Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-116/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 08 oktyabr 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X5, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,740 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsindəki nömrəsiz fərdi evin qarşısına kimi daşımış, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində həmin ərazidə xidmət aparan Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisinə təmiz çəkisi 0,740 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin qablaşdırılmış bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd «Kalaşnikov» konstruksiyalı, «AKM» markalı, «**8746» Na-li, 196**-cı ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, döyüş təyinatlı, yivli-odlu avtomatik silahı, onun komplekt hissəsi olan, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd darağı və həmin avtomatdan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 06 ədəd 7,62x39 mm kalibrli, Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş, atəş üçün yararlı patronları əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində Balaxanı yolunun kənarınadək daşıyaraq gəzdirmiş, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 14:00-da həmin ünvanda saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı ağ rəngli un kisəsinin içərisindən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı həmin bir ədəd «Kalaşnikov» konstruksiyalı, «AKM» markalı, «**8746» N°-li, 196**-cı ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, döyüş təyinatlı, yivli-odlu avtomatik silah, həmin silahın komplekt hissəsi olan, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd daraq və həmin avtomatdan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 06 ədəd 7,62x39 mm kalibrli, Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş, atəş üçün yararlı patronlar aşkar edilərək götürülmüşlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etdiyinə görə əvvəllər məhkum olunmuşdur. O, 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və şəxsiyyətini bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata bir büküm narkotik vasitə olan heroin alaraq üzərində saxlamışdır. 01 iyun 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsində xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ona şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. O, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayınmağa çalışmış, lakin davranışları polis əməkdaşlarında şübhə yaratdığı üçün onu Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə getmiş, polis şöbəsinə gəldikdən sonra narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli olduğu ona bildirilməklə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində narkotik maddə heroin olduğunu, 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və şəxsiyyətini bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən onun təqdim etdiyi bükümə baxış keçirildikdən sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin, qanunla daşınması və saxlanılması qadağan edilən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra, polis əməkdaşları tərəfindən həmin büküm zərfə qoyularaq qablaşdırılmış, onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. 03 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərək, həmin tarixdə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Bundan başqa, o, 25 may 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı yolunun kənarı ilə piyada gedərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları olduqlarını bildirərək adını və soyadını soruşmuş, o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ona onlarla birlikdə polis şöbəsinə getməyi təklif etmişlər. O, polis əməkdaşlarından Sabunçu RPİ-nin 12-ci PŞ-yə getmə səbəbini soruşduğu zaman polis əməkdaşları qanunsuz olaraq oldu silah əldə etmə, üzərində saxlama və daşımada şübhəli olduğunu bildirmişdir. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə gəlmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində hər hansı bir kisə, çanta və ya silah olmamışdır. Polis Şöbəsində olarkən üzərində silah olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən dəfələrlə təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı rütbəsi daşıyır. Vəzifə səlahiyyətlərinə narkotik, psixotrop maddələrin, güclü təsir edən preparatların qanunsuz dövriyyəsi ilə mübarizə daxildir. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsində xidmət apararkən bir nəfər şəxsin onları görərək özünü şübhəli apararaq oradan iti addımlarla uzaqlaşdığını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etmələrini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onlu Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsinə gəldikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, onun polis şöbəsinə gətirlməsinə dair raport tərtib edilmişdir. Raport üzrə araşdırma şöbənin təhqiqatçıya həvalə olunmuş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilərək ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkillə təmin edilmişdir. Təhqiqatçı tərəfindən ona üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə dair etirazının olmadığını bildirmiş, bundan əlavə, şəxsi axtarış zamanı vəkilin iştirakına zərurət olmadığını deyərək buna dair ərizə təqdim etmişdir. 12-ci PŞ-də xidməti otaqların birində üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra, o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində narkotik maddə heroin olduğunu, 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və şəxsiyyətini bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən onun təqdim etdiyi bükümə baxış keçirildikdən sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin, qanunla daşınması və saxlanılması qadağan edilən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, DİN-nin möhürü ilə möhürlənərək bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş, doğruluğu baxış iştirakçılarının imzasıyla təsdiqlənmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Sabunçu RPİ-nin 12-ci PŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlaması və üstündə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat polis şöbəsinin rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 10 iyun 2022-ci il tarixində, saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində Balaxanı Yolunun kənarında zahiri əlamətləri Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs piyada getdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib onu Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə getmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şöbənin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Polis şöbəsində üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmetin olduğu təqdirdə təqdim etməsinin təklif edilmiş, sonuncu sağ əlində saxladığı ağ rəngli un kisəsinin içərisindən «Kalaşnikov» konstruksiyalı silah, 01 ədəd daraq, darağın içərisindən isə 06 ədəd patron təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq aşkar edilmiş silahı, darağı və patronları ilə birlikdə 25 may 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindəki neft buruqları yaxınlığında metal tullantılar axtararkən oradakı buruqların arasında tapdığını, hissələrə bölərək metal qəbulu məntəqəsinə verib pul əldə etmək məqsədi ilə yaşadığı ünvana aparmaq istədiyni bildirmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd avtomat, 06 ədəd patronları və 01 ədəd darağı qablaşdırılaraq götürülmüş və qablaşdırmanın üzəri tərəflərindən imzalanmışdır. Keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmiş və o, digər iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid4 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan 01 iyun 2022-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (səh., 91). Cinayət işi materiallarında olan 01 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə tünd qəhvəyi rəngli maddə aşkar olunaraq götürülmüşdür. (səh.,107-108). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 88 (səksən səkkiz) manat müəyyən edilmişdir. (səh.,114). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli, 6/3087 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,740 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0.690 qramdır. (səh., 115-116). Cinayət işi materiallarında olan 02 iyun 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 02 iyun 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (səh.,135). Cinayət işi materiallarında olan 02 iyun 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.690 qram olan heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (səh.,148). Cinayət işi materiallarında olan 03 iyun 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Şəbnəm Ələkbərovanın vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (səh.,151-154). Cinayət işi materiallarında olan 03 iyun 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (səh.,156). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 03 avqust 2022-ci il tarixli, 4228 saylı rəyindən görünür ki, şəxs Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan “asılılıq sindromu” - narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (səh.,193-194). Cinayət işi materiallarında olan 10 iyun 2022-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (səh., 9). Cinayət işi materiallarında olan 10 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid3 və Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun sağ əlində saxladığı ağ rəngli un kisəsinin içərisindən 01 ədəd nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat, 01 ədəd avtomat darağı və 06 ədəd patron aşkar edilərək götürülmüşdür. (səh., 28-29). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-Ballistik ekspertizasının 11 iyun 2022-ci il tarixli, 22/414R №-li rəyindən görünür ki, ekspertiza tədqiqatlarına təqdim edilmiş **8746 N°li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 196*-cı ildə istehsal olunmuş AKM modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsul ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir- darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar zavod üsulu ilə, Azərbaycan Respublikasında istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Həmin avtomatdan ekperimental qaydada atılmış güllə- giliz nümunələri KTİ-nin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmış, müqaisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (səh., 36-41). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 491/2022 saylı, 12 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 10 iyun 2022-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (səh., 76-79). Cinayət işi materiallarında olan 12 iyun 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd 7,62 mm kalibrli, “8746” №li, “Kalaşnikov” konstruksiyalı, “AKM” modelli, döyüş təyinatlı yivli-odlu avtomat silahı, onun komplekt hissəsi olan bir ədəd sandıqça tədqiqat zamanı 03 ədəd patron istifadə edildiyindən qalan 03 ədəd patron məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (səh., 82). Cinayət işi materiallarında olan 02 avqust 2022-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid3 və Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun sağ əlində saxladığı ağ rəngli un kisəsinin içərisindən 01 ədəd nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat, 01 ədəd avtomat darağı və 06 ədəd patron aşkar edilərək götürülmüşdür. Sorğu zamanı, Təqsirləndirilən şəxs həmin silahı və onun komponent hissələrini 25 may 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindəki neft buruqları yaxınlığında metal tullantılar axtararkən oradakı buruqların arasında tapdığını bildirmişdir. Videogörüntüyə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs videogörüntünün həqiqəti əks etdirdiyini bildirərək buna dair tərtib edilmiş protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. (səh.,181). Cinayət işi materiallarında olan 02 avqust 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 10 iyun 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binaslnda Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (səh.,182). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 (altmış dörd) manat müəyyən edilmişdir. (səh.,196). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2022-ci il tarixli, 3/1145 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatlarına təqdim edilmiş bir ədəd silah zavod üsulu ilə istehsal olunmuş, 7,62 mm kalibrli, “ 8746” Neli, “Kalaşnikov” konstruksiyalı, “AKM” modelli, döyüş təyinatlı yivli-odlu avtomat silahıdır, saz vəziyyətdədir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə atəş açmaq üçün yararlıdır. Silahın seriya nömrəsi və istehsal olunduğu ilin son rəqəmi kustar üsulla kənar predmetlə dərindən silinmişdir və ilkin formasını müəyyən etmək mümkün deyil. Təqdim olunmuş bir ədəd 7,62 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı, “AKM” modelli silah “qeydiyyatda olan hər-hansı bir cinayət hadisəsində istifadə edilmiş odlu silahla eynilik təşkil edirmi?” - sualı ekspert ballistin zəruri xüsusi biliyinə aid olmadığından cavablandırılmamışdır. Tədqiqata təqdim edilmiş 03 ədəd predmet eyni bir zavodda istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik, “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş bir ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş sandıqçadır, təyinatı üzrə istifadəyə yaralıdır. (səh.,197-198). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 iyun 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 fevral 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 02 sentyabr 2015-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 15 (on beş) gün hissəindən vaxtından əvvəl şərti azad olunmuş, 21 yanvar 2016-cı il tarixdə cəza müddəti başa çatmışdır. (səh.,163). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…Saxlanıldığı zaman əlində çanta olmadığını, Polis Bölməsində olarkən üzərində silah olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən dəfələrlə təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 10 iyun 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 01 iyun 2022-ci il tarixdən 03 iyun 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0.690 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd 7,62 mm kalibrli, “8746” №li, “Kalaşnikov” konstruksiyalı, “AKM” modelli, döyüş təyinatlı yivli-odlu avtomat silahı, onun komplekt hissəsi olan bir ədəd sandıqça, tədqiqat zamanı 03 ədəd patron istifadə edildiyindən qalan 03 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 152 (yüz əlli iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 10 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0.690 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd 7,62 mm kalibrli, “8746” №li, “Kalaşnikov” konstruksiyalı, “AKM” modelli, döyüş təyinatlı yivli-odlu avtomat silahı, onun komplekt hissəsi olan bir ədəd sandıqça, tədqiqat zamanı 03 ədəd patron istifadə edildiyindən qalan 03 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 152 (yüz əlli iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-116/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-116/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver