Məhkəmə qərarları › İş №1(008)-117/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-117/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-117/2021 12.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bərdə rayonunun Balaqəcər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qızılqum sanatoriyasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən nömrəsiz evdə birgə yaşadığı arvadı Zərərçəkmiş şəxs ilə ailə münasibətləri və qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyyəsini qəsdən sıxmaqla, eləcə də yumruqla sifətinə vuraraq sol göz almasının ağlı qişasına qansızma, sol göz yuvasıaltı və burun nahiyyələrinin qançırları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə Zərərçəkmiş şəxsnm qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, 2016-cı ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və bu nikahdan bir qız övladları var. xx.xx.2020-ci il saat 15 radələrində arvadı Nigarxanım doğum gününü qeyd etmək məqsədi ilə atasıgilə getmək istəmiş, o, Nigarxanımın kosmetikadan istifadə etməsini ona irad tutmuş və ondan kosmetikasını silməsini tələb etmişdir. Nigarxanım onun sözlərinə əhəmiyyət verməyərək kosmetikasını silməmişdir. O, Nigarxanımın hərəkətlərindən əsəbləşərək onun sifətindən tutub sıxmış və əlinin içi ilə kosmetikanı silib geriyə doğru itələmişdir. Hal-hazırda zərər çəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş və ifadəsində göstərmişdir ki, 2016-cı ildə Təqsirləndirilən şəxs ilə rəsmi qaydada ailə həyatı qurmuş və bu nikahdan bir qız övladları olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Azərin telefonuna yenidən tanımadığı qadından mesac gəlmiş, bununla bağlı yenidən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Azər əlindəki telefonu onun başına vurmuş, daha sonra saçından tutaraq üz nahiyyəsinə sillə ilə vurmuşdur. Bundan sonra, o, Azərdan boşanmaq istəsə də, valideynlərinin müdaxiləsindən sonra Azərlə barışmışdır. xx xxxxxx 2020-ci il tarixdə doğum gününü qeyd etmək üçün anası ona zəng edərək doğum gününü onlarla qeyd etməsini təklif etmiş, o, anasının təklifi ilə razılaşmış, bəzənərək atasının onu gəlib aparmasını gözləmişdir. Həmin vaxt Azər evə gəlmiş və ondan makyacını silməsini tələb etmiş, o, Azərə üzündəki kosmetikanı siləcəyini bildirmişdir. Lakin, Azər yenidən aqressiv şəkildə onun sifətindən əli ilə tutaraq sıxmış və barmaqlarıyla üzünü silməyə başlamışdır. Daha sonra, onun saçından tutub çarpayıya yıxmış, qarnının üstünə çıxaraq yumruq və sillə ilə onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. O, Azəri itələyərək evdən çıxmış və DİN-nin 102 məlumat xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra uşağı ilə birlikdə atası evinə getmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını göstərərək cinayət təqibinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər sənədlərlə də sübuta yetir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2020-ci il tarixli, 1322 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz almasının ağlı qişasına qansızma, sol gözyuvası altı və burun nahiyyələrinin qançırları müəyyən edildi, xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirməsi inkar edilir. (i.v.15-16) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə hesab edir ki, şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərər çəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar