı narkotik vasitə marixuananı Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları təqdim etmişdir. O, polis əməkdaşları tərəfindən Sabunçu RPİ-nin 14-cü polis bölməsinə aparılmış, polis bölməsində olarkən polis əməkdaşları hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız şəxsi istifadəsi üçün əldə edərək saxlamışdır. Heç vaxt bu qədər narkotik vasitə almamışdır. Onu tələyə salıb bu qədər narkotik vasitə satmışlar. Bununla əlaqədar əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis polkovnik-leytenantı rütbəsi daşıyır. 24 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun yaradılmasından ötrü İdarə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, Şahid2 qrup rəhbəri, o, qrup üzvü təyin edilmişdir. 24 noyabr 2022-ci il tarixdə, saat 17:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Xanlar küçəsində yerləşən «Malikhanə» restoranının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs sənədlərinin üzərində olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar olaraq Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət edilmiş, Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Təhqiqatçı tərəfindən barəsində şübhəli şəxs qismində tutulma barədə qərara qəbul edilərək hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Daha sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz olmadığını bildirdikdən sonra, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2, vəkilin və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 11 ədəd kibrit qutusunda açıq yaşıl rəngli, spesifik qoxuya malik qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunuraq götürülmüşdür. Sorğu zamanı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni saxlanılmamışdan 10-15 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində olduğu zaman anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 300 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlər zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişlə aparılmış, şəxsi axtarış və götürmə aparılması haqqında protokolda baxış iştirakçılarnın imzası ilə təsdiq edilmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 şahid X1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermiş, şəxsi axtarış və götürmə zamanı videoçəkilişin “Sony” video kameradan istifadə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X3 tərəfindən aparıldığını bildirmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan 24 noyabr 2022-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 30-31-ci vərəqəsində olan 24 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid2, X3 və X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 11 ədəd kibrit qutusunda açıq yaşıl rəngli, spesifik qoxuya malik qurudulmuş marixuanaya bənzər kütlə, 03 ədəd siqaret, 01 ədəd alışqan, 01 ədəd avtomobil açarı, 01 ədəd sürücülük vəsiqəsi, 37 manat pul, üzərində ***-***-**-** və ***- ***-**-** mobil nömrələri olan 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunuraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş “Sony” markalı video kameradan istifadə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X3 tərəfindən aparılmışdır. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 88 (səksən səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2022-ci il tarixli, 7/1345 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr» yazılar və imzalar olan bir ədəd zərfdə 11 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,914 qram, 4,590 qram, 5,300 qram, 4,880 qram, 5,400 qram, 6,00 qram, 4,112 qram, 6,800 qram, 6,120 qram, 7,430 qram və 7,740 qram olmaqla ümumi çəkisi 63.286 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidir. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 62.736 qramdır. Cinayət işinin 45-ci vərəqəsində olan 25 noyabr 2022-ci il tarixli CD diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq zərurəti ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X7 tərəfindən tərtib edilmiş 24 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə olunmuş 01 ədəd CD formatlı diskdə olan videogörüntülərə baxış keçirilmiş, baxış zamanı Şahid2, X3 və X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 11 ədəd kibrit qutusunda açıq yaşıl rəngli, spesifik qoxuya malik qurudulmuş marixuanaya bənzər kütlə, 03 ədəd siqaret, 01 ədəd alışqan, 01 ədəd avtomobil açarı, 01 ədəd sürücülük vəsiqəsi, 37 manat pul, üzərində ***-***-**-** və ***- ***-**-** mobil nömrələri olan 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunuraq götürüldüyü müəyyən edilmişdir. Cinayət işinin 68-70-ci vərəqəsində olan 26 noyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid Əhmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 72-73-cü vərəqəsində olan 26 noyabr 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 89-90-cı vərəqəsində olan AZ İİİ seriyalı, 454500 nömrəli və AZ İİİ seriyalı, 825188 nömrəli doğum haqqında şəhadətnamlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var. Cinayət işinin 100-101-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 26 dekabr 2022-ci il tarixli, 7845 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 104-cü vərəqəsində olan "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli, AZF/LGL-6103/23 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə ********** nömrəsi arasında «Açda ala tutulaq burda bu nedi eliyirsen» məzmunlu mesajlaşmanın aparıldığı müəyyən edilmişdir. Cinayət işinin 109-cu vərəqəsində olan "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli, BKC/LGL-67/23 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** nömrəsi arasında «Eyyub alınar ata işmiz? men sonra gediremee şehere teref qurban sene», «ona göre deyrdim yo alnmrsa ata men başqa yere el atım», «ay eyyub necesen? bele yaxwi ol dosdum bele yeni erk elyib,curet elyrem bele yazmaga allah canvu sag elesin!deyrdim ki,bele patida var, kokuda mende wey is», «diyrdim,ama onan vacib,pul atmalyam o terefe bele sene lazm olmuyacag ki,nese?pabrasqide,komek elemiw olardun mene he ata? gor bidene cvb deyerdinde mene», «pabrasqi,yardim elvi toxundursan bu qiza,bu qiz xecaletdi qalmaz yaninda meni duzgun bawa duw okey?var ureyn isdyenlerden alahn iznyle patom qonag, xarawo» məzmunlu mesajlaşmanın aparıldığı müəyyən edilmişdir. Cinayət işinin 231-234-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-404/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində (055) ***-**-** saylı və (077) ***-**-** saylı mobil nömrələrin olduğunu bildirmiş, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, ittihamın qanuni həlli, ədalətli məhkəmə araşdırmasının təmin edilməsi, xüsusilə də təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması xüsusatının yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı və (077) ***-**-** saylı mobil nömrələrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan sms mətnlərinin Bakcell MMC və Azerfon MMC-dən götürülməsinə dair verilmiş vəsatət təmin edilərək mobil operatorlara müvafiq sorğular göndərmişdir. “Bakcell MMC”-dən məhkəməyə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrəyə daxil olmuş sms-lərin məzmunu aşağıdakı kimi olmuşdur: - “qardaşım telefonum yerə düşdü, səs yeri xarab oldu, mənim işim sabaha qaldı, bir dənə qalıq pomidorum var, onu bu gün qurtarım, səni yığacam”, Eyyub, evə gəldin, mənlə vacib əlaqə saxla”, “üç dənəni gözləyirlər, tez olsa”. Təqsirləndirilən şəxsin istifadəsində olmuş (077) ***-**-** saylı mobil nömrəyə daxil olan smslərin məzmunu aşağıdakı kimi olmuşdur: - “bəs mən sənə arxayın oldum, Eyyub, adam kişi olar”, “qapınıza gelim, yığıram səni”, “mənim telefonum işləmir, aça bilmirəm, mən sənlə on beşi görüşəcəm, maaşımı götürə bilmədim, bayramdan sonra verəcəklər, pulu” “telefonum işləmir, yoxdur pulum, on beşi verəcəm demişəm sənə, neyniyim, öldürəcəksən məni pula görə”, “xala oğlu səbrli ol, dobla dayanıb dalanın ağzında, getsin, çıxıram”, “səbrli ol qaqaş, yüklüyəm, çıxıram”. Cinayət işinin 265-275-ci vərəqəsində olan 01 noyabr 2023-cü il tarixli sübutların qiymətlindiriləməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 62.736 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd CD disk, “Bakcell MMC” və "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə daxil olan və çıxan sms mətnlərini özündə əks etdirən 02 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 297-298-ci vərəqəsində olan 01 noyabr 2023-cüi il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 dekabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız şəxsi istifadə etdiyini.......” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, protokollar, SMS mətnləri və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin bükümlərinin sayı, onun istifadəsində olmuş mobil nömrələrə daxil olan sms-lərin məzmunu, şahid ifadələri (əməliyyat məlumatının məzmununun narkotik vasitələrin satışı ilə məşğul olması barədə), onda narkomaniya xəstəliyinin aşkar olunmaması, narkomaniya xəstəliyindən əzab çəkməməsi və məcburi müalicəyə ehtiyacının olmaması və digər hallar təsdiq edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin deyil, CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 24 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X2 nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmasına zərurət yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 62.736 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 16 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 62.736 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 05 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar