Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-118/2025 06.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 80 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,465 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, özünü şübhəli aparıb narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhələnildiyi üçün Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən 22 may 2024-cü il tarixdə, saat 01:30 radələrində ünvan 3 ünvanında “Zamin" adlı marketin yaxınlığında saxlanılaraq 13-cü PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,465 qram olan qəhvəyi rəngü maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında kirayə yaşayır. Təxminən 1 ilə yaxındır ki, "kakos" kimi tanıdığı narkotik vasitə heroini çəkmək yolu ilə istifadə edir. İstifadə etdiyi narkotik vasitəni Bakı şəhəri ərazisində müxtəlif yerlərdə, əsasən Bakı şəhəri, Nizami rayonu ərazisində anket məlumatlarını bilmədiyi, yalnız üzdən tanıdığı şəxsdən alır. Sonuncu dəfə 21 may 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən metronun "Neftçilər" stansiyasının yaxınlığında olan zaman təsadüfən əvvəllər bir neçə dəfə narkotik vasitə heroin aldığı şəxslə rastlaşmışdır. Həmin şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində 01 büküm içərisində "kakos" kimi tanıdığı narkotik vasitə heroin almışdır. Həmin heroini sonra istifadə etmək üçün üzərində saxlamışdır. 22 may 2024-cü il tarixdə saat 01:30 radələrində yaşadığı siqaret almaq üçün yaşadığı ünvan 5 ünvanından çıxıb piyada yaxınlıqda fəaliyyət göstərən "Zamin" adlı marketə getmişdir. Bu zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ 13-cü Polis şöbəsinin əməkdaşları olduqlarını bildirib adını, soyadını soruşmuşlar və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində narkotik vasitə olan "kakos" olduğundan tez bir zamanda oradan yayınmaq istəmişdir, lakin polis əməkdaşları buna imkan verməmişlər. Polis əməkdaşları onu sorğu sual etmişlər və bir qədər söhbət etdikdən sonra verdikləri suallara düzgün cavab vermədiyinə görə, nəyə görə özünü şübhəli apardığını soruşmuşlar. Bundan sonra polis əməkdaşları onlarla birlikdə 13-cü Polis şöbəsinə getməyini təklif etmişlər. O, etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə həmin şöbəyə getmişdir. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlərin saxlanmasında, gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını və polis şöbəsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmişdir. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş və video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olubolmaması soruşulmuşdur. Bundan sonra polis əməkdaşı üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini xahiş etmişdir. O, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən içərisində "kakos" kimi tanıdığı narkotik vasitə heroin olan bir ədəd ağ rəngli kağız bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda o, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin "kakos” olduğunu deyərək, 21 may 2024-cü il tarixdə səhər saatlarında Nizami rayonu ərazisində fəaliyyət göstərən "Neftçilər" metrostansiyasının yaxınlığında yalnız üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında verilmiş ifadəsində bildirmişdir ki, tutulan zaman üzərində narkotik vasitə olmamış, PŞ-nə aparılan zaman üstünə qoymuşlar. Həmin narkotik vasitə ona məxsus olmamışdır. Şahid qismində dindirilmiş Şahid1 tanımadığını və hadisə zamanı və istintaq hərəkətlərinin aparılması zamanı Şahid1 iştirak etməməsini bildirmişdir. Verilən suallara cavabında isə narkotik vasitənin ona məxsus olmaması ilə bağlı indiyə kimi müraciət etməməsi ona təzyiq olunması ilə bağlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Sabunçu RPİ-nin 13-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanı rütbəsindədir. Sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçiliyi, ədavəti və ya qohumluğu olmamışdır. 22 may 2024-cü il tarixdə saat 01:30 radələrində iş yoldaşı ilə birlikdə xidməti ərazidə gəzintidə olan zamanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Plrməmməd küçəsində yerləşən «Zamin» adlı kafenin yaxınlığında bir nəfər şəxsin özünü qeyri-adekvat aparmasını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını, bildirərək həmin şəxsə özünü təqdim etməsi təklif edildikdə həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirərək onların suallarına qeyri dəqiq cavablar verdiyindən sonuncunun narkotik vasitələrin əldə edilməsi və istifadəsində şübhə yarandığından həmin şəxsi Sabunçu RPİ- nin 13-cü PŞ-nə dəvət etmişlər. Bundan sonra PŞ-nə gəldikdə həmin şəxsə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışda iştirak etmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı İlqar Əsədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqia onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur, Bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli spesifik iyə malik olan maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin bükümdəkinin narkotik vasitə olan heroin olmasını, şəxsi istifadəsi üçün 21 may 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostasiyası yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən həmin maddə zərfə qoyularaq möhürlənmiş və ekspertiza aparılması üçün müvafiq quruma göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 may 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir ( i.v. 25-26). “Video görüntüyə baxış keçirilməsi haqqında” 05 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 22 may 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı İlqar Əsədovun əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı İlqar Əsədov şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir(i.v. 89). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 22 may 2024-cü il tarixli, 3-16-16/2-6/2886 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün Ns160» dairəvi möhür əksi olan, «Vət. Təqsirləndirilən şəxs üzərindən ...» sözləri, soyad imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,465 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir (i.v. 34-38). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 iyun 2024-cü il tarixli, 3972 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcmuri müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( i.v. 78-79). “Sübutların qiymətləndirilməsi haqqında” 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-234.1-i maddəsi ilə elan edilmiş ittiham elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində saxlamaqla daşıdığı tətqiqatdan sonrakı qalıq dəyəri 0,415 qram narkotik vasitə heroin polis maddi sübutların saxlanc kamerasına təhvil verilmişş, Təqsirləndirilən şəxs barəsində şəxsi axtanşın keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınsın və iş materiallarına əlavə edilmişdir(i.v.94-98). İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 22 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 22 may 2024-cü il tarixdə, saat 01:30-da tutulmuşdur (i.v.14). Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Zaur Kərimovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azadlığa buraxılmışdır (i.v.68- 70). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 23 may 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizami” qətimkan tədbiri seçilmişdir (i.v.71-73). Təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə saat 11:55-dən 12:17-dək dindirilmişdir(i.v. 61-63). 08 iyul 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs sağalanadək cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır(i.v. 86). 05 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatı təzələnmişdir(i.v 87). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 08 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur (i.v.77). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitə heronin ona məxsus olmaması ilə hissəsində qeyd edir ki, təqsirləndirilən şəxs məhkəməyək icraat dövründə özünü təqsirli hesab etmiş, lakin bunu ona qarşı psixoloji təzyiq olduğu üçün dediyini bildirsə də, inandırıcı deyil və özünü müdafiə xarakterlidir. Belə ki, istintaqın başlandığı xx.xx.2024-cü il tarixdən cinayət işi üzrə materiallarla tanış etmə haqqında xx.xx.2024-cü il tarixli protokol tərtib edilənədək olan dövrdə bir dəfə də olsun ona qarşı hər hansı formada təzyiq olunması ilə bağlı müraciət etməmiş, narkotik vasitənin ona məxsus olmamasını və buna dair hər hansı etirazını bildirməmişdir. Əksinə “Şəxsi axtarış və götürmə aparılması haqqında” videoya baxış zamanı Təqsirləndirilən şəxs ona hər hansı formada fiziki və psixoloji təsir olmadan üzərində olan narkotik vasitəni təqdim etmişdir. Bundan əlavə təqsirləndirilən şəxs Şahid1 məhkəmə iclasında dindirilənədək ümumiyyətlə görmədiyini qeyd etsə də, “Şəxsi axtarış və götürmə aparılması haqqında” videoya baxış zamanı Şahid1 onun yanında olduğu müəyyən edilmiş və bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs ifadəsində qeyri səmimidir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qramdan 2 qramdək olduqda xeyli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut–ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 0,415 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq AZ.Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 25 saata görə 150 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosuhesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-118/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-118/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver