Məhkəmə qərarları › İş №1(008)-115/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-115/2025

01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-115/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel iqbal qızının sədrliyi, Səbinə Şair qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhər şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İbrahimxəlil oğlunun iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş, məhkumluğu olmayan Baki Şəhəri, Sabunçu Rayonu, Sabunçu qəsəbəsi, Aydinbəyov Küçəsi, Ev 32 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1970-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş,məhkumluğu ödənilmiş, Baki Şəhəri, Suraxani Rayonu, Əmircan Qəsəbəsi, Balandin Küçəsi, 42 İnzibati Binada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 İbrahimxəlil oğlu Təqsirləndirilən şəxs2 İbrahimxəlil oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilirlər ondan ötrü ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq binaya, saxlanc yerinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “Kama Moda” Gözəllik salonundan oğurluq etmələrini sövdələşib, həmin cinayətin həyata keçirilməsi üçün onun salonun çöl tərəfindən Təqsirləndirilən şəxs1 sığortalamasını planlaşdıraraq, bu məqsədlə Təqsirləndirilən şəxs1 yaşadığı evindən dəmir alət (qiymakeş) və əl arabasını götürüb birlikdə 15 fevral 2024-cü il tarixdə saat 02 radələrində qeyd edilən ünvanda yerləşən həmin gözəllik salonuna gəlib, planlarına uyğun olaraq o, salonun yaxınlığında küçədə dayanıb, Təqsirləndirilən şəxs1 sığortalamış, sonuncu isə özü ilə gətirdiyi dəmir alət (qiymakeş) vasitəsi ilə salonun qapısının qıfıl olan hissəsini zədələyərək qapını aralayıb binada yerləşən, saxlanc yeri hesab edilən salona qanunsuz daxil olub oradan 01 ədəd dəyəri 17000 manat olan “Aleksandr” (“Buz başlıqlı 3D Max”) markalı lazer epilyasiya aparatının, həmin aparata məxsus 02 ədəd hər birinin dəyəri 250 manat olan xüsusi eynək, həmin aparatın üzərində olan dəyəri 25 manat olan bir qutu çöp və dəyəri 75 manat olan 01 ədəd saçqırxan alətini gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 17600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla onunla birlikdə oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiqləmiş və bildirmişdir ki, son vaxtlar işsiz olduğundan yaşadığı evin yaxınlığında yolun kənarında olan “Kama Moda” Lazer studio gözəllik salonundan oğurluq etmək qərarına gəlmişdir. 14 fevral 2024-cü il tarixdə axşam üstü həyat yoldaşının əmisi Təqsirləndirilən şəxs2 onlara qonaq gəlmişdir. O, Rasimlə evdə oturub söhbət etmiş və oğurluq etmək barəsində planının olduğunu ona demiş, Rasimdə onun bu planı ilə razılaşmışdır. 15 fevral 2024-cü il tarixdə gecə saat 02 radələrində o, mətbəx otağından 01 ədəd qıymakeşi və əl arabasını götürərək Rasimlə birlikdə onun planına uyğun olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yolun kənarında yerləşən “Kama Moda” Lazer studio gözəllik salonun qarşısına getmişlər. O, içəri daxil olacağı üçün qıymakeşi üzərində olan gödəkcəsinin cibinə qoymuş, Rasim isə həmin yerə yaxın olan avtobus dayanacağında üzü yol istiqamətində dayanmışdır ki, gələn olsa ona xəbər etsin. Bundan sonra o, üzərində olan qıymakeşlə həmin gözəllik salonun ağ rəngli plastik qapısını aralamaqla qapının açar hissəsini zədələmiş və qapını açaraq içəriyə daxil olmuşdur. İçəri daxil olduqdan sonra giriş qapısı ilə üzbə-üz olan yerdə qoyulmuş 01 ədəd “Aleksandr” markalı lazer epilyasiya aparatını onun üzərində olan 02 ədəd xüsusi eynək, bir qutu çöp və 01 ədəd saçqırxan alətinin olduğunu görmüş və həmin əşyaları götürmüşdür. Lazer aparatı təkərli olduğu üçün həmin aparatı sürüyərək qapıdan bayıra çıxarmış, bu zaman Rasim onun yanına gələrək ona köməklik etmiş və onlar köməkləşib həmin lazer aparatını arabanın üzərinə qoymuş, sonra üzərini qara rəngli sellofan ilə bağlayaraq onun kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində fərdi nömrəsiz evə aparmışlar. O, 15 fevral 2024-cü il tarixdə səhər saat 05 radələrində yoldan nömrəsi və markası yadında qalmayan taksi tutmuş və həmin lazer aparatını Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən oğlunun evinə aparmış və həmin günü günorta saatlarında köhnə qonşusu olan Şahid2 zəng etmiş və ona 30 manat pul müqabilində onu Xətai rayonu, Babək küçəsinə aparmağı barədə razılaşmışdır. Bundan sonra Raqif onu həmin ünvana aparmış və o, lazer aparatını orada sonradan adını bildiyi Taleh adlı şəxsə 900 manata satmışdır. Əldə etdikləri gəliri bölmüşlər. O, qeyd etdiyi cinayətdən başqa hər hansı bir başqa cinayət törətməmişdir. Mülki İddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianı tam qəbul etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, son vaxtlar işsiz olduğundan maddi çətinlikləri olmuşdur. 14 fevral 2024-cü il tarixdə axşam üstü qardaşı qızıgilə qonaq getmişdir. Qardaşı qızının həyat yoldaşı Təqsirləndirilən şəxs1 ilə evdə oturub söhbət etdikdən sonra Riyad ona oğurluq etmək barəsində planından danışmış və o, da maddi ehtiyacı olduğu üçün onunla razılaşmışdır. 15 fevral 2024-cü il tarixdə gecə saat 02 radələrində Riyadla o birlikdə plana uyğun olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yolun kənarında yerləşən “Kama Moda" Lazer studio gözəllik salonun qarşısına getmişlər. Riyad içəri daxil olacağını onun isə bayırda yolun kənarında olan avtobus dayanacağında onu gözləməyini, əgər gələn olsa ona tez xəbər verəcəyini bildirmişdir. O, əl arabasını da özü ilə götürmüşdür. Riyad əlində olan çapacaq ilə qapını açdıqdan sonra içəri daxil olaraq orada olan 01 ədəd lazer aparatını götürmüş və onu təkərli olduğu üçün sürüyə-süryə bayıra çıxarmış bu zaman o, Riyada yaxınlaşaraq onunla birlikdə köməkləşib həmin lazer aparatını özləri ilə gətirdikləri əl arabasının üstünə qoymuş və Riyadın evinə aparmışlar. Bundan sonra Riyad ona aparatı satdıqdan sonra ona xəbər edəcəyini bildirmiş və o, öz evinə getmişdir. Daha sonra olanlardan xəbəri olmamışdır. 15 fevral 2024-cü il tarixdə günorta saatlarında Riyad ona oğurladıqları lazer aparatını 900 manata satdığını bildirmiş və həmin puldan ona 400 manat pul vermişdir. O, qeyd etdiyi cinayətdən başqa hər hansı bir başqa cinayət törətməmişdir. Mülki İddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianı tam qəbul etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 3 azyaşlı övladları ilə birlikdə kirayədə yaşayır. 2023-cü ilin dekabr ayında “Aleksandr” markalı lazer aparatını 17000 (on yeddi min) manata kreditlə almış və hər ayda həmin krediti ödəmişdir. Həmin kredit borcundan 10000 (on min) manatını ödəmiş, lakin 7000 (yeddi) manatını isə borclu qalmışdır. Bu məqsədlə də o, 10 yanvar 2024-cü ildən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Kama Moda” studiyasını icarəyə götürmüşdür. O, gündəlik olaraq hər gün saat səhər saat 8-9 radələrində salona işə gedirmiş və axşam saat 21 radələrində isə bağlayırmış. Sonuncu dəfə 14 fevral 2024-cü il tarixdə saat 21 radələrində o, “Kama Moda” studiyasının ağ rəngli plastik qapısını açarla bağlamış və yaşadığı evinə getmişdir. 15 fevral 2024-cü il tarixdə o, işə gələn zaman salonun ağ plastik qapısının azca aralandığını görmüş və qapını açaraq içəri daxil olan zaman 01 ədəd “Aleksandr” markalı lazer aparatının, həmin aparata məxsus 02 ədəd hər birinin dəyəri 250 manat olan xüsusi eynək, həmin aparatın üzərində olan dəyəri 25 manat olan bir qutu çöp və dəyəri 75 manat olan 01 ədəd saçqırxan alətin naməlum şəxs və ya şəxlər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə getmiş və baş vermiş hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. O, oğurluq hadisəsinin 14 fevral 2024-cü il tarixdə saat 21 radələrindən 15 fevral 2024-cü il tarixədək saat təxminən 10 radələrinədək olan müddət ərzində baş verdiyini bildirmişdir. Bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən icarəyə götürdüyü “Kama Moda” studiyasında ona məxsus ümumilikdə 17600 (on yeddi min altı yüz) manat dəyərində əşyalar oğurlanmış və ona ümumilikdə 17600 (on yeddi min altı yüz) manat dəyərində maddi ziyan dəymişdir. O, əlavə olaraq istintaqa verdiyi ifadəsində göstərmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 17600 (on yeddi min altı yüz) manat dəyərində maddi ziyan dəymiş və ona dəymiş ziyanın 17600 (on yeddi min altı yüz) manat dəyərində olmasını istintaqın sonrakı mərhələsində nəzərə alınmasını xahiş etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəməyə maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini təqdim etdərək ərizədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona vurduğu 5000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 74 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq ona verilməsini xahiş etmişdir. Şəxsə dəymiş ziyan məbləği 5800 manat təşkil etmiş, lakin təqsirləndirilən şəxslər tərəfindən ziyan məbləğinin 800 manat hissəsi ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır və sosial şəbəkə vasitəsi ilə məşğul olaraq gəlir əldə edir. 15 fevral 2024-cü il tarixdə saat 13 radələrində əvvəllər qeyri-rəsmi münasibətdə olduğu hazırda Türkiyə Respublikasında yaşayan tanışı Şahid3 ona ***-***-**-** saylı mobil nömrəsi ilə “Whattsap” ani yazışma proqramı vasitəsi ilə səsli zəng edərək 1000 (bir min) manata lazer aparatı aldığını və həmin aparatında müvəqqəti olaraq onun yaşadığı evdə qalmasını xahiş etmiş və kürəkəninin həmin lazer aparatını gətirib ona təhvil verəcəyini bildirmişdir. O, Günellə danışıdıqdan təxminən yarım saat sonra ona tanımadığı bir nömrədən zəng gəlmiş və o, həmin nömrə ilə danışdıqdan sonra ona Babək prospektində yerləşən “Arzu” Şadlıq Sarayının yanına gəlmələrini və onları orada qarşılayacağını bildirmişdir. Təxminən yarım saat sonra ağ rəngli “Daewo Gentra" markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş və o, həmin avtomobildə tanımadığı 2 nəfər şəxsin əyləşdiyini və üzünü 1 dəfə gördüyü lakin adını bilmədiyi Günelin kürəkəni maşından düşmüş və onunla birlikdə ağ rəngli olan lazer aparatını köməkləşib götürmüş onu Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32/1 ünvanında yerləşən yaşadığı evin həyətinə qoymuş və sonradan həmin şəxslər oradan çıxıb getmişlər. Onun həmin lazer aparatının oğurluq yolu ilə əldə edildiyindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 fevral 2024-cü il tarixdə saat 13 radələrində əvvəllər onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 ona zəng edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsinə gedərək onu aparmağı bildirmiş, o, da həmin ünvana getmişdir. Riyad və yanında olan 2 nəfər tanımadığı şəxs üzəri ədyal ilə bükülmüş içərisində nə olduğunu bilmədiyi aparata bənzər bir əşyanı onun idarə etdiyi ağ rəngli "Daewo Gentra” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna həmin əşyanı qoymuş Riyad və yanında tanımadığı kişi cinsindən olan şəxs maşına əyləşərək ona 4-cü MKR-na getməyi bildirmişdir. O, da maşını 4-cü MKR sürmüş və orada təxminən 20 dəqiqə gözlədikdən sonra Riyad ona Xətai rayonu, Babək prospekti 32/1 ünvanına getməyi bildirmişdir. Bundan sonra o, maşını həmin ünvana sürmüş və Riyad və onun yanındakı şəxs maşına qoyduqları sonradan bildiyi lazer aparatını maşından düşürərək Taleh adlı şəxsə təhvil vermişlər. Ondan sonra yenidən Riyad ona Sabunçu rayonu, Bilgəh qəsəbəsinə onları götürdüyü yerə düşürməyi bildirmiş və o, da onları aparıb həmin ünvanda düşürmüş, Riyad ona yol pulu üçün 30 manat pul vermiş, onun həmin lazer aparatının oğurluq yolu ilə əldə edildiyindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şahid1 ilə qeyri-rəsmi nigahla yaşayır. 21 yanvar 2024-cü il tarixdə Türkiyə Respublikasına işləmək üçün getmiş və oradakı evlərin birində xəstə uşağa dayəlik edərək əmək haqqı almışdır. O, Türkiyə Respublikasında olan zaman kürəkəni Süleymanın qardaşı Cavid ona zəng edərək 1500 manata lazer epilyasıya aparatı satıldığını demiş, o, da həmin aparatı almağı və Azərbaycana qayıtdıqdan sonra icarəyə yer götürərək həmin aparatı işlədib gəlir əldə etməyi planlaşdırdığı üçün Cavidə qızı Leylada min manat pulunun olduğunu saxlamaq üçün ona verdiyini bildirmişdir. Onun qızı Leylaya pul göndərməsinin səbəbi isə onun Bakı şəhəri, Suraxanı rayonu ərazisində 2 sot torpaq alması və həmin torpaq üçün borcunun olmağı olmuşdur. 15 fevral 2024-cü il tarixdə Taleh ona zəng edərək, “bu nədi polislər qapıma tökülüblər” demiş bundan sonra həmin lazer aparatının oğurluq olduğundan məlumatı olmuşdur. 2024-cü ilin mart ayının 7-də isə öz ölkəsinə qayıtmışdır. Təqsirləndirilən şəxs1 19 fevral 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon polis idarəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 20 fevral 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək 21 fevral 2024-cü il tarixdə isə Bakı şəhəri Sabunçu rayon polis idarəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Təqsirləndirilən şəxs1 həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs2 19 fevral 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon polis idarəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 20 fevral 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək 21 fevral 2024-cü il tarixdə isə Bakı şəhəri Sabunçu rayon polis idarəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Təqsirləndirilən şəxs2 həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 21 fevral 2024-cü il tarixdə Sabunçu rayon prokuroru tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilməsi, saxlanıldığı Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən dərhal azad olunmaları və barələrində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə qərarlar qəbul edilmişdir. 21 fevral 2024-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək barədə” iltizam növündə qətimkan tədbiri seçilmişdir. 21 fevral 2024-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək barədə” iltizam növündə qətimkan tədbiri seçilmişdir. 19 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 10 dekabr 2024-cü ii tarixdə cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Əhmədov X2 olaraq istintaqa gəldiyindən, həmin tarixdə AR CPM-in 53.6 və 279-cu maddələrin tələblərinə uyğun olaraq tərəfimdən iş üzrə icraat təzələnməklə Bakı şəhəri Sabunçu rayon polis idarəsinin İstintaq şöbəsi tərəfindən icraata qəbul edilmiş və hər ikisinin barələrində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri qüvvədə saxlanılmış və istintaq davam etdirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli olması özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Cinayət işinin 28-29-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 54-55-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Xəlil oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 141-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Xəlil oğlu barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 162-163-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1592 saylı ekspert rəyindən görünür ki, “Buz başlıqlı 3D Max” lazer epilyasıya aparatının istifadədə olması nəzərdə alınmaqla 2024-cü il ilin fevral ayına olan orta bazar qiyməti təxminən 7200 manat müəyyən edilir. Cinayət işinin 161-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 145-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Şükürov X6 rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.1 maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlığın məhdudlaşdırlması cəzası təyin edilmişdir. Cinayət işinin 147-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Suraxanı rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2004-cü ildə cəza müddəti qurtardığı üçün azad olunmuşdur. Xətai rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Xəlil oğlu özünlərinin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Xəlil oğlunun törətdiyi cinayət əməli, yəni qabaqcadan əlbir olan bir qrup şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onların əməli Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tam əhatə olunur və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeydin 3-cü bəndinə əsasən bu Məcəllənin 177—183cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Xəlil oğluna cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Xəlil oğlunun özlərini təqsirli bilmələrini, əməllərindən səmimi peşman olmaqlarını və qismən ödəniş etmələrini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Xəlil oğlunun əməllərində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabunçu rayon Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Suraxanı rayon Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Sabunçu rayon Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində, fərdi nömrəsiz kirayədə yaşadığı ünvanını tərk etməmək, Bakı şəhərlərinin və Sabunçu rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 İbrahimXəlil oğlunun üzərinə Sabunçu rayon Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində, fərdi nömrəsiz kirayədə yaşadığı ünvanını tərk etməmək, Bakı şəhərlərinin və Sabunçu rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs T.F.İbrahimova tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işinin 147-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Əhmədov X7 rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 İbrahim oğlunun hazırki cinayət əməlini törədən zaman məhkumluğu ödənilmişdir. Cinayət işinin 145-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Şükürov X6 rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.1 maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlıqın məhdudlaşdırlması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədən zaman məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs2 İbrahim oğlunun və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli, yəni qabaqcadan əlbir olan bir qrup şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 İbrahim oğluna və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 İbrahim oğlunun və Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını vurulmuş ziyandan qismən ödəniş edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 İbrahim oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 İbrahimxəlil oğluna təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, vurulmuş ziyandan qismən ödəniş etməsini, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, vurulmuş ziyandan qismən ödəniş etməsini, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs2 İbrahim oğlu və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Sabunçu rayon Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən fərdi evi tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 İbrahimxəlil oğlunun üzərinə Sabunçu rayon Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən fərdi evi tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 İbrahim oğlundan və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 İbrahimxəlil oğluna həm məhkəməyədək, həm də məhkəmə icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 42 saata görə 252 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 7 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 21 saata görə 126 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 7 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Mülki iddia verildikdən sonra təqsirləndirilən şəxslər tərəfindən 300 manat məbləğində ödəniş edildiyinə görə mülki iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən fərdi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 21 saata görə 126 məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********m/h AZ37NABZ******************** Baki şəhər 7 saylı vəkil bürosu hesab AZ92 AİİB ********************, VÖEN ********** köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən fərdi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 İbrahimxəlil oğluna həm məhkəməyədək, həm də məhkəmə icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 42 saata görə 252 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********m/h AZ37NABZ******************** Baki şəhər 7 saylı vəkil bürosu hesab AZ92 AİİB ********************, VÖEN ********** köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Aleksandr” (“Buz başlıqlı 3D Max”) lazer epilyasiya aparatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 5000 (beş min) manat pul vəsaiti və mülki iddiaçı tərəfindən ödənilmiş 74 (yetmiş dörd) manat dövlət rüsumu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar