Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-117/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkili Nərimanzadə Qətibə Nəriman qızının, Zərərçəkmiş şəxs İkramzadə İbrahim Nazim oğlunun iştirakı ilə xx xxxx 1991-ci il tarixdə Füzuli rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Alxanlı kəndində qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mədən 02-də fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 dekabr 2019-cu il tarixdə, saat 20:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəh., Sabunçu rayonu, Y.Saratov küç., 65A ünvandakı evin hasarından aşaraq həyətə düşmüş və evin plastik qapısını yerindən çıxarmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, Zərərçəkmiş şəxs məxsus yataq otağındakı çarpayının yanında 1.900 manat dəyərində «Canon FOS 7D» markalı fotoaparatı, 1.600 manat dəyərində «Nikon D90» markalı fotoaparatı, çarpayının üzərindən 250 manat dəyərində 3.03 qram 583/585 əyarlı qadın qızıl sırğasını, yataq otağındakı dolabdan 5 manat dəyərində qızılı rəngli 52.38 qram qadın qol saatını gizli talayıb zərərçəkmiş şəxsə 3.755 manat manat maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mədən 2-də ailə ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olub çörəkpulu qazanır. xx xxxxxx 2019-cu il tarixdə dostu Q.Ə.Ağayevin evində olan zaman yol toy karvanın onların məhəlləsinə gəldiyini görmüşdür. O, həyətdən çıxıb toy karvanının getdiyi istiqamətdə hərəkət edib toy olan həyətin yanında dayanıb ətrafa nəzarət etmişdir. Saat 18:00 radələrində həmin evdə yaşayan hər kəsin avtomobillərinə əyləşərək getdiklərini görmüşdür. Daha sonra havanın qaralmasını gözləmək üçün öz yaşadığı evə gedib saat 20:00 radələrində yenidən ünvana qayıdıb ətrafa nəzər yetirmişdir. Heç kimin olmadığından tam əmin olduqdan sonra hasardan aşaraq həyətə düşmüşdür. Evin qapısına yaxınlaşıb bağlı olduğunu görüb, qapının kilidini sındırmaq üçün həyətdə metal əşya axtarmışdır. Həyətdən balta və bıçaq itiləyən daş tapıb həmin daşla plastik qapının plitəsini yerindən tərpətməklə qapını çıxarıb kənara qoymuşdur. Sonra isə evə daxil olub ətrafda pul və qızıl axtarmışdır. Yataq otaqlarını axtaran zaman çarpayının yanında qara rəngli çanta görmüşdür. Həmin çantanı açanda içərisində bir ədəd «Canon», bir ədəd «Nikon» markalı fotoaparatlar idi. Hər iki fotoaparat və çarpayının üzərində qabın içərisində bir çüt qadın qızılı oğurladığı əşyaları evdə gizlətmiş və bundan heç kimin məlumatı olmamışdır. Yaşadığı evdə oğurladığı qızıl sırğanın dostunun anasına aid olduğunu və xəstə olduğu üçün pul lazım olduğundan satdığını demişdir. Sırğanı bacısının rəfiqəsi Təranə 70 manata almışdır. Həmin günün səhərisi isə dostu Fəqaninin qardaşı Qurami ilə görüşmüş və Quramiyə evlərinin yanından oğurluq etdiyini bildirmişdir. O, nə oğurladığını soruşanda iki ədəd fotoaparat oğurladığını demişdir. Birlikdə gedib ona məxsus şəxiyyət vəsiqəsi ilə fotoaparatları lombarda qoyub pul götürməyi və pulları bölməyi təklif etmişdir. Onlar razılaşmış və birlikdə «Neftçilər» metrostansiyasının yanındakı lombard mağazalarının yanına getmişlər. Oğurladığı «Nikon» markalı fotoaparatı lombard mağazasına Quraminin şəxsiyyət vəsiqəsi ilə 260 manata, başqa bir mağazaya isə 400 manata lambarda qoyub pulu alıb oradan uzaqlaşmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Nazim oğlu ifadəsində göstərmişdir ki, Ağsu qəsəbəsi, Gəgəli kəndində qeydiyyatda olsada, Bakı şəh., Sabunçu rayonu, Y.Saratov küç., ev 65A-da ailəsilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Reklam şirkətində işləyib çörək pulu qazanır. xx xxxxxx 2019-cıı il tarixdə bacısı Şəfəqin toy mərasimi olduğundan ailə üzvləri ilə birlikdə toya getmişdir. Saat təxminən 18:00 radələrində evdən çıxmış və evdə olmamışdır. Toy mərasimi qurtardıqdan sonra saat 00:38 radələrində evə çatmış və küçə qapısım açıb içəri daxil olanda evin qapısının çıxarıldığının şahidi olmuşdur. Dərhal evə daxil olub ətrafa nəzər yetirdikdə, evin dağınıq halda olduğunu görmüş və ona evindən naməlum şəxslər tərəfindən oğurluq etdiyi məlum olmuşdur. Dərhal Azərbaycan Respublikasınn Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng vurub məlumat vermişdir. Dəymiş ziyan ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəh., Nizami rayonu, Q.Qarayev kəsişməsi, ev 74-də valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Bakı şəh., Nizami rayonu, «Neftçilər» metrostansiyasının yanında lombard mağazasını işlədir. xx xxxxxx 2019-cu il tarixdə, saat 19:00 radələrində sonradan adını Təqsirləndirilən şəxs və Q.Ə.Ağayev kimi bildiyi şəxslər mağazaya gələrək, «Nikon D 90» markalı fotoaparatı olduğunu və maddi ehtiyacı olduğu üçün pul götürmək istədiyini bildirmişlər. O, fotoaparata baxıb 260 manat pul verə biləcəyini və qarşılığında 300 manat pul qaytaracağını deyəndə o, bir gün sonra gəlib götürəcəyini bildirmişdir. Ondan fotoaparatın anbara göndərməsini xahiş etmişdir. O da etiraz etməyərək razılaşmış və Q.Ə.Ağayevdən şəxsiyyət vəsiqəsini götürüb sürətini çıxarıb əlyazmaları ilə girov müqaviləsi bağlayıb 260 manat pulu vermişdir. Həmin hadisədən bir neçə gün sonra polis əməkdaşları işlədiyi mağazaya gələrək Rövşən və Quramidən götürdüyü fotoaparatın oğurluq yolla əldə olunduğunu bildirmiş və ifadə verməyi üçün onu 12-ci PB-ə dəvət etmişlər. O, həmin fotoaparatın oğurluq olduğundan məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Aburahmanova Təranə Ramil qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rəfiqəsi Rəhmiyənin qardaşıdır, onların ailəsi ilə yaxın olduğundan, tez-tez Bakıya qonaq gəlir. xx xxxxxx 2019-cu il tarixdə o Rəhmiyəgilə qonaq gəlmişdir. Onların Sabunçu rayonu ərazisindəki evində iki gün qonaq kimi qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə evdə birlikdə olarkən Rövşən evə gəlmişdir. Onlara qızıl sırğa göstərib Qurami adlı dostunun nənəsinə aid qızıl sırğası olduğunu bildirmiş, qızılın oğurluq olmaması barədə and içmiş, nənəsinə pul lazım olduğundan 70 manat satdığını demşidir. Sonra qızılı könüllü olaraq sonrakı zamanda 12-ci PŞ-nə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindiridlmiş Şahid3 ifadəsində göstərmişdir ki, 02 dekabr 2019-cu il tarixdə, evdə olarkən Təranə onlara qonaq gəlmişdir. Təranə onlarda iki gün qalmışdır. 04 dekabr 2019-cu il tarixdə evdə olarkən Rövşən gəlmişdir. Onlara qızıl göstərib, Qurami adlı dostunun nənəsinə aid qızıl sırğası olduğunu bildirmiş və qızılın oğurluq deyil, nənəsinə pul lazım olduğundan, 70 manat satdığını bildirmişdir. Təranədə bəyənib sırğanı götürmüş və pulu Rövşənə vermişdir, oda çıxıb getmişdir. Nə o, nədə ki, Təranə qızılın cinayət yolu ilə Rövşənin əldə etməsindən məlumatı olmamışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzinin 1605/1606 saylı, xx xxxxxx 2020-ci il tarixli materialların və metal məmulatlarının tədqiqat metodikasının rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş əşyaların 2019-cu ilin dekabr ayına pərakəndə satış qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1)3.03 qram kütləli sırğa 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiyməti qaşlara aid deyildir, korunddur. 2)52.38 qram kütləli qol saatı dəmir əsaslı ərintidən hazırlanmışdır. 1)3.03 qram kütləli sırğa cütü-181.0 manat, 2)52.38 qram kütləli qol saatı-7.0 manat, bir ədəd «Canon EOS 7D» markalı fotoaparat-850.00 manat, bir ədəd «Nikon D90» markalı fotoaparat- 450.0 manat müəyyən edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəh., Nəsimi Rayon Məhkəməsinin 1(006)50/2013 saylı, 08 yanvar 2013-cü il tarixli hökmün surətindən görünür ki, Quliyev Rövşən Əvəz oğlu Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinib, 3.000 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Fizüuli rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 98 saylı, xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, Füzuli Rayon Məhkəməsinin 7(064)04/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3.000 manat miqdarında cərimə cəzası 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin 7(064)04/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə təyin olunmuş cəzanı çəkməmişdir. Beləliklə, Quliyev Rövşən Əvəz oğlunun Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayətişinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Quliyev Rövşən Əvəz oğlu Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla talamaya görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxs Quliyev Rövşən Əvəz oğluna cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Quliyev Rövşən Əvəz oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Quliyev Rövşən Əvəz oğlunun törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində iki yetknilik yaşına çatmayan uşağın olmasını, dəymiş ziyanın ödənilməsini, ona qarşı heçbir şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Quliyev Rövşən Əvəz oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, xx xxxx 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədiilə, hüquqazidd, əvəssiz götrülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarətlər hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsada onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Quliyev Rövşən Əvəz oğlu xx xxxxxx 2019-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 52). Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Quliyev Rövşən Əvəz oğlu Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 56). Cinayət işinin materiallarında olan 4(008)525/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 71). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Quliyev Rövşən Əvəz oğlunun cəza çəkmə müddətinin başlanğıcı «09» dekabr 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Əvəz oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Quliyev Rövşən Əvəz oğlu Cinayət Məcəlləsinin56.1.2-ci maddəsinə əsasəncəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan RespublikasınınCinayət Məcələlsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. İş üzrə 90 manat ekspertiza xərci Quliyev Rövşən Əvəz oğlundan tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Bir ədəd «Canon EOS 7D» markalı, bir ədəd «Nikon D90» markalı fotoaparatların, qadın qızıl sırğasının və qadın qol saatının zərərçəkmiş şəxs İkramzadə İbrahim Nazim oğluna qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Əvəz oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Əvəz oğluna Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Quliyev Rövşən Əvəz oğluna Bakı şəh., Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təyin edilmiş 3.000 manat cərimə, Füzuli Rayon Məhkəməsinin 7(064)04/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə 3.000 manat cərimə cəzasının əvəz olunduğu «01» (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1ci maddəsinə əsasən 01 günə 02 gün hesablansın (altı ay), Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hal-hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və qəti olaraq Quliyev Rövşən Əvəz oğlunun üzərində «02» (iki) il, «01» (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Əvəz oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Quliyev Rövşən Əvəz oğlunun cəza çəkmə müddətinin başlanğıcı «09» dekabr 2019-cu il tarixdən hesablansın. İş üzrə 90 manat ekspertiza xərci təqsirləndirilən şəxs Quliyev Rövşən Əvəz oğlundan tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ013601000 0********** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Bir ədəd «Canon EOS 7D» markalı, bir ədəd «Nikon D90» markalı fotoapartların, qadın qızıl sırğasının və qadın qol saatının zərərçəkmiş şəxs İkramzadə İbrahim Nazim oğluna qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Əvəz oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-117/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-117/2020
04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver